Azərbaycan Respublikası adından HÖKM İmişli rayonu İş № 1(036)-21/2021 28.01.2021 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Qurban Hamid oğlu Hacıyevin sədrliyi Nuranə Büsat qızı Hacıyevanın katibliyi Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxslər: Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və onların müdafiəçiləri X2 və Müdafiəçi1 iştirakları ilə, xx xxxxxx 1983-cü il tarixdə İmişli rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmamış, İmişli şəhəri, Ü.Hacıbəyov küçəsi, ev 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə, xx xxxx 1972-ci il tarixdə İmişli rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, orta təhsilli, işsiz, əvvəllər İmişli rayon Məhkəməsinin xx xxxx 2017-ci il tarixli hökmü ilə AR CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 1 (bir) il müddətə azalıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhər Xəzər rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qərarı ilə 2 (iki) ay 3 (üç) gün vaxtından əvvəl şərti azad edilmiş, məhkumluğu ödənilməmiş, İmişli şəhəri, P.Həsənov küçəsi, ev 6 ünvanında qeydiyyatda olan və həmin ünvanda yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2, aralarındakı razılaşmaya əsasən, tanışları Şahid8 ilə birlikdə, satış məqsədi olmadan, şəxsi istifadələri üçün qanunsuz olaraq narkotik vasitə olan heroin əldə etmək məqsədilə xx xxxxxx 2020ci il tarixdə saat 15 radələrində Təqsirləndirilən şəxs1 8 manat, Şahid8 15 manat pulu Təqsirləndirilən şəxs2 vermiş, sonuncu isə həmin pulun üstünə 5 manat da qoyaraq əldə olunan cəmi 28 manat pula İmişli şəhəri ərazisində yerləşən "Zaminbank"ın inzibati binasının qarşısında Şahid9 şəxsi istehlak miqdarından artıq, yəni 0,490 qram çəkidə narkotik vasitə olan heroin alaraq qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşıyıb onu Təqsirləndirilən şəxs1 yaşadığı İmişli şəhəri, Ü.Hacıbəyov küçəsi, 1 saylı evə gətirmiş, həmin gün saat 16 radələrində İmişli rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində həmin evin həyətindəki hamam otağında birlikdə qeyd olunan narkotik vasitə olan heroini inyeksiya yolu ilə qəbul edərkən saxlanılmış və hamam otağına keçirilən baxış zamanı oradan onların birlikdə şəxsi istifadələri üçün qanunsuz olaraq əldə edib saxladığı, şəffaf rəngli sellofana bükülmüş 0,490 qram çəkidə narkotik vasitə olan heroin, içərisində narkotik vasitə heroinin izi olan bir ədəd 2 ml-lik iynə şprisi aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilib ifadəsində göstərdi ki, bir müddət olardı ki, narkotik vasitə olan heroin qəbul edirmiş. xx xxxxxx 2020-ci il tarixdə saat 15 radələrində İmişli şəhəri, H.Əliyev prospektində yerləşən hədiyyələr mağazasının yaxınlığında tanışı Təqsirləndirilən şəxs2la görüşüb söhbət edərkən narkotik vasitə olan heroin istifadə etmək barədə razılığa gəlmişlər. Bir qədər sonra digər tanışı Şahid8 də onların yanına gəlmiş, ona narkotik vasitə olan heroin istifadə etmək istədiklərini demiş və sonuncu da narkotik istifadə etmək barədə razılığını bildirmişdir. Daha sonra o, üstündə olan 8 manatı, Şakir isə özündə olan 15 manatı Nazimə vermiş və sonuncu da həmin pulu götürüb İmişli şəhər sakini Şahid9 narkotik vasitə olan heroin almağa getmişdir. Təxminən 15-20 dəqiqə sonra Nazim narkotik vasitə olan heroinlə onların yanına gəlmiş və birlikdə onun yaşadığı evə getmişlər. Bir yerdə evin həyətinə keçib həyətdə yerləşən hamam otağına girmişlər. Sonra birlikdə narkotik vasitə heroini bişirmək üçün lazım olan avadanlıqları hamama gətirmişdir. Onlar narkotik vasitəni hamamın içərisində olan beton stolun üstünə qoymuş və novokain şüşəsində hazırlayıb birlikdə heroini ineksiya yolu ilə qəbul etmişlər. Həmin vaxt polis əməkdaşları hamama daxil olmuş, narkotik vasitə olan heroini, istifadə edilən şprisləri və avadanlıqları görmüş, onlara baxış keçirərək götürmüşlər. Sonra birlikdə onları İmişli rayon polis şöbəsinə gətirmişlər. Törətmiş olduğu cinayət əməlindən səmimi peşmandır. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilib ifadəsində göstərdi ki, bir müddət olardı ki, narkotik vasitə olan heroin qəbul edirmiş. Narkotik vasitə qəbul etdiyi üçün İmişli MRX-da qeydiyyata düşmüş və müalicə almağa başlamışdır. xx xxxxxx 2020-ci il tarixdə saat 15 radələrində istifadəsində olan mobil telefonla tanışı Şahid9 istifadə etdiyi mobil nömrəyə zəng edərək narkotik vasitə olan heroin almaq istədiyini demişdir. Bundan sonra tanışı Təqsirləndirilən şəxs1lə İmişli şəhəri, H.Əliyev prospektində yerləşən hədiyyələr mağazasının yaxınlığında görüşmüşdür. O, Mirnailə narkotik qəbul etmək istədiyini dedikdə sonuncu da narkotik qəbul etmək istədiyini bildirmişdir. Bir az sonra digər tanışları Şahid8 də onların yanına gəlmiş və ona narkotik vasitə olan heroin qəbul etmək istədiklərini bildirdikdə sonuncu da narkotik qəbul etmək istədiyini demişdir. Daha sonra Mirnail ona 8 manat, Şakir isə 15 manat pul vermiş və o, onlara tanışı Şahid9 narkotik vasitə olan heroin alacağını bildirmişdir. Pulu götürəndən sonra özü də həmin pulun üstünə 5 manat qoyaraq əvvəl İlhamla razılaşdığı görüş yeri olan İmişli şəhərində yerləşən “Zamin Bank”ın qarşısına getmişdir. Orada İlhamla görüşərək ona 28 manat pul vermiş və sonuncu da bir ədəd bükümdə olan narkotik vasitə heroini ona vermişdir. Bundan sonra Şakir və Mirnailin yanına qayıtmış və birlikdə sonuncunun yaşadığı evə gedərək narkotik vasitə olan heroini qəbul etmək istədikdə polis əməkdaşları tərəfindən saxlanılaraq İmişli RPŞ-yə gətirilmişlər. Törətmiş olduğu cinayət əməlindən səmimi peşmandır. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətmiş olduqları cinayət əməli özlərinin etirafı ilə yanaşı iş üzrə dindirilmiş şahidlərin ifadələri, ekspertiza rəyləri, iş materialları və işin digər obyektiv halları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş İmişli RPŞ-nin CAB-ın baş əməliyyat müvəkkili vəzifəsində işləyən Şahid1 ifadəsində göstərdi ki, xx xxxxxx 2020-ci il tarixdə icraatına İmişli rayon sakinləri Təqsirləndirilən şəxs2, Şahid8 və Təqsirləndirilən şəxs1 üzərlərində narkotik vasitə olan heroinlə İmişli şəhəri, 20 yanvar küçəsi ilə hərəkət edərək sonuncunun yaşadığı İmişli şəhəri, Ü.Hacıbəyov küçəsində yerləşən evinə gedəcəkləri barədə əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş əməliyyat məlumatı İmişli rayon polis şöbəsinin rəhbərliyinə məruzə edildikdən sonra həmin tarixdə onun İmişli RPŞ-nin NMQ-nin əməliyyat müvəkkili Şahid3, PPXB-nin polis nəfəri Şahid5 və təhqiqatçı X1 iştirakı ilə əməliyyat qrupu yaradılmışdır. Həmçinin rayon polis şöbəsinin razılığı ilə İmişli şəhəri, Ü.Hacıbəyov küçəsi, ev 1 ünvanında yaşayan Təqsirləndirilən şəxs1 yaşadığı evinə, hasarlanmış tikinti obyektlərinə və torpaq sahələrinə daxil olma və baxış keçirmə növündə əməliyyat-axtarış tədbirlərinin keçirilməsi üçün qərar da qəbul edilmişdir. Sonra o, əməliyyat qrupunun iştirakçıları ilə birlikdə xx xxxxxx 2020-ci il tarixdə saat 15 radələrində avtomobillə İmişli şəhəri, 20 Yanvar küçəsi istiqamətində hərəkətdə olmuşlar. Həmin istiqamətdə Təqsirləndirilən şəxs2, Şahid8 və Təqsirləndirilən şəxs1 hərəkəti müşahidə olunmadığına görə əməliyyat qrupunun iştirakçıları ilə birlikdə sonuncunun yaşadığı İmişli şəhəri, Ü.Hacıbəyov küçəsi, ev 1 ünvanında yerləşən evi istiqamətində getmişlər. Həmin vaxt İmişli şəhəri, Ü.Hacıbəyov küçəsi istiqamətində hərəkətdə olan Şahid6 və Şahid7 adlı şəxslərə həmin evdə baxış keçirilməsi üçün hal şahidi qismində iştirak etməyi təklif etdikdə sonuncular razılaşmışlar. Sonra əməliyyat qrupunun iştirakçıları hal şahidləri ilə birlikdə həyətə daxil olmuşlar. Baxış zamanı Təqsirləndirilən şəxs1 evinin həyətyanı sahəsində olan hamam otağından çıxdığını və həmin vaxt orada Şahid8lə Təqsirləndirilən şəxs2 da olduğunu görmüşlər. Həmin vaxt Təqsirləndirilən şəxs1 baxış keçirilməsinə heç bir etirazı olmadığını bildirmişdir. Bundan sonra əməliyyat qrupunun iştirakçıları, hal şahidləri və həmin şəxslərlə birlikdə hamam otağına baxış keçirilməyə başlanılmışdır. Baxış zamanı hamam otağında beton hörgünün üzərində narkotik vasitə qəbul edildiyi müəyyən olunmuşdur. Baxış zamanı həmin beton hörgünün üzərində bir ədəd sellofana bükülmüş büküm və şprislər aşkar edilmişdir. Həmin şprislərdən 2 qramlıq şprisin biri istifadə olunmuş, iki ədəd şprisin içərisində isə maye olmuşdur. Bundan başqa beton hörgünün üzərində bir ədəd “Fly” markalı mobil telefon, iki ədəd alışqan, iki ədəd cib dəsmalı, Təqsirləndirilən şəxs2 məxsus şəxsiyyət vəsiqəsi, bir ədəd göy rəngli sellofan torba, iki ədəd içərisi boş olan siqaret qutusu, iki ədəd 10 qəpik, bir ədəd 20 qəpik dəmir pul əskinası və bir ədəd boş vəziyyətdə olan flakon aşkar edilmişdir. Həmin bir ədəd sellofan bükümün içərisindəkinin nə olduğunu soruşduqda Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və Şahid8 həmin bükümün içərisindəkinin narkotik vasitə olan heroin olduğunu və həmin gün 28 manat pul müqabilində İmişli rayon Yalavac kənd sakini Şahid9 aldıqlarını bildirmişlər. Bundan sonra hal şahidlərinin, polis əməkdaşlarının iştirakı ilə təhqiqatçı tərəfindən müvafiq qaydada protokol tərtib edilərək bir ədəd sellofana bükülmüş kütlə qablaşdırılaraq zərfə qoyulmuşdur. Bundan sonra bütün iştirakçılar baxış protokolunu və zərfin üzərinə imza etmişlər. Daha sonra Şahid8, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 digər iştirakçılarla birlikdə rayon polis şöbəsinə gətirilmişlər. Məhkəmədə şahid qismində dindirlmiş İmişli RPŞ-nin NMQ-nin əməliyyat müvəkkili Şahid3, İmişli RPŞ-nin PPXB-nin polis nəfəri Şahid5 və İmişli RPŞ-nin CAB-ın əməliyyat müvəkkili Şahid2 işin hallarına dair Şahid1 ifadəsinə uyğun ifadə verdilər. Məhkəmədə şahid qismində dindirilmiş Şahid8 ifadəsində göstərdi ki, xx xxxxxx 2020-ci il tarixdə saat 15 radələrində İmişli şəhərində yerləşən Sabir parkından çıxıb evinə gedən zaman küçədə tanışları Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2la görüşmüşdür. Söhbət zamanı Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ona narkotik vasitə olan heroin almağa getdiklərini bildirmişlər. Həmin vaxt o da Nazimə ona narkotik vasitə olan heroin alması üçün 15 manat pul vermişdir. Mirnail də Nazimə 8 manat pul vermiş və sonuncu pulu onlardan alıb tanışı Şahid9 narkotik vasitə olan heroin almağa getmişdir. Təxminən 15-20 dəqiqə sonra Nazim onların yanına qayıtmış və birlikdə Mirnailin yaşadığı evə getmişlər. Bir yerdə evin həyətinə keçib həyətdə yerləşən hamam otağına girmişlər. Sonra Mirnail birlikdə narkotik vasitə heroini bişirmək üçün lazım olan avadanlıqları hamama gətirmişdir. Onlar narkotik vasitəni hamamın içərisində olan beton stolun üstünə qoymuş və novokain şüşəsində hazırlayıb birlikdə heroini ineksiya yolu ilə qəbul etmişlər. Həmin vaxt polis əməkdaşları hamama daxil olmuş, narkotik vasitə olan heroini, istifadə edilən şprisləri və avadanlıqları görmüş və onlara baxış keçirərək götürmüşlər. Sonra birlikdə onları İmişli rayon polis şöbəsinə gətirmişlər. Məhkəmədə şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərdi ki, xx xxxxxx 2020-ci il tarixdə saat 15 radələrində İmişli şəhəri, Ü.Hacıbəyov küçəsində olan zaman İmişli rayon polis şöbəsinin əməkdaşları ona yaxınlaşıb özlərini təqdim edib İmişli şəhəri, Ü.Hacıbəyov küçəsi, ev 1 ünvanında baxış keçirilməsində hal şahidi qismində iştirak etməyi təklif etdikdə o, razılaşmışdır. Həmin ünvanın qarşısına getdikdə orada polis əməkdaşlarını və digər hal şahidi Şahid7 görmüşdür. Ona hüquq və vəzifələr izah edildikdən sonra həmin şəxslərlə birlikdə evin həyətində yarımtikili vəziyyətdə olan hamam otağına daxil olmuşlar. Həmin vaxt hamam otağında adlarını sonradan bildiyi Şahid8, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 olmuşlar. Baxış zamanı hamam otağında olan beton hörgünün üzərində bir ədəd sellofana bükülmüş büküm, iki ədəd 2 qramlıq şpris və bir ədəd 10 qramlıq şpris aşkar edilmişdir. 2 qramlıq şprisin biri istifadə olunmuş, iki ədəd digər şprisin içərisində isə maye olmuşdur. Bundan başqa beton hörgünün üzərində bir ədəd “Fly” markalı mobil telefon, iki ədəd alışqan, iki ədəd cib üçün dəsmal, Təqsirləndirilən şəxs2 məxsus şəxsiyyət vəsiqəsi, bir ədəd göy rəngli sellofan torba, iki ədəd içərisi boş olan siqaret qutusu, iki ədəd 10 qəpik, bir ədəd 20 qəpik dəmir pul əskinası və bir ədəd boş vəziyyətdə flakon aşkar edilmişdir. Baxışdan sonra həmin yerin fotoşəkilləri çəkilərək protokola əlavə edilmişdir. Təhqiqatçı tərəfindən protokol tərtib edilmiş və bütün iştirakçılar tərəfindən protokol imzalarla təsdiq edilmişdir. Bundan sonra polis əməkdaşları və həmin şəxslərlə birlikdə İmişli rayon polis şöbəsinə gəlmişdir. İşdə olan məhkəmə-kimyəvi ekspertizasının xx xxxxxx 2020-ci il tarixli, 62 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində: “...Təqsirləndirilən şəxs1 yaşadığı evin...” sözləri yazılmış kağız paketin içərisindəki bir ədəd polietilen kəsiyi bükümündə təmiz çəkisi 0,490 qram olan qəhvəyimtil rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Bir ədəd 2,0 ml-lik şprisin içərisində həcmi 0,1 ml olan mayenin tərkibində narkotik vasitə aşkar edilməmişdir. Bir ədəd 2,0 ml-lik şprisdə narkotik vasitə heroin izi vardır. İz mikrohissəcikləri normal çəki təşkil etmədiyindən (elektron tərəzinin ölçmə həddindən xaric-mikroçəki) və bu səbəbdən də müqayisəli tədqiqatın aparılması mümkün olmadığından iz mikrohissəciklərinin miqdarını və eyniliyini müəyyən etmək mümkün deyildir. İşdə olan məhkəmə-narkoloji ekspertizanın xx xxxx 2020-ci il tarixli, 704 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs1 tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Lakin hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İşdə olan məhkəmə-narkoloji ekspertizanın xx xxxx 2020-ci il tarixli, 795 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs2 tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və çətənə bitkisi preparatlarından sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “İmişli rayon Mərkəzi Xəstəxanası” X5 “Narkoman” kimi qeydiyyatda durur. Beləliklə də şərh edilən sübutları məcmu üzrə qiymətləndirərək məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan ictimai təhlükəli əməli törətməkdə təqsirlilikləri təsdiq edildi və onlar istinad edilən cinayət qanununun həmin maddəsinin sanksiyası həddində cəzalandırılmalıdırlar. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs1 ilk məhkumluğunu və əməlini etiraf edib səmimi peşmançılıq çəkməsini AR CM-nin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hallar məhkəmə tərəfindən müəyyən olunmadı. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulan müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməli və AR CM-nin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə Təqsirləndirilən şəxs2 əməlini etiraf edib səmimi peşmançılıq çəkməsini AR CM-nin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər İmişli rayon Məhkəməsinin xx xxxx 2017-ci il tarixli hökmü ilə AR CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 1 (bir) il müddətə azalıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhər Xəzər rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qərarı ilə 2 (iki) ay 3 (üç) gün vaxtından əvvəl şərti azad edilmiş və qanunvericiliklə məhkumluq ödənilmədən yenidən qəsdən az ağır cinayət törətmiş və bununla da cinayətlərin residivini yaratmışdır. Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkəmə Təqsirləndirilən şəxs2 məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənilmədən yenidən qəsdən az ağır cinayət törətməsini AR CM-nin 61.1.1-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulan müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməli və AR CM-nin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş üzrə maddi sübut məhv edilməli, ekspertiza tədqiqatına sərf olunmuş ekspertiza xərci təqsirləndirilən şəxslərdən müştərək qaydada dövlət nəfinə tutulmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353 və 356-cı maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 xx xxxxxx 2020-ci il tarixdən xx xxxxxx 2020-ci il tarixədək həbsdə saxlandığı 2 (iki) gün müddət təyin edilmiş cəzadan çıxılsın və üzərində qəti olaraq 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəksin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilsin və o, dərhal məhkəmə iclas zalından həbsə alınsın. Cəza çəkməsinin əvvəli xx xxxxxx 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 1 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 xx xxxxxx 2020-ci il tarixdən xx xxxx 2020-ci il tarixədək həbsdə və ev dustaqlığında saxlandığı 5 (beş) ay müddət təyin edilmiş cəzadan çıxılsın və üzərində qəti olaraq 1 (bir) il 1 (bir) ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisələrində çəksin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilsin və o, dərhal məhkəmə iclas zalından həbsə alınsın. Cəza çəkməsinin əvvəli xx xxxxxx 2021-ci il tarixdən hesablansın. Azərbaycan Respublikası CM-nin 93.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə edilsin. Təqsirləndirilən şəxs2 ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi İmişli rayon polis şöbəsinin saxlanc anbarında saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq qalan çəkisi – 0,440 qram olan narkotik vasitə olan heroin məhv edilsin. Ekspertiza tədqiqatına sərf edilmiş 49,74 (qırx doqquz manat yetmiş dörd qəpik) manat ekspertiza xərci təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada dövlət nəfinə tutulsun. Hökmdən 20 gün müddətinə İmişli rayon məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən: Qurban Hacıyev
Məhkəmə qərarları › İş №1(036)-21/2021
İmişli Rayon Məhkəməsi Hökm — İş №1(036)-21/2021
28.01.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver