Məhkəmə qərarları › İş №1(036)-15/2021

İmişli Rayon Məhkəməsi Hökm — İş №1(036)-15/2021

02.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM İmişli rayonu İş № 1(036)-15/2021 02.02.2021 İMİŞLİ RAYON MƏHKƏMƏSİ saat 11:20 Hakim: Nüsrətov Tərlan Vaqif oğlunun sədrliyi, Məhkəmə iclasının katibi: Əhmədova Günel Mirzə qızının katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxsin hüquqi varisi: Zərərçəkmiş şəxs2, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakı ilə, xx xxxx 1986-cı ildə İmişli rayonu, Rəsullu kəndində anadan olmuş, ailəli, Azərbaycan Respublikasının vətəndaşı, fərdi əməklə məşğul olan, orta təhsilli, əvvəllər məhkum olunmamış, İmişli rayonu, Rəsullu kəndində qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs... Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx xxxx 2020-ci il tarixdə, saat 13:00 radələrində “BC” kateqoriyalı sürücülük vəsiqəsi əsasında, etibarnamə olmadan idarə etdiyi tanışı Zərərçəkmiş şəxs1 məxsus “VAZ-21011” markalı, **-UG-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bəhrəmtəpə-İmişli avtomobil yolunda İmişli şəhəri istiqamətində 70 km/saat sürətlə hərəkətdə olarkən, yolun İmişli rayonu, Yalavac kəndi ərazisində “Xumar geyim dünyası” mağazasının yaxınlığında yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət işdirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmalı, diqqətini daim dəyişən yol şəraitindən və avtomobilin idarə olunmasından ayrılmamalı, qarşıda onunla eyni istiqamətdə yolun sağ kənarında dayanmış avtomobildən hərəkətin təhlükəsizliyini təmin edən lazımı yan məsafə saxlayaraq yanından keçib getməli olduğu halda, “Yol hərəkəti haqqinda” Azərbaycan Respubilkasının Qanununun 36-ci maddəsinin 1-ci hissəsinin 3-cü bəndində nəzərdə tutlan yol hərəkəti qaydalarını pozaraq, cinayətkarcasına etinazlıq göstərib, avtomobilin qabaq hissəsi ilə yolun sağ kənarinda dayanmış “VAZ-2107” markalı, **-GU-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa hissəsindən toqquşmuşdur. Baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində həmin avtomobilin sükanı arxasında olan X8 ehtiyatsızlıqdan aşağı boyun və döş fəqərələrinin onurğa beynin qansızması, kəskin ödəmi və sıxılması, baş beyni, uzunsov beynin və beyin kötüyünün ödəmi, nöqtəvari qansızmaları, sağ kürək sümüyünün sınığı, ağciyərlərin posttravmatik kontuziyası, qansızması, ikitərəfli pnevmohemotoraks, hər iki İV qabırğaların sınıqları ilə müşayiət edilən, həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid bədən xəsarətləri yetirməklə, sonuncunun onurğa beyninin posttravmatik əzilməsi və sıxılması ilə əlaqədar inkişaf edən onurğa beyninin, uzunsov beyinin və beyin kötüyünün kəskin ödəmindən ehtiyatsızlıqdan ölümünə, eləcə də, “VAZ-2107” markalı, **-GU-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi X8 7110 (yedi min yüz on manat) manat və “VAZ-21011” markalı, **-UG-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi Zərərçəkmiş şəxs1 2655 (iki yüz əlli beş) manat məbləğində maddi ziyanın vurulmasına səbəb olmuşdur. Məhkəmə istintaqı zamanı dindirilmiş Təqsirləndirilən şəxs özünü təqsirli bilərək, ifadəsində bildirmişdir ki, o, ailəsi ilə birlikdə İmişli rayonu, Yalavac kəndində yaşayır. xx xxxx 2020-ci il tarixdə, təxminən saat 13:00 radələrində yaşadığı İmişli rayonu, Rəsullu kəndindən qaynı Zərərçəkmiş şəxs1 məxsus “VAZ-21011” markalı, **-UG-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə rayon mərkəzi istiqamətində hərəkətdə olmuşdur. Həmin vaxt avtomobili təxminən 70 km/saat sürətlə idarə etmişdir. İdarə etdiyi avtomobildə tək olmuşdur. Onun hərəkət istiqamətinin əks istiqamətində yolun sağ tərəfində dövlət qeydiyyat nişanını bilmədiyi ağ rəngli “VAZ-2107” markalı avtomobil hərəkətsiz vəziyyətdə dayanmışdır. Həmin vaxt o, anidən idarə etməni itirərək yolun kənarında dayanmış həmin avtomobilin arxa hissəsi ilə toqquşmuşdur. Toqquşma nəticəsində həmin avtomobil yolun sağ tərəfində olan dirəyə çırpılmışdır. Daha sonra, orada olan tanımadığı şəxslər həmin avtomobilin sürücüsünü xəstəxanaya aparmışlar. Sonradan o, həmin avtomobilin sürücüsünün İmişli rayonu, Yalavac kənd sakini X14 olduğunu bilmişdir. Zərərçəkmiş şəxs X14 aldığı xəsarətlər ilə bağlı Bakı şəhərində yerləşən 3 saylı X26 aparılaraq, orada müalicə edilmişdir. Lakin həkimlərinə səyinə baxmayaraq, zərərçəkmiş şəxs X14 xx xxxx 2020-ci il tarixdə aldığı xəsarətlərdən xəstəxanada ölmüşdür. Baş vermiş yol nəqliyyat hadisəsindən əvvəl səhhətində heç bir bir problem olmamış, səhhəti normal olmuşdur. Avtomobili idarə etməmişdən əvvəl spirtli içki qəbul etməmiş və avtomobili ayıq vəziyyətdə idarə etmişdir. Baş vermiş yol nəqliyyat hadisəsindən sonra ailə üzvləri, yaxın qohumları, hadisə nəticəsində vəfat etmiş X6 ailəsi, xəsarət almış zərərçəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxs2 və onların ilə üzvləri ilə daim maraqlanmış, ona maddi imkanları daxilində maddi və mənəvi köməklik, ümumiyyətlə, diqqət və qayğı göstərmişlər. Halhazırda zərərçəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxs2 oğlunun ona qarşı heç bir tələbi və şikayəti yoxdur. Onu qeyd edir ki, bir insan kimi vicdan əzabı çəkir və belə bir hadisənin baş verməsini heç vaxt arzu etməz idi. Hesab edir ki, bu müddət ərzində öz səhvini dərk etmiş və nəticə çıxarmışdır. Özü cavandır və himayəsində 4 (dörd) yetkinlik yaşına çatmayan uşağı vardır. Məhkəmə qarşısında söz verir ki, gələcəkdə bir daha cinayət əməli törətməyəcək, nizam-intizama və qanunlara əməl edəcəkdir. Bütün bunları nəzərə alaraq, barəsində məhkəmə tərəfindən yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs onun qohumudur. “VAZ-21011” markalı, **-UG-*** dövlət qeydiyyat nişanlı avtomobil ona məxsusdur. Elbrus hərdən həmin avtomobili idarə etmək üçün ondan istəmiş, o da həmin avtomobili idarə etmək üçün ona verirmiş. xx xxxx 2020-ci il tarixdə, səhər vaxtı Elburs şəxsi işləri ilə əlaqədar olaraq, yenə də avtomobili idarə etmək üçün ona verməsini xahiş etmişdir. O da avtomobili Elbursa vermişdir. Həmin gün, təxminən saat 13:00 radələrində Elburs ona zəng edib demişdir ki, İmişli rayonu, Yalavac kəndi ərazisində yol nəqliyyat hadisəsi törətmişdir. O, dərhal hadisə yerinə getmiş və orada ona məlum olmuşdur ki, Təqsirləndirilən şəxs ona məxsus “VAZ-21011” markalı, **- UG-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə İmişli rayonu, Rəsullu kəndindən rayon mərkəzi istiqamətində hərəkətdə olan zaman yolan sağ tərəfində hərəkətsiz vəziyyətdə dayanmış “VAZ-2107” markalı, **-GU-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa hissəsi ilə toqquşmuş və baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində həmin avtomobilin sürücüsü X14 müxtəlif dərəcli bədən xəsarətləri almışdır. Zərərçəkmiş şəxs X14 aldığı xəsarətlər ilə bağlı Bakı şəhərində yerləşən 3 saylı X26 aparılaraq, orada müalicə edilmişdir. Lakin həkimlərinə səyinə baxmayaraq, zərərçəkmiş şəxs X14 xx xxxx 2020-ci il tarixdə aldığı xəsarətlərdən xəstəxanada ölmüşdür. Eyni zamanda, bildirir ki, baş vermiş yol nəqliyyat hadisəsi “VAZ-21011” markalı, **-UG-*** dövlət qeydiyyat nişanlı avtomobilin əzilməsi nəticəsində ona ümumilikdə 2655 (iki altı yüz əlli beş) AZN məbləğində maddi zərər dəymişdir. Onu da qeyd edir ki, baş vermiş yol nəqliyyat hadisəsindən sonra Təqsirləndirilən şəxs ona dəymiş maddi zərəri tam ödəmişdir. Hal-hazırda onun Təqsirləndirilən şəxs qarşı heç bir tələbi və şikayəti yoxdur. Bütün bunları nəzərə alaraq, Təqsirləndirilən şəxs məhkəmə tərəfindən yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı dindirilmiş zərərçəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxs2 ifadəsində bildirmişdir ki, zərərçəkmiş şəxs X14 onun atasıdır. Mərhum atası idarə etdiyi “VAZ-2107” markalı, **-GU-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə “TAXİ” fəaliyyəti ilə məşğul olmuşdur. Atası idarə etdiyi həmin avtomobil ilə hər zaman yaşadığı İmişli rayonu, Yalavac kəndində yolun kənarında dayanaraq müştəri gözləmişdir. O, xx xxxx 2020-ci il tarixdə, təxminən saat 13:00-14:00 radələrində X3nun İmişli rayonu, Yalavac kəndi ərazisində baş yol nəqliyyat hadisəsi nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri almasını və İmişli Rayon Mərkəzi Xəstəxənasına aparılmasını bilmişdir. O, dərhal İmişli Rayon Mərkəzi Xəstəxənasına getmiş və orada ona məlum olmuşdur ki, X3 hər zaman olduğu kimi idarə etdiyi “VAZ-2107” markalı, **-GU-*** dövlət qeydiyyat nişanlı avtomobildə İmişli rayonu, Yalavac kəndində avtomobil yolunun kənarında sükan arxasında üzü rayon mərkəzi istiqamətində hərəkətsiz vəziyyətdə dayanmışdır. Həmin vaxt İmişli rayonu Rəsullu kənd sakini, Təqsirləndirilən şəxs idarə etdiyi “VAZ-21011” markalı, **-UG-*** dövlət qeydiyyat nişanlı avtombil ilə rayon mərkəzi istiqamətində hərəkətdə olan zaman avtomobilin arxa hissəsindən vurmuşdur. Baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində X3 müxtəlif dərəcli bədən xəsarətləri almışdır. X3 aldığı xəsarətlər ilə bağlı Bakı şəhərində yerləşən 3 saylı X26 aparılaraq, orada müalicə edilmişdir. Lakin həkimlərinə səyinə baxmayaraq, X3 xx xxxx 2020-ci il tarixdə aldığı xəsarətlərdən xəstəxanada ölmüşdür. Onu da qeyd edir ki, baş vermiş yol nəqliyyat hadisəsindən sonra Təqsirləndirilən şəxs və onun ailə üzvləri onun ilə maraqlanmış, ona maddi və mənəvi köməklik, ümumiyyətlə, diqqət və qayğı göstərmişlər. Hal-hazırda onun Təqsirləndirilən şəxs qarşı heç bir tələbi və şikayəti yoxdur. Bütün bunları nəzərə alaraq, Təqsirləndirilən şəxs məhkəmə tərəfindən yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, o, ailəsi ilə birlikdə İmişli rayonu, Yalavac kəndində yaşayır. Baş vermiş hadisə barədə bildirir ki, xx xxxx 2020-ci il tarixdə, təxminən saat 13:00 radələrində idarə etdiyi “MERCEDES-BENZ” markalı, **-MS-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə rayon mərkəzindən yaşadığı İmişli rayonu, Yalavac kəndi istiqamətinə getmişdir. Həmin vaxt rayon mərkəzi istiqamətində yolun sağ tərəfində 2 (iki) avtomobilin toqquşduğunu və “VAZ-21011” markalı avtomobilin yolun ortasında dayandığını, “VAZ-2107” markalı avtomobilin isə səkiyə çıxdığını görmüşdür. Onu da qeyd edir ki, o, baş vermiş yol nəqliyyat hadisənin birbaşa şahidi olmamışdır. Lakin sonradan bilmişdir ki, rayon mərkəzi istiqamətində hərəkətdə olan İmişli rayonu, Rəsullu kənd sakini Təqsirləndirilən şəxs idarə etdiyi “VAZ-21011” markalı, **-UG-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə rayon mərkəzi istiqamətində hərəkətsiz vəziyyətdə yolun sağ tərəfində dayanmış İmişli rayonu, Yalavac kəndində yaşayan X6 idarə etdiyi “VAZ-2107” markalı, **-GU-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa hissəsindən vurmuşdur. Baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində zərərçəkmiş şəxs X14 müxtəlif dərəcəli bədən xəsarətləri almış və xx xxxx 2020-ci il tarixdə aldığı xəsarətlərdən xəstəxanada ölmüşdür. Cinayət işində olan müvafiq qaydada təsdiq edilmiş AE 819475 №-li Azərbaycan Respublikası Sürücülük Vəsiqəsinin surətindən (elektron portaldan çıxarış) görünür ki, Təqsirləndirilən şəxs “BC” kateqoriyası üzrə nəqliyyat vasitələrini idarə etmək hüququna malikdir. Cinayət işində olan müvafiq qaydada təsdiq edilmiş AC 084596 №-li Azərbaycan Respublikası Nəqliyyat X1 surətindən (elektron portaldan çıxarış) görünür ki, “VAZ-21011” markalı, (tip:Sedan, Ban №:VAZ21***-*******, Mühərrik №:1952934, rəngi:Açıq yaşıl, Buraxılış ili:1976) **-UG-*** dövlət qeydiyyat nişanlı avtomobil X9 xüsusi mülkiyyətindədir. Cinayət işində olan müvafiq qaydada təsdiq edilmiş etibarnamənin surətindən (elektron portaldan çıxarış) görünür ki, İmişli Regional “Asan Xidmət” Mərkəzində Notariat X2 adından X15 tərəfindən “VAZ-21011” markalı, (tip:Sedan, Ban №:VAZ21***-*******, Mühərrik №:1952934, rəngi:Açıq yaşıl, Buraxılış ili:1976) **-UG-*** dövlət qeydiyyat nişanlı avtomobilə dair nəqliyyat vasitəsini idarə etmək hüququ Zərərçəkmiş şəxs1 xx xxx 2020-ci il tarixdə etibarnamə verilmiş və etibarnamə xx xxxxxx 2021-cı il tarixədək qüvvədədir. Cinayət işində olan müvafiq qaydada təsdiq edilmiş AB 342251 №-li Azərbaycan Respublikası Nəqliyyat X1 surətindən görünür ki, “VAZ-21074” markalı, (tip:Sedan, Ban №:XTA**********3104, Mühərrik №:210***-*******, rəngi:Ağ, Buraxılış ili:2007) **-GU-*** dövlət qeydiyyat nişanlı avtomobil X17 xüsusi mülkiyyətindədir. Cinayət işində olan müvafiq qaydada təsdiq edilmiş ƏN-İİ 951430 №-li etibarnamənin surətindən görünür ki, Bakı şəhərii 6 saylı Dövlət Notariat X4 tərəfindən “VAZ-21074” markalı, (tip:Sedan, Ban №:XTA**********3104, Mühərrik №:210***-*******, rəngi:Ağ, Buraxılış ili:2007) **-GU-***dövlət qeydiyyat nişanlı avtomobilə dair nəqliyyat vasitəsini idarə etmək hüququ X8 xx xxxxxx 2019-cu il tarixdə etibarnamə verilmiş və etibarnamə xx xxxxxx 2060-cı il tarixədək qüvvədədir. Cinayət işində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X13” X30 47/MEŞ saylı, xx xxxx 2020-ci il ekspert rəyindən görünür ki, vətəndaş 1966-cı il təvəllüdlü X6 almış olduğu xəsarətlər-aşağı boyun və döş fəqərələrinin onurğa beyinin əzilməsi ilə müşayiət olunan qapalı travması, onurğa beyinin qansızması, kəskin ödemi və sıxılması; baş beyinin, uzunsov beyinin və beyin kötüyünün ödemi, nöqtəvari qansızmaları; sağ kürək sümüyünün sınığı; ağciyərlərin posttravmatik kontuziyası, qansızması, ikitərəfli pnevmohemotoraks; hər iki İV qabırğaların sınıqları bərk küt əşyanın (əşyaların) təsirindən əmələ gəlmişdir, törənmə müddətləri qərarın təsviri hissəsində göstərilən xx xxxx 2020-ci il tarixə uyğun gəlir, yol-nəqliyyat hadisəsi nəticəsində yarana bilərdilər və dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmanın əlamətlərinə malikdirlər. X10 ölümünə səbəb onurğa beyninin posttravmatik əzilməsi və sıxılması ilə əlaqədar inkişaf edən onurğa beyninin, uzunsov beyinin və beyin kötüyünün kəskin ödemi olmuşdur. Cinayət işində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X13” X32 1933/K saylı, xx xxxx 2020-ci il ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs götürülmüş qan nümunələrində etil spirti aşkar edilməmişdir. Cinayət işində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 8/1626 saylı, xx xxxxxxxx 2020-ci il tarixli məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının rəyindən görünür ki, 1. İstintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən “VAZ-21011 markalı, **-UG-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərabaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. 2. İstintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən “VAZ-2107 markalı, **-GU-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X6 hərəkətlərinin tədqiqi xüsusi texniki bilik tələb etmir. (Aparılmış tədqiqatın dəyəri/xərci 100 (yüz) AZN məbləği təşkil edir.) Cinayət işində olan “xxxx” MMC tərəfindən verilmiş 111 saylı, xx xxxxxxxx 2020-ci il tarixli zərər aktından görünür ki, yol nəqliyyat hadisəsi zamanı “VAZ-21011” markalı, **- UG-*** dövlət dövlət qeydiyyat nişanlı avtomobilin əzilməsi nəticəsində ümumilikdə 2655 (iki min altı yüz əlli beş) AZN məbləğində maddi zərər dəymişdir. Cinayət işində olan “xxxx” MMC tərəfindən verilmiş 122 saylı, xx xxxxxxxx 2020-ci il tarixli zərər aktından görünür ki, yol nəqliyyat hadisəsi zamanı “VAZ-2107” markalı, **-GU- *** dövlət qeydiyyat nişanlı avtomobilin əzilməsi nəticəsində ümumilikdə 7110 (yeddi min yüz on) AZN məbləğində maddi zərər dəymişdir. Cinayət işində olan xx xxxxxxx 2020-ci il tarixli “qətimkan tədbirinin seçilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Cinayət işində olan Zərərçəkmiş şəxs1 xx xxxxxx 2021-ci il tarixli ərizəsindən görünür ki, baş vermiş cinayət hadisəsi nəticəsində Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş maddi zərər tam şəkildə ödənilmiş, onun Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur. Cinayət işində olan zərərçəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxs2 xx xxxxxx 2021-ci il tarixli ərizəsindən görünür ki, baş vermiş cinayət hadisəsi nəticəsində Təqsirləndirilən şəxs tərəfindən dəymiş zərər tam şəkildə ödənilmiş, onun Təqsirləndirilən şəxs qarşı heç bir ədavəti, şikayəti və tələbi yoxdur, eləcə də, ailələr arasında münasibətlər kifayət qədər normaldır və məhkəmə tərəfindən yüngül cəza verilməsini xahiş etmişdir. Cinayət işində olan İmişli rayon İcra Hakimiyyəti Başçısının Rəsullu kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 908 saylı, xx xxxxxxx 2020-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs İmişli rayonu, Rəsullu kəndində qeydiyyatdadır və yaşayır. Cinayət işində olan İmişli rayon İcra Hakimiyyəti Başçısının Rəsullu kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə edilir. Cinayət işində olan müvafiq qaydada təsdiq edilmiş AZ-İİ 019566 №-li, xx xxxxxx 2007-ci il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs ilə X5 birgə nikahından xx xxxxx 2007-cı ildə “X18” adında uşaqları anadan olmuşdur. Cinayət işində olan müvafiq qaydada təsdiq edilmiş AZ-İİ 251091 №-li, xx xxxxxxx 2009-cu il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs ilə X5 birgə nikahından xx xxxxxx 2008-cı ildə “X11” adında uşaqları anadan olmuşdur. Cinayət işində olan müvafiq qaydada təsdiq edilmiş AZ-İİ 801904 №-li, xx xxxxxx 2012-ci il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs ilə X5 birgə nikahından xx xxxxxx 2011-cı ildə “X12” adında uşaqları anadan olmuşdur. Cinayət işində olan müvafiq qaydada təsdiq edilmiş AZ-İİİ 138827 №-li, xx xxxxxxxx 2013-cü il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs ilə X5 birgə nikahından xx xxxxxx 2013-cü ildə “X19” adında uşaqları anadan olmuşdur. Məhkəmə cinayət təqibi üzrə toplanmış sübutları tam, obyektiv və hərtərəfli araşdırıb, mövcud sübutları düzgün təhlil edərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsinə tövsif edilmişdir. Eyni zamanda, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Bununla yanaşı, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən və cəzadan azad etmə üçün əsaslar yoxdur. Bu səbəbdən də, məhkəmə tərəfindən Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzalanmalı və ona cəza təyin etməklə, barəsində ittiham hökmü çıxarılmalıdır. Məhkəmə tərəfindən təqsirləndirilən şəxsə cəza təyin edilərkən, onun şəxsiyyəti, törətmiş olduğu cinayətin xarakteri və ictimai təhlükəliliyi, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Belə ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən az ağır cinayətlər kateqoriyasına aiddir. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs əməli etiraf etməsini, səmimi peşmanlığını, ailəli və himayəsində 4 (dörd) yetkinlik yaşına çatmayan uşağının olmasını, zərərçəkmiş şəxslərə maddi və mənəvi köməklik, ümumiyyətlə, diqqət və qayğı göstərməsini, dəymiş maddi zərərin ödəməsini, zərərçəkmiş şəxslərin ona qarşı tələb və şikayətinin olmamasını, eləcə də, istintaq müddəti ərzində öz səhvini dərk edərək, nəticə çıxarmasını, davranışında islah olunması əlamətlərinin aşkarlığını, məhkəmə qarşısında gələcəkdə bir daha cinayət əməli törətməyəcəyi, qanunlara əməl edəcəyi barədə söz verməsini Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən cinayətin məqsədi və motivini, təqsirkarın cinayətin törədilməsində rolunu nəzərə alaraq, barəsində təqsirli bilindiyi cinayət qanununun normasında nəzərdə tutulan müəyyən müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, azadlıqdan məhrum etmə ilə bağlı olan cəzanın təyin edilməsini, cəzaçəkmə müddətinin başlanğıcının məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmasını və “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmasını məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 197.1.4-cü maddəsinə əsasən mütəxəssisə, ekspertə ödənilməli haqlar və tərcüməçiyə ödəniş haqqı kimi verilməli olan məbləğ məhkəmə məsrəflərinə daxildir. Həmin Məcəllənin 198.1-ci maddəsinə əsasən Bu Məcəllənin 197.1.1, 197.1.2, 197.1.4, 197.1.5-1, 197.1.6-197.1.9-cu maddələrində sadalanan məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər. Məhkəmə cinayət işində olan ekspertiza xərci ilə bağlı məsələyə hüquqi qiymət verərək hesab edir ki, cinayət işinin ibtidai istintaqı zamanı məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının keçirilməsi üçün aparılmış tədqiqatın dəyəri olan 100 (yüz) AZN məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tututlaraq, dövlət nəfinə ödənilməlidir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 132.1.6-cı maddəsinə əsasən maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir. Həmin Məcəllənin 136.1-ci maddəsinə əsasən sənəd cinayət prosesini həyata keçirən orqan tərəfindən cinayət təqibi üzrə icraatın materiallarına əlavə edilir və işin bütün saxlanma müddəti ərzində işdə saxlanılır. Məhkəmə cinayət işində olan maddi sübut (“CD” disk) ilə bağlı məsələyə hüquqi qiymət verərək hesab edir ki, cinayət işində olan hadisənin görüntüsünə dair 1 (bir) ədəd “CD” disk cinayət təqibi üzrə icraatın materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Məhkəmə nəzərə alır ki, “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” xx xxxx 2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1-ci maddəsi isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. İş üzrə maddi sübut, mülki iddia və müsadirə edilməli əmlak yoxdur. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinsin və nəqliyyat vasitələrini idarə etmək hüququndan 1 (bir) il müddətinə məhrum edilməklə, 3 (üç) il, 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs oğlunun barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs oğlundan məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının keçirilməsi üçün aparılmış tədqiqatın dəyəri olan 100 (yüz) AZN məbləğində ekspertiza xərci tututlaraq, dövlət nəfinə ödənilsin. Cinayət işində olan maddi sübut olan dair 1 (bir) ədəd “CD” disk cinayət təqibi üzrə icraatın materiallarının saxlanma müddəti ərzində işdə saxlanılsın. Hökmün icrası İmişli Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Hökmdən, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində İmişli Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Tərlan Nüsrətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar