Məhkəmə qərarları › İş №1(036)-21/2023

İmişli Rayon Məhkəməsi Hökm — İş №1(036)-21/2023

11.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM İmişli rayonu İş № 1(036)-21/2023 11.01.2023 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Qurban Hamid oğlunun sədrliyi, Hacıyeva Nuranə Busat qızının katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərər çəkmiş şəxslər: Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2, Qanuni nümayəndə: X1, Təqsirləndirlən şəxslər: Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və onların müdafiəçiləri Müdafiəçi1, Müdafiəçi2 və Müdafiəçi3 iştirakları ilə, xx xxxxxx 2003-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işsiz, subay, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə, 31 avqust 2005-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işsiz, subay, əvvəllər məhkum olunmamış, ünvan 3 ünvanda yaşayan, barəsində yetkinlik yaşına çatmayanı nəzarət altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə, xx xxx 1996-cı il tarixdə Ağsu şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, ünvan 4 ünvanda yaşayan, barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs1, özgənin əmlakını gizli olaraq talama məqsədi ilə, tanışı Şahid2 və sonuncunun vədlər verməklə cinayətkar fəaliyyətə cəlb etdiyi xx.xx.2005-ci il tarixdə anadan olmaqla yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək 11 oktyabr 2022-ci il tarixdə saat 04 radələrində idarə etdiyi “VAZ-21061” markalı, **-HU-*** dövlət qeydiyyat nişanlı minik avtomobili ilə Zərərçəkmiş şəxs1 İmişli rayonunun Allahmədətli qəsəbəsində yerləşən fərdi yaşayış evinin yaxınlığına gəlmiş, orada rolların bölgüsünə əsasən o və Təqsirləndirilən şəxs2 küçədə pusquda gözləmiş, Şahid2 isə evin həyətindəki saxlanc yeri hesab olunan qəhələ qanunsuz daxil olaraq Zərərçəkmiş şəxs1 məxsus 320 (üç yüz iyirmi) manat dəyərində bir baş, 250 (iki yüz əlli) manat dəyərində bir baş və 205 (iki yüz beş) manat dəyərində bir baş olmaqla, cəmi 975 (doqquz yüz yetmiş beş) manat dəyərində üç baş qoyunu oradan küçəyə çıxarmış, o Təqsirləndirilən şəxs2la birlikdə həmin heyvanları götürüb piyada daşıyaraq avtomobilin yük yerinə yüklədikdən sonra onun idarə etdiyi avtomobillə oradan uzaqlaşmış, bununla da onlar qabaqcadan əlbir olan bir qrup şəxs halında, saxlanc yerinə qanunsuz daxil olaraq özgənin əmlakını gizli yolla talayıb zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 975 (doqquz yüz yetmiş beş) manat məbləğində ziyan vurmaqla oğurluq etmişlər. Bundan başqa təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Şahid2 və sonuncunun vədlər verməklə cinayətkar fəaliyyətə cəlb etdiyi xx.xx.2005-ci il tarixdə anadan olmaqla, yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs2, təkrarən, özgənin əmlakını gizli olaraq talama məqsədilə tanışları Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək, 13 oktyabr 2022-ci il tarixdə saat 05 radələrində Təqsirləndirilən şəxs1 idarə etdiyi “VAZ-21061” markalı, **-HU-*** dövlət qeydiyyat nişanlı minik avtomobili ilə Zərərçəkmiş şəxs2 İmişli rayonunun Allahmədətli kəndində yerləşən fərdi yaşayış evinin yaxınlığına gəlmiş, orada rolların bölgüsünə əsasən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 küçədə pusquda gözləmiş, Təqsirləndirilən şəxs3 və Şahid2 isə evin həyətindəki saxlanc yeri hesab olunan qəhələ qanunsuz daxil olaraq Zərərçəkmiş şəxs2 məxsus 150 (yüz əlli) manat dəyərində bir baş, 210 (iki yüz on) manat dəyərində bir baş, hər biri 300 (üç yüz) manat olmaqla 600 (altı yüz) manat dəyərində iki baş, hər biri 250 (iki yüz əlli) manat olmaqla 1000 (min) manat dəyərində dörd baş, cəmi 1960 (min doqquz yüz altmış) manat dəyərində səkkiz baş qoyunu oradan küçəyə çıxarmış, Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2la birlikdə həmin heyvanları götürüb piyada daşıyaraq avtomobilin yük yerinə yüklədikdən sonra Təqsirləndirilən şəxs1 idarə etdiyi avtomobillə oradan uzaqlaşmış, bununla da onlar qabaqcadan əlbir olan bir qrup şəxs halında, saxlanc yerinə qanunsuz daxil olaraq özgənin əmlakını gizli yolla talayıb zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 1960 (min doqquz yüz altmış) manat məbləğində ziyan vurmaqla oğurluq etmişlər. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə elan edilmiş ittihamda özünü təqsirli bilib ifadəsində göstərdi ki, 10 oktyabr 2022-ci il tarixdə saat 22 radələrində tanışı Təqsirləndirilən şəxs2la birlikdə Nərimanov rayonu ərazisində Montin parkı kimi tanınan yerdə yerləşən Qədirxum kafesində kofe içərkən həmin yerə tanışları Şahid2 gəlmiş və onlarla söhbət edərkən İmişli rayonuna gedib orada qoyun oğurlamağı təklif etdikdə onlar razılaşmışlar. Sonra onlar onun idarə etdiyi “VAZ-2106” minik markalı, **-HU-*** dövlət qeydiyyat nişanlı avtomobilə əyləşib Bakı şəhərindən İmişli rayonuna yola düşmüşlər. 11 oktyabr 2022-ci il tarixdə gecə saat 04 radələrində İmişli rayonunun Allahmədətli kəndinə çatmış və yol kənarında yerləşən evlərin yanında avtomobili saxlamışlar. Elman evlərin birinin həyətinə keçmiş, o və İlkin isə çöldə qalmışlar. Elman həmin evin həyətindəki qəhəldən üç baş xırda buyunuzlu heyvanları ayaqları bağlı vəziyyətdə gətirib ona və Səbuhiyə vermiş, onlar da heyvanları aparıb maşının yük yerinə qoymuşlar. Sonra oradan uzaqlaşıb getmişlər. Daha sonra onlar Elmanın göstərdiyi ünvana gəlmiş və orada heyvanları sonuncu Elşad adlı şəxsə 150 manata satmışdır. Həmin puldan hər birinə 23 manat pul düşmüş, qalan pullar isə yeməklərinə və yanacağa xərcləmişlər. Bundan başqa 12 oktyabr 2022-ci il tarixdə saat 22 radələrində Bakı şəhəri, Nərimanov rayonu ərazisində tanışları Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Şahid2lə birlikdə olarkən sonuncu İmişli rayonuna heyvan oğurlamağa getməyi təklif etdikdə onlar razılaşmışlar. Onlar birlikdə onun idarə etdiyi avtomobilə əyləşib Bakı şəhərindən İmişli rayonuna gəlmişlər. “Kür çayı”nın körpüsünü keçib yolun kənarında yerləşən Allahmədətli kəndinə dönmüş və orada bəndin üstü ilə bir qədər gedib birinci evin yerləşdiyi evin yaxınlığında avtomobili saxlamış, Elmanla Fəqan avtomobldən düşüb oğurluq edəcəkləri həyətə daxil olmuşlar. Onlar oradan dörd baş qoyun heyvanı oğurlayıb gətirib onun avtomobilinin yük yerinə qoymuşlar. Sonra oradan uzaqlaşıb Elmanın tanışı Elşadın evinə gəlmiş və Elman həmin qoyunları sonuncuya 230 manata satmışdır. Əldə olunan 230 manat puldan hərəsinə 30 manat pul düşmüş, qalan pulu isə yeməklərinə və yanacağa xərcləmişlər. Törətmiş olduğu cinayət əməlindən səmimi peşmandır. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə elan edilmiş ittihamda özünü təqsirli bilib ifadəsində göstərdi ki, 10 oktyabr 2022-ci il tarixdə saat 22 radələrində tanışı Səbuhi Əkbərovla birlikdə Nərimanov rayonu ərazisində Montin parkı kimi tanınan yerdə yerləşən Qədirxum kafesində kofe içərkən həmin yerə tanışları Şahid2 gəlmiş və onlarla söhbət edərkən İmişli rayonuna gedib orada qoyun oğurlamağı təklif etdikdə onlar razılaşmışlar. Sonra onlar Təqsirləndirilən şəxs1 idarə etdiyi “VAZ-2106” minik markalı, **-HU-*** dövlət qeydiyyat nişanlı avtomobilə əyləşib Bakı şəhərindən İmişli rayonuna yola düşmüşlər. 11 oktyabr 2022-ci il tarixdə gecə saat 04 radələrində İmişli rayonunun Allahmədətli kəndinə çatmış və yol kənarında yerləşən evlərin yanında avtomobili saxlamışlar. Elman evlərin birinin həyətinə keçmiş, o isə sonuncunun həyətə keçdiyi yerin yanında gözləmişdir. Elman həmin evin həyətindəki qəhəldən 3 baş xırda buyunuzlu heyvanları ayaqları bağlı vəziyyətdə gətirib ona və Səbuhiyə vermiş, onlar da heyvanları aparıb maşının yük yerinə qoymuşlar. Sonra oradan uzaqlaşıb getmişlər. Daha sonra onlar Elmanın göstərdiyi ünvana gəlmiş və orada heyvanları sonuncu Elşad adlı şəxsə 150 manata satmışdır. Elman həmin puldan ona və Səbuhiyə hər birinə 23 manat pul vermiş, qalan pullar isə yeməklərinə və yanacağa çıxılmışdır. Bundan başqa 12 oktyabr 2022-ci il tarixdə saat 22 radələrində Elman onun istfadəsində olan mobil telefonuna zəng vurub onu və Səbuhini Nərimanov rayonu ərazisində Montin parkı kimi tanınan yerdə gözlədiyini demişdir. O və Səbuhi sonuncunun idarə etdiyi avtomobillə həmin yerə gəlmiş və onlar avtomobildə oturub söhbət edərkən Elman yenə də oğurluq etmək təklifini vermiş və oğurluq barədə söhbət etdikləri zaman yaxınlıqdan keçən Təqsirləndirilən şəxs3 onları görüb gəlib maşına əyləşmişdir. Lakin, Fəqanın əvvəlcə onların oğurluq edəcəklərindən xəbəri olmamış, lakin sonradan Elman İmişli rayonuna oğurluq etməyə gedəcəklərini təklif etdikdə Fəqan da onlarla birlikdə oğurluq etməyə razılaşmışdır. Onlar birlikdə Səbuhinin idarə etdiyi avtomobilə əyləşib İmişli rayonuna gəlmiş və Elman həmin yerləri yaxşı tanıdığın üçün Səbuhiyə istiqamət verib maşını həmin istiqamətə sürdürmüşdür. İmişli rayonunun Allahmədətli kəndində bəndin üstündə Elman maşını evlərin birinin yaxınlığında saxlatdırıb Fəqanla birlikdə əvvəlcədən özü ilə götürdüyü iplə evlərin birinin həyətinə keçib oradan dörd baş xırda buyunzlu heyvanları çıxarıb onlara vermiş, o və Səbuhi həmin hevanları aparıb maşının yük yerinə qoymuşlar. Daha sonra onlar hərəsi bir baş heyvan da gətirib maşının yük yerinə qoymuşlar. Elman evin işığının yandığını görüb Səbuhiyə maşını sürüb getməyi demiş və onlar birlikdə oradan çıxıb İmişli rayonuna əvvəl üç baş qoyunları satdığı Elşadın evinin qarşısına gəlmiş və Elman qoyunları Elşada 230 manata razılaşıb satmışdır. Törətmiş olduğu cinayət əməlindən səmimi peşmandır. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə elan edilmiş ittihamda özünü təqsirli bilib ifadəsində göstərdi ki, 12 oktyabr 2022-ci il tarixdə saat 21 radələrində Bakı şəhəri, Nərimanov rayonu ərazisində Montin kimi tanınan parkın yaxınlığında tanışları Elman, İlkin və Səbuhinin avtomobildə olduqlarını görüb onlara yaxınlaşmış və nə işlə məşğul olmalarını soruşmuşdur. Səbuhi ona bir az şəhəri gəzməyi bildirdikdə o, razılaşmış və sonuncunun idarə etdiyi avtomobilin arxa oturacağına əyləşib şəhərə gəzməyə çıxmışlar. Maşında olarkən Elman İmişli rayonuna gedib orada qoyun oğurlamağı təklif etdikdə o və İlkinlə Səbuhi də etiraz etməyərək razılaşmışlar. Birlikdə Səbuhinin idarə etdiyi “VAZ-2106” minik markalı, **-HU-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhərindən İmişli rayonuna yola düşmüşlər. “Kür çayı”nın körpüsünü keçəndən sonra İmişli rayonunun Allahmədətli kəndində yerləşən evlərin birinin yaxılığında Səbuhi avtomobili Elmanın sözü ilə saxlamışdır. O və Elman avtomobildən yerə düşüb oğurluq edəcəkləri evin qəhəli istiqamətində getmişlər. Həmin vaxt Elman özü ilə ip götürmüş və onlar birlikdə evin həyətinə dəmir setka qapıdan içəri, oradan isə evin həyətindəki qəhələ keçib oradan dörd baş qoyun heyvanlarının ayaqlarını bağlayıb gətirib yaxınlıqda saxladıqları Səbuhinin avtomobilinin yük yerinə qoymuşlar. Sonra oğurluq etdikləri evin işığının yandığını görüb oradan uzaqlaşmışlar. Oğurladıqları dörd baş xırda buyunuzlu heyvanları gətirib Elşad adlı şəxsə Elman razılaşıb 230 manata satmışdır. Əldə olunan puldan hərəsinə 30 manat pul düşmüş, qalan pulu isə yeməyə və yanacağa xərcləmişlər. Sonra geri qayıdarkən onları Qaradağ postunda saxlatmışlar. Daha sonra arxalarınca İmişli rayon polis şöbəsinin əməkdaşları gəlib onları özləri ilə İmişli rayon polis şöbəsinə gətirmişlər. Törətmiş olduğu cinayət əməlindən səmimi peşmandır. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 törətmiş olduqları cinayət əməlləri özlərinin etirafı ilə yanaşı iş üzrə dindirilmiş zərər çəkmiş şəxslərin və şahidlərin ifadələri, ekspertiza rəyi, iş materialları və işin digər obyektiv halları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmədə zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, yaşadığı İmişli rayonunun Allahmədətli kəndində şəxsi təsərrüfatında 40 baş qoyun heyvanları olmuşdur. Həmin heyvanları o, gündüzlər çöl otlaq sahəsində otarmış, axşamlar isə gətirib həyətində evinin arxasında yerləşən tövləyə salırmış. Tövlənin qarşısında setkadan qəhəl və qəhəlin qapısı taxtadan olmaqla iplə bağlanırmış. 10 oktyabr 2022-ci il tarixdə qoyunları qəhələ salıb iplə qapını bağlamışdır. 11 oktyabr 2022-ci il tarixdə səhər saat 07 radələrində qəhələ gedib qoyunları açıb sahəyə otarmaq üçün aparmaq istəyərkən qəhəlin qapısının iplə bağladığı hissəsinin açıldığını, qoyunları sayarkən isə üç baş ana boğaz qoyunların heyvanların içərisində olmadığını görmüşdür. Oğurluğu törədənlər qəhəlin qapısını açdıqdan sonra qoyunları qəhəlin arxa tərəfinə çıxararaq bənd üstü torpaq yolda avtomobilə yükləyərək oğurlayıb aparmışlar. O, dərhal Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə zəng vuraraq oğurluq barədə məlumat vermişdir. İbtidai istintaq zamanı oğurluq edənlərin Təqsirləndirilən şəxs1, Şahid2 və Təqsirləndirilən şəxs2 olduqlarını bilmişdir. Təqsirləndirilən şəxslər tərəfindən ona vurulmuş ziyan tam şəkildə ödənilmişdir. Odur ki, onun təqsirləndirilən şəxslərə qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmədə zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, yaşadığı İmişli rayonun Allahmədətli kəndində özünə məxsus şəxsi təsərrüfatında 20 baş xırda buyunuzlu heyvanı olmuşdur. 13 oktyabr 2022-ci il tarixdə saat 05 radələrində o, yaşadığı evdə yatdığı vaxt anası Durxanım Qarayeva həyətdə heyvanların mələşdiyini eşidib, gelib onu yuxudan ayıldaraq həyətə düşüb baxmağını bildirmişdir. O, evdən həyətə çıxarkən iki nəfərin həyət çərəpində qaraltısını görüb tövlənin və qəhəlin yerləşdiyi istiqamətə gedərkən markasını və dövlət qeydiyyat nişanını, rəngini seçə bilmədiyi minik markalı avtomobilin oradan uzaqlaşıb getdiyini görmüşdür. Qəhəldə olan heyvanlara baxıb sayarkən heyvanlardan 8 başı yerində olmamışdır. O, dərhal mobil telefonunu ilə Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə zəng vurub oğurluq olması barədə məlumat vermişdir. İbtidai istintaq zamanı oğurluq edənlərin Təqsirləndirilən şəxs1, Şahid2 və Təqsirləndirilən şəxs2 olduqlarını bilmişdir. Hazırda təqsirləndirilən şəxslər tərəfindən ona vurulmuş ziyan tam şəkildə ödənilmişdir. Ona görə də onun təqsirləndirilən şəxslərə qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, o, Kürdəmir rayonu Mollakənd kəndində qeydiyyatda olmaqla hazırda Bakı şəhəri, Nərimanov rayonu Gənclik metrostansiyasının yaxınlığında yerləşən Əlövsət İbrahimov küçəsi 120 saylı ünvanda atası Elcan Hacıyev, anası Günel Novruzova, qardaşı Özçan Hacıyev ilə birlikdə kirayədə yaşayır, lakin atası Elcan Qazaxstan Respublikasındadır və orada işləyir. Bildirir ki, o, 10 oktyabr 2022-ci il tarixdə gecə radələrində Bakı şəhəri Nərimanov rayonu ərazisində tanışları Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə birlikdə mobil telefonla danışıb Nərimanov rayonunda yerləşən parkda görüşmüşlər. Görüşdükdən sonra Səbuhinin idarə etdyi avtomobilə əyləşmiş və təklif etmişdir ki, İmişli rayonuna oğurluq etməyə gedək,onun sözündən sonra Səbuhi və İlkin onunla razılaşmış və birlikdə Bakı şəhərindən çıxıb Bakı-Qazax avtomobil yolu ilə Kürdəmir rayonundan dönüb İmişli rayonua gəlmişlər.İmişli rayonuna kür körpüsünü keçdikdən sonra İmişli rayonun Allahmədətli qəsəbəsinə dönmüşlər. Həmin vaxtı saat təxminən 4 radələri olarmış. Həmin qəsəbədə evlərin birinin qarşısına gəlib orada İlkinlə avtomobildən yerə düşmüşdür. O və İlkin orada evlərinin birinin həyətində yerləşən qəhələ keçmişlər və orada olan təxminən 25-30 baş xırda buyunuzlu heyvanın içərisindən 3 baş qoyun heyvanını tutub orada özü ilə əvvəlcədən götürdüyü iplə ayaqlarını bağlayıb bir-bir heyvanları qəhəldən çıxarmış, bir qədər kənarda Səbuhinin saxladığı avtomobilinin yük yerinə yığıb İmişli rayonuna tanıdığı Elşad adlı heyvan alverçisinin yaşadığı evinə gəlmişdir. Belə ki, əvvəlcədən Elşadla danışmış, ona heyvan olduğunu və gətirdiyni bildirmiş, hevanları Elşada satanda heyvanların yaşlı qoyun heyvanı olduğunu görmüş və bunun üçün Elşad heyvanların hər birinə 50 manat pul verə biləcəyini dediyndən həmin heyvanları ona razılaşıb 150 manata sağmışdır. Əldə olunan 150 manat puldan benzinə və yeməklərinə xərcləmişlər. Yerdə qalan pulu öz aralarında bölmüş və hərəyə 23 manat pul düşmüşdür. O,bu oğurluq cinayətindən başqa əlavə oğurluq cinayəti də törətmişdir. Belə ki, bundan iki gün sonra yəni, 12 oktyabr 2022-ci il tarixdə Nərimanov rayonunda Montin parkı kimi tanınan yerdə o, Səbuhi və İlkin bir yerdə avtomobidə olarkən onların yanına Fəqan gəlmiş,Fəqan gəlib avtomobilə yaxınlaşmış, Səbuhiyə nə məsələdir, nə iş görürsünüz dediyindən ona Səbuhi gəl əyləş avtomobilə bir az gəzək demiş, Fəqan gəlib avtomobilə əyləşmiş və bir qədər Səbuhinin idarə etdiyi avtomobillə Bakı şəhərini gəzmişlər, sonra o, təklif etmişdir ki, gedək heyvan oğurlayaq. Onun təklifi ilə avtomobldə olan hər kəs razılaşmış və birlikdə Bakı-Qazax avtomobil yolundan İmişli rayonu ərazisinə dönmüşlər. Saat təxminən 05 radələri olarmış. O, özü Kürdəmir rayonun Mollakənd kəndindən olsa da, İmişli rayonun Allahmədətli kəndi onun yaşadığı kəndlə qonşu olduğu üçün bəndin üstü ilə İmişli rayonun Allahmədətli kəndinə getmişlər və orada bəndin üzərində birinci yerləşən evə çatmamış Səbuhi avtomobili saxlamış və o, özü ilə əvəlcədən götürüdüyü ipləri də götürmüş, evin tor setkadan olan çəpərindən keçib evin həyətindəki qəhələ keçmiş, həmin qəhəldən Fəqanla birlikdə 4 baş xırda buyunzlu heyvanları təxminən 10 baş xırda buyunuzlu heyvanların içərisindən tutub bir bir ayaqlarını bağlayıb çəpərin yanına gətirirmiş,oradan İlkinlə Səbuhi həmin heyvanları götürüb aparıb Səbuhinin saxladığı avtomobilin yük yerinə yığmışlar. Həmin vaxtı heyvanları oğurlayıb həyətdən çıxanda evin işığının yandığını görmüş, iti qaçışla avtomobilə əyləşmiş və Səbuhiyə maşını sür gedək demişdir. Onu və Fəqanı oğurluq etdikləri zaman ev sahibi görməmişdir. Həmin oğurladığı heyvanları gətirib əvvəl heyvan satdığı Elşadla danışıb ona heyvan olduğunu və satmağa gətirdiyini demişdir. Elşad da həmin heyvanlara baxmış və heyvanlara 230 manat verə biləcəyini dediyi üçün razılaşıb həmin heyvanları Elşada 230 manata satmışdır. Əldə olunan 230 manat pulu benzinə və yeməyə xərcləmiş və Bakı şəhərinə gedərkən yolda pulu bölmüşlər. Həmin puldan hərəsinə 30 manat pul düşmüşdür. Bakı şəhərinə yol gedərəkən Qaradağ postunda onları saxlatmışlar və arxalarınca İmişli rayon polis şöbəsinin əməkdaşları gəlmiş və polis əməkdaşları onları özləri ilə İmişli rayon polis şöbəsinə gətirmişlər. İşdə olan məhkəmə-əmtəəşünaslıq ekspertizanın 18 noyabr 2022-ci il tarixli, 9/7888 nömrəli rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarda göstərilən və fotoşəkilləri təqdim edilmiş 07 baş xırdabuyunuzlu heyvanların və fotoşəkilləri təqdim edilməyən 04 baş xırdabuyunuzlu heyvanların 2022-ci ilin oktyabr ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 2735,00 manat muəyyən edilir. O cümlədən: a) 1 baş 5 illik qoyun, diri çəkisi 25 kq - 150 manat, b) 1 baş 3 illik boğaz qoyun, diri çəkisi 45 kq - 300 manat, c) 1 baş 1 illik dişi toğlu, diri çəkisi 30 kq - 210 manat, d) 1 baş 1 illik erkək toğlu, diri çəkisi 40 kq - 300 manat, e) 1 baş 3 illik boğaz qoyun, diri çəkisi 50 kq - 320 manat f) 1 baş 3 illik qoyun, diri çəkisi 40 kq - 250 manat, g) 1 baş 3 illik qoyun, diri çəkisi 35 kq - 205 manat, h) Fotoşəkilləri təqdim edilməyən 4 baş qoyun, hər biri 3 illik olmaqla, boğaz, diri çəkiləri 40 kq - 100 manat (4 baş x 250,00 manat) Cinayət işi materiallarından görünür ki, Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı 13 oktyabr 2022-ci il tarixli qərarla şübhəli şəxs qismində tutulmuş, 15 oktyabr 2022-ci il tarixli qərarla barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmişdir. Cinayət işi materiallarından görünür ki, Təqsirləndirilən şəxs3 ibtidai istintaq zamanı 13 oktyabr 2022-ci il tarixli qərarla şübhəli şəxs qismində tutulmuş, 15 oktyabr 2022-ci il tarixli qərarla barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmişdir. Beləliklə də şərh edilən sübutları məcmu üzrə qiymətləndirərək məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrində və Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulan ictimai təhlükəli əməli törətməkdə təqsirlilikləri təsdiq edildi və onlar istinad edilən cinayət qanununun həmin maddələrinin sanksiyası həddində cəzalandırılmalıdırlar. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs1 ilk məhkumluğunu, əməlini etiraf edib səmimi peşmançılıq çəkməsini, zərər çəkmiş şəxslərlə barışmasını, sonuncuların ondan heç bir şikayət və tələblərinin olmamasını, vurulmuş maddi ziyanın tam ödənilməsini və yaşayış yerindən müsbət xarakterizə olunmasını cəzanı yüngülləşdirən hall kimi nəzərə alıb ona azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsini məqsədəmüvafiq hesab edir. Təyin edilmiş cəza müddəti ərzində Təqsirləndirilən şəxs1 üzərinə hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hallar məhkəmə tərəfindən müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs2 ilk məhkumluğunu, cinayət törədərkən yetkinlik yaşına çatmadığını, əməlini etiraf edib səmimi peşmançılıq çəkməsini, zərər çəkmiş şəxslərlə barışmasını, sonuncuların ondan heç bir şikayət və tələblərinin olmamasını, vurulmuş maddi ziyanın tam ödənilməsini və yaşayış yerindən müsbət xarakterizə olunmasını cəzanı yüngülləşdirən hall kimi nəzərə alıb ona azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsini məqsədəmüvafiq hesab edir. Təyin edilmiş cəza müddəti ərzində Təqsirləndirilən şəxs2 üzərinə hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hallar məhkəmə tərəfindən müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs3 ilk məhkumluğunu, əməlini etiraf edib səmimi peşmançılıq çəkməsini, zərər çəkmiş şəxslərlə barışmasını, sonuncuların ondan heç bir şikayət və tələblərinin olmamasını, vurulmuş maddi ziyanın tam ödənilməsini və yaşayış yerindən müsbət xarakterizə olunmasını cəzanı yüngülləşdirən hall kimi nəzərə alıb ona azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsini məqsədəmüvafiq hesab edir. Təyin edilmiş cəza müddəti ərzində Təqsirləndirilən şəxs3 üzərinə hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Ağsu rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Təqsirləndirilən şəxs3 cəzasını ağırlaşdıran hallar məhkəmə tərəfindən müəyyən edilmədi. İş üzrə maddi sübut və mülki iddia yoxdur. İş üzrə ekspertiza tədqiqatına sərf edilmiş 50 (əlli) manat ekspertiza xərci təqsirləndirilən şəxslərdən dövlət nəfinə tutulmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353 və 356-cı maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3cü maddələri ilə təqsirli bilinib 2 (ik) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 13 oktyabr 2022-ci il tarixdən 15 oktyabr 2022-ci il tarixədək həbsdə saxlandığı 2 (iki) gün müddət bir günə iki gün hesabı ilə hesablanmaqla 4 (dörd) gün təyin edilmiş cəzadan çıxılsın və üzərində qəti olaraq 1 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təyin edilmiş cəza müddəti ərzində Təqsirləndirilən şəxs1 üzərinə hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəza çəkməsinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3cü maddələri ilə təqsirli bilinib 1 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təyin edilmiş cəza müddəti ərzində Təqsirləndirilən şəxs2 üzərinə hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəza çəkməsinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Barəsində seçilmiş yetkinlik yaşına çatmayanı nəzarət altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib 2 (ik) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs3 13 oktyabr 2022-ci il tarixdən 15 oktyabr 2022-ci il tarixədək həbsdə saxlandığı 2 (iki) gün müddət bir günə iki gün hesabı ilə hesablanmaqla 4 (dörd) gün təyin edilmiş cəzadan çıxılsın və üzərində qəti olaraq 1 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təyin edilmiş cəza müddəti ərzində Təqsirləndirilən şəxs3 üzərinə hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Ağsu rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəza çəkməsinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə ekspertiza tədqiqatına sərf edilmiş 50 (əlli) manat ekspertiza xərci Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 dövlət nəfinə tutulsun. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Hökmdən 20 gün müddətinə İmişli rayon məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən: Qurban Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar