Azərbaycan Respublikası adından HÖKM İmişli rayonu İş № 1(036)-15/2025 21.01.2025 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Ağakişiyeva Lətafət Almazxan qızının sədrliyi, Tağıyev Rasət Şaiq oğlunun katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs, müdafiəçi - Müdafiəçi2 iştirakları ilə, xx xxxxxx 1974-cü il tarixdə İmişli şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, məhkumluğu olmayan, İmişli şəhəri, Həsənoğlu küçəsi ev 23 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 2024-cü ilin may ayının ortalarında İmişli şəhəri, Həsənoğlu küçəsi ev 23 ünvanında yaşadığı fərdi yaşayış evinin arxa tərəfində ərazidə əkilibbecərilməsi qadağan olunmuş 3 (üç) ədəd narkotik tərkibli çətənə bitkisini qanunsuz əkərək, həmin bitkiləri aqrotexniki qaydada qulluq edib yetişdirərək kultivasiya etmiş, 2 sentyabr 2024-cü il tarixdə, saat 15:41-də İmişli rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində onun İmişli şəhəri, Həsənoğlu küçəsi ev 23 ünvanındakı fərdi yaşayış evinin arxa tərəfindən 3 (üç) ədəd, ümumi çəkisi 125 (yüz iyirmi beş) qram olan əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləri aşkar olunaraq götürülmüşdür. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, ekspertiza rəyi və iş materiallarında olan digər sübutlar ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib ifadəsində bildirmişdir ki, o, əvvəllər narkotik vasitə olan heroindən falqanın arasında yandırıb, tüstüsünü tənəffüs yolu ilə qəbul etməklə istifadə etmişdir. 2016-cı ildə narkotik vasitədən istifadə etdiyinə görə tutulmuş, bundan sonra heç bir narkotik vasitədən istifadə etməmişdir. Təxminən 2024-cü ilin mart-aprel aylarında Bakı şəhərində olarkən 1 istifadəlik qurudulmuş marixuana əldə etmişdir. Evə gəldikdən sonra, təxminən 2024-cü ilin may ayının ortalarında evin arxa tərəfinə keçib həmin marixuananı siqaretə doldurub çəkmək istəyən zaman içərisində toxumlar aşkar etmiş, həmin toxumları torpağın üzərinə atmış, marixuananı isə siqaretə doldurub istifadə etmişdir. İyun ayının ortalarında toxumları atdığı yerdə 1 ədəd çətənə bitkisinin cücərdiyini görmüş, sonra həmin çətənə bitkisinə qulluq etməyə başlamışdır. Bir müddət sonra həmin bir ədəd çətənə bitkisinin yanında daha 2 ədədi cücərmişdir. Çətənə bitkilərinə qulluq etmişdir. 2 sentyabr 2024-cü il tarixdə günorta saatlarında evdə olan zaman polis əməkdaşları evinə gəlib onu çağırmış, o da çağırışa çıxmışdır. Polis əməkdaşları özlərini ona təqdim etmişlər. Ondan evində, evinin həyətyanı sahəsində qanunsuz olaraq saxladığı, əkib becərdiyi narkotik vasitə, psixotrop maddələr olub-olmadığı soruşulmuş, o da evinin arxa tərəfində çətənə kolları olduğunu demişdir. Bundan sonra evinin arxa tərəfinə baxış keçirilmiş və oradan 03 ədəd çətənə bitkisi aşkar edilmişdir. Həmin çətənə bitkiləri çıxarılaraq qablaşdırılaraq möhürlənmişdir. Törətdiyi cinayət əməlindən peşmandır. Məhkəmə iclasında şahid, İmişli RPŞ-nin CAB-ın əməliyyat müvəkkili Şahid1 Gülhüsyen oğlunun elan olunmuş ifadəsindən görünür ki, 2 sentyabr 2024-cü il tarixdə İmişli şəhər sakini Camal adlı şəxsin yaşadığı evin həyətyanı sahəsində tərkibində narkotik vasitə olan çətənə bitkiləri əkməsi barədə məlumat daxil olmuşdur. Məlumat daxil olduqdan sonra Camal adlı şəxsin şəxsiyyətini və yaşadığı ünvanı dəqiqləşdirmişdir. Camal adlı şəxsin İmişli şəhəri, Həsənoğlu küçəsi ev 23 ünvanında qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs olduğu müəyyən etmişdir. Bundan sonra təxirəsalınmaz əməliyyat-axtarış tədbrilərinin keçirilməsi barədə rəhbərliyə raprotla məruzə etmiş və rəhbərlik tərəfindən ondan, rayon polis şöbəsinin Narkotiklərlə Mübarizə qrupunun əməliyyat müvəkkli Şahid2, Təhqiqat bölməsinin baş təhqiqatçısı Cəlal Azadovdan ibarət əmliyyat qrupu yaradılmışdır. X6 İnkişaf Mərkəzinin X2 Muradov aqronom qismində dəvət edilmişdir. Həmin gün, saat 15:35 radələrində avtomobilə əyləşib Təqsirləndirilən şəxs yaşadığı, İmişli şəhəri, Həsənoğlu küçəsi ev 23 ünvanına getmişlər. Təqsirləndirilən şəxs evinin qarşısında avtomobili saxlamışlar. Avtomobildən düşdükdən sonra video çəkilişə başlamışlar. Çəkiliş başladıqdan sonra tədbir iştirakçıları özlərini təqdim etmiş, sonra Təqsirləndirilən şəxs səsləyərək çağırmış, Təqsirləndirilən şəxs evdən çıxdıqdan sonra özlərini təqdim edib, Təqsirləndirilən şəxs evinin həyətyanı sahəsində qanunsuz olaraq tərkibində narkotik vasitə olan çətənə bitkiləri əkməsində şübhəli olduğunu və bu barədə məlumat daxil olduğunu deyib, evinin həyətyanı sahəsinə baxış keçirəcəklərini bildirmişlər. Təqsirləndirilən şəxs buna etiraz etməmişdir. Onlar birlikdə evin arxa tərəfinə doğru hərəkət etmişlər. Orada Təqsirləndirilən şəxs 03 (üç) ədəd narkotik tərkibili çətənə btikisini təqdim etmişdir. Aqronomdan həmin bitkilərə qulluq edilib-edilmədiyi, kultivasiya yolu ilə əkilib-əkilmədiyi soruşuldu. Aqronom Şahid3 aşkar edilmiş 03 (üç) ədəd çətənə bitkisinə quluq edildiyini, kultivasiya yolu ilə əkilib-becərildiyini bildirmişdir. Bundan sonr çətənə bitkiləri çıxarılaraq ağ kisəyə yığılıb ekspertizaya göndərilməsi üçün qablaşdırıldı, “DİN”nin 179 saylı möhürlənərək iştirakçılar tərəfindən üzəri imzalanmışdır. Baxış bitdikdən sonra Təqsirləndirilən şəxs heç bir etiraz etmədən, hər hansı bir formada müqavimət göstərmədən rayon polis şöbəsinə gətirilmiş, Təqsirləndirilən şəxs gətirilməsi barədə protokol və raport tərtib edilmişdir. Məhkəmə iclasında şahid, İmişli RPŞ-nin NMQ-nin sabiq əməliyyat müvəkkili Şahid2 elan olunmuş ifadəsindən görünür ki, o, ibtidai istintaq zamanı Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək onunla eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, o, Bitki-Mühafizə idarəsinin aqronomu vəzifəsində işləyir. 2 sentyabr 2024-cü il tarixdə, saat 15:40 radələrində İmişli rayon polis şöbəsinin əməkdaşlarının dəvəti ilə İmişli şəhər sakini Təqsirləndirilən şəxs yaşadığı evinin həyətyanı sahəsində baxış keçirilməsində mütəxəssis-aqronom kimi iştirak etmişdir. Baxış zamanı, Təqsirləndirilən şəxs evinin həyətyanı sahəsindən, daha dəqiq evin arxa hisəsində 3 ədəd çətənə bitkisi aşkar edilmişdir. Həmin çətənə bitkilərini dibi bellənmiş, becərilib qulluq edilmişdir. Həmin çətənə kollarını və ətrafını müayinə etdikdən sonra həmin kola aqrotexniki qaydada qulluq edilməsinə dair rəy vermişdir. Çətənə kolları videoçəkilişlə kökündən çıxarılmış və ekspertizaya göndərilməsi üçün qablaşdırılıb götürülmüşdür. Polis əməkdaşları tərəfindən protokol tərtib edilmiş, ucadan oxunmuş, doğru olduğu üçün o da həmin protokolda imza etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Baxış keçirilməsi haqqında 2 sentyabr 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı İmişli şəhəri, Həsənoğlu küçəsi ev 23-də yerləşən fərdi yaşayış evin həyətyanı sahəsinə baxış keçirilmişdir. Baxış keçirilməzdən əvvəl videoçəkilişə başlanılmış və çəkilişdə iştirak edən şəxslərlər özlərini təqdim etmişlər. Baxış iştirakçıları özlərini təqdim etdikdən sonra Təqsirləndirilən şəxs səslənərək çağırılmışdır. Təqsirləndirilən şəxs evdən çıxdıqdan sonra polis əməkdaşlarını özlərini təqdim edərək, ona narkotik tərkibli bitkilərin əkilib-becərilməsində şübhəli olduğunu, buna görə də, evinin həyətyanı sahəsinə baxış keçiriləcəyi bildirilmişdir. Təqsirləndirilən şəxs baxış keçirilməsinə heç bir etiraz etməmiş və Təqsirləndirilən şəxs evinin həyətyanı sahəsinə baxış keçirilməyə başlanılmışdır. Təqsirləndirilən şəxs evin həyətyanı sahəsinə əkdiyi yeri göstərmişdir. Çətənə kolları Təqsirləndirilən şəxs yaşadığı evin arxa tərəfində, evlə mişar daşlarından hörülmüş çəpərin arasına əkmişdir. Oradan 03 (üç) ədəd çətənə kollarına bənzər bitki aşkar edilərək çıxarılıb 01 (bir) ədəd ağ rəngli kisəyə yığılaraq qablaşdırılmış və “DİN”-in 179 saylı möhürü ilə möhürlənmişdir. Bundan sonra baxış iştirakçıları qablaşdırmanın üzərini imzalanmışlar (iş vərəq 10-13); İmişli rayon Bitki Mühafizə və Fumiqasiya (zərərsizləşdirmə) Mərkəzinin 2 sentyabr 2024-cü il tarixli rəyindən görünür ki, İmişli şəhəri, Həsənoğlu küçəsi ev 23 ünvanına İmişli rayon polis şöbəsinin əməkdaşları tərəfindən baxış keçirilən zaman Təqsirləndirilən şəxs həyətində aşkar edilmiş narkotik tərkibli bitki olan 03 (üç) ədəd çətənə kollarına aqrotxeniki qaydada qulluq edilmiş, yəni, dibi boşaldılmış, suvarılmış və becərilməsi üçün xüsusi qaydada qulluq edilmişdir (iş vərəq 14); Məhkəmə-bioloji ekspertizasının 3 sentyabr 2024-cü il tarixli 18/776 nömrəli rəyinə əsasən Tədqiqata təqdim olunmuş üzərindəki ağ kağıza: “…Təqsirləndirilən şəxs həyətyanı sahəsindən...” sözləri və imzalar olan sintetik torbadaki cəmi 3 ədəd yaş vəziyyətdə, ümumi çəkisi – 125,0 qram olan bitki nümunələri əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləridir. Aqronomun rəyinə əsasən təqdim edilmiş 3 ədəd çətənə(kannabis) bitkilərinə aqrotexniki qaydada qulluq göstirlmişdir. Çətənə (kannabis) bitkilərinin ümumi çəkisi - 125,0 qram, cəmi tədqiqata sərf edildi - 0,15 qram, qalıq 124,85 qram. (iş vərəq 32-35); Məhkəmə-narkoloji ekspertizasının 29 oktyabr 2024-cü il tarixli, 7046 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və kannabinoidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində proflaktik qeydiyyata alınması məsələhət görülür (iş vərəq 95-98); Cinayət törətməkdə şübhəli bilinən şəxsin tutulması haqqında 02 sentyabr 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 02 sentyabr 2024-cü il tarixdə saat 16:15-də şübhəli şəxs qismində tutulmuşdur (iş vərəq 24-25); Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 04 sentyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 04 sentyabr 2024-cü il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə ittiham elan olunmuşdur (iş vərəq 49); Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında 04 sentyabr 2024-cü il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir (iş vərəq 59-60); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya idarəsindən daxil olmuş 22 oktyabr 2024-cü il tarixli tələbnamədən görünür ki, Əmirov X5 Rayon Məhkəməsinin 15 iyul 2016-cı ilə tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 1 (bir) il 6 (altı) ay müddətinə azadlıq məhruma etmə cəzasına məhkum edilmiş, xx.xx.2017-ci il tarixdə cəzasının sonu ilə azad edilmiş və hazırda məhkumluğu ödənilmişdir (iş vərəq 123-125); Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun özünün etirafedici ifadəsi, şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək tam sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. 93.1.2-ci maddəsinə əsasən, cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamında qeyd edilmişdir ki, ibtidai istintaq və məhkəmə icraatı zamanı böyük ictimai təhlükə törətməyən və az ağır, o cümlədən iqtisadi fəaliyyət sahəsində cinayətlərə görə həbs qətimkan tədbirinin geniş tətbiq edilməsi, habelə həmin cinayətlərə görə azadlıqdan məhrum etmənin dinamikasının artması məhkumların sayının çoxalmasına və penitensiar müəssisələrin yüklənməsinə səbəb olur. Həmin Sərəncamın 8-ci bəndində qeyd edilmişdir ki, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə, cəza siyasətinin humanistləşdirilməsi istiqamətində Azərbaycan Respublikası Prezidentinin adıçəkilən Sərəncamının nəzərə alınmalı olduğu qənaətinə gəlir və bunu məhkəmə hüquq islahatları çərçivəsində Dövlətin mövqeyi kimi qəbul edir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlini etiraf edib səmimi peşmançılıq çəkməsini, himayəsində yetkinlik yaşına çatmayan uşağının olmasını və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsi ilə müəyyən edilmiş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun şəxsiyyətini, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları (müəyyən edilməmişdir), habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq ona təqsirli bilindiyi maddənin sanksiyası çərçivəsində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsini qanuni və ədalətli hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, təyin olunmuş cəza müddəti ərzində üzərinə CM-nin 52-1.2-ci maddəsində nəzərdə tutulmuş vəzifələr qoyulmalı, barəsində narkomaniyadan məcburi müalicə tətbiq olunmaqla ərazi narkoloji dispanserində qeydiyyata alınmalı (CM-93.1.2) və barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Maddi sübutlar və məhkəmə məsrəfləri ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi İmişli rayon polis şöbəsinin “Maddi sübutların saxlanması otağı”nda saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 124,85 qram olan 3 (üç) ədəd çətənə (kannabis) bitkiləri hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 01 ədəd DVD disk və "xxxx" MMC-dən daxil olmuş 01 ədəd CD yaddaş diski cinayət işi materiallarında saxlanılmalı (CPM-132), işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – 49.74 (qırx doqquz manat, yetmiş dörd qəpik) manat Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməli (CPM-198.1) və Təqsirləndirilən şəxs 11 saat göstərdiyi pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş müdafiəçi İmişli rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 66 (altmış altı) manat məbləğində pul Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir (CPM-193). İş üzrə mülki iddia və ya xüsusi müsadirə olunmalı əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 2 (iki) il 6 ay (altı) müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 02 sentyabr 2024-cü il tarixdən 04 sentyabr 2024-cü il tarixədək həbsdə saxlandığı 2 (iki) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən bir günə iki gün hesabı ilə hesablanmaqla təyin edilmiş cəzadan 4 (dörd) gün çıxılsın və üzərində qəti olaraq 2 (iki) il 5 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəza çəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə İmişli rayon İcra və probasiya şöbəsinə tapşırılsın. Təyin edilmiş cəza müddəti ərzində Təqsirləndirilən şəxs üzərinə hər gün gecə saat 23:00-dan növbəti gün səhər saat 07:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, İmişli rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış, İmişli rayon polis şöbəsinin “Maddi sübutların saxlanması otağı”nda saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 124,85 qram olan 3 (üç) ədəd çətənə (kannabis) bitkiləri hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd DVD disk və "xxxx" MMC-dən daxil olmuş 01 ədəd CD yaddaş diski cinayət işi materiallarında saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza təqdqiqatının dəyəri olan 49,74 (qırx doqquz manat yetmiş dörd qəpik) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Təqsirləndirilən şəxs 11 saat göstərdiyi pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş müdafiəçi İmişli rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 66 (altmış altı) manat məbləğində pul Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu gündən 20 gün müddətində Azərbaycan Respublikası CPMnin 385-ci maddəsində müəyyən edilmiş qaydada Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Lətafət Ağakişiyeva
Məhkəmə qərarları › İş №1(036)-15/2025
İmişli Rayon Məhkəməsi Hökm — İş №1(036)-15/2025
21.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver