Azərbaycan Respublikası adından HÖKM İmişli rayonu İş № 1(036)-19/2021 02.02.2021 İMİŞLİ RAYON MƏHKƏMƏSİ saat 10:50 Hakim: Nüsrətov Tərlan Vaqif oğlunun sədrliyi, Məhkəmə iclasının katibi: Əhmədova Günel Mirzə qızının katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakı ilə, xx xxxxxx 1969-cu ildə İmişli şəhərində anadan olmuş, ailəli, Azərbaycan Respublikasının vətəndaşı, işsiz, orta təhsilli, məhkum olunmamış, İmişli şəhəri, P.Həsənov küçəsi, ev 69 ünvanda qeydiyyatda olan və yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilməklə, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs... Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs aralarındakı razılaşmaya əsasən tanışı Şahid9 və Şahid10 ilə birlikdə satış məqsədi olmadan şəxsi istifadələri üçün qanunsuz olaraq narkotik vasitə olan heroin əldə etmək məqsədi ilə xx xxxxxx 2020-ci il tarixdə, təxminən saat 15:00 radələrində 15 (on beş) manat pulu, Şahid10 8 (səkkiz) manat pulu Şahid9 vermişdir. Şahid9 isə həmin pulun üstünə 5 (beş) manat da qoyaraq, əldə olunan cəmi 28 (iyirmi səkkiz) manat pula İmişli şəhəri ərazisində yerləşən "xxxx" ASC-nin inzibati binasının qarşısında Şahid11 şəxsi istehlak miqdarından artıq, yəni 0.490 qram çəkidə narkotik vasitə olan heroin alaraq qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşıyıb Şahid10 yaşadığı İmişli şəhəri, Ü.Hacıbəyov küçəsi, 1 saylı evə gətirmişdir. xx xxxxxx 2020-ci il tarixdə, təxminən saat 16:00 radələrində İmişli Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs Şahid10 yaşadığı İmişli şəhəri, Ü.Hacıbəyov küçəsi, 1 saylı evin həyətindəki hamam otağında Şahid10 və Şahid9 ilə həmin narkotik vasitə olan heroini inyeksiya yolu ilə qəbul edən zaman saxlanılmışdır. Eyni zamanda, hamam otağına keçirilən baxış zamanı Təqsirləndirilən şəxs Şahid10 və Şahid9 ilə birlikdə şəxsi istifadələri üçün qanunsuz olaraq əldə edib saxladığı, şəffaf rəngli sellofana bükülmüş 0.490 qram çəkidə narkotik vasitə sayılan heroin və içərisində narkotik vasitə sayılan heroinin izi olan 1 (bir) ədəd 2 ml.lik iynə şpristi aşkar edilərək, götürülmüşdür. Bundan başqa, o, istintaqa məlum olmayan mənbədən təkrarən satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq, yəni 0.283 qram çəkidə narkotik vasitə olan heroin əldə edib üzərində saxlamaqla daşımışdır. xx xxxxxx 2020-ci il tarixdə, təxminən saat 12:00 radələrində İmişli Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində İmişli şəhəri, H.Aslanov küçəsində saxlanılaraq, Polis Şöbəsinə gətirilmiş və üzərində şəxsi axtarış aparılan zaman əynindəki boz rəngli şalvarın arxa sol cibindən 1 (bir) ədəd sellofana bükülmüş 0.283 qram çəkidə narkotik vasitə olan heroin, sağ ön cibindən 1 (bir) ədəd 2 ml.lik iynə şpristi və 3 (üç) ədəd iynə aşkar edilərək, götürülmüşdür. Məhkəmə istintaqı zamanı dindirilmiş Təqsirləndirilən şəxs özünü təqsirli bilərək, ifadəsində bildirmişdir ki, o, narkotik vasitə istifadəçisidir. Narkotik vasitəni adətən tanımadığı şəxslərdən əldə edib istifadə edir. xx xxxxxx 2020-ci il tarixdə, saat 15:00 radələrində evə gedən zaman İmişli şəhəri ərazisində yerləşən “Sabir” parkından çıxanda küçədə tanışları Şahid10 və Şahid9 ilə görüşmüşdür. Görüş zamanı Mirnail və Nazim narkotik vasitə olan heroin almağa getdiklərini demişdir. O, şəxsi istifadəsi üçün narkotik vasitə əldə etmək məqsədi ilə Nazimə 15 (on beş) AZN məbləğində pul vermişdir. Nazim pulu alıb narkotik vasitə almağa getmişdir. Təxminən 15-20 dəqiqə sonra Nazim narkotik vasitə olan heroin alıb, onların yanına qayıtmışdır. Daha sonra onlar birlikdə Mirnailin yaşadığı evə getmişlər. Onlr evin həyətinə keçmiş, həyətdə yerləşən hamam otağında olan zaman Mirnail narkotik vasitə olan heroini hazırlamaq üçün lazım olan avadanlıqları oraya gətirmişdir. Mirnail narkotik vasitə olan heroini “novokain” şüşəsində bişirmiş, onlar birlikdə heroini iynə ilə qəbul edən zaman İmişli Rayon Polis Şöbəsinin polis əməkdaşları hamam otağına daxil olmuşlar. Əməliyyat-axtarış tədbirləri zamanı İmişli Rayon Polis Şöbəsinin polis əməkdaşları hamam otağına baxış keçirmişlər, baxış zamanı narkotik vasitə heroin olan bükümü və şprisləri oradan götürmüşlər. Bundan başqa, o, ifadəsində bildirmişdir ki, Nəsirov Rövşən Nəsir oğlu ilə aralarında dostluq əlaqələri vardır. Nəsirov Rövşən Nəsir oğlunda həmişə narkotik vasitə olan heroin olur və o, bundan xəbərdardır. Əvvəllər Rövşəndən narkotik vasitə almamışdır. xx xxxxxx 2020-ci il tarixdə, saat 12:00 radələrində Rövşənin yaşadığı İmişli şəhəri, H.Aslanov küçəsində yerləşən fərdi yaşayış evinə getmişdir. Həmin vaxt Rövşən və ailəsi evdə olmuşlar. Həyətə daxil olduqdan sonra Rövşəni səsləyib çağırmışdır. Rövşən həmin vaxt üzərində narkotik vasitə olan heroin olduğunu bildirmişdir. O, Rövşənə üstündə 20 (iyirmi) AZN məbləğində pul olduğunu demiş, Rövşən də şalvarının cibindən 1 (bir) ədəd sellofana bükülmüş büküm çıxararaq, ona vermiş və həmin sellofanın içərisində 0.300 qram heroin olduğunu demişdir. O, heroini Rövşəndən alıb şalvarının sol arxa cibinə qoymuş və Rövşənə 20 (iyirmi) AZN məbləğində pul verərək həyətdən çıxıb İmişli şəhəri, H.Aslanov küçəsi ilə hərəkətə davam etmişdir. Bu zaman mülki geyimdə olan şəxslər ona yaxınlaşıb, özlərini İmişli Rayon Polis Şöbəsinin polis əməkdaşları kimi təqdim edərək, İmişli Rayon Polis Şöbəsinə getməyi təklif etmişlər. O da, polis əməkdaşlarının təkilfini qəbul edərək, onlar ilə birlikdə İmişli Rayon Polis Şöbəsinə getmişdir. Polis Şöbəsində xidməti otaqların birində müdafiəçinin və hal şahidlərinin iştirakı ilə üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı əynində olan boz rəngli şalvarın arxa sol cibindən 1 (bir) ədəd sellofana bükülmüş büküm və şalvarın qabaq sağ cibindən isə 1 (bir) ədəd şpris, 3 (üç) ədəd iynə ucluğu aşkar edilərək. götürülmüşdür. Üzərindən digər qanunsuz narkotik vasitə, əşya və predmet aşkar edilməmişdir. O, polis əməkdaşlarında üzərindən aşkar edilmiş həmin bükümün içərisində narkotik vasitə olan heroin olduğunu və şəxsi istifadəsi üçün dostu Nəsirov Rövşən Nəsir oğlundan 20 (iyirmi) AZN məbləğinə aldığını demişdir. Onun həmin narkotik vasitəni satmaq və ya kiməsə bağışlamaq niyyəti olmamış, sadəcə olaraq özünün istifadə etməsi üçün özündə saxlamışır. Hal-hazırda törətdiyi cinayət əməlini etiraf edir və səmimi peşmanlıq hissi keçirir. Bütün bunları nəzərə alaraq, barəsində məhkəmə tərəfindən yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində bildirmişdir ki, o, İmişli Rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsi axtarış üzrə baş əməliyyat müvəkkili vəzifəsində işləyir və polis baş leytenantıdır. xx xxxxxx 2020-ci il tarixdə onun icraatına İmişli şəhəri, P.Həsənov küçəsi, ev 69 ünvanda yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin gəzdirməsi və qəbulu ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Əməliyyat məlumatının yoxlanılması üçün bu barədə raportla İmişli Rayon Polis Şöbəsinin rəhbərliyinə məruzə etmişdir. Rəhbərliyin müvafiq göstərişi əsasında X5 ətrafında əməliyyat-axtarış tədbirlərinin keçirilməsi üçün qərar qəbul edilmişdir. İmişli Rayon Polis Şöbəsinin rəis müavini, polis polkovnik-leytenantı X2, İmişli Rayon Rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin əməliyyat müvəkkilli Gözəlov Elvin Tofiq oğlundan, Şahid1 və İmişli Rayon Polis Şöbəsinin Təhqiqat Bölməsinin təhqiqatçısı, polis baş leytenantı X3 ibarət tərkibdə əməliyyat qrupu yaradılmış və İmişli şəhəri, H.Aslanov küçəsində əməliyyat tədbirini həyata keçirmək üçün müşahidəyə başlamışlar. Həmin gün, təxminən saat təxminən 12:00 radələrində Təqsirləndirilən şəxs İmişli şəhəri, H.Aslanov küçəsi ilə hərəkət etdiyini görmüşdür. Onlar Təqsirləndirilən şəxs yaxınlaşıb, özlərini İmişli Rayon Polis Şöbəsinin polis əməkdaşları kimi təqdim edərək, İmişli Rayon Polis Şöbəsinə getməyi təklif etmişlər. Təqsirləndirilən şəxs polis əməkdaşlarının təkilfini qəbul edərək, onlar ilə birlikdə İmişli Rayon Polis Şöbəsinə getmişdir. Təhqiqatçı tərəfindən müdafiəçinin və dəvət edilmiş hal şahidlərinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan boz rəngli şalvarın arxa sol cibindən 1 (bir) ədəd sellofana bükülmüş büküm və şalvarın qabaq sağ cibindən isə 1 (bir) ədəd şpris, 3 (üç) ədəd iynə ucluğu aşkar edilərək. götürülmüşdür. Təqsirləndirilən şəxs aşkar edilərək, götürülmüş bükümün içərisində nə olduğu soruşulduqda o, həmin bükümdə olan maddənin narkotik vasitə olan heroin olduğunu və şəxsi istifadəsi üçün dostu Nəsirov Rövşən Nəsir oğlundan 20 (iyirmi) AZN məbləğinə aldığını bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək, götürülmüş həmin narkotik vasitə olan heroin Təqsirləndirilən şəxs, hal şahidlərinin və müdafiəçinin iştirakı ilə qablaşdırılaraq zərfin içərisinə qoyulmuş, möhürlənmişdir. Bu barədə təhqiqatçı tərəfindən müvafiq protokol tərtib edilmiş, protokol ucadan oxunmuş, heç bir etiraz daxil olmamış əlavə və düzəlişlik edilmədən bütün iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Gözəlov Elvin Tofiq oğlu və Şahid1 Şahid3 ifadəsi ilə eyni məzmunlu ifadə vermişlər. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 Rafiq oğlu ifadəsində bildirmişdir ki, o, İmişli Rayon Polis Şöbəsinin X4 əməliyyat müvəkkili vəzifəsində işləyir və polis leytenantıdır. xx xxxxxx 2020-ci il tarixdə İmişli Rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsi axtarış üzrə baş əməliyyat müvəkkili vəzifəsində işləyən Şahid2 icraatına İmişli rayon sakinləri Şahid9, Təqsirləndirilən şəxs və Şahid10 üzərlərində narkotik vasitə olan heroin saxlamaları və Şahid10 evində olacaqları barədə əməliyyat məlumatı daxil olmuşdur. Əməliyyat məlumatının yoxlanılması üçün bu barədə raportla İmişli Rayon Polis Şöbəsinin rəhbərliyinə məruzə etmişdir. Rəhbərliyin müvafiq göstərişi əsasında əməliyyataxtarış tədbirlərinin keçirilməsi üçün qərar qəbul edilmiş və əməliyyat qrupu yaradılmışdır. xx xxxxxx 2020-ci il tarixdə, təxminən saat 15:00 radələrində Şahid10 yaşadığı İmişli şəhəri Ü.Hacıbəyov küçəsi, ev 1 ünvanda yerləşən fərdi yaşayış evini müşahidəyə başlamışlar. Hal-şahidlərinin iştirakı ilə Şahid10 yaşadığı evin həyətinə daxil olmuşlar. Bu zaman Şahid10 yaşadığı evin həyətyanı sahəsində olan hamam otağından çıxmışdır. Həmin vaxt orada Təqsirləndirilən şəxs və Şahid9 da olmuşdur. Keçirilmiş baxış zamanı həmin şəxslərin hamam otağında sol tərəfdəki beton hörgünün üzərində narkotik vasitə qəbul etdiklərini, eyni zamanda, beton hörgünün üzərində 1 (bir) ədəd sellofana bükülmüş büküm və şprislər aşkar edilmişdir. Bundan başqa, hamam otağında beton hörgünün üzərində 1 (bir) ədəd “Fly” markalı mobil telefon, 2 (iki) ədəd alışqan, 2 (iki) ədəd cib dəsmalı, Şahid9 məxsus şəxsiyyət vəsiqəsi, 1 (bir) ədəd göy rəngli sellofan torba, 2 (iki) ədəd içərisi boş olan siqaret qutusu aşkar edilmişdir. Baxış zamanı aşkar edilərək, götürülmüş 1 (bir) ədəd sellofan bükümün içərisində nə olduğu soruşulduqda həmin şəxslər bükümdə olan maddənin narkotik vasitə olan heroin olduğunu və Şahid11 28 (iyirmi səkkiz) AZN məbləğinə aldığını bildirmişlər. Baxış zamanı aşkar edilərək, götürülmüş həmin narkotik vasitə olan heroin hal şahidlərinin və müdafiəçinin iştirakı ilə qablaşdırılaraq zərfin içərisinə qoyulmuş, möhürlənmişdir. Bu barədə təhqiqatçı tərəfindən müvafiq protokol tərtib edilmiş, protokol ucadan oxunmuş, heç bir etiraz daxil olmamış əlavə və düzəlişlik edilmədən bütün iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid9 ifadəsində bildirmişdir ki, o, İmişli şəhəri, P.Həsənov küçəsi, ev 6 ünvanda yaşayır. Bir müddət Rusiya Federasiyasında yaşamışdır. O, uzun müddətdir ki, narkotik vasitələr qəbul edir. 2013-cü il tarixdə Rusiya Federasiyasından geri döndükdən sonra 2017-ci ildən yenidən narkotik vasitə qəbul etdiyi üçün İmişli Rayon Mərkəzi Xəstəxanasında qeydiyyata düşərək müalicə almışdır. O, 2 (iki) ay əvvəl hal-hazırda ölmüş olan “Nəsimi” adlı şəxsdən Şahid11 mobil telefon nömrəsini almışdır. xx xxxxxx 2020-ci il tarixdə, təsminən saat 15:00 radələrində o, qızı Fatimənin istifadəsində olan “***-*******” mobil telefon nömrəsi ilə Şahid11 istifadəsində olan “***-*******” mobil telefon nömrəsinə zəng edərək, narkotik vasitə olan heroin almaq istədiyini bildirmişdir. O, İmişli şəhər sakinləri Şahid10 və Təqsirləndirilən şəxs ilə birlikdə İmişli şəhəri, Heydər Əliyev prospektində yerləşən hədiyyələr mağazasının yaxınlığında görüşərək, narkotik vasitə olan heroin çəkmək barədə razılığa gəlmişlər. Bu məqsəd ilə Şahid10 ona 8 (səkkiz) AZN məbləğində və Təqsirləndirilən şəxs isə 15 (on beş) AZN məbləğində pul vermişlər. O da həmin pulun üstünə 5 (beş) AZN məbləğində pul qoyaraq, həmin şəxslərə ümumilikdə 28 (iyirmi səkkiz) AZN məbləğinə İmişli şəhər sakini Şahid11 narkotik vasitə alacağını demişdir. Daha sonra o, Şahid11 ilə İmişli şəhərində yerləşən “xxxx” ASC-nin filialının yanında görüşərək, ona 28 (iyirmi səkkiz) AZN məbləğində pul verib, qarşılığında 1 (bir) büküm qəhvəyi rəngli bağlamada narkotik vasitə olan heroin almışdır. Lakin o, Şahid10 və Təqsirləndirilən şəxs birlikdə Mirnailin anasına məxsus İmişli şəhəri ərazisində yerləşən “Aeroport” adlı ərazidə yerləşən fərdi yaşayış evində narkotik vasitə olan heroini qəbul etmək istəyən zaman İmişli Rayon Polis Şöbəsinin polis əməkdaşları tərəfindən şübhəli şəxs qismində saxlanılmışlar. İmişli Rayon Məhkəməsinin 1(036)-021/2021 saylı, xx xxxxxx 2021-ci il tarixli hökmü ilə özü Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinib, 1 (bir) il, 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına və Şahid10 isə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinib, 1 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid10 Şahid9 ifadəsi ilə eyni məzmunlu ifadə vermişdir. Cinayət işində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza X6 Bölməsinin 62 saylı, xx xxxxxx 2020-ci il ekspert rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində: “Şahid10 Mörmövsüm oğlunun yaşadığı evin...” sözləri yazılmış kağız paketdə 1. 1 (bir) ədəd polietilen kəsiyi bükümündə təmiz çəkisi 0.490 qram olan qəhvəyimtil rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir; 2. 1 (bir) ədəd 2.0.ml.-lik şprisin içərisində həcmi 0.1 ml olan mayenin tərkibində narkotik vasitə aşkar edilməmişdir; 3. 1 (bir) ədəd 2.0.ml.-lik şprisdə narkotik vasitə heroinin izi vardır. İz mikrohissəcikləri normal çəki təşkil etmədiyindən (elektron tərəzinin ölçmə həddindən xaric-mikroçəki) və bu səbəbdən də müqayisəli tədqiqatın aparılması mümkün olmadığı üçün iz mikrohissəciklərinin miqdarını və eyniliyini müəyyən etmək mümkün deyildir. Cinayət işində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza X6 Bölməsinin 18/834 saylı, xx xxxxxx 2020-ci il ekspert rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində: “Təqsirləndirilən şəxs üzərindən...” sözləri yazılmış kağız paketdə 1 (bir) ədəd bükümdə təmiz çəkisi-0.283 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroinin ümumi təmiz çəkisi-0.283 qram, cəmi tədqiqata istifadə olundu-0.05 qram, qalıq-0.233 qramdır. Məhkəmə bioloji ekspertizasının keçirilməsi üçün aparılmış tədqiqatın dəyəri 31.95 (otuz bir, doxsan beş) AZN məbləği təşkil edir. Cinayət işində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X12 Şəxsi Ambulator X1 705 saylı, xx xxxx 2020-ci il rəyindən görünür ki, Təqsirləndirilən şəxs nevroloji statusu: kəllə-beyin inervasiya normal daxilindədir. Bəbəklər eynidir. Fotoreaksiya normaldır. Akkomodasiya və konvergensiya normaldır. Nistaqm yoxdur. Burun-dodaq büküşləri simmetrikdir. Udma və yumşaq damaq refleksi normaldır. Dili orta xətt üzrədir. Kerer nöqtələr ağrısızdır. Vətər və sümüküstü refleksləri normaldır. Parez və plegiya yoxdur. Patoloji reflekslər aşkarlanmır. Qarın refleksi normaldır. Romberq vəziyyətində dayanıqsızdır. Qolları uzadılmış vəziyyətdə əl barmaqlarının nisbətən titrəməsi müşahidə olunur. Psixi vəziyyəti: Huşu aydın, bələdliliyi bütün növlərdə saxlanılıb. Suallara düzgün cavab verir. Produktiv psixopatoloji simptomatika aşkar olunmur. Emosional iradi sferası dəyişkəndir. Əhval-ruhiyyəsi aşağıdır. Öz vəziyyətinə tənqidi münasibəti vardır. Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşka olunur. Lakin hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtoyacı yoxdur. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “İmişli Rayon Mərkəzi Xəstəxanası” X11 “narkoman” kimi qeydiyyatda durur. Cinayət işində olan xx xxxxxx 2020-cu il tarixli “şübhəli şəxsi tutma haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işində olan İmişli Rayon Məhkəməsinin 4(036)-006/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs barəsində 3 (üç) ay müddətində “həbs” qətimkan tədbiri seçilmiş və “həbs” etmənin əvvəli xx xxxxxx 2020-ci il tarixdən hesablanmışdır. Cinayət işində olan İmişli Rayon Məhkəməsinin 4(036)-010/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri “ev dustaqlığı” qətimkan tədbiri ilə əvəz edilmiş, o, məhkəmə iclas zalından dərhal azad edilmiş və “ev dustaqlığı”nda saxlanma müddəti “həbs”də saxlanma müddətinin sonuncu gününədək, yəni xx xxxxx 2020-ci il tarixədək hesablanmışdır. Cinayət işində olan xx xxxxx 2020-cu il tarixli “qətimkan tədbirinin seçilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Cinayət işində olan İmişli Rayon Məhkəməsinin 4(036)-078/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs barəsində 3 (üç) ay müddətində “həbs” qətimkan tədbiri seçilmiş və “həbs” etmənin əvvəli xx xxxxxx 2020-ci il tarixdən hesablanmışdır. Cinayət işində olan İmişli rayon İcra Hakimiyyəti Başçısının İmişli şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 137 A saylı, xx xxxxxx 2020-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs İmişli şəhəri, P.Həsənov küçəsi, ev 69 ünvanda qeydiyyatdadır və həyat yoldaşı X9 ilə birlikdə İmişli şəhəri, P.Həsənov küçəsi, ev 69 ünvanda yaşayır. Cinayət işində olan İmişli rayon İcra Hakimiyyəti Başçısının İmişli şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx xxxxxx 2020-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə edilir. Cinayət işində olan İmişli Rayon Məhkəməsinin 1(036)-021/2021 saylı, xx xxxxxx 2021-ci il tarixli hökmündən görünür ki,...1. Şahid10 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinib, 1 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Şahid10 qəti olaraq, 11 (on bir) ay, 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. 2. Şahid9 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinib, 1 (bir) il, 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Şahid9 qəti olaraq, 1 (bir) il, 1 (bir) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Məhkəmə cinayət təqibi üzrə toplanmış sübutları tam, obyektiv və hərtərəfli araşdırıb, mövcud sübutları düzgün təhlil edərək hesab edir ki, Təqsirləndirilən şəxs oğlunun törətdiyi cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə tövsif edilmişdir. Eyni zamanda, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs oğlu Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Bununla yanaşı, Təqsirləndirilən şəxs oğlunun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən cinayət məsuliyyətindən və cəzadan azad etmə üçün əsaslar yoxdur. Bu səbəbdən də, məhkəmə tərəfindən Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs oğlu cəzalanmalı və ona cəza təyin etməklə, barəsində ittiham hökmü çıxarılmalıdır. Məhkəmə tərəfindən təqsirləndirilən şəxsə cəza təyin edilərkən, onun şəxsiyyəti, törətmiş olduğu cinayətin xarakteri və ictimai təhlükəliliyi, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Belə ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən az ağır cinayətlər kateqoriyasına aiddir. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs əməli etiraf etməsini və səmimi peşmanlığını Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cinayətlərin təkrar törətməsini Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs oğluna cəza təyin edərkən cinayətin məqsədi və motivini, təqsirkarın cinayətin törədilməsində rolunu nəzərə alaraq, barəsində təqsirli bilindiyi cinayət qanununun normasında nəzərdə tutulan azadlıqdan məhrum etmə ilə bağlı olan cəzanın təyin edilməsini, cəzaçəkmə müddətinin başlanğıcının məhkumun “şübhəli şəxs qismində” tutulduğu vaxtdan hesablanmasını və “həbs” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmasını məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 197.1.4-cü maddəsinə əsasən mütəxəssisə, ekspertə ödənilməli haqlar və tərcüməçiyə ödəniş haqqı kimi verilməli olan məbləğ məhkəmə məsrəflərinə daxildir. Həmin Məcəllənin 198.1-ci maddəsinə əsasən Bu Məcəllənin 197.1.1, 197.1.2, 197.1.4, 197.1.5-1, 197.1.6-197.1.9-cu maddələrində sadalanan məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər. Məhkəmə cinayət işində olan ekspertiza xərci ilə bağlı məsələyə hüquqi qiymət verərək hesab edir ki, cinayət işinin ibtidai istintaqı zamanı məhkəmə bioloji ekspertizasının keçirilməsi üçün aparılmış tədqiqatın dəyəri olan 31.95 (otuz bir, doxsan beş) AZN məbləğində eskpertiza xərci Təqsirləndirilən şəxs oğlundan tututlaraq, dövlət nəfinə ödənilməlidir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 132.1.6-cı maddəsinə əsasən maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir. Həmin Məcəllənin 136.1-ci maddəsinə əsasən sənəd cinayət prosesini həyata keçirən orqan tərəfindən cinayət təqibi üzrə icraatın materiallarına əlavə edilir və işin bütün saxlanma müddəti ərzində işdə saxlanılır. Məhkəmə cinayət işində olan maddi sübut (“CD” disk) ilə bağlı məsələyə hüquqi qiymət verərək hesab edir ki, cinayət işində olan “xxxx” MMC-dən əldə edilmiş məlumatlara dair 1 (bir) ədəd “CD” disk cinayət təqibi üzrə icraatın materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Məhkəmə cinayət işində olan digər maddi sübutlarla bağlı məsələyə hüquqi qiymət verərək hesab edir ki, cinayət işinin ibtidai istintaqı zamanı Təqsirləndirilən şəxs oğlunun üzərindən aşkar edilərək götürülmüş, İmişli Rayon Polis Şöbəsinin maddi sübutların saxlanması otağına təhvil verilmiş və ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0.233 qram narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Məhkəmə nəzərə alır ki, “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” xx xxxx 2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1-ci maddəsi isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. İş üzrə mülki iddia və müsadirə edilməli əmlak yoxdur. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinsin və 1 (bir) il, 9 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdən xx xxxxx 2020-ci il tarixədək “həbs”də və “ev dustaqlığı”nda saxlanıldığı 3 (üç) ay müddət azadlıqdan məhrum etmə cəza müddətinə bir günə bir gün hesabı ilə 3 (üç) aya bərabər hesablanmaqla, Təqsirləndirilən şəxs qəti olaraq 1 (bir) il, 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimlii cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı xx xxxxxx 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə bioloji ekspertizasının keçirilməsi üçün aparılmış tədqiqatın dəyəri olan 31.95 (otuz bir, doxsan beş) AZN məbləğində eskpertiza xərci tututlaraq, dövlət nəfinə ödənilsin. Cinayət işi üzrə maddi sübutun qalığı olan İmişli Rayon Polis Şöbəsinin maddi sübutların saxlanması otağına təhvil verilmiş və ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0.233 qram narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Hökmdən, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində İmişli Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Tərlan Nüsrətov
Məhkəmə qərarları › İş №1(036)-19/2021
İmişli Rayon Məhkəməsi Hökm — İş №1(036)-19/2021
02.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver