Azərbaycan Respublikası adından HÖKM İmişli rayonu İş № 1(036)-18/2022 17.03.2022 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rayon Məhkəməsi Qənbərov Ülvi Oktay oğlunun sədrliyi, X9 oğlunun katibliyi, dövlət ittihamçısı Dövlət ittihamçısı oğlunun, zərərçəkmiş şəxs Səlimova Zərərçəkmiş şəxs Sədrəddin qızının və müdafiəçi X2 iştirakı ilə, xx.xx.1987-ci il tarixdə İmişli rayonu Qızılkənd kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı,evli, orta təhsilli, işləməyən, İmişli rayonu Qızılkənd kəndində yaşayan və barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Səlimov Pərviz Nizami oğlunun Azərbaycan Respublikası CM-nın 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair işə işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs Nizami oğlu ondan ötrü məhkəməyə verilmişdir ki, o, cavabdeh kimi 21 aprel 2015-ci il tarixdən hesablanmaqla 12 yanvar 2010-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay ondan 108,0 manat sabit pul məbləğində aliment tutulub iddiaçı Səlimova Zərərçəkmiş şəxs xeyrinə ödənilməsi barədə İmişli rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 22 may 2015-ci il tarixli, 2(036)1659/2015 nömrəli qətnaməsi üzrə verilmiş icra sənədini müəyyən olunmuş müddətdə üzürsüz səbəbdən icra etmədiyinə və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə İmişli Rayon Məhkəməsinin 24 iyun 2020-ci il tarixli, 3(036)242/2020 nömrəli qərarı ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək, 20 gün müddətində inzibati qaydada həbs olunmasına və icra sənədi üzrə tələbi icra etməsi üçün icra məmuru tərəfindən ona yeni müddət təyin edilərək məsuliyyəti elan olunmaqla 21 sentyabr 2020-ci il, 13 yanvar 2021-ci il və 03 may 2021-ci il tarixdə rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq özünün qanunsuz hərəkətlərini davam etdirməklə şəxsi maraq niyyəti ilə cinayət təqibi başlanılması məsələsinə baxılması üçün təqdimat verilənədək, yəni 01 iyun 2021-ci il tarixinədək cəmi 6850,0 manat məbləğində aliment borcunu ödəməyərək zərərçəkmiş şəxs Səlimova Zərərçəkmiş şəxs Sədrəddin qızına maddi ziyan vurmaqla yanaşı qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq icra etməməklə ədalət mühakiməsinin nüfuzuna xələl gətirmişdir. İş üzrə Təqsirləndirilən şəxs Nizami oğlu ona qarşı Azərbaycan Respublikası CM-nin 306.1ci maddəsilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, 2009-cu ildə Səlimova Zərərçəkmiş şəxs Sədrəddin qızı ilə faktiki nikaha daxil olaraq evlənmiş və nikahları 27 fevral 2010-cu il tarixdə rəsmi qaydada qeydə alınmışdır. Onların həmin nikahdan 12 yanvar 2010cu il təvəllüdlü X6 adında bir uşaqları olmuş və Zərərçəkmiş şəxs ona xəyanət etməsi səbəbindən 2015-ci ilin may ayında ayrılmışlar. İmişli Rayon Məhkəməsinin 22 may 2015-ci il tarixli, 2(036)1659/2015 nömrəli qətnaməsinə əsasən nikahları pozulmuş və uşağın yetkinlik yaşına çatana kimi saxlanılması üçün tələbkar Səlimova Zərərçəkmiş şəxs xeyrinə ayda 108,0 manat sabit pul məbləğində aliment kəsilmişdir. Boşandıqdan sonra o, başqası ilə evlənmiş və həmin nikahdan üç övladı olmuşdur. Hazırda anası, qardaşı, qardaşı arvadı və onların övladı da daxil olmaqla himayəsində olan ailə üzvləri cəmi doqquz nəfərdən ibarətdir və sabit qazancı olmadığından onların maddi cəhətdən təminatını ödəyə bilmir. Səlimova Zərərçəkmiş şəxs Sədrəddin qızının xeyrinə kəsilmiş ayda 108,0 manat məbləğində alimenti ödəmək imkanı olmadığından 01 iyun 2021-ci il tarixinədək cəmi 6850,0 manat məbləğində aliment borcu yaranmış və sonrakı müddətdə qalıq aliment borcu daha da artmışdır. Aliment borcunu ödəməsi üçün icra məmuru tərəfindən ona dəfələrlə bildiriş göndərilmiş, izahatı alınmış və məhkəmənin qərarı ilə inzibati qaydada həbs edilmişdir. Barəsində tətbiq olunan tədbirlər nəticəsində qalıq aliment borcundan 500,0 manat ödəmiş, lakin maddi imkanı olmadığından aliment borcunu tam şəkildə ödəyib qurtara bilməmişdir. İş üzrə zərərçəkmiş şəxs Səlimova Zərərçəkmiş şəxs Sədrəddin qızı ifadəsində göstərmişdir ki, o, 2009-cu ildə Təqsirləndirilən şəxs Nizami oğlu ilə faktiki nikaha daxil olaraq evlənmiş və nikahları 27 fevral 2010-cu il tarixdə rəsmi qaydada qeydə alınmışdır. Onların həmin nikahdan 12 yanvar 2010-cu il təvəllüdlü X6 adında bir uşaqları olmuş və xasiyyətləri uyğun gəlmədiyindən 2015-ci ilin may ayında ayrılmışlar. İmişli Rayon Məhkəməsinin 22 may 2015-ci il tarixli, 2(036)1659/2015 nömrəli qətnaməsinə əsasən nikahları pozulmuş və uşağın yetkinlik yaşına çatana kimi saxlanılması 21 aprel 2015-ci il tarixdən başlayaraq onun xeyrinə ayda 108,0 manat sabit pul məbləğində aliment kəsilmişdir. Lakin Təqsirləndirilən şəxs Nizami oğlu alimenti könüllü qaydada ödəməyərək 01 iyun 2021-ci il tarixinədək cəmi 6850,0 manat məbləğində borclu qalmış və sonrakı müddətdə qalıq aliment borcunun daha da artmasına baxmayaraq 500,0 manat ödədikdən sonra heç bir ödəmə etməmişdir. İş üzrə şahid Şahid2 Valeh oğlu ifadəsində göstərmişdir ki, о, İmişli rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru vəzifəsində işləyir. İmişli Rayon Məhkəməsinin 22 may 2015-ci il tarixli, 2(036)1659/2015 nömrəli qətnaməsi üzrə verilmiş icra vərəqəsinə əsasən 21 aprel 2015-ci il tarixdən hesablanmaqla 12 yanvar 2010-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay Təqsirləndirilən şəxs Nizami oğlundan 108,0 manat sabit pul məbləğində aliment tutulub iddiaçı Səlimova Zərərçəkmiş şəxs Sədrəddin qızının xeyrinə ödənilməlidir. 21 iyul 2018-ci il tarixdə İmişli rayon İcra və Probasiya şöbəsində həmin icra sənədi üzrə icraat başlanaraq borcluya tələbin könüllü olaraq 10 gün müddətində ödənilməsi üçün bildiriş göndərilmiş, lakin verilmiş müddətdə icra sənədi üzrə tələb könüllü olaraq ödənilmədiyi üçün məcburi icra tədbirlərinə başlanaraq borclunun qiymətli əmlakının və başqa gəlirlərinin axtarılması istiqamətində məcburi icra hərəkətləri aparılmışdır. Görülmüş tədbirlərə baxmayaraq borclunun tələbin yönəldilə biləcəyi heç bir əmlakı aşkar edilməmişdir. Borclu Təqsirləndirilən şəxs Nizami oğlu izahat verərək indiyədək cəmi 203,0 manat aliment ödədiyini, hazırda maddi imkanı olmadığını və imkanı olduqca aliment borcunu hissə-hissə ödəyəcəyini göstərmiş, ancaq uzun müddət keçməsinə baxmayaraq heç bir ödəmə etməyərək barəsində olan icra sənədini icra etməkdən qərəzli olaraq boyun qaçırmışdır. Ona qeyd olunan məhkəmə qətnaməsini ödəməsi və məsuliyyəti barədə dəfələrlə xəbərdarlıq edilsə də, nəticəsi olmamışdır. Ona görə də, borclunun hərəkəti icra sənədi üzrə tələbin üzürsüz səbəbdən yerinə yetirilməməsi kimi qiymətləndirilərək onun barəsində АR İXM-nin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunub baxılması üçün İmişli rayon Məhkəməsinə göndərilmiş və həmin məhkəmənin 24 iyun 2020-ci il tarixli, 3(036)242/2020 saylı qərarına əsasən Təqsirləndirilən şəxs Nizami oğlu həmin inzibati xətanı törətdiyi üçün 20 gün müddətində inzibati qaydada həbs edilmişdir. Bundan sonra borclu Təqsirləndirilən şəxs Nizami oğluna aliment borcunu ödəməsi üçün yeni müddət təyin edilərək vaxt verilmiş və ona bu barədə rəsmi xəbərdarlıq göndərilmişdir. Lakin Təqsirləndirilən şəxs Nizami oğlu həmin müddət ərzində aliment borcunu ödəməmiş, müddət başa çatdıqdan sonra ona cinayət məsuliyyətinə cəlb edilməsi haqqında təqdimat veriləcəyi haqqında rəsmi xəbərdarlıq göndərilmişdir. Qeyd olunanlara baxmayaraq borclu Təqsirləndirilən şəxs Nizami oğlu İmişli Rayon Məhkəməsinin 22 may 2015-ci il tarixli, 2(036)1659/2015 saylı icra sənədi üzrə tələbi ödəməməkdə davam etmiş, ona görə də qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq icra etməməyə görə cinayət məsuliyyətinə cəlb edilməsi üçün AR Ədliyyə Nazirliyinin İstintaq İdarəsinə təqdimat verilmişdir. İş üzrə şahid İmişli rayon İPŞ-nın böyük icra məmuru Quliyev X7 Ramil Valeh oğlunun ifadəsində qeyd olunan xüsusatları eyni ilə təsdiq etmişdir. İşdə olan İmişli Rayon Məhkəməsinin 22 may 2015-ci il tarixli, 2(036)1659/2015 saylı icra vərəqəsinə əsasən 21 aprel 2015-ci il tarixdən hesablanmaqla 12 yanvar 2010-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay Təqsirləndirilən şəxs Nizami oğlundan 108,0 manat sabit pul məbləğində aliment tutulub iddiaçı Səlimova Zərərçəkmiş şəxs Sədrəddin qızının xeyrinə ödənilməlidir. ( c.i.səh: 17) İşdə olan İmişli Rayon Məhkəməsinin 22 may 2015-ci il tarixli, 2(036)1659/2015 saylı qətnaməsinin surətinə əsasən Təqsirləndirilən şəxs Nizami oğlu ilə Səlimova Zərərçəkmiş şəxs Sədrəddin qızı arasında bağlanmış 27 fevral 2010-cu il tarixli 04 saylı nikah akt qeydi pozulmuş, birgə nikahdan doğulmuş 12 yanvar 2010-cu il təvəllüdlü X6 Səlimova Zərərçəkmiş şəxs Sədrəddin qızının himayəsində saxlanılmış və uşağın yetkinlik yaşına çatana kimi saxlanılması üçün 21 aprel 2015-ci il tarixdən hesablanmaqla hər ay Təqsirləndirilən şəxs Nizami oğlundan 108,0 manat sabit pul məbləğində aliment tutularaq Səlimova Zərərçəkmiş şəxs Sədrəddin qızının xeyrinə ödənilməsi qət edilmişdir. ( c.i.səh: 11-14). İşdə olan İmişli rayon İB-nın icra məmuru Şahid2 21 iyul 2015-ci il tarixli qərarının surətinə əsasən həmin tarixdə İmişli Rayon Məhkəməsinin 22 may 2015-ci il tarixli, 2(036)1659/2015 saylı icra sənədi üzrə icraat başlanmış və icra sənədi üzrə borclu Təqsirləndirilən şəxs Nizami oğluna tələbi 10 gün müddətində könüllü qaydada təmin etməsi təklif edilmişdir. ( c.i. səh: 15) İşdə olan İmişli rayon məhkəməsinin 26 oktyabr 2015-ci il tarixli 8(036)503/2015 saylı qərarının surətinə əsasən İmişli Rayon Məhkəməsinin 22 may 2015-ci il tarixli, 2(036)1659/2015 saylı icra sənədi üzrə borclu Təqsirləndirilən şəxs Nizami oğlu İmişli rayon İcra və Probasiya şöbəsinə məcburi qaydada gətirilmişdir. ( c.i. səh:20-21) İşdə olan İmişli rayon Məhkəməsinin 02 fevral 2017-ci il tarixli 3(036)51/2017 saylı qərarının surətinə əsasən Təqsirləndirilən şəxs Nizami oğlu İmişli Rayon Məhkəməsinin 22 may 2015-ci il tarixli, 2(036)1659/2015 saylı icra sənədi üzrə tələbi üzürsüz səbəbdən icra etmədiyinə görə AR İXMnin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 10 gün müddətində inzibati qaydada həbs edilmişdir. (c.i. səh: 30) . İşdə olan İmişli rayon Məhkəməsinin 24 iyun 2020-ci il tarixli 3(036)242/2020 saylı qərarının surətinə əsasən Təqsirləndirilən şəxs Nizami oğlu İmişli Rayon Məhkəməsinin 22 may 2015-ci il tarixli, 2(036)1659/2015 saylı icra sənədi üzrə tələbi üzürsüz səbəbdən icra etmədiyinə görə AR İXMnin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 20 gün müddətində inzibati qaydada həbs edilmişdir. (c.i. səh: 54) . İşdə olan İmişli rayon məhkəməsinin 22 may 2020-ci il tarixli 8(036)94/20120 saylı qərarının surətinə əsasən İmişli Rayon Məhkəməsinin İmişli Rayon Məhkəməsinin 22 may 2015-ci il tarixli, 2(036)1659/2015 saylı icra sənədi üzrə borclu Təqsirləndirilən şəxs Nizami oğlunun ölkədən getmək hüququ icra sənədi tam şəkildə icra olunanadək müvəqqəti məhdudlaşdırılmışdır. ( c.i. səh:56-57) İşdə olan 21 sentyabr 2020-ci il tarixli 17441/4 saylı xəbərdarlığa əsasən Təqsirləndirilən şəxs Nizami oğluna İmişli Rayon Məhkəməsinin 22 may 2015-ci il tarixli, 2(036)1659/2015 saylı icra sənədi üzrə tələbi üzürsüz səbəbdən icra etmədiyinə görə barəsində cinayət məsuliyyətinə cəlb edilməsi üçün müvafiq orqana təqdimat veriləcəyi izah edilmişdir. ( c.i. səh: 61) İşdə olan 13 yanvar 2021-ci il tarixli 17441/4 saylı xəbərdarlığa əsasənTəqsirləndirilən şəxs Nizami oğluna İmişli Rayon Məhkəməsinin 22 may 2015-ci il tarixli, 2(036)1659/2015 saylı icra sənədi üzrə tələbi üzürsüz səbəbdən icra etmədiyinə görə barəsində cinayət məsuliyyətinə cəlb edilməsi üçün müvafiq orqana təqdimat veriləcəyi izah edilmişdir. ( c.i. səh:631) İşdə olan 03 may 2021-ci il tarixli 17441/5 saylı xəbərdarlığa əsasən Təqsirləndirilən şəxs Nizami oğluna İmişli Rayon Məhkəməsinin 22 may 2015-ci il tarixli, 2(036)1659/2015 saylı icra sənədi üzrə tələbi üzürsüz səbəbdən icra etmədiyinə görə barəsində cinayət məsuliyyətinə cəlb edilməsi üçün müvafiq orqana təqdimat veriləcəyi izah edilmişdir. ( c.i. səh: 66) АR CPM-nin 124.1-ci maddəsinə əsasən məhkəmənin və ya digər cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər ( məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab edilir. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən şübhəli, təqsirləndirilən və zərər çəkmiş şəxsin və şahidlərin ifadələri, ekspertin rəyi, maddi sübutlar, istintaq və məhkəmə hərəkətlərinin protokolları və digər sənədlər cinayət prosesində sübut kimi qəbul edilir. Həmin Məcəllənin 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Həmin Məcəllənin 139.0.4-cü maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmuyuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmuyuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Nizami oğlu AR CM-nın 306.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətmişdir. Ona görə də, o, CM-nın Xüsusi hissəsinin müvafiq maddəsi ilə təqsirli bilinib CM-nın Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla cəzlanmalıdır. AR CM-nın 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza ədalətin bərpası, məhkumun islah edilməsi və məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. İşdə olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin sorğu məlumatına əsasən Təqsirləndirilən şəxs Nizami oğlu əvvəllər məhkum edilməmişdir. ( c.i. səh :138) İş üzrə cəzanı ağırlaşdıran və yüngülləşdirən hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs Nizami oğlunun törətdiyi cinayətin xarakterini nəzərə alaraq onun AR CM-nın müvafiq maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsini məqsədəmüvafiq hesab edir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası CPM-nin 345-347, 349, 351-353, 383-385ci maddələrini rəhbər tutaraq HÖKM ETDİ: Təqsirləndirilən şəxs oğlu Azərbaycan Respublikası CM-nın 306.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib 1 (bir) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam ” qətimkan tədbiri dəyişdirilib “həbs” qətimkan tədbiri ilə əvəz edilərək Səlimov Pərviz Nizami oğlu məhkəmə zalından həbsə alınsın. Cəza çəkməsinin əvvəli 17 mart 2022-ci il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Hökmdən 20 (iyirmi) gün müddətində İmişli Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasına apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hakim: Ülvi Qənbərov
Məhkəmə qərarları › İş №1(036)-18/2022
İmişli Rayon Məhkəməsi Hökm — İş №1(036)-18/2022
17.03.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver