Azərbaycan Respublikası adından HÖKM İmişli rayonu İş № 1(036)-14/2023 27.07.2023 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rayon Məhkəməsi Qənbərov Ülvi Oktay oğlunun sədrliyi, Balacayev Elməddin Xudan oğlunun katibliyi, dövlət ittihamçısı X6 və müdafiəçi X3 iştirakı ilə, xx xxx 1994-cü il tarixdə İmişli rayonu Bəhrəmtəpə qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işsiz, əvvəllər məhkum olunmamış, İmişli rayonu Bəhrəmtəpə qəsəbəsində qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs ondan ötrü məhkəməyə verilmişdir ki, o, 17 yanvar 2022-ci il tarixdə saat 12 radələrində tanışı X2 yaşadığı İmişli şəhəri, M. Hüseynzadə küçəsi 42 nömrəli evin həyətinə gəlib, 30 manat pul müqabilində F. Gəncəliyevdən satış məqsədi olmadan qanunsuz olaraq bir ədəd kağız bükümdə 0, 346 qram çəkidə psixotrop maddə olan metafetamin alıb, üzərində daşıyaraq aparmış, həmin gün saat 13 radələrində İmişli şəhəri, H.Əliyev prospektində “Daş körpü” adlanan yerdə İmişli rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri zamanı saxlanılaraq İmişli şəhəri, H.Əliyev prospekti 127 ünvanında yerləşən İmişli rayon polis şöbəsinə gətirildikdən sonra, saat 14:20 radələrində şöbənin inzibati binasındakı xidməti otaqda onun üzərində aparılan şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynindəki göy rəngli cins şalvarın sol arxa yan cibindən “Keno” markalı siqaret qutusunun içərisindən bir ədəd sellofan bükümün arasında 0,346 qram çəkidə psixotrop maddə olan metamfetamin aşkar olunaraq götürülmüşdür. Təqsirləndirilən şəxs özünü ona qarşı Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, İmişli rayonu Bəhrəmtəpə qəsəbəsində yaşayır və artıq xeyli müddətdir ki, patı adlandırılan psixotrop maddə olan metafetamindən istifadə edir. 17 yanvar 2022-ci ildə saat 12 radələrində o, patı almaqdan ötrü İmişli şəhər sakini Füzuli adlı şəxsin yaşadığı ünvana getmiş və Füzuli cibindən siqaret kağızına bükülmüş ağ kristal dənəcik halında patı çıxartmış və ona 30 manata satmışdır. Füzulidən psixotrop maddə olan metafetimin alandan sonra İmişli şəhəri, H.Əliyev prospekti ilə gedərkən saat təxminin 15 radələrində İmişli RPŞ-nin bir neçə nəfər əməkdaşı onu saxlayıb İmişli RPŞ-nə gətirmiş və üzərində videoçəkilişlə şəxsi aparış aparmışlar. Şəxsi axtarış zamanı üzərində olan narkotik vasitəni təqdim etməsi tələb olunmuş və o, əynində olan çins şalvaının arxa cibindən «Keno» markaı siqaret qutusunun içərisində gizlətdiyi bir ədəd sellofan bükümdə olan ağ rəngli kristal dənəciklər halında olan psixotrop maddə olan metafetamini polislərə təqdim etmişdir. İş üzrə Şahid1 ifadəsində bildirmişdir ki, o, İmişli RPŞ-nin cinayət axtarış bölməsində əməliyyat müvəkkili vəzifəsində işləyir. 17 yanvar 2022-ci il tarixdə İmişli rayon sakini Yadigar adlı şəxsin üzərində narkotik vasitə gəzdirməsi barəsində əməliyyat məlumatı alınmış və məlumatın yoxlanılması məqsədilə Yadigar adlı şəxsin ətrafında təxirəsalınmaz əməliyyat–axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul olunaraq əməliyyat tədbirlərinin keçirilməsi üçün əməliyyat qrupu yaradılmışdır. Həmin qrupa İmişli RPŞ-nin Cinayət axtarış bölməsinin əməliyyat müvəkkilləri, polis leytenantı Şahid3 və polis leytenantı Şahid4,RPŞ-nin narkotiklərlə mübarizə qupunun əməliyyat müvəkkili Şahid2 və RPŞ-nin Təhqiqat bölməsinin təhqiqatçısı, polis mayoru X4 daxil edilmiş və bu barədə RPŞ-nin rəhbəri tərəfindən qərar qəbul edilərək əmr verilmişdir. O, əməliyyat qrupunun digər üzvləri ilə birlikdə 17 yanvar 2022-ci ildə saat 12:30 radələrində İmişli şəhəri H.Əliyev prospektində yerləşən «Daş körpü» adlanan əraziyə gedib mövqe tutaraq müşahidə aparmış və təxminin bir saat gözlədikdən sonra Təqsirləndirilən şəxs həmin ərazidə saxlayıb İmişli RPŞ-nə gətirərək üzərində videoçəkilişlə şəxsi axtarış keçirilmişdir. Təqsirləndirilən şəxs üzərində gəzdirdiyi qanunsuz əşya və ya narkotik vasitələri təqdim etməsi təklif olunmuş, Təqsirləndirilən şəxs əyninə geyindiyi göy rəngli cins şalvarın arxa sol cibindən bir ədəd «Keno» markalı siqaret qutusunu çıxarıb içərisindəki bir ədəd sellofan bükülüdə olan ağ rəngli, kristal dənəciklər halında psixotrop maddə olan metafetaminə oxşar kütləni stolun üzərinə qoymuşdur. Bundan sonra Təqsirləndirilən şəxs üzərində əxsi axtarış aparılmuş və onun üzərindən qanunla qadağan olmuş hər hansı bir əşya və digər narkotik maddə aşkar edilməmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd sellofan bükülüdə olan metafetamini özü istifadə etmək üçün İmişli şəhər sakini Füzuli Gəncəliyevdən 30 manata pul müqabilində aldığını bildirmişdir. Aşkar olunan bir ədəd sellofan bükülüdə olan psixotrop maddə bir ədəd zərfdə qablaşdırılmaqla götürülmüşdür. İş üzrə şahid qismində dindirilmiş İmişli RPŞ-nin CAB-nin əməliyyat müvəkkili, polis leytenantı X10, İmişli RPŞ-nin CAB-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid4 və İmişli RPŞnin NMQ-nın əməliyyat müvəkkili, polis leytenantı Şahid2 eyni məzmunlu ifadələr verərək Şahid1 ifadəsini təsdiq etmişlər. İşdə olan “Diskə baxış keçirilməsi haqqında” 12 mart 2022-ci il tarixli protokoldan görünür ki, 050 424-38-15 nömrəsi X2, 050 826-30-04 nömrəsi Təqsirləndirilən şəxs adına qeydiyyata alınmış, Təqsirləndirilən şəxs istifadəsində olan 050 826-30-04 mobil nömrəsi ilə X2 istifadəsində olan 050 424-38-15 mobil nömrə arasında çoxsaylı telefon danışıqları qeydə alınmışdır. (c.i. səh: 201- 206) İşdə olan “Şəxsi axtarış və götürmə aparılması haqqında” 17 yanvar 2022-ci il tarixli protokola əsasən şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sol cibindən çıxan “Keno” siqaret qutusunun içərisində olan bir ədəd sellofan bükülüdə psixotrop maddə olan metafetamə oxşar maddə aşkar edilərək götürülmüşdür. (c.i. səh: 34-35) İşdə olan məhkəmə-kimyəvi ekspertizasının 18 yanvar 2022-ci il tarixli, 18/67 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində: “İştirak etdilər… 5/İmza var/ Təqsirləndirilən şəxs 6. /imza var/ F.Gəncəliyev …” sözləri yazılmış və imzalar olan kağız paketdəki “Keno” markalı siqaret qutusunun içərisində 1 ədəd kağız bükümdə təmiz çəkisi - 0,346 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir; -“Prima” markalı siqaret qutusunun içərisindəki 1 ədəd sellofan torbacıqda təmiz çəkisi - 1,902 qram olan maddə və həmin siqaret qutusunda salfet kağızına bükülmüş 1 ədəd polietilen kəsiyi bükümündə təmiz çəkisi - 0,468 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir, həmin siqaret qutusunda salfet kağızına bükülmüş 1 ədəd polietilen kəsiyi bükümündə təmiz çəkisi - 5,136 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir;- plasmas qabın içərisindəki 1 ədəd sellofan kəsiyinə bükülmüş polietilen kəsiyi bükümündə təmiz çəkisi - 0,668 və 1 ədəd polietilen kəsiyi bükümündə təmiz çəkisi 1,110 qram olan maddələr kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir, 1 ədəd sellofan kəsiyinə bükülmüş polietilen kəsiyi bükümündə təmiz çəkisi - 1,684 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir;- 1 ədəd şüşə borucuqda və 1 ədəd elektron tərəzinin üzərində psixotrop maddə metafataminin izləri, 1 ədəd elektron tərəzinin üzərində narkotik vasitə heroinin izləri vardır;Tədqiqata təqdim olunmuş X1 götürülmüş, cəmi 2 ədəd bükümdə ümumi çəkisi - 6,820 qram olan heroinlər xarici əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni tərkiblidir;Tədqiqata təqdim olunmuş Təqsirləndirilən şəxs götürülmüş 1 ədəd bükümdə və X1 götürülmüş 4 ədəd bükümdə, cəmi 5 ədəd bükümdə ümumi çəkisi - 4,494 qram metamfetaminlər xarici əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni tərkiblidir. (c.i. səh: 76-77) AR CPM-nin 124.2-ci maddəsinə əsasən şübhəli, təqsirləndirilən və zərər çəkmiş şəxsin və şahidlərin ifadələri, ekspertin rəyi, maddi sübutlar, istintaq və məhkəmə hərəkətlərinin protokolları və digər sənədlər cinayət prosesində sübut kimi qəbul edilir. Həmin Məcəllənin 139.0.4-cü maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Həmin Məcəllənin 145.2-ci maddəsinə əsasən hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmuyunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirir. Həmin Məcəllənin 338.1.2-ci maddəsinin tələblərinə görə məhkəmə hökm çıxartdıqda yalnız məhkəmə istintaqı zamanı baxılmış sübutlara istinad etməlidir. Məhkəmə tədqiq olunmuş sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətmişdir. Onun əməli istintaq orqanı tərəfindən düzgün tövsüf olunmuşdur. Ona görə də o, CM-nın 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək ona CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin sanksiyası daxilində cəza təyin edilməlidir. AR CM-nin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. İşdə olan AR DİN BƏSİİ tərəfindən verilmiş sorğu məlumatına əsasən Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. (c.i. səh: 210-211) İş üzrə cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. İşdə olan İmişli RİHB-nin Bəhrəmtəpə qəsəbə İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs arvadı X11, xx.xx.2016-cı il təvəllüdlü qızı X5 və xx.xx.2018-ci il təvəllüdlü oğlu X8 ilə birlikdə İmişli rayonu Bəhrəmtəpə qəsəbəsində yaşayırlar. (c.i. səh: 318) Himayəsində iki nəfər azyaşlı uşaqları olması Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən haldır. İşdə olan İmişli RİHB-nin Bəhrəmtəpə qəsəbə İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədə Təqsirləndirilən şəxs müsbət xarakterizə olunmuşdur. (c.i. səh: 319) İşdə olan məhkəmə-narkoloji ekspertizanın 07 noyabr 2022-ci il tarixli, 6682 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs Opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yarananasılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (c.i. səh: 309-310) İşdə olan xx.xx.2022-ci il tarixli “cinayət törətməkdə şübhəli bilinən şəxsin tutulması haqqında” Protokola əsasən Təqsirləndirilən şəxs həmin tarixdə, saat 14-22-də AR CM-nın 234.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. ( c.i. səh: 22- 23) İşdə olan İmişli RPŞ İB-nin xx.xx.2022-ci il tarixli 27 saylı qərarına əsasən Təqsirləndirilən şəxs barəsində “ polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilərək həbsdən azad edilmişdir. ( c.i. səh: 141-142) İşdə olan 07.09..2022-ci il tarixli Protokola əsasən Təqsirləndirilən şəxs həmin tarixdə, saat 19-40da AR CM-nın 234.1-ci maddəsi ilə axtarış nəticəsində tutulmuşdur. ( c.i. səh: 166) İşdə olan İmişli rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli 4(041)116/2022 saylı qərarının surətinə əsasən Təqsirləndirilən şəxs barəsində 2 ay müddətinə ev dustaqlığı qətimkan tədbiri seçilərək həbsdən azad edilmişdir. ( c.i. səh:280-282) İşdə olan İmişli RPŞ İB-nin xx.xx.2022-ci il tarixli 372 saylı qərarına əsasən Təqsirləndirilən şəxs barəsində “ev dustaqlığı” qətimkan tədbirinin şərtlərini pozduğuna görə axtarış elan edilmişdir. ( c.i. səh: 288-289) İşdə olan xx.xx.2022-ci il tarixli Protokola əsasən Təqsirləndirilən şəxs həmin tarixdə, saat 21-45də AR CM-nın 234.1-ci maddəsi ilə axtarış nəticəsində tutulmuşdur. ( c.i. səh: 292) İşdə olan İmişli rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli 4(041)136/2022 saylı qərarının surətinə əsasən Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsindən imtina edilərək həbsdən azad edilmişdir. ( c.i. səh:309-31082) İşdə olan İmişli rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(036)14/2023 saylı qərarına əsasən Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilib həbs qətimkan tədbiri ilə əvəz edilmiş və olduğu yerin müəyyən edilib tutulması üçün haqqında axtarış elan edilmişdir. ( c.i. səh: 288-289) İşdə olan AR ƏN PX 3 saylı İT tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 3-16-xx/xx/22834/2023 saylı məlumata əsasən Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə tutularaq 03 saylı İstintaq təcridxanasına təhvil verilmişdir. Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı Qərarının 3-cü bəndinin 2-ci abzastında göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Yetkinlik yaşına çatmamış şəxslərə cəza təyin edilərkən hər bir konkret halda yeniyetmələrin həyat və məişət şəraiti, yaşlı şəxslərin onun davranışına mənfi təsiri barədə məlumatlar, psixi inkişaf səviyyəsi və şəxsiyyətinin digər xüsusiyyətləri nəzərə alınmalıdır. Məhkəmə törətdiyi cinayətin xarakterini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasına məhkum edilməli və cəzanın həddi müəyyən edilərkən cəzasını yüngülləşdirən halın olması və şəxsiyyəti nəzərə alınmalıdır. AR CM-nın 69.3-cü maddəsinə əsasən onun xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək həbsdə, xx.xx.2022-ci il tarixdən xx.xx.2022ci il tarixədək həbsdə və ev dustaqlığında saxlandığı müddət və xx.xx.2022-ci il tarixdən xx.xx.2022ci il tarixədək həbsdə saxlandığı müddət cəza müddətinə hesablanmalıdır. АR CM-nın 93-1.4-cü maddəsinə müvafiq olaraq cəza müddətində Təqsirləndirilən şəxs narkomaniyadan müalicə olunması üçün tibbi xarakterli məcburi trədbirlər tətbiq edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası CPM-nin 345-347, 349, 351-353 və 383- 385-ci maddələrini rəhbər tutaraq, HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nın 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib 1 (bir) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. AR CM-nın 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək həbsdə, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək həbsdə və ev dustaqlığında saxlandığı müddət və xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək həbsdə saxlandığı müddət nəzərə alınaraq üzərində 10 (on) ay 23 (iyirmi üç) gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Cəza çəkməsinin əvəli 06 iyun 2023-cü il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. АR CM-nın 93-1.4-cü maddəsinə müvafiq olaraq cəza müddətində Təqsirləndirilən şəxs narkomaniyadan müalicə olunması üçün tibbi xarakterli məcburi trədbirlər tətbiq edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Hökmdən 20 (iyirmi) gün müddətində İmişli Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasına apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hakim: Ülvi Qənbərov.
Məhkəmə qərarları › İş №1(036)-14/2023
İmişli Rayon Məhkəməsi Hökm — İş №1(036)-14/2023
27.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver