Məhkəmə qərarları › İş №1(036)-14/2022

İmişli Rayon Məhkəməsi Hökm — İş №1(036)-14/2022

13.05.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM İmişli rayonu İş № 1(036)-14/2022 13.05.2022 İMİŞLİ RAYON MƏHKƏMƏSİ 13 may 2022-ci il tarixdə İmişli şəhərində İmişli Rayon Məhkəməsi Qənbərov Ülvi Oktay oğlunun sədrliyi, X23 oğlunun katibliyi, Dövlət ittihamçısı oğlunun, zərərçəkmiş şəxsin nümayəndəsi Qocayev Aqil Sezar oğlunun və müdafiəçi X3 iştirakı ilə, xx.xx.1967-ci il tarixdə İmişli rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, İmişli rayon İHB-nin İmişli şəhər İƏD üzrə nümayəndəsinin müavini vəzifəsində işləyən, İmişli şəhəri, Həsənoğlu küçəsi ev 29-da yaşayan və barəsində “ polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs oğlunun Azərbaycan Respublikası CM-nın 179.2.1, 179.2.3, 179.2.4 və 308.1-ci maddələri ilə təqsirləndirilməsinə dair işə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs ondan ötrü məhkəməyə verilmişdir ki, o, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi üzrə 20 noyabr 2015-ci il tarixli, 09/11- 549 saylı əmrlə həmin Nazirliyin yanında Dövlət Məşğulluq Xidmətinin İmişli rayon Məşğulluq Mərkəzinin direktoru vəzifəsinə təyin edilməklə 14 aprel 2020-ci il tarixədək həmin vəzifədə işləyərkən “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının 27 dekabr 2001-ci il tarixli Qanununun 6, 22, 36.7 və 40-2-ci maddələrinə əsasən, satınalan təşkilatın rəhbəri kimi dövlət büdcəsi vəsaitləri hesabına malların alınması, işlərin görülməsi və xidmətlərin göstərilməsi ilə bağlı satınalmanın şəffaflıq, aşkarlıq, bərabərlik və rəqabətlilik prinsipləri əsasında keçirilməsini, təsdiq edilmiş satınalma planına uyğun olaraq iddiaçıların təqdim etdikləri təkliflərdən ən səmərəlisinin seçilməsi məqsədi ilə keçirilən müsabiqələrin (tender və kotirovka sorğusu) müəyyən olunmuş prosedura uyğun təşkil olmasını təmin etməli, satınalmanın təşkil olunması üçün tender komissiyasını formalaşdırmalı, tenderin əsas şərtlər toplusunun hazırlanmasını, tenderin əsas şərtlər toplusu və tender elanı təsdiq edildikdən sonra tender elanının dərc olunmasını və malgöndərənlərə (podratçılara) tenderdə iştirak üçün fərdi dəvətlər göndərilməsini təmin etməli, iştirakçılar tərəfindən verilmiş təkliflərin öyrənilməsi, müqayisəli qiymətləndirilməsi ilə ixtisas göstəriciləri uyğun gəlməyən, yəni satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığı, təcrübəsi, texniki və maliyyə imkanları, işçi qüvvəsi, idarəetmə səriştəsi, etibarlılığı, öz əmlakından sərbəst və məhdudiyyətsiz istifadə etmək imkanı olmayan iddiaçıların tenderdə iştirakdan kənar edilməsini təmin etməli, tenderin əsas şərtlər toplusunda göstərilən və kəmiyyətcə qiymətləndirilən və ya dəyər ekvivalenti təyin edilə bilən meyarlar əsasında ən sərfəli və ən aşağı qiymət təklif edən malgöndərənlə müqavilə bağlamalı, müqavilə üzrə alınmış malların, görülmüş işlərin və göstərilmiş xidmətlərin normativ hüquqi aktların, o cümlədən texniki normativ hüquqi aktların tələblərinə, habelə satınalma müqaviləsində nəzərdə tutulmuş digər tələblərə və standartlara uyğunluğunu yoxlamalı və digər səlahiyyətlərə malik vəzifəli şəxs kimi qabaqcadan əlbir olduğu Dövlət Məşğulluq Xidmətinin rəhbər vəzifəli şəxsləri və qeyriləri ilə birlikdə bir qrup şəxs halında öz qulluq mövqeyindən istifadə etməklə dövlətə məxsus olmaqla ona etibar edilmiş əmlakı israf etmə yolu ilə talamaq və xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edib cinayət əlaqəsinə girərək İmişli rayon Məşğulluq mərkəzində iş axtaran şəxs kimi qeydiyyata alınmış 15 şəxsin biznes planlarının həyata keçirilməsi üçün “Əhalinin özünü məşğulluğunun təmin olunması sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 7 aprel 2016-cı il tarixli 1941 nömrəli sərəncamına əsasən dövlət büdcəsinin 26.05.2017-ci il tarixli və 14.08.2017-ci il tarixli kassa xərclərinin sifarişi əsasında İmişli rayon Məşğulluq mərkəzinə ayrılmış 63.504,81 manat (altmış üç min beş yüz dörd manat səksən bir qəpik) məbləğində vəsait Dövlət Məşğulluq Xidmətinin Əmək bazarının təhlili və statistikası sektorunun müdiri vəzifəsində işləyən Şahid19 əvvəlcədən, yəni 2017-ci ilin may-iyul aylarında, istintaqla müəyyən edilməyən gündə və şəraitdə Bakı şəhərində istintaqla müəyyən edilməyən ünvanda tamah və sair, yəni üçüncü şəxslər qarşısında nüfuz qazanmaq, özünü rəhbərlik qarşısında işgüzar və bacarıqlı işçi kimi göstərmək niyyəti ilə qabaqcadan əlbir olduğu qeyriləri ilə birlikdə bilə-bilə yalan məlumatlar daxil etdiyi rəsmi sənədlər hesab edilən 49.440 (qırx doqquz min dörd yüz qırx) manat məbləğində maddi aktivlərin alınması üzrə guya X20 tərəfindən keçirilmiş 05.05.2017-ci il tarixli kotirovka sorğusununun qalibinin ********** nömrəli VÖEN-lə qeydiyyatdan keçmiş fiziki şəxs Şahid21, 14.020 (on dörd min iyirmi) manat məbləğində maddi aktivlərin alınması üzrə guya X20 tərəfindən keçirilmiş 31.07.2017-ci il tarixli tenderin qalibinin ********** VÖEN-lə qeydiyyatdan keçmiş Şahid22 rəhbəri olduğu “Sabit” X9 olması barədə 2017-ci ilin may-iyul aylarında istintaqla müəyyən edilməyən gündə və şəraitdə İmişli rayon Məşğulluq mərkəzinə yuxarıda adları göstərilən fiziki və hüquqi şəxslə özü arasında bağlanaraq göndərdiyi 15 may 2017ci il tarixli nömrəsiz və 03 avqust 2017-ci il tarixli 25 nömrəli müqavilələr, kotirovka sorğusu, tenderin nəticələri haqqında 05.05.2017-ci il tarixli, 31.07.2017-ci il tarixli yekun protokolları və digər sənədlərin Şahid19 yanında özünü sədaqətli işçi kimi göstərib hörmət qazanmaqla özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə guya özünün 25 noyabr 2016-cı il tarixli 50 nömrəli və 02 iyun 2017-ci il tarixli 32 nömrəli qərarları ilə həmin mərkəz üzrə yaradılmış satınalma komissiyasının üzvləri Şahid17 Xanoğlan qızı, Şahid13, Şahid15, Şahid14 və Şahid16 tərəfindən İmişli şəhəri, Şadlinskiy küçəsində yerləşən İmişli rayon Məşğulluq mərkəzinin inzibati binasında həmin tenderin nəticələri və kotirovka sorğuları üzrə təkliflərin müzakirə olunması və “Sabit” kəndi fermer təsərrüfatı və X4 həmin tenderin və kotirovka sorğusunun qalibləri olması barədə bilə-bilə yalan məlumatlar daxil edilmiş həmin saxta sənədlərin imzalanmasını təşkil etdikdən sonra, xidməti otağında öz imzası və Mərkəzin möhürü ilə təsdiq edərək faktiki olaraq maddi aktivlərin alınması ilə bağlı heç bir tender və ya kotirovka sorğusu keçirmədən, yuxarıda adları qeyd edilən hüquqi və fiziki şəxslərin faktiki olaraq satınalma müqaviləsində göstərilən maddi aktivləri vermək imkanını, o cümlədən, əmlakının olub-olmamasını, texniki və maliyyə imkanlarını və digər ixtisas dərəcələrini yoxlamadan 26.05.2017-ci il tarixli 3313 nömrəli ödəniş tapşırığı ilə X4 "xxxx" ASC-nin Sabunçu filialında olan AZ47İBAZ******************** nömrəli hesabına 49.440,00 manat, 14.08.2017-ci il tarixli 5869 nömrəli ödəniş tapşırığı ilə “Sabit” X9 "xxxx" ASC-də olan AZ25AMRA******************** nömrəli hesabına 14.020 manat, ümumilikdə bir fiziki və bir hüquqi şəxsin hesabına cəmi 63.460 (altmış üç min dörd yüz altmış) manat məbləğində pul vəsaitinin köçürülməsini təmin edib, faktiki olaraq satınalma müqavilələrində göstərilən maddi aktivlərin 15 nəfərdən 2 nəfərə, yəni X14 4.000 manat, X5 4.120 manat dəyərində maddi aktiv tam verilməsinə baxmayaraq, digər 13 nəfərə nəzərdə tutulmuş maddi aktivlərin tam verilməsini təmin etməyən, qeyd edilən hüquqi və fiziki şəxslərin adından heç bir səlahiyyəti olmadığı halda Şahid20 2017-ci ilin iyun-avqust ayları ərzində İmişli, Sabirabad və Beyləqan rayonları ərazisində iri və xırda buynuzlu mal-qaranın satışının aparıldığı bazarlardan və istintaqla müəyyən edilməyən digər şəxslərdən aldığı mal-qaranı İmişli rayon Məşğulluq mərkəzində iş axtaran kimi qeydiyyata alınmış Şahid3 faktiki olaraq 2.900,00 manat dəyərində maddi aktiv verildiyi halda ona guya 4.120,00 manat dəyərində, Şahid18 faktiki olaraq 2.900,00 manat dəyərində maddi aktiv verildiyi halda ona guya 4.120,00 manat dəyərində, Şahid9 faktiki olaraq 2.880,00 manat dəyərində maddi aktiv verildiyi halda ona guya 4.150,00 manat dəyərində, Şahid6 faktiki olaraq 2.950,00 manat dəyərində maddi aktiv verildiyi halda ona guya 4.120,00 manat dəyərində, Şahid5 faktiki olaraq 3.600,00 manat dəyərində maddi aktiv verildiyi halda ona guya 4.120,00 manat dəyərində, Şahid8 faktiki olaraq 2.900,00 manat dəyərində maddi aktiv verildiyi halda ona guya 4.120,00 manat dəyərində, Şahid12 faktiki olaraq 3.000,00 manat dəyərində maddi aktiv verildiyi halda ona guya 4.120,00 manat dəyərində, Şahid7 faktiki olaraq 2.900,00 manat dəyərində maddi aktiv verildiyi halda ona guya 4.120,00 manat dəyərində, Şahid1 faktiki olaraq 2.900,00 manat dəyərində maddi aktiv verildiyi halda ona guya 4.120,00 manat dəyərində, Şahid2 Mirxaliq oğluna faktiki olaraq 2.900,00 manat dəyərində maddi aktiv verildiyi halda ona guya 4.120,00 manat dəyərində, Şahid10 faktiki olaraq 3.750,00 manat dəyərində maddi aktiv verildiyi halda ona guya 4.950,00 manat dəyərində, X15 faktiki olaraq 4.000,00 manat dəyərində maddi aktiv verildiyi halda ona guya 4.950,00 manat dəyərində, Şahid11 faktiki olaraq 2.900,00 manat dəyərində maddi aktiv verildiyi halda ona guya 4.120,00 manat dəyərində maddi aktivlərin verilməsi barədə şəxsi niyyətlə, yəni törətdiyi cinayəti pərdələmək, cinayətin iştirakçılarını məsuliyyətdən kənarlaşdırmaq məqsədilə məzmununa İmişli rayonu Məşğulluq mərkəzinin inzibati binasında bilə-bilə yalan məlumatlar daxil etdiyi aktivlərin iştirakçıların mülkiyyətinə verilməsi barədə iyun-sentyabr 2018-ci il tarixli aktların mərkəz üzrə yaradılmış satınalma komissiyasının üzvü Şahid17 və Dövlət Məşğulluq Xidmətinin Əmək bazarının təhlili və statistikası sektorunun müdiri vəzifəsində işləyən Şahid19 imzası ilə təsdiqlənməsini təşkil edib həmin hərəkətləri ilə 13 iş axtaran şəxsə maddi aktivlərin verilməsi üçün ayrılmış 55.250 (əlli beş min iki yüz əlli) manat məbləğində vəsaitdən faktiki olaraq 40.480 (qırx min dörd yüz səksən) manat məbləğində maddi aktivin verilib qiymətlərin şişirdilməsi ilə 14.770 (on dörd min yeddi yüz yetmiş) manat məbləğində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinə məxsus olmaqla özünə etibar edilmiş əmlakı öz qulluq mövqeyindən istifadə etməklə xeyli miqdarda ziyan vurmaqla qabaqcadan əlbir olduğu qeyriləri ilə bir qrup şəxs qismində vahid niyyətlə israf etmə yolu ilə talamış, qabaqcadan əlbir olduğu qeyriləri ilə birlikdə bir qrup şəxs halında həmin hərəkətləri ilə məşğulluğun müəyyən olunmuş standartlar üzrə təmin edilməsi, dövlət vəsaitindən səmərəli və qənaətlə istifadə edilməsi, müsabiqə və aşkarlıq əsasında bütün malgöndərənlərlə (podratçılarla) bərabər rəqabət mühitinin yaradılması sahəsində dövlətin qanunla qorunan mənafelərinə vahid niyyətlə mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmişdir. İş üzrə Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, 20.11.2015-ci ildə İmişli rayon İcra Hakimiyyəti başçısının əmri ilə X12 direktoru vəzifəsinə təyin edilmiş, 14.04.2020-ci il tarixdə öz ərizəsilə vəzifəsindən azad edilmişdir. İmişli rayon Məşğulluq Mərkəzinin hesablaşma hesabı "xxxx" ASC-nin İmişli rayon fılialında olmuşdur. Mərkəzin birbaşa tabeçiliyi isə Dövlət Məşğulluq Xidmətinədir. 2016-cı ildə özünəməşğulluğun təmin edilməsi ilə bağlı İmişli rayon Məşğulluq Mərkəzində işsiz və işaxtaran şəxslər kimi qeydiyyata alınmış vətəndaşlarla 2-3 ay ərzində təlim kursları keçirilmişdir. Kursları müvəffəqiyyətlə bitirmiş və öz biznes planlarını təqdim etmiş şəxslərə maddi aktivlərin verilməsi nəzərdə tutulmuşdur. 2017-ci ilin may-iyun aylarında Baş idarədən - Statistika Şöbəsinin müdiri Şahid19 istifadəsində olan yuxarıda qeyd edilən mobil nömrəsinə özünün 055-999 rəqəmləri ilə başlayan mobil nömrədən iki dəfə şəxsən zəng edərək demişdir ki, maddi aktivlərin alınması ilə bağlı Mərkəzə sənədlər göndərir, həmin sənədləri özü imzalasın və möhürlə təsdiq etsin, bundan sonra da Mərkəzin müvafiq əməkdaşlarına imzalatdırsın və sənədləri ona qaytarsın. Hər iki dəfə Şahid19 ona tanımadığı taksi maşını ilə aktivlərin alınması ilə bağlı hazır yazılmış sənədləri göndərmişdir. Sənədlər Mərkəz üzrə maddi aktivlərin alınması ilə bağlı keçirilməsi kimi rəsmiləşdirirlmiş tender və kotirovkanın “Sabit” KFT və Şahid21 qalib olması barədə yekun protokolu, müqavilələr, qaimə fakturalar və digər sənədlər olmuşdur. Şahid19 həmin vaxt ona demişdir ki, bu Baş İdarənin rəhbərliyinin göstərişidir, lakin konkret ad çəkməmişdir. O həmin sənədləri özü imzalayıb möhürlə təsdiq etmiş və Mərkəzin digər əməkdaşları - Şahid15, Şahid17 və başqalarına bu sənədlərin Baş İdarədən göndərilmiş sənədlər olmasını deyib imzalatdırmışdır. Daha sonra tapşırığı əsasında Mərkəzin baş mühasibi Şahid15 yuxarıda adlarını qeyd etdiyi hüquqi və fiziki şəxsin hesabına pul köçürmə əməliyyatını aparmışdır. Aktivlərin vətəndaşlara paylanmasını Şahid20 adlı şəxs həyata keçirmişdir. Şahid20 ona “Sabit” KFT-nin və Şahid21 nümayəndəsi olduğunu demişdir. Şahların vətəndaşlara mal-qaranı Beyləqan və İmişli rayon mal bazarlarından aldığını və malların pulunu özü ödədiyini bilmişdir. Şahid20lə onun telefon danışığı olmuş, Şahlarla görüşmək istəsə də, sonuncu bundan imtina etmiş, yəni Şahları şəxsən görməmişdir. Təxminən bir ildən sonra Şahid19 Mərkəzə gəlmiş və özü ilə “aktivin iştirakçının mülkiyyətinə verilməsi barədə” hazır aktlar gətirmişdir. Həmin aktları vətəndaşları çağırıb otağında imzalatdırmışdır. Şahid19 özü də həmin aktları imzalamışdır. İmişli rayon Məşğulluq Mərkəzi üzrə maddi aktivin alınması ilə bağlı hər hansı bir kotirovka və tender keçirilməmiş, o, Mərkəzin direktoru kimi hər hansı kotirovka və tenderdə iştirak etməmiş və təşkil etməmişdir. Sadəcə olaraq həmin sənədi Baş İdarədən Şahid19 tərəfindən göndərilmiş sənədlər olduğundan sonuncunun sözlərinə görə imzalamışdır. Əgər sənədləri imza etməsəydi və ya vəsaitin köçürməsini aparmasaydı onda onu işdən azad edərdilər.“Sabit" KFT ilə bağlanılmış (maddi aktivlərlə bağlı) 13.08.2017-ci il tarixli və Şahid21la bağlanılmış 15.05.2017-ci il tarixli müqavilələr, İmişli rayon Məşğulluq Mərkəzi üzrə İ Lot üzrə tenderin və kotirovka sorğusunun nəticələri haqqında 05.05.2017-ci il tarixli və 31.07.2017-ci il tarixli yekun protokollarda, bu barədə qaimə fakturalar, müqavilələr və digər sənədlərdə olan imzalar özünə məxsusdur, həmin sənədlərdə olan möhürü də özü icra etmişdir. O, Mərkəzin direktoru kimi Mərkəz üzrə aktivlərin alınması ilə bağlı ümumiyyətlə heç bir kotirovka və ya tender keçirməmiş və ya təşkil etməmiş və şəxsən heç bir kotirovka və tenderdə iştirak etməmişdir. Qeyd edilən yekun protokolları və digər sənədləri xidməti otağında Baş İdarədən Şahid19 tərəfindən göndərilmiş sənədlər olmasına görə imzalamışdır. Qeyd edilən protokollarda göstərilən “Sabit” KFT-nin və fiziki şəxs Şahid21, onun hər hansı bir nümayəndəsini və protokolda göstərilən digər müəssisələrin heç birini tanımır. Faktiki olaraq iştirak etmədiyi tenderin və kotirovkanın yekun protokolunu, müqavilələri həmin sənədlər Baş İdarədən- Şahid19 tərəfindən göndərilmiş sənədlər olmasına görə imzalamışdır və möhürlə təsdiq etmişdir. Belə ki, Şahid19 demişdir ki, bu sənədlər Baş İdarədən rəhbərlik tərəfindən göndərilmiş sənədlərdir, imzalanıb qaytarılmalıdır. Əgər həmin sənədləri imzalamasaydı işdən azad olunardı. İş yerimi itirməmək üçün bunu etmiş, heç bir maddi marağı olmamışdır. Faktiki olaraq 16.05.2017-ci il tarixli 622353 nömrəli qaimə fakturada göstərilən aktivləri təhvil almamışdır. Həmin qaimə fakturalar sadəcə olaraq qeyd edilən vəsaitlərin təhvil verən şəxs kimi adları göstərilmiş Şahid21 və “Sabit” KFT-nin hesabına pul köçürülməsi üçün tərtib edilmiş və Baş İdarədən göndərilmiş hazır sənədlərdir, çünki həmin qaimə fakturalar olmasa Maliyyə İdarəsi vəsaitin köçürülməsinə yol verməzdi. Qeyd edilən hüquqi və fiziki şəxsin hesabına vəsaitin köçürülməsi ilə bağlı yəni həmin hüquqi və fiziki şəxsin tender və kotirovkanın qalibi olması kimi rəsmiləşdirilmiş sənədlər üzrə Mərkəzdən faktiki olaraq kotirovka və tender keçirilməməsini vəsaiti köçürən Maliyyə idarəsinin əməkdaşına deməmişdir, ümumiyyətlə Maliyyə İdarəsinin hər hansı bir əməkdaşına rəsmiləşdirilmiş kotirovka və tenderin mahiyyəti ilə bağlı heç bir söz deməmişdir. Maliyyə İdarəsi əvvəlcə vəsaiti köçürməmiş, bu barədə Şahid19 məlumat vermiş və köçürülmə aparılmışdır. Tender komissiyasının üzvləri kimi adları göstərilmiş Şahid17 və Şahid14 ifadələrində 05.05.2017-ci il tarixli yekun protokolda adları qarşısında olan imzaların onlara məxsus olmadığını bildirmələri ilə əlaqədar etiraf edir ki, Şahid17 və Şahid14 yerinə 05 may 2017-ci il tarixli protokollara özü imza etmiş, lakin bu barədə hər ikisinin məlumatı olmuş, sadəcə Şahid19 sənədlərin təcili imzalanıb qaytarılmasını tapşırdığı üçün bunu etmişdir. Təqsirləndirilən şəxs daha sonra ifadəsində əməlindən peşman olaraq zərərçəkmiş şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinə dəymiş maddi ziyanı tam şəkildə ödədiyini və cinayəti nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdiyini göstərib barəsində Azərbaycan Respublikası CM-nin 179.2.1, 179.2.3 və 179.2.4-cü maddələri ilə olan cinayət işi üzrə məsuliyyətdən azad edilməsini xahiş etmişdir. İş üzrə zərərçəkmiş şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin nümayəndəsi Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, baş vermiş cinayət hadisəsi nəticəsində zərərçəkmiş şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinə dəymiş maddi ziyan Təqsirləndirilən şəxs tərəfindən tam şəkildə ödənilmişdir. Bu səbəbdən də, Təqsirləndirilən şəxs qarşı heç bir tələb və şikayət yoxdur. İş üzrə Şahid13 ifadəsində bildirmişdir ki, o, 1997-ci ilin iyun ayından 2016-cı ilin sentyabr ayınadək X13 baş mühasib işləmiş, hazırda isə həmin Mərkəzdə baş məsləhətçi vəzifəsində işləyir. Təqsirləndirilən şəxs X12 direktoru işləmişdir. İmişli rayon Məşğulluq Mərkəzi üzrə tenderin nəticələri haqqında tender komissiyasının 31.07.2017-ci il tarixli və X20 üzrə maddi aktivlərin alınması ilə bağlı tender komissiyasının 05.05.201 7-ci il tarixli yekun protokolunda adının qarşısında olan imzalar özünə məxsusdur, lakin o, faktiki olaraq heç bir kotirovka və tenderdə iştirak etməmişdir. Kotirovka və tenderin tam mahiyyətini bilmir. Qeyd edilən yekun protokolu Mərkəzin müdiri Təqsirləndirilən şəxs xidməti otağında imzalamışdır. Belə ki, Elxan onu və digərlərini xidməti otağına çağırıb demişdir ki, bu sənədlər Baş idarədən göndərilmiş sənədlərdir, imzalanıb qaytarılmalıdır. O da həmin sənədi Elxanın xidməti otağında imzalamışdır. Qeyd edilən protokolda göstərilən “Sabit” KFT-nin, onun hər hansı bir nümayəndəsini, protokolda göstərilən digər müəssisələrin heç birin , o cümlədən Şahid21 tanımır. Faktiki olaraq iştirak etmədiyi tenderin yekun protokolunu imzalamasını onunla əsaslandırır ki, Mərkəzin direktoru Təqsirləndirilən şəxs ona bildirmişdir ki, bu sənəd Baş İdarədən göndərilmiş sənəddir. Mərkəzin direktoru Təqsirləndirilən şəxs yaxşı rəhbər hesab etdiyinə görə sonuncunun məsləhəti əsasında sənədi imzalamışdır. O, hər hansı bir aktivin alınmasında və paylanmasında iştirak etməmiş, aktivlərin kim tərəfindən paylanılmasından xəbəri olmamışdır. İş üzrə Şahid16 ifadəsində bildirmişdir ki, o, 05.06.2017-ci il tarixdən hal-hazıradək X13 mütəxəsis vəzifəsində işləyir. İmişli rayon Məşğulluq Mərkəzi üzrə İ Lot üzrə tenderin nəticələri haqqında tender komissiyasının 31.07.2017-ci il tarixli yekun protokolda tender komissiyasının üzvləri qrafasında axırıncı sırada adının qarşısında olan imza ona məxsusdur. O, faktiki olaraq heç bir kotirovka və tenderdə iştirak etməmiş, kotirovka və tenderin tam mahiyyətini bilmir. Qeyd edilən yekun protokolu Mərkəzin müdiri işləmiş Təqsirləndirilən şəxs xidməti otağında imzalamışdır. Belə ki, Təqsirləndirilən şəxs onu və digərlərini xidməti otağına çağırıb demişdir ki, həmin sənədlər Baş idarədən göndərilmiş sənədlərdir, imzalanıb qaytarılmalıdır. O da həmin sənədi Təqsirləndirilən şəxs xidməti otağında imzalamışdır. Hətta xatırlayır ki, həmin sənədi imzalamağa biraz tərəddüd etmişlər. Mərkəzin direktoru Təqsirləndirilən şəxs demişdir ki, sənədin göndərilməsini iki gün gecikdirdiyinə görə baş idarədən ona irad tutmuşlar. Qeyd edilən protokolda göstərilən “Sabit" KFTnin, onun hər hansı bir nümayəndəsini və protokolda göstərilən digər müəssisələrin heç birini tanımır. Mərkəzin direktoru Təqsirləndirilən şəxs yaxşı rəhbərdir və məsləhət görmüşdür ki, sənəd imzalanmalıdır. O da rəhbər kimi Elxanın sözünə görə sənədi imzalamışdır. O, hər hansı bir aktivin alınmasında və paylanmasında iştirak etməmiş, aktivlərin kim tərəfindən paylanılmasından xəbəri olmamışdır. İş üzrə şahid X17 ifadəsində bildirmişdir ki, o, 2015-ci ilin sonlarında İmişli rayonu Məşğulluq Mərkəzinə iş axtaran kimi müraciət etmiş, qeydiyyata düşmüş və oradan ona bildirmişdilər ki, müraciət edənlərə öz bizneslərini qurmaq üçün mal-qara verəcəklər. Ondan başqa həmin vaxt daha 20 nəfər İmişli sakini olmuşdur. Bundan sonra təxminən 2016-cı ilin sentyabroktyabr ayında DSMF-nin İmişli rayon Şöbəsində olan binada onlara heyvandarlıq haqqında kurs keçilmiş, kursu İmişli rayonundan olan Yusif adlı şəxs keçmişdir. Onlara kurs keçiləndə Yusif müəllim nümunə üçün bir biznes plan hazırlamış və həmin nümunə əsasında o da biznes plan hazırlamış, biznes planında ətlik quzu saxlayacağını yazmışdır. Hazırladığı biznes planın dəyəri təxminən 4000 manata yaxın olmuşdur. Kursun sonunda X22 Kompleksində imtahan vermişlər. Həmin imtahanda Bakı şəhərindən gələn vəzifəli şəxslər heyvan saxlamaqla bağlı onlara suallar vermişlər və həmin imtahan 2016-cı ilin oktyabr ayında bitmiş, bundan sonra onlara heyvan veriləndə çağırılacaqları bildirilmişdir. Həmin dövrdə isə bir nəfər kursa gəlməmiş, bir nəfərin iş yeri olduğuna görə kursdan çıxarılmış, 3 nəfər isə imtahandan kəsilmişdir. Bundan sonra onlara heyvan veriləndə çağırılacaqları bildirilmişdir. Təxminən 2017-ci ilin avqust ayında istifadəsində olan mobil nömrəyə tanımadığı bir şəxs zəng vurub ona heyvan veriləcəyini deyib İmişli rayonunda yerləşən mal bazarına dəvət etmiş və o da həmin vaxt İmişli mal bazarına getmişdir. Oradan tanımadığı iki nəfər bazardan tanımadığı satıcıdan 18 baş qoyun almışlar və həmin heyvanların da pullarını özləri vermişlər. Həmin heyvanlara görə təxminən 4000 manata yaxın pul verilmişdir. Həmin heyvanları aldıqdan sonra onun şəklini çəkmişlər və ona təqdim edilən akta imza etdirmişlər. Bundan sonra heyvanları maşına yükləyərək evinə aparmışdır. Təxminən bir həftə sonra sonra bir nəfər tanımadığı şəxs onun həyətinə gələrək həmin heyvanları saxlayıb-saxlamadığını yoxlamış və həmin heyvanları saxladığını görmüşlər. Hal-hazırda həmin heyvanları saxlayır.İşaxtaran kimi qeydiyyata alınmağı və maddi aktivlərin verilməsi ilə bağlı ondan heç kim hər hansı məbləğdə pul almamışdır. Ona 2017-ci ilin təxminən avqust ayında 18 baş yanı balalı qoyun verilmişdir və həmin qoyunları o, İmişli mal bazarından özü almış və yanında olan tanımadığı və adını xatırlamadığın şəxs aldığı heyvanların pulunu vermiş, lakin nə qədər pul ödənildiyini bilmir. Həmin şəxsi Bakı şəhərindən gələn nümayəndə hesab etmiş, lakin hansı vəzifədə olduğunu bilmir. "xxxx" MMC və “Sabit” Kəndli Fermer təsərrüfat və fiziki şəxs Şahid21 hər hansı bir maddi aktiv almamış, həmin şəxs və şirkətləri tanımır. Ona heyvanlar İmişli mal bazarında verilmiş və maddi aktivlərin verilərkən orada İmişli rayon Məşğulluq Mərkəzinin hər hansı bir əməkdaşı olmamışdır. 22.08.2017-ci il tarixli “Aktivlərin iştiraçıların istifadəsinə verilməsi” aktında olan imza özünə məxsusdur, lakin o imza edərkən heyvanların qiyməti akta qeyd olunmamışdır1. Ona əlavə hər hansı məbləğdə pul verilməmişdir. İş üzrə şahidlər, Şahid5, Şahid10, Şahid3, Şahid11, Şahid12, Şahid2, Şahid6, Şahid18, Şahid7, Şahid8, Şahid1 şahid X10 göstərdiyi xüsusatlar üzrə oxşar məzmunlu ifadələr vermişlər. İş üzrə Şahid15 ifadəsində göstərmişdir ki, o, 01.09.2016-cı il tarixdən X13 baş mühasib vəzifəsində işləmişdir. X12 direktoru 2015-ci ilin noyabr ayından Təqsirləndirilən şəxs olmuşdur. İmişli rayon Məşğulluq Mərkəzinin hesablaşma hesabı Kapital Bank ASC-nin İmişli rayon fılialındadır. Mərkəzin birbaşa tabeçiliyi isə Dövlət Məşğulluq Xidmətinədir. 2016-cı ildə özünəməşğulluğun təmin edilməsi ilə bağlı İmişli rayon Məşğulluq Mərkəzində işsiz və işaxtaran şəxslər kimi qeydiyyata alınmış vətəndaşlarla 2-3 ay ərzində təlim kursları keçirilmişdir. Kursları müvəffəqiyyətlə bitirmiş və öz biznes planlarını təqdim etmiş şəxslərə maddi aktivlərin verilməsi nəzərdə tutulmuşdur. 2017-ci ilin təxminən may iyun aylarında Mərkəzin direktoru Təqsirləndirilən şəxs iki dəfə onu öz otağına çağırıb aktivlərin alınması ilə bağlı Baş idarədən - Statistika Şöbəsinin müdiri Şahid19 tərəfindən imzalanıb qaytarılması üçün hazır sənədlərin göndərildiyini bildirmişdir. Görmüşdür ki. həmin sənədlər aktivlərin alınması ilə bağlı tender və kotirovka sənədləridir, tender üzrə qalib Sabit KFT göstərilib, kotirovka üzrə isə fiziki şəxs X11 qalib kimi göstərilib. O, hətta tenderin yekun protokolunu baş mühasib kimi də imzalamışdır. Bundan sonra Təqsirləndirilən şəxs ona verdiyi qaimə fakturanı, yekun protokolu və müqaviləni İmişli rayon Maliyyə İdarəsinə təqdim edib Kapital Bank ASC vasitəsi ilə qalib kimi göstərilən hüquqi və fiziki şəxsin “Əmrahbank” və “Beynəlxalq Bank”da olan hesablarına köçürmə aparmışdır. Eşitmişdir ki, aktivləri paylayan şəxs Şahlar adlı şəxsdir, lakin onunla heç vaxt tanışlığı olmamış, maddi aktivlərin paylanmasında şəxsən iştirak etməmişdir. İmişli rayon Məşğulluq Mərkəzi üzrə maddi aktivin alınması ilə bağlı hər hansı bir kotirovka və tender keçirilməmiş, o, şəxsən hər hansı kotirovka və tenderdə iştirak etməmişdir. Sadəcə olaraq həmin sənədi və köçürmələri Baş İdarədən göndərilmiş sənədlər olmasına görə imzalamış və vəsaiti köçürmüşdür. Əgər sənədləri imza etməsəydi və ya köçürməni aparmasaydı onda onu işdən azad edərdilər, aldığı 300 manat əmək haqqından məhrum olardı. İmişli rayon Məşğulluq Mərkəzi üzrə İ Lot üzrə tenderin nəticələri haqqında tender komissiyasının 31.07.2017-ci il tarixli yekun protokolunda adının qarşısındakı imza özünə məxsusdur. Qeyd edilən yekun protokolu Mərkəzin müdiri Təqsirləndirilən şəxs xidməti otağında imzalamışdır. Belə ki, Təqsirləndirilən şəxs onu və digər əməkdaşları xidməti otağına çağırıb demişdir ki, həmin sənədlər baş idarədən göndərilib və imzalanıb qaytarılmalıdır. Sənədlərdə göstərilən müəssisələrin heç birini tanımır, qaimə-fakturalarda göstərilən aktivlər İmişi rayon Məşğulluq Mərkəzi tərəfindən faktiki olaraq alınmayıb, qaimə fakturaların imzalanmasına səbəb pulun köçürülməsini təmin etmək olmuşdur. İş üzrə Şahid19 ifadəsində göstərmişdir ki, o. 01.10.2012-ci ildə ƏƏSMN yanında Baş Məşğulluq İdarəsində Əmək bazarının təhlili sektorunun müdiri vəzifəsinə təyin olunmuşdur. Özünüməşğulluq proqramı çərçivəsində işsiz kimi seçilmiş şəxslər təlimlərə cəlb edilmiş, X2 sertifikatını almış təlimçilər tərəfindən onlara 36 saatlıq təlim keçirilmiş, biznes plan yazmaq, biznesi idarə etmək vərdişləri öyrədilmiş, yazdıqları layihələr Dövlət Məşğulluq Xidmətinin rəhbərliyi tərəfindən yaradılmış komissiya tərəfindən öyrənilmiş, qiymətləndirilmiş, bəziləri seçmə qaydada yoxlanılmış, ayrılmış vəsait hesabına onlara özünüməşğulluq proqramı çərçivəsində öz təsərrüfatlarını yaratmaları üçün mal-material, avadanlıqlar ayrılmış, sonradan həmin istifadəyə verilmiş əmlaklar şəxslərin mülkiyyətinə verilmişdir. Özünü məşğulluq proqramı üçün ilkin vəsait Prezidentin ehtiyat fondundan ayrılsa da, sonradan, 01.01.2018-ci ildən bu vəsait 0,5 faiz işləyən şəxslərin, 0,5 faiz isə işəgötürənlərin ödənişləri hesabına formalaşan işsizlikdən Sığorta Fondundan ayrılmışdır. Maddi aktivlərin alınması ilə bağlı vəsait əvvəllər yerli məşğulluq mərkəzlərinə ayrılmış, həmin mərkəzlər tender keçirmək və ya kotirovka sorğusu ilə aidiyyəti təşkilatları seçmiş, həmin təşkilatlar isə tələb olunan maddi aktivləri təmin edib işsiz şəxslərə təqdim etmişlər. Dövlət Məşğulluq Xidməti rəhbərliyinin əmrinə əsasən ölkə ərazisi müxtəlif regionlar üzrə kurasiyalara bölünmüş, eləcə də Saatlı, Sabirabad, İmişli, Füzuli, Cəbrayıl, Beyləqan və Xocavənd rayonları üzrə kuratorlardan biri olaraq həmin rayonlarda biznes planların seçilməsi, istifadə üçün verilmiş maddi aktivlərin bir il sonra istifadəçilərin mülkiyyətin verilməsi prosesində iştirak etmiş və görüşdüyü hər bir şəxsin təsərrüfatına yaxud yaratdığı iş sahəsinə baxış keçirərək yerində akt tərtib edilmiş, mal-materialların alınması ilə bağlı keçirilən tender və kotirovka sorğularına dair işlərə qarışmamışdır. İş üzrə dindirilmiş qeyd edilən dövrdə X12 direktoru vəzifəsində işləmiş Təqsirləndirilən şəxs ifadəsində onun 2017-ci ilin may-iyun aylarında zəng edərək guya İmişli rayon Məşğulluq Mərkəzi üzrə tender və kotirovka keçirilməsi ilə əlaqədar hazır sənədləri göndərməklə imzalanmasını və möhürlənməsini təmin edib ona qaytarılmasını tələb etməsi, Təqsirləndirilən şəxs də onun tələbi əsasında faktiki keçirilməyən tender və kotirovka sənədlərini imzalanaraq və möhürlənərək özünə qaytarılmasını təmin etməsini göstərməsi ilə əlaqədar bildirir ki, Təqsirləndirilən şəxs hansı səbəbdən bu məzmunda ifadə verdiyini bilmir, lakin həmin ifadə əsassızdır, o, Təqsirləndirilən şəxs heç vaxt tender və kotirovka sənədləri göndərməmiş, ümumiyyətlə bu məzmunda tapşırıq verməmişdir. İmişli rayonunda 2017-ci ildə müxtəlif şəxslərə istifadə üçün verilmiş mal-materialların 2018-ci ildə onların mülkiyyətinə verilməsi ilə bağlı tərtib edilmiş aktlardakı imzalar özünə məxsusdur, faktiki olaraq aktivlərin mülkiyyət verilməsi prossesində iştirak etmişdir. Belə ki, onun və X12 bir nəfər əməkdaşı tərəfindən bütün şəxslərin ünvanlarına baxış keçirilmiş, həmin mal-material və avadanlıqların adları aktda qeyd edilən şəxslərə verilməsini və onun istifadəsində olmasını görəndən sonra onların mülkiyyətinə verilmələrinə dair akt tərtib edilmiş və imzalanmışdır. Aktların məzmununu o yox, mərkəzin əməkdaşı yazmışdır. Akt vətəndaş tərəfindən imzalandığı vaxt yazılmalı olan bütün qrafa və bəndləri doldurulmuş vəziyyətdə olmuşdur. İş üzrə şahid Şahid20 ifadəsində bildirmişdir ki, o, 2007-2009-cu illərdə və 2013-cü ildən hazıradək mal qara alqı-satqısı ilə məşğul olmuşdur. 2017-ci ilin may-iyul aylarında qəzetdə və internet saytlarında İmişli rayon Məşğulluq Mərkəzi üzrə mal-qara və avadanlıq alınması ilə bağı kotirovka sorğusu tender keçirildiyini görmüş və bundan sonra Rəşad adlı tanışından ferması, mal qarası olan və onunla tenderdə iştirak etmək istəyən bir şəxslə tanış etməsini xahiş etmişdir. Bundan sonra Rəşad adlı tanışının vasitəsi ilə Saatlı rayon sakini Şahid21 adlı şəxsə tanış olmuş və ona İmişli rayon Məşğulluq Mərkəzinin mal-qara alınması ilə bağlı kotirovka və tender keçirdiyini, alınan heyvanların vətəndaşlara paylanacağını dediyini bildirmişdir. Fiziki şəxs kimi vergi ödəyicisi və Saatlı rayonunda mal qara ferma sahibi olan Şahid21la birlikdə həmin Məşğulluq mərkəzi tərəfindən keçirilən kotirovka sorğusunda iştirak edərək əldə edilən qazancı yarı bölmək barədə razılığa gəldikdən sonra Şahid21 adından kotirovka sorğusunda iştirak etmək üçün ərizə almış, sonuncunun bank rekvizitlərini, təklif olunan mal-qara qiymətlərini paketə qoyub həmin sənədləri İmişli rayon Məşğulluq mərkəzinə təqdim etmişdir. Şahid21 ona kompüter vasitəsi ilə onun nümayəndəsi olması barədə etibarnamə yazıb versə də etibarnaməni notariat kontorunda təsdiq etdirməmişdir. Bir neçə gün sonra İmişli rayon Məşğulluq mərkəzində keçirilən kotirovka sorğusunda iştirak etsə də, kotirovkanın hansı mərtəbədə və otaqda keçirilməsini, kimlərin iştirak etməsini, Sabirabad rayon Məşğulluq mərkəzinin hansı əməkdaşının komissiyada iştirak etməsini xatırlaya bilməsə də, kotirovka sorğusunun qalibi olmuş, Seyidrəsul Abasovun hesabına köçürülmüş pulu sonuncu özü bankdan çıxarıb, vergilər və sair xərclər çıxmaqla qalan hissəsini mal-qara almaq üçün ona vermişdir. O da vətəndaşları mal bazarına aparıb orada istədikləri heyvanı alıb vermiş, bununla bağlı akt tərtib edilmişdir. Seyidrəsul Abasovdan başqa «Sabit» kəndi fermer təsərrüfatının adından da aparılan alış və təhvil-təslimlərdə, iştirak etmişdir. Sabit X9 müdirinin adı Sabitdir. Sabitlə İmişli rayonunda yerləşən mal bazarında tanış olmuşdur. Sabitin malqara fermasının olmasını bildiyi üçün sonuncuya da tender və kotirovkalarda iştirak etməyi təklif etmişdir. İmişli rayonu ilə bağlı xərcləri çox çıxdığına görə o rayonda demək olar pul qazana bilməmişdir. İmişli rayonu üzrə aktivlərin bəzi vətəndaşlara özü, bəzilərinə isə nümayəndəsi İslam Əhədov paylamışdır. İmişli rayonundan başqa Ağdaş, Saatlı, Kürdəmir, Lənkəran, Qax, Balakən, Oğuz, Mingəçevir, Abşeron, Sumqayıt, Suraxanı, Binəqədi, Sabunçu rayonlarında tender və kotirovka sorğularında iştirakını xatırlayır. Digər rayonların adlarını unutmuşdur. Dövlət Məşğulluq Xidmətinin hər hansı bir əməkdaşını tanımır, heç kəs onun həmin əməliyyatlarda iştirak etməyi üçün heç kim heç kimdən heç nə xahiş etməmişdir. Bundan əlavə əldə etdiyi qazancından heç kimə pul verməmişdir. Aldığı mal qaranın qiyməti təqdim etdiyi qiymətlərdən aşağı olmuşdur. O, faktiki olaraq bazar qiymətlərini müəyyən edib Seyidrəsula vermiş və sonuncu bu qiymətləri təklif etmişdir. Həmin qiymətlərin içərisində tender və kotirovkada iştirak edən hüquqi və fiziki şəxslərin mal-qaranın qiymətindən əlavə qazancı, vergiləri və sair xərcləri hesablanmışdır. İmişli rayonunda aktivlərin paylanması barədə aktlarda adı olan aktlardakı imzalar özünündür, digər aktlarda İslam Əhədovun adı olan aktları isə İslam özü imzalamışdır. Ona blankları hansısa Məşğulluq Mərkəzinin xatırlamadığı nümayəndəsi vermişdir. Aktların hamısını qələmlə o, özü doldurmuşdur. Maddi qiymətlilər olan iri və xırda buynuzlu heyvanlar Sabirabad, İmişli və Beyləqanda fəaliyyət göstərən mal bazarlarından alınmışdır. İş üzrə şahid X11 ifadəsində bildirmişdir ki, o, 2013-2018-ci illərdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Saatlı rayon şöbəsində baş məsləhətçi, DSMF-nin Saatlı rayon şöbəsində müdir müavini vəzifəsində işləmişdir. 2019-cu ildən etibarən işsizdir. Həmçinin ailəsinin Saatlı rayonunda 150 baş iri buynuzlu, 350 baş xırda buynuzlu heyvandan ibarət heyvandarlıq təsərrüfatı mövcuddur. Həmin təsərrüfatı özü və qardaşı Mirmansur Abasov idarə edir. Fiziki şəxs kimi ona ********** nömrəli VÖEN verilmiş, 2010-cu ildə qeydiyyata alınmışdır. 2017-ci ildən etibarən fəaliyyətini dayandırmışdır. Şahid20lə tələbə yoldaşı olmuşlar. Şahid20 ona təklif etmişdir ki, təsərrüfatı olduğuna və vergi ödəyicisi kimi qeydiyyatdan keçdiyinə görə onun adından kotirovka sorğuları və tenderlərdə iştirak edib qazandığı pulun bir hissəsini ona verə bilər. O da Şahların təklifi ilə razılaşmış, Şahid20 etibarnamə vermişdir. Şahid20 tərtib edib ona təqdim etdiyi müxtəlif rayonlarda keçirilən tender və kortirovka sorğuları ilə bağlı sənədləri imzalamış, həmin sənədlərin içərisində İmişli rayonu üzrə tender sənədləri də olmuşdur. Özü heç bir rayona sənəd göndərməmiş, heç bir kotirovka sorğusu və ya tenderdə iştirak etməmişdir. 2017-ci ildə bir neçə dəfə Şahid20lə birlikdə Beynəlxalq Banka gedib orada onun hesabına köçürülən təqribən 500.000 manata yaxın vəsaiti hesabdan çıxarıb Şahid20 təqdim etmişdir. Pulu hesabdan çıxarıb dərhal Şahid20 verdiyinə görə məbləğini dəqiq xatırlaya bilmir. Aralarında olan danışığa görə həmin pul hesabına Şahid20 özünü məşğulluq proqramı çərçivəsində müxtəlif şəxslər üçün iri və xırda buynuzlu heyvanların verilməsini təşkil edəndən sonra qalan qazancın bir hissəsini ona verməliymiş, lakin Şahid20 sonradan heyvanların qiymətinin bahalaşmasını bəhanə edib ona pul verməmişdir. O da əvvəldən yoldaşlıq münasibətləri olduğuna görə bu barədə ona heç nə deməmişdir. Möhürü Şahid20 versə də onun adından tərtib edilmiş bütün sənədləri şəxsən ona imzalatdırmışdır. Konkret olaraq hansı rayonlara tender və kotirovka sorğuları ilə bağlı müraciətlər göndərilməsini, müqavilələr bağlanmasını hazırda xatırlaya bilmir, sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs kimi heç kimlə əmək müqaviləsi bağlamamışdır. İş üzrə Şahid22 ifadəsində bildirmişdir ki, o, hazırda kənd təsərrüfatı ilə məşğuldur. 1993-cü ildə “Sabit” X16nı yaratmış, həmin təsərrüfatın direktoru özüdür. Yaratdığı həmin müəssisə İmişli Vergilər İdarəsində qeydiyyatdadır, müəssisənin hüquqi ünvanı İmişli rayonu, Məmmədli kəndidir və faktiki olaraq da həmin ünvanda yerləşir. Müəssisə heyvandarlıq və əkinçiliklə məşğul olur, 120 hektar torpaq sahəsi əkinçilik üçün istifadə olunur, maldarlıqla məşğul olmaq üçün ferma binaları və örüş sahələrim də var. Təsərrüfatda 100 baş iri buynuzlu, 400 baş xırda buynuzlu və 100 baş keçi var. Şahid20 həmyerlisi kimi tanıyır, təxminən 10 il əvvəl İmişli bazarında tanış olmuşlar, dəfələrlə Şahlarla heyvan alveri ilə məşğul olmuşlar, hazırda da dostluq edirlər. Təxminən 2017-ci ildə Şahid20 ona müraciət edərək bildirmişdir ki, respublika üzrə müxtəlif rayonlarda əhalinin özünəməşğulluğunun təmin edilməsi məqsədi ilə tender və kotirovkalar keçirilir, həmin tender və kotirovkalarda iştirak etməklə pul qazanmaq istəyir, lakin bunun üçün rəsmi olaraq dövlət qeydiyyatından keçmiş şirkətlə tender və kotirovkada iştirak etmək lazımdır, onun isə belə bir şirkəti yoxdur. Ona görə də Şahlar xahiş etmişdir ki, ona məxsus “Sabit” X8 adından tender və kotirovkalarda iştirak etsin. O da Şahlarla razılaşmış, bundan sonra Şahlar ona bir neçə dəfə tender və kotirovka sənədləri, müqavilələr gətirərək imzalatdırıb və “Sabit” KFT-nin möhürü ilə təsdiqlətdirmişdir. Həmin tenderin nəticələrinə görə müəsissənin hesabına köçmüş pul vəsaitini özü bir neçə dəfə bankdan çıxarıb Şahid20 həm İmişli, həm də Bakı şəhərində vermiş, lakin özü faktiki olaraq hər hansı tender və kotirovkada iştirak etməmiş, imzaladığı müqavilələr üzrə müqavilə bağladığı şəxsləri görməmiş, müqavilələr üzrə hər hansı rayon Məşğulluq mərkəzinə mal-qara verməmiş, ümumiyyətlə bu işlərə qarışmamışdır. O, ancaq Şahların ona təqdim etdiyi tender və kotirovka sənədlərini, o cümlədən müqavilələri imzalamış, müqavilələr əsasında müəssisəyə köçmüş pulu bankdan çıxarıb Şahid20 vermişdir. Onu da qeyd edir ki, Şahların təklifi ilə razılaşdıqdan sonra sonuncu ona əhaliyə mal-qara payladıqdan sonra xeyir əldə edəcəyi təqdirdə konkret məbləğ deməsə də təşəkkür kimi pul vəsaiti verəcəyinə söz versə də sonradan ziyana düşdüyünə görə ona pul verə bilməyəcəyini bildirmişdir. Rəhbəri olduğu “Sabit” X9 İmişli rayon Məşğulluq mərkəzi tərəfindən keçirilmiş 31.07.2017-ci il tarixli tenderin qalibi olması, bununla əlaqədar 03 avqust 2017-ci il tarixli 25 nömrəli müqavilə bağlanması, müqavilənini icrası ilə əlaqədar 14.08.2017-ci il tarixli 5869 nömrəli ödəniş tapşırığı ilə “Sabit” X9 "xxxx" ASC-də olan hesabına 14.020 manat pul köçürülməsi ilə bağlı sənədlər ona 2017-ci ildə xatırlamadığı ayda Şahid20 tərəfindən təqdim edilmiş, razılıqlarına əsasən həmin sənədləri imzalayıb Şahlara qaytarmışdır. Daha sonra qeyd olunan məbləği, yəni 14.020 manat pul vəsaitini "xxxx" ASC-dən çıxaraq Şahid20 vermiş, qalan heç nəyə qarışmamışdır. İşdə olan fiziki şəxs X11 (VÖEN **********) tərəfindən tərtib edilmiş 16.05.2017-ci il tarixli ƏİE seriyalı 622353 nömrəli qaimə-fakturaya əsasən hər biri 2.060 manat olmaqla 24 baş yanı balalı inək olmaqla cəmi 49.440 manat məbləğində aktivlər İmişli rayon Məşğulluq mərkəzinə təhvil verilmişdir. ( c.i.1-ci cild, səh: 113) İşdə olan “Sabit” Kəndli-fermer təsərrüfatı tərəfindən (VÖEN **********) tərəfindən tərtib edilmiş 0908.2017-ci il tarixli ƏİE seriyalı 661924 nömrəli qaimə fakturaya əsasən hər biri 2.060 manat olmaqla 2 baş yanı balalı inək 4.120 manata, hər biri 198 manat olmaqla 25 baş quzu 4.950 manata, hər biri 275 manat olmaqla 18 baş yanı balalı qoyun 4.950 manata, cəmi 14.020 manat məbləğində aktivlər İmişli rayon Məşğulluq mərkəzinə təhvil verilmişdir. ( c.i.1-ci cild, səh: 129) İşdə olan 05.05.2017-ci il tarixli kotirovka sorğusu prosedurunun nəticələri haqqında kotirovka komissiyasının yekun protokoluna əsasən fiziki şəxs X1 rayon Məşğulluq Mərkəzi tərəfindən keçirilmiş 49.440 (qırx doqquz min dörd yüz qırx) manat dəyərində əsas vəsaitlərin alınmasına dair kotirovka sorğusunun qalibi olmuşdur. ( c.i.1-ci cild, səh: 107-108) İşdə olan 31.07.2017-ci il tarixli tenderin nəticələri haqqında tender komissiyasının yekun protokoluna əsasən “Sabit” X16 İmişli rayon Məşğulluq Mərkəzi tərəfindən keçirilmiş 14.020 (on dörd min iyirmi) manat dəyərində əsas vəsaitlərin alınmasına dair tenderin qalibi olmuşdur. ( c.i.1-ci cild, səh: 115-118) İşdə olan 15 may 2017-ci il tarixli nömrəsiz müqaviləyə əsasən İmişli rayon Məşğulluq Mərkəzi direktor Təqsirləndirilən şəxs şəxsində fiziki şəxs X11 ilə cəmi 49.440 manat dəyərində mal-qaradan ibarət maddi qiymətlilərin alınması barədə razılığa gəlmişlər. ( c.i.1-ci cild, səh: 109- 110) İşdə olan 03 avqust 2017-ci il tarixli 25 nömrəli müqaviləyə əsasən İmişli rayon Məşğulluq Mərkəzi direktor Təqsirləndirilən şəxs şəxsində “Sabit” X9 direktoru Şahid22 ilə cəmi 14.020 manat dəyərində mal-qaradan ibarət maddi qiymətlilərin alınması barədə razılığa gəlmişlər. ( c.i.1-ci cild, səh: 119-127) İşdə olan 14.08.2017-ci il tarixli kassa xərclərinin sifarişi cədvəlinə əsasən İmişli rayon Məşğulluq Mərkəzi dövlət büdcəsi vəsaitlərindən Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlığı Agentliyinin hesabından müvafiq olaraq İmişli rayon Məşğulluq mərkəzinə ayrılmış 9,81 bank xərci olmaqla cəmi 14.029,81 manat (on dörd min iyirmi doqquz manat səksən bir qəpik) məbləğində vəsaitin ödənilməsi barədə İmişli rayon Maliyyə İdarəsinə müraciət etmişdir. ( c.i.1-ci cild, səh: 112) İşdə olan 26.05.2017-ci il tarixli kassa xərclərinin sifarişi cədvəlinə əsasən, İmişli rayon Məşğulluq Mərkəzi dövlət büdcəsi vəsaitlərindən Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlığı Agentliyinin hesabından müvafiq olaraq İmişli rayon Məşğulluq mərkəzinə ayrılmış 35 manat bank xərci olmaqla cəmi 49.475 (qırx doqquz min dörd yüz yetmiş beş) manat məbləğində vəsaitin ödənilməsi barədə İmişli rayon Maliyyə İdarəsinə müraciət etmiş, ümumilikdə 63.504,81 manat məbləğində vəsaitin ödənilməsi üçün İmişli rayon Maliyyə İdarəsinə müraciət edilmişdir. ( c.i.1-ci cild, səh: 128) İşdə olan 26.05.2017-ci il tarixli 3313 nömrəli ödəniş tapşırığına əsasən X4 "xxxx" ASC-nin Sabunçu filialında olan AZ47İBAZ******************** nömrəli hesabına 49.440,00 manat köçürülmüşdür. ( c.i.1-ci cild, səh: 114) , İşdə olan 14.08.2017-ci il tarixli 5869 nömrəli ödəniş tapşırığına əsasən “Sabit” X9 "xxxx" ASC-də olan AZ25AMRA******************** nömrəli hesabına 14.020 manat köçürülmüşdür. ( c.i.1ci cild, səh: 130) İşdə olan İT-İ ******* saylı Əmək kitabçasının surətinə əsasən Təqsirləndirilən şəxs 20 noyabr 2015-ci il tarixli, 09/11-549 saylı əmrlə həmin Nazirliyin yanında Dövlət Məşğulluq Xidmətinin İmişli rayon Məşğulluq Mərkəzinin direktoru vəzifəsinə təyin edilmiş, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 33.1.1-ci maddəsinə əsasən 14.04.2020-ci il tarixli **********8 saylı əmrlə vəzifədən azad edilmişdir. ( c.i.1-ci cild, səh: 217) İşdə olan 28.09.2017-ci il tarixli ******************** nömrəli mədaxil qəbzinə əsasən Təqsirləndirilən şəxs tərəfindən Dövlət büdcəsinə -AR Maliyyə Nazirliyi Dövlət Maliyyə Nəzarətinin hesabına (**********501; VÖEN **********) "xxxx" ASC vasitəsilə 14.414,40 manat ödənilmişdir. İşdə olan 11.05.2022-ci il tarixli TT **********9613556 nömrəli Orderə əsasən Təqsirləndirilən şəxs tərəfindən Dövlət büdcəsinə- Baş Dövlət xəzinədarlıq hesabına ( AZ65CTRE ********************;VÖEN **********) 355,6 manat ödənilmişdir. İşdə olan 13.05.2022-ci il tarixli 15966 nömrəli Qəbzə əsasən Təqsirləndirilən şəxs tərəfindən Dövlət büdcəsinə- X6 hesabına ( AZ 06CTRE ********************) 3693,0 manat ödənilmişdir. АR CPM-nin 124.2-ci maddəsinə əsasən şübhəli, təqsirləndirilən və zərər çəkmiş şəxsin və şahidlərin ifadələri, ekspertin rəyi, maddi sübutlar, istintaq və məhkəmə hərəkətlərinin protokolları və digər sənədlər cinayət prosesində sübut kimi qəbul edilir. Həmin Məcəllənin 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Həmin Məcəllənin 139.0.4-cü maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Məhkəmə tədqiq olunmuş sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 179.2.1, 179.2.3, 179.2.4 və 308.1-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətmişdir. Onun əməli istintaq orqanı tərəfindən düzgün tövsif olunmuşdur. AR CM-nın 73-1.2-ci maddəsinə əsasən bu Məcəllənin 178.2, 179.2 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. AR CPM-nin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli nəticəsində dəymiş zərəri tam şəkildə ödəməsi və vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etməsi nəzərə alınaraq o, barəsində AR CM-nin 179.2.1, 179.2.3, 179.2.4 –cü maddələri ilə olan cinayət işi üzrə məsuliyyətindən azad edilməli və həmin hissədə işin icraatına xitam verilməlidir. Təqsirləndirilən şəxs AR CM-nın 308.1-ci maddəsi ilə təqsirli bilinib CM-nın Ümumi hissəsinin normaları nəzərə alınmaqla cəzalanmalıdır. AR CM-nin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. İşdə olan AR DİN BƏSİİ tərəfindən verilmiş sorğu məlumatına əsasən Təqsirləndirilən şəxs məhkum edilməmişdir. ( c.i. 1-ci cild, səh: 25-26) Təqsirləndirilən şəxs əməlindən səmimi peşmançılıq çəkməsi və İş üzrə zərərçəkmiş şəxsə dəymiş maddi zərəri tam şəkildə ödəyərək onunla barışıq əldə etməsi onun cəzasını yüngülləşdirən hallardır. İş üzrə cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 nömrəli Qərarının 3-cü bəndinin 2-ci abzastında göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə Təqsirləndirilən şəxs cinayətinin ictimai təhlükəlilik dərəcəsini və cəzasını yüngülləşdirən halları nəzərə alınaraq onun AR CM-nın müvafiq maddəsinin saksiyasında nəzərdə tutulan cərimə cəzasına məhkum edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda qeyd olunanlara əsasən Azərbaycan Respublikası CPM-nin 344, 347, 349, 351- 353, 383-385-ci maddələrini rəhbər tutaraq H Ö K M E T D İ: Təqsirləndirilən şəxs oğlu Azərbaycan Respublikası CM-nin 308.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib 2000,0 ( iki min) manat miqdarında cərimə cəzasına мəhkum edilsin. Barəsində seçilmiş “ polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Hökmün icrasına nəzarət İmişli rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Hökmdən 20 (iyirmi) gün müddətində Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasına apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hakim: Ülvi Qənbərov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar