Azərbaycan Respublikası adından HÖKM İmişli rayonu İş № 1(036)-22/2022 31.01.2022 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Qurban Hamid oğlu Hacıyevin sədrliyi, Nuranə Busat qızı Hacıyevanın katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərər çəkmiş şəxs: Zərərçəkmiş şəxs, Təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə xx xxxxxxx 1980-cı il tarixdə Goranboy rayonunun Nadirkənd kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, Goranboy rayonunun Nadirkənd kəndində qeydiyyatda olan, Tovuz rayonunun Qaraxanlı kəndində yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: Təqsirləndirilən şəxs özgənin əmlakını talama məqsədi ilə 14 oktyabr 2021-ci il tarixdə saat 14 radələrində qonaq kimi getdiyi Zərərçəkmiş şəxs İmişli rayonunun Meliorator qəsəbəsində yaşadığı evdə olan zaman həmin evdə yerləşən çarpayının üzərindəki yastığın altında saxlanılan sonuncuya məxsus 5100 manat pulu gizli yolla talamaqla zərər çəkmiş şəxsə xeyli miqdarda ziyan vurub oğurluq etmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.4-cü maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilib ifadəsində göstərdi ki, İmişli rayon sakini Şahid təxminən 20 il olardı ki, tanıyırmış. 12 oktyabr 2021-ci il tarixdə şəxsi işi ilə əlaqədar Bakı şəhərinə getmiş və orada olarkən Kamran ona zəng edib hal-əhval tutduqdan sonra harada olmasını soruşmuşdur. Kamrana Bakı şəhərində olduğunu və oradan Tovuz rayonuna gedəcəyini bildirdikdə sonuncu onu yanına, yəni İmişli rayonuna dəvət etdikdə o, razılaşmışdır. 13 oktyabr 2021-ci il tarixdə o, İmişli rayonuna Şahid yanına gəlmiş və sonuncu onu qarşılayıb İmişli rayonunun Meliorator qəsəbəsinə yaşadığı evə aparmışdır. Onlar birlikdə spirtli içki içib yemək yemiş və Kamran həmin evdə tanışı Zərərçəkmiş şəxsla yaşadığını, həmin evdə əl çantasının içərisində sonuncuya məxsus 5300 manat pul olduğunu ona demişdir. 14 oktyabr 2021-ci il tarixdə saat 12 radələrində o, Kamranla yenidən spirtli içki qəbul etmiş və sonuncu yaxınlıqda yerləşən marketə gedəcəyini deyib əl çantasında saxlanılan pulu otaqda çarpayının üzərində olan yastığın altına qoymuşdur. Həmin vaxt o, Kamranın yastığın altına Araza məxsus 5100 manat pul qoyduğunu görmüşdür. Saat 14 radələrində Kamran evdən çıxmış və o, sərxoş vəziyyətdə olduğundan yastığın altında olan 5100 manat pulu götürüb evdən çıxmışdır. Küçədə markasını və dövlət qeydiyyat nişanını xatırlamadığı taksiyə əyləşib Beyləqan rayonunda yerləşən "Üç yol" kimi tanınan yerə getmiş və yol haqqı olaraq taksi sürücüsünə 20 manat pul vermişdir. Sonra Bərdə rayonuna, oradan isə Goranboy rayonuna getmişdir. Zərərçəkmiş şəxs məxsus 5100 manat pulu şəxsi ehtiyacları üçün xərcləmişdir. Belə ki, 14 oktyabr 2021-ci il tarixdə Bərdə rayonundan mobil telefon mağazasından 350 manat pul müqabilində “Redmi 9C” markalı mobil telefon almış, yerdə qalan pulu isə pal-paltar və yeyib-içməyə xərcləmişdir. Törətmiş olduğu cinayət əməlindən səmimi peşmandır. Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli özünün etirafı ilə yanaşı, iş üzrə dindirilmiş zərər çəkmiş şəxs və şahidin ifadələri, iş materialları və işin digər obyektiv halları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmədə zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Şahid 5 il tarixdən artıq müddət olardı ki, tanıyırmış. 14 oktyabr 2021-ci il tarixədək dostu Kamranla İmişli rayonunun Meliorator qəsəbəsində kirayədə qalmış, sonra sonuncu iş yerini dəyişdiyi üçün evdən çıxmışdır. O, 11 oktyabr 2021-ci il tarixdə işi ilə əlaqədar Bakı şəhərinə getmiş və 13 oktyabr 2021-ci il tarixdə Kamranın yeznəsi Qurban ona zəng edib ondan 50 manat borc pul istəmişdir. O, Bakı şəhərində olduğu üçün Kamrana zəng edib evdə kompyuter çantasında saxladığı 5300 manat puldan 50 manatını götürüb Qurbana verməsini xahiş etmişdir. 14 oktyabr 2021-ci il tarixdə saat 14 radələrində Kamranın yeznəsi Qurban ona zəng edib evdən oğurluq olduğunu, lakin sonuncunun utandığı üçün ona deyə bilmədiyini bildirmişdir. O, saat 17 radələrində Bakı şəhərindən İmişli rayonuna gəlmiş və Kamran ona qeyri-rəsmi münasibətdə olduğu Kamilə adlı qadınla 13 oktyabr 2021-ci il tarixdə evə gəldiyini, 14 oktyabr 2021-ci il tarixdə saat 14 radələrində evdən çıxarkən 5100 manat pulu həmin evdə çarpayının üzərindəki yastığın altına qoyduğunu, Kamilənin həmin pulu yastığın altında olduğunu bildiyini və o, evdən çıxdıqdan sonra sonuncunun pulu oğurlayıb evdən getdiyini bildirmişdir. Oğurluq hadisəsi nəticəsində ona 5100 manat maddi ziyan dəymiş və həmin məbləğdən ona 1000 manat ödənilmiş, qalan 4100 manat pul isə təqsirləndirilən şəxs tərəfindən hissə-hissə ödənilməsinə dair razılığa gəlmişlər. Hazırda Təqsirləndirilən şəxs heç bir şikayəti yoxdur və bu barədə məhkəməyə ərizə təqdim edərək ona həbslə əlaqədar olmayan cəza təyin olunmasını məhkəmədən xahiş edir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid Nizam oğlu ifadəsində göstərdi ki, Goranboy rayon sakini Təqsirləndirilən şəxs təxminən 20 il olardı ki, tanıyırmış. 13 oktyabr 2021-ci il tarixdə saat 09 radələrində Kamilə ona zəng edib Bakı şəhərindən Tovuz rayonuna getmək istədiyini bildirmişdir. Kamiləyə Bakıdan qayıdarkən onun yanına gəlməsini dedikdə sonuncu razılaşmışdır. Həmin gün saat 14 radələrində Kamilə Bakı şəhərindən onun müvəqqəti yaşadığı İmişli şəhəri, Meliorator qəsəbəsinə gəlmiş və onlar birlikdə yemək yeyib spirtli içki qəbul etmişlər. O, həmin müvəqqəti yaşadığı evdə dostu Zərərçəkmiş şəxsla birlikdə yaşayırmış. Həmin vaxt Araz işi ilə əlaqədar Bakı şəhərində olduğundan o, evdə tək qalmışdır. Araz evdə 5300 manat pulu kompyuter çantasında saxladığını ona demişdir. 13 oktyabr 2021-ci il tarixdə Araz ona zəng edib yeznəsi Qurbana 5300 manatdan 50 manatını verməsini demiş və o, həmin pulu sonuncuya vermiş, 150 manatı ev xərcləri üçün döşəmənin altına qoymuş, qalan 5100 manat pulu isə cibində saxlamışdır. 14 oktyabr 2021-ci il tarixdə saat 14 radələrində evdən çıxıb "Bazarstore" marketə gedərkən 5100 manat pulu cibində bilindiyi üçün otaqda çarpayının üstündəki yastığın altına qoymuşdur. Həmin vaxt Kamilə pulun qoyulduğu yeri bilmişdir. Sonra Kamilə ona zəng edib gəlib-gəlmədiyini soruşduqda o, 5-10 dəqiqəyə çatacağını bildirmişdir. Təxminən 10 dəqiqə sonra o, evə gəlmiş, lakin Kamiləni evdə tapmamışdır. O, Kamiləyə zəng etmiş, lakin sonuncu telefonuna cavab verməmişdir. Sonradan Kamilənin dostu Araza məxsus 5100 manat pulu evdə olan çarpayının üstündəki yastığın altından götürüb evdən getdiyini bilmişdir. Beləliklə də şərh edilən sübutları məcmu üzrə qiymətləndirərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.4-cü maddəsində nəzərdə tutulan ictimai təhlükəli əməli törətməkdə təqsirliliyi təsdiq edildi və o, istinad edilən cinayət qanununun həmin maddəsinin sanksiyası həddində cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs ilk məhkumluğunu, əməlini etiraf edib səmimi peşmançılıq çəkməsini, zərər çəkmiş şəxslə barışmasını, sonuncuya vurmuş olduğu maddi ziyanın bir hissəsini ödəməsini cəzanı yüngülləşdirən hallar kimi nəzərə alıb ona təqsirli bilindiyi maddənin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzasını təyin etməyi qanuni olmaqla əsaslı və ədalətli hesab edir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində hər gün saat 21:00-dan səhər saat 07:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Goranboy rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmasını məqsədə müvafiq hesab edir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar məhkəmə tərəfindən müəyyən olunmadı. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə xərcləri yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351- 353, 356, 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.4-cü maddəsi ilə təqsirli bilinib 2 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 27 noyabr 2021-ci il tarixdən 29 noyabr 2021-ci il tarixədək həbsdə saxlandığı 2 (iki) gün müddət bir günə iki gün hesabı ilə hesablanmaqla təyin edilmiş cəzadan çıxılsın və üzərində qəti olaraq 1 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təyin edilmiş cəza müddəti ərzində Təqsirləndirilən şəxs üzərinə hər gün saat 21:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Goranboy rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəza çəkməsinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm icraya yönəldilənədək dəyişdirilmədən saxlanılsın. Hökmün icrası Goranboy rayon İcra və Probasiya şöbəsinə tapşırılsın. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə xərcləri yoxdur. Hökmdən 20 gün müddətinə İmişli rayon məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Sədrlik edən: Qurban Hacıyev
Məhkəmə qərarları › İş №1(036)-22/2022
İmişli Rayon Məhkəməsi Hökm — İş №1(036)-22/2022
31.01.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver