Məhkəmə qərarları › İş №1(036)-21/2025

İmişli Rayon Məhkəməsi Hökm — İş №1(036)-21/2025

13.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM İmişli rayonu İş № 1(036)-21/2025 13.02.2025 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Ağakişiyeva Lətafət Almazxan qızının sədrliyi, Tağıyev Rasət Şaiq oğlunun katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs, müdafiəçi - Müdafiəçi iştirakları ilə, xx.xx.1990-ci ildə İmişli rayonu Bəhrəmtəpə qəsəbəsində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkumluğu olmayan, İmişli rayonu Bəhrəmtəpə qəsəbəsində qeydiyyatda olmaqla həmin qəsəbədə yaşayan, barəsində başqa yerə getməmək haqqında itizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 03 sentyabr 2024-ci il tarixdə günorta saatlarında Şahid1 ilə birlikdə qabaqcadan X2 75 (yetmiş beş) manata satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda psixotrop maddə əldə etmək barədə bir qrup şəxs halında əlbir olaraq, aralarındakı razılaşmaya uyğun Şahid1 həmin gün saat 14:11-də Şahid1 İmişli şəhəri, 28 may küçəsində yerləşən “Yusif” adlanan marketdəki “MPay” ödəmə terminalı vasitəsi ilə X3 göndərdiyi X5 adına olan “Kapital Bank”a məxsus “5239 1…. …. 6696” nömrəli plastik bank kartı hesabına 50 (əlli) manat, həmin gün saat 14:26-da o, İmişli rayonunun Bəhrəmtəpə qəsəbəsində yerləşən “Brothers” adlanan marketdəki “PaşaPay” ödəmə terminalı vasitəsilə eyni plastik bank kartı hesabına 25 (iyirmi beş) manat, ümumilikdə 75 (yetmiş beş) manat pul ödədikdən sonra Şahid1 günorta vaxtı İmişli şəhəri, X.Bəylərov küçəsində yerləşən “İmişli Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin arxa giriş qapsının qarşısında X4 ilə görüşüb sonuncudan göndərdikləri pulun müqabilində ayrıayrılıqda təmiz çəkiləri 0,453 qram və 0,451 qram olan iki ədəd polietilen kəsiyi bükümündə, ümümilikdə 0,904 qram çəkidə, xeyli miqdarda psixotrop maddə olan metamfetamin alaraq əldə edib bir ədəd “X7” markalı siqaret qutusunun içərisində əynindəki tünd boz rəngli qısaqol köynəyinin sol ön döş cibinə qoyaraq saxlamış və 3 sentyabr 2024-cü il tarixdə saat 16:11 radələrində Şahid1 həmin psixotrop maddəni daşıyarkən İmişli rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı İmişli şəhəri, X.Bəylərov küçəsində yerləşən “İmişli Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin arxa giriş qapsının qarşısında saxlanılaraq üzərində aparılan şəxsi axtarış zamanı əynindəki tünd boz rəngli qısaqol köynəyin sol ön döş cibindən bir ədəd “X7” markalı siqaret qutusunun içərisində saxladığı iki ədəd polietilen kəsiyi bükümündə, ayrı-ayrılıqda təmiz çəkiləri 0,453 qram və 0,451 qram, ümümi çəkisi isə 0,904 qram olan xeyli miqdarda kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, ekspertiza rəyi və iş materiallarında olan digər sübutlar ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib ifadəsində göstərmişdir ki, o, İmişli rayonunun Bəhrəmtəpə qəsəbə sakini Şahid1 tanıyır, aralarında hər hansı bir düşmənçilik və ya ədavət yoxdur. Hər ikisi psixotrop maddə olan metamfetamin istifadəçiləridir. O, Bəhrəmtəpə qəsəbəsində olarkən İsmayıldan psixotrop maddə satan olarsa, ona deməsini xahiş etmişdir. 3 sentyabr 2024-cü il tarixdə saat təxminən 11:49 radələrində İsmayıl ona zəng edərək, metamfetamin satan olması barədə məlumat vermiş və o, bir büküm alacağını demişdir. İsmayılla danışan zamanı sonuncu metamfetamini Dağıstanın təşkil etdiyini və ondan götürəcəyini bildirmişdir. Həmin vaxt həmkəndlisi X7 evinin həyətində işlədiyi üçün o, İsmayıla pulu günorta vaxtı işdən sonra göndərə biləcəyini deyib, həmin gün saat 14:26-da İsmayıla zəng edərək, pulu hara və kimə verməsini soruşmuşdur. Danışıq zamanı İsmayıl ona plastik bank kartı nömrələrini demiş və o, 25 manat pulu həmin hesaba göndərərək, pulun qəbzinin fotoşəklini çəkib İsmayıla göndərmişdir. İsmayıl ona göndərdiyi pulun müqabilində Dağıstandan bir büküm metamfetamin alacağını demişdir. O, saat 17:36 radələrində İsmayılın whatsapına: “Salam qaqa” – yazmış, İsmayılın telefonu sönülü olmuşdur. O, Bəhrəmtəpə qəsəbəsində taksi fəaliyyəti ilə məşğul olan Namiq adlı şəxsdən xəstəxayanaya gedib İsmayılın xəstəxanada iş yerində olub-olmadığını öyrənməsini xahiş etmiş, Namiq isə İsmayılın iş yerində olmadığını və işdən çıxıb evinə getdiyini demişdir. O, həmin gün saat 19:16-da yenidən İsmayıla votsap proqramında yenidən səs göndərərək: “qaqa sən iş yerində yoxsan və deyirlər çıxıb getmisən və taksiyə 15 manat pul vermişəm” - demişdir. Sonradan Dağıstan və İsmayılın tutulduğunu eşitmişdir. Törətdiyi cinayət əməlindən səmimi peşmandır. Ona görə də ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş İmişli RPŞ-nin CAB-ın əməliyyat müvəkkili Şahid2 ifadəsində göstərmişdir ki, Şahid1 qanunsuz olaraq narkotik vasitə əldə etməsi, istifadə etməsi və saxlaması barədə ona məxfi mənbədən əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumatı yoxlamaq məqsədi ilə 3 sentyabr 2024-cü il tarixdə təxirəsalınmaz əməliyyat tədbirinin keçirilməsi ilə bağlı qərar qəbul etmiş, bu barədə şöbə rəhbərliyinə məruzə etdikdən sonra həmin gün şöbənin Cinayət-axtarış bölməsinin axtarış üzrə baş əməliyyat müvəkkili Şahid4, Narkotiklərlə mübarizə qrupunun baş əməliyyat müvəkkili Şahid3 və ondan ibarət əməliyyat qrupu yaradılaraq müvafiq əmr hazırlanmışdır. Daxil olmuş məlumat ilə bağlı o, əməliyyat qrupunun üzvləri ilə saat təxminən 16:00 radələrində İmişli rayon mərkəzi xəstəxanasının arxa giriş qapsının yaxınlığında olmuş və həmin ərazidə yerləşən xəstəxanaya giriş hissəsinin arxa qapısının yaxınlığında Şahid1 yaxınlaşmışlar. Ona özlərini təqdim etmiş, sonra Şahid1 üzərində narkotik vasitə olması barədə əməliyyat məlumatı olduğunu və üzərində şəxsi axtarış aparılacağını bildirmişdir. Şahid1 heç bir etiraz etməmiş və onun üzərinə şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı Şahid1 əynində olan tünd boz rəngli qısaqol köynəyinin sol döş cibində saxladığı “X7” markalı boş siqaret qutusunu çıxarıb ona təqdim etmiş, həmin siqaret qutusunu isə o, Şahid3 vermişdir. İsmayıl həmin qutunun içərisində narkotik vasitə olduğunu bildirmiş və Şahid3 siqaret qutusunun içərisinə baxarkən orada 2 (iki) ədəd sellofan bükümdə ilk görünüşdən kristal madə metamfetaminə bənzər psixotrop maddə aşkar olunmuşdur. Sorğu zamanı Şahid1 həmin maddələri olduğu yerdə, yerdən tapdığını bildirmişdir. Daha sonra Şahid1 üzərindən aşkar olunmuş 2 (iki) bükümün içərisində olan ilk görünüşündən psixotrop maddə metamfetaminlər elektron tərəzidə çəkilmiş, zərfin içərisinə qoyularaq İmişli rayon polis şöbəsinin 179 saylı möhürü ilə möhürlənmiş və zərfin üzərinə baxışda iştirak edənlər və İsmayılın özü imza edərək təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş İmişli RPŞ-nin NMQ-nin sabiq əməliyyat müvəkkili Şahid3 işin hallarına dair Şahid2 ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək onunla eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında şahid İmişli RPŞ-nin CAB-nin axtarış üzrə baş əməliyyat müvəkkili Şahid4 elan olunmuş ifadəsindən görünür ki, o, ibtidai istintaq zamanı Şahid2 ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək onunla eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Əməliyyat-axtarış tədbiri, şübhəli şəxsin üstünün yoxlanılması və əşyaların götürülməsi” haqqında 03 sentyabr 2024-cü il tarixli protokoldan görünür ki, 03 sentyabr 2024-cü il tarixdə saat 16:11-də İmişli şəhəri, X.Bəylərov kücəsi 92 ünvanda şübhəli şəxs Şahid1 üzərində aparılan şəxsi axtarış zamanı onun əynindəki tünd boz rəngli qısaqol köynəyinin sol ön döş cibindən bir ədəd “X7” markalı siqaret qutusunda saxladığı 2 (iki) ədəd polietilen kəsiyi bükümündə kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür (cild 1, vərəq 12-14); Cinayət axtarış bölməsinin əməliyyat müvəkkili Şahid2 tərəfindən tərtib olunmuş “Əməliyyat-axtarış tədbiri, şübhəli şəxsin üstünün yoxlanılması və əşyaların götürülməsi” haqqında 03 sentyabr 2024-cü il tarixli protokolla Şahid1 üzərindən 0,035 qram çəkidə psixotrop maddə metamfetamini elektron tərəzidə çəkərək götürmüş, həmin elekton tərəziyə baxış keçirilməsi haqqında 04 noyabr 2024-cü il protokoldan görünür ki, elektron tərəzi işlək vəziyyətdədir, tərəzinin idarəedici ortadakı yanma bölmü yandırıldı və tərəzi 5 (beş) çəki bölümündən ibarət olması müəyyən olundu, 1 (birinci) -q, 2 (ikinci)-oz, 3 (üçüncü)- ti, 4 (dördüncü)-ct, 5 (beşinci)- qn- çəki bölümü olmuş, Şahid1 üzərindən aşkar olunaraq götürülmüş psixotrop maddə 2 (ikinci) -oz çəki bölümü ilə çəkilmiş və çəkinin 0,035 qram olması ilə bağlı internet araşdırması aparıldı və müəyyən edilmişdir ki, 0,035 oz-unsiya çəki vahididir və converterdə 0,992 q çəkidir. (cild 1, vərəq 12, 249); Məhkəmə-fiziki kimyəvi ekspertizasının 04 sentyabr 2024-cü il tarixli, 18/779 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “... Şahid1un üzərindən…” sözləri yazılmış və imzalar olan kağız paketdəki siqaret qutusunun içərisində 2 ədəd polietilen kəsiyi bükümündə ayrı-ayrılıqda təmiz çəkiləri – 0,453 qram və 0,451 qram, ümumi çəkisi – 0,904 qram olan maddələr kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Metamfetaminin ümumi çəkisi – 0,904 qram, cəmi tədqiqata sərf edildi - 0,1 qram, qalıq 0,804 qram. (cild 1, vərəq 54-57); Məhkəmə-narkoloji ekspertizasının 24 sentyabr 2024-cü il tarixli 6457 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs müayinə zamanı psixostimulyatorlardan epizodik istifadə etmə halları olub. Hazırda onda müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Narkomaniyadan məcburi müalicəyə ehtyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (cild 2, vərəq 72-73); Cinayət işinin başlanması haqqında 04 sentyabr 2024-cü il tarixli qərardan görünür ki, faktla bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə cinayət işi başlanmışdır (cild 1, vərəq 1); Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 20 noyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 20 noyabr 2024-cü il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə ittiham elan olunmuşdur (cild 2, vərəq 17-18); Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında 20 noyabr 2024-cü il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir (cild 2, vərəq 65-67); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya idarəsindən daxil olmuş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs İmişli Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib 1500 manat məbləğində cərimə cəzasına məhkum edilmiş, xx.xx.2019-cu il tarixdə cəzasını tam icra etmiş və hazırda məhkumluğu ödənilmişdir (cild 2, vərəq 69-70); Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun özünün etirafedici ifadəsi, şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək tam sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlini etiraf edib səmimi peşmançılıq çəkməsini onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsi ilə müəyyən edilmiş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 №-li qərarının 4-cü bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun şəxsiyyətini, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları (müəyyən edilməmişdir), habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq ona təqsirli bilindiyi maddənin sanksiyası çərçivəsində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsini qanuni və ədalətli hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, təyin olunmuş cəza müddəti ərzində üzərinə CM-nin 52-1.2-ci maddəsində nəzərdə tutulmuş vəzifələr qoyulmalı, barəsində narkomaniyadan məcburi müalicə tətbiq olunmaqla ərazi narkoloji dispanserində qeydiyyata alınmalı (CM-93.1.2) və barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Maddi sübutlar və məhkəmə məsrəfləri ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut Şahid1 üzərindən aşkar olunaraq götürülmüş 02 ədəd bükümdə ilkin təmiz çəkisi 0,904 qram olan, tədqiqatdan sonra qalıq qalmış 0.804 qram çəkidə psixotrop maddə metamfetaminin İmişli Rayon Məhkəməsinin 1(036)-16/2025 nömrəli, xx.xx.2025-ci il tarixli hökmündə məhv edilməsinin hökm edilməsi nəzərə alınmalı, 01 ədəd “CD-R” formatlı disk iş materiallarında saxlanılmalı (CPM-132), işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – 49.74 (qırx doqquz manat yetmiş dörd qəpik) manat məbləğində pul vəsaitinin İmişli Rayon Məhkəməsinin 1(036)-16/2025 nömrəli, xx.xx.2025ci il tarixli hökmü ilə Şahid1 tutularaq dövlət nəfinə keçirilməsinin hökm edilməsi nəzərə alınmalı (CPM-198.1) və Təqsirləndirilən şəxs 7 saat göstərdiyi pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş müdafiəçi İmişli Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi 42 (qırx iki) manat məbləğində pul Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir (CPM-193). İş üzrə mülki iddia və ya xüsusi müsadirə olunmalı əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs üzərinə İmişli rayon icra və probasiya şöbəsinə məlumat vermədən saat 23:00-dan növbəti gün, saat 07:00-dək yaşadığı İmişli rayonu, Bəhrəmtəpə qəsəbəsi ünvanını tərk etməmək, İmişli rayonunun hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, (müalicəsi ilə əlaqədar olaraq xəstəxanada olması istisna olmaqla) cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə İmişli rayon İcra və probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəzasını çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə profilaktik qeydiyyata alınsın. İş üzrə maddi sübut – Şahid1 üzərindən aşkar olunaraq götürülmüş 02 ədəd bükümdə ilkin təmiz çəkisi 0,904 qram olan, tədqiqatdan sonra qalıq qalmış 0.804 qram çəkidə psixotrop maddə metamfetamin İmişli Rayon Məhkəməsinin 1(036)-16/2025 nömrəli, xx.xx.2025-ci il tarixli hökmündə məhv edilməsinin hökm edilməsi nəzərə alınsın. İş üzrə maddi sübut –01 ədəd “CD-R” formatlı disk iş materiallarında saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri olan 49.74 (qırx doqquz manat yetmiş dörd qəpik) manat məbləğində pul vəsaitinin İmişli Rayon Məhkəməsinin 1(036)-16/2025 nömrəli, xx.xx.2025-ci il tarixli hökmü ilə Şahid1 tutularaq dövlət nəfinə keçirilməsinin hökm edilməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs İmişli Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi 7 (yeddi) saat hüquqi yardıma görə 42 (qırx iki) manat Azərbaycan Respublikası dövlət büdcəsindən tutularaq İmişli Rayon Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində İmişli Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Lətafət Ağakişiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar