Azərbaycan Respublikası adından HÖKM İmişli rayonu İş № 1(036)-2/2024 11.10.2024 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rayon Məhkəməsinin hakimi Quliyev Telman Osman oğlunun sədrliyi, Şiralıyeva Günel Mirzə qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs1 və müdafiəçisi İmişli rayon vəkil bürosunun vəkili X3, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs2 və müdafiəçisi Bakı şəhəri 4 saylı vəkil bürosunun vəkili Müdafiəçi3 iştirakı ilə, xx xxxxxx 1991-ci ildə İmişli şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 02 iyun 2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirli bilinib 3 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş və məhkumluğu ödənilməmiş, İmişli şəhəri, Muğan küçəsi ev 25 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə, xx xxxxxx 1985-ci ildə İmişli rayonu Qızılkənd kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işsiz, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilmiş, İmişli rayonu Qızılkənd kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə İmişli Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs1 31 yanvar 2021-ci il tarixdə saat 01:30 radələrində İmişli şəhəri, A.Ələsgər küçəsində yerləşən “Kral” şadlıq sarayının birinci mərtəbəsindəki “Bəy” adlanan hamamda, ictimai yerdə, ictimai və şəxsi mənafelərə əhəmiyyətli zərər vuran, cəmiyyətdə insanlar arasında bərqərar olan birgəyaşayış və davranış qaydalarında ifadə olunan ictimai qaydanı kobud surətdə pozaraq, özünü cəmiyyətin fövqündə qoymaqla, digərlərindən əsaslı surətdə fərqləndiyini nümayiş etdirərək, cəmiyyətdə qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymazlıq və cəmiyyətə açıqca hörmətsizlik edərək, yüngül dərəcəli alkoqol sərxoşluğu vəziyyətində, “Bəy” hamamında inzibatçı işləyən Zərərçəkmiş şəxs1 ilə əsaslı səbəb olmadan mübahisə edib, zor tətbiq etməklə onun baş nahiyəsinə bir dəfə yumruqla qəsdən vuraraq döymüşdür. Daha sonra hamamın girişindəki paltardəyişmə otağında olan rəfi yumruq və təpiklə qəsdən vuraraq rəfin şüşələrini və içərisində olan, hamamdan “Kral” şadıq evinin həyətinə çıxaraq, qanunsuz hərəkətlərini davam etdirib, hamama dincəlməyə gələn insanların qarşısını kəsib, onlardan Zərərçəkmiş şəxs2 yaxınlaşaraq, onun Saatlı rayonundan olub-olmamasını soruşmuş, sonuncu Saatlı rayonundan olmadığını bildirdikdə, o, əsaslı səbəb olmadan nalayiq söyüş ifadələri işlədərək, zor tətbiq etməklə yumruğu ilə Zərərçəkmiş şəxs2 qəsdən vurub yerə yıxaraq onu döyməklə, sağ baldırın yuxarı və orta 1/3-nin ön səthində, sol baldırın yuxarı 1/3-nin ön səthində sıyrıqlar, sol diz oynağının ön səthində yaradan ibarət sağlamlığa yüngül zərər vurmaya aid bədən xəsarətlər yetirmişdir. İstintaqa məlum olmayan mobil telefon vasitəsilə tanışı Təqsirləndirilən şəxs2 zəng edərək, onu döydüklərini bildirib köməyə çağırmış, bir neçə dəqiqə sonra Təqsirləndirilən şəxs2 tanışı X8 idarə etdiyi “OPEL ASTRA” markalı, **-TO-*** dövlət qeydiyyat nişanlı avtomobillə hadisə yerinə gələrək, bir əlində beysbol toxmağı, digər əlində bıçaq avtomobildən düşüb uca səslə Həmdullanın kim tərəfindən döyüldüyünü soruşmuşdur. Bu zaman o, Təqsirləndirilən şəxs2la birlikdə artıq bir qrup şəxs halında qərəzli xuliqanlıq hərəkətlərini davam etdirərək, Təqsirləndirilən şəxs2 əlindən soyuq silah hesab edilməyən beysbol toxmağını alıb, həmin toxmaqdan silah qismində istifadə etməklə, heç bir əsaslı səbəb olmadan Zərərçəkmiş şəxs3 sağ dirsəyindən və baş nahiyəsindən qəsdən vuraraq, ona sağ dirsək oynağın arxa səthində sıyrıq, ənsə nahiyəsində yaradan ibarət sağlamlığa zərər vurmayan bədən xəsarətləri yetirmişdir. Zərərçəkmiş şəxs3 qardaşı Zərərçəkmiş şəxs4 qardaşının döyüldüyünü görüb ictimai qaydanın qorunması üzrə üzrə vəzifəni yerinə yetirərək, onun qanunsuz hərəkətlərinin qarşısını almaq məqsədilə qarşısına çıxıb qardaşına köməklik göstərmək istədikdə, o, zor tətbiq etməklə müqavimət göstərərək, silah qismində istifadə etdiyi toxmaqla Zərərçəkmiş şəxs4 qəsdən bir neçə dəfə vuraraq, ona alın nahiyəsində sağda, burnun üstündə, sağ dirsək oynağının arxa səthində sıyrıqlar və ənsə nahiyəsində yaradan ibarət sağlamlığa yüngül zərər vurmaya aid bədən xəsarətləri yetirmişdir. Təqsirləndirilən şəxs2 isə onun qanunsuz hərəkətlərinə qoşularaq, bir qrup şəxs halında “Kral” şadlıq sarayının həyətində, ictimai yerdə, ictimai və şəxsi mənafelərə əhəmiyyətli zərər vuran, cəmiyyətdə insanlar arasında bərqərar olan birgəyaşayış və davranış qaydalarında ifadə olunan ictimai qaydanı kobud surətdə pozaraq, özünü cəmiyyətin fövqündə qoymaqla, digərlərindən əsaslı surətdə fərqləndiyini nümayiş etdirərək, cəmiyyətdə qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymazlıq və cəmiyyətə açıqca hörmətsizlik edərək, əlindəki bıçaqla “Kral” şadlıq sarayının həyətindəki insanların üzərinə hücum çəkərək, bıçaqla onlara qarşı zor tətbiq edəcəyi hədəsini nümayiş etdirib, bıçağı sağa-sola yelləməklə insanları qorxudaraq onlarda qorxu və həyəcan hissləri yaratmışdır. İnsanlar onun bu hərəkətlərindən qorxaraq qaçmış və bununla da o, uzun müddət ərzində əvvəlcə tək, daha sonra isə Təqsirləndirilən şəxs2 ilə birlikdə qərəzli xuliqanlıq etmişdir. Təqsirləndirilən şəxs2 31 yanvar 2021-ci il tarixdə saat 01:30 radələrində İmişli şəhəri, A.Ələsgər küçəsində yerləşən “Kral” şadlıq sarayının birinci mərtəbəsindəki “Bəy” adlanan hamamda və “Kral” şadlıq sarayının həyətində qərəzli xuliqanlıq hərəkətləri edən tanışı Təqsirləndirilən şəxs1 istintaqa məlum olmayan mobil telefon vasitəsilə zəng edərək döyülməsini bildirib köməyə çağırışı əsasında tanışı X8 idarə etdiyi “OPEL ASTRA” markalı, **-TO-*** dövlət qeydiyyat nişanlı avtomobillə hadisə yerinə gələrək, bir əlində beysbol toxmağı, digər əlində bıçaq avtomobildən düşüb uca səslə Həmdullanın kim tərəfindən döyüldüyünü soruşmuşdur. Bu zaman Təqsirləndirilən şəxs1 onun əlindən soyuq silah hesab edilməyən beysbol toxmağını alıb, həmin toxmaqdan silah qismində istifadə etməklə, heç bir əsaslı səbəb olmadan Zərərçəkmiş şəxs3 sağ dirsəyindən və baş nahiyəsindən qəsdən vuraraq, ona sağ dirsək oynağın arxa səthində sıyrıq, ənsə nahiyəsində yaradan ibarət sağlamlığa zərər vurmayan bədən xəsarətləri yetirmişdir. Zərərçəkmiş şəxs3 qardaşı Zərərçəkmiş şəxs4 qardaşının döyüldüyünü görüb ictimai qaydanın qorunması üzrə üzrə vəzifəni yerinə yetirərək, Təqsirləndirilən şəxs1 qanunsuz hərəkətlərinin qarşısını almaq məqsədilə qarşısına çıxıb qardaşına köməklik göstərmək istədikdə, Təqsirləndirilən şəxs1 zor tətbiq etməklə müqavimət göstərərək, silah qismində istifadə etdiyi toxmaqla Zərərçəkmiş şəxs4 qəsdən bir neçə dəfə vuraraq, ona alın nahiyəsində sağda, burnun üstündə, sağ dirsək oynağının arxa səthində sıyrıqlar və ənsə nahiyəsində yaradan ibarət sağlamlığa yüngül zərər vurmaya aid bədən xəsarətləri yetirmişdir. O, isə Təqsirləndirilən şəxs1 qanunsuz hərəkətlərinə qoşularaq, bir qrup şəxs halında “Kral” şadlıq sarayının həyətində, ictimai yerdə, ictimai və şəxsi mənafelərə əhəmiyyətli zərər vuran, cəmiyyətdə insanlar arasında bərqərar olan birgəyaşayış və davranış qaydalarında ifadə olunan ictimai qaydanı kobud surətdə pozaraq, özünü cəmiyyətin fövqündə qoymaqla, digərlərindən əsaslı surətdə fərqləndiyini nümayiş etdirərək, cəmiyyətdə qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymazlıq və cəmiyyətə açıqca hörmətsizlik edərək, əlindəki bıçaqla “Kral” şadlıq sarayının həyətindəki insanların üzərinə hücum çəkərək, bıçaqla onlara qarşı zor tətbiq edəcəyi hədəsini nümayiş etdirib, bıçağı sağa-sola yelləməklə insanları qorxudaraq, onlarda qorxu və həyəcan hissləri yaratmışdır. İnsanlar onun bu hərəkətlərindən qorxaraq qaçmış və bununla da o, uzun müddət ərzində Təqsirləndirilən şəxs1 ilə birlikdə qərəzli xuliqanlıq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 ona qarşı irəli sürülmüş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə olan ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, xx.xx.2021-ci il tarixdə o, istirahət etmək məqsədilə İmişli şəhərində yerləşən “Kral” şadlıq evinin ərazisində fəaliyyət göstərən “Bəy” hamamına getmiş və xx.xx.2021-ci il, saat 01-30 radələrində hamamdan çıxaraq hesabı ödəməkdən ötrü inzibatçıya yaxınlaşmışdır. Həmin vaxt o, hamamda 2-3 bakal pivə içdiyi üçün sərxoş olmuş və inzibatçı Zərərçəkmiş şəxs1 hesabı aldıqdan sonra isə bir neçə dəfə sözgəlişi “qonaq ol” deməsindən əsəbləşərək onunla mübahisə etmişdir. Zərərçəkmiş şəxs1 onun əsəbləşdiyini görüb çıxıb getmək istərkən o, əsəblərini cilovlaya bilməyərək girişdə qoyulmuş şkafa yumruqla vuraraq şkafın şüşələrini sındırmış, stolun üstünə qoyulmuş çaynik isə əlinə ilişdiyi üçün yerə düşüb sınmışdır. Sonra o, çölə çıxaraq “Kral” şadlıq evinin qarşısında dayanmış tanımadığı şəxslərdən nəsə soruşmuş, lakin biri-birini başa düşmədiklərinə görə aralarında mübahisə başlamış və həmin anda qəflətən sifət nahiyyəsindən zərbə aldığı üçün onlarla dalaşmağa başlayaraq bir neçə yumruq zərbəsi endirmiş, lakin həmin zərbələrin kimə dəydiyini bilməmişdir. Onunla dalaşanların hər biri yumruq zərbələrindən yayınaraq hərə bir tərəfə qaçmış və o, “Kral” şadlıq evinin yuyunma otağına keçib sifətinin qanını yuduqdan sonra çıxıb “VAZ 2107” markalı taksi avtomobili ilə evə getmişdir. Hazırda əməlindən peşmandır və zərərçəkmiş şəxslərlə barışdığına görə barəsində yüngül cəza təyin olunmasını xahiş etdi. Təqsirləndirilən şəxs2 ona qarşı irəli sürülmüş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə olan ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, o, İmişli rayonu Qızılkənd kəndində qeydiyyatda olmasına baxmayaraq ailə üzvləri ilə birlikdə “Kral” şadlıq evinin yaxınlığındakı çoxmənzilli yaşayış binasında kirayədə yaşayır. 31 yanvar 2021-ci il tarixdə saat 01-30 radələrində məhəllədə bir qədər gəzişdikdən sonra evə qayıdarkən “Kral” şadlıq evinin qarşısından səs-küy eşidib həmin yerə tərəf getmiş və yaxınlaşarkən ərazidən polis maşınının çıxdığını görüb toplanmış adamlardan nə baş verdiyini və yaşayış binasının yaxınlığında nəyə görə səs-küy saldıqlarını soruşmuşdur. Həmin vaxt orada olan adamlardan bir az qabaq həmin yerdə dava-dalaş olduğunu, dalaşanların isə artıq ərazidən çıxıb getdiklərini öyrənərək ordan çıxıb evlərinə getmişdir. Təqsirləndirilən şəxs1 oğlu və Təqsirləndirilən şəxs2 qeyd olunan cinayət əməllərini törətməsi zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, üzləşdirmə protokolları, ekspertiza rəyləri və əldə olunmuş maddi sübutlarla və cinayət işi üzrə toplanmış digər mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında zərərçəkmiş şəxs X14 ifadə verərək göstərdi ki, o, İmişli şəhəri, A.Ələsgər küçəsində yerləşən “Kral” şadlıq evinin ərazisində fəaliyyət göstərən “Bəy” hamamında inzibatçı vəzifəsində işləyir. xx.xx.2021-ci il tarixdə, saat 21-00 radələrində Təqsirləndirilən şəxs1 “Bəy” hamamına gəlib içəri girmiş və xx.xx.2021-ci il tarixdə, saat 01- 30 radələrində hamamdan çıxmışdır. Həmin vaxt hamamda İmişli rayonunun Qaralar kəndindən 9-10 nəfər və Saatlı rayonundan 4-5 nəfər adam olmuşdur. Təqsirləndirilən şəxs1 hamamdan çıxdıqdan sonra ona yaxınlaşıb hesabı ödəmişdir. Həmin vaxt onun bir neçə dəfə “qonaq ol” deməsindən Təqsirləndirilən şəxs1 əsəbləşmiş, sərxoş olduğu üçün onunla mübahisə etmiş və yumruqla başına arxadan bir dəfə zərbə vurmuşdur. Ara qarışarkən orada xidmət aparan mühafizəçi İlqarı kömək üçün çağırmış, qorxduğu üçün aradan çıxıb «Kral» şadlıq evinin arxa tərəfinə gedib orada gizlənmişdir. «Kral» şadlıq evinin qarşısında həyətdə dava –dalaş səsləri eşitsədə hadisə yerinə gəlməmişdir. Təxminən yarım saat dava-dalaş qışqırıq və söyüş səsləri eşitmiş, səslər kəsildikdən sonra özü hamama qayıtmışdır. Qayıdarkən hamamda şkaflardan iki ədədinin qapısının petlədən çıxmasını, rəfin iki şüşəsinin və rəfdə olan saxsı çaynikin yerə düşüb sınmasını və sınmış şüşə qırıqların hamamda döşəməyə tökülməsini görmüşdür. Bundan başqa hamamda yerdə qan ləkələri olmuş, hamamda olan şəxslərin deməsinə görə qan ləkələri Həmdullanın aldığı xəsarətdən yerə tökülmüşdür. Hadisə vaxtı orada xidmət aparan mühafizəçi İlqar İsmayılov zəng vurub hadisə yerinə iş yoldaşları və polis əməkədaşları dəvət etmişdir. RPŞnin post patrul avtomobili ilə 7-8 polis əməkdaşı hadisə yerinə gəlmişlər. Sonra isə RPŞ-nin əməliyyat istintaq qrupu gəlib hadisə yerinə baxış keçirmişlər. Hazırda Təqsirləndirilən şəxs1 ilə barışdığını, ondan şikayət etmədiyini və heç bir tələbi olmadığını bildirdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs2 ifadə verərək göstərdi ki, o, xx.xx.2021-ci il tarixdə saat 23-00 radələrində o, qohumları ilə birlikdə istirahət etmək məqsədilə İmişli şəhəri, A.Ələsgər küçəsində yerləşən “Kral” şadlıq evinin ərazisində fəaliyyət göstərən “Bəy” hamamına getmiş və təxminən iki saat çimib istirahət etdikdən sonra saat 01-30 radələrində hamamdan çıxmışlar. “Kral” şadlıq evinin qarşısında olarkən tanımadığı bir nəfər ondan kim olduğunu soruşmuş, ona “məni kiminləsə səhv salırsan” deyərək cavab vermiş, lakin birbirini başa düşmədikləri üçün aralarında mübahisə baş vermiş və dalaşmışlar. Həmin vaxt əmisi oğlanları yaxınlaşaraq onu kənara çəkmiş və qarşı tərəfi sakitləşdirməyə çalışsalar da onun fiziki zorakılığı davam etdirdiyini görərək münaqişədən yayınmaq məqsədilə hərə bir tərəfə qaçıb uzaqlaşmışlar. Hadisə yerinə polis əməkdaşları gəldikdən dərhal sonra onlar maşınlarına minib X20 Xəstəxanasına getmiş və ilkin tibbi yardım aldıqdan sonra çıxıb evlərinə getmişlər. İş üzrə zərərçəkmiş şəxs qismində tanınaraq dindirilmiş Zərərçəkmiş şəxs3 araşdırılmış ifadəsi ilə müəyyən olur ki, o, 30 yanvar 2021-ci il tarixdə saat 23 radələrində qardaşı Zərərçəkmiş şəxs4, əmisi oğlanları Şahid2, X9, Şahid3, Zərərçəkmiş şəxs2, bibisi oğlu X4, əmisi oğlu X10 ilə bir yerdə idarə etdiyi «Land Kruzer «markalı 99-OH -088 dövlət qeydiyyat nişanla avtomobillə və Bəhruzun idarə etdiyi «Rance Rover» markalı 10 -XO - 222 dövlət qeydiyyat nişanlı avtomobillərlə İmişli şəhəri «Kral» şadlıq sarayının ərazisində yerləşən «Bəy» hamamına çimmək üçün getmişdir. Təxminən iki saat hamamda olduqdan sonra 31 yanvar 2021-ci ildə saat 01:30 radələrində hamamdan çıxıb evilərinə gedərkən «Kral» şadlıq evinin həyətində sonradan adını bildiyi və tanıdığı Həmdulla adlı şəxs Anara yaxınlaşıb «Saatlıdan olan oğlan sənsən» deyə soruşmuş və o, da Həmdullaya «yox qardaş, mən Saatlıdan deyiləm» deyib cavab vermişdir. Sonra onların arasında mübahisə yaranmış və aralarında əlbəyaxa dava olub bir-birilərini vurmuşlar. Hadisə yerində olan digər qohumları onları ayırmışlar. Həmin vaxt ora polis əməkdaşları gəlmişlər. Həmdulla üzərində olan mobil telefonla zəng edib dostlarını qışqıra-qışqıqa hadisə yerinə çağırmış və 5-6 dəqiqə sonra «Opel» markalı avtomobillə bir neçə nəfər adam gəlmişdir. Onlar gəldikdən sonra Həmdulla əlinə ağac alıb onun üzərinə gəlib başına ağacla vuraraq yerə yıxmışdır. Başına dəyən zərbənin təsirindən özünü itirmiş və sonradan nə baş verdiyini görməmişdir. Sonra onu qohumları yerdən qaldırıb Bəhruzun idarə etdiyi «Rance Rover» markalı avtomobilə mindirib İmişli Rayon Mərkəzi Xəstəxanasına aparmış və Xəstəxananın Təcili-tibbi yardım şöbəsində aldığı xəsarətlə bağlı müalicə almışdır. İş üzrə zərərçəkmiş şəxs qismində tanınaraq dindirilmiş Zərərçəkmiş şəxs4 araşdırılmış ifadəsi ilə müəyyən olur ki, o, xx.xx.2021-ci il tarixdə saat 23-00 radələrində qardaşı Zərərçəkmiş şəxs3, əmisi oğlanları Zərərçəkmiş şəxs2, Şahid2, Şahid1, X9, Şahid3, X11 və bibisi oğlu X4 ilə birlikdə özünün idarə etdiyi “Land Kruzer” markalı ** OH *** dövlət nömrə nişanlı və Bəhruzun idarə etdiyi “Race Rover” markalı ** XO *** dövlət nömrə nişanlı avtomobillə istirahət etmək məqsədilə İmişli şəhəri, A.Ələsgər küçəsində yerləşən “Kral” şadlıq evinin ərazisində fəaliyyət göstərən “Bəy” hamamına getmiş və təxminən iki saat çimib istirahət etdikdən sonra xx.xx.2021-ci il tarixdə saat 01-30 radələrində hamamdan çıxıb evlərinə gedərkən, həyətdə saxladıqları avtomobillərə minmək istəyərkən Həmdulla adlı şəxs qarşılarına çıxmışdır. Həmdulla əmisi oğlu Zərərçəkmiş şəxs2 yaxınlaşıb onunla mübahisə etmiş, Anarı nalayiq söyüşlərlə söymüş, Həmdulla əvvəlcə Anarın sinəsinə yumruqla vurmuş, Anar da onu yumruqla vurarkən onlar arasında əlbəyaxa dava olmuşdur. Həmin vaxt orada kütləvi dava baş vermiş, onun baş nahiyəsinə arxadan kimsə vurmuş, yerə yıxıldığı üçün ayaq və başının arxa nahiyəsindən xəsarət almışdır. Hadisə zamanı onları kənarda olan adamlar ayırmışlar. Hadisə yerinə polis əməkdaşları gəldikdən dərhal sonra onlar maşınlarına minib İmişli RMX-a getmiş və ilkin tibbi yardım aldıqdan sonra çıxıb evlərinə getmişlər. İş üzrə şahid qismində dindirilmiş Şahid1 araşdırılmış ifadəsi ilə müəyyən olur ki, o, xx.xx.2021-ci il tarixdə saat 23-00 radələrində o, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs2, Şahid2, Zərərçəkmiş şəxs4, X9, Şahid3, X4 və X11 ilə birlikdə Elşənin idarə etdiyi “Land Kruzer” markalı ** OH *** dövlət nömrə nişanlı və özünün idarə etdiyi “Race Rover” markalı ** XO *** dövlət nömrə nişanlı avtomobillə istirahət etmək məqsədilə İmişli şəhəri, A.Ələsgər küçəsində yerləşən “Kral” şadlıq evinin alt mərtəbəsində fəaliyyət göstərən “Bəy” hamamına getmişlər. Hamamda təxminən iki saat çimib istirahət etdikdən sonra xx.xx.2021-ci il tarixdə saat 01-30 radələrində hamamdan çıxıb evlərinə gedərkən «Kral» şadlıq evinin həyətində Həmdulla adlı şəxs qarşılarına çıxmışdır. Həmdulla əmisi oğlu Zərərçəkmiş şəxs2 yaxınlaşıb onu söymüş, Anar da ona cavab qaytaranda, Həmdulla Anarın sifətinə yumruqla vurmuş, Anar da onu vurmuş və onların arasında dava baş vermişdir. Həmin vaxt Həmdulla telefonla zəng vurub ora adamlar çağırmışdır. Avtomobillə Həmdullanın çağırdığı şəxslər hadisə yerinə gəlmişlər. Həmdulla həmin şəxslərlə birlikdə Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs2 dubinka və yumruq- təpiklə vuraraq xəsarətlər yetirmişlər. Həmdullanın cağırdığı şəxslərin əlində bıçaq olmuş və onları bıçaqla qabağına qatıb şadlıq evinin həyətində qovmuşlar. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid2 ifadə verərək göstərmişdir ki, o, 31 yanvar 2021-ci ildə saat 01:30 radələrində hamamda çimdikdən sonra hesab ödədəyi üçün çölə gec çıxmış və çıxanda Həmdulla adlı şəxsin əmisi oğlu Zərərçəkmiş şəxs2 ilə mübahisə etməsini görüb, Elşənin «Land Kruzer» markalı avtomobilini işə salıb sürüb bir qədər kənarda saxlamışdır. Geri dönüb qayıdarkən Həmdullanın əlində olan beysbol dəyənəklə Elsevərin başına vurduğunu görüb onun əlində həmin dəyənəyi alıb kənara tullamışdır. Sonra orada olan qohumlarını hadisə yerindən uzaqlaşdırmışdır. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid3 ifadə verərək göstərmişdir ki, o, xx.xx.2021-ci il tarixdə qohumları ilə bir yerdə İmişli şəhəri «Kral» şadlıq sarayının ərazisində yerləşən hamama çimmək üçün gəlmişdir. Hamamda cimib çıxdıqdan sonra 31 yanvar 2021-ci ildə saat 01:30 radələrində qohumları ilə birlikdə «Kral» şadlıq evinin həyətində saxladığıqları avtomobillərə minib getmək istəyərkən bir nəfər oğlan qarşılarına çıxmışdır. Həmin şəxsin sonradan adının Həmid olmasını bilmişdir. Həmid əmisi oğlu Zərərçəkmiş şəxs2 yaxınlaşıb ondan «Saatlıdan gələn sizsiz» deyə soruşmuş, Anar da ona xeyir deyə cavab vermişdir. Sonra o, Anara «dəqiq sən deyilsən , bəlkə sənsən», Anar da ona «qardaş mən deyiləm» dedikdə Həmidlə Anarın arasında mübahisə yaranmışdır. Həmid yumruqla Anarın sifətindən vurmuş, Anar da onun sifətinə yumruq vurmuşdur. Həmid yenidən Anarın üzərinə gəlib yaxalaşarkən onları ayırmışlar. Həmin vaxt Həmdulla telefonu ilə zəng vurub qışqıra-qışqıra kimlərisə ora çağırmış, sonra ora polis əməkdaşları xidməti avtomobillərlə gəlmiş və polislər gəldikdən sonra isə ora ağ rəngdə «Opel» markalı minik avtomobili gəlmişdir. Avtomobildə neçə nəfər olmasını görməmişdir. Avtomobildə gələn şəxslərə fikir vermədiyi üçün onların əlində nə gətirməsini görməmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş X5 qardaşı Şahid3 ifadəsində göstərmiş olduğu xüsusatları təsdiq edərək göstərmişdir ki, Həmdulla Anarla dava etdikdən sonra, zəng vurub ora tanışlarını dəvət etmiş və hadisə yerinə “Opel” markalı avtomobil ilə gələn şəxslərin birinin əlində bita olmuşdur. Həmdulla bitanı həmin oğlanın əlindən alıb Anarın və Elsevərin üstünə gəlib onları ağacla vurmuşdur. Elsevərin başına ağacla vurub yerə yıxmışdır. Həmin vaxt Elşən onları ayırmaq istədikdə Həmdulla ağacla Elşəni də vuraraq yerə yıxmışdır. İş üzrə şahid qismində dindirilmiş İmişli RPŞ-nin PPXB-nin polis nəfəri Şahid5 araşdırılmış ifadəsi ilə müəyyən olur ki, 31 yanvar 2021-ci il tarixdə qrafikə əsasən gecə növbəsində olmuş və polis nəfəri Şahid9 ilə birlikdə İmişli şəhəri, H.Əliyev prospektində xidmətdə olmuşdur. Saat 01-50 radələrində növbətçi hissədən zəng vurularaq onlara “Kral” şadlıq evinin qarşısında dava-dalaş olması barədə bildirilmiş və təcili qaydada hadisə yerinə getmələri barədə tapşırıq verilmişdir. X27 avtomobili ilə təxminən 02-00 radələrində “Kral” şadlıq evinin qarşısına çatmış və ərazidə çoxlu sayda adamların bir yerə toplaşdığını görmüşlər. Hadisə yerində onlardan başqa digər polis əməkdaşları da olmuş və onlar sifəti qana boyanmış Təqsirləndirilən şəxs1 sərxoş vəziyyətdə nalayiq söyüşlər söyə-söyə adamları əli ilə itələyərək onların arasında onu vuran şəxsi axtardığını müşahidə edib onu sakitləşdirməyə çalışmış, lakin sakitləşdirə bilməmişlər. Təxminən 4-5 dəqiqə keçəndən sonra əraziyə 99-TO 209 dövlət qeydiyyat nişanlı “Opel” markalı avtomobil gəlmiş və avtomobildən bir əlində toxmaq, digər əlində isə ağ tiyəli, arxası mişar formalı iri ov bıçağı tutmuş Səməd adında bir nəfər düşərək nalayiq söyüşlər söyə-söyə Həmdullanı vuran şəxsi yanına çağırmışdır. Polis əməkdaşları təhlükəsizlik məqsədilə Səmədə yaxınlaşmamışdır. Həmin anda Həmdulla Səmədə yaxınlaşaraq toxmağı onun əlindən almış və adamların üstünə hücum edərək əlindəki toxmaqla onlardan birini vurmudur. Səmədin əlində tutduğu bıçaqla hədələdiyi digər şəxslər isə qaçaraq ərtafa dağılmış və sonra ayrı-ayrı avtomobillərə minərək ərazidən uzaqlaşmışlar. Həmdulla və Səməd isə 99- TO 209 dövlət qeydiyyat nişanlı “Opel” markalı avtomobilə minib çıxıb getmişdir. İş üzrə şahid qismində dindirilmiş İmişli RPŞ-nin PPXB-nin polis nəfəri X6 araşdırılmış ifadəsi ilə müəyyən olur ki, o, 31 yanvar 2021-ci il tarixdə qrafikə əsasən gecə növbəsində olmuş və polis nəfəri X15 ilə birlikdə İmişli şəhəri, N.Savalanov küçəsində xidmətdə olmuşdur. Saat 01-50 radələrində növbətçi hissədən zəng vurularaq onlara “Kral” şadlıq evinin qarşısında dava-dalaş olması barədə bildirilmiş və təcili qaydada hadisə yerinə getmələri barədə tapşırıq verilmişdir. X27 avtomobili ilə “Kral” şadlıq sarayının yerləşdiyi əraziyə getmiş və orada çoxlu sayda adamların bir yerə toplaşdığını görmüşlər. Onlarla eyni vaxtda hadisə yerinə digər polis əməkdaşları da gəlmiş və onlar sifəti qana boyanmış Təqsirləndirilən şəxs1 sərxoş vəziyyətdə nalayiq söyüşlər söyə-söyə adamları əli ilə itələyərək onların arasında onu vuran şəxsi axtardığını müşahidə edib onu sakitləşdirməyə çalışmış, lakin sakitləşdirə bilməmişlər. Təxminən 4-5 dəqiqə keçəndən sonra əraziyə 99-TO 209 dövlət qeydiyyat nişanlı “Opel” markalı avtomobil gəlmiş və avtomobildən bir əlində toxmaq, digər əlində isə ağ tiyəli, arxası mişar formalı iri ov bıçağı tutmuş Səməd adında bir nəfər düşərək nalayiq söyüşlər söyə-söyə Həmdullanı vuran şəxsi yanına çağırmışdır. X15 növbətçi hissəyə zəng edərək bu barədə məlumat vermiş, onlara təhlükəli olduğundan həmin şəxsə yaxın getməmələri tapşırılmışdır. Həmin anda Həmdulla Səmədə yaxınlaşaraq toxmağı onun əlindən almış və adamların üstünə hücum edərək əlindəki toxmaqla onlardan birinin baş və boyun nahiyəsindən iki dəfə vuraraq onu yerə yıxmışdır. Həmdulla əlindəki toxmaqla yerə yıxılan şəxsə yenidən zərbələr endirmək istərkən o, Səbuhi ilə birlikdə irəli çıxıb toxmağı Həmdullanın əlindən almışdır. Səmədin əlində tutduğu bıçaqla hədələdiyi digər şəxslər isə qaçaraq ərtafa dağılmış və sonra bir qismi “Rance Rover”, digər qismi isə “Land Cruzer” markalı avtomobillərə minərək ərazidən uzaqlaşmışlar. Həmdulla isə Səmədi gətirən 99-TO 209 dövlət qeydiyyat nişanlı “Opel” markalı avtomobilə minib çıxıb getmişdir. Bir qədər keçəndən sonra növbətçi hissədən yenidən onlara zəng edilərək Həmdullanın İmişli MRX-a gedib xəsarət alan şəxslərlə mübahisə etməsi bildirilmiş və onun İmişli RPŞ-ə gətirilməsi barədə tapşırıq verilmişdir. O, hadisə yerində olan digər polis əməkdaşları ilə birlikdə İmişli RMX-a getmiş və Təcili Tibbi yardım şöbəsinin qarşısında Həmdullanın xəsarət yetirdiyi şəxslərlə mübahisə etdiyini görüb onu İmişli RPŞ-ə gətirib növbətçi hissəyə təhvil vermişlər. İş üzrə şahid qismində dindirilmiş İmişli RPŞ-nin PPXB-nin polis nəfəri X15 ifadəsində X6 göstərdiyi xüsusatları eyni ilə təsdiq etmişdir. İş üzrə şahid qismində dindirilmiş İmişli RPŞ-nin PPXB-nin polis nəfəri Şahid6 araşdırılmış ifadəsi ilə müəyyən olur ki, o, 31 yanvar 2021-ci ildə saat 01:30 radələrində İmişli şəhəri H. Əliyev adına pakda Hüseynov Mirhəbib adlı polis nəfəri ilə xidmətdə olmuşdur. RPŞ-nin növbəçi hissəsindən ratsiya ilə məsul növbətçi Rza Əsədov onlara bildirmişdir ki, İmişli şəhəri «Kral» şadlıq sarayının qarşısında dava-dalaş vardır, təcili oraya gedin. Mirhəbiblə onun idarə etdiyi ** DC *** nömrəli minik avtombili ilə “Kral” şadlıq sarayının qarşısına getmişlər. Orada həyətdə 35-40 nəfərə kimi adam toplaşmasını görmüşdür. Həmdulla sərxoş vəziyyətdə və burnunun qanamasını görmüşdür. Həmdulla orada olan adamların arasında onu vuran şəxsi axtarmışdır. Polis əməkdaşları ilə Həmdullaya yaxınlaşıb onu sakitləşdirmək istəmişdir. Həmdulla “Rance Rover” makalı avtomobilə əyləşərək əlində olan mobil telefonla tanımadığı şəxslərə zəng edib telefonda danışmış və döyülməsini bildirib kömək çağırmışdır. Bir neçə dəqiqə keçdikdən sonra, Səməd adlı şəxs “Opel” markalı ** TO *** dövlət qeydiyyat nişanlı avtomobillə ora gəlmiş və Səməd avtomobildən düşəndə bir əlində beysbol çomaq, bir əlində bıçaq olmuş, Səməd yerə düşüb qışqıraraq “Həmidi kim vurub deyərək” soruşmuş, Həmdulla qaçıb onun əlində beysbol taxtasını alıb adamları vurmuşdur. Səmədə yaxınlaşıb əlindən bıçağı almaq istədikdə, Səməd onlardan yaxına gəlməmələrini və onların söhbətinin polislərə aid olmadığını bildirmişdir. Səməd əlində bıçağı sağa-sola fırladıb adamları qorxutmuş və sonrda orada olan adamlardan birini qabağına qatıb “Kral” şadlıq evinin həyəti ilə küçəyə tərəf qovmasını görmüşdür. Səməd bıçaqla həmin adamı qovanda onların arxasınca düşmüş, Səməd qabığında qaçan şəxs qaranlıqda gözdən itmişdir. Sonra Səməd qayıdıb Həmdulla ilə bir yerdə “Opel” maşına minib çıxıb getmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş İmişli RPŞ-nin PPXB-nin polis nəfəri vəzifəsində işləyən Şahid9 ifadə verərək göstərmişdir ki, o, xx.xx.2021-ci il tarixdə saat 01:00-da PPXB-nin polis nəfəri Şahid5 ilə birlikdə növbədə olmuş və İmişli şəhəri, H.Əliyev prospektində xidmət aparmışdır. Həmin gün saat 01:45 radələrində RPŞ-nin növbətçi hissəsindən ona zəng edilmiş və İmişli şəhərində yerləşən «Kral» şadlıq sarayının həyətində dava dalaş olması və ora getməsi bildirilmişdir. Şahid5 ilə birlikdə dərhal xidməti avtomobillə həmin yerə getmişlər. Orada Həmdulla adlı şəxsin sifət nahiyəsinin qanamasını, onun ucadan nalayiq söyüşlər söyməsini eşitmişdir. Daha sonra ora Həmdullanın dostu Səməd adlı şəxs gəlmişdir. Səməd avtomobildən yerə düşəndə onun əlində uzun ov bıçağı, bir əlində isə beysbol dəyənəyi olmuşdur. Həmdulla Səmədin yanına qaçaraq onun əlindən beysbol dəyənəyini alıb ətrafa yığışan şəxslərin birinin üstünə gedib həmin dəyənəklə onları vurmuşdur. Həmdulla bir dəfə dəyənəyi həmin şəxsin üzərinə yelləmiş, dəyənəyin həmin şəxsə dəyib-dəymədiyini görməmşdir. Həmin vaxtı Səmədin də əlində bıçaq olmuş, biçaq əlində tutduğu üçün onlar çaş-baş qalmışlar. Səməd də əlində bıçaq ətrafda olan şəxslərin üzərinə gedib bıçağı ətrafda olan şəxslərin üzərinə yelləyərək onları qorxutmış və “Həmidi kim vurub sualını» vermişdir. Polislər Həmdullanın üstünə gedib dəyənəyi əlindən almışlar. Həmdulla qaçıb Səmədin yanına getmiş və bıçağı Səmədin əlindən almaq istəmiş, Səməd isə ona bıçağı verməmişdir. Daha sonra onlar sakitləşib avtomobilə oturub oradan uzaqlaşmışlar. Məhkəmə iclasında müəyyən olur ki, təqsirləndirilən şəxslər iş üzrə zərərçəkmiş şəxslərlə barışmışlar və hazırda zərərçəkmiş şəxslərin onlardan heç bir şikayət və tələbləri yoxdur. İş materiallarında olan xx.xx.2021-ci il tarixli, 739 nömrəli sərxoşluq vəziyyətinin tibbi müayinəsi Aktına əsasən müəyyən olur ki, Təqsirləndirilən şəxs1 müayinə olunan zaman yüngül dərəcəli alkoqol sərxoşluq vəziyyətində olmuşdur. xx.xx.2021-ci il tarixli “hadisə yerinə baxış keçirmə haqqında” protokolla müəyyən olur ki, hadisə İmişli şəhəri, A.Ələsgər küçəsində yerləşən «Kral» şadlıq evinin həyətində və «Bəy» hamamında baş vermişdir. «Kral» şadlıq evinin həyətində su hovuzunun ətrafında qara rəngdə üzərində «SANJTA» etketli qara parçadan tikilmiş bıçaq qoburu aşkar edilmiş və götürülmüşdür. «Kral» şadlıq evinin 1-ci mərtəbəsində yerləşən dəhlizdə 11 ədəd paltar üçün şkaflar, girişdən solda isə stol və divarda bərkidilmiş bir rəf vardır. Rəfin üzərində olan 2 ədəd 20 santimetr en və uzunluqda şüşələr sınmış və rəfin taxtası petlədən çıxmışdır. Hamamda rəfdə olan 1 ədəd saxsı çaynik yerə düşərək sınmışdır. Hamamın içərisində dəhlizdə və əl-üz yuyulan yerdə döşəmə üzərində qanabənzər ləkələr vardır. xx.xx.2021-ci il tarixli, 64/2021-ci il tarixli məhkəmə tibbi-biologiya ekspertizasının rəyində göstərilmişdir. 1. Təqsirləndirilən şəxs X1 ABO sistemi üzrə qan qrupu -Abeta /İİ/.2. Zərərçəkmiş şəxs3 qan qrupu -B /İİİ/ 3. Zərərçəkmiş şəxs4 qan qrupu A /İİ/.4. Zərərçəkmiş şəxs2 qan qrupu B /İİİ/. 5. Ekspertizaya təqdim olunan hadisə yerindən 03 ədəd pambıq tampona hopdurulmaqla götürülmüş qan ləkələrində insan qanı aşkar olundu. Tədqiq olunan qan ləkələrində qrup antigenləri ABO sastemi üzrə təyin olunduqda yalınız «A» antigeni alındı. Beləliklə, bu qan ləkələri Abeta /İİ/ qruplu şəxsə, o, cümldən X2 və Zərərçəkmiş şəxs4 məxsus ola bilər. Məhkəmə-tibbi ekspertizasının xx.xx.2021-ci il tarixli, 69 nömrəli rəyi ilə müəyyən olur ki, Zərərçəkmiş şəxs2 məhkəmə-tibbi müayinəsi zamanı onun bədən səthindən aşkar edilmiş xəsarətlər- sağ baldırın yuxarı və orta 1/3-nin ön səthində, sol baldırın yuxarı 1/3nin ön səthində sıyrıqlar, sol diz oynağının ön səthində yara küt əşyanın (əşyaların) təsirindən törənmişdir, müxtəlif şəraitlərdə, o, cümlədən xx.xx.2021-ci il tarixdə təsviri hissədə göstərilən şəraitdə əmələ gələ bilərdi. Qeyd olunan xəsarətlərdən sol diz oynağının ön səthində yara dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilir, digər xəsarətlər isə sağlamlığa zərər vurmayan xəsarətlər olduğu üçün dərəcəsi təyin edilmir. Məhkəmə-tibbi ekspertizasının xx.xx.2021-ci il tarixli, 70 nömrəli rəyi ilə müəyyən olur ki, Zərərçəkmiş şəxs4 məhkəmə-tibbi müayinəsi zamanı onun bədən səthindən aşkar edilmiş xəsarətlər- alın nahiyəsində sağda, burnun üstündə, sağ dirsək oynağının arxa səthində sıyrıqlar, ənsə nahiyəsində yara küt əşyanın (əşyaların) təsirindən törənmişdir, müxtəlif şəraitlərdə, o, cümlədən xx.xx.2021-ci il tarixdə təsviri hissədə göstərilən şəraitdə əmələ gələ bilərdi. Qeyd olunan xəsarətlərdən ənsə nahiyəsində yara dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilir, digər xəsarətlər isə sağlamlığa zərər vurmayan xəsarətlər olduğu üçün dərəcəsi təyin edilmir. Məhkəmə-tibbi ekspertizasının xx.xx.2021-ci il tarixli, 71 nömrəli rəyi ilə müəyyən olur ki, Zərərçəkmiş şəxs3 məhkəmə-tibbi müayinəsi zamanı onun bədən səthindən aşkar edilmiş xəsarətlər- sağ dirsək oynağın arxa səthində sıyrıq, ənsə nahiyəsində yara küt əşyanın (əşyaların) təsirindən törənmişdir, müxtəlif şəraitlərdə, o, cümlədən xx.xx.2021-ci il tarixdə təsviri hissədə göstərilən şəraitdə əmələ gələ bilərdi. Qeyd olunan xəsarətlər sağlamlığa zərər vurmayan xəsarətlər olduğu üçün dərəcəsi təyin edilmir. Məhkəmə Ekspertizası Mərkəzinin X7 məhkəmə-soyuq silahların tədqiqi sahəsinin 12 mart 2021-ci il tarixli 18/3229 nömrəli rəyində göstərilmişdir ki, təqdim edilmiş bir ədəd predmet-kustar üsul ilə hazırlanmış, beysbol idman oyununda istifadə olunan toxmaqdır, üzərində təyinatına dəyişdirən əlavə və dəyişiklik edilməmişdir, təyinatı üzrə istifadəyə yararlıdır, soyuq silah hesab edilmir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamələrdən görünür ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 02 iyun 2015-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirli bilinib 3 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş və məhkumluğu ödənilməmiş şəxsdir, Təqsirləndirilən şəxs2 isə məhkumluğu olmayan şəxsdir. İş materialları ilə müəyyən olur ki, Təqsirləndirilən şəxs1 barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri, Təqsirləndirilən şəxs2 barəsində isə ev dustaqlığı qətimkan tədbiri seçilmişdir. Cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CM-nin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məhkəmə iclasında verdyi ifadələrinə tənqidi yanaşır və məhkəmə iclasında dindirilmiş zərərçəkmiş şəxslər, iş üzrə ibtidai istintaq zamanı dindirilmiş zərərçəkmiş şəxslər və şahidlərin ifadələri, üzləşdirmə protokolları, ekspertiza rəyləri və əldə olunmuş maddi sübutlarla və cinayət işi üzrə toplanmış digər mötəbər sübutlarla təkzib olunmuşdur. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslərin həmin ifadəsi özünü müdafiə xarakteri daşıyir. Beləliklə, məhkəmə işdəki sübutları müqayisəli şəkildə qiymətləndirərək hesab edir ki, hadisə ittihamda göstərilən qaydada və şəraitdə baş vermişdir. Məhkəmə iclasında bilavasitə araşdırılmış sübutlarla təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 onlara istinad edilən cinayət əməlini törətməsi tam təsdiq edilir. İbtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxslərin əməlləri müvafiq olaraq Azərbaycan Respublikası CM-nin 221.3 və 221.2.1-ci maddələri ilə düzgün tövsif edilmiş və onlar həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarının 1-ci bəndinə əsasən məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni, cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.1-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin göstərilən normalarının müəyyən etdiyi ədalət prinsipi və cəzanın təyin edilməsinin ümumi əsasları cəza təyin edilərkən törədilmiş cinayətin xarakterinin və ictimai təhlükəlilik dərəcəsinin nəzərə alınmasını nəzərdə tutmuşdur. Həmçinin, o da qeyd olunmalıdır ki, cəzanı yüngülləşdirən halları müəyyən edən CMnin 59.1-ci maddəsində nəzərə alınması məcburi olan cəzanı yüngülləşdirən hallar, 59.2-ci maddəsində isə cinayət qanununda göstərilməyən, lakin cinayət hadisəsi və onu törətmiş şəxslə bağlı olan və məhkəmənin qiymətləndirməsinə bağlı olan cəzanı yüngülləşdirən hallar təsbit edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Həmin Məcəllənin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrini şərh edilməsinə dair qəbul etdiyi 6 sentyabr 2010cu il tarixli qərarında göstərmişdir ki, əvvəlki cinayət qanunundan fərqli olaraq qüvvədə olan Cinayət Məcəlləsi yeni cinayətin törədilməsi ilə məhkumluq müddətinin axımının kəsilməsini nəzərdə tutmamışdır. Bu isə onu göstərir ki, yeni cinayət törədildikdə çəkilən cəzaya görə məhkumluğun ödənilmə müddətinin axımı davam edir. Lakin, bu hal yenidən törədilən cinayətin qanunla müəyyən olunmuş hallarda residiv hesab edilməsinə və residivə görə cəza təyin etmə qaydalaırını tətbiq etməyə mane ola bilməz. Belə ki, məhkumluq yeni cinayət törədildikdən sonra ödənildikdə və ya götürüldükdə onunla bağlı bütün hüquqi nəticələrin aradan qalxması yalnız bundan sonra yaranacaq cinayət-hüquqi münasibətlərə şamil edilir. Şəxsin məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına, cəzanın məqsədinə nail olunmamasına, təqsirkarın şəxsiyytinin yüksək ictimai təhlükəliliyinə dəlalət ediyindən qanunverici həmin şəxsə daha sərt cəza tətbiq olunmasını nəzərdə tutmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci maddəsiin tələblərinə əsasən cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər. Cəzanı yüngülləşdirən həm ayrı-ayrı hallar, həm də bu cür halların məcmusu müstəsna hal hesab edilə bilər “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbyacan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarında göstərilmişdir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 62-ci maddəsinə görə Cinayət Məcəlləsinin xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilməsi şəxs tərəfindən törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini əhəmiyyətli surətdə azaldan müstəsna hallar mövcud olduqda mümkündür. Bu zaman nəinki cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayəti törədərkən və ondan sonrakı davranışı nəzərə alınmalıdır. Azərbyacan Respublikası Ali Məhkəməsi Plenumunun qeyd edilən qərarında həmçinin göstərilmişdir ki, cinayətin ictimai təhlükəlilik dərəcəsini əhəmiyyətli dərəcəd azaldan bütün müstəsna hallar qanunda birbaşa nəzərdə tutulmadığından məhkəmə müstəsna hal kimi həm ayrı-ayrı yüngülləşdirici halların, həm də onların məcmusunu tanımağa haqlıdır. Həmin qərarın 11-ci bəndinə əsasən qeyd edilən halda hökmün nəticəvi hissəsində yalnız Cinayət Məcəlləsinin 62-ci maddəsinə istinad edilməlidir. Məhkəmə təyin olunacaq cəzanın növünü və həddini müəyyən edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilənin şəxsiyyətini, onun cəzsının yüngülləşdirən-fərdi əməklə məşğul olub, ailəsində yeganə qazanc gətirən şəxs olmasını, törətmiş olduğu cinayət əməlini qismən etiraf edib peşmançılıq çəkməsini, zərərçəkmiş çəxslərlə barışıb, ondan heç bir şikayət və tələbin olmamasını, məhkəmə iclasındakı davranışını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin, yəni Təqsirləndirilən şəxs1 islah olmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq olunmaqla təqsirləndirilən şəxsə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 65.2-ci maddəsində müəyyən edilmiş qaydalar, yəni əməlində olan residiv nəzərə alınmadan cəza təyin edilməlidir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən hallar törədilmiş cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldır. Ona görə də, bu halların məcmusu CM-nin 62-ci maddəsinə əsasən müstəsna hal hesab edilməlidir. CM-nin 62.1-ci maddəsi isə belə halda cinayətə görə müəyyən ediləndən daha yüngül cəzanın təyin edilməsini mümkün hesab edir. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməli, həm məhkumlar, həm də digər şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almalıdır. Cinayət cəzası dövlətin cinayət törədən şəxsə qarşı reaksiyası olmaqla, şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinin əsas hüquqi nəticəsidir. Yuxarıda qeyd olunanları nəzərə alaraq, məhkəmə belə qənatə gəlir ki, Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 62-ci maddəsinə istinad edilməklə Cinayət Məcəlləsinin xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulan müəyyən azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs2 himayəsində bir nəfər azyaşlı uşağın olmasını, zərərçəkmiş şəxslərlə barışmasını, ondan heç bir şikayət və tələbin olunmamasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs2 əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən məsuliyyəti ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə cəza təyin edərkən Təqsirləndirilən şəxs2 törətdiyi cinayətin ictimaitəhlükəlilik dərəcəsini və xarakterini, cəzasını yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halların olmamasını, ailənin mövcud maddi və sosial vəziyyətini nəzərə alır və təqsirli bilindiyi maddənin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsini qanuni olmaqla əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikası CM-nin 68.1.1-1 və 69.3-cü maddələrinə əsasən Təqsirləndirilən şəxs1 31 yanvar 2021-ci il tarixdən 01 fevral 2021-ci il tarixədək şübhəli şəxs qismində tutularaq həbsdə saxlanıldığı 2 (iki) gün, 02 fevral 2021-ci il tarixdən 23 fevral 2021-ci il tarixədək həbsdə olduğu gün, 23 fevral 2021-ci il tarixdən 11 mart 2021-ci il tarixədək ev dustaqlığı, 11 mart 2021-ci il tarixdən 30 iyun 2021-ci il tarixədək həbsdə olduğu gün, ümumilikdə 151 (yüz əlli bir) gün və Təqsirləndirilən şəxs2 06 may 2021-ci il tarixdən 08 may 2021-ci il tarixədək şübhəli şəxs qismində tutularaq həbsdə saxlanıldığı 2 (iki) gün, 15 iyun 2024-cü il tarixdən 22 iyul 2024-cü il tarixədək həbsdə olduğu gün, 22 iyul 2024-cü il tarixdən 11 oktyabr 2024-cü il tarixədək ev dustaqlığında olduğu gün, ümumilikdə 120 (yüz iyirmi) gün onlara həbsdə saxlandığı müddətin bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər hesablanmaqla təyin edilmiş cəzadan çıxılmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərinə cəzaçəkmə müddəti ərzində hər gün saat 23:00-dan səhər saat 07:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, İmişli rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmasını məqsədə müvafiq hesab edir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təyin edilmiş cəzanı yaşadığı yer üzrə İmişli rayonu ərazisində çəkməli, hökmün icrası İmişli rayon icra və probasiya şöbəsinə həvalə edilməli və cəza çəkməsinin əvvəli onun cəzasını icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, Təqsirləndirilən şəxs2 barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri dəyişdirilib, hökm qanuni qüvvəyə minənədək barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməlidir. Azərbaycan Respublikası CPM-nin 195 və 196-cı maddələrinə əsasən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada məhkəmə- ballistik ekspertizasının keçirilməsi ilə əlaqədar 34.38 (otuz dörd manat, otuz səkkiz qəpik) manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin AZ34CTRE******************** saylı hesabına (VÖEN **********) köçürülməlidir. İş üzrə maddi sübut olub İmişli Rayon Polis Şöbəsində saxlanılan 1 ədəd beysbol toxmaq və 1 ədəd bıçaq qabı məhv edilməlidir. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs1 müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardım ödəməkdən azad edilməli və vəkil X3 tərəfindən göstərilmiş hüquqi yardıma görə 66 (altmış altı) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına İmişli rayon vəkil bürosunun hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351- 353, 356, 358, 381, 384.1 və 385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, barəsində Azərbaycan Respublikası CMnin 62-ci maddəsi tətbiq edilərək 4 (dörd) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 31 yanvar 2021-ci il tarixdən 01 fevral 2021-ci il tarixədək şübhəli şəxs qismində tutularaq həbsdə saxlanıldığı 2 (iki) gün, 02 fevral 2021-ci il tarixdən 23 fevral 2021-ci il tarixədək həbsdə olduğu gün, 23 fevral 2021-ci il tarixdən 11 mart 2021-ci il tarixədək ev dustaqlığı, 11 mart 2021-ci il tarixdən 30 iyun 2021-ci il tarixədək həbsdə olduğu gün, ümumilikdə 151 (yüz əlli bir) gün ona təyin edilmiş azadlığın məhdudlaşdırılması növündə cəzanın bir gününə iki gün hesablanıb çıxılmaqla üzərində qəti olaraq 03 (üç) il, 01 (bir) ay, 28 (iyirmi səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması növündə cəza saxlanılsın. Təqsirləndirilən şəxs1 üzərinə cəza çəkdiyi müddətdə yaşadığı İmişli rayonun hüdudlarını tərk etməmək, axşam saat 23:00-dan, səhər saat 07:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzasının icrasına nəzarət edən orqanı yaşayış və ya iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs1 təyin edilmiş cəzanı yaşadığı yer üzrə İmişli rayonu ərazisində çəksin. Hökmün icrası İmişli rayon icra və probasiya şöbəsinə həvalə edilsin. Cəza çəkməsinin əvvəli Təqsirləndirilən şəxs1 cəzasını icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Barəsində seçilmiş barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 2 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 06 may 2021-ci il tarixdən 08 may 2021-ci il tarixədək şübhəli şəxs qismində tutularaq həbsdə saxlanıldığı 2 (iki) gün, 15 iyun 2024-cü il tarixdən 22 iyul 2024cü il tarixədək həbsdə olduğu gün, 22 iyul 2024-cü il tarixdən 11 oktyabr 2024-cü il tarixədək ev dustaqlığında olduğu gün, ümumilikdə 120 (yüz iyirmi) gün ona təyin edilmiş azadlığın məhdudlaşdırılması növündə cəzanın bir gününə iki gün hesablanıb çıxılmaqla üzərində qəti olaraq 01 (bir) il, 04 (dörd) ay müddətə azadlığın məhdudlaşdırılması növündə cəza saxlanılsın. Təqsirləndirilən şəxs2 üzərinə cəza çəkdiyi müddətdə yaşadığı İmişli rayonun hüdudlarını tərk etməmək, axşam saat 23:00-dan, səhər saat 07:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzasının icrasına nəzarət edən orqanı yaşayış və ya iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs2 təyin edilmiş cəzanı yaşadığı yer üzrə İmişli rayonu ərazisində çəksin. Hökmün icrası İmişli rayon icra və probasiya şöbəsinə həvalə edilsin. Cəza çəkməsinin əvvəli Təqsirləndirilən şəxs2 cəzasını icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri dəyişdirilib, hökm qanuni qüvvəyə minənədək barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilsin. Məhkum Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada məhkəmə-ballistik ekspertizasının keçirilməsi ilə əlaqədar 34.38 (otuz dörd manat, otuz səkkiz qəpik) manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin AZ34CTRE******************** saylı hesabına (VÖEN **********) köçürülsün. İş üzrə maddi sübut olub İmişli Rayon Polis Şöbəsində saxlanılan 1 ədəd beysbol toxmaq və 1 ədəd bıçaq qabı məhv edilsin. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs1 müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardım ödəməkdən azad edilsin və vəkil X3 tərəfindən göstərilmiş hüquqi yardıma görə 66 (altmış altı) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına İmişli rayon vəkil bürosunun hesabına köçürülsün Hökmdən 20 gün müddətində İmişli Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və protesti verilmədiyi halda, elan olunduğu andan 20 gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Telman Quliyev
Məhkəmə qərarları › İş №1(036)-2/2024
İmişli Rayon Məhkəməsi Hökm — İş №1(036)-2/2024
11.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver