Azərbaycan Respublikası adından HÖKM İmişli rayonu İş № 1(036)-17/2024 12.01.2024 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rayon Məhkəməsi Qənbərov Ülvi Oktay oğlunun sədrliyi, Balacayev Elməddin Xudan oğlunun katibliyi, Dövlət ittihamçısı və Müdafiəçi iştirakı ilə, 13 avqust 1979-cu ildə İmişli şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, İmişli şəhəri, Araz küçəsi ev 75-də yaşayan və barəsində “polisin nəzari altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs ondan ötrü məhkəməyə verilmişdir ki, o, 2023-cü ilin aprel ayında İmişli şəhəri, Araz küçəsi ev 75-ünvanında yerləşən yaşadığı fərdi yaşayış evinin həyətyanı sahəsində yerləşən bağçada xeyli miqdarda, yəni 3 ədəd narkotik tərkibli çətənə (kannabis) bitkilərini qanunsuz olaraq əkərək və aqrotexniki qaydada qulluq edib yetişdirməklə kultivasiya etmiş, 05 sentyabr 2023-cü il tarixdə saat 07 radələrində İmişli rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində onun fərdi yaşayış evinin həyətyanı sahəsində yerləşən bağçada aqrotexniki qaydada qulluq göstərdiyi, əkilib-becərilməsi qadağan olunmuş, 3 ədəd yaş vəziyyətdə, ümumi çəkisi 100,0 qram olan narkotik tərkibli çətənə (kannabis) bitkisi aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs ona qarşı AR CM-nin 237.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, 2020-ci ilin ortalarından etibarən narkotik vasitə olan qurudulmuş marixuanadan istifadə edir. Əvvəllər narkotik vasitə olan qurudulmuş marixuananı İran İslam Respublikasının vətəndaşı olan “Rəfşan Cani” adlı şəxsdən almışdır.Həmin şəxslə 2018- 2021-ci illərdə İmişli Şəkər zavodunda operator vəzifəsində işləyərkən tanış olmuşdur. X8 Şəkər zavoduna markasını bilmədiyi İran dövlət qeydiyyat nişanlı avtomobillə yük gətirmiş, İmişli şəhərində qalması üçün kirayə ev tapmaqda ona köməklik etmişdir. 2021-ci ilin əvvəllərində Rəfşan Canidən şəxsi istifadəsi üçün narkotik vasitə olan qurudulmuş marixuana istəmiş və sonuncu da ona təxminən 1 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuananı İmişli şəkər zavodunun həyətində vermişdir. Bundan sonra a da həmin şəxs ona eyni qaydada bir neçə dəfə 1 qram çəkidə olmaqla narkotik vasitə olan qurudulmuş marixuana hədiyyə etmişdir. Bir dəfə Rəfşan Cani ona təxminən 3 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixua vermiş, həmin marixuananın içərisində 3 ədəd çətənə toxumu olmuşdur. O da həmin toxumları yaşadığı İmişli şəhəri, Araz küçəsi ev 75 ünvanında yerləşən fərdi yaşayış evinin həyətində sellofan torbada saxlayıb 2023-cü ilin aprel ayında həyətində olan bağçada əkib qulluq etmişdir. Həmin 3 ədəd narkotik tərkibli çətənə bitkilərini öz istifadəsi üçün əkmişdir. 05 sentyabr 2023-cü il tarixdə saat 07 radələrində həyətdə olan zaman İmişli rayon polis şöbəsinin əməkdaşları onun yaşadığı ünvana gəlmiş və onun razılığı ilə həyətə baxış keçirmişlər. Baxış zamanı 3 ədəd narkotik tərkibli çətənə kollarını aşkar etmişlər. Həmin çətənə kollarını götürülmüş və qablaşdırılmışdır. İş üzrə şahid İmişli RPŞ-nin CAB-nin əməliyyat müvəkkili X2 ifadəsində göstərmişdir ki, 05 sentyabr 2023-cü il tarixdə İmişli RPŞ-da gündəlik xidmətində olan zaman CAB-nin əməliyyat müvəkkili Şahid2 məlumat almışdır ki, İmişli şəhər sakini Asif adlı şəxs narkotik vasitələrin istifadəsi, saxlanılması ilə məşğuldur və İmişli şəhəri, Araz küçəsi 75-də yerləşən evinin həyətyanı sahəsində çətənə kolları yetişdirir. Bu barədə şöbə rəhbərliyinə raportla məruzə etdikdən sonra şöbə rəhbərliyinin müvafiq qərarı ilə o, Şahid2, İmişli RPŞ-nin Təhqiqat bölməsinin təhqiqatçısı Xətai Savalan və baş aqronom Şahid3in iştirakı ilə Təqsirləndirilən şəxs yaşadığı İmişli şəhəri, Araz küçəsi ev 75 üvanına getmişlər. Təqsirləndirilən şəxs onları qarşılmış, ona özlərini təqdim edib həyətyanı sahəsində narkotik tərkibli çətənə bitkiləri əkib yetişdirməsi ilə bağlı məlumat daxil olduğunu, bu səbəbdən də həyətə baxış keçirilmək istədiklərini bildirmişlər. Təqsirləndirilən şəxs baxış keçirilməsinə etiraz etməmiş, bundan sonra Şahid3 və Təqsirləndirilən şəxs iştirakı ilə həyətinə daxil olmuşlar. Baxış zamanı videoçəkilişdən istifadə olunmuş və aparılan bütün tədbirlər videolentə alınmşdır. Bağçanın mərkəz hissəsində, kollar və ağacların arasında Təqsirləndirilən şəxs özünün təqdim etdiyi 3 ədəd narkotik vasitə çətənə kolları aşkar edilmiş, baş aqronom Şahid3 çətənə (kannabis) bitkilərinə baxaraq həmin bitkilərə aqrotexniki qaydada qulluq olunduğunu, sulandığını, becərildiyini bildirmişdir. Daha sonra çətənə kollarını bir-bir sayları ilə yerdən çıxarılmış və qablaşdırılaraq götürülmüşdür. Baxış keçirilməsi və götürmə aparılması haqqında protokol tərtib edilmiş və tədbir iştirakçıları tərəfindən təsdiq olunmuşdur. Təqsirləndirilən şəxs saxlanılaraq rayon polis şöbəsinə gətirilmiş , şübhəli şəxs qismində tutulmuş və uzərinə baxış keçirilmişdir. Baxış zamanı onda qanunla qadağan edilmiş hər hansı əşya və predmet aşkar edilməmişdir. İş üzrə şahid İmişli RPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid2 ifadəsində şahid X1 ifadəsinə uyğun ifadə vermişdir. İş üzrə Şahid3 ifadəsində göstərmişdir ki, o, İmişli rayon, Bitki Mühafizəsi və Fumiqasiya Mərkəzinin baş aqronomudur. İmişli şəhər sakini Təqsirləndirilən şəxs əvvəllər tanımamış və onunla heç bir ədavəti, düşmənçiliyi olmamışdır. 05 sentyabr 2023-cü il tarixdə saat 08 radələrində polis əməkdaşları İmişli şəhəri, Araz küçəsi ev 75-da yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik tərkibli çətənə (kannabis) kollarını əkib-becərməsi ilə bağlı İmişli rayon polis şöbəsinə daxil olmuş əməliyyat məlumatının yoxlanılmasından ötrü onu həmin ünvanda yerləşən evin həyətyanı sahəsinə baxış keçirlməsində iştirak etməyə dəvət etmiş və məlumatın doğru olduğu təqdirdə əkilmiş çətənə (kannabis) kollarına aqrotexniki qaydada qulluq edilib-edilmədiyinin müəyyən edilməsinin vacib olduğunu bildirmişlər. O, tədbirdə iştirak etməyə razılıq verib polis əməkdaşları ilə birlikdə qeyd olunan ünvana getmişdir. Polis əməkdaşları giriş qapısından Təqsirləndirilən şəxs səsləmiş və Təqsirləndirilən şəxs gəlib onları qarşılamışdır. Polis əməkdaşları ona özlərini təqdim edib həyətyanı sahəsində narkotik tərkibli çətənə bitkiləri əkib yetişdirməsi ilə bağlı məlumat daxil olduğunu, bu səbəbdən də həyətə baxış keçirilmək istədiklərini bildirmişlər. Təqsirləndirilən şəxs baxış keçirilməsinə etiraz etməmiş, bundan sonra tədbir iştirakçıları həyətə daxil olmuşlar. Həmin vaxt polis əməkdaşları videoçəkilişdən istifadə etmiş və aparılan bütün tədbirlər videolentə alınmışdır. Həyətə daxil olduqda orada bağçanın mərkəz hissəsində, kollar və ağacların arasında Təqsirləndirilən şəxs özünün təqdim etdiyi 3 ədəd narkotik vasitə çətənə kollarını aşkar edilmişdir. O, çətənə (kannabis) bitkilərinə baxaraq həmin bitkilərə aqrotexniki qaydada qulluq olunduğunu, sulandığını, becərildiyini müəyyən etmişdir. Daha sonra çətənə kollarını bir-bir sayları ilə yerdən çıxarılmış və qablaşdırılaraq götürülmüşdür. Baxış keçirilməsi və götürmə aparılması haqqında protokol tərtib edilmiş və tədbir iştirakçıları tərəfindən təsdiq olunmuşdur . İşdə olan “baxış keçirilməsi və götürmə aparılması haqqında” 5 sentyabr 2023-cü il tarixli protokoldan görünür ki, İmişli şəhər, Araz küçəsi ev 75 ünvanında yerləşən Təqsirləndirilən şəxs yaşadığı fərdi yaşayış evinin həyətinə daxil olduqda orada bağçanın mərkəz hissəsində, kollar və ağacların arasında Təqsirləndirilən şəxs özünün təqdim etdiyi 3 (üç) ədəd narkotik vasitə çətənə kollarını göstərmişdir. Baş aqronom Şahid3 çətənə (kannabis) bitkilərinə baxaraq həmin bitkilərə aqrotexniki qaydada qulluq olunduğunu, sulandığını, becərildiyini bildirmişdir. Daha sonra çətənə kollarını bir-bir sayları ilə yerdən çıxarmağa başlamışlar. Baxış zamanı həyətyanı sahədə yerləşən bağçanın mərkəz hissəsində, kollar və ağacların arasında Təqsirləndirilən şəxs təqdim etdiyi aqrotexniki qaydada qulluq göstərilməklə becərilən 3 (üç) ədəd narkotik vasitə çətənə kollarına bənzər kollar qablaşdırılaraq götürülmüşdür. (c.i.səh: 10-18) İşdə olan “şəxsi axtarış və götürmə aparılması haqqında” 5 sentyabr 2023-cü il tarixli protokoldan görünür ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən hər hansı narkotik vasitə və ya qanunla qadağan edilmiş hər hansı bir əşya aşkar edilməmişdir. (c.i.səh: 38-39) İşdə olan məhkəmə-bioloji ekspertizasının 6 sentyabr 2023-cü il tarixli, 18/883 saylı rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərindəki ağ kağızda: “...Təqsirləndirilən şəxs həyətindən...” sözləri yazılmış və imzalar olan sintetik torbadakı 3 ədəd nəm vəziyyətdə ümumi çəkisi-100,0 qram olan bitki nümunələri əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləridir. (c.i.səh: 46-48) İşdə olan məhkəmə-narkoloji ekspertizasının 22 noyabr 2023-cü il tarixli, 7661 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabinoidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (c.i.səh: 113-114) İşdə olan İmişli rayon Bitki Mühafizəsi və Fumiqasiya (zərərsizləşdirmə) Mərkəzinin baş aqronomu Şahid3 5 sentyabr 2023-cü il tarixli rəyindən görünür ki, xx.xx.2023-cü il tarixdə İmişli şəhəri, Araz küçəsi ev 75 ünvanına İmişli RPŞ-nin əməkdaşları tərəfindən baxış keçirilən zaman Təqsirləndirilən şəxs həyətində aşkar edilmiş narkotik tərkibli bitki olan 3 (üç) ədəd çətənə (marixuana) koluna aqro-texniki qaydada qulluq edilmiş, yəni dibi boşaldılmış, suvarılmış və becərilməsi üçün xüsusi qaydada qulluq edilmişdir. (c.i.səh: 21) AR CPM-nin 139.0.4-cü maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübütların məcmuyuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Həmin Məcəllənin 145.2-ci maddəsinə əsasən hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmuyunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirir. Həmin Məcəllənin 338.1.2-ci maddəsinin tələblərinə görə məhkəmə hökm çıxartdıqda yalnız məhkəmə istintaqı zamanı baxılmış sübutlara istinad etməlidir. Məhkəmə tədqiq olunmuş subutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2 və 264-cü maddələrində nəzərdə tutulmuş cinayəti törətmişdir.Ona görə də o, həmin maddə ilə təqsirli bilinib CM-nın Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla cəzalanmalıdır. AR CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza ədalətin bərpası, məhkumun islah edilməsi və məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. İşdə olan AR DİN BƏSİİ-nin xx.xx.2023-cü il tarixli tələbnaməsinə əsasən Təqsirləndirilən şəxs məhkum edilməmişdir. (c.i. səh: 89) İşdə olan İmişli RİB-nın İmişli şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş xx.xx.2023-cü il tarixli arayışa əsasən Təqsirləndirilən şəxs evlidir və himayəsində xx.xx.2004-cü il təvəllüdlü X4 və xx.xx.2009-cu il təvəllüdlü X3 adlı uşaqları vardır. (c.i.səh:117) Himayəsində azyaşlı uşaqları olması Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən haldır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. İşdə olan “şübhəli şəxsin tutulması haqqında” protokola əsasən Təqsirləndirilən şəxs 5 sentyabr 2023-cü il tarixdə saat 08:40-da Azərbaycan Respublikası CM-in 237.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli bilindiyi üçün tutulmuşdur. (c.i.səh: 35-36) İşdə olan İmişli RPŞ-nin 07 sentyabr 2023-cü il tarixli 743 nömrəli qərarına əsasən Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilərək İmişli RPŞ MSY-dən azad edilmişdir. (c.i.səh: 75) İşdə olan İmişli RİB-nın İmişli şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş xx.xx.2023-cü il tarixli xasiyyətnamədə Təqsirləndirilən şəxs müsbət xarakterizə olunmuşdur. (c.i.səh:118) İşdə olan AR SN Respublika Narkoloji Mərkəzi PHŞ tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 7661 nömrəli rəyinə əsasən müayinə zamanı Təqsirləndirilən şəxs Kannabinoidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcbur müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. ( c.i.səh: 113-115) «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı Qərarının 3-cü bəndinin 2-ci abzastında göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə hesab edir ki, törətdiyi cinayətin ictimai təhlükəlilik dərəcəsi, cəzasını yüngülləşdirən hallar və şəxsiyyəti nəzərə alınaraq Təqsirləndirilən şəxs AR CM-nın müvafiq maddəsinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməli, CM-nın 69.3-cü maddəsinə əsasən onun xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək həbsdə saxlandığı müddət cəza müddətinə hesablanmalıdır. AR CM-nin 93.1.2-ci maddəsinə müvafiq olaraq cəza müddətində Təqsirləndirilən şəxs narkomaniyadan müalicə olunması üçün barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməli və o, ərazi üzrə narkoloji dispanserdə qeydiyyata alınmalıdır; İş üzrə maddi sübut olan İmişli RPŞ-də saxlanılan 3 ədəd 99,7 qram çəkidə çətənə bitkiləri məhv edilməli, 1 ədəd CD diski və 1 ədəd DVD cinayət işinin materiallarında saxlanılmalıdır; İş üzrə ekspertiza xərcini təşkil edən 49,74 manat pul Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə keçirilməlidir. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikası CPM-nin 345-347, 349, 351-353 və 383- 385-ci maddələrini rəhbər tutaraq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nın 237.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə təqsirli bilinib 1 (iki) il 6 (altı) müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. AR CM-nın 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək həbsdə saxlandığı müddət nəzərə alınaraq üzərində 1 (bir) il 5 ( beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. AR CM-nin 93.1.2-ci maddəsinə müvafiq olaraq cəza müddətində Təqsirləndirilən şəxs narkomaniyadan müalicə olunması üçün barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin və ərazi üzrə narkoloji dispanserdə qeydiyyata alınsın. Cəza müddəti ərzində Təqsirləndirilən şəxs üzərinə hər gün saat 23-00-dan növbəti gün saat 07-00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanması üçün ona xidmət etmək, barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edildiyi müddətlər istisna olmaqla İmişli rayonunun inzibati ərazisinin hüdudlarından çıxmamaq, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Cəza çəkməsinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. İş üzrə maddi sübut olan İmişli RPŞ-də saxlanılan 3 ədəd 99,7 qram çəkidə çətənə bitkiləri məhv edilsin; 1 ədəd CD diski və 1 ədəd DVD cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza xərcini təşkil edən 49,74 manat pul Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə keçirilsin. Hökmdən 20 (iyirmi) gün müddətində Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasına apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hakim: Ülvi Qənbərov.
Məhkəmə qərarları › İş №1(036)-17/2024
İmişli Rayon Məhkəməsi Hökm — İş №1(036)-17/2024
12.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver