Azərbaycan Respublikası adından HÖKM İmişli rayonu İş № 1(036)-18/2024 03.04.2024 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rayon Məhkəməsinin hakimi Quliyev Telman Osman oğlunun sədrliyi, Şiralıyeva Günel Mirzə qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxs – Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi İmişli rayon vəkil bürosunun vəkili X3 iştirakı ilə, xx.xx.1983-cü il tarixdə İmişli rayonu, Çahar kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, İmişli rayonu, Çahar kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə İmişli Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs, cavabdeh kimi ondan, xx.xx.2019-cu il tarixdən hesablanmaqla xx.xx.2007-ci il təvəllüdlü X9 və xx.xx.2010-cu il təvəllüdlü X4 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 160 manat olmaqla, cəmi 320 manat sabit pul məbləğində alimentin tutularaq tələbkar Zərərçəkmiş şəxs ödənilməsinə dair İmişli Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(036)-2020/2019 saylı qətnaməsini üzrsüz səbəbdən müəyyən olunmuş müddətdə icra etmədiyinə və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə barəsində İmişli Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 3(036)- 304/2022 saylı qərarı ilə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinərək 10 (on) gün müddətinə inzibati qaydada həbs olunmasına, icra sənədindəki tələbi icra etməsi üçün ona yeni müddət təyin edilərək xx.xx.2022-ci il və xx.xx.2023-cü il tarixlərdə məsuliyyəti elan olunmaqla rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq öz hərəkətlərini davam etdirməklə şəxsi maraq niyyəti ilə cinayət təqibi başlanılması məsələsinə baxılması üçün təqdimat verilən xx.xx.2023-cü il tarixədək 9920,00 manat məbləğində aliment borcunu Zərərçəkmiş şəxs ödəməyərək, sonuncuya maddi ziyan vurmaqla yanaşı qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq qəsdən icra etməməklə ədalət mühakiməsinin nüfuzuna xələl gətirmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs ilə el adəti ilə toy edərək ailə həyatı qurmuş, nikahları xx.xx.2011-ci il tarixdə rəsmi olaraq qeydə alınmış və birgə nikahdan xx.xx.2007-ci il tarixdə Elcan və xx.xx.2010-cu il tarixdə Leyla adlı 2 (iki) övladları doğulmuşdur. Zərərçəkmiş şəxs ilə evli olduğu ilk vaxtlar münasibətləri normal olsa da, sonradan ailədə baş verən münaqişələr nəticəsində ailə münasibətləri kəskin şəkildə pisləşmiş və onların birlikdə yaşamağı qeyri-mümkün olmuşdur. Bu səbəbdən də Zərərçəkmiş şəxs aralarında olan nikahın pozulması və aliment tələbi ilə bağlı məhkəməyə müraciət etmiş və İmişli Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə onların nikahına xitam verilərək, ondan xx.xx.2019-cu il tarixdən hesablanmaqla xx.xx.2007-ci il təvəllüdlü X9 və xx.xx.2010-cu il təvəllüdlü X4 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 160 manat olmaqla, cəmi 320 manat sabit pul məbləğində alimentin tutularaq Zərərçəkmiş şəxs xeyrinə verilməsi qət edilmişdir. İmişli Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi qanuni qüvvəsini aldıqdan sonra aidiyyəti üzrə icra olunması üçün onun qeydiyyatda olduğu yer üzrə İmişli rayon icra və probasiya şöbəsinə göndərilmiş və həmin qurumdan qeyd edilən məbləğdə alimentin Zərərçəkmiş şəxs ödənilməsi barədə ona rəsmi qaydada bildiriş təqdim edilmişdir. O, qanuni qüvvəyə minmiş qətnaməni icra etmədiyi üçün, İmişli Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə 10 gün və xx.xx.2022-ci il tarixli qərarı ilə yenidən 10 gün müddətinə inzibati qaydada həbs edilmiş, həmçinin icra məmurunun təqdimatına əsasən, İmişli Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə ölkədən getmək hüququ müvəqqəti olaraq məhdudlaşdırılmışdır. Lakin, maddi imkanı olmadığına görə, Zərərçəkmiş şəxs olan 9920 manat məbləğində aliment borcunu ödəyə bilməmişdir. Hazırda anasına məxsus yaşayış evini satıb, aliment borcunu ödəmək istəyir və bu məqsədlə evin satışı ilə əlaqədar olaraq elan verməsinə baxmayaraq hələlik reallaşdıra bilməmişdir. Hazırda əməlindən peşmandır və xüsusi mülkiyyətində olan yaşayış evinin satışından əldə edilmiş vəsait hesabına qalan aliment borcunu ödəməklə reallaşdırmaq üçün ona vaxt və şərait yaradılmasını xahiş etdi. Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli özünün etirafı ilə yanaşı, iş üzrə dindirilmiş zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, iş materialları və işin digər obyektiv halları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadə verərək göstərdi ki, Təqsirləndirilən şəxs ilə 2004-cü ilin yanvar ayında faktiki nikaha daxil olaraq ailə həyatı qurmuş, nikahları xx.xx.2011-ci il tarixdə rəsmi olaraq qeydə alınmış, birgə nikahdan xx.xx.2007-ci il tarixdə Elcan və xx.xx.2010-cu il tarixdə Leyla adlı uşaqları doğulmuşdur. Sonradan ailə münasibətləri pozulduğuna görə onların birlikdə yaşamağı qeyri-mümkün olmuş və bu səbəbdən də nikahın pozulması və aliment tələbi ilə bağlı məhkəməyə müraciət etmişdir. İmişli Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(036)-2020/2019 saylı qətnaməsi ilə onların nikahı pozulmuş, Təqsirləndirilən şəxs xx.xx.2007-ci il təvəllüdlü X9 və xx.xx.2010-cu il təvəllüdlü X4 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 160 manat olmaqla, cəmi 320 manat sabit pul məbləğində alimentin tutularaq ona verilməsi qət edilmişdir. Məhkəmənin qətnaməsi icra olunması üçün İmişli rayon icra və probasiya şöbəsinə göndərilmişdir. Təqsirləndirilən şəxs qanuni qüvvəyə minmiş qətnaməni icra etmədiyi üçün İmişli Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə 10 gün və xx.xx.2022-ci il tarixli qərarı ilə yenidən 10 gün müddətinə inzibati qaydada həbs edilmişdir. Lakin, Təqsirləndirilən şəxs öz qərəzli hərəkətlərini davam etdirərək ona olan aliment borcunu qəsdən ödəməmişdir. Bundan sonra icra məmuru tərəfindən Təqsirləndirilən şəxs yeni müddətlər verilərək, cinayət məsuliyyəti barədə dəfələrlə xəbərdarlıqlar edilsə də, xx.xx.2023-cü il tarixədək yaranmış olan 9920 manat aliment borcunu ödəməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş İmişli rayon icra və probasiya şöbəsinin böyük icra məmuru Şahid1 ifadə verərək göstərdi ki, İmişli Rayon Məhkəməsinin 2(036)- 2020/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən 2 nəfər uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs xeyrinə hər ay cəmi 320 manat sabit pul məbləğində aliment alınıb verilməlidir. Alimentin tutulmasının əvvəli xx.xx.2019-cu il tarixdən hesablanmalıdır. İmişli rayon icra və probasiya şöbəsində xx.xx.2019-cu il tarixdə başlanılmış icraat zamanı tələbin icrasını təmin etmək məqsədi ilə borcluya bildiriş göndərilmiş, lakin tələb yerinə yetirilməmişdir. Borclunun tələbin yönəldilə biləcəyi əmlakı və rəsmi gəlirləri aşkar edilməmişdir. İcra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə və qətnamədəki tələbi icra etmədiyinə görə Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə İmişli Rayon Məhkəməsi tərəfindən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 10 gün müddətinə, xx.xx.2022-ci il tarixdə həmin məhkəmə tərəfindən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək yenidən 10 gün müddətinə inzibati həbslə tənbeh edilmişdir. Hər iki tənbehdən sonra ona tələbi icra etməsi üçün məsuliyyəti elan olunmaqla yeni müddət verilmişdir. Ancaq Təqsirləndirilən şəxs öz hərəkətlərini davam etdirmiş və icra sənədi üzrə müəyyən olunmuş tələbi və borcları təmin etməmişdir. Aliment borcunu ödəməsi üçün Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə yenidən xəbərdarlıq göndərilmişdir. İmişli Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadına əsasən Təqsirləndirilən şəxs ölkədən getmək hüququ müvəqqəti olaraq məhdudlaşdırılmışdır. Təqsirləndirilən şəxs öhdəliyini lazımı qaydada yerinə yetirməmiş, aliment borcunu tam ödəməmiş və ödənilməsinə təşəbbüs göstərməmişdir. İcra sənədi üzrə xx.xx.2019-cu il tarixdən xx.xx.2023-cü il tarixədək tələbkara ödəməli olduğu 9920 manat aliment pulunu ödəməmişdir. İcraat zamanı Təqsirləndirilən şəxs dəfələrlə xəbərdar edilməsinə, inzibati məsuliyyətə cəlb olunmasına, onunla profilaktik söhbətlər aparılmasına baxmayaraq qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrasını təmin etməmişdir. Tələbkar Zərərçəkmiş şəxs şöbəyə xx.xx.2023-cü il tarixdə ərizə ilə müraciət edərək Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb olunması üçün təqdimat verilməsini xahiş etmişdir. Onun əməlində qərəzlilik elementləri olduğundan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət məsuliyyətinə cəlb edilməsi məsələsinə baxılmasını xahiş etmişdir. İbtidai istitaq zamanı şahid qismində dindirilmiş İmişli rayon icra və probasiya şöbəsinin rəis vəzifəsini icra edən Şahid2 ifadəsində işin hallarına dair Şahid1 göstərdiyi xüsusatları tam təsdiq etmişdir. İş materialları ilə müəyyən olunur ki, İmişli Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(036)-2020/2019 saylı qətnaməsi ilə Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs arasında xx.xx.2011-ci il tarixdə, 300 nömrəli akt qeydi ilə bağlanmış nikah pozulmuş, Təqsirləndirilən şəxs xx.xx.2007-ci il təvəllüdlü X9 və xx.xx.2010-cu il təvəllüdlü X4 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 160 manat olmaqla, cəmi 320 manat sabit pul məbləğində alimentin tutularaq Zərərçəkmiş şəxs xeyrinə verilməsi qət edilmişdir. İmişli Rayon Məhkəməsinin 21 fevral 2020-ci il tarixli, 3(036)-83/2020 saylı və xx.xx.2022-ci il tarixli 3(036)-304/2022 qərarlarına əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İXM-nın 528.1-ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinərək, müvafiq olaraq 10 gün müddətində inzibati qaydada həbs edilmişdir. Cinаyət işinin mаtеriаllаrınа əlаvə еdilən məhkəmə qətnаməsinin icrаsı ilə bаğlı Təqsirləndirilən şəxs оğlunun аdınа ünvаnlаnmış bоrcun könüllü ödənilməsinə dаir bildirişdən və digər sənədlərdən görünür ki, о, həqiqətən də İmişli Rayon Məhkəməsinin 2(036)- 2020/2019 saylı, 19 sentyabr 2019-cu il tarixli qanuni qüvvəyə minmiş qətnaməsini qərəzli оlаrаq icrа еtməmişdir. İmişli Rayon Məhkəməsinin 19 sentyabr 2019-cu il tarixli 2(036)-2020/2019 saylı qətnaməsi üzrə təqdimat verilən günə, yəni 14.04 2023-cü il tarixədək yaranan aliment borcu 9920 manat təşkil etmişdir. Məhkəmə iclasında müəyyən olur ki, Təqsirləndirilən şəxs tərəfindən məhkəmə baxışı iclasında aliment borcundan zərərçəkmiş şəxsin xeyrinə 3000 (üç min) manat məbləğində borc ödənilmiş və hazırda onun 6920 manat məbləğində aliment borcu qalmışdır. X2 MİL-X7 filialının 28 fevral 2023-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs 13 aprel 2020-ci il tarixdə MİL-X7 filialı tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Məşğulluq” altsistemində işaxtaran şəxs kimi qeydiyyata alınmış, filialla işlə bağlı müraciəti qeydə alınmamışdır. İşə əlavə edilmiş İmişli RPŞ-nin 28 noyabr 2023-cü il tarixli protokolundan görünür ki, Təqsirləndirilən şəxs barəsində polis şöbəsində 440361 nömrəli axtarış işi açılmış və keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində İmişli rayonunda saxlanılaraq Yasamal RPİnin X8 təhvil verilmişdir. Müstəntiqin 30 noyabr 2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs həmin tarixdə Yasamal RPİ-nin X5 azad edilmişdir. İşə əlavə edilmiş 30 noyabr 2023-cü il tarixli “qətimkan tədbiri seçilməsi haqqında” qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2023-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs nəhkum olmamışdır. Cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CM-nin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər. Beləliklə, məhkəmə işdəki sübutları müqayisəli şəkildə qiymətləndirərək hesab edir ki, hadisə ittihamda göstərilən qaydada və şəraitdə baş vermişdir. Məhkəmə iclasında bilavasitə araşdırılmış sübutlarla Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə düzgün tövsif edilmiş və o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarının 1-ci bəndinə əsasən məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni, cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.1-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin göstərilən normalarının müəyyən etdiyi ədalət prinsipi və cəzanın təyin edilməsinin ümumi əsasları cəza təyin edilərkən törədilmiş cinayətin xarakterinin və ictimai təhlükəlilik dərəcəsinin nəzərə alınmasını nəzərdə tutmuşdur. Həmçinin, o da qeyd olunmalıdır ki, cəzanı yüngülləşdirən halları müəyyən edən CMnin 59.1-ci maddəsində nəzərə alınması məcburi olan cəzanı yüngülləşdirən hallar, 59.2-ci maddəsində isə cinayət qanununda göstərilməyən, lakin cinayət hadisəsi və onu törətmiş şəxslə bağlı olan və məhkəmənin qiymətləndirməsinə bağlı olan cəzanı yüngülləşdirən hallar təsbit edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə az ağır cinayət törətməsini, əməlini etiraf edib səmimi peşmançılıq çəkməsini, məhkəmə baxışı iclasında aliment borcundan zərərçəkmiş şəxsin xeyrinə 3000 (üç min) manat məbləğində ödəməsini, zərərçəkmiş şəxsin təqsirləndirilən şəxs barəsində ağır cəza təyin olunması barədə şikayətçi olmamasını, ondan yalnız dəymiş ziyanın ödənilməsini tələb etməsini cəzanı yüngülləşdirən hallar olaraq qiymətləndirir və təqsirləndirilən şəxsin xüsusi mülkiyyətində olan yaşayış evinin satışından əldə edilmiş vəsait hesabına qalan aliment borcunu ödəməklə reallaşdırmaq istəməsini və s. halları nəzərə alaraq, ona təqsirli bilindiyi maddənin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsini qanuni olmaqla əsaslı və ədalətli hesab edir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar məhkəmə tərəfindən müəyyən edilmədi. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində hər gün saat 23:00-dan səhər saat 07:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, İmişli rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmasını məqsədə müvafiq hesab edir. Təqsirləndirilən şəxs təyin edilmiş cəzanı yaşadığı yer üzrə İmişli rayonu ərazisində çəkməli, cəzanın icrası onun yaşadığı yer üzrə İmişli rayon icra və probasiya şöbəsinə həvalə edilməli və cəzasının əvvəli onun cəzasını icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə xərcləri yoxdur. Təqsirləndirilən şəxs müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardım ödəməkdən azad edilməli və vəkil X6 tərəfindən göstərilmiş hüquqi yardıma görə 42 (qırx iki) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına İmişli rayon vəkil bürosunun hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356, 358, 381, 384.1 və 385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə təqsirli bilinib 1 (bir) il 3 (üç) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 68.1.1-1 və 69.3-cü maddələrinə əsasən Təqsirləndirilən şəxs 28 noyabr 2023-cü il tarixdən 30 noyabr 2023-cü il tarixədək həbsdə saxlandığı 2 (iki) gün müddətin bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər hesablanmaqla 4 (dörd) gün təyin edilmiş cəzadan çıxılsın və üzərində qəti olaraq 1 (bir) il 2 (iki) ay 26 (iyirmi altı) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təyin edilmiş cəza müddəti ərzində Təqsirləndirilən şəxs üzərinə hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, İmişli rayonu inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəza çəkməsinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası İmişli rayon icra və probasiya şöbəsinə həvalə edilsin. Barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə xərcləri yoxdur. Təqsirləndirilən şəxs müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardım ödəməkdən azad edilsin. Vəkil X6 tərəfindən göstərilmiş hüquqi yardıma görə 42 (qırx iki) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına İmişli rayon vəkil bürosunun hesabına köçürülsün. Hökmdən 20 gün müddətində İmişli Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və protesti verilmədiyi halda, elan olunduğu andan 20 gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Telman Quliyev
Məhkəmə qərarları › İş №1(036)-18/2024
İmişli Rayon Məhkəməsi Hökm — İş №1(036)-18/2024
03.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver