Azərbaycan Respublikası adından HÖKM İmişli rayonu İş № 1(036)-20/2024 25.04.2024 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rayon Məkhəməsinin hakimi Quliyev Telman Osman oğlunun sədrliyi, Şiralıyeva Günel Mirzə qızının katibliyi, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (Şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçisi İmişli rayon vəkil bürosunun vəkili X2 iştirakı ilə, 5 iyul 2005-ci ildə İmişli rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmamış, İmişli şəhəri, Q.İsmayılzadə (ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.3-1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə İmişli Rayon Məkhəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs özgəninin əmlakını ələ keçirmək məqsədi ilə tanışı yetkinlik yaşına çatmayan Şahid2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək, birlikdə 5 iyul 2023-cü il tarixdə saat 05 radələrində Zərərçəkmiş şəxs məxsus İmişli şəhəri, Ş.Qurbanov küçəsində yerləşən 17 nömrəli fərdi yaşayış evinə pəncərədən daxil olaraq, evin otağında masa üzərində olan Zərərçəkmiş şəxs məxsus olan "xxxx" ASC-yə aid 4169 7388 7452 5797 nömrəli “Birbank” plastik bankomat kartını gizli yolla taladıqdan sonra İmişli şəhəri, H.Əliyev prospektində yerləşən “OBA MARKET İMİŞHLİ-6” mağazasına gələrək, orada elektron məlumat daşıyıcısı hesab olunan “Birbank” plastik bankomat kartından istifadə etməklə 190 manat pul vəsaitini vahid niyyətlə əhatə olunan qəsdlə, hissə-hissə 5 iyul 2023-ci il tarixdə saat 06:19-da 10 manat, saat 06:20-də 50 manat, saat 07:06-da 50 manat, saat 07:07-də 50 manat, saat 07:09-da 30 manat pulu onların niyyətindən xəbəri olmayan “OBA MARKET İMİŞHLİ 6” mağazasında satıcı işləyən Şahid4 Elimdar oğlunun köməkliyindən istifadə etməklə nağdsız ödəniş terminalı vasitəsi ilə nağdılaşdıraraq zərərçəkmiş Zərərçəkmiş şəxs ümümilikdə 190 manat məbləğində maddi ziyan vurmaqla oğurlamışdır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 177.2.3-1-ci maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, İmişli şəhər sakinləri Fuad, Elxan və Vüsalı 5 ildir ki, tanıyır. Hərdən onlar görüşüb çayxanada oturub çay içmişlər. 4 iyul 2023-cü il tarixdə saat 18 radələrində o, Elxan və Vüsal birlikdə İmişli şəhər mərkəzi parkında “Göbələk” adlanan çayxanda oturub pivə içmişlər. Onun 5 iyul 2023-cü ildə 18 yaşı tamam olduğuna görə, yanında olan uşaqlara ad gününü bir yerdə qeyd etməyi təklif etmişdir. Parkda olarkən 4 iyul 2023-cü il tarixdən 5 iyul 2023-cü il tarixə keçən gecə pivə içib sərxoş olmuşlar. Sərxoş olduqları üçün gəzə–gəzə İmişli şəhəri “Daş körpü” adlanan yerə getmişlər. Fuad və Elxan da onlarla birlikdə getmişlər. İmişli rayonu, Cəfərli kəndinə gedən yol ilə küçədə gəzirşərkən bir evin küçə darvazasının qapısı asma qıfılla bağlı olduğunu görmüşlər. Vüsal ona müraciət edərək “Gəl evə girək, evdən pul olsa oğurlayaq, sabah sənin ad gününü əməli başlı qeyd edək” - demişdir. Həmin vaxt o, Vüsalla razılaşaraq birlikdə həyətə keçmiş, Elxan və Fuad isə küçədə qalmış və həyətə keçməyərək çıxıb getmişlər. Vüsal evin pəncərəsindən mənzilə daxil olmuş, o, isə pəncərənin qarşısında gözləmişdir. Vüsal evə daxil olub alışqan işığında evdə pul axtarmış və Vüsalın gəlmədiyini görüb pəncərədən evin içərisinə keçmək istəyərkən Vüsal onun qarşısına gəlmişdir. Vüsal ona əlində iki ədəd bank kartını göstərməklə, biri "xxxx" ASC-yə aid bank kartı, digəri isə “Leo bank” kartı olmaqla tapdığını demişdir. O, bank kartlarını Vüsaldan alıb cibinə qoyub evdən çıxmışlar. Həmin vaxt Vüsal ona acdığını demişdir. Ona görə də, taksi avtomobilə əyləşib İmişli şəhərinin mərkəzində yerləşən “X8 6” marketinə gəlmişlər. Həmin market 24 saat işləyir. Orada bir oğlan satıcı olmuş və bank kartını Vüsala verərək terminala salıb 10 manat çıxarmasını və marketdən nə istəyirsə götürməsini demişdir. Vüsal marketdən kolbasa, su, siqaret almışdır. Sonra satıcıdan kartdan 50 manat pul çıxartmasını xahiş etmişdir. Satıcı həmin kartı “X8 6” da olan terminala salıb 50 manat pul çıxarmış, pulun 30 manatını nəğd şəkildə vermiş, 20 manatına isə ərzaq, siqaret, çipsi və sair əşyalar almışdır. Sonra onlar mağazadan çıxıb parka getmişlər. Saat 07 radələrində yenidən “X8 6” mağazasına qayıtmışlar və yenidən bir kartı həmin satıcı oğlana verib kartda olan pulları çıxarmasını xahiş etmişdir. Satıcı oğlan onun xahişi ilə əvvəl 50 manat, sonra 50 manat, daha sonra isə 30 manat pulları kartın hesabından çıxartmış və kassadan onlara nəğd pullar vermişdir. Artıq səhər açılmışdır və acdıqlarına görə orada olan dönərxanaya gedərək dönər alıb yemişlər. Həmin vaxt Vüsal ona 15 manat pul lazım olduğunu bildirdiyinə görə, həmin puldan 15 manatı çıxarıb Vüsala vermişdir. Təqsirləndirilən şəxsin törətmiş olduğu cinayət əməli iş üzrə dindirilmiş zərərçəkmiş şəxsin ibtidai istintaq zamanı verdiyi ifadəsi, şahidlərin ifadələri, iş materialları və işin digər obyektiv halları ilə tam sübuta yetirilmişdir. Belə ki, ibtidai istintaq zamanı zərərçəkmiş şəxs qicmində dindirilmiş Zərərçəkmiş şəxs ifadə verərək göstərmişdir ki, o, İmişli şəhəri, Ş.Qurbanov küçəsi ev 17 ünvanında yaşayır. Həmin ev onun özünə məxsusdur. Onun həyat yoldaşı vəfat etdiyindən, həmin evdə tək yaşayır. Övladı Şahid1 isə Bakı şəhərində yaşayır və işləyir. O bir aydır ki, Laçın rayonuna getmiş, orda ev tikintisi ilə məşğul olur. "xxxx" ASC-nin İmişli filalından öz adına bir bank kartı almışdır. Həmin kartda 200 manat pul vardır. Ondan başqa evdə “Leo bank” kartı da olmuşdur. Laçın rayonuna işləmək üçün gedəndə həmin kartları evdə stolun üstünə qoymuşdur. 5 iyul 2023-cü il tarixdə, saat 6 radələrində Laçın rayonunda olarkən onun 055 *** ** ** saylı mobil nömrəsinə mesaj gəlmiş və həmin mesajlarda kartdan bir dəfə 10 manat, 3 dəfə 50 manat, bir dəfə də 30 manat pulların çıxarıldığı yazılmışdır. İlk dəfə pul çıxarılanda özü də təccüblənmişdir. Laçın rayonunda olduğu üçün oğlu Şafiqə zəng vurub Bakı şəhərindən İmişli rayonuna gedərək evindən kartın necə yoxa çıxması və ya kim tərəfindən oğurlanması ilə maraqlanmasını istəmişdir. Şafiq də gəlib rayon polis şöbəsinə ərizə ilə məlumat vermişdir. Ona məxsus oğurlanmış "xxxx" ASC-dən verilmiş kartın nömrəsi 4169 7388 7452 5797 nömrə olmuş, “Leo bank” kartın nömrəsi isə yadında deyildir. Həmin məlumatları, yəni pulların çıxarılması vaxtı və tarixləri, haradan çıxarılması ***-***-**-** nömrəsindən istifadə etdiyi “Samsunq A12” markalı mobil telefonunun yaddaşında saxlanmışdır. 5 iyul 2023-cü il tarixdə, saat 06:19-da kartdan ilk dəfə 10 manat pul çıxarılmış və kartda 190 manat pul qalmışdır. Saat 06:20 radələrində 50 manat, saat 07:06 radələrində 50 manat pul çıxarılmış, saat 07:07 radələrində isə 50 manat pul çıxarılmış, kartda 40 manat pul qalmışdır. Saat 07:09 radələrində 30 manat pul çıxarılmış və sonda kartda 10 manat pul qalmışdır. Həmin pullar eyni bir ticarət obyektindən, yəni İmişli şəhəri, H.Əliyev prospektində yerləşən “OBA MARKET İMİŞHLİ 6” ticarət obyektində odeniş terminalı vasitəsi ilə çıxarılmşdır. “Leo bank”a məxsus ikinci kartında isə pul olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadə verərək göstərdi ki, o, 2023-cü ilin iyun ayının ortalarında “X8 6” ticarət obyektində kassir-satıcı kimi işə düzəlmişdir. 5 iyul 2023-cü il tarixdə növbə yoldaşı X5 ilə işdə olmuşdur. Saat 6 radələrində mağazaya sonradan tanığı Vusal və Ramiz adlı iki nəfər oğlanlar gəlmişdir. Ramiz ona bir ədəd bir bank kartı vermiş, mağazada olan istifadə etdiyi ödəmə terminalına kartı göstərmişdir. Kartda olan puldan aldığı ərzaq məhsulların pulu, yəni 10 manat çıxılmış, aldığı su, siqaret və başqa əşyaları götürüb ikinci oğlanla çıxıb getmişdir. Bir neçə dəqiqə keçəndən sonra qayıtmış, Ramiz ona ad günü olduğunu, uşaqlarla oturub yeyib içdiklərini, küçədə olan bakomatın işləmədiyini, pul lazım olduğunu, kartda olan puldan çıxarmaq istədiyini, çıxara bilmdiyini bildirirək, ondan kartdakı pulu mağazada olan postterminal vasitəsi ilə çıxarmasını xahiş etmişdir. O da kartı yenidən əlində olan postterminala yaxılaşdırmış, Ramizin sözü ilə kartdan 50 manat pulu çıxarıb çekini mağazanın kassasına qoymuş, 50 manat kassadan nəğd pulu götürüb Ramizə vermişdir. Ramizdə çıxıb getmişdir. Kartın kimə məxsus olmasını da satıcı kimi təcürbəsi olmadığına görə soruşmamışdır. Əslində Ramizə nəğd şəkildə terminal vasitəsi ilə pul çıxarıb verməli deyilmiş, bu barədə də bilməmişdir. Təxminən yarım saat keçəndən sonra Ramiz yenə də Vüsal adlı oğlanla gəlmiş, yenə də terminal vasitə ilə kartda olan puldan çıxarıb vermişdir. Bir dəfə 50 manat post-terminal vasitəsi ilə çek yazıb nəğd 50 manat pul vermiş, təkrar bir dəfə də yenə də eyni qaydada 50 manat pul kartdan çek yazıb pul silib vermiş, bir-iki dəqiqə də sonra yenə də 30 manat pul çıxarıb nəğd şəkildə Ramizə vermişdir. Pulları çıxarıb verəndə kartın kimə məxsus olmasını soruşmamış və kartdan da nəğd pul silməyin qadağın olunmasınıda “X8 6” ticarət obyektinin müdiri ona bildirməmişdir. Ramizə cəmi 10 manatlıq ərzaq satmış, qalan 180 manatı isə hissə-hissə terminal vasitəsi ilə çıxardaraq onlara təqdim etdiyi bir kartdan pulu ödəmə qəbz yazıb, nəğdləşdirmişdir. Həmin hadisədən iki gün sonra ərizə yazıb işdən çıxmış və daha “X8 6” ticarət obyektində satıcı işləməmişdir. İbtidai istitaq zamanı şahid qismində didirilmiş Şahid1, Şahid2 və Şahid3 ifadələri ilə Təqsirləndirilən şəxs yuxarıda təsvir olunan cinayət əməli bir daha öz təsdiqini tapır. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı öz müdafiəsi üçün heç bir dəlil gətirməmişdir. 11 iyul 2023-cü il tarixli “Baxış keçirilməsi haqqında” protokoldan görünür ki, baxış keçirilən yer Zərərçəkmiş şəxs Şərafət oğlunun yaşadığı fərdi yaşayış evidir. Həmin evin həyəti dəmri darvaza və daş hasarla əhatə olunmuşdur. Həyətin sol tərəfində bağ sahəsi yerləşir. Həyətin ortasında 5 otaqlı, dəhliz və mətəxdən ibarət 1 mərtəbəli ev yerləşir. Evin eyvanında taxta pəncərə yerləşir. Həmin pəncərə açılmış vəziyyətdədir. Evin qarşısında dairəvi zal yerləşir. Zalın ətrafında otaqlara keçid qapıları vardır. Baxış iştirakçısı Şahid1 bank kartlarını evin pəncərəsindən asılmış qara rəngli pencəyində olmasını bildirmişdir. Baxış zamanı fotoşəkillər çəkilərək baxıış protokoluna əlavə edilmişdir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin xx.xx.2023-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İmişli RİHB-nin İmişli şəhər inzibati ərazi dairəsi üzrə nümayəndisi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur və barəsində heç bir şikayət daxil olmamışdır. İmişli Rayon Polis Şöbəsinin İstintaq bölməsinin müstəntiqi S.A.Məmmədzadənin 20 noyabr 20123-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş və tutulması qərara alınmışdır. İmişli Rayon Polis Şöbəsinin xx.xx.2023-cü il tarixli məktubu ilə müəyyən olur ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə polis əməkdaşları tərəfindən saxlanılaraq İmişli Rayon Polis X3 Yerinə təhvil verilmişdir. İmişli Rayon Polis Şöbəsinin İstintaq bölməsinin müstəntiqi S.A.Məmmədzadənin xx.xx.2024-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. İmişli Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(036)-20/2024 saylı qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək “həbs” qətimkan tədbiri ilə əvəz edilmiş və olduğu yer müəyyən edilərək tutulması üçün haqqında axtarış elan edilmişdir. İmişli Rayon Polis Şöbəsinin xx.xx.2024-cü il tarixli məktubu ilə müəyyən olur ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə polis əməkdaşları tərəfindən keçirilən əməliyyat axtarış tədbirləri nəticəsində tutularaq, İmişli Rayon Polis X3 Yerinə təhvil verilmişdir. Cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməli, həm məhkumlar, həm də digər şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almalıdır. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CM-nin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər. Beləliklə, məhkəmə işdəki sübutları müqayisəli şəkildə qiymətləndirərək hesab edir ki, hadisə ittihamda göstərilən qaydada və şəraitdə baş vermişdir. Məhkəmə iclasında bilavasitə araşdırılmış sübutlarla Təqsirləndirilən şəxs ona istinad edilən cinayət əməlini törətməsi tam təsdiq edilir. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 177.2.3-1-ci maddəsi ilə düzgün tövsif edilmiş və o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarının 1-ci bəndinə əsasən məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidir. Məhkəmə qeyd edir ki, cinayət cəzası dövlətin cinayət törədən şəxsə qarşı reaksiyası olmaqla, şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinin əsas hüquqi nəticəsidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsi Maddə 2.1. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir. Maddə 8.1. Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni, cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Maddə 41.1. Cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Maddə 41.2. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Maddə 58.1. Cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Maddə 58.3. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin göstərilən normalarının müəyyən etdiyi ədalət prinsipi və cəzanın təyin edilməsinin ümumi əsasları cəza təyin edilərkən törədilmiş cinayətin xarakterinin və ictimai təhlükəlilik dərəcəsinin nəzərə alınmasını nəzərdə tutmuşdur. Həmçinin, o da qeyd olunmalıdır ki, cəzanı yüngülləşdirən halları müəyyən edən CM-nin 59.1-ci maddəsində nəzərə alınması məcburi olan cəzanı yüngülləşdirən hallar, 59.2-ci maddəsində isə cinayət qanununda göstərilməyən, lakin cinayət hadisəsi və onu törətmiş şəxslə bağlı olan və məhkəmənin qiymətləndirməsinə bağlı olan cəzanı yüngülləşdirən hallar təsbit edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə az ağır cinayət törətməsini, yetkinlik yaşına çatmadan cinayət törətməsini, onun tərəfindən dəymiş ziyanın ödənilməsini, əməlindən səmimi peşmançılıq çəkməsini, yaşayış yeri üzrə müsbət xasiyyətləndirilməsini cəzanı yüngülləşdirən hallar olaraq qiymətləndirərək, təqsirli bilindiyi maddənin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsini qanuni olmaqla əsaslı və ədalətli hesab edir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən məsuliyyəti ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 68.1.1-1 və 69.3-cü maddələrinə əsasən Təqsirləndirilən şəxs həbsdə saxlandığı müddətin bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər hesablanmaqla təyin edilmiş cəzadan çıxılmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində hər gün saat 23:00-dan səhər saat 07:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, İmişli rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmasını məqsədə müvafiq hesab edir. Təqsirləndirilən şəxs təyin edilmiş cəzanı yaşadığı yer üzrə İmişli rayonu ərazisində çəkməli, hökmün icrası İmişli rayon icra və probasiya şöbəsinə həvalə edilməli və cəza çəkməsinin əvvəli onun cəzasını icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilib, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilməli və o, dərhal məhkəmə iclas zalından həbsdən azad edilməlidir. Təqsirləndirilən şəxs müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardım ödəməkdən azad edilməli və vəkil X4 tərəfindən göstərilmiş hüquqi yardıma görə 36 (otuz altı) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına İmişli rayon vəkil bürosunun hesabına köçürülməlidir. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə xərcləri yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356, 358, 381, 384.1 və 385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 177.2.3- 1-ci maddələri ilə təqsirli bilinib 1 (bir) il 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 68.1.1-1 və 69.3-cü maddələrinə əsasən Təqsirləndirilən şəxs 28 noyabr 2023-cü il tarixdə ibtidai istintaq zamanı tutulub saxlandığı 1 (bir) gün, 15 fevral 2024-cü il tarixdən 25 aprel 2024-cü il tarixədək həbsdə saxlandığı 2 (iki) ay 10 (on) gün, ümumilikdə 2 (iki) ay 11 (on bir) gün ona təyin edilmiş azadlığın məhdudlaşdırılması növündə cəzanın bir gününə iki gün hesablanıb 4 (dörd) ay 22 (iyirmi iki) gün çıxılmaqla, üzərində qəti olaraq 1 (bir) il 1 (bir) ay 08 (səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təyin edilmiş cəza müddəti ərzində Təqsirləndirilən şəxs üzərinə hər gün saat 23:00dan növbəti gün saat 07:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, İmişli rayonu inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs təyin edilmiş cəzanı yaşadığı yer üzrə İmişli rayonu ərazisində çəksin. Hökmün icrası İmişli rayon icra və probasiya şöbəsinə həvalə edilsin. Cəza çəkməsinin əvvəli Təqsirləndirilən şəxs cəzasını icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilib, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilsin və o, dərhal məhkəmə iclas zalından həbsdən azad edilsin. Təqsirləndirilən şəxs müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardım ödəməkdən azad edilsin. Vəkil X4 tərəfindən göstərilmiş hüquqi yardıma görə 36 (otuz altı) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına İmişli rayon vəkil bürosunun hesabına köçürülsün. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə xərcləri yoxdur. Hökmdən 20 gün müddətində İmişli Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və protesti verilmədiyi halda, elan olunduğu andan 20 gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Telman Quliyev
Məhkəmə qərarları › İş №1(036)-20/2024
İmişli Rayon Məhkəməsi Hökm — İş №1(036)-20/2024
25.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver