Azərbaycan Respublikası adından HÖKM İmişli rayonu İş № 1(036)-20/2025 01.07.2025 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Mahmud Orxan Əlövsət oğlunun sədrliyi, Məhkəmə iclas katibi Balacayev Elməddin Xudan oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (Şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçilər - İmişli Rayon Vəkil Bürosunun vəkilləri Müdafiəçi2, Müdafiəçi1 və Müdafiəçi4, Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 iştirakı ilə, xx xxxx 1988-ci ildə İmişli rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmaqla məhklumluğu ödənilməmiş, İmişli şəhəri, Xiyabani küçəsi, ev 73 ünvanında qeydiyyatda olmaqla, İmişli şəhəri, H.Aslanov küçəsi, ev 7 ünvanında yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1, Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 221.3-cü maddələri ilə, xx xxxxxx 1992-ci ildə İmişli rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, evli, orta təhsilli, işləməyən, məhkum olunmamış, İmişli şəhəri, H.Aslanov küçəsi, ev 7 ünvanında qeydiyyatda olmaqla yaşayan və barəsində “polisin nəzarəti altına vermə haqqında” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs3, Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə, xx xxxxxx 1999-cu ildə İmişli rayonu, Bəhrəmtəpə qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, İmişli şəhəri, M.Müşfiq küçəsi, ev 103 ünvanında qeydiyyatda olmaqla yaşayan və barəsində “polisin nəzarəti altına vermə haqqında” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs1 ondan ötrü təqsirləndirilir ki, o, qabaqcadan əlbir olan bir qrup şəxs halında saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talayıb təkrar oğurluq etmiş, həmçinin ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən və ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə müqavimət göstərib silah qismində istifadə olunan əşyadan istifadə etməklə zor tətbiq olunması, habelə silah qismində istifadə olunan əşyadan istifadə etməklə özgənin əmlakının zədələnməsi ilə müşayiət olunan qərəzli hərəkətlər, yəni xuliqanlıq etmişdir. Belə ki, o, tamah niyyəti ilə özgənin əmlakını gilzi olaraq ələ keçirmək məqsədi ilə tanışları Şahid2, Təqsirləndirilən şəxs2 və həyat yoldaşı Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsində girərərək, 10 fevral 2024-cü il tarixdə, saat 03 radələrində Zərərçəkmiş şəxs1 məxsus İmişli şəhəri, H.Əliyev prospekti 111 ünvanında yerləşən “Fidan” şadlıq sarayının binasının arxa hissəsində yerləşən həyətinə dəmir qapının kilidini üzərində gətirdiyi mismarçəkən alətlə sındıraraq daxil olmuş, həyətdə olan saxlanc yerlərindən 250 manat dəyərində olmaqla, 2 taylı, 2 ədəd, cəmi 500 manat dəyərində 2 ədəd dəmir qapıları, 200 manat dəyərində 8 ədəd, 2,5 uzunluğunda kəsilmiş 155 mm qalınlığında dəmir boruları, 400 manat dəyərində, 200 metr uzunluğunda, 55 mm qalınlığında künclük dəmirləri, 100 manat dəyərində, 10 metr uzunluğunda, 100 mm qalınlıqda 2 ədəd dəmir borları, 480 manat dəyərində, 7 metr uzunluğunda, 1 ədəd və 350 manat dəyərində 5 metr uzunluğunda, 1 ədəd şvellerləri gizli yolla talamaqla, zərərçəkmiş Zərərçəkmiş şəxs1 ümumilikdə 2030 (iki min otuz) manat maddi ziyan vurmaqla qabaqcadan əlbir olan bir qrup şəxs halında oğurluq etmişdir. Bundan başqa, o, özgənin əmlakını gizli olaraq talama məqsədilə tanışları Şahid2, Təqsirləndirilən şəxs2 və həyat yoldaşı Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsində girərərək 21 fevral 2024-cü il tarixdə, saat 01 radələrində Zərərçəkmiş şəxs1 məxsus İmişli şəhəri, H.Əliyev prospekti 111 ünvanında yerləşən “Fidan” şadlıq sarayının binasının arxa hissəsində yerləşən həyətinə dəmir qapının üzərində olan 2 ədəd kili üzərində gətirdi mismarçəkən alətlə sındıraraq daxil olmuş, həyətdən 200 manat dəyərində, 2,20 metr uzunluğunda kəsilmiş, 40 sm enində, 1 sm qalınlığında 7 ədəd lay list dəmirləri və 100 manat dəyərində, 10 metr uzunluğunda, 100 mm qalınlıqda 2 ədəd dəmir boruları gizli olaraq talayıb, zərərçəkmiş Zərərçəkmiş şəxs1 ümumilikdə 300 (üç yüz) manat miqdarında maddi ziyan vurmaqla qabaqcadan əlbir olan bir qrup şəxs halında təkrar oğurluq etmişdir. Bundan başqa, o, 10 avqust 2024-cü il tarixdə, saat 09:00 radələrində İmişli şəhəri, M.Əsədov küçəsində yerləşən, Zərərçəkmiş şəxs2 icarə əsasında işlətdiyi “Sünbül” adlı çayxanaya gələrək, heç bir əsaslı səbəb olmadan ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, silah qismində istifadə olunan əşyadan istifadə etməklə özgənin əmlakının zədələnməsi ilə müşayiət olunan qərəzli hərəkətlər edərək, özünü cəmiyyətin fövqündə qoymaqla, digərlərindən əsaslı surətdə fərqləndiyini nümayiş etdirib ünvansız nalayiq ifadələr işlədib, əlindəki tiyəsinin hündürlüyü 150 mm, orta hissədə eni 83 mm, küp hissədə eni 50 mm, kəsər hissəsinin uzunluğu 115 mm, dəstəyinin uzunluğu 367 mm, eni 40 mm, qalınlığı 25 mm olan, kəsər hissəsi hər iki üzdən itilənmiş, kustar üsulla hazırlınmış, çapıcı-kəsici xassəyə malik təsərrüfat məişət təyinatlı baltadan silah qismində istifadə edərək, səbəbsiz yerə balta ilə qəsdən çayxanadakı stola bir dəfə, pivə aparatına üç-dörd dəfə, divana bir dəfə zərbələr vurub, onları zədələyərək zərərçəkmiş Zərərçəkmiş şəxs2 200 (iki yüz) manat məbləğində maddi ziyan vurmuş, bu zaman onun qanunsuz əməlləri barədə məlumat alaraq “Polis haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin İİ hissəsinin 1 və 2-ci bəndləri ilə nəzərdə tutulan ictimai qaydanı qorumaq və ictimai təhlükəsizliyi təmin etmək, cinayətlərin və digər xətaların qarşısının alınması üçün tədbirlər görmək vəzifəsini yerinə yetirən və İmişli rayon polis şöbəsinin “Post-Patrul Naryadlarının yerləşdirilməsi üzrə post cədvəli”nə uyğun olaraq dislokasiya üzrə İmişli rayon İcra Hakimiyyətinin qarşında yerləşən “Heydər Əliyev” adına parkda xidməti vəzifələrini həyata keçirən hakimiyyət nümayəndəsi, İmişli rayon polis şöbəsinin Post-patrul xidməti bölüyünün polis nəfəri, polis baş serjantı Zərərçəkmiş şəxs3 dərhal hadisə yerinə gələrək onu nizam-intizama dəvət edib, xuliqanlıq hərəkətlərini dayandırmaqla əlindəki baltanı yerə qoymasını tələb etmiş, lakin o, qanunsuz hərəkətlərini davam etdirdiyindən polis əməkdaşı Zərərçəkmiş şəxs3 onun əlindəki baltanı almaqla xuliqanlıq hərəkətləninin qarşısını almaq istəyərkən, o, xuliqanlıq hərəkətlərini davam etdirərək ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirib ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsi Zərərçəkmiş şəxs3 müqavimət göstərək, silah qismində istifadə etdiyi balta ilə qəsdən bir dəfə sonuncunun sağ əlinə zərbə vurub, ona 3-4-5-ci barmaqlarının dırnaq falanqaları proyeksiyasında ovuc səthində yaralardan ibarət, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid bədən bədən xəsarəti yetirərək, ətrafda və çayxanda olan insanlarda qorxu və həyəcan hissləri yaratmaqla, onların istirahət rejimini pozub qərəzli xuliqanlıq etmişdir. Təqsirləndirilən şəxs3 ondan ötrü təqsirləndirilir ki, o, tamah niyyəti ilə özgənin əmlakını gilzi olaraq ələ keçirmək məqsədi ilə tanışları Şahid2, Təqsirləndirilən şəxs2 və həyat yoldaşı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsində girərərək, 10 fevral 2024-cü il tarixdə, saat 03 radələrində Zərərçəkmiş şəxs1 məxsus İmişli şəhəri, H.Əliyev prospekti 111 ünvanında yerləşən “Fidan” şadlıq sarayının binasının arxa hissəsində yerləşən həyətinə dəmir qapının kilidini üzərində gətirdiyi mismarçəkən alətlə sındıraraq daxil olmuş, həyətdə olan saxlanc yerlərindən 250 manat dəyərində olmaqla, 2 taylı, 2 ədəd, cəmi 500 manat dəyərində 2 ədəd dəmir qapıları, 200 manat dəyərində 8 ədəd, 2,5 uzunluğunda kəsilmiş 155 mm qalınlığında dəmir boruları, 400 manat dəyərində, 200 metr uzunluğunda, 55 mm qalınlığında künclük dəmirləri, 100 manat dəyərində, 10 metr uzunluğunda, 100 mm qalınlıqda 2 ədəd dəmir borları, 480 manat dəyərində, 7 metr uzunluğunda, 1 ədəd və 350 manat dəyərində 5 metr uzunluğunda, 1 ədəd şvellerləri gizli yolla talamaqla, zərərçəkmiş Zərərçəkmiş şəxs1 ümumilikdə 2030 (iki min otuz) manat maddi ziyan vurmaqla qabaqcadan əlbir olan bir qrup şəxs halında oğurluq etmişdir. Bundan başqa, o, özgənin əmlakını gizli olaraq talama məqsədilə tanışları Şahid2, Təqsirləndirilən şəxs2 və həyat yoldaşı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsində girərərək 21 fevral 2024-cü il tarixdə, saat 01 radələrində Zərərçəkmiş şəxs1 məxsus İmişli şəhəri, H.Əliyev prospekti 111 ünvanında yerləşən “Fidan” şadlıq sarayının binasının arxa hissəsində yerləşən həyətinə dəmir qapının üzərində olan 2 ədəd kili üzərində gətirdi mismarçəkən alətlə sındıraraq daxil olmuş, həyətdən 200 manat dəyərində, 2,20 metr uzunluğunda kəsilmiş, 40 sm enində, 1 sm qalınlığında 7 ədəd lay list dəmirləri və 100 manat dəyərində, 10 metr uzunluğunda, 100 mm qalınlıqda 2 ədəd dəmir boruları gizli olaraq talayıb, zərərçəkmiş Zərərçəkmiş şəxs1 ümumilikdə 300 (üç yüz) manat miqdarında maddi ziyan vurmaqla qabaqcadan əlbir olan bir qrup şəxs halında təkrar oğurluq etmişdir. Təqsirləndirilən şəxs2 ondan ötrü təqsirləndirilir ki, o, tamah niyyəti ilə özgənin əmlakını gilzi olaraq ələ keçirmək məqsədi ilə tanışları Şahid2, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsində girərərək, 10 fevral 2024-cü il tarixdə, saat 03 radələrində Zərərçəkmiş şəxs1 məxsus İmişli şəhəri, H.Əliyev prospekti 111 ünvanında yerləşən “Fidan” şadlıq sarayının binasının arxa hissəsində yerləşən həyətinə dəmir qapının kilidini üzərində gətirdiyi mismarçəkən alətlə sındıraraq daxil olmuş, həyətdə olan saxlanc yerlərindən 250 manat dəyərində olmaqla, 2 taylı, 2 ədəd, cəmi 500 manat dəyərində 2 ədəd dəmir qapıları, 200 manat dəyərində 8 ədəd, 2,5 uzunluğunda kəsilmiş 155 mm qalınlığında dəmir boruları, 400 manat dəyərində, 200 metr uzunluğunda, 55 mm qalınlığında künclük dəmirləri, 100 manat dəyərində, 10 metr uzunluğunda, 100 mm qalınlıqda 2 ədəd dəmir borları, 480 manat dəyərində, 7 metr uzunluğunda, 1 ədəd və 350 manat dəyərində 5 metr uzunluğunda, 1 ədəd şvellerləri gizli yolla talamaqla, zərərçəkmiş Zərərçəkmiş şəxs1 ümumilikdə 2030 (iki min otuz) manat maddi ziyan vurmaqla qabaqcadan əlbir olan bir qrup şəxs halında oğurluq etmişdir. Bundan başqa, o, özgənin əmlakını gizli olaraq talama məqsədilə tanışları Şahid2, X12 və Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsində girərərək 21 fevral 2024-cü il tarixdə, saat 01 radələrində Zərərçəkmiş şəxs1 məxsus İmişli şəhəri, H.Əliyev prospekti 111 ünvanında yerləşən “Fidan” şadlıq sarayının binasının arxa hissəsində yerləşən həyətinə dəmir qapının üzərində olan 2 ədəd kili üzərində gətirdi mismarçəkən alətlə sındıraraq daxil olmuş, həyətdən 200 manat dəyərində, 2,20 metr uzunluğunda kəsilmiş, 40 sm enində, 1 sm qalınlığında 7 ədəd lay list dəmirləri və 100 manat dəyərində, 10 metr uzunluğunda, 100 mm qalınlıqda 2 ədəd dəmir boruları gizli olaraq talayıb, zərərçəkmiş Zərərçəkmiş şəxs1 ümumilikdə 300 (üç yüz) manat miqdarında maddi ziyan vurmaqla qabaqcadan əlbir olan bir qrup şəxs halında təkrar oğurluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə elan edilmiş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, hadisəni xatırlamadığını və ibtidai istintaqda verdiyi ifadəsini təsdiq etdiyini bildirdi. Azərbaycan Respublikası CPM-nin 327.1.3-cü maddəsinə əsasən təqsirləndirilən şəxsin ona Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə elan olunmuş ittiham üzrə əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğundan təqsirləndirilən şəxs ifadə verdikdən və verilmiş suallara cavab verdikdən sonra onun məhkəməyədək icraat zamanı vermiş olduğu ifadəsi elan edilmişdir. Təqsirləndirilən şəxs2 məhkəməyədək icraat zamanı vermiş olduğu ifadəsində bildirmişdir ki, o, Şahid2 və Təqsirləndirilən şəxs1 rayon sakini kimi tanıyır, aralarında heç bir ədavət və düşmənçilik münasibəti yoxdur. 10 fevral 2024-cü il tarixdə, gecə saatlarında Neman ilə birlikdə rayon ərazisində gəzdikləri vaxt sonuncunun təklifi ilə Əlfətgilə getmişdir. Orada söhbət zamanı Neman onlara “Fidan” şadlıq sarayının arxa hissəsində dəmir qapılar və başqa dəmir materiallar olduğunu, həmin materialları sarayda işlədiyi işin qarşılığında pul əvəzinə verdiklərini deyib, onları götürməyi təklif etmişdir. Onlar Nemanın təklifi ilə razılaşmışlar. Həmin gün gecə saat 03 radələrində o, Əlfət, Neman, Əlfətin arvadı Türkan və sonuncunun yanandı olan azyaşlı uşağı ilə birlikdə İmişli şəhəri, H.Əliyev prospektində yerləşən “Fidan” şadlıq sarayının arxasındakı həyətə həmin küçədə yerləşən “Bazarstore” super marketinin önü hərəkət edib getmişlər. Neman qapının üzərində olan kilidi gətirdiyi mismarçəkən alətlə sındırmışdır. Neman kilidi sındıran zaman onlar oğurluğa getdiklərini bilmişlər. Neman qapını açdıqdan sonra onlar sarayın həyətinə daxil olmuşlar. Dəmirlər ağır olduğu üçün birlikdə götürüb ərazidən çıxarmağa başlamışlar. Beləliklə, onlar saxlanc yeri kimi istifadə edilən yerin qarşısında divara söykənmiş vəziyyətdə olan 2 taylı qapısı olan 2 ədəd dəmir qapını, yerə qoyulmuş təxminən 2,5 metr uzunluğunda kəsilmiş 8 ədəd dəmir borunu, kəsilmiş çox sayda dəmir künclükləri, 10 metr uzunluğunda 2 ədəd dəmir borunu və təxminən 6-7 metr uzunluğuda şvellərləri sarayın həyətindən çölə çıxardaraq yaxınlıqdakı “Bazarstore” supermarketinə aid 2 ədəd əl arabasına yükləyib, hissə-hissə olmaqla, 4-5 dəfəyə Əlfətgilin evləri tərəfə aparıb boşaltmışlar. Dəmirləri apardıqdan sonra sarayın qapısını açıq qoyub oradan çıxmış, o öz evinə getmiş, Neman isə Əlfətgildə qalmışdır. Səhəri gün Nemanı “Mədəniyyət Sarayı”ının qarşısında görüb oğurlanmış dəmirlərdən payına düşən hissəsinin pulunu istəmiş, Neman isə ona həmin dəmirlərin başqaları tərəfindən oğurlandığını və buna görə də, satıb pula çevirə bilmədiklərini demişdir. O da başqa yolu olmadığı üçün Neman ilə razılaşmışdır. 21 fevral 2024-cü il tarixdə, gecə saatlarında yenə də Nemanın təklifi ilə Əlfətgilə getmişlər. Orada Neman yenə də “Fidan” şadlıq sarayının arxa hissəsində yerləşən həyətində dəmir olduğunu deyib, orada olan dəmirlərin işlədiyi işin qarşılığında pul əvəzinə verildiyini bildirmişdir. “Fidan” şadlıq sarayının həyətindən birinci dəfə oğurluq etdiklərində Neman qapının üzərində kilidi qırdığı üçün dəmirlərin Nemana gördüyü iş qarşılığında verilmədiyini oğurluğa getdiklərini bilmişdilər. Onlar Neman ilə razılaşıb, deyilən yerə getmiş, Neman yenə özü ilə gətirdiyi mismarçəkən alətlə qapının üzərində olan kilidi qırmış və onlar içəri daxil olmuşlar. Bu dəfə də oğurluğa o, Neman, Əlfət və Əlfətin arvadı Türkan getmişdir. Orada kanalizasiya sularının axıntısı üçün istifadə edilən su kanalının üzərində olan müxtəlif ölçüdə 7 ədəd dəmir listi və təxminən 10 metr uzunluğunda 2 ədəd dəmir borunu sarayın həyətindən bayıra çıxardıb “Bazarstore” supermarketinin önündə olan 2 ədəd əl arabasına qoyaraq, 2 dəfəyə Əflətgilin evinin yaxınlığına aparıb boşlatmışlar. Çıxarkən sarayın qapısını bağlamamışlar. Bundan sonra o, evinə getmişdir. Səhəri gün Neman ilə görüşüb həmin dəmirlərdən payına düşən pulu istəmişdir. Neman isə ona müxtəlif bəhanələr gətirirək pulu verməkdən imtina etmişdir. O, “Fidan” şadlıq sarayının arxa hissəsində yerləşən həyətinə gecə vaxtı getdikləri və Nemanın qapını mismarçəkən alətlə açdığı üçün oğurluq etdiklərini bilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs3 ona Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə elan edilmiş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, ibtiadi istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. Məhkəmə iclasında elan edilmiş Təqsirləndirilən şəxs3 məhkəməyədək icraat zamanı vermiş olduğu ifadəsində bildirmişdir ki, o, Şahid2 tanıyır, aralarında heç bir ədavət, düşmənçilik və qohumluq münasibəti yoxdur. 10 fevral 2024-cü il tarixdə Neman onların evində olarkən “Fidan” şadlıq sarayının həyətində işlədiyini, işinin qarşılığında pul verilmədiyini, əvəzində isə orada olan dəmirlərin verdiyini deyib, həmin dəmirləri gətirməyi təklif etmişdir. Onlar əvvəlcə Nemanla razılaşmamış, sonradan isə razılaşmışlar. Daha sonra onlar birlikdə “Fidan” şadlıq sarayının arxa tərəfinə getmiş, Neman sarayın qapısını bilmədiyi vasitə ilə açdıqdan sonra həyətə daxil olmuşlar. Orada Neman dəmirləri gətirmiş, onlar isə həmin dəmirləri aparıb evlərinin qarşısında yerə boşaltmışlar. Sonra isə həmin dəmirləri sataraq əldə edilən pulu bölmüşlər. Ona 40 manat pul çatmışdir. Bundan başqa, 21 fevral 2024-cü il tarixdə yenə Neman onların evində olan zaman “Fidan” şadlıq sarayında işlədiyini, pulunun verilmədiyini deyib, əvəzində isə orada istifadəyə yararsız dəmirlərin ona verildiyini deyərək, həmin dəmirləri götürüb sata biləcəklərini bildirmişdir. Onlar Nemanla razılaşmamış, lakin sonuncu yalvarıraraq metal qəbulu məntəqələrində ondan dəmir almadıqlarını, buna görə də dəmiri birlikdə götürüb, onların satmalaırnı istəmişdir. Bundan sonra onlar razıllaşmış və eyni qaydada Neman ilə birlikdə “Fidan” şadlıq sarayının arxa tərəfinə getmişlər. Orada Neman eyni qayda ilə şadlıq sarayının qapısını açmış və içəri daxil olub dəmirləri götürərək, evlərinin qarşısındakı küçənin qırağına gətirib boşaltmışlar. Səhəri gün onlar dəmirləri satmış və onun payına 50 manat pul düşmüşdür. Neman həmin dəmirlərin oğurluq olmasını ona deməmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.2, 177.2.3 və 221.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, oğurluq hadisəsində Elxanla olmamışdır. Həmin vaxt Elxanla Nemanın onun yaşadığı evə gəlmiş və ona ac olduqlarını bildirmişlər. O da onlara çörək və bir az içki vermişdir. Bundan sonra Neman ona bildirmişdir ki, bir az dəmir turba var. O, isə Nemandan oğurluq olub-olmamasını soruşmuşdur. Həmin vaxt Neman həmin turbaların oğurluq olmamasını bildirmişdir. Bundan sonra onlar birləşərək həmin əraziyə gəlmişlər. O, yenidən Nemandan soruşmuşdur ki, həmin dəmirlərin oğurluq olubolmamasını Neman isə cavabında bildirmişdir ki, bəli oğurluqdur. O, bildirmişdir ki, daha bura kimi gəlmişdir aparsınlar. Bundan sonra həmin yerin qapısının kim tərəfindən sındırıldığından xəbəri olmamışdır. Sadəcə 4 (dörd) ədəd turba olmuş və onların aparılmağına köməklik etmişdir. Hazırda ona Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsi ilə açılan cinayət işində o, polis əməkdaşları tərəfindən söyülüb təhqir olunmuş və döyülmüşdür. Onun heç bir günahı yoxdur. Bunların nəzərə alınmasını xahiş edir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 ona verilən suallara cavab olaraq bildirmişdir ki, o, hərdən özündə olmadığını və hadisələri xatırlamadığını bildirdir. Balta hadisəsini xatırlamır. Onun xəstəliyi var. Ona görə də xatırlamır. Oğurluq hadisəsində isə Elxan onunla getməmişdir. O, anbara girməmiş lakin marketin qarşısından onlara kömək etmiş və həmin kömək qarşılığında 20 (iyirmi) manat məbləğində pul almışdır. Həmin hadisə marketin kamerasına da düşmüşdür. Bundan sonra həmin dəmirləri gedib dəmir yığılan yerdən götürərək gətirib polis şöbəsinin həyətinə yığmışdır. O həmin yerə iki dəfə getmişdir. Məhkəmə iclasında proses iştirakçılarının razılığı ilə ibtidai istintaq dövründə ifadə vermiş Zərərçəkmiş şəxs1 elan edilmiş ifadəsindən görünür ki, İmişli şəhəri, H.Əliyev prospekti 111 ünvanında yerləşən “Fidan” şadlıq sarayı ona məxsusdur. Şahid1 onun işçisidir və şadlıq sarayının mühasibi vəzifəsində işləyir. 13 fevral 2024-cü il tarixdə Elxan ona zəng edərək şadlıq sarayından oğurluq olması barədə məlumat vermiş və o Elxana rayon polis şöbəsinə gedib ərizə verməsini bildirmişdir. Elxan rayon polis şöbəsinə gedib ərizə verdikdən sonra polis əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilmişdir. Baxış zamanı sarayın saxlanc yerindən hər biri 250 manat dəyərində olmaqla, 2 ədəd 2 taylı, cəmi 500 manat dəyərində dəmir qapıların, 200 manat dəyərində 8 ədəd, 2,5 uzunluğunda kəsilmiş 155 mm qalınlığında dəmir boruların, 400 manat dəyərində, 200 metr uzunluğunda, 55 mm qalınlığında künclük dəmirlərin, 100 manat dəyərində, 10 metr uzunluğunda, 100 mm qalınlıqda 2 ədəd dəmir borunun, 480 manat dəyərində, 7 metr uzunluğunda, 1 ədəd və 350 manat dəyərində 5 metr uzunluğunda şvellerin oğurlandığı müəyyən edilmiş, həmin hadisə nəticəsində ona 2030 (iki min otuz) manat məbləğində maddi ziyan dəymişdir. 21 fevral 2024-cü il tarixdə Elxan yenə də ona zəng edib sarayın arxa hissəsində yerləşən həyətə daxil olmaq üçün istifadə edilən dəmir qapının üzərindəki 2 ədəd kilidin sındırldığını və orada kanalzasiya sularının axıntısı üçün istifadə edilən kanalın üzərində olan 200 manat dəyərində, 2,20 metr uzunluğunda kəsilmiş, 40 sm enində, 1 sm qalınlığında lay list dəmirlərin və 100 manat dəyərində, 10 metr uzunluğunda, 100 mm qalınlıqda 2 ədəd dəmir borunun oğurlandığını demiş, o isə Elxana 102 xidmətinə zəng edib məlumat verməsini tapşırmışdır. Elxan 102 xidmətinə hadisə barədə məlumat verdikdən sonra polis əməkdaşları hadisə yerinə gələrək baxış keçirmişlər. Baş vermiş oğurluq hadisə nəticəsində ona 300 manat məbləğində maddi ziyan dəymişdir. Ümumilikdə isə hər iki oğurluq hadisəsi nəticəsində ona 2330 manat maddi ziyan dəymişdir. Oğurlanmış əşyalar 2018-ci ildən istifadə edilir və Rusiya Fedarasiyasının istehsalı materiallar olmuşdur. Zərərçəkmiş şəxs1 məhkəməyə ərizə ünvanlayaraq bildirmişdir ki, xəstə olduğu üçün məhkəmə iclasında iştirak edə bilmədiyini, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və qeyrilərinə qarşı şikayət və tələbinin olmadığını bildirərək işə onun iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında proses iştirakçılarının razılığı ilə ibtidai istintaq dövründə ifadə vermiş Zərərçəkmiş şəxs2 elan edilmiş ifadəsindən görünür ki, İmişli şəhəri, M.Əsədov küçəsində yerləşən “Sünbül” adlı çayxananı işlədir. Çayxananı adətən saat 07:30-da açır, saat 23 radələrində bağlayır. 10 avqust 2024-cü il tarixdə, saat 09 radələrində çayxananı tərk edib işlərinin ardıyca getmişdir. Bu vaxt rayon sakini kimi tanıdığı Təqsirləndirilən şəxs1 əlində balta ilə çayxanaya gəlmiş, orada heç bir səbəb olmadan əlindəki balta ilə çayxanada olan stula vuraraq sındırmış, sonra isə ofsiant işləyən Əlişin yaxasından tutaraq vurmaq istəmiş, bu vaxt Əliş Əlfətin əlindən qaçmışdır. Əliş Əlfətin əlindən qaçdıqdan sonra Əlfət əlindəki balta ilə pivə aparatına vuraraq zərər yetirmişdir. Əlfət öz xuliqanlıq hərəkətlərinə davam edərək, divanın yan tərəfindən balta ilə vuraraq sındırmışdır. Polis əməkdaşları hadisə yerinə gəlib Əlfəti zərərsizləşdirmək istəyən vaxt o, polis əməkdaşlarının birinə xəsarət yetirmişdir. Baş vermiş hadisə nəticəsində ona pivə aparatına görə 150 manat, stula görə 30 manat və divana 20 manat maddi ziyan dəymişdir. Belə ki, stlul taxta materialdan olmaqla onun üzərinə alınacaq fanerkanın qiyməti 30 manatdır. Divanın yan hissəsinə alınacaq taxta materialın qiyməti isə 20 manatdır. Baş vermiş hadisə nəticəsində ona ümumlikdə 200 manat maddi ziyan dəymişdir. Əliş və ətrafda olan müştərilərdən heç biri xəsarət almamışdır. Əlfət əlində balta ilə xuliqanlıq hərəkətləri edən zaman çayxada olan müştərilər qorxaraq qaçıb uzaqlaşmışlar. Zərərçəkmiş şəxs2 məhkəməyə ərizə ünvanlayaraq bildirmişdir ki, xəstə olduğu üçün məhkəmə iclasında iştirak edə bilmədiyini, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və qeyrilərinə qarşı şikayət və tələbinin olmadığını bildirərək işə onun iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında proses iştirakçılarının razılığı ilə ibtidai istintaq dövründə ifadə vermiş Zərərçəkmiş şəxs3 elan edilmiş ifadəsindən görünür ki, o, 10 avqust 2024-cü il tarixdə İmişli şəhəri, Məhəmməd Əsədov küçəsində yerləşən Heydər Əliyev parkında İmişli RPŞ-nin PPXB-nin əməkdaşları, polis baş serjantı Şahid10, polis serjantı Şahid14 və polis serjantı Şahid11 Bərşad oğlu ilə birlikdə xidmətdə olmuşlar. Onlar İmişli rayon İcra Hakimiyyətinin qarşısında olan zaman tanışı, İmişli şəhər sakini Səid adlı şəxs qaçaraq onların yanınlarına gəlib bir nəfər şəxsin “Sünbül” adlı kafenin həyətində əlində balta ilə insanlara xəsarət yetirmək istədiyini və kafenin həyətinə yerləşən stolları sındırdığını demiş, bundan sonra o, dərhal qaçaraq hadisə yerinə gəlmişdir. Həmin vaxt onunla bərabər hadisə yerinə İmişli RPŞ-nin PPXB-nin polis serjantı X7 da gəlmişdir. O, əvvəldən tanıdığı Əlfət adlı şəxsin əlində olan balta ilə nalayiq ifadələr işlədərək kafenin həyətində olan stolları sındıraraq yararsız hala saldığını görüb, Əlfətə yaxınlaşaraq onu nizamintizama dəvət etmiş, ancaq Əlfət sakitləşməyərək nalayiq ifadələr işlətməkdə davam etmişdir. O, Əlfətə əlində olan baltanı yerə atmağı tələb etmiş, lakin Əlfət əsəbi halda onu kimin çağırdığını soruşaraq, balta ilə onun üzərinə hücum edib havada baltanı sağa-sola fırlatmış və baş nahiyəsinə zərbə vurmaq isətəyən zaman o, sağ əlini baltanın qarşısına verərək, əlindən xəsarət almışdır. Əlfət ona xəsarət yetirdikdən sonra qaçaraq uzaqlaşmışdır. Polis əməkdaşı Elgün İsmayıllı ona əlinin qanadığını demiş və o əlinə baxıb sağ əlinin içərisinin kəsildiyini görmüşdür. İmişli RPŞ-nin PPXB-nin əməkdaşı Şahid13 kafeyə qaçaraq parça gətirib onun əlini sarımaqla tibbi yardım göstərmişdir. Bundan sonra polis əməkdaşı əməkdaşı Şahid14 efirə çıxaraq bir nəfər şəxsin əlində balta ilə insanlara xəsarət yetirmək istədiyini bildirib, həmin şəxsin zərərsizləşdirilməli olduğunu demişdir. O və digər polis əməkdaşları Əlfətin arxasınca qaçmış və İmişli şəhəri, Məhəmməd Əsədov küçəsində yerləşən Seçki Dairəsinin yanında İmişli RPŞ-nin PPXBnin əməkdaşı Şahid9 Əlfəti zərərsizləşdirdiyini görmüşlər. Bundan sonra onlar Əlfəti “FİAT” markalı xidməti avtomobillə əyləşdirib şöbənin inzibati binasına gətirmişlər. Zərərçəkmiş şəxs3 məhkəməyə ərizə ünvanlayaraq bildirmişdir ki, xəstə olduğu üçün məhkəmə iclasında iştirak edə bilmədiyini, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və qeyrilərinə qarşı şikayət və tələbinin olmadığını bildirərək işə onun iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iş üzrə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, o, İmişli şəhəri, H.Əliyev prospektində yerləşən Cəmil adlı şəxsə məxsus metal qəbulu məntəqəsində işləyir və orada metalların qəbulu işlərinə baxır. 10 fevral 2024-cü il tarixdə, saat 11 radələrində 3 nəfər şəxs məntəqəyə gələrək, 3 ədəd dəmir boru və 2 ədəd şveller gətirmiş, şvellerlər 5 və 7 metr uzunluğunda, dəmir borular isə 3-4 metr uzunluğunda olmuşdur. Həmin şəxslər Türkan, motosiklet sürücüsü Zahir və bir azyaşlı uşaq olmuşdur. O, şvellerə görə 135 manat, dəmir borulara görə isə 60 manat pul ödəmişdir. Bir müddət sonra onun yanına bir nəfər tanımadığı, sonradan adının Elxan olduğunu bildiyi şəxs gələrək qəbul etdiyi metalların ona məxsus olduğunu və onların oğurlandığını bildirmişdir. O isə həmin dəmirlərin oğurlandığını bilməmiş və bundan şübhələnməmişdir. Elxan ona dəmirləri satmamağı və polis əməkdaşlarının həmin dəmirləri təhvil alacağını bildirdiyindən, o, bir müddət gözləmiş, lakin heç kimin gəlmədiyini görüb, dəmirləri 200 manata satmışdır. Məhkəmə iclasında iş üzrə şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, o, 2020-ci ildən İmişli şəhəri, A.Şadlıniski küçəsində yerləşən Ceyhun adlı şəxsə məxsus metal qəbulu məntəqəsində işləyir. 21 fevral 2024-cü il tarixdə, səhər saat 09 radələrində 1 uşaq, 1 qadın və 1 kişi olmaqla 3 nəfər onun iş yerinə gələrək motosikletdə 7 ədəd list dəmir, 2 ədəd dəmir boru gətirmişlər. Qadın ona həmin metalları satdığını demiş və o, metalların haradan əldə olunmasını soruşmadan və onların oğurluq mal olacağından şübhələnmədən həmin metalları almaq qərarına gəlmişdir. Bunun üçün metalları qapanla çəkərək onların 140 kilqoram ağırlıqda olmasını müəyyən etmiş və 1 kiloqramı 43 qəpikdən olmaqla 60 manata almışdır. Təxminən 1 saat sonra tanımadığı şəxs məntəqəyə gələrək onun aldığı metallara baxmış və həmin metalların ona məxsus olduğunu, “Fidan” şadlıq sarayının arxasından oğurlandığını demişdir. O isə metalların oğurluq olmasını bilmədiyini bildirmişdir. Bundan sonra həmin şəxs ona metalları kənara qoymağını deyərək polis şöbəsinə şikayət edəcəyini bildirmiş və o da metalların oğurluq olduğunu bilib onları ayıraraq kənara qoymuşdur. Təxminən 1 saat sonra polis əməkdaşları gəlib məntəqəyə baxış keçirmiş və metalların oğurluq olduğunu bildirərək onları götürmüşlər. Həmçinin o, polis əməkdaşlarına müşahidə kamerasının yaddaş qurğusunda olan görüntüləri təqdim etmiş, polis əməkdaşlarıda həmin görüntüləri də götürmüşlər. Məhkəmə iclasında iş üzrə şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, onun “İj Planet 5” markalı motosikleti vardır. Həmin motosiklet ilə rayon ərazisində yük daşımaqla məşğuldur. 10 fevral 2024-cü il tarixdə, səhər saatlarında İmişli şəhəri, Q.İsmayılzadə küçəsində yerləşən “Mərkəzi Bazar”ın qarşısında olaprkən, bir nəfər qadın yanında bir azyaşlı uşağla ona yaxınlaşaraq yükü olduğunu demiş, o da qadından yükünün nə olduğunu soruşmuşdur. Qadın ona yükünün bir neçə dəmir parçası olduğunu deyərək, metal qəbulu məntəqlərinin birinə aparıb satacağını demişdir. O razılaşmış və birlikdə İmişli şəhəri, H.Aslanov küçəsinə, "xxxx" MMC-nin inzibati binasının yaxınlığına, qadının yaşadığı mənzilin binasının qarşısına gedib orada yığılan şveller, dəmir boruları və digər dəmirləri motosikletin yük yerinə yığmış, sonra Cəmil adlı şəxsin İmişli şəhəri, H.Əliyev prospektində yerləşən metal qəbulu məntəqəsinə aparmışlar. Orada qadın dəmirləri satdıqdan sonra sonuncunu İmişli şəhər 8 saylı tam orta məktəbin yanında düşürtmüşdür. Əvəzində qadın ona 5 manat pul vermişdir. 21 fevral 2024-cü il tarixdə səhər saatlarında o, bazarın içərisində dayanan zaman eyni qadın ona yaxınlaşaraq, yenə də metalı olduğunu demişdir. O razılaşaraq qadınla birlikdə sonuncunun yaşadığı ünvana getmiş, orada lay list dəmirləri və dəmir boruları motosikletin yük yerinə yığaraq Cəmil adlı şəxsin metal qəbulu məntəqəsinə getmişlər. Həmin məntəqədə heç bir səbəb göstərilmədən metallar qəbul olunmamış və onlar İmişli şəhəri, A.Şadlıniski küçəsində yerləşən Ceyhun adlı şəxsin metal qəbulu məntəqəsinə getmişlər. Orada qadın dəmirləri satdıqdan sonra o, qadını yaşadığı evə gətirib düşürtmüş, əvəzində isə qadın ona 5 manat pul vermişdir. Onun motosikleti ilə daşıdığı qeyd etdiyi qadına məxsus dəmirlərin oğurluq yolu ilə əldə olunmasından məlumatı olmamışdır. Məhkəmə iclasında iş üzrə şahid qismində dindirilmiş Şahid6 Əlifayıl oğlu ifadəsində göstərmişdir ki, o, İmişli şəhəri, Məhəmməd Əsədov küçəsində yerləşən icarəyə götürdüyü obyektdə çay satır. 10 avqust 2024-cü il tarixdə, saat 09 radələrində işlədiyi yerin yaxınlığında fəaliyyət göstərən "Sünbül" adlı çayxananın həyətindən səs-küy gəldiyini eşidib dərhal çayxananın həyətinə getmiş, orada olan zaman əvvəldən tanıdığı Təqsirləndirilən şəxs1 əlində balta ilə çayxananın həyətində yerləşən stollara, pivə aparatına zərbələr vuraraq zərər yetirdiyini görmüşdür. Həmçinin, Əlfət çayxanada müştəri kimi əyləşmiş vətəndaşların üzərinə hücum edib vətəndaşların ünvanlarına nalayiq ifadələr işlədərək əlində olan balta ile onlara xəsarət yetirmək istəmişdir. O da oradan qaçaraq İmişli rayon İcra Hakimiyyətinin qarşısında xidmət aparan polis əməkdaşlarına "Sünbül" adlı kafedə bir nəfər şəxsin əlində balta ilə insanlara xəsarət yetirmək istədiyini demişdir. Bundan sonra polis əməkdaşları da dərhal hadisə yerinə getmişlər. Əvvəlcədən tanıdığı Əli adlı polis əməkdaşı Əlfəti nizam-intizama dəvət etmiş, ancaq həmin vaxt Əlfət sakitləşməyərək əlində olan balta ilə Əlinin üzərinə hücum edib havada baltanı sağa-sola fırladıb Əlinin sol əlini kəsərək qəsdən xəsarət yetirmişdir. Bundan sonra Əlfət əlində olan balta ilə oradan qaçartaq uzaqlaşmışdır. Polis əməkdaşları da Əlfəti zərərsizləşdirmək üçün arxasıyca düşmüşlər. Bundan sonra baş verən hadisə barədə məlumatı olmamışdır. Məhkəmə iclasında iş üzrə şahid qismində dindirilmiş Şahid9 Quluəli oğlu ifadəsində göstərmişdir ki, o, 2018-ci ildən İmişli rayon polis şöbəsinin Post-patrul xidməti bölüyünün polis nəfəri vəzifəsində xidmət edir. 10 avqust 2024-cü il tarixdə, saat 08 radələrində İmişli rayon polis şöbəsinin inzibati binasının həyətində xidmətə bölünmüşlər. O, İmişli şəhəri, M.Əsədov küçəsində polis serjantı Elgün İsmayıllı ilə birlikdə piyada xidmətə yazılmışdır. Həmin gün, saat 09 radələrində bölüyün əməkdaşlarından biri efirə çıxaraq İmişli şəhəri, M.Əsədov küçəsində yerləşən “Sünbül” adlı çayxanda bir nəfər şəxsin balta ilə polis əməkdaşına xəsarət yetirərək qaçmasını demiş, bundan sonra o, postun digər tərəfindən qeyd edilən yerə qaçarkən bu vaxt rayon sakini kimi tanıdığı Əlfət adlı şəxsin əlində balta ilə Seçki Komitəsinin binasına tərəf qaçdığını görmüşdür. Həmin binanın önündə Əlfətin qarşısını kəsərək əlindəki baltanı atmasını tələb etmişdir. Əlfət baltanı atmaq istəməyib qaçmaq istəyərkən, o, Əlfətə yaxınlaşmış, Əlfət əlindəki baltanı yerə atmışdır. Bundan sonra Əlfətə yaxınlaşıb, fənd tətbiq edərək saxlamışdır. Həmin vaxt digər polis əməkdaşları yaxınlaşaraq Əflətin əllərini əl-qol bağlayan vasitə ilə bağlayıb, “Fiat” markalı xidməti avtomobilə mindidirərək rayon polis şöbəsinə gətirmişlər. Əlfət saxlanılan polis əməkdaşı Zərərçəkmiş şəxs3 hadisə yerinə gəlmiş əlindən qan axmasını görmüşdür. Məhkəmə iclasında iş üzrə şahid qismində dindirilmiş Şahid10 və Şahid11 şahid qismində ifadə vermiş Şahid9 Quluəli oğlu eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında iş üzrə şahid qismində dindirilmiş Şahid12 Zərərçəkmiş şəxs3 elan olunmuş ifadəsi ilə eyni məzmunlu ifadə verərək, Zərərçəkmiş şəxs3 ifadəsində göstərdiyi xüsusisatları bir daha təsdiq etmişdir. cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 10 avqust 2024-cü il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə ********* saylı cinayət işi başlanmış və icraata qəbul olunmuşdur (i.v. 1); zərərçəkmiş şəxs qismində tanınma haqqında 10 avqust 2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs3 zərərçəkmiş şəxs qismində tanınmışdır (1-cild, i.v. 34); materialın cinayət işinə birləşdirilməsi haqqında 10 avqust 2024-cü il tarixli qərardan görünür ki, MK-1/2020 saylı araşdırma materialı icraatda olan ********* nömrəli cinayət işi ilə bir icraatda birləşdirilmişdir (1-cild, i.v. 42); zərərçəkmiş şəxs qismində tanınma haqqında 10 avqust 2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs2 zərərçəkmiş şəxs qismində tanınmışdır (1-cild, i.v. 51); cinayət törətməkdə şübhəli bilinən şəxsin tutulması haqqında 10 avqust 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 10 avqust 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur (i.v. 66-67); təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 12 avqust 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir (i.v. 105-106); İmişli Rayon Məhkəməsinin 4(036)-69/2024 saylı xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində 3 (üç) ay həbs qətimkan tədbir seçilmişdir (1cild, i.v. 125-129); Məhkəmə-tibbi ekspertizasının 10 avqust 2024-cü il tarixli, 508 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs3 bədəni üzərində sağ əlin 3-4-5-ci barmaqlarının dırnaq falanqaları proyeksiyasında ovuc səthdə yaralardan ibarət, 10 avqust 2024-cü il tarixdə baltanın tiyəsinin ülgücünün təsirindən törənmiş, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya xəsarət vardır (1-cild, i.v. 130-131); Baxış keçirilməsi haqqında 13 fevral 2024-cü il tarixli protokoldan görünür ki, hadismə yeri İmişli şəhəri, H.Əliyev prospekti 111 ünvanında yerləşən “Fidan” şadlıq sarayının arxa hissəsindəki həyətidir. Yaxınlıqda “Bazarstore” supermarketi olmaqla, kiçik obyektlər vardır. Sarayın həyətində dəmir qapıdan daxil olunur. Naməlum şəxslər sarayın həyətinə dəmir qapıdan daxil olmuşlar. Saxlanc yerindən dəmir qapılar, saxlanc yerinin yaxınlığından dəmir borular və saxlanc yerinin yan tərəfindən isə şvellerlər oğurlanmışdır. Bundan başqa hadisə yerinin yaxınlığında yerləşən "xxxx" MMC-nin müşahidə kamerasından hadisənin hadisəsini özündə əks etdirən görüntülər götürlərək 01 ədəd DVD disk köçürülməklə protokola əlavə edilmişdir (1-cild, i.v. 155-158); Baxış keçirilməsi haqqında 21 fevral 2024-cü il tarixli protokoldan görünür ki, hadisə yeri İmişli şəhəri, H.Əliyev porspekti 11 ünvanında yerləşən “Fidan” şadlıq sarayının arxa hissəsindəki həyətdir. Naməlum şəxslər həyətə daxil olmaq üçün dəmir qapının üzərindəki 2 ədəd kilidi sındırmışlar. Baxışda iştirak edən Şahid1 həyətin baş tərəfində çəkilmiş, kanalzasiya sularının axması üçün istifadə edilən su kanalının üzərində olan 7 ədəd list formasında dəmirlərin və yaxınlıqda sarayın binasının arxa hissəsinə yerdən yığılmış dəmir boruların oğurlandığını bildirmişdir (1-cild, i.v. 171-175); Baxış keçirilməsi haqqında 21 fevral 2024-cü il tarixli protokoldan görünür ki, İmişli şəhəri, A.Şadlıniski küçəsində yerləşən metal qəbulu məntəqəsində işləyən Şahid4 məntəqəyə qurşadırılmış müşahidə kameralarının yaddaş qurğusundakı görüntülər götürülərək 01 ədəd DVD diskə köçürülərək baxış protokoluna əlavə edilmişdir. Həmçinin metal qəbulu məntəqəsində olan 7 ədəd list formasında dəmir götürələrək protokola əlavə olunmuşdur (1-cild, i.v. 182-185); zərərçəkmiş şəxs qismində tanınma haqqında 24 fevral 2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs1 zərərçəkmiş şəxs qismində tanınmışdır (1-cild, i.v. 192); cinayət işinin tövsif olunması haqqında 26 fevral 2024-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə istintaq olunan ********* nömrəli cinayət işi həmin Məcəllənin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə tövsif olunmuş və istintaq davam etdirilmişdir (1-cild, i.v. 221-222); Diskə baxış keçirilməsi haqqında 05 mart 2024-cü il tarixli protokoldan görünür ki, 10 fevral 2024-cü il tarixdə, saat 03:02-də 3 nəfər şəxs yanlarında bir azyaşla uşaqla birlikdə əllərində dəmir boru ilə “Bazartore” supermarketinə tərəf gələrək, orada olan əl arabalarının iksini baş başa qoyub əllərindəki dəmir boruları həmin arabının üzərində qoyaraq yenidən şadlıq sarayına tərəf gedirlər. Təxminən 10-15 saniyə sonra onlar yenidən əllərində dəmir borular ilə qayıdıb, həmin dəmir boruları əl arabalarının üzərində qoyurlar (2-cild, i.v. 6); Diskə baxış keçirilməsi haqqında 27 may 2024-cü il tarixli protokoldan görünür ki, bir ədəd üzərində dövlət qeydiyyat nişanı olmayan motosiklet İmişli şəhəri, A.Şadlıniski küçəsində yerləşəm metal qəbulu məntəqəsinə gəlir. Həmin motosikleti bir nəfər kişi idarə etir, onun arxasında bir uşaq əyləşmiş, yük yerində isə dəmirlər vardır. Dəmirlərin üzərində bir nəfər qadın əyləşmişdir. Bir nəfər şəxs onlara yaxınlaşaraq motosikletdəki dəmirlərə baxır. Sonra isə həmin şəxs motosikletdə olan bir ədəd list dəmiri götürərək tərəzinin üzərinə qoyur. Bundan sonra həmin şəxs motosikletdən dəmir boru götürərək tərəzinin üzərinə qoyur. Həmçinin metal qəbulu məntəqəsində işləyən şəxs motosikletdən list dəmirləri götürərək tərəzinin üzərinə yığır. Sonra isə motosikletlə gələn şəxslər oradan uzaqlaşırlar (2-cild, i.v. 39); təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 27 may 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir (2-cild, i.v. 40-41); təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin dəyişdirilməsi haqqında 27 iyun 2024-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş Təqsirləndirilən şəxs1 barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir (2-cild, i.v. 56- 57); xx.xx.2024-cü il tarixli mütəxəssis rəyindən görünür ki, ********* nömrəli sorğuya əsasən, 2018-ci ildən istifadə edilən, Rusiya Fedarasiyasın istehsalı olan dəmirlərin 2024cü ilin fevral ayına qiyməti aşağıdakılardır. 8 ədəd, 2,5 uzunluğunda kəsilmiş 155 mm qalınlığında dəmir borular 160 manat, 200 metr uzunluğunda, 55 mm qalınlığında künclük dəmirlər 300 manat, 10 metr uzunluğunda, 100 mm qalınlıqda 2 ədəd dəmir boru 90 manat, 7 metr uzunluğunda, 1 ədəd şvellerin 406 manat, 5 metr uzunluğunda, 1 ədəd şveller və 290 manat, 2,20 metr uzunluğunda kəsilmiş, 40 sm enində, 1 sm qalınlığında 7 ədəd lay list dəmirlər 98 manat, 10 metr uzunluğunda, 100 mm qalınlıqda 2 ədəd dəmir boru 90 manatdır. Dəmir qapıların hazırlandığı ilini, qalınlığını, istifadə müddətini və digər formaları bilinmədiyi üçün qiymətləndirmək mümkün olmamışdır (i.v. 169); (2-cild, i.v. 64-65); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistika və İnformasiya İdarəsi tərəfindən verilmiş 10 iyun 2025-ci il tarixli tələbnamədən görünür ki, X3 əvvəllər məhkum olunması barədə əməliyyat kartotekasında məlumat mövcud deyil (2ci cild, i.v. 71); Azərbaycan Respublikası Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 İmişli Rayon Məhkəməsinin xx.xx.2004-cü il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 29, 177.2.1, 177.2.3, 177.2.4, 66-cı maddələri ilə təqsirli bilinib və o, 4 (dörd) il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və CM-nin 70-ci maddəsinə əsasən həmin cəza şərti hesab edilərək sınaq müddəti 2 (iki) il təyin olunmuşdur. İmişli Rayon Məhkəməsinin xx.xx.2005-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 177.2.1, 177.2.2, 177.2.3, 66.3, 67-ci maddəsi ilə təqsirli bilinib və o, 05 (beş) il 6 ay AME X9 məcburi müalicə təyin edilmişdir. İmişli Rayon Məhkəməsinin xx.xx.2006-cı il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib və o, 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Xənmədov X4 Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 177.3.3, 67-ci maddələri ilə təqsirli bilinib və o, 07 (yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhər Nizami Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qərarı ilə 177.3.3-cü maddəsi AR CM-nin 177.3.3-cü maddəsi AR CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddəsinə tövsif edilib, AR CM-nin 67-ci maddəsi ilə 5 (beş) il 6 ay cəza təyin edilib. Təqsirləndirilən şəxs1 İmişli Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 221-1ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib 15 faiz dövlət nəfinə tutulmaqla 01 (bir) il müddətə islah işləri cəzasına məhkum edilmişdir (2-ci cild, i.v. 73-75); İmişli Rayon Məhkəməsinin 1(036)-50/2022 saylı, 29 noyabr 2022-ci il tarixli hökmdən görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib 15 faiz dövlət nəfinə tutulmaqla 01 (bir) il müddətə islah işləri cəzasına məhkum edilmişdir (i.v. 82-85); Kompleks məhkəmə-psixiatrik və məhkəmə-psixoloji ekspertizasının 25 iyun 2024-cü il tarixli, 1840 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 törətdiyi əməllər dövründə “üzvü şəxsiyyət pozuntusu” qeyd edilmişdir. Təqsirləndirilən şəxs1 üzvü şəsxiyyət pozuntusu formasında psixi patologiya aşkar olunur. Təqsirləndirilən şəxs1 qeyd edilən “üzvü şəxsiyyət pozuntusu” öz ifadə dərəcəsinə görə onu törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictiami təhlükəliliyini dərk etmək və onlar iqtidarından məhrum etməmişdir. Eyni zamanda qeyd olunmalıdır ki, Təqsirləndirilən şəxs1 oğlunda qeyd olunan “üzvü şəsxiyyət pozuntusu” nəticəsində onun törətdiyi əməl dövründə öz hərəkətlərini tam həcmdə idarə etmək qabliyyətində olmamışdır. Buna görə də, Təqsirləndirilən şəxs1 törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs1 hazırki, psixi vəziyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs1 əməli Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs1 qeyd olunan hərəkətlər “üzvü şəxsiyyət pozuntusu” nəticəsində onu törətdiyi əməl dövründə öz hərəkətlərini tam həcmdə dərk etmək və hərəkətlərini tam həcmdə idarə etmək iqtidarında olmamışdır. Təqsirləndirilən şəxs1 barəsində anlaqlılığı istisna etməyən psixi pozuntusu olan şəxs kimi Azərbaycan Respublikası CM-nin 22.1-ci maddəsi tətbiq edilər bilər. Təqsirləndirilən şəxs1 konqitiv proseslərində gerilik (qavrama proseslərinin nisbətən zəif olması, təfəkkürün təhlil-tərkib prosesslərində primitivlik, mühakimələrinin səthi olması, maraq dairəsinin məhdudluğu, ola biləcək nəticələri proqnozlaşdırmaqada çətinlik çəkdiyi, dünyagörüşü və biliklərinin normadan bir qədər aşağı səviyyədə olması) emosional-iradi sferasında əhval-ruhyyəsinin dəyişkən olması, emosional qeyri-sabitlik, qıcığa qarşı həssaslıq, affektiv reaksiyalara meylilik müəyyən edilir. Təqsirləndirilən şəxs1 hadisə zamanı emosional vəziyyətindən asılı olaraq öz hərəkətlərini tam dərk etmək və hərəkətlərini idarə etmək qabiliyyətinə malik olmadığı qənaətinə gəlinir. Təqsirləndirilən şəxs1u psixi-emosional sferasında iş üçün əhəmiyyət kəsb edən hər hansı mühüm dəyişiklik yaranması müəyyən edilmir. Təqsirləndirilən şəxs1 törətdiyi əməl zamanı fizioloji affekt vəziyyətində olmamışdır. Təqsirləndirilən şəxs1 təlqinə qapılmağa və özündən uydurmağa meyillilik əlamətləri aşkar edilmir (2-ci cild, i.v. 116- 120); Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə - Tibbi Ekspertiza və X5” publik hüquqi şəxsin 10 avqust 2024-cü tarixli, 509 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 aşkar edilmiş xəsarətlər - alın nahiyəsində sağda və solda, sağ və sol diz oynağının ön səthində, döş qəfəsinin sol yarısının arxa səthində sıyrıqlar bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, müxtəlif şəraitlərdə, o cümlədən xx.xx.2024-cü il tarixdə təsviri hissədə göstərilən şəraitdə əmələ gələ bilərdi. Qeyd olunmuş xəsarətlər sağlamlığa zərər vurmayan xəsarətlər olduğu üçün dərəcəsi təyin edilmir (2-ci cild, i.v. 134-135); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistika və İnformasiya İdarəsi tərəfindən verilmiş 25 oktyabr 2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs3 əvvəllər məhkum olunması barədə əməliyyat kartotekasında məlumat mövcud deyil (2-ci cild, i.v. 143); İmişli Rayon Məhkəməsinin 4(036)-86/2024 saylı xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti 2 (iki) ay uzadılmışdır (2-ci cild, i.v. 117-183); İmişli Rayon İcra Hakimiyyəti Başçısının İmişli şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsinin xx.xx.2024-cü il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs2 İmişli şəhəri, M.Müşfiq küçəsi, ev 103 saylı ünvanda qeydiyyatdadır (3-cü cild, i.v. 6); İmişli Rayon İcra Hakimiyyəti Başçısının İmişli şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsinin xx.xx.2024-cü il tarixli xasiyyətnamədən görünür ki, İmişli şəhəri, M.Müşfiq küçəsi, ev 103 saylı ünvanda qeydiyyatdadır, orta təhsilli, subay, azərbaycanlı, Təqsirləndirilən şəxs2 yaşadığı məhəllədə ailə üzvləri ilə mehriban dolanmış, özündən böyüklərin və həmyaşıdlarının daima hörmətini qazanmış və İmişli Rayon İcra Hakimiyyəti Başçısının İmişli şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə heç bir ərizə və şikayət daxil olmamışdır (3-cü cild, i.v. 7); İmişli Rayon İcra Hakimiyyəti Başçısının İmişli şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsinin xx.xx.2024-cü il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs1 İmişli şəhəri, Xiyabani küçəsi, ev 73 saylı ünvanda qeydiyyatdadır və ailə tərkibi həyat yoldaşı Təqsirləndirilən şəxs3 (3-cü cild, i.v. 8); İmişli Rayon İcra Hakimiyyəti Başçısının İmişli şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsinin xx.xx.2024-cü il tarixli xasiyyətnamədən görünür ki, İmişli şəhəri, Xiyabani küçəsi, ev 73 saylı ünvanda qeydiyyatdadır, orta təhsilli, subay, azərbaycanlı, Təqsirləndirilən şəxs1 yaşadığı məhəllədə ailə üzvləri ilə mehriban dolanmış, özündən böyüklərin və həmyaşıdlarının daima hörmətini qazanmış və İmişli Rayon İcra Hakimiyyəti Başçısının İmişli şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə heç bir ərizə və şikayət daxil olmamışdır (3-cü cild, i.v. 9); İmişli Rayon İcra Hakimiyyəti Başçısının İmişli şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsinin xx.xx.2024-cü il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs3 İmişli şəhəri, H.Aslanov küçəsi, ev 7 saylı ünvanda qeydiyyatdadır və ailə tərkibi həyat yoldaşı Təqsirləndirilən şəxs1 (3-cü cild, i.v. 10); İmişli Rayon İcra Hakimiyyəti Başçısının İmişli şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsinin xx.xx.2024-cü il tarixli xasiyyətnamədən görünür ki, İmişli şəhəri, Xiyabani küçəsi, ev 73 saylı ünvanda qeydiyyatdadır, orta təhsilli, subay, azərbaycanlı, Təqsirləndirilən şəxs3 yaşadığı məhəllədə ailə üzvləri ilə mehriban dolanmış, özündən böyüklərin və həmyaşıdlarının daima hörmətini qazanmış və İmişli Rayon İcra Hakimiyyəti Başçısının İmişli şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə heç bir ərizə və şikayət daxil olmamışdır (3-cü cild, i.v. 11); Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X6 Bölməsinin 29 noyabr 2024-cü tarixli, 18/938 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş bir ədəd predmet – kustar üsulla hazırlanmış, çapıcı – kəsici xassəyə malik olan, təsərrüfat – məişət təyinatlı alətdir – baltadır, üzərində təyinatını dəyişdirən əlavə və dəyişiklik edilməmişdir, soyuq silah hesab edilmir (3-cü cild, i.v. 13-15); Sübutların qiymətləndirilməsi haqqında 01 dekabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 221.3-cü maddələri ilə yenidən ittiham elan edilmiş, Təqsirləndirilən şəxs1 barəsində Azərbaycan Respublikası CM-nin 315-ci maddəsi ilə cinayət təqibinin başlanması rədd edilmiş, Təqsirləndirilən şəxs1 bədən xəsarətləri alması ilə bağlı material ayrılmış və rayon prokurorluğuna göndərilmiş, Təqsirləndirilən şəxs3 06 noyabr 2024-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə elan edilmiş ittiham dəyişdirilmədən saxlanılmış, Təqsirləndirilən şəxs3 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri nəzərə alınmış, Təqsirləndirilən şəxs2 06 noyabr 2024-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə elan edilmiş ittiham dəyişdirilmədən salanılmış, Təqsirləndirilən şəxs2 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri nəzərə alınmış, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3q qızının barələrində Azərbaycan Respublikası CM-nin 180, 181, 186-cı maddələri ilə cinayət təqibinin başlanılması rədd edilmiş, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 əməllərində Azərbaycan Respublikası CM-nin 170-ci maddəsinin tərkib əlamətləri olmadığından, onlar barəsində cinayət təqibinin başlanınlması rədd edilmiş, Şahid5 barəsində Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 307-ci maddəsi ilə cinayət təqibinin başlanması rədd edilmiş, Təqsirləndirilən şəxs3 uşağının barəsində Azərbaycan Respublikası CM- nin 177ci maddəsi ilə cinayət təqibin başlanması rədd edilmiş, Şahid4 və Şahid3 barələrində Azərbaycan Respublikası CM-nin 194-cü maddəsi ilə cinayət təqibinin başlanılması rədd edilməli, Təqsirləndirilən şəxs1 barəsində Azərbaycan Respublikası CM-nin 228-ci maddəsi ilə cinayət təqibin başlanması rədd edilmiş, Zərərçəkmiş şəxs1 hər biri 250 manat dəyərində olan, 2 taylı 2 ədəd, cəmi 500 manat dəyərində dəmir qapının oğurlanması əsasında dəymiş maddi ziyanı müəyyən etmək məqsədi ilə Zərərçəkmiş şəxs1un ifadəsidə göstərdiyi xüsusatlar əsas götürülsün və ittihamın məzmununda əks etdirilməsi nəzərə alınmış, 10 avqust 2024-cü il tarixdə hadisə yerindən götürülmüş 01 ədəd bağlamda olan 01 ədəd balta və 01 ədəd bağlamada olan 03 ədəd tampon məhkəmə tibbi-bioloji və məhkəmə - callistik ekspertizası rəylərindən sonra iş üçün əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınsın və maddi sübutların saxlanılması otağına təhvil verilmiş, İmişli şəhəri, A.Şadlıniski küçəsində yerləşən metal qəbulu məntəqəsindən götürülmüş, 21 fevral 2024-cü il tarixdə, saat 01 radələrində İmişli şəhəri, H.Əliyev orospektində yerləşən “Fidan” şadlıq sarayının həyətindən oğurlanmış dəmirlər iş üzrə maddi sübut kimi tanınsın və İmişli rayon polis şöbəsində saxlanılması nəzərə alınmış, 13 fevral 2024-cü il tarixli və 21 fevral 2024-cü il tarixli baxış protokollarına əlavə edilmiş cinayət hadisəsinin görüntülərini özündə özündə əks etdirən 02 ədəd “DVD” disk cinayət işinin istintaq materiallarına əlavə edilmiş, istintaq zamanı təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə cinayət əməllərini törətmələri zərərçəkmiş şəxs, şahid ifadələri, hadisə yerinə baxış, diskə baxış protokolları, mütəxəssis rəyi, maddi sübut və digər istintaq sənədləri ilə tam sübuta yetirildiyindən, Təqsirləndirilən şəxs1 törətdiyi oğurluq cinayəti barədə məlumat verməkdən imtina edərək verilən suallara cavab verməməsi, Təqsirləndirilən şəxs3 isə oğurluq cinayətindən məlumatının olmadığını bildirməsi öz müdafiəsi xarakterli olaraq qiymətləndirilməklə rədd edilmiş, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 221.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməsi tam sübuta yetirdiyinə, həqiqiliyinə, yaranma mənbələrinə və əldə edilmə hallarına şübhələr olmadığına görə onun özünün qismən etirafedici ifadələri, zərərçəkmiş şəxslər və şahid ifadələri, üzləşdirmə-dindirmə istintaq hərəkəti, hadisə yerinə baxış, ifadənin yerində yoxlanılması, maddi sübut, məhkəmə-tibbi, məhkəmə tibbi-bioloji, məhkəmə ballistik, kompleks məhkəmə-psixiatrik və məhkəməpsixoloji ekspertizasının rəyləri, mütəxəssis rəyi və digər istintaq sənədləri mötəbər sübutlar kimi qiymətləndirilmiş, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3n Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi tam sübuta yetirdiyinə, həqiqiliyinə, yaranma mənbələrinə və əldə edilmə hallarına şübhələr olmadığına görə onların özlərinin qismən etirafedici ifadələri, zərərçəkmiş şəxslər və şahid ifadələri, hadisə yerinə baxış, maddi sübut, mütəxəssis rəyi və digər istintaq sənədləri mötəbər sübutlar kimi qiymətləndirilmiş, iş üzrə bəzi istintaq sənədlərində Təqsirləndirilən şəxs1 adı “Əbülfət”, Təqsirləndirilən şəxs2 soy adı “Tapdıqlı” və Şahid2 soy adı “Qənbərov” kimi qeyd edildiyindən, həmin şəxslərin ad, soyad və ata adı yuxarıda qeyd - edildiyi, yəni şəxsiyyət vəsiqəsinə və portal məlumatlarında göstərildiyi kimi oxunmuş, İmişli şəhəri, M.Əsədov küçəsində yerləşən “Sümbül” adlı çayxana “Sünbül” kimi oxunmuş və qəbul edilmiş qərarın surəti ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən İmişli rayon prokuroruna göndərilmişdir (3-cü cild, i.v. 20-40); İmişli Rayon İcra və Probasiya Şöbəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 73385 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs1 İmişli Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli. 1(036)-50/2022 saylı hökmü ilə taqsirli bilinərək Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsinə əsasən 01 (bir) il müddətinə islah işləri cəzasına məhkum edilmişdir. Məhkum Təqsirləndirilən şəxs1 xx.xx.2023-cü il tarixdə İmişli rayon icra və probasiya Şöbəsinin qeydiyyatına götürülmüşdür. xx.xx.2021-ci il tarixdən işsiz kimi Məşğulluq Xidmətində Qeydiyyatdadır. Məhkum Təqsirləndirilən şəxs1 01 (bir) il çəkilməmiş cəzası qalmışdır. Cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, X2 İmişli RPİ-nin əməkdaşları tərəfindən döyülməsi, işgəncəyə məruz qalması, əsassız olaraq cinayət məsuliyyətinə cəlb edilməsi, ruhi xəstə olmasına baxmayaraq qanunsuz olaraq həbsdə saxlanılması barədə arvadı Təqsirləndirilən şəxs3 müraciəti əsasında aparılmış araşdırma nəticəsində qərarın təsviri hissəsində göstərilənlərə əsasən Xidməti Araşdırmalar İdarəsində toplanmış 2043-c-24 nömrəli material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Zərərçəkmiş şəxs2 11 fevral 2025-ci il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs1 tərəfindən Zərərçəkmiş şəxs2 dəyən ziyən tam olaraq ödənilmiş və ondan heç bir şikayət və tələbi yoxdur. Zərərçəkmiş şəxs3 11 fevral 2025-ci il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs1 tərəfindən Zərərçəkmiş şəxs3 dəyən ziyən tam olaraq ödənilmiş və ondan heç bir şikayət və tələbi yoxdur. Zərərçəkmiş şəxs1 11 fevral 2025-ci il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs1 tərəfindən Zərərçəkmiş şəxs1 dəyən ziyən tam olaraq ödənilmiş və ondan heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında “DVD-R” diskə baxış keçirilmiş, diskdə olan video görüntüdən görünür ki, İmişli şəhəri, H.Əliyev prospekti 111 ünvanında yerləşən “Fidan” şadlıq sarayının arxa hissəsindəki həyətidir. Yaxınlıqda “Bazarstore” supermarketi olmaqla, kiçik obyektlər vardır. Sarayın həyətində dəmir qapıdan daxil olunur. Naməlum şəxs(lər) saraya daxil olmaq üçün dəmir qapıdan daxil olmuşlar. Baxış iştirakçısı dəmir boruları sarayın saxlanc yerindən dəmir qapılar, saxlanc yerin yaxınlığından dəmir borular və saxlanc yerinin yan tərəfindən isə şvellerlər oğurlanmışdır. Məhkəmə iclasında “DVD-R” diskə baxış keçirilmiş, diskdə olan video görüntüdən görünür ki, Təqsirləndirilən şəxs3 yanında bir uşaq olmaqla, digər kişi cinsindən olan şəxsin idarə etdiyi motosikletlə dəmir lövhə və dəmir boruları gətirərək, məntəqədə satmışdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124.2-ci maddəsinə əsasən şübhəli, təqsirləndirilən və zərər çəkmiş şəxsin və şahidlərin ifadələri, ekspertin rəyi, maddi sübutlar, istintaq və məhkəmə hərəkətlərinin protokolları və digər sənədlər cinayət prosesində sübut kimi qəbul edilir. Həmin Məcəllənin 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni, cinayətin xarakterinə və ictimai təhlukəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Həmin Məcəllənin 139.0.4-cü maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Həmin Məcəllənin 145.2-ci maddəsinə əsasən hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmuyunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirir. Həmin Məcəllənin 338.1.2-ci maddəsinin tələblərinə görə məhkəmə hökm çıxartdıqda yalnız məhkəmə istintaqı zamanı baxılmış sübutlara istinad etməlidir. Belə ki, məhkəmə araşdırması zamanı Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 təqsiri onların törətdiyi əməli qismən etiraf etməsi, şahidlərin verdiyi ifadələrlə, məhkəmə iclasında baxış keçirilmiş “DVD-R” diskdə olan video görüntülərlə, işdə olan protokolları və digər sənədlərlə və Təqsirləndirilən şəxs1 təqsiri isə onun törətdiyi əməli qismən etiraf etməsi, şahidlərin verdiyi ifadələrlə, məhkəmə iclasında baxış keçirilmiş “DVD-R” diskdə olan video görüntülərlə, işdə olan protokolları və digər sənədlərlə tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrinə əsasən qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə, təkrar törədildikdə və yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin Məcəllənin 221.3-cü maddəsinə əsasən bu Məcəllənin 221.1-ci və ya 221.2-ci maddələrində nəzərdə tutulmuş əməllərin silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda - iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə, Təqsirləndirilən şəxs1 əməli isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 221.3-cü maddələri ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni, cinayətin xarakterinə və ictimai təhlukəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı Qərarının 3-cü bəndinin 2-ci abzastında göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 törətdiyi əməli tam, Təqsirləndirilən şəxs1 qismən etiraf etməsini, cinayət nəticəsində dəymiş ziyanın tamamilə ödənilməsini və zərərçəkmiş şəxslərlə barışıq əldə edilməsini, Təqsirləndirilən şəxs1 “üzvü şəxsiyyət pozuntusu” xəsətəliyinin olmasını, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 himayəsində azyaşlı uşağın olmasını cəzanı yüngülləşdirən hal kimi qiymətləndirir. İş üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 şəxsiyyətini, törətdiyi əməlin xarakterini və iş üzrə yüngülləşdirən halları nəzərə alıb, hesab edir ki, onları cəmiyyətdən tam təcrid etmədən, yaşayış yeri üzrə onların azadlığın məhdudlaşdırmaqla islah etmək mümkündür. Bu səbəbdən onlar barəsində CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 cəza çəkdiyi müddətdə Azərbaycan Respublilası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsində nəzərədə tutulmuş vəzifələri yerinə yetirmək üçün məhdudiyyətlər qoyulmalıdır. Azərbaycan Respublilası CM-nin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən CM-nin 41.2ci maddələrində göstərilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Hazırki halda, məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 təyin edilməsi nəzərdə tutulan cəza cəzanın həmin məqsədlərini təmin edir. Məhkəmə Təqsirləndirilən şəxs1 məhkumluğunun ödənilməməsini, azadlığın məhdudlaşdırılması cəzasının islah təsirinin ona yetərli olmayacağını və həmin cəza ilə cəzanın məqsədinə nail oluna bilməyəcəyini, təqsirkarın şəxsiyyətini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin islah olunması yalnız onun cəmiyyətdən təcrid edilməsi yolu ilə mümkün olduğuna görə ona müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə hesab edir ki, törətdiyi cinayətlərin xarakteri və cəzasını ağırlaşdıran halın olması nəzərə alınaraq hesab edir ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməli, cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs2 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, hökmün icrası Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə İmişli rayon İcra və Probasiya Şöbəsinə tapşırılmalı, Təqsirləndirilən şəxs2 üzərinə cəza çəkdiyi müddət ərzində İmişli şəhərinin hüdudlarını tərk etməmək, gecə saat 23:00-dan səhər saat 07:00dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulmalı, Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minədək dəyişdirilmədən saxlanılmalıdır; Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməli, cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs3 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, hökmün icrası Təqsirləndirilən şəxs3 yaşayış yeri üzrə İmişli rayon İcra və Probasiya şöbəsinə tapşırılmalı, Təqsirləndirilən şəxs3 üzərinə cəza çəkdiyi müddət ərzində İmişli şəhərinin hüdudlarını tərk etməmək, gecə saat 23:00-dan səhər saat 07:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulmalı, Təqsirləndirilən şəxs3 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minədək dəyişdirilmədən saxlanılmalıdır; Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 221.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək ona CM-nin 177.2.1, 177.2.2, 177.2.3-cü maddələri ilə 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası, CM-nin 221.3-cü maddəsi ilə 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə təqsirləndirilən şəxs üzərində qəti olaraq 04 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmalı, Təqsirləndirilən şəxs1 hazırki hökmlə təyin edilmiş cəza Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən İmişli Rayon Məhkəməsinin 1(036)50/2022 nömrəli 29 noyabr 2022-ci il tarixli hökmü ilə təyin edilmiş qazancından 15 (on beş) faiz dövlət nəfinə tutulmaqla 1 (bir) il müddətə islah işləri cəzasının çəkilməmiş hissəsi olan qazancından 15 (on beş) faiz dövlət nəfinə tutulmaqla 1 (bir) il müddətə islah işləri cəzası Azərbaycan Respublikası CM-nin 68.1.3-cü maddəsinə əsasən islah işləri cəzasının dörd günü azadlıqdan məhrum etmənin bir gününə hesabı ilə hesablanmaqla 3 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilməklə qəti olaraq 04 (dörd) il 01 (bir) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, cəzaçəkmə müddətinin əvvəli 10 avqust 2024-cü il tarixdən hesablanmalı, Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 tərəfindən vurulmuş 2330 (iki min üç yüz otuz) manat məbləğində maddi ziyanın Zərərçəkmiş şəxs1, Təqsirləndirilən şəxs1 tərəfindən vurulmuş 200 (iki yüz) manat məbləğində maddi ziyanın Zərərçəkmiş şəxs2 ödənilməsi nəzərə alınmalı, maddi sübut olan – 13 fevral 2024-cü il və 21 fevral 2024-cü il tarixli baxış protokollarına əlavə edilmiş cinayət hadisəsinin görüntülərini özündə əks etdirən 02 ədəd “DVD” disk iş materiallarında saxlanılmalı, iş üzrə maddi sübut kimi tanınaraq “Fidan” şadlıq sarayının həyətindən oğurlanmış İmişli Rayon Polis Şöbəsində saxlanan dəmirlərin qanuni sahibi Zərərçəkmiş şəxs1 İmişli Rayon Məhkəməsinin 1(036)-12/2025 nömrəli xx.xx.2025 tarixli hökmü ilə qaytarılması nəzərə alınmalı, İmişli rayon Polis şöbəsinin “Maddi sübutların saxlanılması” otağına təhvil verilmiş iş üzrə maddi sübut – 10 avqust 2024-cü il tarixdə hadisə yerindən götürülmüş 01 ədəd zərfdə 01 ədəd balta və 01 ədəd zərfdə, üzərində qan izləri olan 03 ədəd pambıq tampon hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, ekspertiza tədqiqatının dəyəri 34,38 (otuz dörd manat otuz səkkiz qəpik) manat Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq dövlət nəfinə keçirilməli, Təqsirləndirilən şəxs1 İmişli Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1 göstərdiyi 16 (on altı) saat hüquqi yardıma görə 126 (yüz iyirmi altı) manat, Təqsirləndirilən şəxs2 İmişli Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 göstərdiyi 37 (otuz yeddi) saat hüquqi yardıma görə 282 (iki yüz səksən iki) manat və Təqsirləndirilən şəxs3 İmişli Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi4 göstərdiyi 37 (otuz yeddi) saat hüquqi yardıma görə 282 (iki yüz səksən iki) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikası dövlət büdcəsindən tutularaq İmişli Rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası CPM-nin 179.1-ci maddəsinə görə cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Həmin Məcəllənin 181-ci maddəsinə görə əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxslər cinayət mühakimə icraatı zamanı mülki iddia verməyə haqlıdır. Həmin Məcəllənin 183.2-ci maddəsinə görə cinayət mühakimə icraatı zamanı mülki iddia təqsirləndirilən şəxsə və ya onun əməlinə görə üzərinə əmlak məsuliyyəti qoyula bilən şəxsə verilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 197-198, 341-349, 351-353, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ : Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs2 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə İmişli rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs2 üzərinə cəza çəkdiyi müddət ərzində İmişli şəhərinin hüdudlarını tərk etməmək, gecə saat 23:00-dan səhər saat 07:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs3 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs3 yaşayış yeri üzrə İmişli rayon İcra və Probasiya şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs3 üzərinə cəza çəkdiyi müddət ərzində İmişli şəhərinin hüdudlarını tərk etməmək, gecə saat 23:00-dan səhər saat 07:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 221.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək ona CM-nin 177.2.1, 177.2.2, 177.2.3-cü maddələri ilə 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası, CM-nin 221.3-cü maddəsi ilə 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə təqsirləndirilən şəxs üzərində qəti olaraq 04 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 hazırki hökmlə təyin edilmiş cəza Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən İmişli Rayon Məhkəməsinin 1(036)50/2022 nömrəli 29 noyabr 2022-ci il tarixli hökmü ilə təyin edilmiş qazancından 15 (on beş) faiz dövlət nəfinə tutulmaqla 1 (bir) il müddətə islah işləri cəzasının çəkilməmiş hissəsi olan qazancından 15 (on beş) faiz dövlət nəfinə tutulmaqla 1 (bir) il müddətə islah işləri cəzası Azərbaycan Respublikası CM-nin 68.1.3-cü maddəsinə əsasən islah işləri cəzasının dörd günü azadlıqdan məhrum etmənin bir gününə hesabı ilə hesablanmaqla 3 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilməklə qəti olaraq 04 (dörd) il 01 (bir) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzaçəkmə müddətinin əvvəli 10 avqust 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 tərəfindən vurulmuş 2330 (iki min üç yüz otuz) manat məbləğində maddi ziyanın Zərərçəkmiş şəxs1, Təqsirləndirilən şəxs1 tərəfindən vurulmuş 200 (iki yüz) manat məbləğində maddi ziyanın Zərərçəkmiş şəxs2 ödənilməsi nəzərə alınsın. Maddi sübut olan – 13 fevral 2024-cü il və 21 fevral 2024-cü il tarixli baxış protokollarına əlavə edilmiş cinayət hadisəsinin görüntülərini özündə əks etdirən 02 ədəd “DVD” disk iş materiallarında saxlanılsın. İş üzrə maddi sübut kimi tanınaraq “Fidan” şadlıq sarayının həyətindən oğurlanmış İmişli Rayon Polis Şöbəsində saxlanan dəmirlərin qanuni sahibi Zərərçəkmiş şəxs1 İmişli Rayon Məhkəməsinin 1(036)-12/2025 nömrəli xx.xx.2025 tarixli hökmü ilə qaytarılması nəzərə alınsın. İmişli rayon Polis şöbəsinin “Maddi sübutların saxlanılması” otağına təhvil verilmiş iş üzrə maddi sübut – 10 avqust 2024-cü il tarixdə hadisə yerindən götürülmüş 01 ədəd zərfdə 01 ədəd balta və 01 ədəd zərfdə üzərində qan izləri olan 03 ədəd pambıq tampon hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Ekspertiza tədqiqatının dəyəri 34,38 (otuz dörd manat otuz səkkiz qəpik) manat Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq dövlət nəfinə keçirilsin. Təqsirləndirilən şəxs1 İmişli Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1 göstərdiyi 16 (on altı) saat hüquqi yardıma görə 126 (yüz iyirmi altı) manat, Təqsirləndirilən şəxs2 İmişli Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 göstərdiyi 37 (otuz yeddi) saat hüquqi yardıma görə 282 (iki yüz səksən iki) manat və Təqsirləndirilən şəxs3 İmişli Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi4 göstərdiyi 37 (otuz yeddi) saat hüquqi yardıma görə 282 (iki yüz səksən iki) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikası dövlət büdcəsindən tutularaq İmişli Rayon Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs1 verildiyi) andan 20 gün müddətində İmişli Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Orxan Mahmud
Məhkəmə qərarları › İş №1(036)-20/2025
İmişli Rayon Məhkəməsi Hökm — İş №1(036)-20/2025
01.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver