Azərbaycan Respublikası adından HÖKM İmişli rayonu İş № 1(036)-14/2021 25.05.2021 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Qurban Hamid oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Hacıyeva Nuranə Busat qızının katibliyi, Xüsusi ittihamçısı: X9, onun nümayəndələri X1 və Müdafiəçi1 Müdafiəçi: Müdafiəçi2 iştirakları ilə 22 iyul 1965-ci il tarixdə Ağcabədi rayonunun Avşar kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, “Yəhya petrol” YDM-nin direktoru işləyən, əvvəllər Ağcabədi rayon Məhkəməsinin 04 iyul 2019-cu il tarixli hökmü ilə AR CM-nin 315.2-ci maddəsi ilə təqsirli bilinib 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, barəsində AR CM-nin 70-ci maddəsi tətbiq olunaraq 2 (iki) il müddətə sınaq müddəti müəyyən edilməklə azadlıqdan məhrum etmə cəzası şərti hesab edilmiş, Şirvan Apelyasiya Məhkəməsinin 24 dekabr 2020-ci il tarixli Qərarı ilə barəsində tətbiq olunmuş şərti məhkum etmə ləğv edilmiş və üzərindən məhkumluğu götürülmüş, Ağcabədi rayonunun Avşar kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan, X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2 və 148-ci maddələri ilə olan xüsusi ittiham qaydasında şikayətə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X9 xüsusi ittiham qaydasında şikayətlə məhkəməyə müraciət edərək X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsi və həmin maddələrin sanksiyası çərçivəsində cəzalandırılmasını xahiş etmişdir. Məhkəmədə xüsusi ittihamçı qismində dindirilmiş Ağcabədi rayon polis şöbəsinin rəisi X9 ittihamı müdafiə edərək ifadəsində göstərdi ki, X8 18 noyabr 2019-cu il tarixdə “YouTube” sosial şəbəkəsində fəaliyyət göstərən “TV8” internet televiziya kanalında kütləvi yayımladığı video müraciətində onun F.Rüstəmova məxsus yanacaq doldurma məntəqəsinə polis əməkdaşlarını göndərməklə təzyiq etməsi, həmin məntəqənin bağlanmasını tələb etməsi, sahibkarıq fəaliyyətinə maneçilik törətməsi, həmçinin hər üç aydan bir 10000 ABŞ dolları məbləğində rüşvət tələb etməsi barədə böhtan xarakterli fikirlər səsləndirərək şərəf, ləyaqət və işgüzar nüfuzunu ləkələyən və həqiqətə uyğun olmayan məlumatlar yaymışdır. Belə ki, X8 17 iyul 2019-cu il tarixdə onun qəbulunda olarkən iş adamı olduğunu, Xırdalan şəhərində yüksək mərtəbəli binalar tikdiyini, Ağcabədi RPŞ-nin istintaq bölməsinin sabiq rəisi İbrahim Ağamirovu və Avşar kənd sakini Bulud adlı şəxsi tutdurmasını bildirdikdə onun sözünü kəsib bütün bunların ona adiyyəti olmadığını deyib sonuncunun getməsini xahiş etmişdir. Bundan sonra 28 sentyabr 2019-cu il tarixdə xidməti otağında olarkən şöbənin dəhlizində səs-küy eşitmiş və məsələnin aydınlaşdırılması ilə bağlı əməkdaşlara göstəriş vermişdir. Məlum olmuşdur ki, X8 istintaq bölməsinin sabiq rəisi Rüfət Məmmədovun iş otağına gələrək baş təhqiqatçı Elçin Piriyevin icraatında olan yol-nəqliyyat hadisəsi törətmiş bir şəxs barəsində toplanmış materialın araşdırılmasına qanunsuz müdaxilə etmiş, həmin araşdırma materialı ilə əlaqədar şöbənin duracağında saxlanılan avtomobilin buraxılması ilə bağlı əsassız tələb irəli sürmüş və şöbənin inzibati binasında səs-küy salaraq normal iş şəraitini pozan, ətrafdakılar üçün açıq hörmətsizlik ifadə edən xırda xuliqanlıq hərəkətlərinə yol vermişdir. Həmin vaxt F.Rüstəmovu öz xidməti otağına dəvət edib məslə ilə bağlı soruşduqda sonuncu kobud və nəzakətsiz davranışlarını davam etdirərək onunla yüksək səs tonu ilə danışmağa başlamışdır. Sonra o, F.Rüstəmovun hərəkətlərinin qanun çərçivəsində aklaşdırılması ilə bağlı göstəriş vermiş və sonuncunun barəsində Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün aidiyyəti üzrə Ağcabədi rayon məhkəməsinə göndərilmişdir. Ağcabədi rayon məhkəməsinin 29 sentyabr 2019-cu il tarixli qərarı ilə F.Rüstəmov həmin maddə ilə təqsirli bilinib 5 (beş) gün müddətinə inzibati qaydada həbs edilmişdir. Bundan sonra F.Rüstəmov 18 noyabr 2019-cu il tarixdə “YouTube” sosial şəbəkəsində fəaliyyət göstərən “TV8” internet televiziya kanalında yalan olduğunu bilə-bilə, qərəzli şəkildə onun barəsində həqiqətə uyğun olmayan, şərəf və layaqətini ləkələyən, işgüzar nüfuzdan salan böhtan xarakterli məlumatlar yayaraq onu ağır cinayətdə ittiham etmişdir. Halbu ki, onun tərəfindən F.Rüstəmovun işlətdiyi yanacaq doldurma məntəqəsinə heç polis əməkdaşı göndərilməmiş və ondan rüşvət tələb edilməmişdir. F.Rüstəmovun kütləvi informasiya vasitələrində onun barəsində həqiqətə uyğun olmayan böhtan xarakterli məlumatlar yayması və onun şərəf və ləyaqətini ləkələyən ifadələr işlətməsi nəticəsində o, rəhbərlik etdiyi polis şöbəsinin kollektivi, yaxın ətrafı və dostları arasında nüfuzdan düşmüş, səhhətində problemlər yaranmış, bir həftədən artıq müddətə əmək qabiliyyətini itirmiş, mənəvi iztirab çəkərək əsəb xəstəliyinə tutulmuş, 20 noyabr 2019-cu il tarixdən 29 noyabr 2019-cu il tarixədək ambulator müalicədə olmuş və həmin müddətdə işə çıxa bilməmişdir. Odur ki, bütün bunların nəzərə alınmasını və X2 barəsində Azərbaycan Respublikası CMnin 147.2 və 148-ci maddələri ilə ittihamedici hökm çıxarılmasını xahiş edir. Məhkəmə iclasına təqsirləndirilən şəxs X8 xüsusi ittimçının şikayəti üzrə ona qarşı irəli sürülmüş ittihamla özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, 2019-cu ildə Ağcabədi rayon polis şöbəsinin rəisi Ənvər Həsənovun qəbulunda olduğu zaman sonuncu onu çaya qonaq etmiş, söhbət zamanı öz telefon nömrəsini ona vermiş və hər hansı problemi olduğu təqdirdə ona məlumat verməsni bildirmişdir. Daha sonra isə Ənvər Həsənov ona “sən bilirsən də nazirimiz təzə dəyişib, mən o biri nazirə külli miqdarda pul verib gəlmişəm, indi də Vilayət Eyvazova pul verməliyəm, sən mənə 10000 dollar pul gətir ver, mən də o pulu topalayım yuxarı verim” sözlərini demişdir. Bununla yanaşı Ənvər Həsənov ondan hər üç aydan bir 10000 dollar pul tələb etmişdir. O, Ənvər Həsənova pul vermədiyi üçün sonuncu ona məxsus yanacaq doldurma məntəqəsinə polis nəfərləri göndərərək məntəqənin bağlanmasını tələb etmiş və onun sahibkarlıq fəaliyyətinə mane olmuşdur. Bundan sonra o, bu barədə “YouTube” sosial şəbəkəsində fəaliyyət göstərən “TV8” internet televiziya kanalı vasitəsilə Azərbaycan Respublikası Prezidentinə müraciət etmişdir. Təqsirləndirilən şəxs X2 ifadəsi işin həqiqi halları ilə uyğunluq təşkil etmir, onun yalan olduğunu bilə-bilə xüsusi ittihamçı X4 işgüzar nüfuzuna xələl gətirən məlumatları kütləvi informasiya vasitəsində yayaraq onu ağır cinayət törətməkdə ittiham etməklə böhtan, yəni Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi məhkəmə iclasında tədqiq edilmiş obyektiv sübutların məcmusu, xüsusi ittihamçının izahatı, CD diskdə olan video görüntü və və işin digər obyektiv halları ilə tam sübuta yetirilmişdir. Belə ki, iş materiallarında olan CD diskə məhkəmə iclasında baxış keçirilərkən müəyyən edilmişdir ki, X8 “YouTube” sosial şəbəkəsində fəaliyyət göstərən “TV8” internet televiziya kanalında müsahibə verərək 2019-cu ilin sentyabr ayında Ağcabəri RPŞ-nin rəisi Ənvər Həsənovun qəbulunda olduğunu, qəbul zamanı Ənvər Həsənovun onu çaya qonaq etdiyini, öz telefon nömrəsini ona verdiyini, hər hansı problemi olduğu təqdirdə ona məlumat verməsni bildirdiyini, daha sonra isə Ənvər Həsənovun ona müraciətlə “sən bilirsən də nazirimiz təzə dəyişib, mən o biri nazirə külli miqdarda pul verib gəlmişəm, indi də Vilayət Eyvazova pul verməliyəm, sən mənə 10000 dollar pul gətir ver, köməklik elə mən də o pulu topalayım aparım yuxarı verim” sözlərini dediyini, üç aydan bir ona 10000 dollar pul verməsi barədə tələb irəli sürdüyünü bildirir. Daha sonra Füzuli Rüstəmov müsahibəsində bildirir ki, o, işçilərinin olduğunu, vergi ödədiyini və digər xərclərinin olması səbəbindən həmin pulu verə bilməyəcəyini Ənvər Həsənova demiş və getmişdir. Bir müddət sonra otağında əyləşən zaman bacısı oğlu ona yaxınlaşıb maşının saxlanıldığını bildirmiş və maşının buraxılması üçün köməklik göstərməsini xahiş etmişdir. O, bununla bağlı RPŞ-nin əməkdaşı İlham Quliyevlə danışıb bacısı oğlunu polis şöbəsinə göndərmiş, yarım saatdan sonra bacısı oğlu yenidən onun yanına qayıdıb onun polis şöbəsinə gəlməyəcəyi halda işin alınmayacağını bildirmişdir. Bundan sonra o, polis şöbəsində Rüfət müəllimin qəbulunda olmuş, məsələni sonuncuya bildirmiş, Rüfət müəllim rəisin yanına gedib qayıtmış və rəisi onun otağına çağırdığını bildirmişdir. O, Ənvər Həsənovun otağına daxil olduqda sonuncu ona maşının buraxılmasına müdaxilə etməsini irad tutmuş, o isə müdaxilə etmədiyini, sadəcə xahiş etdiyini bildirmişdir. Daha sonra X13 Quliyevdən məsələni maraqlanıb onun saxlanılması barədə göstəriş vermişdir. Növbəti gün o, məhkəməyə aparılaraq barəsində həbs seçilmişdir. Görüntünün davam etdiyi bütün müddət ərzində monitorun aşağı hissəsində titrdə “İDDİA: POLİS RƏİSİ SAHİBKARDAN 10000 DOLLAR RÜŞVƏT İSTƏDİ” sözləri əks olunmuşdur. İşdə olan məhkəmə-linqvistik ekspertizasının 31 mart 2021-ci il tarixli, 4/299 nömrəli rəyindən görünür ki, X8 “YouTube” sosial şəbəkəsində fəaliyyət göstərən “TV8” internet televiziya kanalında Azərbaycan Respublikası Prezidentinə ünvanladığı video müraciətində X4 X5 məxsus yanacaq doldurma məntəqəsinə polis əməkdaşlarını göndərməklə ona təzyiqlər etməsi, həmin məntəqəni bağlanmasını tələb etməsi, sahibkarlıq fəaliyyətinə maneə törətməsi, həmçinin ondan hər üç aydan bir 10000 dollar məbləğində rüşvət tələb etməsi kimi məlumatlarda birbaşa şərəf və ləyaqəti ləkələyən söz və ifadələrdən istifadə olunmamışdır. X3 “TV8” internet televiziya kanalında Azərbaycan Respublikası Prezidentinə ünvanladığı video müraciətində X4 X5 məxsus yanacaq doldurma məntəqəsinə polis əməkdaşlarını göndərməklə ona təzyiqlər etməsi, həmin məntəqəni bağlanmasını tələb etməsi, sahibkarlıq fəaliyyətinə maneə törətməsi, həmçinin ondan hər üç aydan bir 10000 dollar məbləğində rüşvət tələb etməsi kimi məlumatlar öz hüquqi təsdiqini tapmadığı təqdirdə X6 işgüzar nüfuzuna xələl gətirən məlumatlar hesab edilir. İşdə olan Ağcabədi rayon prokurorluğunun müsətəntiqi, İİ dərəcəli hüquqşünas Elşad Ağalarovun 25 dekabr 2019-cu il tarixli “cinayət işi başlanmasının rədd edilməsi haqqında” qərarından görünür ki, X4 müraciəti əsasında Ağcabədi rayon prokurorluğunda toplanmış material üzrə Ağcabədi rayon polis şöbəsinin rəisi, polis polkovnik-leytenantı X4 əməlində cinayət tərkibinin əlamətləri olmadığından onun barəsində cinayət işinin başlanması rədd edilmiş, X8 tərəfindən ona böhtan atılması və işgüzar nüfuzuna dəymiş zərərlə əlaqədar hüquqlarının müdafiəsi üçün aidiyyəti üzrə məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir. Təqsirləndirilən şəxs F.Rüstəmov kütləvi informasiya vasitəsində xüsusi ittihamçı Ə.Həsənovun ona məxsus yanacaq doldurma məntəqəsinə polis əməkdaşlarını göndərməklə ona təzyiqlər etməsi, həmin məntəqəni bağlanmasını tələb etməsi, sahibkarlıq fəaliyyətinə maneə törətməsi, həmçinin ondan hər üç aydan bir 10000 dollar məbləğində rüşvət tələb etməsi ilə ittiham etsə də yaydığı məlumatların doğru olmasını məhkəmə iclasında sübut edə bilməmişdir. Göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, F.Rüstəmovun heç bir mötəbər sübutu olmadan X4 işgüzar nüfuzuna xələl gətirən məlumatları kütləvi informasiya vasitəsində yayaraq sonuncunu Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 308, 311.2 və 311.3.2-ci maddələrində nəzərdə tutulan cinayəti törətməkdə ittiham etməsi, ağır cinayətdə ittiham etməklə böhtan atması kimi qiymətləndirilməli və onun əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ilə tövsif edilməlidir. Azərbaycan Respublikasının Konstitusiyasının 61-ci maddəsinin İ hissəsinə əsasən hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Azərbaycan Respublikasının Konstitusiyasının 61-ci maddəsinin V hissəsinə əsasən Məhkəmənin hökmü olmasa, kimsə cinayətdə təqsirli sayıla bilməz. 1948-ci il Ümumdünya insan hüquqları Bəyannaməsində, 1966-cı il mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktda və Azərbaycan Respublikası Konstitusiyasının 46cı maddəsində deyilir ki, hər kəsin şərəf və ləyaqətini müdafiə etmək hüququ vardır, heç bir hal şəxsiyyətin ləyaqətinin alçaldılmasına əsas verə bilməz. «Kütləvi informasiya vasitələri haqqında» Azərbaycan Respublikasının Qanununun 3-cu maddəsinə əsasən, kütləvi informasiya vasitələri-dövri mətbu nəşrlər, teleradio proqramları, informasiya agentlikləri, internet, kinoxronika proqramları və digər yayım formaları başa düşülür. Həmin Qanunun «Kütləvi informasiya azadlığından sui-istifadənin yolverilməzliyi»ndən bəhs edən 10-cu maddəsində deyilir ki, Azərbaycan Respublikasının qanunvericiliyi ilə qorunan sirləri yaymaq, mövcud konstitusiyalı dövlət quruluşunu zorakılıqla devirmək, dövlətin bütövlüyünə qəsd etmək, müharibəni, zorakılığı və qəddarlığı, milli, irqi, sosial ədavəti, yaxud dözülməzliyi təbliğ etmək, mötəbər mənbə adı altında vətəndaşların şərəf və ləyaqətini alçaldan şayələr, yalan və qərəzli yazılar, pornoqrafik materiallar çap etdirmək, böhtan atmaq, yaxud digər qanunazidd əməllər törətmək məqsədilə kütləvi informasiya vasitələrindən istifadə olunmasına yol verilmir. Azərbaycan Respublikasının Konstitusiyasının 46-cı maddəsində hər kəsin öz şərəf və ləyaqətini müdafiə etmək hüququ təsbit edilmişdir. Göründüyü kimi Azərbaycan Respublikasının Konstitusiyası fikir və söz azadlığı kimi, hər kəsin şərəf və ləyaqətinin müdafiə hüququna da eyni qaydada təminat nəzərdə tutmuşdur. Konvensiyanın istinad olunan 10-cu maddəsində də nəzərdə tutulur ki, maddənin 1-ci bəndində təminat verilən azadlıqların (fikri ifadə etmək azadlığı) həyata keçirilməsi « …mənəviyyatın qorunması üçün, digər şəxslərin nüfuzu və hüquqlarının müdafiəsi üçün,…qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olan müəyyən rəsmiyyətə, şərtlərə, məhdudiyyətlərə və ya sanksiyalara məruz qala bilər» İnsan Hüquqları üzrə Avropa Məhkəməsi tərəfindən müəyyən olunmuş presedent hüququna görə faktlar və qiymətləndirici mülahizələrin diqqətlə fərqləndirilməsinə ehtiyac var. Faktların mövcudluğu nümayiş etdirilə bildiyi halda qiymətləndirici mülahizənin həqiqiliyi sübut oluna bilən deyil (bax, Lingens v. Austria, judgment of 8 July 1986, Series A no. 103, p. 28/46). Məlumatda mövcud fakt kimi göstərilmiş hallar hər hansı mötəbər sübuta deyil (ümumiyyətlə müəllif belə bir araşdırma da aparmamışdır), əsası müəyyənləşdirilə bilməyən şayələrə əsaslanmışdır.(müqayisə et, məsələn, Lingens qərarı, p. 28/46). Şərəf - cəmiyyətin üzvü kimi insanın əxlaqi, mənəvi, mədəni keyfiyyətlərinə, başqa şəxslərə, dövlətə, cəmiyyətə münasibətinə görə ona verilən ictimai qiymətdir. Ləyaqət – şəxsin özünə, özünün davranışına, mənəvi və əxlaqi dünyagörüşünə, cəmiyyətdə tutduğu mövqeyinə özünün verdiyi qiymətdir. Nüfuz – şəxsin cəmiyyətdə, kollektivdə, dostlarının əhatəsində, təşkilatda öz qabiliyyətinə, mövqeyinə, ictimai əhəmiyyət kəsb etməsinə görə başqa şəxslər tərəfindən ona verilən qiymətdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147-ci maddəsində nəzərdə tutulmuş böhtan cinayəti üzrə şərəf və ləyaqəti ləkələyən məlumatlar dedikdə, əxlaqi prinsiplər, istehsal-təsərrüfat, xidmət və ictimai fəaliyyətlə əlaqədar cəmiyyət, kollektiv və yaxud ayrı-ayrı şəxslər arasında vətəndaş barəsində mənfi rəy yaradan məlumatlar başa düşülür. Məlumatın yalan olması dedikdə, onun həqiqətə uyğun olmaması başa düşülür. Bu cinayət subyektiv tərəfdən birbaşa qəsdlə törədilir. Təqsirkar başqa şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə və ya kütləvi informasiya vasitəsində yaydığını dərk edir və bunu arzu edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında» 14 may 1999-cu il 7 saylı qərarına görə, yayma dedikdə, başqa şəxsi ləkələyən və ya nüfuzdan salan məlumatları bir şəxsə, bir neçə şəxsə və yaxud qeyri-müəyyən şəxslər dairəsinə bildirmə başa düşülür. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «xüsusi ittiham qaydasında şikayətlər dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında» 21 fevral 2014-cü il tarixli 3 nömrəli qərarının 5-ci bəndinin 5-ci abzasına əsasən kütləvi informasiya vasitəsi və kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatı dedikdə, dövri mətbu nəşrlər, teleradio proqramları, kinoxronika proqramları, sosial internet şəbəkələri, dövri mətbuatın və teleradio kanallarının internet saytları və digər yayım formaları başa düşülür. Şərəf və ləyaqəti ləkələyən məlumatlar dedikdə, əxlaqi prinsiplər, istehsal-təsərrüfat, xidmət və ictimai fəaliyyətlə əlaqədar cəmiyyət, kollektiv və yaxud ayrı-ayrı şəxslər arasında vətəndaş barəsində mənfi rəy yaradan məlumatlar başa düşülür. Subyektiv cəhətdən birbaşa qəsdlə törədilən bu cinayət hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatlar yayıldığı andan başa çatmış sayılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Təqsirləndirilən şəxs X2 cəzasını yüngülləşdirən və ağırlaşdıran halllar məhkəmə tərəfindən müəyyən edilmədi. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs X8 ittiham olunduğu AR CM-nin 147.2ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasına məhkum edilməli və AR CM-nin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs X2 əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin tərkibi olmadığına görə ona həmin ittiham üzrə bəraət verilməlidir. İşdə olan 1 ədəd CD disk maddi sübut kimi tanınaraq cinayət işi materiallarında saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 197-198, 341-349, 351-353, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: X8 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ilə təqsirli bilinib 1 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Barəsində həbs qətimkan tədbiri seçilərək X8 məhkəmə iclas zalından həbsə alınsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəksin. Cəza çəkməsinin əvvəli 25 may 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs X2 əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin tərkibi olmadığına görə ona həmin ittiham üzrə bəraət verilsin. İşdə olan 1 ədəd CD disk maddi sübut kimi tanınaraq cinayət işi materiallarında saxlanılsın. Hökmdən 20 gün müddətinə İmişli rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Qurban Hacıyev
Məhkəmə qərarları › İş №1(036)-14/2021
İmişli Rayon Məhkəməsi Hökm — İş №1(036)-14/2021
25.05.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver