Azərbaycan Respublikası adından HÖKM İmişli rayonu İş № 1(036)-13/2025 08.04.2025 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Pirverdiyev Zaur Rafiq oğlunun sədrliyi, Hacıyeva Nuranə Busat qızının katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (Şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – İmişli rayon vəkil bürosunun vəkili Müdafiəçi, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxxx 1989-cu il tarixdə İmişli rayonu, Murğuzallı kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmaqla məhkumluğu ödənilməmiş, İmişli rayonu, Murğuzallı kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 28 iyul 2024-cü il tarixdə saat təxminən 01 radələrində İmişli rayon Murğuzallı kənd sakini Zərərçəkmiş şəxs2 yaşadığı evin həyətində yerləşən saxlanc yeri olan qəhələ qanunsuz daxil olaraq oradan şəxsi təsərrüfatında saxladığı xırda buynuzlu heyvanlardan bir baş, 4 aylıq, diri çəkisi təxminən 11 kq olan quzunu gizli yolla talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs2 150 (bir yüz əlli) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 01 avqust 2024-cü il tarixdə, gecə radələrində X3 məxsus İmişli rayonu, Otuziki kəndi ərazisində yerləşən “Rasət Market” adlı ərzaq mağazasının pəncərəsi üzərində olan dəmir barmaqlığı mağazanın yaxınlığından tapdığı dəmir boru ilə qırıb əli ilə pəncərənin şüşəsini sındırdıqdan sonra pəncərədən mağazanın içərisinə qanunsuz daxil olub, mağazanın içərisində olan masanın pul saxlanılan siyirməsini açmaqla qanunsuz daxil olub, oradan müxtəlif əskinazlardan ibarət 200 (iki yüz) manat nağd pul, masanın digər siyirməsini açmaqla qanunsuz daxil olub, oradan "xxxx" MMC-yə aid 6 (altı) ədəd hər biri 3 (üç) manat olmaqla 18 (on səkkiz) manat məbləğində danışıq konturlarını, həmin masanın alt rəfində saxlanılan karton qutunun içərisindən 4 (dörd) qutu hər biri 4 (dörd) manat 20 (iyirmi) qəpik olmaqla 16 (on altı) manat 80 (səksən) qəpik dəyərində “Kent 4” markalı siqaretləri, mağazadakı rəfin üzərindən bir ədəd 7 (yeddi) manat dəyərində 0,5 litrlik “Ruskaya” markalı alkoqollu içkini gizli olaraq talayıb, zərərçəkmiş Nüsrət Zülfüqarova ümumilikdə 241,80 (iki yüz qırx bir manat səksən qəpik) manat məbləğində maddi ziyan vurmaqla təkrarən oğurluq etmişdir. Bundan başqa o, özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 03 avqust 2024-cü il tarixdə gecə saat təxminən 03 radələrində İmişli şəhəri N.Savalanov küçəsində Zərərçəkmiş şəxs3 işlədiyi “Eşqin parfum” mağazasının plastik materiallı qapısının alt hissəsindəki plastik materialı sındırıb qanunsuz mağazaya daxil olub oradan üç ədəd hər birinin dəyəri 90 (doxsan) manat olan, ümumilikdə 270 (iki yüz yetmiş) manat dəyərində “Rolex” markalı qol saatlarını və 130 (yüz otuz) manat dəyərində bir ədəd 3 qram çəkidə 925 əyarda gümüşü boyunbağını gizli yolla talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs3 ümumilikdə 400 (dörd yüz) manat məbləğində maddi ziyan vurmaqla təkrarən oğurluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib, ittihamın birinci epizodu üzrə ifadəsində bildirmişdir ki, 28 iyul 2024-cü il tarixdə gecə saat 1 radələrində həmkəndlisi Zərərçəkmiş şəxs2 yaşadığı evin daş hasarından həyətə tullanaraq, həyətdəki evin arxasında olan qəhələ girib oradan bir baş quzunun ayaqlarını yerdən tapdığı iplə bağlayaraq götürmüş, həmin quzunu yolda saxlatdığı, tanımadığı şəxsin idarə etdiyi avtomobilin yük yerinə qoyaraq İmişli şəhəri, N.Savalanov küçəsindəki «Romaşka» marketin yaxınlığına gəlmişdir. Orada oğurladığı heyvanı 120 manata tanımadığı şəxsə satmış, onu gətirən sürücüyə yol haqqı kimi 5 manat pul vermişdir. Təqsirləndirilən şəxs ittihamın ikinci epizodu üzrə ifadəsində bildirmişdir ki, 31 iyul 2024-cü il tarixdə, axşam saatlarında evdə araq içmiş və piyada İmişli rayonu istiqamətində hərəkət etmişdir. 01 avqust 2024-cü il tarixdə piyada hərəkət edərkən X2 ərzaq mağazasını görmüş və oradan oğurluq etmək qərarına gəlmişdir. O, əvvəlcə mişar daşlarından hörülmüş hasarın üzərindən keçib arxadan mağazanın qapısını açmaq istəmiş, lakin aça bilməmişdir. Daha sonra hasardan geri qayıdıb mağazanın önündə olan, setka çəpərə dayaq vermək üçün istifadə edilən, yerə basdırılmış dəmir borunu yerindən çıxaraq həmin dəmirlə mağazanın pəncərəsinin üzərində olan dəmir barmaqlığı qırmış, sonra isə əli ilə pəncərənin şüşəsini sındıraraq mağazaya daxil olmuşdur. Mağazanın içərisində olarkən kassa kimi istifadə edilən dolabın çəkməcəsindən 1, 10 və 20 manatlıq əskinazlardan ibarət 200 manat pulu görüb əynində olan şalvarın sağ yan cibinə qoymuş, həmin çəkməcənin yanında olan "xxxx" MMC-yə məxsus 6 ədəd 3 manatlıq danışıq kartlarını götürüb şalvarının arxa cibinə qoymuş, dolabın aşağısındakı kağız qutuda olan siqaretlərin içərisindən 4 ədəd “Kent 4” markalı siqaretləri götürüb şalvarının sol cibinə yığmış, sonra isə rəfdən 0,5 litrlik araq götürərək əynində olan idman köynəyinin altında gizlədib mağazanın pəncərəsindən bayıra çıxmışdır. Mağazadan çıxandan sonra dəmir borunu marketin yanındakı bağa, otluğun içərisinə atmış və yolla piyada rayona gəlmişdir. Yolda içərək, bir az rayonda gəzmiş və sonra yaşadığı evə qayıtmışdır. Oğurladığı konturları mobil telefonuna yükləmiş, siqaretləri çəkmiş, pulu isə özü üçün xərcləmişdir. Təqsirləndirilən şəxs ittihamın üçüncü epizodu üzrə ifadəsində bildirmişdir ki, 03 avqust 2024-cü il tarixdə gecə saat təxminən 02 radələrində İmişli şəhəri, N.Savalanov küçəsi ilə piyada hərəkət edərkən, “Eşqin parfum” mağazasının qarşısına gəlmiş və mağazanın plastik materialdan olan qapısının alt hissəsini qıraraq mağazaya daxil olaraq oradan üç ədəd qol saatı və bir ədəd boyunbağı oğurlamışdır. Oğurluqdan sonra o, H.Əliyev parkına gedərək, gecəni parkdakı skamyanın üstündə keçirmiş, sonradan isə oğurladığı saatı və gümüşü boyunbağını sata bilmədiyi üçün günorta vaxtı yaşadığı Murğuzallı kəndindəki evinə tanımadığı yol maşını ilə gedərkən, Araz çayının üzərindən keçən zaman onları Araz çayına tullamışdır. Təqsirləndirilən şəxs təqsirli olması özünün və zərər çəkmiş şəxslərin ifadələri və iş materiallarında olan digər sübutlar ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında zərər çəkmiş şəxs qismində dindirilmiş X4 ifadəsində bildirmişdir ki, İmişli rayonu, Otuziki kəndində yerləşən evinin yanında onun “Rasət Market” adlı ərzaq malları mağazası vardır. 31 iyul 2024-cü il tarixdə saat 21 radələrində marketi bağlamış və 1 avqust 2024-cü il tarixdə, saat 6 radələrində marketə soyducuları cərəyana taxmaq üçün gedən zaman marketin pəncərəsinin dəmir barmaqlıqlarının qırıldığını və pəncərənin şüşəsinin sındırıldığını görüb 102 xidmətinə zəng edərək məlumat vermişdir. Təxminən 5-10 dəqiqə sonra polis əməkdaşları hadisə yerinə gəlmiş və baxış keçirilən zaman ona kassa kimi istifadə etdiyi dolabdan 200 manat pulun, həmin dolabın altında olan qutunun içərisindən 1 ədədi 4,20 manat olan, 16,80 manat dəyərində “Kent 4” markalı siqaretlərin, 6 ədəd 3 manatlıq "xxxx" MMC-yə aid kontur və vitrindən 1 ədəd 0,5 litrlik, 7 manat dəyərində “Russkaya” markalı arağın oğurlandığını bilmişdir. Hadisə yerinə baxış zamanı oğrunun marketin pəncərəsinin barmaqlığını dəmir boru ilə sındırdığı məlum olmuş və həmin dəmir boru aşkar edilərək polis əməkdaşları tərəfindən götürülmüşdür. Oğurluq hadisəsi nəticəsində ona 241,80 manat maddi ziyan vurulmuşdur. Hazırda ona vurulmuş ziyan ödənilmişdir. Məhkəmə iclasında zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində bildirmişdir ki, İmişli rayonu Murğuzallı kəndindəki şəxsi təsərrüfatında 55 baş xırda buynuzlu heyvan saxlayır. 28 iyul 2024-cü il tarixdə saat təxminən 06 radələrində o, qoyunları qəhəldən açıb həyətə buraxarkən saymış və bir baş heyvanın əskik olduğunu, qəhəldən oğurlandığını müəyyən etmişdir. Oğurlanmış heyvan 4 aylıq, diri çəkisi təxminən 11 kq, orta bazar satış dəyəri təxminən 150 manat olmuşdur. Sonradan heyvanını həmkəndlisi Təqsirləndirilən şəxs oğurladığını bilmişdir. Hazırda ona vurulmuş maddi ziyan ödənilmişdir. Məhkəmə iclasında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs3 elan olunmuş ifadəsindən görünür ki, o, ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, İmişli şəhəri, N.Savalanov küçəsində parfum mağazası icarəyə götürmüşdür. Həmin mağazada qol saatları, ətirlər, bijuteryalar, gümüş əşyalar, müxtəlif növ kosmetika, avtomobil və telefon aksesuarları satır. Mağazanın müşahidə kameraları gün ərzində dayanmadan işləyir. O, 2 avqust 2024cü il tarixdə saat 19 radələrində mağazanı bağlayıb evə getmiş və 3 avqust 2024-cü il tarixdə saat 04 radələrində mağazaya gəldikdə, mağazanın qapısının plastik materialdan olan qapısının aşağı hissəsinin sındırıldığını görüb, mağazaya daxil olmadan Azərbaycan Respublikası DİN-in 102 xidmətinə zəng edib mağazadan oğurluq olması barədə məlumat vermişdir. Bir az sonra polis əməkdaşları gələrək mağazaya daxil olmuş və o, mağazadan cəmi 400 manat dəyərində, hər biri 90 manat olmaqla üç ədəd 270 manat dəyərində “Roleks” markalı qol saatının, bir ədəd 925 əyarlı, 3 qram çəkidə 130 manat dəyərində gümüş qolbağının oğurlandığını müəyyən etmişdir. O polis əməkdaşları ilə birlikdə təhlükəsizlik kameralarına baxmış və polis əməkdaşları mağazaya daxil olan şəxsi tanıyaraq, onun İmişli rayonunun Murğuzallı kənd sakini Təqsirləndirilən şəxs olduğunu bildirmişlər. Rahimin plastik qapının alt hissəsini sındırıb mağazasına daxil olması və müxtəlif əşyaları əli ilə yoxlayıb ən bahalı saatları və qolbağını oğurladığı təhlükəsizlik kameralarına düşmüşdür. Cinayət işi materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş; Hadisə yerinə baxış keçirilməsi haqqında 28 iyul 2024-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs2 məxsus İmişli rayonu, Murğuzallı kəndində yerləşən evin həyətindəki qəhəldən bir başa quzu oğurlanmışdır (cild 1, vərəq 106-111); Hadisə yerinə baxış keçirilməsi haqqında 01 avqust 2024-cü il tarixli protokoldan görünür ki, X2 İmişli rayonu, Otuziki kəndi ərazisində yerləşən «Rasət Market» adlı mağazasının dəmir barmaqlığı qoparılmış, marketin plastik materialdan olan pəncərə şüşəsi sındırılmış və oradan oğurluq edilmişdir (cild 1, vərəq 7-18); Hadisə yerinə baxış keçirilməsi haqqında 3 avqust 2024-cü il tarixli protokoldan görünür ki, İmişli şəhəri, N.Savalanov küçəsində yerləşən “Eşqin parfum” mağazasının plastik materialdan olan qapısının alt hissəsi qırılmış və mağazadan oğurluq edilmişdir (cild 1, vərəq 158-161); "xxxx" MMC-nin 15 oktyabr 2024-cü il tarixli 12 saylı məktubundan görünür ki, 2024cü ilin iyul ayına İmişli rayon mal bazarında bir baş, 4 aylıq, diri çəkisi təxminən 11 kq olan, cinsindən asılı olmayan quzunun bazar satış dəyəri 150 (yüz əlli) manat, “İmişli Moll” ticarət mərkəzində 2024-cü ilin iyul-avqust ayına 1 (bir) ədəd “Rolex” markalı kişi qol saatının orta bazar satış dəyəri 90 (doxsan) manat, 3 (üç) ədədin dəyəri 270 (iki yüz yetmiş) manat, 3 qram çəkidə, 925 əyarlı gümüş boyunbağının orta bazar satış dəyəri 130 (yüz otuz) manat, 1 (bir) qutu “Kent 4”markalı siqaretin bazar satış dəyəri 4 (dörd) manat 20 (iyirmi) qəpik, 4 (dörd) qutu “Kent-4” markalı siqaretin ümumi dəyəri 16 (on altı) manat 80 (səksən) qəpik, 1 (bir) ədəd 0,5 litrlik “Russkaya” markalı alkoqollu içkinin bazar satış dəyəri 7 (yeddi) manat olmuşdur (cild 1, vərəq 234); Cinayət işinin başlanması haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, faktla bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə cinayət işi başlanmışdır (cild 1, vərəq 1); Şübhəli şəxsin tutulması haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə, saat 16:15-də şübhəli şəxs qismində tutulmuşdur (cild 1, vərəq 55-56); Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona həmin maddə ilə ittiham elan edilmişdir (cild 1, vərəq 64-65); Qətimkan tədbirinin seçilməsi haqqında İmişli Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə Təqsirləndirilən şəxs barəsində 3 (üç) ay müddətə həbs qətimkan tədbiri seçilmişdir (cild 1, vərəq 87-91); Cinayət işlərinin bir icraatda birləşdirilməsi və əməlin tövsif edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə istintaq olunan ********* nömrəli cinayət işi ilə həmin maddə ilə istintaq olunan ********* nömrəli cinayət işləri bir icraatda birləşdirilərək əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələrinə tövsif edilmişdir (cild 1, vərəq 96-98); Təqsirləndirilən şəxsə yenidən ittiham elan etmək haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə yenidən ittiham elan edilmişdir (cild 1, vərəq 193-194); Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, özünün və zərər çəkmiş şəxslərin məhkəmə iclasında verdiyi ifadələr və digər iş materialları ilə tam sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-ci maddəsi ilə düzgün tövsif edilmiş və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni, cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, İmişli Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 1(036)-90/2021 saylı hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2023-cü il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Göründüyü kimi, İmanov X5 Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 1(036)- 90/2021 saylı hökmü ilə ona təyin edilmiş cəza müddəti başa çatsa da o, qanunla məhkumluğu ödənilmədən yenidən qəsdən az ağır cinayət törətmişdir. Beləliklə məhkəmə iclasında müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivi yaranmışdır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59 və 61-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs əməlini etiraf edib səmimi peşmançılıq çəkməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını və cinayət nəticəsində dəymiş ziyanın ödənilməsini cəzasını yüngülləşdirən hallar kimi, cinayətlərin residivini isə cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Hazırkı halda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini tədqiq edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini, təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Cinayət işi materiallarında olan İmişli Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 1(056)-8/2025 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3, 180.2.2 və 180.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinib Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına və Cinayət Məcəlləsinin 180.2.2 və 180.2.3-cü maddələri ilə 4 (dörd) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən ona 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün - ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Beləliklə, məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməli, İmişli Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən hazırkı hökmlə təyin nəzərdə tutulan cəza ilə qismən toplanmalı, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən şübhəli şəxs qismində tutulduğu müddət təyin ediləcək cəzadan çıxılmalı və Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidir. Maddi sübutlar və məhkəmə məsrəfləri ilə bağlı məsələni tədqiq edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi İmişli RPŞ-nin “Maddi sübutların saxlanması otağı”nda saxlanılan 1 ədəd dəmir boru məhv edilməli, 1 ədəd CD disk cinayət işi materiallarında saxlanılmalı və Təqsirləndirilən şəxs 25 saat göstərdiyi pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş müdafiəçi İmişli rayon vəkil bürosunun vəkili Müdafiəçi 150 (bir yüz əlli) manat məbləğində pul Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. İş üzrə mülki iddia və ya xüsusi müsadirə olunmalı əmlak yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 197-198, 341-349, 351-353, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. İmişli Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən hazırkı hökmlə təyin olunmuş cəza ilə qismən toplanmaqla üzərində 6 (altı) il 3 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs əvvəlki işi üzrə 05 mart 2024-cü il tarixdən 07 mart 2024-cü il tarixədək həbsdə saxlandığı 2 (iki) gün müddət təyin edilmiş cəzadan çıxılsın və üzərində qəti olaraq 6 (altı) il 2 (iki) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli şübhəli şəxs qismində tutulduğu vaxtdan, yəni xx.xx.2024-cü il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi İmişli RPŞ-nin “Maddi sübutların saxlanması otağı”nda saxlanılan 1 ədəd dəmir boru məhv edilsin. İş üzrə maddi sübut olan 1 ədəd CD disk cinayət işi materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs 25 saat göstərdiyi pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş müdafiəçi İmişli rayon vəkil bürosunun vəkili Müdafiəçi 150 (bir yüz əlli) manat məbləğində pul Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu andan, həbsdə saxlanılan məhkum şəxsə münasibətdə isə rəsmi verildiyi andan 20 gün müddətində İmişli Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Zaur Pirverdiyev
Məhkəmə qərarları › İş №1(036)-13/2025
İmişli Rayon Məhkəməsi Hökm — İş №1(036)-13/2025
08.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver