Məhkəmə qərarları › İş №1(036)-15/2024

İmişli Rayon Məhkəməsi Qərar — İş №1(036)-15/2024

25.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İmişli rayonu İş № 1(036)-15/2024 25.01.2024 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rayon Məhkəməsinin hakimi Quliyev Telman Osman oğlunun sədrliyi, Şiralıyeva Günel Mirzə qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (Şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və müdafiəçisi İmişli rayon vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə, 5 noyabr 2001-ci il tarixdə X2 Vilayətində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işsiz, əvvəllər məhkum olunmamış, İmişli rayonu, Sarıxanlı kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə İmişli Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs 30 avqust 2023-cü il tarixdə saat 18 radələrində İmişli rayonu, Sarıxanlı kəndinin ərazisində atası Şahid2 məxsus marketin qarşısında Zərərçəkmiş şəxs bir gün əvvəl, yəni 29 avqust 2023-cü il tarixdə saat 22 radələrində onunla aralarında baş vermiş mübahisə barədə Şahid2 şikayət etməsi ilə əlaqədar əmisi oğlu Şahid7 ilə Zərərçəkmiş şəxs arasında yaranan mübahisə zamanı sonuncunun əlindəki ağacla qəsdən Şahid7 vurmaq istəyərkən zərbənin ona dəyməsi, habelə onun baş nahiyəsindən daşla vurması səbəbindən o, qisas almaq niyyətilə qəsdən Zərərçəkmiş şəxsla əlbəyaxa dava edib qarın nahiyəsindən bir neçə dəfə təpiklə və sifət nahiyəsindən bir neçə dəfə yumruqla vurmaqla, eləcə də boğucu idman fəndi tətbiq edib boğaraq sonuncunu yerə yıxıb sağ ayağını sındırmaqla, sağ incik sümüyünün aşağı 1/3-nin yerini dəyişən sınığı və pəncənin bayıra yarımçıxığı, sifətin sol yarısında hematoma, üst dodağın selikli qişasında solda qansızma ilə müşayiət olunan sağlamlığa az ağır zərər vurmaya aid bədən xəsarətləri yetirərək qəsdən Zərərçəkmiş şəxs sağlamlığına az ağır zərər vurmuşdur Məhkəmə iclasında Təqsirləndirilən şəxs ifadə verib Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə ona verilmiş ittiham üzrə özünü təqsirli bilərək ittiham aktında göstərilən qaydada cinayət əməlini törətməsini etiraf etmiş və ərizə təqdim edərək göstərmişdir ki, hazırda etmiş olduğu cinayət əməlindən səmimi peşmandır, zərərçəkmiş şəxslə barışmış və sonuncunun ondan heç bir şikayəti və tələbi yoxdur. Odur ki, barəsində olan cinayət təqibinə xitam verilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ərizə təqdim edərək göstərmişdir ki, hazırda Təqsirləndirilən şəxs ilə barışmışdır və ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Göründüyü kimi, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinir və o, törətdiyi əməli etiraf edir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Lakin, onun ittiham olunduğu cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar vardır. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər. Həmin Məcəllənin 73.2-ci maddəsinə bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətmiş Təqsirləndirilən şəxs CM-nin 73.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilməlidir. Azərbaycan Respublikası CPM-nin 39.1.9-cu maddəsinə əsasən zərər çəkmiş şəxslə təqsirləndirilən şəxs barışdıqda (cinayət təqibi yalnız xüsusi ittiham qaydasında həyata keçirildikdə) cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən bu məcəllənin 39.1.4, 39.1.6– 39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Ona görə də təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə zərərçəkmiş şəxslə barışdığına görə xitam verilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri ləğv edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 39, 43, 321, 344-347, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə Q ə r a r a a l d ı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə CM-nin 73.2-ci maddəsinə əsasən xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri ləğv edilsin. Qərardan 20 gün müddətində İmişli Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hakim: Telman Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar