Azərbaycan Respublikası adından HÖKM İmişli rayonu İş № 1(036)-16/2025 09.01.2025 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Ağakişiyeva Lətafət Almazxan qızının sədrliyi, Tağıyev Rasət Şaiq oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarəsinin Rayon (Şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - İmişli Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1998-ci ildə İmişli rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, İmişli rayonu, Bəhrəmtəpə qəsəbəsində qeydiyyatda olmaqla yaşayan barəsində başqa yerə getməmək haqqında itizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ittiham elan olunmuşdur ona görə ki, o, Şahid4 ilə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda psixotrop maddə olan metamfetamin əldə edərək saxlamış və daşımışdır. Belə ki, o, 03 sentyabr 2024-ci il tarixdə günorta saatlarında Şahid4 ilə birlikdə qabaqcadan X3 75 (yetmiş beş) manata satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda psixotrop maddə əldə etmək barədə bir qrup şəxs halında əlbir olaraq, aralarındakı razılaşmaya uyğun həmin gün saat 14:11 radələrində İmişli şəhəri, 28 may küçəsində yerləşən “Yusif” adlanan marketdəki “MPay” ödəmə terminalı vasitəsi ilə X4 göndərdiyi X8 adına olan “Kapital Bank”a məxsus “5239 1…. …. 6696” nömrəli plastik bank kartı hesabına 50 (əlli) manat, həmin gün saat 14:26-da Şahid4 İmişli rayonunun Bəhrəmtəpə qəsəbəsində yerləşən "xxxx" adlanan marketdəki “PaşaPay” ödəmə terminalı vasitəsilə eyni plastik bank kartı hesabına 25 (iyirmi beş) manat, ümumilikdə 75 (yetmiş beş) manat pul ödədikdən sonra o, günorta vaxtı İmişli şəhəri, X.Bəylərov küçəsində yerləşən “İmişli Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin arxa giriş qapısının qarşısında X7 ilə görüşüb sonuncudan göndərdikləri pulun müqabilində ayrı-ayrılıqda təmiz çəkiləri 0,453 qram və 0,451 qram olan iki ədəd polietilen kəsiyi bükümündə, ümümilikdə 0,904 qram çəkidə, xeyli miqdarda psixotrop maddə olan metamfetamin alaraq əldə edib bir ədəd “X7” markalı siqaret qutusunun içərisində əynindəki tünd boz rəngli qısaqol köynəyinin sol ön döş cibinə qoyaraq saxlamış və 03 sentyabr 2024-cü il tarixdə saat 16:11 radələrində həmin psixotrop maddəni daşıyarkən İmişli rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı İmişli şəhəri, X.Bəylərov küçəsində yerləşən “İmişli Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin arxa giriş qapsının qarşısında saxlanılaraq üzərində aparılan şəxsi axtarış zamanı əynindəki tünd boz rəngli qısaqol köynəyin sol ön döş cibindən bir ədəd “X7” markalı siqaret qutusunun içərisində saxladığı iki ədəd polietilen kəsiyi bükümündə, ayrı-ayrılıqda təmiz çəkiləri 0,453 qram və 0,451 qram, ümümi çəkisi isə 0,904 qram olan xeyli miqdarda kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bildiyini, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini və əməlindən peşman olduğunu bildirərək ona azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. İbtiadi istintaq zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs bildirmişdir ki, o, “İmişli Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsdə mühafizə xidmətində mühafizəçi işləmişdir. Şahid4 ilə bir qəsəbədə yaşayır və sonuncu psixotrop maddə metamfetamin istifadə edir. Onlar birlikdə psixotrop maddə istifadə etmiş və söbət zamanı Mail ona birlikdə istifadə etmək üçün pul müqabilində psixotrop maddə tapmasını xahiş etmişdir. 03 sentyabr 2024-cü il tarixdə saat təxminən 11:39 radələrində o, X5 zəng edərək, 50 manatlıq və 25 manatlıq metamfetamin almaq istədiyini demişdir. Danışıq zamanı Dağıstan ona plastik bank kartının nömrəsini demiş və nömrəni vərəq üzərində qeyd etmişdir. Həmin gün o, İmişli şəhəri, 28 may küçəsində yerləşən “Yusif” adlanan marketdəki “MPay” ödəmə terminalı vasitəsi ilə saat 14:11 radələrində 50 manat pulu Dağıstanın verdiyi 523915…….6696 kart nömrəsinə göndərmiş və ekranda kart sahibinin “S… S… F” adlı şəxs olduğunu görmüşdür. Dağıstanla sonrakı söhbətləri zamanı Dağıstan ona metamfetamini haradan götürəcəyini deməmiş, lakin pulu həmkəndliləri X1 hesabına atmağı bildirmişdir. Həmçinin o, Dağıstana əlavə olaraq 25 manat da pul göndərdiyini və bir büküm metamfetaminin də həmkəndlisi Mail üçün götürəcəyini demişdir. Dağıstan ona bükümlərdən birinin iri, digərinin isə xırda olacağını demişdir. O, saat 14-26 radələrində Mail ilə danışıb ona pulu atacağı kart nömrəsini bildirmiş və sonuncu pulu eyni kart hesabı nömrəsinə göndərmişdir. O, Dağıstanla danışmış və sonuncu metamfetamini götürüb özünün gətirəcəyini demişdir. Daha sonra Dağıstan ona iki büküm metamfetamin gətirərək vermiş, hansı ki, həmin bükümlərdan birini o, həmkəndlisi Maillə istifadə edəcəkmiş. 3 sentyabr 2024-cü il tarixdə saat 16:00 radələrində o, işlədiyi İmişli Rayon Mərkəzi Xəstəxanasının arxa giriş qapısında xidmətdə olarkən, ora tanıdığı 3 nəfər mülki geyimdə olan İmişli rayon polis şöbəsinin əməkdaşları gəlmiş və özlərini təqdim etmişlər. Onlardan Şahid2 ona üzərində qanunsuz olaraq narkotik vasitə saxladığını və üzərinə baxış keçiriləcəyini, üzərindəki qanunsuz əşya, psixotrop maddə və narkotik vasitə varsa onları təqdim etməsini demişdir. O da əynində olan tünd boz rəngli qısaqol köynəyinin sol döş cibində “X7” markalı siqaret qutusunun içərisində saxladığı iki ədəd polietilen bükümdə olan psixotrop maddə metamfetamini polis əməkdaşı Şahid2 təqdim etmişdir. Sorğu zamanı o, əvvəlcə metafetamini yerdən tapdığını deyərək yalan danışmışdır. Bundan sonra üzərindən aşkar olunan iki bükümdəki psixotrop maddə metamfetamin elektron tərəzidə çəkilmiş və çəkisinin 0,035 qram olduğu müəyyən edilmişdir. Onda aşkar olunan psixotrop maddələr zərfin içərisinə qoyularaq İmişli rayon polis şöbəsinin 179 saylı möhürü ilə möhürlənmiş, zərfin üzəri baxışda iştirak edənlər və onun özü tərəfindən imzalanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, İmişli rayon polis şöbəsinin Cinayət-axtarış bölməsinin əməliyyat müvəkkili vəzifəsində işləyir. Təqsirləndirilən şəxs tanıyır, onunla hər hansı bir düşmənçiliyi və ya ədavəti yoxdur. Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə əldə etməsi, istifadə etməsi və saxlaması barədə ona məxfi mənbədən əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumatı yoxlamaq məqsədi ilə 03 sentyabr 2024-cü il tarixdə təxirəsalınmaz əməliyyat tədbirinin keçirilməsi ilə bağlı qərar qəbul etmiş, bu barədə şöbə rəhbərliyinə məruzə etdikdən sonra həmin gün şöbənin Cinayət-axtarış bölməsinin axtarış üzrə baş əməliyyat müvəkkili Şahid1, Narkotiklərlə mübarizə qrupunun baş əməliyyat müvəkkili Şahid3 və ondan ibarət əməliyyat qrupu yaradılaraq müvafiq əmr hazırlanmışdır. Daxil olmuş məlumat ilə bağlı o, əməliyyat qrupunun üzvləri ilə saat təxminən 16:00 radələrində İmişli rayon mərkəzi xəstəxanasının arxa giriş qapsının yaxınlığında olmuş və həmin ərazidə yerləşən xəstəxanaya giriş hissəsinin arxa qapısının yaxınlığında Təqsirləndirilən şəxs yaxınlaşmışlar. Ona özlərini təqdim etmiş, sonra Təqsirləndirilən şəxs üzərində narkotik vasitə olması barədə əməliyyat məlumatı olduğunu və üzərində şəxsi axtarış aparılacağını bildirmişdir. Təqsirləndirilən şəxs heç bir etiraz etməmiş və onun üzərinə şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan tünd boz rəngli qısaqol köynəyinin sol döş cibində saxladığı “X7” markalı boş siqaret qutusunu çıxarıb ona təqdim etmiş, həmin siqaret qutusunu isə o, Şahid3 vermişdir. İsmayıl həmin qutunun içərisində narkotik vasitə olduğunu bildirmiş və Şahid3 siqaret qutusunun içərisinə baxarkən orada 2 (iki) ədəd sellofan bükümdə ilk görünüşdən kristal madə metamfetaminəbənzər psixotrop maddə aşkar olunmuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin maddələri olduğu yerdə, yerdən tapdığını bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 2 (iki) bükümün içərisində olan ilk görünüşündən psixotrop maddə metamfetaminlər elektron tərəzidə çəkilmiş və çəkiləri 0,035 qram olmuşdur. Daha sonra aşkar olunmuş psixotrop maddələr ekspertizaya göndərilməsi və dəqiq çəkilərinin müəyyən edilməsi üçün zərfin içərisinə qoyularaq, İmişli rayon polis şöbəsinin 179 saylı möhürü ilə möhürlənmiş və zərfin üzərinə baxışda iştirak edənlər və İsmayılın özü imza edərək təsdiq etmişdir. Sonradan isə bu barədə məhkəməkimyəvi ekspertizası rəyi alınmış və həmin ekspertiza rəyində İsmayıl Abdulayevin üzərindən aşkar olunaraq götürülmüş psixotrop maddə metamfetaminin dəqiq çəkisi 0,904 qram olması müəyyən edilmiş və Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş psixotrop maddələri çəkdiyi elektron tərəziyə baxdıqda görmüşdür ki, İsmayılın üzərindən aşkar olunan psixotrop maddələr elektron tərəzinin “oz” proqramı vasitəsi ilə çəkilmişdir. Daha sonra müəyyən etmişdir ki, 0,035 “oz” 0,992 qram təşkil edir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş psixotrop maddələr elektron tərəzinin səhvən qram vahidi ilə deyil oz ölcü vahidi ilə çəkmişdir. Toplanmış material araşdırma aparılaraq müvafiq qərar qəbul edilməsi üçün İmişli RPŞ-nin təhqiqat bölməsinə verilmiş və Təqsirləndirilən şəxs araşdırma zamanı üzərindən aşkar olunmuş 2 (iki) büküm ilk görünüşdən psixotrop maddə olan metamfetaminə bənzər maddələri İmişli rayonunun Bəhrəmtəpə qəsəbə sakini X3 50 manata aldığını bildirmişdir. Daha sonra təhqiqatçı Namiq Fərzəliyevin əməliyyat tapşırığının icrası ilə əlaqədar X7 həmin gün saat təxminən 21:10 radələrində yaşadığı Bəhrəmtəpə qəsəbəsində saxlanılaraq İmişli rayon polis şöbəsinə gətirilmiş və şübhəli şəxs kimi üzərində aparılan şəxsi axtarış zamanı əynindəki qara rəngli şalvarın sağ yan cibindən 1 (bir) ədəd sellofan bükümündə, elektron tərəzidə çəkilərkən çəkisi 0,50 qram olan maddə aşkar olunaraq götürülmüşdür. İbtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında tədqiq olunmuş iş üzrə Şahid3 Şahid2 ifadəsinə uyğun anoloji ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, o, İmişli rayonunun Bəhrəmtəpə qəsəbə sakini Təqsirləndirilən şəxs tanıyır, aralarında hər hansı bir düşmənçilik və ya ədavət yoxdur. Onlar ikisi də psixotrop maddə olan metamfetamin istifadəçiləridir. O, Bəhrəmtəpə qəsəbəsində olarkən İsmayıldan psixotrop maddə satan olarsa, ona da deməsini xahiş etmişdir. 03 sentyabr 2024-cü il tarixdə saat təxminən 11:49 radələrində İsmayıl ona zəng edərək, metamfetamin satan olması barədə məlumat vermiş və o, bir büküm alacağını demişdir. İsmayılla danışan zamanı sonuncu metamfetamini Dağıstanın təşkil etdiyini və ondan götürəcəyimi bildirmişdir. Həmin vaxt həmkəndlisi X10 evinin həyətində işlədiyi üçün o, İsmayıla pulu günorta vaxtı işdən sonra göndərə biləcəyini deyib, həmin gün saat 14:26-da İsmayıla zəng edərək, pulu hara və kimə verməsini soruşmuşdur. Danışıq zamanı İsmayıl ona plastik bank kartı nömrələsini demiş və o, 25 manat pulu həmin hesaba göndərərək, pulun qəbzinin fotoşəklini çəkib İsmayıla göndərmişdir. İsmayıl ona göndərdiyi pulun müqabilində Dağıstandan bir büküm metamfetamin alacağını demişdir. O, saat 17:36 radələrində İsmayılın votsapına: “Salam Qaqa” – yazmış, İsmayılın telefonu sönülü olmuşdur. O, Bəhrəmtəpə qəsəbəsində taksi fəaliyyəti ilə məşqul olan Namiq adlı şəxsdən xəstəxayanaya gedib İsmyaılın xəstəxanada iş yerində olub-olmadığını öyrənməsini xahiş etmiş, Namiq isə İsmayılın iş yerində olmadığını və işdən çıxıb evinə getdiyini demişdir. O, həmin gün saat 19:16-da yenidən İsmayıla votsap proqramında yenidən səs göndərərək: “qaqa sən iş yerində yoxsan və deyirlər çıxıb getmisən və taksiya 15 manat pul vermişəm” demişdir. Sonradan eşitmişdir ki, Dağıstan və İsmayılı tutulmuşlar. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cinayət işinin başlanması və istintaq aidiyyatı üzrə göndərilməsi haqqında 04 sentyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə saxlaması faktına görə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ********* saylı cinayət işi başlanmış və cinayət işi istintaqın davam etdirilməsi üçün aidiyyəti üzrə İmişli RPŞ-nin İstintaq Bölməsinə göndərilmişdir (i.v. 1); Şübhəli şəxsin tutulması haqqında 03 sentyabr 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 16:40 radələrində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (i.v. 21-22); “Əməliyyat-axtarış tədbiri, şübhəli şəxsin üstünün yoxlanılması və əşyaların götürülməsi” haqqında 03 sentyabr 2024-cü il tarixli protokoldan görünür ki, 03 sentyabr 2024-cü il tarixdə saat 16:11-də İmişli şəhəri, X.Bəylərov kücəsi 92 ünvanda şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində aparılan şəxsi axtarış zamanı onun əynindəki tünd boz rəngli qısaqol köynəyinin sol ön döş cibindən bir ədəd “X7” markalı siqaret qutusunda saxladığı 2 (iki) ədəd polietilen kəsiyi bükümündə kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür. Şəxsi axtarış və götürmə zamanı video çəkilişdən istifadə edilmişdir (i.v. 10-12); Cinayət axtarış bölməsinin əməliyyat müvəkkili Şahid2 tərəfindən tərtib olunmuş “Əməliyyat-axtarış tədbiri, şübhəli şəxsin üstünün yoxlanılması və əşyaların götürülməsi” haqqında 03 sentyabr 2024-cü il tarixli protokolla Təqsirləndirilən şəxs üzərindən 0,035 qram çəkidə psixotrop maddə metamfetamini elektron tərəzidə çəkərək götürmüş, həmin elekton tərəziyə baxış keçirilməsi haqqında 04 noyabr 2024-cü il protokoldan görünür ki, elektron tərəzi işlək vəziyyətdədir, tərəzinin idarəedici ortadakı yanma bölmü yandırıldı və tərəzi 5 (beş) çəki bölümündən ibarət olması müəyyən olundu, 1 (birinci) -q, 2 (ikinci)-oz, 3 (üçüncü)- ti, 4 (dördüncü)-ct, 5 (beşinci)- qn- çəki bölümü olmuş, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş psixotrop maddə 2 (ikinci) -oz çəki bölümü ilə çəkilmiş və çəkinin 0,035 qram olması ilə bağlı internet araşdırması aparıldı və müəyyən edilmişdir ki, 0,035 oz-unsiya çəki vahididir və converterdə 0,992 q çəkidir. (i.v. 247-248); İbtidai istintaq zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs istifadəsində ***- ***-**-** nömrəli və ***-***-**-** nömrəli mobil nömrələr olmuşdur. İmişli Rayon Məhkəməsinin 11 oktyabr 2024-cü il tarixli qərarı əsasında həmin mobil telefonla aparılan danışıqlar, sms mətnləri və anten məlumatları "xxxx" MMC-dən bir ədəd CD disk şəklində götürülmüş və həmin diskə baxış keçirilməsi haqqında 15 oktyabr 2024-cü il tarixli protokoldan görünür ki, CD diskdə olan fayl 13730-13817 sıxılmış fayldır, faylda ***-***-**- **: ***-***-**-** nömrələr Təqsirləndirilən şəxs və ***-***-**-** nömrəli mobil nömrə isə X4 istifadəsində olmuşdur. Hər iki şəxsə məxsus SMS mətnlərində iş üçün əhəmiyyət kəsb edən hər hansı bir məlumat əldə olunmadı, həmçinin müəyyən edildi ki, X6 istifadə etdiyi ***-***-**-** mobil telefon nömrəsi xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixə olan müddət ərzində İmişli rayonu, Bəhrəmtəpə qəsəbəsi və İmişli rayonu ərazisində yerləşən anten dairələrində olaraq danışıq aparmışdır. (i.v. 232-233); Mobil telefona baxış keçirilməsi haqqında 7 senytabr 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Adil oğlunun istifadəsində olan "xxxx" markalı üzərində Azercel MMC-yə məxsus ***-***-**-** və ***-***-**-** nömrələri olan mobil telefonun qalereyə bölməsindəki şəkil bölümlərində 3 ədəd qəbzlər olmuş,qəbzlərdən birinin təkrar kopya olması və qəbzin birinin üzərində xx.xx.2024-cü il taixdə saat 14-11 radələrində İmişli şəhəri 28 may küçəsində «Yusif» adlı marketdə quraşdırılmış 5490 nömrəli MPAY ödəmə terminalı vasitəsi ilə 523915…….6696 kart nömrəsinin sahibi S… S… F adlı şəxsin hesabına ********** nömrəli əməliyyatla 50(əlli) manat, daha sonra həmin bölmədə ikinci qəbzin üzərində xx.xx.2024-cü il tarixdə saat 14:26 radələrində İmişli şəhəri Bəhrəmtəpə qəsəbəsində yerləşən "xxxx" supermarketdə quraşdırılmış 00621 nömrəli PaşhaPay MMC yə məxsus ödəmə terminalı vasitəsi ilə 523915…….6696 kart nömrəsinin sahibi S… S… F adlı şəxsin hesabına **********9 nömrəli əməliyyatla 25 manat pul köçürülməsi aşkar edilmişdir. (i.v. 232-251); Məhkəmə-fiziki kimyəvi ekspertizasının 04 sentyabr 2024-cü il tarixli, 18/779 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “ .. Təqsirləndirilən şəxsun üzərindən…” sözləri yazılmış və imzalar olan kağız paketdəki siqaret qutusunun içərisində 2 ədəd polietilen kəsiyi bükümündə ayrı-ayrılıqda təmiz çəkiləri – 0,453 qram və 0,451 qram, ümumi çəkisi – 0,904 qram olan maddələr kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Metamfetamin - 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələin siyahısı»na daxildir. (i.v. 52-55); Məhkəmə-narkoloji ekspertizasının 24 sentyabr 2024-cü il tarixli 6457 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmuşdur. O, narkomaniya xəstəliyindən əzab çəkmir, narkomaniyadan məcburi müalicəyə ehtyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (i.v. 245-246); Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 04 sentyabr 2024-cü il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ********* saylı cinayət işi başlanmış və icraata qəbul edilmişdir (i.v. 63); təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında 05 sentyabr 2024-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir (i.v. 85-86); Qətimkan tədbirinin seçilməsi haqqında 05 sentyabr 2024-ci il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir (i.v. 103-104); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunması barədə əməliyyat kartotekasında məlumat mövcud deyil (i.v. 239-240); Maddi sübut kimi tanınma haqqında 13 sentyabr 2024-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş qalıq çəkisi 0,804 qram psixotrop maddə metamfetamin iş üzrə maddi sübut qismində tanınmış və saxlanılması üçün İmişli RPŞ-nin maddi sübutların saxlanc otağına təhvil verilmişdir (i.v. 186-187); İmişli Rayon İcra Hakimiyyətinin başçısının Bəhrəmtəpə qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ilə bağlı nümayəndəliyə heç bir şikayət daxil olmamışdır. (i.v. 129); Sübutların qiymətləndirilməsi haqqında 12 noyabr 2024-cü il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən Təqsirləndirilən şəxs 05 sentyabr 2024cü il tarixli qərarla Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittiham və barəsində seçilmiş qətimkan tədbirinin qüvvədə olması nəzərə alınmış, qərarın təsviri hisəssində göstərilənlərə əsasən 03 sentyabr 2024-cü il tarixli qərarla Təqsirləndirilən şəxs üzərindən götürülmüş – 0,904 qram çəkidə, tədqiqata istifadə olunduqdan sonra qalıq çəkisi 0,804 qram olan psixotrop maddə metamfetamin iş üzrə maddi subut qismində tanınmış və saxlanılması üçün İmişli RPŞ-nin maddi subutların saxlancı otağına təhvil verilməsi nəzərə alınmış, Təqsirləndirilən şəxs və Şahid4 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi ilə cinayət işinin başlanması rədd edilmiş, həmin cinayət işindən Şahid4 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə və X7 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə ayrıca icraata cinayət işi ayrılaraq istintaqının aparılması qərara alınmış, Təqsirləndirilən şəxs istifadəsində olan "xxxx" markalı üzərində "xxxx" MMC-yə məxsus ***-***-**-** və ***-***-**-** nömrəsi olan mobil telefon iş üçün əhəmiyyət kəsb etdiyindən iş üzrə maddi subut qismində tanınmış və saxlanılması üçün İmişli RPŞ-nin maddi subutların saxlancı otağına təhvil verilməsi nəzərə alınmış, həmçinin Təqsirləndirilən şəxs üzərində aşkar edilərək götürülmüş iki büküm psixotrop maddə metamfetaminin elektron tərəzidə çəkilən zaman oz çəki vahidi ilə çəkilərək 0,035 qram olması müəyyən edilsə də, məhkəmə fiziki-kimyəvi ekspertizasının 04 sentyabr 2024-cü il tarixli 18/779 nömrəli ekspert rəyinin əsas götürülməsi və ittihamın məzmununa daxil edilməsi nəzərə alınmışdır (cild 2, i.v. 18-36); Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Narkotik vasitələr» adlı İ siyahının 109 və 109.1ci qrafasına əsasən təmiz çəkisi 0,904 qram olan psixotrop maddə metamfetamin xeyli miqdar hesab olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. 93.1.2-ci maddəsinə əsasən, cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamında qeyd edilmişdir ki, ibtidai istintaq və məhkəmə icraatı zamanı böyük ictimai təhlükə törətməyən və az ağır, o cümlədən iqtisadi fəaliyyət sahəsində cinayətlərə görə həbs qətimkan tədbirinin geniş tətbiq edilməsi, habelə həmin cinayətlərə görə azadlıqdan məhrum etmənin dinamikasının artması məhkumların sayının çoxalmasına və penitensiar müəssisələrin yüklənməsinə səbəb olur. Həmin Sərəncamın 8-ci bəndində qeyd edilmişdir ki, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə, cəza siyasətinin humanistləşdirilməsi istiqamətində Azərbaycan Respublikası Prezidentinin adıçəkilən Sərəncamının nəzərə alınmalı olduğu qənaətinə gəlir və bunu məhkəmə hüquq islahatları çərçivəsində Dövlətin mövqeyi kimi qəbul edir. Məhkəmə Təqsirləndirilən şəxs həm məhkəməyədək icraat dövründə, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini etiraf etməsini, əməlindən peşman olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini CM-nin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar və ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, ibtidai istintaq zamanı 03 sentyabr 2024-cü il tarixdən 05 sentyabr 2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu müddət ona təyin edilmiş cəzaya hesablanmalı (CM-69.3), öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, ərazi narkoloji dispanserində narkoman kimi qeydiyyata alınmalı, iş üzrə maddi sübut kimi tanınan və İmişli rayon polis şöbəsinin maddi sübutların saxlanılması otağına təhvil verilmiş Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş 02 ədəd bükümdə ilkin təmiz çəkisi 0,904 qram olan, tədqiqatdan sonra qalıq qalmış 0.804 qram çəkidə psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 1 ədəd "xxxx" markalı üzərində "xxxx" MMC-yə məxsus ***-***-**-** və ***-***-**-** nömrəsi olan mobil telefon hökm qanuni qüvvəyə mindikdən sonra məhkumun özünə qaytarılmalı, 01 ədəd “CD-R” formatlı disk iş materiallarında saxlanılmalı (CPM-132), 49.74 (qırx doqquz manat yetmiş dörd qəpik) manat ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməli, Təqsirləndirilən şəxs İmişli Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi 12 (on iki) saat hüquqi yardıma görə 72 (yetmiş iki) manat Azərbaycan Respublikası dövlət büdcəsindən tutularaq İmişli Rayon Vəkil Bürosunun hesabına köçürülməlidir (CPM-198.1). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - İmişli rayonu, Bəhrəmtəpə qəsəbəsi ünvanında çəkməli, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 23:00-dan saat 07:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, İmişli rayonunun ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqana məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, əlavə olaraq kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi tapşırılmalı, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə İmişli rayon İcra və probasiya şöbəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 03 sentyabr 2024-cü il tarixdən 05 sentyabr 2024-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla 04 (dörd) gün azadlığın məhdudlaşdırılması cəzası ona təyin edilmiş 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs yaşadığı İmişli rayonu, Bəhrəmtəpə qəsəbəsi ünvanını axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, İmişli şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə İmişli rayon İcra və probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəzasını çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa getməmək haqqında” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut – İmişli Rayon Polis Şöbəsinin maddi sübutların saxlanılması otağına təhvil verilmiş Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş 02 ədəd bükümdə ilkin təmiz çəkisi 0,904 qram olan, tədqiqatdan sonra qalıq qalmış 0.804 qram çəkidə psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, 1 ədəd "xxxx" markalı üzərində "xxxx" MMC-yə məxsus ***-***-**-** və ***-***-**-** nömrəsi olan mobil telefon hökm qanuni qüvvəyə mindikdən sonra özünə verilsin, 01 ədəd “CD-R” formatlı disk iş materiallarında saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri olan 49.74 (qırx doqquz manat yetmiş dörd qəpik) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Təqsirləndirilən şəxs İmişli Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi 12 (on iki) saat hüquqi yardıma görə 72 (yetmiş iki) manat Azərbaycan Respublikası dövlət büdcəsindən tutularaq İmişli Rayon Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində İmişli Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Lətafət Ağakişiyeva
Məhkəmə qərarları › İş №1(036)-16/2025
İmişli Rayon Məhkəməsi Hökm — İş №1(036)-16/2025
09.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver