Məhkəmə qərarları › İş №1(036)-21/2024

İmişli Rayon Məhkəməsi Qərar — İş №1(036)-21/2024

29.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İmişli rayonu İş № 1(036)-21/2024 29.05.2024 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Mahmud Orxan Əlövsət oğlunun sədrliyi, Balacayev Elməddin Xudan oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının İmişli rayon məhkəməsində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Müdafiəçi İmişli Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1985-ci il tarixdə İmişli rayonu, Otuziki kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, İmişli şəhəri, N.Nərimanov küçəsi, ev 6-da qeydiyyatda olmaqla yaşayan, barəsində Azərbaycan Respublikası CM-nin 185.1-ci maddəsi ilə İmişli Rayon Polis X1 istintaq edilən ********* nömrəli cinayət işi üzrə İmişli Rayon Məhkəməsinin xx.xx.2024-cü tarixli 1(036)-21/2024 nömrəli qərarı ilə ilə barəsində «həbs» qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 185.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs o, 1 noyabr 2023-cü il tarixdə saat 02:00 radələrində alkoqol sərxoşluğu vəziyyətində olarkən Zərərçəkmiş şəxs qardaşı Şahid1 üçün aldığı və İmişli şəhəri H.Əliyev prospektində yerləşən “Ekonom” marketin yaxınlığında dayanmış VAZ- 21074 minik markalı, **-BZ-*** dövlət qeydiyat nişanlı avtomobili sonuncuların razılığı olmadan idarə edərək talama məqsədi olmadan qanunsuz ələ keçirib İmişli şəhəri və Saatlı rayonu ərazilərində idarə etmişdir. Məhkəmə iclasında cinayət işi üzrə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona qarşı irəli sürülmüş ittihamda təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, İmişli şəhəri N.Nərimanov küçəsi 6 saylı evdə anası Nüşabə və kiçik qardaşı Elməddinlə birlikdə yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir. Dolanışacağını təmin etmək məqəsdi ilə fəhləçilik edir. 31 oktyabr 2023-cü il tarixdən 01 noyabr 2023-cü il tarixə keçən gecə o, “Akif” adlı marketin yaxınlığında bibisi oğlu Şahid2 ilə birlikdə pivə içirmiş. Həmin vaxtı ora mağazaya üzdən tanıdığı Miri adlı şəxs gəlmişdir. O, həmin vaxtı sərxoş olmuşdur və Mirinin “VAZ-21074” minik markalı dövlət qeydiyyat nişanın bilmədiyi avtomobilinə evinə getmək üçün əyləşmişdir. Əlində həmin vaxtı pivə olduğu üçün içirmiş və Miriyə demişdir ki, o, piyvə içir və piyvəni içdiyi üçün bir qədər şəhəri gəzək. Birlikdə şəhəri gəzmişlər. Miri avtomobili “Ekonom” marketin yaxınlığında saxlamış və birlikdə maşından yerə düşmüşlər. O, Miriyə bildirmişdir ki, maşını ver bir yer var dəyib gəlirəm. Miri də ona heç bir etiraz etməmiş və ona maşının açarını vermişdir. O, həmin vaxtı içkili olmuşdur. Maşının açarını Mirinin özü ona vermişdir. O, həmin vaxtı içkili halda rayonda bir qədər gəzmiş və “Yaşıl Bazar” deyilən yerə sürüb getmişdir. Avtomobili idarə edərkən qarşısına bibisi oğlu Nail çıxmış, o, avtomobili saxlayıb Naili avtomobilə götürmüşdür. Mirini isə görməmişdir. Daha sonra avtomobili asfalt yola çıxartmış və bir qədər şəhərdə gəzmiş, sonra Naillə birlikdə Saatlı rayonu istiqamətində hərəkətdə olmuşdur. Yol gedərkən idarəetməni itirdiyindən avtomobil Saatlı rayonu ərazisində dəmiryolunun yaxınlığında çökəkliyə düşmüşdür. Nail ilə birlikdə avtomobildən içərisindən çıxmışlar. Nail həmin vaxtı avtomobilin açarını götürmüş və piyada üzü İmişli şəhər istiqamətinə gəlmişlər. Yolda tanımadığı avtomobilə əl etdikləri üçün onları həmin avtomobil götürmüş və İmişli rayonuna gəlib çıxmışlar. Həmin avtomobilin modelini və markasını, dövlət qeydiyat nişanın bilməmişdir. Daha sonra yol gəldikləri avtomobildən yaşadığı evin yaxınlığında düşüb Nail öz, o da öz evinə getmişlər. Evdən çölə çıxmamışdır. Etdiyi hərəkətin səf olduğunu və Nailin atasının gözünə görünmək istəməmişdir. Həmin yol nəqliyyat hadisəsinə düşərkən nə o, nə də ki, Nail hər hansı bir xəsarət almamışdır. O, avtomobildən düşərkən eləcə də Nail avtomobildən düşərkən hər hansı bir sənəd və ya qiymətli əşya götürməmişlər. Sadəcə Nail avtomobilin açarını götürmüş və həmin açarı da sahibi Fuada verməsini eşitmişdir. O, Mirinin avtomobilini qaçırmamış və Mirinin özü avtomobili idarə etmək üçün ona vermişdir. Miri ona avtomobili idarə etməyə verməsəydi, o avtomobili idarə etməzdi. Həmin vaxtı o, sərxoş olmuşdur və Mirinin ona əl işarəsi etməsini görməmişdir. Həmçinin avtomobil idarə etmək üçün sürücülük vəsiqəsi yoxdur. Mükəmməl olaraq avtomobil idarə etmək bacarığı da yoxdur. Yol gedərkən isə Nail ona avtomobili saxlamağı demiş, o, isə bir az sürüm və qaytarıb verəcəm demişdir. Lakin həmin vaxtı sərxoş olmuş və hərəkətinin mahiyətini bilməmiş. O, avtomobili idarə edərəkən ehtiyatsızlığından yol-nəqliyat hadisəsi törətmiş və vurduğu ziyanı hissə-hissə onun sahibi ilə danışıb ona ödəyəcəkdir. Əməlindən peşmandır və zərərçəkmiş şəxslə barışmışdır. Məhkəmə iclasında cinayət işi üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, İmişli şəhəri, Qaradonlu küçəsi 24 saylı evdə qeydiyyatda olmaqla yaşayır. Bildirir ki, o, özünə və qardaşı Miri üçün VAZ-21074 minik markalı, **-BZ-*** dövlət qeydiyyat nişanlı avtomobil almışdır. Həmin avtomobili o, İmişli şəhər sakini Şahid3 31 oktyabr 2023-cü il tarixdə danışıb öz aralarında razılaşaraq 6500 manata almışdır. Həmin avtomobili isə o, 01 noyabr 2023-cü il tarixdə öz adına və ya qardaşı Mirinin adına baş etibarnamə alacaqdır. Lakin, qardaşı Miri digər qardaşı Elşada siqaret alıb gətirmək üçün avtomobili həyətdən götürüb getmişdir. Lakin, o isə çıxıb yatmağa getmiş və səhər saat təxminən 05 radələrində yuxudan qardaşı Elşad oyadıb bildirmişdir ki, maşını qaçırıblar. O, Elşaddan Mirinin harada olmasını soruşmuşur. Elşad ona Mirinin İmişli şəhəri H.Əliyev prospektində dördyol ayrıcında olmasını bildirmiş və o, qardaşı Elşadla Mirinin yanına gəlmişdir. Miridən məlumat aldıqdan sonra avtomobilin qaçırılması barədə 102 xidmətinə məlumat vermişdir. Daha sonra birlikdə yaşadığı evə qayıtmışlar. O, şirkətdə öz avtomobili ilə işlədiyi üçün şirkət tərəfindən onun avtomobilinə GPS –izləmə vasitəsi qoyulmuş və o, bölgə müdiri Tural Zeynalova zəng edib ona məxsus avtomobilin GPS izləmə vasitəsinə baxıb harada olmasını barədə bildirməsini xahiş etmişdir. Tural Zeynalov da avtomobilin hərəkətsiz olduğunu və Saatlı rayonun Hacıqasımlı kəndi ərazisindən keçən dəmir yolunun yaxınlığında ağacların içərisində olduğunu və hərəkətsiz qaldığını bildirmişdir. Bundan sonra qardaşı Miri Nailin atası Sadıqın evinə getmiş, avtomobilin onun oğlu Nail və Nurəddin adlı şəxslərin götürdüyünü, avtomobilin Saatlı rayonunda olduğunu, onu ora aparmasını demişdir. O, isə evdə əl üzünü yumuş və tanışı Mübarizə zəng edib ona yaşadığı evdən götürüb Saatlı rayonuna aparıb gətirməsini xahiş etmişdir. Mübariz də heç bir narazılıq etməmiş, onu yaşadığı evdən götürüb Saatlı rayonuna avtomobilin dayanıb durduğu yerə aparmışdır. O, ora çatdıqda həmin vaxtı Mirini və Sadıqı görmüşdür. Avtomobilə keçib baxmış və görmüşdür ki, avtomobil dərənin içərisindədir və qabaq hissəsi, sağ və sol qanadları, alt paneli əzilmiş vəziyyətdədir. O, avtomobilin salonuna baxmış, salonda avtomobilin sənədlərini tapmamış və açarı da üstündə olmamışdır. Bundan sonra o və qardaşı Miri İmişli rayon polis şöbəsinə qayıdıb gəlmişlər. Avtomobili hadisə yerindən Saatlı rayon polis şöbəsinin əməkdaşları görüb rayon polis şöbəsinə aparmışlar və Saatlı rayon polis şöbəsinə gedib orada həmin avtomobilə İmişli rayon polis şöbəsinin əməkdaşları ilə birlikdə baxış keçirilmişdir. Avtomobilin sənədlərini, qardaşı Mirinin sürücülük vəsiqəsini, bank kartını və şəxsiyət vəsiqəsini tapmışdır. Lakin öz sürücülük vəsiqəsini tapa bilməmişdir. Oradan avtomobiln dəymiş maddi ziyanın məbləğinin müəyyən edilməsi üçün avtomobili İmişli rayon polis şöbəsinin inzibati binasının həyətinə gətirmişlər. Zərərçəkmiş şəxs məhkəməyə ərizə ilə müraciət edərək Təqsirləndirilən şəxs ilə barışdığını, ona qarşı heç bir şikayəti və tələbinin olmadığını bildirərək cinayət təqibinə xitam verilməsini xahiş etmişdir. Cinayət işi üzrə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, İmişli şəhəri S.Bəhlulzadə küçəsi 19 saylı evdə qeydiyyatda olmaqla yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir. Dolanışacağını təmin etmək məqəsdi ilə fəhləçilik edir. Təqsirləndirilən şəxs onun qohumudur. 31 oktyabr 2023-cü il tarixdən 01 noyabr 2023-cü il tarixə keçən gecə o, İmişli şəhərində yerləşən «Akif» marketin yaxınlığında dayısı oğlu Nurəddin ilə birlikdə piyvə içən zaman həmin vaxtı mağazaya üzdən tanıdığı sinif yoldaşı Fuad Əhmədlnin qardaşı Miri gəlmişdir. O və Nurəddin həmin vaxtı sərxoş olmuşlar və həmin vaxtı mağazanın yaxınlığına Miri “VAZ-21074” minik markalı, dövlət qeydiyyat nişanın bilmədiyi avtomobillə gəlmişdir. O, həmin vaxtı əlində piyvə olduğu üçün Miriyə demişdir ki, evə gedirsənsə onlarıda aparsın. Miri heç bir etiraz etməmişdir. O, Nurəddinlə birlikdə Mirinin avtomobilinə əyləşmişlər. Miri onları yaşadığı evin istiqamətində apararkən Nurəddin Miriyə bildirmişdir ki, bizi bir qədər rayonda gəzdir və o, əlində olan piyvəni icib qurtarsın. Miri avtomobilini Qaralar kəndi istiqamətində yerləşən yol ayrıcandan avtomobili döndərmiş və avtomobilini «Ekonom» marketin yaxınlığında saxlamış və birlikdə avtomobildən yerə düşmüşlər. Həmin vaxtı Nurəddin bir qədər kənara çəkilmiş və oda Miri ilə avtomobilin yanından təxminən 10 metrə qədər uzaqlaşmışdır. Həmin vaxtı Nurəddin Mirinin avtomobilinin sükanı arxasına keçmiş və gəlirəm demişdir. O, isə Miriyə nə səbəbə icazə verdin ona avtomobili sürməyə o, sərxoş haldadır. Miri isə ona avtomobili vermədiyini özü sükan arxasına keçdiyini bildirdi. O, isə Nurəddinin sərxoş vəziyyətdə olmasını və gedək onu tapaq demişdir. Onlar birlikdə «Yaşıl bazar» deyilən yerə gəlmişlər və orada o, Miriyə demişdir ki, sən kənara çəkil və Nurəddin onu görən kimi avtomobili saxlayacaq və Miri onun dediyi kimi etmiş, o, avtomobilin qarşısına keçmiş və Nurəddinə avtomobili sürüb getməsinə imkan verməmiş və keçib sərnişin qismində qabaq oturacaqda əyləşmişdir. Nurəddinə avtomobili saxlamasını Mirinində gəlməsini gözlə demişdir. Nurəddin onu eşitməmiş və avtomobili sürüb uzaqlaşmışdır. Nurəddin həmin vaxtı ona bir az rayonda gəzim və qaytaracam demişdir. O, Nurəddini saxlatdıra bilməmiş və ona avtomobildə yalvar yaxar edib avtomobili saxlamasını demişdir. O, bunu Nurəddini dayandırmaq üçün demişdir. Lakin, onun dediyi sözləri Nurəddin qəbul etmirmişdir. O, görmüşdür ki, Nurəddin onun sözünü eşitməmiş, avtomobil sürməyi də bacarmır və ona calışıb izah etmişdir ki, şəhərin içərisinə girməsin. O, avtomobil idarə etməyi bilmir və ona görə ki, rayonda qəza törədər və bədbəxt hadisə ilə üzləşərlər. Nurəddini şəhərin içərisinə girməkdən yayındırmış və ona düz yolda maşını sürməyi və yolda onu saxlatdırar deyib özlüyündə fikirləşmişdir. O, görmüşdür ki, Nurəddin avtomobili saxlayıb sahibinə qaytarmaq istəmir və hər əyri döngəli yolda qəza törətməməsi üçün avtomobilin sükanını özü sağa və ya sola döndərirmiş ki, qəza baş verməsin. O, yol boyu Nurəddinə avtomobili saxlayıb sahibinə qaytarmağı desə də, Nurəddin onu eşitməmiş, Nurəddinə avtomobili saxlamasını və avtomobildən düşmək istədiyini bildirib maşını onun əlindən yəni açarı yerindən çıxartmaq istəyirmiş. Lakin, Nurəddin döngəli yolda maşını saxlaya bilməmiş və getdikləri istiqamətdə Saatlı rayonu Hacıqasımlı kəndində avtomobilin idarəetməsini itirdiyindən avtomobil yolda çıxmışdır. Bundan sonra o, avtomobilin açarını üzərindən çıxardıb götürmüşdür ki, avtomobili kənar şəxs gəlib götürməsin. Onlar yaşadığı evə gəlmək üçün yola çıxmışlar. O və Nurəddin yol ilə keçən modelini xatırlamadığı avtomobillə əyləşib yaşadıqları evə qayıtmışlar. Mobil telefonu olmadığı üçün sinif yoldaşı Fuadla əlaqə saxlayıb ona hadisə barədə deyə bilməmiş və açarı tanışlarından kiməsə vermişdir. O, açarı aparıb Fuada verməsini demiş, sonra isə Fuadla əlaqə saxlayıb hadisənin hansı şəraitdə və nə cür baş verməsini ona danışmışdır. O, Miriyə məxsus avtomobili qaçırmamışdır. Həmin avtomobili Nurəddin idarə etmişdir və onun niyyəti Nurəddini saxlayıb avtomobili ondan alıb sahibinə qaytarmaq olmuşdur. Lakin Nurəddin sərxoş vəziyyətdə olduğundan və fiziki çəhətdən ondan güclu olduğu üçün onu saxlatdıra bilməmiş və avtomobili saxlamamışdır. Cinayət işi üzrə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, İmişli şəhəri Qaradonlu küçəsi 24 saylı evdə qeydiyyatda olmaqla yaşayır. 01 noyabr 2023-cü il tarixdə saat təxminən 02 radələrində siqaret almaq üçün qardaşı Zərərçəkmiş şəxs yeni aldığı, hələ adına keçirtmədiyi “VAZ-21074” minik markalı, **-BZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin açarını ondan götürüb siqaret almaq üçün getdiyini demişdir. O, yaşadığı evin yaxınlığında səhərə kimi işləyən «Akif» marketdən siqaret almış və həmin vaxtı orada qonşuları Naili və üzdən tanıdığı Nurəddini görmüşdür. Nail onu görüb ona evəmi gedirsən deyib sual etmişdir. O, isə ona evə getdiyini bildirmişdir. Nurəddin də həmin vaxtı əlində şüşədə olan piyvəsini içirdi. Həmin vaxtı Nurəddin ona bildirmişdir ki, bir az rayonda gəzək, o isə ona yorğun olduğunu və evə getmək istədiyini bildirmişdir. Onlar gəlib onun avtomobilinə əyləşmişlər. O, avtomobili Qaralar kəndi istiqamətində yolun qurtaracağına və oradan geriyə idarə edib H.Əliyev prospektində yerləşən «Ekonom» marketin yaxınlığına gələn zaman Nurəddin onu saxlatdırmış və avtomobildən birlikdə yerə düşmüşlər. O, avtomobildən yerə düşərkən avtomobilin açarını da üzərində qoyub söndürmüşdür. Həmin vaxtı avtomobildən düşən Nurəddin kiminləsə kənara çəkilib mobil telefonla danışmışdır. O, isə avtomobildən düşüb Nail ilə birlikdə təxminən 10-15 metr kənara aralanmışdır. Nurəddin telefonla danışıb qurtardıqdan sonra avtomobilə tərəf gəlib sükan arxasına əyləşmiş və bildirmişdir ki, «var yoxuna nələt» indi gəlirəm. O, heç bir söz deyə bilməmiş və onun icazəsi olmadan Nurəddin onun idarə etdiyi avtombili oradan sürüb getmişdir. O, Nail ilə birlikdə piyada hərəkət etməyə başlamışdır. Lakin, piyada Nail ilə “Yaşıl Bazar” deyilən yerin qarşısına gəlmişlər. Görmüşdür ki, Nurəddin avtomobili asta sürətlə hərəkət etdirir və Nurəddin onunla Naili görüb ayağını qaza basmışdır. Nail Nurəddini saxlatdırmaq istəmiş və ona bildirmişdir ki, gizlən qoy səni görməsin. O, isə orada bazarın hasarının tin hisəssində gizlənmiş və Nail özünü avtomobilə tərəf atmışdır. Nurəddin avtomobillə sağ sol edib saxlamış, Nail də avtomobilin sərnişin oturacağına keçib əyləşmiş və Nail ilə Nürdəddin birlikdə çıxıb getmişlər. O da onların arxasınca qacıb Nurəddinə «maşını saxla» deyərək qışqırmış, lakin Nurəddin avtomobili saxlamamış və sürüb çıxıb getmişdir. O, gözləmişdir ki, bəlkə də gələrlər. Lakin, piyada H.Əliyev prospektinə Etibar adlı şəxsin avto ehtiyyat hissəsləri satışı mağazasının qarşısına gəlmiş və orada avtomobilini görüb Nurəddinə saxlama işarəsi vesə də Nurəddin avtomobili saxlamamış və sürüb çıxıb getmişdir. Üzərində mobil telefonun olmaması ilə əlaqədar həmin vaxtı heç kəsə məlumat verə bilməmişdir. Gözləmişdir ki, Nurəddin maşını qaytarıb gətirər. O daha sonra bu barədə yol ilə keçən tanımadığı şəxs saxlayıb ondan mobil telefonu ilə zəng etməsini etmişdir. Həmin şəxsin telefonu ilə qardaşı Elşad Əhmədliyə zəng vurub avtomobilin qaçırıldığını bildirmişdir. Qardaşı Elşad digər qardaşı Zərərçəkmiş şəxs ilə birlikdə onun H.Əliyev prospektində avto ehtiyat hissələri mağazaları satışının qarşısında olduğu yerə gəlmişlər. Daha sonra qardaşı Fuad üzərində mobil telefonu olmadığı üçün birdikdə yenidən yaşadıqları evə qayıtmışlar. Evdə Fuad bölgə müfəttişi və onun avtomobilinə GPS izləməsini quraşdıran Turaldan avtomobilin harada olmasını soruşmuşdur. Tural isə bildirmişdir ki, avtomobil Saatlı rayonu ərazisində dəmr yolu keçidinin yaxınlığında ağacların içərisində hərəkətsiz vəziyyətdə dayanıb durmasını demişdir. Bundan sonra o, Nailin atası Sadıqın evinə getmiş və ona olanları danışmış və birlikdə onunla avtomobilin olduğu yerə getmişlər. Avtomobili dəmr yolu keçidinin yaxınlığından tapmış və görmüşdür ki, avtomobilin bəzi yerləri əzilmiş haldadır. Avtomobilin üzərində açarı yoxdur. Bundan sonra o, Saatlı rayonundan İmişli rayonuna gəlmiş və hadisə barədə olanları danışmışdır. Sonradan isə Nurəddinin qəza törətdiyi avtomobili Saatlı rayon polis şöbəinin əməkdaşları hadisə yerindən götürüb Saatlı rayon polis şöbəsinə aparmışlar. Polis şöbəsində o, avtomobilin içərisindən sənədlərini, sürücüdlük vəsqəsini, şəxsiyət vəsiqəsini və kapital banka məxsus plastik bank kartını tapmışdır. Lakin qardaşı Fuad isə özünə məxsus sürücülük vəsiqəsini avtomobildən tapmamışdır və sürücülük vəsiqəsi naməlum şəraitdə yoxa çıxmışdır. Sonda o, Nürəddinlə barışdığını və heç bir şikayəti olmadığını bildirmişdir. Cinayət işi üzrə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, o, qeydiyyat şəhadətnaməsi əsasında adına olan “VAZ-21074” minik markalı, **-BZ-*** dövlət qeydiyyat nişanlı avtomobilini 31 oktyabr 2023-cü il tarixdə saat təxminən 12 radələrində Zərərçəkmiş şəxs öz aralarında danışıb razılaşaraq 6500 manata satıb pulunu almışdır. Həmin avtomobilə dair sənədləşməni isə səhəri günə yəni, 01 noyabr 2023-cü il tarixdə Zərərçəkmiş şəxs adına keçirəcəyi barədə razılaşmışlar. Lakin qeyd olunan avtomobili 01 noyabr 2023-cü il tarixdə İmişli şəhər sakini Təqsirləndirilən şəxs Şahid1 icazə almadan və talama məqsədi olmadan qaçırmışdır. Avtomobili Zərərçəkmiş şəxs adına sənədləşdirə bilməmiş və bununla bağlı İmişli rayon polis şöbəsinə araşdırma aparılmışdır. Lakin, Təqsirləndirilən şəxs avtomobil Saatlı rayonu ərazisində idarə edərkən aşma yol-nəqliyyat hadisəsi törətdiyindən avtomobilin qabaq qarşı və alt hissələri əzildiyindən avtomobili Zərərçəkmiş şəxs adına İmişli rayonu ərazisində yerləşən RQİB və TBŞ-də keçirdə bilməmişdir. Ona Fuad həmin avtomobili qardaşı Şahid1 adına etibarnamə verməyini istədiyi üçün Fuadın sözü ilə qardaşı Şahid1 03 noyabr 2023-cü il tarixdə baş etibarnamə vermişdir. Həmin avtomobilə vurulmuş maddi ziyan Zərərçəkmiş şəxs vurulmuşdur. Cinayət işinin 49-cu vərəqində olan 06 noyabr 2023-cü il tarixli şübhəli şəxs qismində tutma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs 06 noyabr 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 78-79-cu vərəqində olan 08 noyabr 2023-cü il tarixli qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə haqqında qətimkan tədbiri seçilmiş və İmişli rayon X3 Saxlama Yerindən azad edilərək barəsində həbslə bağlı olmayan qətimkan tədbirinin seçilməsi qərara alınmışdır. Cinayət işinin 100-cü vərəqində olan 18 dekabr 2023-cü il tarixli istintaqın nəticələri, sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, “VAZ-21074” minik markalı, **-BZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmışdır. Cinayət işinin 82-83-cü vərəqində olan Azərbaycan Respublikası DİN-nin Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 11 noyabr 2023-cü il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, İmişli Rayon Məhkəməsinin 03 fevral 2006-cı il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.3, 134 və 66-cı maddələrində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək 03 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Salyan Rayon Məhkəməsinin 03 oktyabr 2007-ci il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 76-cı maddəsi ilə 01 il 08 ay 04 gün vxtından əvvəl şərti azad olunmuşdur. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 26 may 2015-ci il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.3, 221.2.1, 126.2.4 və 66.3-cü maddələrində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək 08 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Bakı şəhər Qaradağ Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixdə Cinayət Məcəlləsində edilmiş dəyişikliklə bağlı Təqsirləndirilən şəxs cəzası 07 il 09 ay müddətinə endirilmişdir. Bakı şəhər Qaradağ Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixdə Cinayət Məcəlləsində edilmiş dəyişikliklə bağlı Təqsirləndirilən şəxs cəzası 07 il 09 ay müddətinə endirilmişdir. 05 noyabr 2021-ci il tarixdə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli amnistiya qərarının 2.4-cü bəndinə əsasən azadlıqdan məhrum etmə cəzasının 04 ay 20 günlük çəkilməmiş hissəsindən azad edilmişdir. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.1-ci maddəsi ilə nəzərdə tutulan əməli törətmişdir. Məhkəmə iclası zamanı Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdığını göstərmiş, bunları ifadə edən ərizəni məhkəməyə təqdim edərək barəsində olan cinayət işinə xitam verilməsini məhkəmədən xahiş etmişdir. Eyni zamanda Zərərçəkmiş şəxs da, məhkəməyə yazılı ərizə təqdim edərək göstərmişdir ki, artıq Təqsirləndirilən şəxs ilə barışmış, ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 15.2-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına aiddir. Azərbaycan Respublikası CPM-nin 43.3-cü maddəsinə əsasən, məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Azərbaycan Respublikası CPM-nin 40.3-cü maddəsinə uyğun olaraq, şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.1-ci maddəsinə müvafiq olaraq böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.1-ci maddəsinə əsasən Bu Məcəllənin 178.1, 179.1, 185.1, 186.1, 187.1, 187.2, 189-1.1 və 189-1.2-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdığından və zərərçəkmişin ona qarşı heç bir şikayəti, tələbi olmadığından cinayət təqibinə xitam verilməli, o, cinayət məsuliyyətindən azad edilməlidir. İş materialları ilə müəyyən edilir ki, Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası CPM-nin 156.4-cü maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verildiyi hallarda şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində cinayət təqibinə xitam verildiyindən onun barəsində seçilmiş “həbs” qətimkan tədbirinə xitam verilməlidir. İmişli Rayon Vəkil Bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçinin ayrılması barədə İmişli Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli (iş № 1(036)-96/2023) qərarını icra edərək, xx.xx.2024-cü il tarixli 001330 saylı orderə əsasən vəkil Müdafiəçi2 onun vəkili təyin etmişdir. Müdafiəçi2 məhkəmə iclaslarında iştirak etmiş, barəsində təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 12 (on iki) saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2—193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında”Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 72 (yetmiş iki) manat dövlət büdcəsindən tutularaq İmişli Rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia, müsadirə edilməli əmlak yoxdur. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası CPM-nin 40.3, 43.1.2, 300.1.7, 344-347, 356, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.1-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilsin və barəsində olan cinayət işi üzrə cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilsin və o, məhkəmə zalından dərhal həbsdən azad edilsin. İmişli Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 tərəfindən göstərilmiş hüquqi yardıma görə 72 (yetmiş iki) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına İmişli Rayon Vəkil Bürosunun hesabına köçürülsün. Qərardan elan olunduğu andan 20 gün müddətində İmişli Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Qərardan apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Orxan Mahmud

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar