Məhkəmə qərarları › İş №1(036)-17/2025

İmişli Rayon Məhkəməsi Hökm — İş №1(036)-17/2025

18.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM İmişli rayonu İş № 1(036)-17/2025 18.02.2025 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Ağakişiyeva Lətafət Almazxan qızının sədrliyi, Tağıyev Rasət Şaiq oğlunun katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (Şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər – Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs6 və X2, müdafiəçi – İmişli Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1972-ci ildə İmişli şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, evli, əvvəllər məhkum olunmamış, İmişli şəhəri, R.Bağırov küçəsi ev 12 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 qardaşı Şahid6 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mühafizə İdarəsinin İmişli Rayon Mühafizə Şöbəsinə işə düzəldilməsinə köməklik göstərəcəyi adı ilə aldadaraq, ondan eyni məqsədlə 18 iyul 2022ci il tarixdə, səhər saatlarında İmişli şəhəri, Q.İsmayılzadə küçəsində yerləşən İmişli rayon bazarının qarşısında 1700 (bir min yeddi yüz) manat pul, 2024-cü ilin iyul ayının əvvəlinədək olan müddət ərzində İmişli şəhəri, H.Əliyev prospektində yerləşən “Nuray” şadlıq sarayının qarşısında hissə-hissə 3800 (üç min səkkiz yüz) manat pul, vahid cinayətkar niyyətlə cəmi 5500 (beş min beş yüz) manat pul əldə edərək, etibardan suiistifadə etmə və aldatma yolu ilə zərərçəkmiş Zərərçəkmiş şəxs1 xeyli miqdarda əmlakını ələ keçirib dələduzluq etmişdir. Bundan başqa o, Zərərçəkmiş şəxs2 yaxın qohumlarına İmişli Rayon İcra Hakimiyyəti tərəfindən aztəminatlı ailələr üçün nəzərdə tutulan sosial evlərin tikilməsinə köməklik göstərəcəyi adı ilə aldadaraq, ondan eyni məqsədlə 2024-cü ilin yanvar ayının sonlarında İmişli şəhəri, N.Savalanov küçəsində yerləşən mağazada 2000 (iki min) manat pul, 2024-cü ilin fevral ayının əvvəlində İmişli şəhəri, Q.İsmayılzadə küçəsində yerləşən “Araz” super marketdə quraşdırılmış “Milliön” ödəmə terminalı vasitəsilə bank kartı hesabına köçürülən 1000 (min) manat pulu, 2024-cü ilin fevral ayının əvvəlindən ortalarına qədər olan müddət ərzində İmişli şəhəri, N.Savalanov küçəsində yerləşən mağazada hissə-hissə 13000 (on üç min) manat pul, vahid cinayətkar niyyətlə cəmi 16500 (on altı min beş üz) manat pul əldə edərək, etibardan sui-istifadə etmə və aldatma yolu ilə zərərçəkmiş Zərərçəkmiş şəxs2 xeyli miqdarda əmlakını ələ keçirib təkrar dələduzluq etmişdir. Bundan başqa o, Zərərçəkmiş şəxs6 həqiqətdə mövcud olmayan podratçı şirkət tərəfindən onun İmişli rayonu, Ölcələr kəndi ərazisində fərdi yaşayış evinin tikintisinə köməklik göstərəcəyi adı ilə aldadaraq, 3 fevral 2024-cü il tarixdə İmişli şəhəri, H.Əliyev prospektində yerləşən “Mədəniyyət” sarayının qarşısında sonuncunun atası Şahid2 1500 (bir min beş yüz) manat pul əldə edərək, etibardan sui-istifadə etmə və aldatma yolu ilə zərərçəkmiş Zərərçəkmiş şəxs6 əmlakını ələ keçirib təkrar dələduzluq etmişdir. Bundan başqa o, Zərərçəkmiş şəxs3 İmişli Rayon İcra Hakimiyyəti tərəfindən onun üçün İmişli şəhərinin “Çalaaltı” adlanan ərazisində 140 kv/m ölçüdə fərdi yaşayış evinin tikintisinə köməklik göstərəcəyi adı ilə aldadaraq, ondan eyni məqsədlə 10 mart 2024-cü il tarixdə, axşam saatlarında İmişli şəhəri, R.Bağırov küçəsi 12 nömrəli fərdi yaşayış evinin qarşısında 3000 (üç min) manat pul, 22 mart 2024-cü il tarixdə, səhər saatlarında İmişli şəhəri, R.Bağırov küçəsi 12 nömrəli fərdi yaşayış evinin qarşısında 5000 (beş min) manat pul, vahid cinayətkar niyyətlə cəmi 8000 (səkkiz min) manat pul əldə edərək, etibardan sui-istifadə etmə və aldatma yolu ilə zərərçəkmiş Zərərçəkmiş şəxs3 xeyli miqdarda əmlakını ələ keçirib təkrar dələduzluq etmişdir. Bundan başqa o, Zərərçəkmiş şəxs3 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Azərbaycan Respublikasının sabiq Prezidenti, mərhum X12 anadan olmasının 101-ci ildönümü münasibəti ilə Bakı şəhəri, Yasamal rayonu ərazisində tikilmiş sosial evlərdən birinin ona verilməsinə köməklik göstərəcəyi adı ilə aldadaraq, ondan eyni məqsədlə 2024-cü ilin aprel ayının əvvəlində, İmişli şəhəri ərazisində hissə-hissə özünə məxsus "xxxx" ASC-yə aid olan «5239 1517 5795 3479» nömrəli bank kartı hesabına və Şahid7 məxsus "xxxx" ASC-yə aid olan «523915******6172» nömrəli bank kartı hesabına köçürülən 13500 (on üç min beş yüz) manat pulu, 2024-cü ilin aprel ayının sonlarından həmin ilin may ayının əvvəlinədək olan müddət ərzində İmişli şəhəri, R.Bağırov küçəsi 12 nömrəli fərdi yaşayış evin qarşısında hissə-hissə 4500 (dörd min beş yüz) manat pul, vahid cinayətkar niyyətlə cəmi 18000 (on səkkiz min) manat pul əldə edərək, etibardan sui-istifadə etmə və aldatma yolu ilə zərərçəkmiş Zərərçəkmiş şəxs3 xeyli miqdarda əmlakını ələ keçirib təkrar dələduzluq etmişdir. Bundan başqa o, Zərərçəkmiş şəxs4 qardaşı X10 İmişli Rayon İcra Hakimiyyəti tərəfindən “Khazar” markalı minik avtomobili verilməsinə köməklik göstərəcəyi adı ilə aldadaraq, 09 aprel 2024-cü il tarixdə, saat 15:55-də İmişli şəhəri ərazisində Şahid7 məxsus "xxxx" ASC-yə aid 523915******6172 nömrəli bank kartı hesabına köçürülən 3800 (üç min səkkiz yüz) manat pulu əldə edərək, etibardan sui-istifadə etmə və aldatma yolu ilə zərərçəkmiş Zərərçəkmiş şəxs4 əmlakını ələ keçirib təkrar dələduzluq etmişdir. Bundan başqa o, Zərərçəkmiş şəxs4 İmişli Rayon İcra Hakimiyyəti tərəfindən “AzSamand” markalı minik avtomobili verilməsinə köməklik göstərəcəyi adı ilə aldadaraq, 11 aprel 2024-cü il tarixdə, saat 18:37-də İmişli şəhəri ərazisində Şahid7 məxsus "xxxx" ASC-yə aid olan 523915******6172 nömrəli bank kartı hesabına köçürülən 2000 (iki min) manat pulu əldə edərək, etibardan sui-istifadə etmə və aldatma yolu ilə Zərərçəkmiş şəxs4 əmlakını ələ keçirib təkrar dələduzluq etmişdir. Bundan başqa o, Zərərçəkmiş şəxs4 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Bakı şəhəri, Yasamal rayonu ərazisində əlil statuslu şəxslər üçün nəzərdə tutulan mənzillərdən birini ona verilməsinə köməklik göstərəcəyi adı ilə aldadaraq, ondan eyni məqsədlə 14 aprel 2024-cü il tarixdə, saat 18:29-da X8 məxsus olan "xxxx" ASC-yə aid 5239 1517 5795 3479 nömrəli bank kartı hesabına köçürülən 4000 (dörd min) manat pulu, 14 aprel 2024-cü il tarixdə, saat 18:36-da Şahid7 məxsus olan "xxxx" ASC-yə aid 523915******6172 nömrəli bank kartı hesabına köçürülən 3900 (üç min doqquz yüz) manat pulu, 15 aprel 2024-cü il tarixdə, saat 12:32-də X8 məxsus "xxxx" ASC-yə aid «5239 1517 5795 3479» nömrəli bank kartı hesabına köçürülən 5000 (beş min) manat pulu, vahid cinayətkar niyyətlə cəmi 12900 (on iki min doqquz üz) manat pulu əldə edərək, etibardan sui-istifadə etmə və aldatma yolu ilə zərərçəkmiş Zərərçəkmiş şəxs4 xeyli miqdarda əmlakını ələ keçirib təkrar dələduzluq etmişdir. Bundan başqa o, Zərərçəkmiş şəxs5 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən ona “Khazar” markalı avtomobil verilməsinə köməklik edəcəyi adı ilə aldadaraq, 26 iyun 2024-cü il tarixdə, günorta saatlarında İmişli şəhəri, R.Bağırov küçəsi 12 ünvanında yerləşən fərdi yaşayış evinin qarşısında sonuncunun atası, Şahid3 2500 (iki min beş yüz) manat pul alıb əldə edərək, etibardan sui-istifadə etmə və aldatma yolu ilə Zərərçəkmiş şəxs5 əmlakını ələ keçirib təkrar dələduzluq etmişdir. Bundan başqa o, X4 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən ona “Khazar” markalı avtomobil verilməsinə köməklik göstərəcəyi adı ilə aldadaraq, 26 iyun 2024-cü il tarixdə, axşam saatlarında İmişli şəhəri, R.Bağırov küçəsi 12 ünvanında yerləşən fərdi yaşayış evinin qarşısında sonuncunun oğlu, Şahid4 2500 (iki min beş yüz) manat pul alıb əldə edərək, etibardan sui-istifadə etmə və aldatma yolu ilə zərərçəkmiş şəxs X2 əmlakını ələ keçirib təkrar dələduzluq etmişdir. Bundan başqa o, X4 İmişli rayonu, Qaradonlu kəndi ərazisində onun üçün İmişli Rayon İcra Hakimiyyəti tərəfindən fərdi yaşayış evinin tikilməsinə köməklik göstərəcəyi adı ilə aldadaraq, 27 iyun 2024-cü il tarixdə, səhər saatlarında İmişli şəhəri, 20 Yanvar küçəsində yerləşən “Gənclər Mərkəzi”nin inzibati binasının yaxınlığında sonuncudan 5000 (beş min) manat pul alıb əldə edərək, etibardan sui-istifadə etmə və aldatma yolu ilə zərərçəkmiş şəxs X2 əmlakını ələ keçirib təkrar dələduzluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib ittihamın birinci epizodu üzrə ifadəsində bildirmişdir ki, İmişli rayonu, Bəcirəvan kənd sakini Zərərçəkmiş şəxs1 tanıyır, aralarında ədavət və düşmənçilik yoxdur. Zərərçəkmiş şəxs1 qardaşı Şahid6 əvvəllər İmişli rayon Mühafizə İdarəsində işləmiş, lakin işdən çıxarılmışdır. Həsən ona qardaşını istənilən işə düzəltməsini xahiş etmişdir. O Şahid6 əvvəllər İmişli rayon mühafizə şöbəsində mülki mühafizəçi kimi işlədiyini Həsəndən öyrənəndən sonra ona qardaşı Orxanı işə bərpa etdirə biləcəyini demişdir. O, tanışının olmasını və maraqlanacağını, sonra isə işə bərpa etdirə biləcəyini deyib Zərərçəkmiş şəxs1 bu barədə vəd etmişdir. 17 iyul 2022-ci il tarixdə söhbət zamanı ümumi olaraq 1700 manat pula razılaşmışlar. 18 iyul 2022-ci il tarixdə səhər saatlarında İmişli şəhəri, Q.İsmayılzadə küçəsində yerləşən İmişli rayon bazarının qarşısında Həsən ona 1700 manat pul vermiş və o, 15 gün ərzində Zərərçəkmiş şəxs1 qardaşını mülki mühafizəyə bərpa etdirəcəyini vəd etmişdir. Lakin bu mümkün olmamışdır. Bundan sonra o, Zərərçəkmiş şəxs1 müxtəlif məbləğlərdə pullar almışdır. 2024-cü ilin iyul ayının əvvəlinədək sonuncudan ümumilikdə 5500 manat pul almışdır. Pulları İmişli şəhəri, H.Əliyev prospektində yerləşən “Nuray” şadlıq sarayının qarşısında almışdır. Lakin bu məsələ ilə bağlı heç bir iş görməmiş və heç kimə heç nə deməmişdir. Məqsədi pul əldə etmək olmuş və buna görə də Həsənə yalan vəd vermişdir. Baxış keçirilməsi haqqında 4 noyabr 2024-cü il tarixli protokola əlavə olunan səs yazıları ona məxsusdur. Səs yazılarında Həsənə yalan vədlər verməklə sonuncunu yubandırmışdır. Səs yazılarında onun Şahid6 işə bərpa etdirmək üçün kiminləsə iş görürməsi, bununla bağlı sənədlər hazırlanması, İmişli RMX-dan arayış alınması, komandir adlandırdığı şəxslə görüşməsi, bu işlə bağlı müzakirə aparması barədə dedikləri onun uydurmasıdır. O, Həsəni inandırmaq üçün bu cür demişdir. Həmin protokolda 24 və 82 nömrəli səs yazıları ona məxsus deyil, lakin kimə məxsus olmasını xatırlamır. Həmin səs sahibinin də bu işlə əlaqəsinin olmadığını bildirmişdir. O, özü qəsdən başqa bir işlə bağlı başqa şəxsin səsini Həsənə tapıb atmış, sonuncunu inandırmaq məqsədi güdmüşdür. Səsdə söhbəti gedən pul məsələsinin isə Həsənlə aralarında olan işə heç bir aidiyyatı olmamışdır. Təqsirləndirilən şəxs ittihamın ikinci epizodu üzrə ifadəsində bildirmişdir ki, o, Zərərçəkmiş şəxs2 tanımış, münasibəti çox yaxşı olmuşdur. Sonuncunun qardaşı Zərərçəkmiş şəxs4 qabaq İsrəfili tanımışdır. Bir yerdə Dəmir Yolu QSC-nin 7 saylı Siqnal və İşarəvermə İdarəsində işləmişdir. 2024-cü ilin yanvar ayının sonlarında İsrəfil ilə sonuncunun işlədiyi İmişli şəhəri, N.Savalanov küçəsində yerləşən mağazada söhbət edən zaman İsrəfil özü ona dövlətin imkanı aşağı səviyyədə olan şəxslərə sosial evlər tikdiyini və bununla maraqlanmağı demiş, o da razılaşmışdır. Maraqlanıb həmin evlərin sosial evlər olmadığını, Fövqəladə Hallar Nazirliyinin 2010-cu ildə daşqınlar zamanı ayrıayrı şəxslərə tikdiyi evlərdən geri qalanlar olmasını öyrənmişdir. Həmin dövrdə tikilməmiş və indi tikilən evlər olmuşdur. Yəni sosial ev deyə bir şey olmamış, amma bu barədə İsrəfilə heç nə deməmişdir. Bu niyyətlə İsrəfildən 2024-cü ilin yanvar ayının sonlarından həmin ilin fevral ayının ortalarına qədər ümumilikdə 16500 manat pul almışdır. Pulların bir dəfə 3000 manatını İsrəfil özü gətirib onun yaşadığı evdə vermiş, 2000 manat pulu oğlu Cavanşir Hüseyinlinin hesab kartına atmış, qalan məbləğləri isə İsrəfilin işlədiyi İmişli şəhəri, N.Savalanov küçəsində yerləşən mağazada özü ona vermişdir. Həmin puldan da 1400 manat qaytarmışdır. O, İsrəfilə bu evlərin sosial evlər olmadığnı, ona görə də səbrli olmasını, pulunun geri qaytarılacağını demişdir. Həmin vədlə bağlı hər hansı dövlət orqanına müraciət etməmişdir. Sadəcə şəxsi ehtiyacları olduğu üçün həmin pulları almışdır. Ev tikintisi ilə bağlı hər hansı rəsmi sənəd almamışdır. İsrəfildən bir neçə nəfər qohumlarının şəxsiyyət vəsiqələrinin surətini almışdır. Yenə də bunu görüntü məqsədi ilə etmişdir. Əslində isə heç bir orqana müraciət etməmişdir. Həmçinin onun heç bir dövlət orqanında yaxın tanışı olmamışdır. Təqsirləndirilən şəxs ittihamın üçüncü epizodu üzrə ifadəsində bildirmişdir ki, o, İmişli rayonu Ölcələr kənd sakini Şahid2 tanımış, münasibəti olmuşdur. Sonuncu onun həyətində usta işləmişdir. X18 Məmmədovu tanımamışdır. 2024-cü ilin yanvar ayının ortalarında o, Mədəti gördüyünü və sonuncuya Fövqəladə Hallar Nazirliyi tərəfindən evləri qəzalı vəziyyətdə olan vətəndaşlara fərdi yaşayış evləri tikildiyini, istəsə köməklik edib evin tikintisini təşkil edə biləcəyini demişdir. Mədət də razılaşmışdır. O, bunun üçün 1500 manat pul lazım olacağını demişdir. 2024-cü ilin fevral ayının əvvəlində, saat 17 radələrində Mədətlə İmişli şəhəri, N.Savalanov küçəsində yerləşən “Ailəvi” marketin qarşısında görüşmüş və Mədətdən 1500 manat pul almışdır. Həmin pulu şəxsi ehtiyaclarına xərcləmişdir. Bundan təxminən 1-2 ay sonra o, ev tikintisi məsələsini alındıra bilməmiş, pulu isə xərclədiyini demişdir. Həsrətə pulu geri qaytaracağını demişdir. FHN-nin ev tikintisi il bağlı hər hansı layihəsinin olması, onun bu haqda məlumatının olub-olmaması barədə bunu dəqiq bilmədiyini, sadəcə el arasında, camaatdan FHN-nin qəzalı vəziyyətdə evləri olan vətəndaşlara yeni ev tikdiyini, yaxud təmiri üçün köməklik ediyini eşitmiş, buna görə də Mədətə bu cür demişdir. FHN-də onun heç bir əlaqəsi olmamışdır. Onun həmin qurumda əlaqəsi yaxud tanışı yoxdur. Ümumiyyətlə Şahid2 ev tikintisi üçün köməklik etmək barədə niyyəti olmamışdır. Təqsirləndirilən şəxs ittihamın dördüncü və beşinci epizodları üzrə ifadəsində bildirmişdir ki, o, Zərərçəkmiş şəxs3 Bakı şəhərini Yasamal rayonunda ev verilməsinə görə pul almamışdır. Zərərçəkmiş şəxs3 əlilliyə görə pensiya almışdır. Sonuncunun atası X9 pensiya işinə onun köməkliyi dəymişdir. Buna görə də Elçin ona yaxınlaşmış və özünün də pensiyasının bərpa olunmasına köməklik etməsini xahiş etmişdir. Bunun üçün ona 8000 manat pul vermişdir. Bundan başqa, İmişli rayonu “Çalaaltı” adlanan yerdə İmişli Rayon İcra Hakimiyyəti tərəfindən 140 kv/m ölçüdə ev tikintisinə görə də ümumilikdə 4000 manat pul almışdır. Bununla da o, Zərərçəkmiş şəxs3 12000 manat pul almışdır. Lakin pensiya işi alınmamışdır. Həmçinin ev məsələsi də alınmamışdır. O, Zərərçəkmiş şəxs3 26000 manat pul almamışdır. Elçin pulu ona hər dəfə 4000 olmaqla üç dəfəyə İmişli şəhəri, R.Bağırov küçəsində yerləşən evinin qarşısında vermişdir. Hərəsinin arası bir neçə gün çəkmişdir. Əvvəl istintaq vaxtı o, başqa ifadə vermişdir. Elçinin yaxın zamanlarda şikayətini geri götürəcəyini hesab etsə də amma şikayətini geri götürməmişdir. O da buna görə hadisəni olduğu kimi etiraf etmiş və ona ev tikintisi ilə bağlı pul vermədiyini bildirmişdir.O, həmin vaxt Elçinə ev tikintisinə görə və pensiya düzəldilməsnə görə aldığı pulları qaytaracağını desə də Elçin israrla pulunun qaytarılmasını, əks halda gedib şikayət edəcəyini bildirmiş, o da Elçini razı salmaqdan ötrü etiraz etməmişdir. Təqsirləndirilən şəxs ittihamın altı, yeddi və səkkizinci epizodları üzrə ifadəsində bildirmişdir ki, o, Zərərçəkmiş şəxs4 şəxsən tanımış, münasibəti yaxşı olmuşdur. Telmanı çoxdan, yəni 30 il olar ki, tanıyır. O, Gigiyena və Epidemologiya Mərkəzində, daha sonra Dəmir Yolu QSC-nin 7 saylı Rabitə və İşraəvermə Mərkəzində, sonuncu dəfə isə X25 üzv işləmişdir. Telman və qardaşı İsrəfil ilə çox yaxın münasibəti olmuşdur. Mütəmadi olaraq telefon əlaqəsi saxlamış və tez-tez görüşmüşlər. Söhbətlərin birində Telman əlil şəxslərə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən “Xəzər” və “Azsamant” markalı maşınların verildiyini eşitdiyini bildirmiş, Zərərçəkmiş şəxs4 həmin qurumda işləyən yaxın adamları olmasını və həmin şəxslərin köməyi ilə maraqlana biləcəyini bildirmişdir. O, maraqlanıb maşınların ancaq şəhid ailələri və qazilərə verildiyini öyrənmişdir. Lakin Telmanın maşın almaq istədiyi qardaşı X16 müharibə iştirakçısı olmamış, sadəcə ürək infarkt ilə bağlı əlillik statusu almışdır. O isə bu barədə Telmana bir söz deməmişdir. Telmana Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində tanışı olan şəxslərin köməyi ilə həm “Xəzər”, həm də “Azsamant” markalı maşınların alınıb verilməsinin mümkün olmasını demişdir. Bu vədlə Zərərçəkmiş şəxs4 09 aprel 2024-cü il tarixə 3800 manat, 11 aprel 2024-cü il tarixdə 2000 manat, 14 apreldə 3900 manat və 4000 manat, 15 aprel 2024-cü il tarixdə isə 5000 manat pul almışdır. Pulları isə şəxsi ehtiyaclarına xərcləmişdir. Əslində isə həmin nazirlikdə onun heç bir adamı, yaxın münasibət saxladığı şəxs olmamışdır. O, sadəcə Telmandan pul əldə etmək üçün bu cür uydurmuşdur. Sonradan isə aralarında narazılıq yarananda maşınların qazi və şəhid ailələri üçün nəzərdə tutulduğunu, səbrli olmasını, pulunun geri qaytarılacağını bildirmişdir. 11 aprel 2024-cü il tarixdə 2000 manat, 14 aprel 2024-cü il tarixdə 3900 manat, 09 aprel 2024-cü il tarixdə 3800 manat pul məbləğlərinin köçürüldüyü hesab Bakı şəhərində yaşayan tanışı Sabit Quliyev adlı şəxsə məxsus olmuşdur. Həmin şəxsə ona pul göndərəcəyini demiş, kartının şəklini istəmiş, o da razılıq vermişdir. Sonra da pulları çıxarıb ona vermişdir. Həmin şəxsin işlə heç bir əlaqəsi olmamış, ona nə üçün və kim tərəfindən pul göndərilməsini bilməmişdir. Digər iki məbləğ, yəni 15 aprel 2024-cü il tarixdə 5000 manat və 14 aprel 2024-cü il tarixdə 4000 manat pul məbləğləri isə oğlu X5 adına olan kart hesablarına köçürülmüşdür. Oğlu Cavanşirin də bu məsələlərdən heç bir məlumatı olmamışdır. Təqsirləndirilən şəxs ittihamın doqquzuncu epizodu üzrə ifadəsində bildirmişdir ki, o, İmişli rayon Yalavac kənd sakini Zərərçəkmiş şəxs5, həmçinin onun atası Şahid3 İmişli rayonu Gövhərli kənd sakini Şahid5 vasitəsilə tanımışdır. Adları çəkilən şəxslərin heç biri ilə ədavəti və ya düşmənçiliyi olmamışdır. Zərərçəkmiş şəxs5 2500 manat pul almışdır. Belə ki, 2024-cü ilin iyun ayında tanışı Şahid5 Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən müharibə əlilləri və veteranları üçün nəzərdə tutduğu “Khazar” markalı maşın təşkil edə biləcəyini demiş, əslində isə belə bir imkanı və ya dövlət idarələrində tanışı olmamışdır. Natiq də bu barədə tanışı Şahid3 demiş, sonuncu da oğlu üçün maşın təşkil edilməsini xahiş etmişdir. Natiq onu Şahid3lə calaşdırmış və sonuncu ilə əlaqə saxlamışdır. O, “Khazar” markalı avtomobil təşkil edə biləcəyini vəd etmişdir. Bunun üçün ümumi olaraq 2500 manat pula razılaşmışlar. 26 iyun 2024-cü il tarixdə Şahid3lə onun yaşadığı evin qarşısında, küçədə görüşmüş 2500 manat pul almışdır. O, təxminən bir aydan sonra vəd etdiyi “Khazar” markalı maşını alacaqlarını söz vermişdir. Lakin o, bunu Şahid3 pul əldə etmək məqsədilə demişdir. “Khazar” markalı avtomobilin verilməsi ilə bağlı heç kimə deməmiş və ya heç bir dövlət orqanına getməmişdir. X20 pul ələ keçirmək olmuşdur. Zərərçəkmiş şəxs5 şəxsiyyət vəsiqəsinin surətini almışdır. Həmin vaxt Şahid3 yanında bir nəfər cavan oğlan, İmişli rayonu Qaradonlu kənd sakini X11 olmuşdur. Şahid5 çoxdan tanımış, münasibətlərinin yaxşı olmuş, sonuncuya Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi vasitəsilə “Khazar” markalı avtomobil təşkil edə bildiyini, istəyən olsa ona xəbər etməsini bildirmişdir. Əslində Natiq onun belə bir imkanının olmasını bilməmişdir. Bundan sonra ona bir nəfər İmişli rayonu Yalavac kənd sakini olan tanışına dediyi avtomobildən düzəldə biləcəyini soruşmuş, o da təsdiq etmişdir. Şahid5 əldə etdiyi puldan pay verməmiş, yaxud hər hansı maddi dəyərə malik nəsə söz verməmişdir. Təqsirləndirilən şəxs ittihamın on və on birinci epizodları üzrə ifadəsində bildirmişdir ki, o, İmişli rayonu Qaradonlu kənd sakini X4 tanışı Şahid5 vasitəsilə tanımışdır. Şahid5 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən müharibə əlilləri və veteranları üçün nəzərdə tutulan “Khazar” markalı avtomobil təşkil edə bildiyini, istəyən olsa tanışlarına düzəldə biləcəyini demişdir. Natiq bundan bir neçə gün sonra İmişli rayonu Yalavac kənd sakini Şahid3 avtomobil almaq istədiyini ona demiş və onun istəyi ilə onları tanış etmişdir. O, Camal ilə əlaqə saxlamış və özləri danışmışdır. Həmin avtomobil üçün 2500 manat pul lazım olmasını demiş, 26 iyun 2024-cü il tarixdə Şahid3, sonuncunun qudası X11 və Nərimanın oğlu ilə yaşadığı İmişli şəhəri, R.Bağırov küçəsində yerləşən fərdi yaşayış evinin qarşısında görüşmüş, həmin vaxt Şahid3 oğlu Zərərçəkmiş şəxs5 üçün “Khazar” markalı avtomobil təşkil edəcəyini vəd edib 2500 manat pul götürmüşdür. Həmin vaxt Nəriman Əsgərov da özü üçün “Khazar” markalı maşının alınmasını təşkil etməsini xahiş etmiş, o da təşkil edə biləcəyini bildirmişdir. Onlar orada razılaşmış və Nərimana 2500 manat pul qarşılığında “Khazar” markalı avtomobil təşkil edəcəyini vəd etmişdir. Bundan bir neçə saat sonra Nəriman Əsgərovun oğlu yenə də onun yaşadığı küçəyə gəlmiş və atası üçün də avtomobil təşkil edilməsi üçün ona 2500 manat pul vermişdir. Bundan başqa, həmin vaxt aralarında olan söhbət zamanı o, İmişli Rayon İcra Hakimiyyəti tərəfindən fərdi yaşayış evlərinin tikintisi həyata keçirildiyini, həmin tikintini isə podratçı şirkətlərdən birinin həyata keçirdiyini bildirmişdir. Həmin vaxt Nəriman Əsgərov da yaşadığı İmişli rayonu Qaradonlu kəndi ərazisində olan həyatyanı sahəsində fərdi yaşayış evinin tikilməsinə köməklik etməsini xahiş etmiş, o da kömək edəcəyini vəd etmişdir. Bunun üçün də 5000 manat pula razılaşmışlar. O, Nəriman Əsgərovun oğlundan “Khazar” markalı avtomobilin təşkil edilməsi vədi ilə 2500 manat pulu almış, 26 iyun 2024cü il tarixi günün sabahı, 27 iyun 2024-cü il tarixdə Nərimanla İmişli şəhəri, 20 Yanvar küçəsində yerləşən “X17” yaxınlığında görüşərək 5000 manat pul almışdır. Onun məqsədi pul əldə etmək olmuş, avtomobil təşkil edilməsinə və fərdi yaşayış evinin tikilməsinə köməklik edəcəyini yalandan vəd verərək, bununla bağlı heç bir dövlət orqanına və ya tikinti şirkətinə müraciət etməmişdir. Təqsirləndirilən şəxs təqsirli olması onun özünün, şahidlərin və zərərçəkmiş şəxslərin ifadələri və iş materiallarında olan digər sübutlar ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs tanıyır, sonuncu ilə 2022-ci ilin iyul ayında tanış olmuşdur. O, qardaşı Şahid6 işə düzəltmək istəyərkən, müxtəlif şəxslər Təqsirləndirilən şəxs adamları dövlət idarələrinə işə düzəldə bildiyini demişlər. O, Babəkin telefon nömrəsini taparaq onunla danışmış və onlar 17 iyul 2022-ci il tarixdə İmişli şəhəri, X.Bəylərov küçəsində yerləşən İmişli Rayon Mərkəzi Xəstəxanasının qarşısındakı çayxanada görüşmüşlər. Söhbət zamanı Babək Bakı şəhərində hansısa nazirlikdə yaxın adamı olmasını və sonuncunun köməyi ilə qardaşını İmişli rayon Mühafizə şöbəsinə mülki mühafizəyə düzəldə biləcəyini bildirmişdir. Onlar ümumi olaraq 1700 manat pula razılaşmış və 18 iyul 2022-ci il tarixdə səhər saatlarında o, İmişli şəhər Q.İsmayılzadə küçəsində yerləşən İmişli rayon bazarının qarşısında Babəkə 1700 manat pul vermişdir. Babək isə 15 gün ərzində qardaşını mülki mühafizəyə düzəldəcəyini vəd etmişdir. Bundan sonra Babək müxtəlif bəhanələr gətirərək, mülki mühafizəyə işin alınmadığını və qardaşını mühafizə polisinə işə düzəldəcəyini bildirmişdir. Bunun üçün ondan müxtəlif məbləğlərdə pullar istəmişdir. O, məsələnin uzandığını gördükcə Babəkdən bu işin sonunun necə olacağını soruşmuş, Babək isə narahat olmamağı və işin həll olunacağını deyib 2024-cü ilin iyul ayının əvvəlinədək ondan 5500 manat pul almışdır. O, pulları İmişli rayonu ərazisinə müxtəlif vaxtlarda və müxtəlif məbləğlərdə vermişdir. Əsasən, İmişli şəhəri, H.Əliyev prospektində yerləşən “Nuray” şadlıq sarayının qarşısında vermişdir. Babək ondan qardaşının şəxsiyyət vəsiqəsinin surətini almışdır. Qardaşı Şahid6 əvvəllər İmişli rayon Mühafizə şöbəsində işləmiş, lakin işdən xaric olunmuşdur. O, Babəkə ilk öncə qardaşımı hara olsa işə düzəltməsini xahiş etmiş, lakin, Babək sonradan qardaşını işə bərpa etdirəcəyini vəd etdiyi üçün o, razı olmuşdur. O, Babəkə sonradan 3800 manat pul vermişdir. Həmin pulları isə hərəsinin arası bir neçə ay çəkməklə 400, 500 manat məbləğlərdə İmişli şəhəri, H.Əliyev prospektində yerləşən “Nuray” şadlıq sarayının qarşısında vermiş, lakin dəqiq tarixləri yadında qalmamışdır. Hazırda ona vurulmuş zərər ödənilməmişdir. Ona görə də təqsirləndirilən şəxsin qanunamüvafiq qaydada cəzalandırılmasını və sonuncuya qarşı cinayət mühakimə icraatı qaydasında irəli sürdüyü mülki iddiasının təmin olunmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs şəxsən tanıyır, münasibəti yaxşı olmuşdur. Babək jurnalist fəaliyyəti ilə məşğul olmuşdur. O, Babəkin özündən jurnalist fəaliyyəti ilə bağlı olaraq müvafiq idarə və müəssisələrlə əlaqələrinin olmasını eşitmiş, həm də söhbətlərinin birində atasının vaxtilə Dəmir Yolu QSC-nin Naxçıvan regionunda rəhbər vəzifədə işləyən zaman hazırda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirinin müavini işləyən Anar Əliyevin atasının işçisi olmasını, atası rəhmətə getməzdən əvvəl Babəki oğlu Anar Əliyevə tapşırmasını və köməklik etməsini demişdir. Buna görə də həmin nazir müavinin köməkliyi ilə dövlət idarələrində yaxşı əlaqələrinin olmasını bildirmişdir. 23 yanvar 2024-cü il tarixdə Babək ona “vatsap” vasitəsilə səsli ismarıc göndərib icra hakimiyyəti tərəfindən aztəminatlı ailələrə sosial evlərin tikintisi həyata keçirildiyini bildirmişdir. Babəkin deməsinə görə aztəminatlı ailələrin özlərinin yaşadıqları evin həyətyanı sahəsində, yaxud başqa yerdə olan boş torpaq sahələrində evlərin tikilməsi mümkündür. Onun da bir neçə ailə üzvü aztəminatlı olduğu üçün ailə üzvlərinə evin tikilməsi məqsədilə Babəkin təklifi ilə razı olmuşdur. Babək tikiləcək evlərin smeta xərcinin 45000 manat təşkil etdiyini demişdir. Lakin müəyyən məbləğdə pul verilsə, bu işin mümkün olacağını bildirmiş, o da razı olmuşdur. Ümumilikdə səkkiz nəfər aztəminatlı qohumunun, yəni qızlarına, bacılarına və qardaşı oğluna ev tikilməsi üçün 2024-cü ilin yanvar ayının sonlarından 2024-cü ilin fevral ayının ortalarına qədər olan dövr ərzində hissə-hissə olmaqla 4000, 3000, 2500, 2000, 2000, 1500, 1000 və 500 manat məbləğlərdə pulları Babəkə vermişdir. İlk dəfə Babəkə 2000 manat pulu vermişdir. Onun İmişli şəhəri, N.Savalanov küçəsində yerləşən mağazası vardır. Həmin mağazada Babəkə 2000 manat pul vermişdir. 3000 manat pulu 2024-cü ilin fevral ayının əvvəlində yaşadığı evdə vermişdir. İmişli şəhəri, Q.İsmayılzadə küçəsində yerləşən “Araz” marketdə olan ödəniş terminalından Babəkin ona göndərdiyi kart hesabına 1000 manat pul göndərmişdir. Qalan pulları isə Babəkə mağazasında əlbəəl vermişdir. Lakin vəd olunan iş yerinə yetirilməmişdir. Babək bir dəfə yağışların yağması səbəbilə işin ləngiməsini bildirmiş, sonra isə müxtəlif bəhanələr gətirmişdir. Sonda isə artıq Babəkin vədlərinin yalan olmasını başa düşmüşdür. Sosial evin tikintisi nəzərdə tutulan ailə üzvlərinin hər birinin şəxsiyyət vəsiqəsinin surətini götürmüşdür. Kart hesabı və çeki saxlamamışdır. Həmçinin pulları əlbəəl vermişdir. Onun Babəkə inamı olmuş, münasibəti yaxşı olmuşdur. Onu yubandırdığı vaxtlarda qardaşı Zərərçəkmiş şəxs4 da aldatmış və sonuncunun da pulunu ələ keçirmişdir. Ona ümumilikdə 16500 manat maddi ziyan vurmuş, lakin barəsində müraciət etdiyini bilib hissə-hissə 2024-cü ilin iyun ayı ərzində 1400 manat pul qaytarmışdır. İlk dəfə Babəkə 2000 manat pulu İmişli şəhəri N.Savalanov küçəsində yerləşən mağazasında vermiş, sonra 3000 manat pulu 2024-cü ilin fevral ayının əvvəlində yaşadığı evdə vermişdir. Ödədiyi pulların dəqiq tarixi yadında qalmasa da, onları əvvəli 2024-cü ilin yanvar ayının sonlarından başlamaqla 2024-cü ilin fevral ayının ortalarına Babəkə vermişdir. Hazırda ona vurulmuş zərər ödənilməmişdir. Ona görə də təqsirləndirilən şəxsin qanunamüvafiq qaydada cəzalandırılmasını və sonuncuya qarşı cinayət mühakimə icraatı qaydasında irəli sürdüyü mülki iddiasının təmin olunmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs6 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. Onun atası Şahid2 usta işləyir. Atası Mədət 1 il əvvəl Babəkin evində işləmiş, həmin vaxt münasibəti yaranmışdır. Münasibət yaranan ərəfədə Babəkin özünü atasına necə təqdim etməsini bilməmişdir. Onun İmişli rayonu Ölcələr kəndində özünə məxsus həyətyanı sahəsi və birmərtəbəli fərdi yaşayış evi vardır. Ailə üzvləri ilə birlikdə orada yaşayır. 2024-cü ilin yanvar ayının ortalarında atası evə gəlib Babək adlı tanışının podratçı şirkət tərəfindən İmişli rayonunda ev tikintisinin layihə həyata keçirdiyini demişdir. İki ədəd ev isə ümumi plandan artıq qalmış və hesabata əsasən iki ev də tikilməlidir. Babək həmçinin atasına 2500 manat pulun qarşlığında həmin iki evdən birinin onun üçün tikilməsinə köməklik edə biləcəyini demişdir. Onlar öz aralarında məsləhətləşəndən sonra razılaşmış, amma Babəkin dediyi 2500 manat pulları olmamışdır. Bundan sonra atası Babəkə zəng edib o qədər pulunun olmadığını demiş, Babək isə heç olmasa 2000 manat düzəltməsini bildirmişdir. Sonra 2024-cü ilin yanvar ayının sonlarında onlar anasının adına "xxxx"ın İmişli filialından 1540 manat kredit götürmüş və atası Babəkə zəng edərək cəmi 1500 manat pul düzəldə bildiklərini demişdir. Babək əvvəlcə həmin pula razılaşmamış, sonra isə kiminləsə danışıb deyəcəyini, daha sonra isə pulu gətirib vermələrini demişdir. O, Babəkə evin onun üçün tikiləcəyini və onun adına sənədləşəcəyini demişdir. Babək isə heç bir problemin olmayacağını vəd etmişdir. Babək “Vatsap” vasitəsilə onun şəxsiyyət vəsiqəsinin hər iki tərəfinin şəklini göndərməyi demiş, o da göndərmişdir. Sonra 3 fevral 2024-cü il tarixdə atası ilə Babək İmişli şəhəri, H.Əliyev prospektində yerləşən “Mədəniyyət” sarayının qarşısında görüşmüş və atası 1500 manat pulu Babəkə vermişdir. Babək həmçinin 9 fevral 2024-cü il tarixdə podratçı şirkətin nümayəndələrinin onun həyətinə gələcəyini və tikintiyə başlayacaqlarını bildirmişdir. 13 mart 2024-cü il tarixdə, Babək ona zəng vurub 15 mart 2024-cü il tarixdə podratçı şirkətin nümayəndələrinin gələcəyini deyib, yaxşı yeyib-içmək hazırlamağı tapşırmışdır. İki gün sonra Babək yenidən zəng edib bayramla əlaqədar şirkətdə qeyri-iş günü olduğunu, sonra 31 Mart soyqırım günü olduğunu bildirmişdir. Bu minvalla Babək onları müxtəlif bəhanələr gətirməklə aldatmağa başlamış və niyyətinin ona ev tikmək deyil, yalandan aldadıb pulunu ələ keçirmək olduğunu bilmişdir. O, Babələ aralarındakı “vatsap” səs yazışmalarını istintaqa təqdim etmişdir. Hazırda ona vurulmuş zərər ödənilməmişdir. Ona görə də təqsirləndirilən şəxsin qanunamüvafiq qaydada cəzalandırılmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs tanıyır, sonuncu ilə ciddi bir münasibəti olmamışdır. Yaş fərqləri olmuşdur. Babəkin onun atası İsaril Hüseynovla münasibəti olmuş və ona görə tanımışdır. O, Şirvan şəhərində yerləşən “Express bank ASC” kredit üzrə baş mütəxəssis işləyir, həftənin beş günü orada olur, ancaq şənbə və bazar günləri rayona gəlir. 2024-cü ilin mart ayının əvvəllərində Babək ona zəng edib İmişli Rayon İcra Hakimiyyəti vasitəsilə İmişli şəhəri ərazisində müəyyən yerlərdə yaşayış evlərinin tikilməsini və münasibəti olduğu, atasını tanıdığı üçün ona da həmin evlərdən birini təşkil edə biləcəyini demişdir. Həmçinin Babək bunun üçün müəyyən qədər pul lazım olmasını da bildirmişdir. O, Babəkdən məsələni dəqiqləşdirmək məqsədilə soruşduqda, Babək İmişli Rayon İcra Hakimiyyəti tərəfindən İmişli şəhəri ərazisində “Çalaaltı” adlanan yerdə dörd sot torpaq sahəsində 140 kv/m ölçüdə evlər tikilməsini, həmin evlərin guya əlillər və aztəminatlı ailələr üçün nəzərdə tutulmasını demişdir. Babəklə həmçinin söhbət zamanı bu məsələnin İmişli rayon İcra Hakimiyyətinin başçısının və icra aparatının digər rəhbər işçilərinin nəzarətində olmasını bildirmişdir. Həmçinin Babək Bakı şəhərinnin Yasamal rayonu ərazisində sosial evlərin tikildiyini və aztəminatlı ailələrə verildiyini bildirmişdir. Babəkin deməsinə görə İmişli şəhəri ərazisində tikiləcək evin inşası və təhvil-təslimi 2024cü ilin aprel ayının ortalarında, Bakı şəhərində veriləcək sosial evin təhvil-təslimi isə 10 may 2024-cü il tarixində olacaqdır. Ümumilli liderin doğum günü ilə bağlı olaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi həmin gün aztəminatlı ailələrə Bakının Yasamal rayonunda sosial evlərin açarlarını verəcəkdir. Babək onu Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Əliyevlə şəxsi münasibəti olmasına, ailəvi dost olmasına inandırmışdır. Guya Babəkin atası ilə Anar Əliyevin atası Naxçıvan MR-də bir yerdə işləmiş, buna görə də münasibəti yaxşıdır. Babək Bakının Yasamal rayonunda tikiləcək sosial evin verilməsinə də əlaqələrindən istifadə edib ev təşkil edəcəyini bildirmişdir. O, Babəkə inanmışdır. İmişli şəhəri ərazisində evin tikintisi ilə bağlı Babək ilk öncə 15 min manat pul desə də sonradan münasibətləri olduğu üçün, ona hörmət edib 8000 manata razılaşmışdır. Babəkin deməsinə görə İmişli şəhərində “Çalaaltı” adlanan ərazidə dörd sot ölçüdə torpaq sahəsinin içində 140 kv/m ölçüdə ev tikiləcək və ona təhvil veriləcəkdi. Bunun üçün ilk dəfə o, 10 mart 2024-cü il tarixdə axşam saatlarında ünvan 2 ünvanının qarşısında sonuncuya 3000 min manat pul vermiş, qalan beş min manatı da tapıb verəcəyini demişdir. Bundan sonra 21 mart 2024-cü il tarixdə gecə saatlarında elektron tətbiq vasitəsilə “Kapital Bankdan” 5000 manat kredit götürmüş və bir gün sonra 22 mart 2024-cü il tarixdə, səhər saatlarında yenə ünvan 3 ünvanının qarşısında həmin 5000 manat pulu ona vermişdir. Bununla da Babəkə 8000 manat, yəni İmişli şəhəri ərazisində guya ev tikintisi ilə bağlı edəcəyi köməkliyə görə razılaşdıqları pulu verib bitirmişdir. Bundan başqa, Babək Bakı şəhərində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində olan nazir müavini Anar Əliyevlə münasibəti sayəsində Bakının Yasamal rayonu ərazisində aztəminatlı ailələrə veriləcək sosial evə görə 20000 manat pul lazım olmasını bildirsə də, o həmin məbləğdə pulunun olmadığını bildirmişdir. Sonradan Babək 18 min manat pula bu məsələdə ona kömək edə biləcəyini vəd etmiş, o da Bakı şəhərində evinin olması həvəsi ilə Babəkin vədinə inanmışdır. Bu məqsədlə 2024-cü ilin aprel ayının əvvəlində Babəkin göndərdiyi kart hesabına o, ilk dəfə 10000 manat, bir neçə gün sonra 2000 manat, daha sonra isə 1500 manat pul köçürmüşdür. Həmin kart hesablarından biri Babəkin oğlunun adına və digəri isə tanımadığı şəxsin adına olmuşdur. Bununla o, Babəkə Bakı şəhərində veriləcək sosial evə görə 13500 manat pul vermişdir. Sonralar o, pul tapdıqca qalan məbləğləri də hissə-hissə Babəkə vermiş, onları hərəsinin arası bir neçə gün çəkməklə 2024-cü ilin aprel ayının sonlarından may ayının əvvəlindək, axşam saatlarında 1000 manat bir dəfə, 1500 manat bir dəfə, 1000 manat bir dəfə, sonuncu dəfə isə 1000 manat da olmaqla 4500 manat pulu da yenə ünvan 5 ünvanının qarşısında özünə vermişdir. Bununla da o, Təqsirləndirilən şəxs İmişli şəhəri ərazisində İmişli Rayon İcra Hakimiyyəti tərəfindən ona sosial ev layihəsinə uyğun olaraq ev tikintisi üçün 8000 manat, Bakının Yasamal rayonundan aztəminatlı ailələr üçün nəzərdə tutulan evin verilməsi üçün isə 18000 manat olmaqla, ümumilikdə 26 min manat pul vermişdir. Babəkin vəd etdiyi 10 may 2024-cü il tarixi çatanda o, Babəkə zəng etmiş, sonuncu isə nazir müavinin Qarabağ bölgəsində olmasını, tədbirin beş gün sonraya təxirə salındığını, beş gündən sonra isə müxtəlif digər bəhanələr gətirdiyini görüb, aldandığını başa düşmüş və pullarını geri istəmişdir. Babək pulları qaytaracağına söz versə də, qaytarmamışdır. Həmçinin Babək onun əmisi Zərərçəkmiş şəxs4, digər əmisi Zərərçəkmiş şəxs2 da müxtəlif vədlər verməklə aldadaraq onların pullarını da ələ keçirmişdir. Hazırda ona vurulmuş zərər ödənilməmişdir. Ona görə də təqsirləndirilən şəxsin cəzalandırılmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs tanıyır, münasibəti yaxşı olmuşdur. Babək jurnalist fəaliyyəti ilə məşğul olmuşdur. Babəklə ilk dəfə qardaşı Zərərçəkmiş şəxs2 vasiəsilə tanış olmuşlar. Ondan sonra isə münasibətləri yaranmışdır. 2016-cı ilin mart ayında o, İmişli Milli İdma Olimpiya Kompleksinə müdir təyin olunan zaman Babəki təsərrüfat müdiri kimi yanına gətirmişdir. Həmin ərəfədə Babək onun yanında işləmiş və kifayət qədər də etimad qazanmışdır. Babəkin jurnalist fəaliyyəti ilə bağlı olaraq dövlət idarə və müəssisələri ilə əlaqələri olmuşdur. Babəklə söhbətlərinin birində sonuncu atasının vaxtilə Dəmir Yolu QSC-nin Naxçıvan regionunda rəhbər vəzifədə işləyən zaman hazırda da Əmək və X21 Nazirinin müavini işləyən Anar Əliyevin atasının öz atasının işçisi olmasını, Anar Əliyevin atası rəhmətə getməzdən əvvəl Babəki oğlu Anar Əliyevə tapşırmasını və köməklik etməsini bildirmişdir. Buna görə də həmin nazir müavinin köməkliyi ilə dövlət idarələrində yaxşı əlaqələrinin olmasını bildirmişdir. 2024-cü ilin aprel ayının əvvəlində Babək ona Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən əlil və qazilərə “Xəzər” və “Azsamant” markalı maşınların verilməsinin mümkün olmasını demişdir. Onun qardaşı X16 ürək infarktı ilə bağlı olaraq İ qrup əlil olduğundan, Babək həmin maşınlardan birini təşkil etməyə razılıq vermişdir. Babək ona bu iş üçün şərait yaradılmasını və maşınların paylanması işindən özünə qazanc qaldığnı bildirmişdir. Guya yaxın münasibəti olması səbəbilə ona qiymət deməmiş, əsasən belə işlərin beş min manata düzəldiyini, amma münasibətə görə 3800 manat verməsini demişdir. O da razılaşmışdır. Bu məqsədlə 09 aprel 2024-cü il tarixdə, Babəkin ona göndərdiyi kart hesabına 3800 manat pul göndərmiş, Babək müqabilində qardaşına “Xəzər” markalı maşın təşkil edəcəyini bildirmişdir. Daha sonra isə oğlunun yaxın dostu üçün maşın təşkil edib-edə bilməyəcəyini soruşmuş və Babək problem olmadığını bildirmişdir. 11 aprel 2024cü il tarixdə o, Babəkə “Asamant” markalı maşına görə 2000 manat pul göndərmişdir. Bununla da Babək ondan 5800 manat pul almışdır. Bundan başqa, Babək ona əlillər üçün Bakı şəhərinin Yasamal rayonundan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən ev təşkil edə biləcəyini, bunu isə yeni nazir müavini Anar Əliyevin vasitəsilə edəcəyini demişdir. O Babəkə inadığı üçün razılaşmış və 14 aprel 2024-cü il tarixdə, Babəkin göndərdiyi kart hesabına 3900 manat, ardınca isə 4000 manat pul göndərmişdir. Bir gün sonra Babək məsləhətləşdiyini, bu pulun yetərli olmadığını deyərək, əlavə olaraq 5000 manat da göndərilməsini demişdir. O razılaşmış və həmin kart hesabına 5000 manat pul göndərmişdir. Bununla da Babək ev təşkil edəcəyini vəd edib ondan 14 və 15 aprel 2024cü il tarixlərdə ümumi olaraq 12900 manat pul almışdır. Ödənilən pulları o, İmişli şəhəri ərazisindəki “Bazarstore” ticarət mərkəzində quraşdırılmış ödəniş terminallarından, 2000 manat pulu isə mobil tətbiq vasitəsilə göndərmişdir. Sonradan Babək tərəfindən aldadıldığını başa düşmüşdür. Ona ümumilikdə Babəkin hərəkətləri nəticəsində 18700 manat maddi ziyan dəymişdir. Hazırda ona vurulmuş zərər ödənilməmişdir. Ona görə də təqsirləndirilən şəxsin qanunamüvafiq qaydada cəzalandırılmasını və sonuncuya qarşı cinayət mühakimə icraatı qaydasında irəli sürdüyü mülki iddiasının təmin olunmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs5 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. Təqsirləndirilən şəxsla onu İmişli rayonu Gövhərli kənd sakini Şahid5 tanış etmişdir. Şahid5 İmişli rayonu Gövhərli kəndindəndir və kürəkəni Şahid4 qonşusudur. O, İİ Qarabağ müharibəsi veteranıdır. 24 iyun 2024-cü il tarixdə atası Şahid3 ilə söhbət edən zaman Şahid5 Babək adlı tanışının olmasını və müharibə veteranları üçün “Khazar” markalı maşınlar təşkil edə biləcəyini demişdir. Atası da bunu ona demiş və razılaşmışdır. Natiq bunun üçün 2500 manat pul lazım olduğunu bildirmişdir. Bundan iki gün sonra atası Natiqə zəng edib pulun hazır olmasını demişdir. Natiq isə Bakı şəhərində olmasını, pulu aparıb rayonda Babəkə verməsini demişdir. 26 iyun 2024-cü il tarixdə atası ünvan 7 ünvanının qarşısına getmiş, həmin vaxt Natiqə bir də zəng edib Babəklə iş görməyin düzgün olub-olmadığını soruşmuşdur. Natiq isə tanışı Babəkin “qırx ilin iş düzüb qoşanı olmasını” narahat olmamağı demişdir. Babəklə qeyd etdiyi ünvanda görüşən atası 2500 manat pulu Babəkə vermiş, sonuncu da narahat olmamağı demişdir. Babək bundan bir ay sonra vəd etdiyi işin düzəlcəyini, ümumiyyətlə 21 iyul 2024-cü il tarixdə həll olunacağını demişdir. Lakin həmin vaxt çatanda Babəkə zəng etmiş, amma zəng çatmamışdır. İki gün sonra onlar Natiqlə əlaqə saxlamış, sonuncu Babəkin həbs edildiyini demişdir. Həmçinin Babək onlara Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində tanışı olmasını, bu məsələni tanışının vasitəsilə həll edəcəyini demişdir. Babək maşın məsələsi həll ediləndən sonra 5000 manat qarşılığında ev də tikilməsinə köməklik edəcəyini demişdir. Amma həmin pulu verməmişdir. Hazırda ona vurulmuş zərər ödənilməmişdir. Ona görə də təqsirləndirilən şəxsin qanunamüvafiq qaydada cəzalandırılmasını və sonuncuya qarşı cinayət mühakimə icraatı qaydasında irəli sürdüyü mülki iddiasının təmin olunmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş X11 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs tanımır. Şahid3 onun qudasıdır. 26 iyun 2024-cü il tarixdə günorta saatlarında oğlu Şahid4la birlikdə qudası Camalın evinə getmişlər. X30 rayonu Gövhərli kənd sakini Şahid5 adlı ortaq tanışları olan şəxsin Babək adlı şəxslə tanış etdiyini, sonuncunun əlil şəxslər üçün ayrılan “Khazar” markalı maşın təşkil edə biləcəyini, bunun üçün 2500 manat pul lazım olmasını demişdir. Onlar Şahid5 tanıdıqları üçün inanmış və o, oğlu Emin və qudası Camal birlikdə İmişli şəhəri, R.Bağırov küçəsində yerləşən Babəkin evinin qarşısına getmişlər. Şahid3lə Babək telefonda danışmışdır. Babək gəlib maşına əyləşmiş və Camal 2500 manat pulu sayıb orada hamının yanında Babəkə vermişdir. Babək də narahat olmamağı demişdir. Həmin vaxt orada o da Babəkə maşın təşkil etməsini demiş, Babək də problem olmadığını demişdir. Bundan sonra Babəkin nömrəsini götürmüş və sonradan əlaqə saxlayağını bildirmişdir. Həmçinin Babək ona İmişli Rayon İcra Hakimiyyəti tərəfindən fərdi yaşayış evinin tikilməsinə də köməklik edə biləcəyini demişdir. O Babəklə razılaşmış və sonuncu bunun üçün 5000 manat pul istəmişdir. 26 iyun 2024-cü il tarixdə o, Camal və Eminlə birlikdə İmişli rayonu Qaradonlu kəndinə evə gəlmiş, evdən 2500 manat pul götürüb oğlu Eminə vermişdir. Oğlu Emin isə Camalla birlikdə yenidən Babəklə yaşadığı evin qarşısında görüşmüş və orada Babək oğlu Eminə də maşın təşkil edəcəyini vəd edib 2500 manat pul almışdır. Sonra isə İmişli rayon İcra Hakimiyyəti tərəfindən ev tikilməsinə də köməklik edəcəyini vəd edib bundan bir gün sonra 27 iyun 2024-cü il tarixdə, səhər saatlarında o, Babəklə İmişli şəhəri 20 Yanvar küçəsində yerləşən “Gənclər Mərkəzinin” yaxınlığında görüşmüş, orada çayxanada oturarkən Babəkə 5000 manat pul vermişdir. Lakin Babəkin vəd etdiyi müddət çatanda aldadıldığını başa düşmüş və ona ona 7500 manat maddi ziyan vurulmuşdur. Hazırda ona vurulmuş zərər ödənilməmişdir. Ona görə də təqsirləndirilən şəxsin qanunamüvafiq qaydada cəzalandırılmasını və sonuncuya qarşı cinayət mühakimə icraatı qaydasında irəli sürdüyü mülki iddiasının təmin olunmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X13 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun atasıdır. Atası jurnalist fəaliyyəti ilə məşğul olmuş, həmçinin Dairə Seçki Komissiyasında üzv olmuşdur. O, atasının kimə və nəyə görə borclarının olmasını bilməmiş, həmçinin kimlərdən nə qədər pul almasını bilməmişdir. Polis şöbəsində araşdırma başlayandan sonra atası Təqsirləndirilən şəxs müəyyən şəxslərə borcları olmasını öyrənmişdir. Lakin atasının həmin şəxslərdən pulları nə üçün almasını bilməmişdir. Ona məxsus olan və son dörd rəqəmi 3479 olan hesab nömrəsinə xx.xx.2024-cü il tarixdə, saat 12:32-də 5000 manat, həmin hesab kartına xx.xx.2024-cü il tarixdə, saat 18:29-da isə 4000 manat pul vəsaiti daxil olması və həmin pulları iş üzrə Zərərçəkmiş şəxs4 göndərməsi ilə bağlı qeyd etmişdir ki, həmin vaxtı atası Təqsirləndirilən şəxs ondan kart hesab nömrəsini istəmiş, o da vermişdir. Həmin vaxt hesabına qeyd edilən məbləğlər köçmüşdür. O, bu barədə atasından soruşanda sonuncu tikinti ilə bağlı pullar olmasını və həmin pulları da harasa göndərəcəyini bildirmişdir. O da pulları başqa kart hesabı nömrəsinə yönləndirmişdir. Yönləndirilmə ilə bağlı çekləri istintaqa təqdim etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 Zərərçəkmiş şəxs6 ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 zərərçəkmiş şəxs X11 ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında Şahid4 elan olunmuş ifadəsindən görünür ki, o, ibtidai istintaq zamanı zərərçəkmiş şəxs X11 ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında Şahid5 elan olunmuş ifadəsindən görünür ki, o, İmişli şəhər sakini Təqsirləndirilən şəxs tanımamışdır. Onun Babəklə heç bir münasibəti olmamışdır. Təxmini bir ay yarım əvvəl o, İmişli şəhəri H.Əliyev prospektində yerləşən “Nuray” şadlıq sarayının alt mərtəbəsində olan kserokopiya yerinə getmişdir. Həmin vaxt yaxınlıqda olan çayxanada onun da tanıdığı bir neçə nəfər oturmuşdur. Şəxslərin dəvəti və israrı ilə o da həmin stolda əyləşmişdir. Babək də orada olmuşdur. Sonuncu ilə ilk tanışlığı oradan başlamışdır. Orada tanışları onun şəhid ailəsi olmasını demişdir.Onun qardaşı X14 İİ Qarabağ müharibəsində itkin düşmüş, 10 iyul 2007-ci ildən ona şəhid statusu verilmişdir. Həmin vaxt Babək onun bu cür statusu olmasını, nə üçün istifadə etmədiyini demiş, o da lazım olmadığını, atası X3 heç vaxt belə şeylərdən istifadə etməyə qoymadığını, hər lazımsız yerdə şəhidin adını çəkməyə, istifadə etməyə icazə vermədiyini, bu cür gördükləri üçün lazım olmadığnı bildirmişdir. Babək orada ona öz telefon nömrəsini vermiş və şəhid ailələri və qazilər üçün maşın təşkil edə biləcəyini, istəyən olsa həmin şəxslərlə calaşdırmağını demişdir. O da özünə lazım olmadığını, amma istəyən olsa xəbər edəcəyini demişdir. Bundan bir neçə gün sonra o, kənddə məclisdə əyləşən zaman orada həmkəndlilərindən bir neçəsi ilə söhbət zamanı orada Babək adlı şəxsin barəsində danışmış və sonuncunun dediklərini bildirmişdir. Sonradan İmişli rayonu Yalavac kənd sakini Camal adlı şəxsin oğlu Binyamin ona zəng edib bu barədə soruşmuşdur. Camalı tanıdığını, sonuncunun qızının onun qonşusunun evində gəlin olmasını bildirmişdir. Bundan başqa Camalın digər qudası Nərimanı da tanıyır, qonşu kənd Qaradonlu kəndindəndir. Binyamin ondan soruşanda Babək adlı şəxsin ona şəhid ailələri və qazilər üçün nəzərdə tutulan maşınlardan təşkil edə biləcəyini deməsini bildirmiş, nömrəsini də gedib özləri danışmaları, məsləhətləşmələri üçün vermişdir. 26 iyun 2024-cü il tarixdə ona Camal zəng etmiş, Babəkə güvənib güvənməməyi soruşmuşdur. O, Babəki yaxından tanımadığını, sadəcə ona dediyi sözləri demiş, maraqlanmalarını demişdir. Camal israrla deyəndən sonra o, “verirsiz verin də, deyirsə yəqin ki, edər” demişdir. Həmin vaxt o, Bakı şəhərində olmuş, maşınını ustaya aparmışdır. Səhəri gün rayona qayıtmışdır. Nərimanla görüşən zaman sonuncu axşam içkili olmasını, Babəkə maşın üçün pul verdiyini, hətta ev üçün də pul verməyə razı olmasını demişdir. O da hələ Nərimana içkinin ziyanına düşməsini bildirmişdir. X29 maşın təşkil edəcəyini vəd edib 2500 manat, Nərimandan isə maşın üçün 2500, ev üçün 5000 manat pul almışdır. O, Babəki tanımır, münasibəti olmamışdır. Sadəcə ona dediyi sözü Camalın oğlu Binyamin ona zəng edəndən sonra o, demişdir. O, Babəkin kimlə və nə əlaqəsinin olmasını bilməmişdir. O, özü şəhid ailəsi olsa da heç vaxt belə işlərlə maraqlanmamışdır. Həm də Camal və Nəriman Babəkə pul verən zaman o, orada olmamış, arada nə söhbət olmasını da bilməmişdir. O, heç Babəki tanımamış, heç bir əlaqəsi də olmamışdır. Babəkin ona dediyi sözü yas yerində demiş və söz gedib Camala çatmış, sonuncu da ona zəng edəndə elə bir şəxs olmasını və maşın təşkil edə biləcəyini deməsini, Babkin nömrəsini verməsini və gedib əlaqə saxlamalarını, özləri danışmalarını demişdir. Məhkəmə iclasında Şahid7 elan olunmuş ifadəsindən görünür ki, o, İmişli şəhər sakini Təqsirləndirilən şəxs onun qayınatasıdır. Babəkin ayrı-ayrı şəxslərə qarşı dələduzluq etməsi ilə bağlı İmişli rayon polis şöbəsində araşdırma aparıldığını bilmiş, lakin konkret olaraq kimə qarşı dələduzluq etməsi və kimə nə qədər maddi ziyan vurması haqqında məlumatı olmamışdır. “Kapital Banka” aid 523915*******6172 nömrəli bank kartı hesabı ona məxsusdur. Təqsirləndirilən şəxs ondan kart hesab nömrəsini istədiyinə görə o, həmin nömrəni Babəkə vermiş və xx.xx.2024-cü il tarixdə 870 manat, xx.xx.2024-cü il tarixdə 790 manat, xx.xx.2024-cü il tarixdə 3800 manat, həmin gün 3760 manat, 3900 manat, xx.xx.2024-cü il tarixdə 2000 manat, xx.xx.2024-cü il tarixdə 1000 manat, xx.xx.2024-cü il tarixdə 2000 manat məbləğdə pul vəsaitləri onun kart hesabına göndərilmişdir. Sonradan o, həmin pulları Babəkin verdiyi ayrı-ayrı kart hesabı nömrələrinə göndərmişdir. Pulların ona heç bir aidiyyəti olmamışdır. Bu barədə bir dəfə Babəkdən soruşmuş və həmin pulları borclarına verəcəyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, o, 2019-cu ildən 2022-ci ilin sentyabr ayının əvvəlinədək Azərbaycan Respublikası Baş Mühafizə İdarəsinin İmişli rayon mühafizə şöbəsində mülki mühafizəçi vəzifəsində çalışmış və 2022-ci ilin sentyabr ayının əvvəlində İmişli şəhəri Xəqani küçəsində yerləşən “Dəmir bank”ın binasının mühafizəsində olan zaman post yerini tərk etdiyim üçün işdən azad edilmişdir. Qardaşı Zərərçəkmiş şəxs1 onu işə düzəltmək istəmiş və Təqsirləndirilən şəxs ayrı-ayrı şəxslərə işə düzəlməyə köməklik etdiyini eşidib, sonuncu ilə tanış olmuşdur. Onlar görüşmüş və Həsən Babəkdən onu işə düzəltməyə kömək etməsini xahiş etmiş, Babək isə Bakı şəhərində, hansısa nazirlikdə tanışı olduğunu, onu işə düzəldə biləcəyini demişdir. Həmçinin Həsən onun əvvəllər mühafizə şöbəsində işlədiyini demiş, Babək onu işə bərpa etdirə biləcəyini dedikdən sonra qardaşı onunla razılaşmışdır. 18 iyul 2022-ci il tarixdə səhər saatlarında İmişli şəhəri, Q.İsmayılzadə küçəsində yerləşən İmişli rayon bazarının qarşısında Həsən Babəklə görüşmüş və sonuncuya 1700 manat pul vermiş, bunun müqabilində Babək onu 15 gün ərzində mülki mühafizəyə bərpa etdirəcəyini vəd etmişdir. Bundan sonra Babək müxtəlif bəhanələr gətirərək, mülki mühafizəyə işin alınmadığnı və onu mühafizə polisinə işə düzəldəcəyini bildirmişdir. Bunun üçün də Həsəndən müxtəlif məbləğlərdə pullar istəmiş və 2024-cü ilin iyul ayının əvvəlinədək Həsəndən ümumilikdə 5500 manat pul almışdır. Həsən pulları Babəkə İmişli rayonu ərazisinə müxtəlif vaxtlarda və müxtəlif məbləğlərdə, əsasən də İmişli şəhəri, H.Əliyev prospektində yerləşən “Nuray” şadlıq sarayının qarşısında vermişdir. İşə düzəldilən o, olmuş, amma bunun üçün pulu qardaşı Zərərçəkmiş şəxs1 verdiyindən maddi ziyan da sonuncuya vurulmuşdur. O özü də işi ilə bağlı Babəklə danışıb maraqlanmış, lakin Babək hər dəfə müxtəlif bəhanələr gətirib işinin düzələcəyini bildirməklə onu aldatmışdır. Cinayət işi materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş; Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 08 oktyabr 2024-cü il tarixli qərardan görünür ki, həmin tarixdə faktla bağlı Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə cinayət işi başlanmışdır (cild 1, vərəq 1-2); Zərərçəkmiş şəxs qismində tanınma haqqında 08 oktyabr 2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs5 iş üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır (cild 1, vərəq 17-18); Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 14 oktyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona həmin maddə ilə ittiham elan edilmişdir (cild 1, vərəq 42); Cinayət işlərinin bir icraatda birləşdirilməsi və tövsif edilməsi haqqında 14 oktyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair istintaq olunan ********* nömrəli cinayət işi ilə onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair istintaq olunan ********* nömrəli cinayət işləri bir icraatda birləşdirilərək əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələrinə tövsif edilmişdir (cild 1, vərəq 61-62); Zərərçəkmiş şəxs qismində tanınma haqqında 17 iyul 2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs4 iş üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır (cild 1, vərəq 105-106); Zərərçəkmiş şəxs qismində tanınma haqqında 17 iyul 2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs3 iş üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır (cild 1, vərəq 107-108); Zərərçəkmiş şəxs qismində tanınma haqqında 17 iyul 2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs2 iş üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır (cild 1, vərəq 109-110); Zərərçəkmiş şəxs qismində tanınma haqqında 17 iyul 2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs6 iş üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır (cild 1, vərəq 119-120); Şübhəli şəxsin tutulması haqqında 17 iyul 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 17 iyul 2024-cü il tarixdə, saat 11:58-də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli bilinən şəxs qismində tutulmuşdur (cild 1, vərəq 144-145); Qətimkan tədbirinin seçilməsi haqqında İmişli Rayon Məhkəməsinin 19 iyul 2024-cü il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə Təqsirləndirilən şəxs barəsində 3 (üç) ay müddətə həbs qətimkan tədbiri seçilmişdir (cild 1, vərəq 223-230); Cinayət işlərinin bir icraatda birləşdirilməsi haqqında 15 oktyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair istintaq olunan ********* nömrəli cinayət işi ilə onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair istintaq olunan ********* nömrəli cinayət işləri bir icraatda birləşdirilmişdir (cild 2, vərəq 11-12); Zərərçəkmiş şəxs qismində tanınma haqqında 09 oktyabr 2024-cü il tarixli qərardan görünür ki, X11 iş üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır (cild 2, vərəq 26-27); Mülki iddiaçı qismində tanınma haqqında 06 noyabr 2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs2 iş üzrə mülki iddiaçı qismində tanınmışdır (cild 2, vərəq 121-125); Mülki iddiaçı qismində tanınma haqqında 06 noyabr 2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs4 iş üzrə mülki iddiaçı qismində tanınmışdır (cild 2, vərəq 129-134); Cinayət işlərinin bir icraatda birləşdirilməsi haqqında 16 noyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair istintaq olunan ********* nömrəli cinayət işi ilə onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair istintaq olunan ********* nömrəli cinayət işləri bir icraatda birləşdirilmişdir (cild 2, vərəq 159-160); Zərərçəkmiş şəxs qismində tanınma haqqında 03 noyabr 2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs1 iş üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır (cild 2, vərəq 174-175); Sübutların qiymətləndirilməsi haqqında 16 noyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs elan olunmuş ittihamın məzmununa əlavə və dəyişikliklər edilməklə ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə yenidən ittiham elan edilməsi qərara alınmışdır (cild 3, vərəq 1-58); Təqsirləndirilən şəxsə yenidən ittiham elan etmək haqqında 21 noyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə yenidən ittiham elan edilmişdir. (cild 3, vərəq 65-68); Mülki iddiaçı qismində tanınma haqqında İmişli Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs1 iş üzrə mülki iddiaçı qismində tanınmışdır. Mülki iddiaçı qismində tanınma haqqında İmişli Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs5 və X11 iş üzrə mülki iddiaçı qismində tanınmışlar. Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, təqsirləndirilən şəxsin özünün məhkəmə baxışı zamanı verdiyi ifadəsi, şahidlərin və zərərçəkmiş şəxslərin məhkəmə iclasında verdiyi ifadə və digər iş materialları ilə Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını və xeyli miqdarda əmlakını ələ keçirərək təkrar dələduzluq əməlini törətməsi tamamilə sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə düzgün tövsif edilmiş və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni, cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs əməlini etiraf etməsini Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Hazırkı halda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini tədqiq edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini, təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Beləliklə, məkhəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinib müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməli, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.2), cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu tarixdən hesablanmalı (CPM-158.2.1; 158.6.), barəsində seçilmiş həbs qismində qətimkan tədbiri dəyişdirilmədən saxlanmalı, iş üzrə maddi sübutun sahibinə qaytarılması nəzərə alınmalı, Təqsirləndirilən şəxs 17 saat göstərdiyi pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş müdafiəçi İmişli rayon Vəkil Bürosunun vəkili Müdafiəçi 102 (bir yüz iki) manat məbləğində pul Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilməli (CPM-193), zərər çəkmiş şəxslərin mülki iddiası təmin edilməli və cinayət mühakimə icraatı qaydasında mülki iddia qaldırmayan zərər çəkmiş şəxslərə vurulmuş maddi ziyanla əlaqədar olaraq məhkəmədə mülki mühakimə icraatı qaydasında iddia qaldırmaq hüququ izah edilməlidir(CPM-353- 354). Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 197-198, 341-349, 351-353, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinib 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli həbsə alındığı gündən, yəni xx.xx.2024-cü il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan X6 məxsus bir ədəd üzərində “Birbank cashback” sözü, digər üzündə “MR JAVANSHİR HUSEYNLİ”, 5239 1517 5795 3479, 07/26, 322, AZN sözləri və rəqəmləri yazılmış plastik kartın Şahid1 qayatrılması nəzərə alınsın. Təqsirləndirilən şəxs 17 saat göstərdiyi pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş müdafiəçi İmişli rayon vəkil bürosunun vəkili Müdafiəçi 102 (bir yüz iki) manat məbləğində pul Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. İş üzrə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 mülki iddiası təmin edilsin, mülki cavabdeh Təqsirləndirilən şəxs vurulmuş maddi ziyanın əvəzi olaraq 5500 manat və 75 manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 5575 (beş min beş yüz yetmiş beş) manat məbləğində pul alınıb mülki iddiaçı Zərərçəkmiş şəxs1 verilsin. İş üzrə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 mülki iddiası təmin edilsin, mülki cavabdeh Təqsirləndirilən şəxs vurulmuş maddi ziyanın əvəzi olaraq 15000 (on beş min) manat məbləğində pul alınıb mülki iddiaçı Zərərçəkmiş şəxs2 verilsin. İş üzrə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs4 mülki iddiası təmin edilsin, mülki cavabdeh Təqsirləndirilən şəxs vurulmuş maddi ziyanın əvəzi olaraq 18700 (on səkkiz min yeddi yüz) manat məbləğində pul alınıb mülki iddiaçı Zərərçəkmiş şəxs4 verilsin. İş üzrə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs5 mülki iddiası təmin edilsin, mülki cavabdeh Təqsirləndirilən şəxs vurulmuş maddi ziyanın əvəzi olaraq 2500 (iki min beş yüz) manat məbləğində pul alınıb mülki iddiaçı Zərərçəkmiş şəxs5 verilsin. İş üzrə zərər çəkmiş şəxs X2 mülki iddiası təmin edilsin, mülki cavabdeh Təqsirləndirilən şəxs vurulmuş maddi ziyanın əvəzi olaraq 7500 (yeddi min beş yüz) manat məbləğində pul alınıb mülki iddiaçı X7 verilsin. Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs6 vurulmuş maddi ziyanla əlaqədar olaraq məhkəmədə mülki mühakimə icraatı qaydasında iddia qaldırmaq hüquqları izah edilsin. Hökmdən elan olunduğu andan, həbsdə saxlanılan məhkum şəxsə münasibətdə isə rəsmi verildiyi andan 20 gün müddətində İmişli Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Lətafət Ağakişiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar