Məhkəmə qərarları › İş №1(036)-17/2020

İmişli Rayon Məhkəməsi Hökm — İş №1(036)-17/2020

12.08.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM İmişli rayonu İş № 1(036)-17/2020 12.08.2020 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Təqsirləndirilən şəxs ondan ötrü məhkəməyə verilmişdir ki, o, istintaqaməlumolmayanmənbədənsatışməqsədiolmadanqanunsuz olaraq külli miqdarda 3060 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana əldə edib, daşımaqla həmin narkotik vasitəni yaşadığı İmişli rayon Qızılkənd kəndində yerləşən X3 məxsus fermanın həyətində yerləşən evdə saxlamış, İmişli rayon polis şöbəsinə daxil olmuş əməliyyat məlumatı əsasında 20 sentyabr2019-cu il tarixdə saat 05-00 radələrində İmişli rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyataxtarış tədbirləri zamanı onun yaşadığı evə baxış keçirilərkən yataq otağında yerləşən çarpayının altında 2 ədəd dəmir ləyəndə saxladığı, ayrı-ayrılıqda təmiz çəkisi 1290,0 qram və 1770,0 qram olan, ümumilikdə külli miqdarda təmiz çəkisi 3060,0 qram olan narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilib götürülmüşdür. İş üzrə Təqsirləndirilən şəxs ona qarşı Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, üç nəfər ailə üzvləri ilə birlikdə İmişlirayonuQızılkəndkəndindəyaşayır və kəndinkənarındayaradılmış MəstəliyevRəşidFamiloğlunaməxsusolan qaramal fermasında malabaxan işləyərək ayda cəmi 350 manatqazanır. Artıq uzun müddətdir ki, o, narkotik vasitə olan marixuanadan istifadə edir. Həmin narkotik vasitəni həmişə pulla əldə etmək imkanı olmadığından bu ilin mövsüm vaxtı ferma ərazisinin yaxınlığındakı boş sahələrdə çətənə toxumları əkərək becərmiş və əldə etdiyi məhsulu yığdıqdan sonra qurudaraq iki ədəd dəmir ləyəndə toplayaraq istifadə etməkdən ötrü qaldığı evə gətirib yatdığı otaqdakı çarpayının altında gizlətmişdir. xx xxxxxxxx 2019-cuildəsaat 04-00radələrindəpolisəməkdaşları onun qaldığı yerə gələrək nəşəniharadasaxlamasını soruşarkən evindənarkotikvasitəolanqurudulmuşmarixuana gizlətməsinin aşkar olmasını bilibonlara qurudulmuş marixuana kütləsini yataqotağındakı çarpayınınaltında gizlətdiyi ləyəniniçərisindəsaxladığını etirafetmişdir. Sonra polisəməkdaşları evəbaxışkeçirmiş və yataq otağındakı çarpayınınaltında gizlətdiyi iki ədəddəmirləyənin içərisində saxladığınarkotikvasitə olan qurudulmuşmarixuanakütlələri aşkaredərək götürmüşlər. Təqsirləndirilən şəxs daha sonra ifadəsində əməlindən peşman olduğunu bildirərək ailəsinin yeganə qazanc gətirən şəxsi olmasının nəzərə alınmasını xahiş etmişdir. İş üzrə Şahid2 ifadəsində göstərmişdir ki, İmişli RPŞ CAB-nın cinayət baş əməliyyat müvəkkili vəzifəsində işləyir. xx xxxxxxxx 2019-cu il tarixdə İmişli rayonu Qızılkənd kənd sakini Təqsirləndirilən şəxs yaşadığı evdə narkotik vasitə gizlədib saxlaması barədə məlumat daxil olması ilə əlaqədar onun ifşa edilməsi məqsədilə İmişli RPŞ-nin rəhbərliyi tərəfindən təxirəsalınmaz əməliyyat–axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul edilib polis əməkdaşlarından ibarət qrup yaradılaraq əməliyyat tədbirlərinin həyata keçirilməsinə başlanılmışdır. Həmin gün saat 04-00 radələrində o, əməliyyat qrupunun digər üzvləri, İmişli RPŞ PPXB-nin tağım komandiri polis kapitanı Şahid4, PPXB-nin polis nəfərləri, polis serjantı Şahid5 və polis serjantı Şahid3 Elbrus oğlu, İmişli RPŞ TB-nin təhqiqatçısı polis baş leytenantı X6 ilə birlikdə Təqsirləndirilən şəxs İmişli rayonu Qızılkənd kəndində yerləşən evində, həyatyani torpaq sahəsində və yardımçı tikililərdə baxış keçirməkdən ötrü həmin ünvana getmiş, Təqsirləndirilən şəxs barəsində RPŞ-nə daxil olmuş məlumat əsasında gəldikləri bildirilərək evinə və həyətinə baxış keçirilməsinə etirazının olub olmadığı soruşulmuşdur. Hikmət yaşadığı evin və fermanın X3 məxsus olmasını və fermada çoban işləməsini bildirmiş, lakin evdəki əşyaların ona məxsus olmasını təsdiqləmişdir. Bundan sonra onlar X3 zəng edərək onu evində və fermasında keçirilən baxışda iştirak etməkdən ötrü gəlməsi barədə xəbərdar etmişlər. Rəşid Məstəliyev Bakı şəhərində olduğundan özünün gələ bilməyəcəyini bildirərək Şahid7 və X1 baxış keçirilməsində iştirak etməkdən ötrü onların olduğu yerə göndərmişdir. Həmin şəxslərin iştrakı ilə əvvəlcə həyətdəki yardımçı tikililərə baxış keçirilmiş, lakin narkotik vasitə və cinayətin predmeti ola biləçək hər hansı bir əşya aşkar edilməmişdir. Daha sonra Təqsirləndirilən şəxs yaşadığı daşdan tikilmiş iki otaqdan ibarət evə baxış keçirilərkən yataq otağındakı iki nəfərlik çapayının altında olan 2 ədəd dəmir ləyənin içərisində narkotik vasitə olan qurudulmuş marixunaya oxşar kütlə aşkar olunmuş, həmin kütlələr iki ədəd göy rəngdə poletilen torbalara doldurulmaqla qabaşdırılaraq götürülmüş və bu barədə barəsində protokol tərtib olunmuşdur. İş üzrə şahidlər, Şahid4, Şahid5 və Abbaslı X2 Toğrul Tofiq oğlunun ifadəsində göstərdiyi xüsusatları eyni ilə təsdiq etmişdir. İş üzrə Şahid6ifadəsindəbildirmişdirki, o, İmişli rayonu Qızılkənd kəndində yaşayır. xx xxxxxxxx 2019-cu il tarixdə, saat 05-00 radələrində qohumu X5 ona zəng edib onun fermasına polis əməkdaşlarının gəldiyini bildirərək həmin yerə getməsini xahiş etmiş və o, ferma ərazisinə gedərək polis əməkdaşlarının narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə mübarizə məqsədilə keçirtdikləri tədbirdə hal şahidi qismində iştirak etmişdir. Həmin vaxt fermada çoban işləyən Təqsirləndirilən şəxs yaşadığı daşdan tikilmiş iki otaqdan ibarət evə baxış keçirilərkən yataq otağındakı iki nəfərlik çapayının altında olan 2 ədəd dəmir ləyənin içərisində narkotik vasitə olan qurudulmuş marixunaya oxşar kütlə aşkar olunmuş, həmin kütlələr iki ədəd göy rəngdə poletilen torbalara doldurulmaqla qabaşdırılaraq götürülmüş və bu barədə barəsində protokol edilib tədbirdə iştirak edənlər tərəfindən imzalanmışdır. İşdə olan xx.xx.2020-ci il tarixli « axtarış və götürmə haqqında» Protokola əsasən həmin tarixdə saat 04-30-dan 06-25-dək olan vaxtda Təqsirləndirilən şəxs yaşadığı İmişli rayonu Qızılkənd kəndində yerləşən evə baxış keçirilərkən yataq otağındakı iki nəfərlik çapayının altında olan 2 ədəd dəmir ləyənin içərisində narkotik vasitə olan qurudulmuş marixunaya oxşar kütlə aşkar olunmuş və həmin kütlələr iki ədəd göy rəngdə poletilen torbalara doldurulmaqla qabaşdırılaraq götürülmüşdür. (c.i.səh.11-14; fotocədvəl. səh: 15-18) İşdə olan AR ƏN MEM tərəfindən verilmiş xx xxxxxxxx 2020-ci il tarixli 10495 saylı ekspert rəyinin nəticə hissəsində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar edilərək götürülmüş və iki ədəd polietilen torbada qablaşdırılmış...” sözləri yazılmış göy rəngli polietilen torbada 2 ədəd polietilen torbada ayrı-ayrılıqda təmiz çəkiləri-1290,0 qram, 1770,0 qram, ümumi təmiz çəkisi 3060 qram olan yaşımtıl rəngli, xırdalanmış qurudulmuş bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə ( kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Tədqiqata sərf edildikdən sonra qalıq çəkisi 3059,96 qram olmuşdur. ( c.i. səh: 47) AR Cinayət Prosessual Məcəlləsinin 124.2-ci maddəsinə əsasən şübhəli, təqsirləndirilən və zərər çəkmiş şəxsin və şahidlərin ifadələri, ekspertin rəyi, maddi sübutlar, istintaq və məhkəmə hərəkətlərinin protokolları və digər sənədlər cinayət prosesində sübut kimi qəbul edilir. Həmin Məcəllənin 139.0.4-cü maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Həmin Məcəllənin 145.2-ci maddəsinə əsasən hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmuyunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirir. Həmin Məcəllənin 338.1.2-ci maddəsinin tələblərinə görə məhkəmə hökm çıxartdıqda yalnız məhkəmə istintaqı zamanı baxılmış sübutlara istinad etməlidir. Məhkəmə tədqiq olunmuş sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs oğlu Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətmişdir. Onun əməli istintaq orqanı tərəfindən düzgün tövsüf olunmuşdur. Ona görə də o, CM-nın 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək ona CM-nın Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin sanksiyası daxilində cəza təyin edilməlidir. AR CM-nin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. İşdə olan AR DİN BƏSİİ tərəfindən verilmiş sorğu məlumatına əsasən Təqsirləndirilən şəxs oğlunun məhkumluğu yoxdur. ( c.i. səh 111-112) İş üzrə cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. İşdə olan İmişli RİHB-nin Qızılkənd kənd İƏD üzrə İN tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli 930 saylı arayışa əsasən Təqsirləndirilən şəxs oğlu evlidir və himayəsində iki nəfər azyaşlı uşağı vardır. (c.i.səh:97-99) Himayəsində azyaşlı uşaqların olması Təqsirləndirilən şəxs oğlunun cəzasını yüngülləşdirən haldır. İşdə olan İmişli RİHB-nin Qızılkənd kənd İƏD üzrə İN tərəfindən verilmiş xasiyyətnamədə Təqsirləndirilən şəxs oğlu müsbət xarakterizə olunmuşdur. ( c.i.səh:129) İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin xx.xx.2019cu il tarixli 2459 nömrəli X4 X9 göstərilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs oğlunda çətənə bitkisi preparatlarından sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Lakin hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi üzrə narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. ( c.i səh: 113-114) İşdə olan xx.xx.2019-cu il tarixli cinayət törətməkdə “cinayət törətməkdə şübhəli bilinən şəxsin tutulması haqqında” protokola əsasən Təqsirləndirilən şəxs oğlu həmin gün, saat 06-40-da AR CM-nın 234.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməsinə şübhə yarandığından tutulmuşdur. ( c.i.səh: 30-31) İşdə olan İmişli rayon polis şöbəsinin “qətimkan tədbiri seçmə haqqında” xx.xx.2019-cu il tarixli qərarının surətinə əsasən Təqsirləndirilən şəxs oğlu barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilərək həmin gün İmişli RPŞ MSY-dən azad edilmişdir. ( c.i.səh: 86-87) «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli 04 saylı Qərarının 3-cü bəndinin 2-ci abzastında göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə törətdiyi cinayətin ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən halı və şəxsiyyətini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-nın müvafiq maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməli və AR CMnın 69.3-cü maddəsinə əsasən onun xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək həbsdə saxlandığı 2 (iki) gün cəza müddətinə hesablanmalıdır. İş üzrə maddi sübut olan İmişli rayon Polis şöbəsində saxlanılan 3059,96 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana məhv edilməli və iş üzrə ekspertiza xərcini təşkil edən 49,74 manat Təqsirləndirilən şəxs oğlundan tutulub dövlət büdcəsinə keçirilməlidir. Qeyd olunanlara əsasın Azərbaycan Respublikası CPM-nin 345-347, 349, 351-353, 383-385-ci maddələrini rəhbər tutaraq H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nın 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib 3 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. AR CM-nın 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək həbsdə saxlandığı müddət nəzərə alınaraq üzərində 2( iki) il 11 ( on bir) ay 26 ( iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs oğlu ərazi üzrə narkoloji dispanserdə qeydiyyata alınsın. Cəza müddəti ərzində Təqsirləndirilən şəxs oğlunun üzərinə hər gün saat 23-00-dan növbəti gün saat 07-00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanması üçün ona xidmət etmək, İmişli rayonunun inzibati ərazisinin hüdudlarından çıxmamaq, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Cəza çəkməsinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş « polisin nəzarəti altına vermə » qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. İş üzrə maddi sübut olan İmişli RPŞ-də saxlanılan qalıq çəkisi 3059,96 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana məhv edilsin. İş üzrə ekspertiza xərcini təşkil edən 49,74 manat pul Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə keçirilsin. Hökmdən 20 (iyirmi) gün müddətində Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasına apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hakim. Ülvi Qənbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar