Azərbaycan Respublikası adından HÖKM İmişli rayonu İş № 1(036)-18/2025 01.04.2025 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Pirverdiyev Zaur Rafiq oğlunun sədrliyi, Hacıyeva Nuranə Busat qızının katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi Bakı şəhəri 18 saylı vəkil bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs2 Hasil oğlu və onun müdafiəçisi Bakı şəhəri “Mərkəz” vəkil bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx.xx.1998-ci ildə İmişli rayonu, Çaxırlı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işləməyən, evli, əvvəllər məhkum olunmamış, İmişli rayonu, Çaxırlı kəndində qeydiyyatda olmaqla Biləsuvar rayonu, 4 saylı qəsəbədə yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 151-ci maddəsi ilə, xx.xx.2000-ci ildə İmişli rayonu, Çaxırlı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işləməyən, subay, əvvəllər məhkum olunmamış, İmişli rayonu, Çaxırlı kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Hasil oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 151-ci maddəsi ilə təqsirləndirimələrinə dair cinayət işinə məhkəmənin inzibati binasında, qapalı məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Hasil oğlu 6 may 2024-cü il tarixdə, saat 02 radələrində həmkəndliləri Şahid1 ilə evli olan Zərərçəkmiş şəxs yaşadığı İmişli rayonunun Çaxırlı kəndindəki fərdi yaşayış evinin həyətində X7 ilə görüşəcəyi barədə məlumat əldə edərək, hər ikisi hasardan keçib Zərərçəkmiş şəxs həyətinə daxil olmuş, orada Zərərçəkmiş şəxs Ş.Verdiyevlə olan münasibəti barədə əri Şahid1 məlumat verəcəklərini bildirərək Zərərçəkmiş şəxs özlərindən asılı vəziyyətə salmış, Zərərçəkmiş şəxs yalvararaq ərinə məlumat verməmələrini xahiş etdikdə, onlar Zərərçəkmiş şəxs mövcud vəziyyətindən, yəni sair asılılığından istifadə edərək onlar ilə cinsi əlaqədə olacağı halda ərinə məlumat verməyəcəklərini bildirməklə qabaqcadan əlbir olan bir qrup şəxs halında Zərərçəkmiş şəxs cinsi əlaqəyə girməyə məcbur etmiş, bundan sonra fərdi yaşayış evinin həyətindəki hamamın giriş hissəsində əvvəlcə Təqsirləndirilən şəxs1 ayaq üstə Zərərçəkmiş şəxs ilə təbii yolla cinsi əlaqəyə girib cinsi ehtirasını təmin etmiş, daha sonra isə Təqsirləndirilən şəxs2 Hasil oğlu ayaq üstə Zərərçəkmiş şəxs ilə təbii yolla cinsi əlaqəyə girərək cinsi ehtirasını təmin etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 151-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 06 may 2024-cü il tarixdə, gecə saat 02 radələrində həmkəndlisi və tanışı Təqsirləndirilən şəxs1 ona zəng edib bir nəfər özünü şübhəli aparan şəxsi kəndin girəcəyində saxladığını bildirib onun yanına gəlməsini demiş, o da razı olub həmkəndlisi Şahid3 da zəng edib çağırmışdır. Oraya çatanda Asimanın kəndinin girəcəyinə çatanda şəhid X6 şəkli olan lövhənin yanında olanda ağ rəngli “Mercedes Benz E270” markalı, dövlət qeydiyyat nişanını bilmədiyi taksidən bir nəfər başında kepka papaq olan gənc adamın düşdüyünü görməsi ona məlum olmuşdur. Maşını kəndin girəcəyində olan enişli yoldan üzü aşağı saxlayıb həmin şəxsə yaxınlaşmışdır. Çünki həmin şəxs kəndin sakini olmamış və şübhəli gəlmişdir. Həmin şəxsə yaxınlaşıb adını, kimə gəldiyini, haradan olmasını soruşanda gah Gəncədən, gah Şəmkirdən olmasını, bu kənddə Rasim adlı şəxsə gəldiyini demişdir. Rasimin 27-30 yaşlı şəxs olmasını, evinin qabaqda olmasını demişdir. Kənddə bu əlamətlərdə Rasim adlı şəxsin olmadığını bilmişdir. Bundan əvvəl Asiman həmin şəxsə Rasimə zəng etməsini, çıxıb qarşılamasını demiş, bir neçə dəfə nömrəyə zəng etmiş və həmin nömrəyə zəng çatmamışdır. Sonra yalan danışdığını görmüş və onu çağırmışdır. Birinci o, gəlmiş və Asimanın maşınına minmiş və Asiman maşını kəndin ərazisində olan kanal qırağına sürmüşdür. Maşında Asimanla birlikdə həmin şəxsdən düz danışmasını, kimə gəlməsini soruşmuş, lakin yenə də yalan danışmağa davam etmişdir. Yalan danışmağı hərəkətlərindən bəlli olmuşdur. Bu zaman Səmran zəng etmiş və oraya gəlmişdir. Səmran gəldikdə maşından düşüb nə qədər soruşsalar da, həmin şəxs düzgün danışmamışdır. Asiman və Səmran şəxsin sifətinə hərəsi bir dəfə şillə vurmuşlar. Həmin şəxs vurmamağı, düzünü deyəcəyini, Günay adlı gəlinlə görüşməyə gəldiyini bildirmişdir. Şəklini göstərmiş, amma həmin qadını tanımamışlar. Həmin şəxs yanlarında gəlinlə “Whatsapp” proqramı vasitəsilə yazışmış və zəng edərək danışmış, kəndə gəldiyini demişdir. Bir neçə dəfə oğlanın telefonu ilə o da gəlinə yazmışdır. Gəlin də oğlanın yanında olmağından xəbərsiz olmuşdur. Oğlana evin yolunu izah etmişdir. Evə çatana yaxın oğlan gəlinə küçəyə çıxmasını demişdir. Təxminən gecə saat 3 radələrində həmin evə çatmışlar. Evə çatdıqda həmin evin Eltonun evi olduğunu bilmişlər. Asiman hasardan həyətə baxmış və gəlinin qapıya tərəf gəldiyini görmüşdür. Asiman hasarı keçərək həyətə düşmüşdür. Həmin vaxt o da hasardan tullanmış və gəlinlə birlikdə hamama daxil olmuşlar. Orada onlar gəlinə oğlanla görüşəcəyi barədə əri Eltona zəng edib deyəcəklərini bildirmişlər. Gəlin isə ona və Asimana yalvararaq nə desələr edəcəyini, ərinə deməməyi xahiş etmişdir. Bundan sonra onlar gəlinə yazıqları gəlib bu barədə Eltona məlumat verməmiş və hasardan küçəyə tullanıb Səmranın yanına gələrək oğlanı yola salmışlar. Onlar Eltonun həyat yoldaşı Nigar ilə cinsi əlaqədə olmamışlar. Bu səbəbdən o, ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilmir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 Hasil oğlu işin hallarına dair digər Təqsirləndirilən şəxs1 ilə eyni məzmunlu ifadə verərək ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməmişdir. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Hasil oğlunu ifadələrini inandırıcı hesab etmir, özünü müdafiə məqsədi daşıyan və törətmiş olduqları cinayət əməlinə görə nəzərdə tutulan cəzadan yaxa qurtarmağa yönəlmiş ifadə hesab edir. Onların törətdikləri cinayət əməli özlərinin ibtidai istintaq zamanı verdikləri etirafedici ifadələri, məhkəmə iclasında dindirilmiş şahidlərin ifadələri, iş materialları və işin digər obyektiv halları ilə tam sübuta yetirilmişdir. Belə ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Hasil oğlu ibtidai istintaq zamanı verdikləri ifadələrində hər ikisi 06 may 2024-cü il tarixdə, gecə saat 2 radələrində Şahid1 həyətinə hasardan daxil olduqdan sonra sonuncunun həyat yoldaşı Zərərçəkmiş şəxs Daşkəsən rayon sakini X7 ilə görüşəcəyi barədə əri Şahid1 məlumat verəcəklərini bildirərək Zərərçəkmiş şəxs özlərindən asılı vəziyyətə saldıqlarını, Zərərçəkmiş şəxs yalvararaq ərinə məlumat verməmələrini xahiş etdikdə, onlar Zərərçəkmiş şəxs mövcud vəziyyətindən istifadə edərək onlar ilə cinsi əlaqədə olacağı halda ərinə məlumat verməyəcəklərini bildirməklə Zərərçəkmiş şəxs cinsi əlaqəyə girməyə məcbur etdiklərini, bundan sonra fərdi yaşayış evinin həyətindəki hamamın giriş hissəsində əvvəlcə Təqsirləndirilən şəxs1, sonra isə Təqsirləndirilən şəxs2 Hasil oğlu ayaq üstə Zərərçəkmiş şəxs ilə təbii yolla cinsi əlaqədə olduqlarını etiraf etmişlər. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, bir il əvvəl Bakı şəhərində yerləşən “Avrasiya” klinikasında qadın xəstəliyi ilə bağlı müalicə aldığından həmin klinikaya tez-tez gedir. Sonuncu dəfə də üç ay əvvəl həmin klinikada bir nəfər Daşkəsən rayon sakini X7 ilə tanış olmuş, mobil telefon nömrələrini bir-birilərinə vermişlər. Həmin vaxtdan bəri telefonda danışmış və bəzi vaxtlarda “Whatsapp” proqramı vasitəsilə yazışmışlar. Telefonda danışan zaman Şamxal onunla görüşmək istədiyini demişdir. Sonuncu dəfə Şamxal ilə 5 may 2024-cü il tarixdə, saat 22 radələrində danışmış və Şamxal məzuniyyətə çıxdığını, kəndlərinə getməmişdən qabaq İmişli rayonu ərazisinə, onun yaşadığı kəndə gələrək onu görüb gedəcəyini bildirmişdir. O, Şamxala əvvəlcə gəlməməsini, sonradan gecə saatlarında gəlməsini demişdir. 5 may 2024-cü il tarixdə, saat 24 radələrində Elton İmişli rayonu Şahverdilər kəndində yerləşən karyerdə işdə olmuşdur. Qayınanası və uşaqları yatdıqdan sonra o, Şamxalla danışmış və sonuncu yolda olduğunu demişdir. Gecə saat 2 radələrində Şamxal ona mesaj yazaraq kənddəki şəhid şəkli olan lövhənin yanında olduğunu və yolu izah etməsini demişdir. O, Şamxala yaşadığı evin yolunu izah etməyə başlamış, sonra Şamxal ona zəng edərək küçəni səhv saldığını demişdir. O, Şamxala bir daha telefonda evin yolunu izah etmişdir. Şamxal ona evin konumunu atmağı izah etmiş, da Şamxala yaşadığı evin konumunu atmış və evdə oturub Şamxalı gözləmişdir. Bir müddət sonra Şamxaldan bir xəbər çıxmadığından, o, bir neçə dəfə zəng etmiş, lakin Şamxal zənginə cavab verməmişdir. Bir müddət sonra Şamxal ona “Whatsapp” proqramı vasitəsilə yazaraq mesaj yazmağını və yolda olduğunu, bir neçə dəqiqə sonra isə çatdığını demişdir. O, Şamxala mesaj yazaraq işıqların keçdiyini, Eltonun birdən evə gələcəyini, qorxduğunu, getməsini demişdir. Şamxal isə ona evə girməyəcəyini, bir dəqiqəlik çölə çıxmağını, görüb qayıdacağını demişdir. O, bir neçə dəqiqə sonra həyətə düşmüş, həyətə düşərkən bir nəfər əvvəllər tanımadığı şəxsin hasarın yanında olduğunu görmüşdür. O, həmin şəxsə tərəf getmiş və onun Şamxal olmadığını görüb geri çəkilmişdir. Həmin şəxs ondan tanıyıbtanımadığını soruşmuş, o, tanımadığını dedikdə ona adının Asiman olduğunu, Çaxırlı kənd sakini olduğunu, Şamxalı tutduqlarını, səsini çıxarmamağı, səsini çıxarsa, onun üçün pis olacağını demişdir. O, ağlamağa başlamış və Asimana yalvararaq Şamxalı buraxmalarını, bu barədə heç kimə deməmələrini xahiş etmişdir. Həmin vaxt sonradan adının Sahil olduğunu bildiyi şəxs də hasardan həyətə tullanmış və yanlarına gəlmişdir. Asiman Sahilə əri Eltona zəng etməsini demiş, o isə yalvararaq əri Eltona zəng etməmələrini onlardan xahiş etmişdir. Bundan sonra Sahilə kimsə zəng etmiş və onlar hasardan tullanıb çıxıb getmişlər. Asiman və Sahil onunla cinsi əlaqədə olmamışdır. Hazırda onun təqsirləndirilən şəxslərə qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə həmçinin zərərçəkmiş şəxsin də ifadəsinə tənqidi yanaşır və inandırıcı hesab etmir ona görə ki, Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı, həmçinin əvvəl keçirilmiş məhkəmə iclaslarında dindirilərkən şəxsi iradəsinə uyğun olaraq ifadələrində göstərmişdir ki, Bakı şəhərində yerləşən “Avrasiya” klinikasında tanış olduğu Daşkəsən rayon sakini X3 zəng edərək klinikadan ona məxsus xəstəlik kağızlarını götürüb ona çatdırmasını xahiş etmişdir. Şamxal Verdiyev isə məzuniyyətə çıxdığını və Daşkəsən rayonuna gedərkən İmişli rayonundan keçib həmin sənədləri ona təqdim edə biləcəyini bildirmişdir. Bu məqsədlə Şamxal Verdiyev 05 may 2024-cü il tarixdə onunla telefon əlaqəsi saxlayıb Şahverdilər kəndi ərazisində olduğunu, Çaxırlı kəndində yaxınlaşdıqda evin yerini ona tarif etməsini və ona zəng vuranda çıxıb sənədləri götürməsini bildirmişdir. Həmin gün gecə saat 2 radələrində Şamxal kəndə yaxınlaşarkən onunla danışıb evin yerini tarif etmişdir. Bir qədər sonra Şamxal “Whatsapp” tətbiqi vasitəsilə ona bayıra çıxmasını yazmışdır. Bundan sonra o, həyətə çıxmış və həyətdə bir nəfər şəxs olduğunu görüb ona yaxınlaşmışdır. Həmin şəxsə yaxınlaşarkən onun Şamxal olmadığını görüb kim olduğunu soruşmuş, şəxs isə cavabında Asiman olduğunu, Şamxalı tutduqlarını, onunla münasibətindən xəbərdar olduqlarını və bu barədə əri Eltona məlumat verəcəyini bildirmişdir. O, ağlamağa başlamış və Asimana yalvararaq Şamxalı buraxmasını, bu barədə heç kimə deməməsini xahiş etmişdir. Həmin vaxt Sahil də hasardan həyətə tullanmış və yanlarına gəlmişdir. Asiman Sahilə əri Eltona zəng etməsini demiş, o isə bir daha yalvararaq əri Eltona zəng etməmələrini xahiş etmişdir. Asiman ona “ya zəng edib Eltona deyəcik, ya da sən bizimlə cinsi əlaqədə olmalısan” deyərək onun üzərinə gəlib əlindən tutmuş, onu əvvəlcə hasara tərəf çəkmiş, sonra isə oranın açıqlıq olduğunu görüb əlindən dartaraq onu hamam otağı ilə ayaqyolunun qarşısına gətirmişdir. O, isə yenə də Asimana yalvarıb etməməsini, ona yazığı gəlməsini xahiş etmişdir. Asiman isə onun dediklərinə məhəl qoymayaraq, onun üzünü divara tərəf çevirmiş, özü isə onun arxasına keçib, onu başından aşağı basaraq “aşağı əyil” demişdir. O, ərinin bilməsindən qorxduğu üçün qışqırmamış, səs çıxarmamış, ancaq yalvararaq dayanmış, Asiman isə onun əynində olan şalvarını və alt paltarını aşağı çəkmiş, koftasını isə yuxarı qaldırmışdır. Bundan sonra Asiman öz şalvarını və tumanını da aşağı çəkib ayaq üstə təxminən 2-3 dəqiqə onunla zorla cinsi əlaqədə olmuşdur. Həmin vaxtda o, nə qədər Asimana etməməsini deyib yalvarsa da, Asiman davam etmişdir. Daha sonra o, ağlaya-ağlaya arxaya durub paltarını çəkmiş və geri çəkiləndə Sahil ona tərəf gəlmişdir. Sahil ona “Geriyə yol yoxdur, mən də edəcəm, yoxsa ərinə deyərəm” deyə bildirmiş və onun şalvarını və tumanını aşağı çəkmişdir. Daha sonra onu Asimanın etdiyi qaydada üzünü divara çevirib, əli ilə başından aşağı basıb təxminən 2-3 dəqiqə onunla zorla cinsi əlaqədə olmuşdur. Sonra kimsə Sahilə zəng edib bayıra çölə çıxmalarını demişdir. Sonra da hər ikisi çıxıb getmişdir. Göründüyü kimi Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı, həmçinin əvvəl keçirilmiş məhkəmə iclaslarında dindirilərkən hər hansı qorxu və ya təzyiq altında olmadan sərbəst şəkildə izahatlar və ifadələr vermişdir. Məhkəmə öz daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanaraq hesab edir ki, Zərərçəkmiş şəxs ibtidai istintaqda və əvvəlki məhkəmə proseslərində verdiyi ifadələr ittihamın mahiyyətinə uyğundur, onun sərbəst iradə ifadəsinin həqiqi məzmunu və hüquqi niyyətləri iş üzrə dindirilmiş şahidlərin ifadələri, iş materialları və tədqiq olunmuş digər sübutlar ilə təsdiq olunur. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 2024-cü ilin iyun ayının əvvəlində həyat yoldaşı Nigar ona iki nəfər şəxs tərəfindən zorlanmasını, lakin həmin şəxsləri tanımadığını bildirmişdir. Sonra o, Nigarı maşınla kənd ərazisinə çıxarmış və kənd camaatını göstərmiş, Nigar isə iki nəfər şəxsi oxşatdığını demişdir. Sonra o, bu məsələni araşdırmışdır. Bibisi oğlu Şahid4 bir nəfər taksinin maşınına minəndə həmin şəxsdən kənd ərazisində bir nəfər gəlin olmasını və tanış uşaqların həmin gəlinlə cinsi münasibətdə olmalarını bildirmişdir. Səcdad bu məsələni araşdırmış və müəyyən etmişdir ki, İmişli rayonu Çaxırlı kənd sakinləri Təqsirləndirilən şəxs1 və X8 adlı şəxs olmuşdur. Həmin şəxslər 2024-cü ilin may ayının əvvəlində kənd ərazisində bir nəfər yad adamı saxlamış və hara getdiyini, bu kənddə nə işi olmasın soruşmuşdur. Həmin şəxs də bir nəfər gəlinin yanına gəldiyini, görüşəcəyini bildirmişdir. Həmin gəlinin isə onun arvadı Nigar olmasını demişdir. Sonra həmin şəxsin vasitəsi ilə arvadını evdən çıxarmış və hədə-qorxu gəlib həmin şəxslə görüşdüyü kimi onlarla da görüşmələrini tələb etmişdir. Evinin həyətində Təqsirləndirilən şəxs1 və X8 arvadı ilə cinsi əlaqədə olmuşlar. Hər ikisi arvadına cinsi əlaqədə olmasa bu barədə ona deyəcəkləri ilə hədələmiş, Nigar da məcbur qalıb Sahil və Asimanla cinsi əlaqədə olmuşdur. Arvadı bu məsələni ona desə də o, dəqiq bilmədiyi üçün heç kimə bir söz deyə bilməmişdir. 1 avqust 2024-cü il tarixdə günorta saatlarında bacısı ona zəng edib arvadı Nigarın gəldiyini demişdir. Bacısı ailəsi ilə birlikdə Sumqayıt şəhərində yaşayır. Bacısının deməsinə görə Nigar döyülməsini və buna görə də evdən qaçmasını demişdir. O da bacısına qəbul etməsini və onun da gələcəyini demişdir. Sonra qayınatası Şirməmmədlə birlikdə Sumqayıt şəhərinə getmiş, “Göyərçin” parkında uşaqlarla birlikdə Nigarı tapmışlar. Nə qədər etsələr də Nigar qayıtmamış və orada hay-küy salmışdır. Polis əməkdaşları oraya gəlmiş və onları polis bölməsinə aparmışlar. Orada Nigar onun və atasının onu öldürmək istədiyini, buna görə də evdən qaçdığını demişdir. Sonra çıxıb getmiş və bir nəfər süpürgəçi qadının evində qalmışdır. O, Nigarın telefon nömrəsinin zəng məlumatlarını çıxartmış və müəyyən etmişdir ki, ən çox ***-***-**-** saylı nömrə ilə mütəmadi əlaqə saxlamışdır. Həmin şəxs isə sonradan araşdırma zamanı müəyyən olunmuşdur ki, Daşkəsən rayonu Tapan kənd sakini X4r. O, həmin şəxsi tanımır. Arvadı həmin şəxslə Bakı şəhərində “Avrasiya” klinikasında müalicə alan zaman tanış olmuşdur. Arvadının münasibət saxladığı X5 yaxalayan üç nəfər şəxsdən biri də Şahid3 olmuşdur. Lakin Asiman və Sahil onun arvadını zorlayan zaman Səmran orada olmamış, Şamxalın yanında küçədə olmuş, arvadı ilə cinsi əlaqədə olmamışdır. Sahil və Asimanın arvadı ilə cinsi əlaqədə olmasını sonradan bilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Verdiyev (Əliyev) Şamxal Şükür oğlu ifadəsində göstərmişdir ki, İmişli rayonu Çaxırlı kənd sakini Zərərçəkmiş şəxs 2024-cü ilin aprel ayının ortalarından tanıyır. O, Nigarla Bakı şəhərində “Avrasiya” klinikasında tanış olmuşdur. Nigar həmin klinikada müalicə almış, onun da tanışı həmin klinikada müalicə aldığı üçün tanışının yanına gedib-gəlmişdir. Nigarı ilk dəfə orada görmüş, həmsöhbət olmuş, bir yerdə bir neçə dəfə çay içib yemək yemişlər. Nigarla sonuncu dəfə 2024-cü ilin aprel ayının sonlarında Bakı şəhərində görüşüb yemək yeyən zaman Nigarın xəstəlik sənədləri onun çantasında qalmışdır. Nigar rayona gedəndən sonra o, sənədlərinin çantada qalmasını, Nigar isə bir yolla çatdırmağı demişdir. 4 may 2024-cü il tarixdə Nigarla telefon danışıqlarında o, sənədləri yol üstü İmişli rayonundan keçən zaman verə biləcəyini demiş, Nigar da razı olmuş və sənədləri kəndlərində olan mağazaya qoymasını demişdir. Gəncə şəhərindən bir nəfər tanımadığı taksi ilə birlikdə İmişli rayonu Çaxırlı kəndinə gəlmiş və kəndin girəcəyində düşmüşdür. Maşından düşüb pulu verəndən sonra bir yük maşını onun yanında saxlamış və içərisindən düşən bir nəfər arıq bədən quruluşlu, adının sonradan Asiman olduğunu bildiyi şəxs ondan kim olmasını və haraya getdiyini soruşmuşdur. O, Asimana yalandan dostunun evinə qonaq gəldiyini demişdir. Asiman dostunun kim olmasını soruşmuş, o da yalandan adının Rasim olmasını, gənc adam olmasını, “VAZ 2107” markalı maşın sürməsini demişdir. Asiman isə həmin əlamətdə bu kənddə adam yaşamadığını demiş və yalan danışdığını hiss etmişdir. Lakin nə olursa olsun o, nəyə və kimə görə gəldiyini deməmişdir. Sonra birlikdə Asimanın yük maşınına oturub orada şifahi formada mübahisə etmişlər. Bu zaman Asiman ona dostuna zəng etməsini demiş, o isə yalandan bir tanışının işləməyən nömrəsinə zəng edərək, Asimana dostunun telefonu söndürdüyünü demişdir. Bundan sonra Asiman bir nəfər tanışına zəng etmiş, həmin şəxs də az sonra gəlmişdir. Gələn şəxsin adının sonradan Sahil olmasını öyrənmişdir. Asiman Sahilə onun yalan danışdığını kəndə kiməsə görə gəldiyini demişdir. Sonra onu kənddə bir yerə aparmışlar. Həmin yer olduqları yerdən bir qədər aralıda olmuşdur. Sonradan Səmran adlı tanışlarını çağırmışlar və həmin şəxs kəndin girəcəyində olmasını demişdir. Sonra onlar kəndin girəcəyinə gəlmişlər. Orada o, Səmrana da kimə görə kəndə gəldiyini deməmişdir. Bu zaman onun sifət nahiyəsinə bir neçə şillə vurmuşlar. Onda telefonu yerə düşmüş, telefon isə açıq vəziyyətdə olmuş, Nigarla “Whatsapp” vasitəsilə danışmışdır. Sonra Asiman onun telefonunu götürmüş və bundan sonra onun qadınla görüşmək üçün gəldiyi bəlli olmuşdur. Asiman və Sahil onun yerinə Nigarla danışmış, lakin danışan zaman hələ qadının Nigar olmasını dəqiq bilməmişlər. Bu zaman Səmran onu buraxmasını demiş, lakin Asiman və Sahil həmin qadının kim olmasını öyrənəcəklərini demişlər. Onlar onun yerinə Nigarla danışıb evinin yolunu tapmış, yaxınlaşanda həmin evin Eltonun evi olmasını təxmin etmişlər. Ona əgər Eltonun arvadıdırsa ərinə desələr onu öldürəcəyini demişlər. O da Asiman və Sahilə belə hərəkət etməmələrini və onu buraxmalarını demişdir. Lakin Sahil və Asiman həmin qadını öyrənəcəklərini demişdir. Sonra o, Səmranın yanında qalmış, Asiman ardınca isə Sahil Nigargilə getmişlər. Onun telefonu da Asimanda olmuşdur. Təxminən iyirmi dəqiqə sonra Asiman və Sahil qayıtmış və ona “eliyəndə belə edirlər” demişlər. Sonra onu yenidən kəndin girəcəyinə aparıb, orada başına bir neçə şillə vurmuşlar. Orada ondan sənədlərini istəmiş, o, əvvəlcə daş karxanasında işlədiyini desə də, sonradan sənədlərinə baxanda hərbiçi olmasını bilmiş və ona hərbiçi olmağına görə keçdiklərini demişlər. Sonra o, yolun kənarı ilə piyada çıxıb getmişdir. Bir xeyli uzaqlaşdıqdan sonra yolda tanımadığı maşını saxlatdırıb birbaşa Gəncəyə getmişdir. Məhkəmə iclasında Şahid3 elan olunmuş ifadəsindən görünür ki, o, ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, 06 may 2024-cü il tarixdə, gecə saat 1-2 radələrində Sahil ona zəng edib Asimanın bir nəfər özünü şübhəli aparan şəxsi kəndin girəcəyində saxlamasını, onun gəlməsini demiş, o da razı olmuşdur. Təxmini yarım saat sonra o, kəndin girəcəyinə gəlmişdir. Oraya çatanda məlum olmuşdur ki, Asiman həmin vaxt Çaxırlı kəndinin girəcəyinə çatanda şəhid X6 şəkli olan lövhənin yanında olanda taksidən bir nəfər başında kepka papaq olan gənc adamın düşdüyünü görmüşdür. Maşını kəndin girəcəyində olan enişli yoldan üzü aşağı saxlayıb həmin şəxsə yaxınlaşmışdır. Çünki həmin şəxs kəndin sakini olmamış və şübhəli gəlmişdir. Həmin şəxsə yaxınlaşıb adını soruşmuşdur. Həmin şəxsdən kimə gəldiyini, haradan olmasını soruşanda gah Gəncədən, gah Şəmkirdən olmasını, bu kənddə Rasim adlı şəxs gilə gəldiyini demişdir. Rasimin 27- 30 yaşlı şəxs olmasını, evinin qabaqda olmasını demişdir. Onlar kənddə bu əlamətlərdə Rasim adlı şəxsin olmadığını bilmişdir. Bundan əvvəl Asiman Rasimə zəng etməsini, çıxıb qarşılamasını demişdir. Bir neçə dəfə nömrəyə zəng etmiş və həmin nömrəyə zəng çatmamışdır. Sonra həmin şəxsin yalan danışdığını görmüş və Sahili çağırmışdır. Birinci Sahil gəlmiş, birlikdə Asimanın maşınına minmişlər, kəndin ərazisində kanal qırağına sürmüşlər. Maşında həmin şəxsdən düz danışmasını, kimə gəlməsini soruşmuşlar. Lakin həmin şəxs yenə də yalan danışmağa davam etmişdir. Həmin vaxtı o, kəndin girəcəyinə gəlib Sahilə zəng etmişdir Bundan əvvəl də Sahil ona zəng edib harada qaldığını, tez gəlməyini demişdir. O, kəndin girəcəyinə qayıtmalarını demişdir. Bir qədər sonra Asiman, Sahil və həmin şəxs gəlmişdir. O, Asiman və Sahil birlikdə həmin şəxsdən nə qədər soruşsa da, həmin şəxs düz danışmamışdır. Asiman və o, hərəsi oğlanın sifətinə bir dəfə şillə vurmuşdur. İlk olaraq o, həmin şəxsi vurmuş, sonra isə Asiman vurmuşdur. Sonda həmin şəxs vurmamağı, həqiqəti deyəcəyini bildirmişdir. Həmin şəxs bu kənddən Günay adlı gəlinlə görüşməyə gəlməsini demiş, şəklini göstərmiş, amma həmin qadını tanımamışlar. Gəlinlə danışmasını, o zaman kim olmasını biləcəklərini bildirmişdir. Yanlarında həmin gəlinlə “Whatsapp” proqramı vasitəsilə yazışmış və zəng edərək danışmış və gəlinə kəndə gəldiyini, kəndin girəcəyində olduğunu demişdir. Bir neçə dəfə oğlanın telefonu ilə Sahil də gəlinə yazmışdır. Gəlin də oğlanın yanında olmalarından xəbərsiz olmuşdur. Oğlana düz yol ilə gəlməsini, yolun kənarında ağ yük maşını olacağını, yük maşının yanında düz keçib gəlməsini, bir az gəldikdən sonra qarşısında mağaza olan üç mərtəbəli evin yanından sola dönməsini, soldan birinci ev olmasını demişdir. Gəlin bir sözlə yolu izah etmişdir. Həmin mağaza Naqilin mağazasıdır. Onlar da gəlinin dediyi yolla piyada həmin evin yanına gəlmişdir. Həmin vaxt kənd ərazisində külək əsdiyi üçün və yağış yağdığına görə işıqlar sönmüşdür. Evə çatana yaxın oğlan gəlinə küçəyə çıxmasını demişdir. Saat təxminən 3 radələrində həmin evə çatmışlar. İlk öncə gəlin yolu səhv demiş, məktəbin yanına qədər gəlmiş, sonra yolu düzəltmişlər. Evin yaxınlığına çatdıqda həmin evin Eltonun evi olduğunu bilmişlər. Sonra o, oğlanın yanında qalmışdır. Oğlanın telefonunu Asiman özü ilə götürmüş və evə tərəf getmişdir. O, evin qapısından təxmini yüz metr aralıda dayanmışdır. Asimandan bir neçə dəqiqə sonra Sahil getmiş və bundan təxmini iyirmi dəqiqə sonra ilk öncə Asiman, sonra da Sahil qayıdıb gəlmişdir. Asiman və Sahil gəlinlə danışıb başa saldıqlarını demişdir. Sonra oğlanı yenidən kəndin girəcəyinə gətirmiş və orada da bir iki şillə vurub yola salmışlar ki, bir də buralara gəlməsin. Səhər açılanda o, Bakıya getmişdir. Ara-sıra Sahil və Asimanla danışmışdır. Amma bu hadisə barədə danışmamışdır. Təxminən bir həftə sonra Sahil ona zəng edib həmin hadisə vaxtı gəlinlə cinsi əlaqədə olduqlarını demişdir. Sahil Asimanın da gəlinlə cinsi əlaqədə olmasını ona demişdir. O da ayıb olmasını, düz etmədiklərini demişdir. Onlar kəndə gələn yad adamı saxlayıb hərəkətinin qarşısını aldıqlarını, amma Asiman və Sahilin heç də həmin şəxsdən fərqlənmədiklərini bildirmişdir. Onun bu hadisədə iştirakı belə olmuşdur. O, həmin oğlanla Eltonun evindən təxmini yüz metr aralıda dayanıb söhbət etmiş, siqaret çəkmişdir. Oğlan Nigarla sosial şəbəkədə tanış olmasını, ilk dəfə də görüşə gəlməsini və müharibə veteranı olmasını da demişdir. Asiman və Sahilin həmin iyirmi dəqiqə ərzində Zərərçəkmiş şəxs həyətində nə etmələri barədə heç nə bilməmişdir. Sahil Asimanla gəlini gözlədiyini, gələcəyini hesab etdiklərini, amma gəlmədiyini demişdir. Sonra isə gəlinin həyətə düşməsini və başa salıb qayıtmalarını demişdir. Amma bundan bir həftə sonra isə ona zəng edib gəlinlə cinsi münasibətdə olmalarını demişdir. Sahil bu barədə ona etiraf edəndən sonra Eltona heç nə deməmişdir. Həmin vaxt Bakıda olmuş, həm də Eltona deməyinin faydası olmayacağını, həmçinin pis nəticələri olacağını fikirləşmişdir. Amma o, orada iştirak etməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 elan olunmuş ifadəsindən görünür ki, o, ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, 2024-cü ilin iyun ayının ortalarında o, kənddə yas yerində olan zaman orada danışılan bir söhbəti eşitmişdir. Kənd adamlarından eşitdiyinə görə həmin vaxt bir ay əvvəl Eltonun arvadı Nigar bir nəfər şəxslə gizli görüşmək istəyən zaman həmin şəxsi kəndin cavan uşaqları yaxalamış və döymüşdür. Sonra isə Nigarla özləri münasibətdə olmuşdur. O, bu söhbəti bu cür eşitmiş, lakin dərinliyinə getməmişdir. Çünki Elton onun qohumu olsa da ciddi bir münasibəti olmamış, həmçinin bunun ailə məsələsi olmasını və ona aidiyyəti olmadığını fikirləşməmişdir. 2024-cü ilin iyun ayının sonlarında Elton özü ona zəng edib belə bir söhbət eşitməsini demişdir. Guya arvadının xəyanət etməsini, gizli olaraq başqa şəxslə münasibət qurmasını, arvadı ilə görüşə gələn şəxsi kəndin uşaqları yaxalamasını, lakin arvadı ilə özləri münasibətdə olmasını demişdir. O da Eltona bu söhbətin kənddə çoxdan olmasını, hamının danışmasını, lakin onun bu məsələ ilə bağlı dərin məlumatının olmadığını, həmçinin ona maraqlı olmadığını bildirmişdir. Sonradan isə bu barədə polis şöbəsində araşdırma aparılmış və həmin kənd sakinlərinin Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Hasil oğlu olması müəyyən edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 elan olunmuş ifadəsindən görünür ki, o, ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, bacısı Nigar 2014-cü ildən İmişli rayonu Çaxırlı kəndinə gəlin gəlmişdir. O da həmin kəndə gəlin gəlmiş və orada ailəsi ilə birlikdə yaşayır. Münasibəti yaxşı olmuşdur. Ayda bir dəfə o, bacısı Nigarın evinə gedib gəlir. Hadisə barədə 2024-cü ilin avqust ayının əvvəllərində atası Şirməmməd Nuriyevdən məlumat almışdır. Asiman və Sahil adlı İmişli rayonu Çaxırlı kənd sakinlərinin bacısı Nigarın kənar şəxslə münasibət saxlamasını öyrənib bu barədə əri Eltona deyəcəkləri ilə hədələyib Nigarla cinsi əlaqədə olmuşlar. O, hadisə barədə sonradan məlumat almışdır. Cinayət işi materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş; Hadisə yerinə Baxış keçirilməsi və götürmə aparılması haqqında 08 avqust 2024-cü il tarixli protokoldan görünür ki, baxış keçirilən yer İmişli rayonu Çaxırlı kəndində yerləşən Şahid1 məxsus fərdi yaşayış evidir. Ev mişar daşından hörülmüşdü. Həyət xırda çay daşları ilə örtülmüş, yeridikcə daşların səsi eşidilir. Həyətin qapısı dəmir dam örtüyündən hazırlanıb, qıfılla bağlanır. Həyət qapısından içəri daxil olanda solda hamam və tualet yerləşir. Hər ikisi köhnə tikilidir. Hamamın giriş qapısı yoxdur. Birinci otaq yaşıl rəngli kafel örtüyü çəkilmişdir. Yer örtüyü köhnədir. Həmin yerə açılan qapılardan biri ayaqyolu, digəri isə çimmək üçün yerdir. Bundan başqa cinayət işinin materiallarına uyğun olaraq Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 hadisə günü həyətə keçdikləri yer təsvir olunan hamamın arxasında yerləşir. Həyətə hasardan daxil olunmuşdur. Hasar mişar daşından hörülmüşdü. Küçə hissəsində yanından qaz dəmir boru xətti keçir. Bundan başqa hasarla hamam arasında 4 metr məsafə, evlə hamam arasında 12 metr məsafə vardır. Baxış zamanı orada iştirak edən Zərərçəkmiş şəxs hadisə günü əynində olan paltarları hadisədən sonra geyinmədiyini, iyrəndiyini, buna görə də evdə saxladığını bildirmiş və təqdim etmişdir. İş üzrə sübut əhəmiyyəti kəsb etdiyi üçün bir ədəd çəhrayı rəngli köynək, bir ədəd şalvar, qara rəngli alt paltarı götürülmüşdür (cild 1, vərəq 40-44); İfadələrin yerində yoxlanması haqqında 09 avqust 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 təklifi ilə İmişli RPŞ-nin inzibati binasının qarşısından xidməti patrul avtomobillərinin müşayiəti ilə İmişli rayonu Çaxırlı kəndi ərazisinə, Zərərçəkmiş şəxs yaşadığı ev istiqamətinə gedilmişdir. Həmin evin yaxınlığına çatanda Təqsirləndirilən şəxs1 avtomobili saxlamağı və düşməyi təklif etmişdir. Təqsirləndirilən şəxs1 istintaq zamanı verdiyi ifadəsinə uyğun olaraq 6 may 2024-cü il tarixdə saat 02 radələrində şəxsiyyəti istintaqa X2 məlum olan şəxsin, Təqsirləndirilən şəxs2 Hasil oğlunun və Şahid3 iştirakı ilə Zərərçəkmiş şəxs evinin yaxınlığına gəldiklərini, Şahid3 və Ş.Verdiyevin orada qaldıqlarını, sonuncunun mobil telefonunu özü ilə götürdüyünü, həmin telefon vasitəsilə Vatsap proqramında Zərərçəkmiş şəxs ilə Şamxal Verdiyevin adından danışdığını, Zərərçəkmiş şəxs həyətə düşməsini bildirməsini, sonra hasardan həyət keçdiyini və Zərərçəkmiş şəxs ilə görüşüb onun bu əməli barədə əri Eltin İmanova deyəcəyini bildirib hədələməklə özü ilə cinsi əlaqədə olmağa məcbur etdiyini, daha sonra isə cinsi əlaqədə olduğu yeri və üsulu qeyd edərək əyani formada göstərmişdir (cild 1, vərəq 106-111); İfadələrin yerində yoxlanması haqqında 09 avqust 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 Hasil oğlunun təklifi ilə İmişli RPŞ-nin İmişli RPŞ-nin inzibati binasının qarşısından xidməti patrul avtomobillərinin müşayiəti ilə İmişli rayonu Çaxırlı kəndi ərazisinə, Zərərçəkmiş şəxs yaşadığı ev istiqamətinə gedilmişdir. Həmin evin yaxınlığına çatanda Təqsirləndirilən şəxs1 avtomobili saxlamağı və düşməyi təklif etmişdir. Təqsirləndirilən şəxs2 istintaq zamanı verdiyi ifadəsinə uyğun olaraq 6 may 2024-cü il tarixdə saat 02 radələrində şəxsiyyəti istintaqa X2 məlum olan şəxsin, Təqsirləndirilən şəxs1 və Şahid3 iştirakı ilə Zərərçəkmiş şəxs evinin yaxınlığına gəldiklərini, Şahid3 və Ş.Verdiyevin orada qaldıqlarını, Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs mobil telefonunu özü ilə götürdüyünü, həmin telefon vasitəsilə Vatsap proqramında Zərərçəkmiş şəxs ilə Şamxal Verdiyevin adından danışdığını, Zərərçəkmiş şəxs həyətə düşməsini bildirməsini, sonra hasardan həyət keçdiyini, ardınca isə özünün getdiyini və Zərərçəkmiş şəxs ilə görüşüb onun bu əməli barədə əri Eltin İmanova deyəcəyini bildirib hədələməklə hər ikisi ilə cinsi əlaqədə olmağa məcbur etdiklərini, daha sonra isə cinsi əlaqədə olduqları yeri və üsulu qeyd edərək əyani formada göstərmişdir (cild 1, vərəq 112-117); Məhkəmə-tibbi ekspertizasının 10 avqust 2024-cü il tarixli, 507 saylı rəyindən görünür ki, 1991-ci il təvəllüdlü Zərərçəkmiş şəxs bədəni üzərində hər hansı bir xəsarət və ya xəsarət izləri aşkar edilməmişdir. Zərərçəkmiş şəxs qızlıq pərdəsinin tamlığı pozulmuş və pozulma müddəti 2 (iki) həftədən artıqdır. Zərərçəkmiş şəxs hamiləlik aşkar olunmamışdır. Zərərçəkmiş şəxs onunla qeyri-təbii yolla cinsi əlaqədə olmanı göstərən əlamətlər (arxa keçəcək dəliyinin-anal dəliyin açıq olması, şüavarı büküşlərin qismən hamarlaşması, düz bağırsağın xarici büzücü əzələsinin-sfinktorun boşalması və s.) aşkar edilmiş, lakin arxa keçəcək dəliyinin girəcəyinin selikli qişasında və düz bağırsağın selikli qişasında hər hansı bir xəsarət olmadığı halda müddəti barədə fikir söyləmək mümkün olmamışdır. Həmin rəydən görünür ki, Zərərçəkmiş şəxs müayinə zamanı bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə saat 02 radələrində yaşadığı evin həyətində olan hamamda həmkəndliləri Asiman və Sahil səs-küy yaratmasın deyə əlləri ilə onun ağzını yumaraq, paltarlarını aşağı çəkib, özünün razılığı olmadan növbə ilə onunla təbii yolla cinsi əlaqədə olmuşlar (cild 1, vərəq 183-184); Məhkəmə-tibbi ekspertizasının 09 avqust 2024-cü il tarixli, 504 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 müayinə zamanı bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə təxminən saat 02 radələrində həmkəndlisi Nigar adlı şəxslə onun yaşadığı evin həyətində olan hamamda təbii yolla cinsi əlaqədə olmuşdur. (cild 1, vərəq 244-245); Məhkəmə-tibbi ekspertizasının 09 avqust 2024-cü il tarixli, 505 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 Hasil oğlu müayinə zamanı bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə təxminən saat 02 radələrində həmkəndlisi Nigar adlı şəxslə onun yaşadığı evin həyətində olan hamamda təbii yolla cinsi əlaqədə olmuşdur. (cild 1, vərəq 246-247); Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, faktla bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 151-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır (cild 1, vərəq 1); Zərərçəkmiş şəxs qismində tanınma haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, həmin tarixdə Zərərçəkmiş şəxs iş üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır (cild 1, vərəq 45); Şübhəli şəxsin tutulması haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 həmin tarixdə, saat 12:35-də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 151-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (cild 1, vərəq 71-72); Şübhəli şəxsin tutulması haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 Hasil oğlu həmin tarixdə, saat 14:35-də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 151-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (cild 1, vərəq 90-91); Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 həmin tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 151-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona həmin maddə ilə ittiham elan edilmişdir (cild 1, vərəq 118); Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 Hasil oğlu həmin tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 151-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona həmin maddə ilə ittiham elan edilmişdir (cild 1, vərəq 131); Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında İmişli Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 151-ci maddələri ilə Təqsirləndirilən şəxs1 barəsində 03 (üç) müddətə həbs qətimkan tədbiri seçilmişdir (cild 1, vərəq 155-160); Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında İmişli Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 151-ci maddələri ilə Təqsirləndirilən şəxs2 Hasil oğlu barəsində 03 (üç) müddətə həbs qətimkan tədbiri seçilmişdir (cild 1, vərəq 161-166); Təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirinin dəyişdirilməsi haqqında İmişli Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 151-ci maddələri ilə Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmişdir. (cild 1, vərəq 230-235); Təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirinin dəyişdirilməsi haqqında İmişli Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 151-ci maddələri ilə Təqsirləndirilən şəxs2 Hasil oğlu barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmişdir. (cild 1, vərəq 236-241); Təqsirləndirilən şəxsə yenidən ittiham elan etmək haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 151-ci maddəsi ilə yenidən ittiham elan edilmişdir (cild 2, vərəq 122-123); Təqsirləndirilən şəxsə yenidən ittiham elan etmək haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 Hasil oğluna Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 151-ci maddəsi ilə yenidən ittiham elan edilmişdir (cild 2, vərəq 135-136); Beləliklə, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Hasil oğlunun törədikləri cinayət əməlləri, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, onların özünün ibtidai istintaq zamanı verdiyi etirafedici ifadələri, zərərçəkmiş şəxsin ibtidai istintaq və məhkəmə istintaqı zamanı verdiyi ifadələri, şahidlərin ifadələri, habelə digər iş materialları ilə tamamilə sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Hasil oğlunun əməlləri Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 151-ci maddəsinə düzgün tövsif edilmiş və onlar həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdırlar. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni, cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Cinayət işi materiallarında olan Təqsirləndirilən şəxs1 səciyyələndirən halları təsdiq edən sənədlərdən görünür ki, o, ilk dəfə az ağır cinayət törədir, əvvəllər məhkum olunmamışdır, evlidir, fərdi əməklə məşğuldur və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.12 və 59.2-ci maddələrinə əsaslanaraq Təqsirləndirilən şəxs1 zərərçəkmiş şəxslə barışıq əldə etməsini və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs1 əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs1 cəza təyin edərkən onun şəxsiyyətini, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən halları, o cümlədən cəzanı ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq ona təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 151-ci maddəsinin sanksiyası çərçivəsində islah işləri növündə cəza təyin edilməsini qanuni və ədalətli hesab edir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 151-ci maddəsi ilə təqsirli bilinib müəyyən müddətə islah işləri cəzasına məhkum edilməli, cəzasını iş yeri üzrə çəkməli və barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayət işi materiallarında olan Təqsirləndirilən şəxs2 Hasil oğlunu səciyyələndirən halları təsdiq edən sənədlərdən görünür ki, o, ilk dəfə az ağır cinayət törədir, əvvəllər məhkum olunmamışdır, subaydır, fərdi əməklə məşğuldur və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.12 və 59.2-ci maddələrinə əsaslanaraq Təqsirləndirilən şəxs2 Hasil oğlunun zərərçəkmiş şəxslə barışıq əldə etməsini və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs2 Hasil oğlunun əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs2 Hasil oğluna cəza təyin edərkən onun şəxsiyyətini, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən halları, o cümlədən cəzanı ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq ona təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 151ci maddəsinin sanksiyası çərçivəsində islah işləri növündə cəza təyin edilməsini qanuni və ədalətli hesab edir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs2 Hasil oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 151-ci maddəsi ilə təqsirli bilinib müəyyən müddətə islah işləri cəzasına məhkum edilməli, cəzasını iş yeri üzrə çəkməli və barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Maddi sübutların həll edilməsi məsələsi ilə bağlı məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan bir ədəd alt paltarı, bir ədəd köynək və bir ədəd şalvarın Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalıdır. İş üzrə mülki iddia, məhkəmə məsrəfləri və xüsusi müsadirə edilməli əmlak yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 197-198, 341-349, 351-353, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ:
1. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 151-ci maddəsi ilə təqsirli bilinib qazancının 15 (on beş) faizi dövlət nəfinə tutulmaqla 2 (iki) il müddətə islah işləri cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 08 avqust 2024-cü il tarixdən 27 dekabr 2024-cü il tarixədək həbsdə və ev dustaqlığında saxlanıldığı 4 (dörd) ay 19 (on doqquz) gün müddətin bir günü islah işləri cəzasının dörd gününə bərabər tutulmaqla təyin edilmiş cəzadan 1 (bir) il 6 (altı) ay 16 (on altı) gün çıxılsın və üzərində qəti olaraq qazancının 15 (on beş) faizi dövlət nəfinə tutulmaqla 5 (beş) ay 14 (on dörd) gün müddətə islah işləri cəzası saxlanılsın. Cəzasını iş yeri üzrə çəksin. Cəza çəkmə müddətinin əvvəli hökm icraya başlanıldığı və məhkumun qazancından dövlət nəfinə tutmaların aparıldığı vaxtdan hesablansın. Barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın.
2. Təqsirləndirilən şəxs2 Hasil oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 151-ci maddəsi ilə təqsirli bilinib qazancının 15 (on beş) faizi dövlət nəfinə tutulmaqla 2 (iki) il müddətə islah işləri cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 08 avqust 2024-cü il tarixdən 27 dekabr 2024-cü il tarixədək həbsdə və ev dustaqlığında saxlanıldığı 4 (dörd) ay 19 (on doqquz) gün müddətin bir günü islah işləri cəzasının dörd gününə bərabər tutulmaqla təyin edilmiş cəzadan 1 (bir) il 6 (altı) ay 16 (on altı) gün çıxılsın və üzərində qəti olaraq qazancının 15 (on beş) faizi dövlət nəfinə tutulmaqla 5 (beş) ay 14 (on dörd) gün müddətə islah işləri cəzası saxlanılsın. Cəzasını iş yeri üzrə çəksin. Cəza çəkmə müddətinin əvvəli hökm icraya başlanıldığı və məhkumun qazancından dövlət nəfinə tutmaların aparıldığı vaxtdan hesablansın. Barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmün icrası İmişli rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. İş üzrə maddi sübut olan bir ədəd alt paltarı, bir ədəd köynək və bir ədəd şalvarın Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. Hökmdən elan olunduğu andan 20 gün müddətində İmişli Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Hakim: Zaur Pirverdiyev