Məhkəmə qərarları › İş №1(036)-22/2024

İmişli Rayon Məhkəməsi Hökm — İş №1(036)-22/2024

27.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM İmişli rayonu İş № 1(036)-22/2024 27.02.2024 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rayon Məhkəməsinin hakimi Quliyev Telman Osman oğlunun sədrliyi, Şiralıyeva Günel Mirzə qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi İmişli rayon vəkil bürosunun vəkili Müdafiəçi2 iştirakı ilə, xx.xx.1998-ci ildə İmişli şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işsiz, subay, məhkum olunmamış, İmişli şəhəri Ə.Qurbanov küçəsi ev 21 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs , istintaqa məlum olmayan mənbədən və vaxtda satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq, yəni 0,795 qram çəkidə narkotik vasitə olan heroin əldə edib daşıyaraq üzərində saxlamış, 02 oktyabr 2023-cü il tarixdə saat 17:15 radələrində İmişli rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyataxtarış tədbirləri nəticəsində İmişli Rayon Polis Şöbəsinin inzibati binasına gətirildikdən sonra, həmin gün saat 18:20 radələrində üzərində şəxsi axtarış aparılarkən əynindəki göy rəngli cins şalvarın arxa sağ cibində olan 01 ədəd ağ rəngli bükümdə 0,795 qram təmiz çəkidə narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, 2019-cu ilin yanvar ayının sonlarından narkotik vasitə olan kakos, yəni heroin istifadə etmişdir. O, narkotik vasitə olan heroini Bakı şəhərindən əldə etmişdir. Gün ərzində bir qram heronin dörddə birindən bir qədər artıq inyeksiya yolu ilə və çəkmə yolu ilə istifadə etmişdir. Heroindən əlavə o, “patı adlanan psixotrop vasitə də istifadə edir. Bundan əvvəl narkotik vasitəni çəkmə yolu ilə qəbul etmiş, lakin son vaxtlar inyeksiya üsulu ilə qəbul etməyı başlamışdır. Onun “İnstagram” sosisal şəbəkəsində Cəlil adlı əsgər yoldaşı vardır. 2016- 2018-ci illərdə Naxçıvan Muxtar Respublikasının Babək rayonu Qaraxanbəyli kəndində, N saylı hərbi hissədə hərbi xidmətdə olmuşdur. Cəlil Bakı şəhərində müxtəlif ünvanlarda kirayədə yaşayır. 23 sentyabr 2023-cü il tarixdə saat 16 radələrində Bakı şəhəri, 20 Yanvar adlanan ərazidə Cəlil ilə görüşmüş və birlikdə şəhəri gəzmişlər. Həmin vaxt Cəlilə narkotik vasitə əldə etmək istədiyini və bunun üçün narkotik vasitə satan şəxslərdən tanışının olmasını soruşmuşdur. Cəlil özü narkotik vasitə istifadə etmədiyini, lakin tanışlarının olmasını bildirmişdir. Bu səbəblə Cəlil mobil telefonla zəng edib taksi çağırmış və birlikdə Bakı şəhəri Yeni Yasamal adlanan əraziyə getmişlər. Həmin vaxt saat 21 radələri olardı. Cəlil onun bilmədiyi şəxslə telefonla danışaraq getmiş və ona olduğu yerdə gözləməyi tapşırmışdır. O, həmin vaxt Cəlilə 120 manat pul vermiş, təxminən on beş dəqiqə gözlədikdən sonra Cəlil geri qayıdaraq 0,5 qram heroin və 0,5 qram “patı adlanan metamfetamin gətirmişdir. Heroin və patı ayrı-ayrı sellofan bükümlərdə olmuşdur. Narkotik vasitələri götürüb cibinə qoymuş və sonra da Cəlillə sağollaşıb, təxminən saat 23 radələrində 20 Yanvar adlanan yerə gəlib tanımadığı taksi ilə rayona qayıtmışdır. Yaşadığı İmişli şəhəri Ə.Qurbanov küçəsi ev 21 ünvanına gəlib çıxmış, evə çatanda təxminən saat 03 radələri olmuşdur. O, heroindən bir qədər, çox az miqdrada çəkmə yolu ilə istifadə etmişdir. Həmin narkotik vasitələri evdə saxlamış, gün ərzində “vəziyyətdən” çıxmaq üçün az miqdrada çəkmə yolu ilə istifadə etmişdir. Narkotik vasitələrin hər birindən az miqdarda üzərində qalmışdır. 02 oktyabr 2023-cü il tarixdə saat 16 radələrində, İmişli şəhər sakini X8 ona mobil telefonla zəng edib “ağrıda” olduğunu və “vəziyyətdən çıxa bilmədiyini”, yəni narkotik vasitə istifadə etmək istədiyini demişdir. Onlar əvvəllər birlikdə bir neçə dəfə narkotik vasitə istifadə etdiklərini və o, özü özünə inyeksiya edə bilmədiyinə görə, sonuncuya üzərində narkotik vasitə olduğunu və “vəziyyətdən” çıxa biləcəklərini demişdir. Əvvəlcədən aralarında olan razılaşmaya görə İmişli şəhəri H.Əliyev prospektində yerləşən avtoyuma sexinin arxa tərəfində, su arxının kənarında, kolluq hissəyə getdiklərini və orada Əzizalı onun üzərində olan narkotik vasitə heroini və psixotrop maddə olan metamfetamini “navakain” adlanan maddə ilə qarışdırıb, alışqan vasitəsilə qızdırdırmış və həmin maddəni bir ədəd şpirisin içərisinə çəkərək narkotik vasitəinin hazır olduğunu bildirmişdir. Əzizalı özü-özünə, qolunun damarından inyeksiya yolu ilə narkotik vasitəni vuraraq qəbul etmişdir. Ona növbə çatanda isə polis əməkdaşları gəlmiş və onları tutub polis şöbəsinə aparmışlar. Polis əməkdaşları onun üzərində şəxsi axtarış aparan zaman, əynində olan göy rəngli cins şalvarın arxa sağ cibindən qalan heroin və metamfetamin aşkar edilmişdir. Hazırda etmiş olduğu cinayət əməlindən peşimandır. Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli özünün etirafedici ifadəsi ilə yanaşı, iş üzrə dindirilmiş şahidlərin ifadələri, ekspertiza rəyləri, iş materialları və işin digər faktiki halları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş İmişli RPŞ-nin CAB-nın əməliyyat müvəkkili, polis leytenantı Şahid1 ifadə verərək göstərdi ki, 02 oktyabr 2023-cü il tarixdə icraatına qərəzsiz və etimad doğuran mənbədən daxil olmuş məlumatda İmişli şəhər sakinləri Təqsirləndirilən şəxs və X2 üzərlərində narkotik vasitə gəzdirmələri ilə bağlı məlumat daxil olmuşdur. Təqsirləndirilən şəxs və X4 əvvəllər İmişli şəhər sakinləri kimi tanımış, lakin heç bir münasibəti, ədavəti yaxud düşmənçiliyi olmamışdır. Həmin məlumat şöbə rəhbərliyinə məruzə edildikdən sonra, məlumatın realizə edilməsi və doğruluğunun yoxlanılması istiqamətində əməliyyat-istintaq qrupu yaradılmış, qrupun tərkibinə o, İmişli RPŞ-nin CAB-nın baş əməliyyat müvəkkili, polis mayoru Şahid2, İmişli RPŞ-nin CAB-nın əməliyyat müvəkkili, polis baş leytenantı Şahid3, İmişli RPŞ-nin TB-nin təhqiqatçısı, polis kapitanı X15 daxil olmuşdur. Daxil olmuş məlumatın realizə edilməsi üçün həmin gün, yəni 02 oktyabr 2023-cü il tarixdə saat 17 radələrində İmişli şəhəri Ə.Qurbanov küçəsi ev 21 ünvanında yaşayan Təqsirləndirilən şəxs və İmişli şəhəri Xəqani küçəsi ev 52-də yaşayan X2 əvvəlcədən ola biləcəkləri yer dəqiqləşdirilmiş və müəyyən edilmişdir ki, hər iki şəxs İmişli şəhəri Xəqani küçəsində yerləşən su arxının kənarındakı kimsəsiz tikilinin arxa tərəfindəki kolluq hissədədir. Qabaqcadan danışılan şərti işarələrə əsasən Təqsirləndirilən şəxs və Əzizalı Heydərova yaxınlaşıb, xidməti vəsiqələrini təqdim etməklə özlərini təqdim etmişlər. Hər iki şəxs üzərlərində narkotik vasitə gəzdirmələri ilə bağlı məlumat daxil olduğunu və həmin məlumatın yoxlanılması üçün birlikdə İmişli RPŞ-nə getməli olduqlarını bildirmişlər. Hər iki şəxs birlikdə İmişli RPŞ-yə gəlmişdir. İmişli RPŞ-də xidməti otaqların birində, əvvəlcədən dövlət hesabına təyin edilmiş müdafiəçinin, yəni İmişli rayon vəkil bürosunun vəkili Müdafiəçi1 və hal şahidlərinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın arxa sağ cibindən qızılı rəngli kağız bükülünün arasında psixotrop maddə olan metamfetamin və ağ rəngli bükülünün arasında narkotik vasitə heroin aşkar edilmişdir. Aşkar edilmiş narkotik vasitə və psixotrop maddə iştirakçıların gözü qarşısında təhqiqatçı Sabit Orucov tərəfindən qablaşdırılmışdır. AR DİN-nin 179 nömrəli möhürü ilə möhürlənərək ekspertiza tədqiqatına göndəriləcəyi bildirilmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülən narkotik vasitə heroinin və psixotrop maddə olan metamfetaminin özünə məxsus olduğunu, on gün əvvəl Bakı şəhərindən Cəlil adlı əsgər yoldaşının vasitəsilə özü əldə etdiyini bildirmişdir. X2 üzərində şəxsi axtarış hərəkətləri aparılmasına başlanılmışdır. Bundan öncə sonuncuya dövlət hesabına müdafiəçi qismində təyin edilmiş, İmişli rayon Vəkil bürosunun müdiri X10 təqdim edilmişdir. Əzizalı Heydərova hüquq və vəzifələri izah edildikdən sonra müdafiəçinin və hal şahidlərinin iştirakı ilə üzərində şəxsi axtarış hərəkətləri aparılmışdır. Şəxsi axtarış zamanı Əzizalı Heydərovun əynində olan mavi rəngli cins şalvarın sağ cibindən bir ədəd şpris, içərisində narkotik vasitə heroinə məxsus izlər olan ampula və içərisində ağ kristal formalı hissəciklər olan şəffaf sellofan büküm aşkar edilmişdir. Həmin əşyalar iştirakçıların gözü qarşısında təhqiqatçı Sabit Orucov tərəfindən qablaşdırılmışdır və AR DİN-in 179 nömrəli möhürü ilə möhürlənərək ekspertiza tədqiqatına göndəriləcəyi bildirilmişdir. Şifahi sorğu zamanı Əzizalı Heydərov da narkotik vasitə istifadəçisi olduğunu və üzərindən aşkar edilən əşyaların da özünə məxsus olmasını bildirmişdir. Sonuncunun Təqsirləndirilən şəxsla birlikdə narkotik vasitə istifadə etdiklərini, həmin narkotik vasitəni Təqsirləndirilən şəxs əldə etdiyini, lakin necə və hansı üsulla əldə etdiyini bilmədiyini, lakin 02 oktyabr 2023-cü il tarixdə polis əməkdaşları yaxınlaşan zaman Təqsirləndirilən şəxsla birlikdə sonuncuya məxsus narkotik vasitəni inyeksiya yolu ilə istifadə etdiklərini bildirdiyini qeyd etmişdir. Fotoşəkillər çəkilmiş və bununla da şəxsi axtarış hərəkətləri yekunlaşdırılmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş İmişli RPŞ-nin CAB-nın baş əməliyyat müvəkkili, polis mayoru Şahid2 və İmişli RPŞ-nin CAB-nın əməliyyat müvəkkili, polis baş leytenantı Şahid3 eyni məzmunlu ifadə verərək Şahid1 ifadəsində göstərdiyi xüsusatları analoji olaraq təsdiq etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X11 ifadə verərək göstərdi ki, 02 oktyabr 2023-cü il tarixdə saat 17 radələrində İmişli RPŞ-də olarkən bir nəfər polis əməkdaşı ona yaxınlaşıb qanunsuz olaraq narkotik vasitə istifadə edən iki nəfər şəxsi saxladıqlarını və buna görə də həmin şəxslərin üzərində şəxsi axtarış hərəkətləri keçirəcəklərini bildirmişdir. Bu zaman isə iki nəfər hal şahidinin iştirak etməli olduğu izah edilmiş və o da qəbul etmişdir. İmişli RPŞ-nin inzibati binasında, xidməti otaqların birinə daxil olanda orada əvvəllər tanımadığı bir nəfər şəxs və əlavə bir neçə şəxs olmuşdur. Hamı özünü təqdim etdikdən sonra saxlanılan şəxsin adının Uğur olduğunu öyrənmişdir. Uğurun yanında vəkili də olmuşdur. Sonra ona Azərbaycan Respublikası CPM-nin 94-cü maddəsində nəzərdə tutulan hüquq və vəzifələri izah edilmiş və şəxsi axtarış hərəkətinə başlanılmışdır. Bu zaman Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın arxa sağ cibindən qızılı rəngli kağız bükülünün arasında psixotrop maddə olan metamfetamin və ağ rəngli bükülünün arasında narkotik vasitə heroin aşkar edilmişdir. O, həmin vasitələri tanımasa da orada polis əməkdaşları bu vasitələrin narkotik vasitəyə bənzər olduğunu demişdir. Sonra həmin vasitələr polis əməkdaşları tərəfindən götürülmüş və ekspertizaya göndəriləcəyi bildirilmişdir. Daha sonra polis əməkdaşları Təqsirləndirilən şəxsla birlikdə narkotik vasitələrin qanunsuz olaraq istifadəsinə görə saxlanılmış ikinci şəxsin də üzərində şəxsi axtarış aparılacağı bildirilmişdir. Eyni qaydada ona hüquq və vəzifələri izah edildikdən sonra ikinci şəxsin də üzərində şəxsi axtarış aparılmağa başlanılmışdır. Orada iştirak edən şəxslər özlərini təqdim etdikdən sonra həmin şəxsin adının X8 olmasını bilmişdir. Əzizalının yanında həmçinin sonuncuya təyin edilmiş vəkil də olmuşdur. Əzizalının da üzərində şəxsi axtarış aparılan zaman əynindəki mavi rəngli cins şalvarın sağ cibindən bir ədəd şpris, içərisində qəhvəyi rəngli hissəciklər olan ampula və içərisində ağ kristal formalı hissəciklər olan şəffaf sellofan büküm aşkar edildikdən sonra həmin vasitələr polis əməkdaşları tərəfindən götürülmüş və ekspertizaya göndəriləcəyi bildirilmişdir. İş materiallarına əlavə edilmiş şəxsi axtarış və götürmə aparılması haqqında 02 oktyabr 2023-cü il tarixli protokoldan görünür ki, axtarış süni işıqlandırma şəraitində İmişli RPŞ-nin inzibati binasında aparılmışdır. Axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan göy rəngli şalvarın arxa sağ cibindən qızılı rəngli kağız bükülünün içərisində psixtrop maddə metamfetamin oxşar kütlə və ağ rəngli kağız bükülünün içərisində narkotik vasitə olan heroinə oxşar kütlə aşkar edilmişdir. Axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunub götürülmüş bir ədəd qızılı rəngli kağız bükülünün içərisində psixotrop maddə metamfetaminə oxşar kütlə olan bükülü və bir ədəd ağ rəngli kağız bükülünün içərisində narkotik vasitə heroinə oxşar kütlə qablaşdırılıb ekspertizaya göndərilməsi üçün Azərbaycan Respublikası DİN-in 179 saylı möhürü ilə möhürlənmişdir. Məhkəmə-kimyəvi ekspertizasının 03 oktyabr 2023-cü il tarixli 18/970 saylı rəyindən görünür ki, tədqiqata təqim edilmiş üzərində:”Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın arxa sağ cibindən..” sözləri yazılmış kağız paketdə olan 01 ədəd kağızın içərisində 01 ədəd bükümdə təmiz çəkisi-0,795 qram olan qəhvəyimtil rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroindir, 01 ədəd bükümdə təmiz çəkisi-0,037 qram olan ağımtıl rəngli, kristallik formada maddə kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamindir. Məhkəmə-narkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli, 7785 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarına əlavə edilmiş baxış keçirilməsi haqqında 27 noyabr 2023-cü il tarixli protokoldan görünür ki, "xxxx" MMC-dən daxil olmuş CD diskdə bir ədəd fayl olmuş və həmin fayıl açıldıqda müəyyən olunmuşdur ki, CD diskdə X3 adına qeydiyyata alınmış ***- ***-**-**, ***-***-**-**, ***-***-**-** saylı nömrələrin, Təqsirləndirilən şəxs adına isə ***-***-**- **, ***-***-**-**, ***-***-**-**, ***-***-**-**, ***-***-**-**, ***-***-**-**, ***-***-**-**, ***-***-**-** saylı nömrələr vardır. Həmin nömrələrə 1 yanvar 2020-ci il tarixdən 5 oktyabr 2023-cü il tarixədək daxil olan və çıxan SMS mətnləri yazılmış, mobil telefon nömrələrinin yəni, abunəçilərin adı, soyadı, ata adı və yaşadığı ünvanı göstərilmiş, 1 yanvar 2020-ci il tarixdən 5 oktyabr 2023cü il tarixədək olan müddət ərzində mobil telefonla aparılan danışıq zamanı onların anten dairəsi məlumatları vardır. Baxış zamanı Təqsirləndirilən şəxs adına qeydiyyata alınmış ***-***-**-** nömrəsinə daxil olan və qəbul edilən mesaj mətnlərinə baxılmış və müəyyən edilmişdir ki, 19 iyun 2022-ci il tarixdə saat 09:01:30-da ***-***-**-** saylı nömrədən ***-***-**-** saylı nömrəyə “Qaqa menem ugur qiza niye zeng elemisen dunen mene qiz zeng eliyib deyir kimdi o.poxa dusmeq istiyrsen zeng elese qiz denen bilmemisem.ozunu de poxa salasan meni de yigma ta” məzmununda mesaj mətni göndərilmişdir. ***-***-**-** saylı nömrə İmişli rayonu Muradxanlı kənd sakini X5 adına qeydiyyata alınmışdır. Baxış zamanı Təqsirləndirilən şəxs adına qeydiyyata alınmış ***-***-**-** nömrəsinə daxil olan və qəbul edilən mesaj mətnlərinə baxılmış və müəyyən edilmişdir ki, 16 iyun 2023-cü il tarixdə saat 22:18:19-da ***-***-**-** saylı nömrəsindən ***-***-**-** saylı nömrəyə “Qaqa menim vezytim cox his mende yarl kotur cox hisem”, məzmununda mesaj mətni, 12 iyul 2023-cü il tarixdə, saat 12:28:06-da ***-***-**-** saylı nömrədən ***-***-**-** saylı nömrəyə isə “Qaqa alinmadi poxu cixdi meni temaya gore yigma Allaha emanet ol”, 20 iyul 2023-cü il tarixdə, saat 18:44:10-da isə “Sen yaxsiliq bilen döursen ayibdi dunen evinde çorek yeyirem meni alladisan ki yigacam yigmisan meni lomkda qoydun neynek menim payıma, sene nese duzub qoşani varin yoxun sikim inden bele ne deyirem” məzmununda, həmin gün saat 21:29:54-də isə “Gelme demisen çetddi 8 manati men verecem menim basima oyjn getiridin” məzmununda mesaj mətni göndərilmişdir. ***-***-**-** saylı nömrə İmişli rayonu Qaralar kənd sakini X9 adına qeydiyyata alınmışdır. 17 iyun 2023-cü il tarixdə, saat 14:32:20-də ***-***-**-** saylı nömrədən ***-***-**-** saylı nömrəyə “Qaqa bize heden yoxdan de biley alinmirsa gedey eve gunun altda qoruldug” məzmununda mesaj göndərilmişdir. 08 iyul 2023-cü il tarixdə saat 15:21:19-da ***-***-**-** saylı nömrədən ***-***-**-** saylı nömrəyə “Qaqa 10 manat var usaq var oynananm vezyetimiz pisdi basua donum komey ele qaqa” məzmununda mesaj göndərimişdir. ***-***-**-** saylı nömrə İmişli rayonu Cavadxanlı kənd sakini X6 adına qeydiyyata alınmışdır. 21 iyul 2023-cü il tarixdə saat 20:06:37-də ***-***-**-** saylı nömrədən ***-***-**-** saylı nömrəyə “Emi senin basua donum pulu gotur gel gedek taksi.sofiri deyir gedirem”, həmin gün saat 20:36:13-də isə “Getdduk neynek ne deyir emi basima oyun acddin meni neynek senden gozlemzdim camahtin pulu idi” məzmununda mesaj mətni göndərilmişdir. 22 iyul 2023-cü il tarixdə saat 09:58:40-da ***-***-**-** saylı nömrədən ***-***-**-** saylı nömrəyə “Qaqa vezyetim pisdi evdiyem mene kömək ele nese başua donum” məzmununda mesaj mətni göndərilmişdir. ***-***-**-** saylı nömrə İmişli rayonu Cavadxanlı kənd sakini X6 adına qeydiyyata alınmışdır. Baxış zamanı Təqsirləndirilən şəxs adına qeydiyyata alınmış ***-***-**-**, ***-***-**-** saylı nömrələrinə daxil olan və qəbul edilən mesaj mətnlərinə baxılmış və iş üçün əhəmiyyət kəsb edən hər hansı mətn aşkar edilməmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs adına qeydiyyata alınmış ***-***-**-** nömrəsinə daxil olan və qəbul edilən mesaj mətnlərinə baxılmış və müəyyən edilmişdir ki; 03 iyul 2023-cü il tarixdə saat 19:24:30-da ***-***-**-** saylı nömrədən ***-***-**-** saylı nömrəyə “Qaqa sen menim cani nese varsa mene komey ele qaqa evdiyem” məzmununda mesaj göndərilmişdir. ***-***-**-** saylı nömrə İmişli şəhəri R.Məmmədov küçəsi ev 14 ünvanında qeydiyyatda olan X12 adına qeydiyyata alınmışdır. 22 avqust 2023-cü il tarixdə saat 12:32:09-da ***-***-**-** saylı nömrədən ***-***-**-** saylı nömrəyə “Menem ezizali” məzmununda mesaj göndərilmişdir. ***-***-**-** saylı nömrə İmişli şəhəri S.Vurğun küçəsi ev 14 ünvanında qeydiyyatda olan X7 adına qeydiyyata alınmışdır. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin xx.xx.2023-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. İş materialları ilə müəyyən olur ki, Təqsirləndirilən şəxs 02 oktyabr 2023-cü il tarixdən 04 oktyabr 2023-cü il tarixədək həbsdə saxlanılmışdır. Müstəntiqin qərarı ilə Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CM-nin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər. Beləliklə, məhkəmə işdəki sübutları müqayisəli şəkildə qiymətləndirərək hesab edir ki, hadisə ittihamda göstərilən qaydada və şəraitdə baş vermişdir. Məhkəmə iclasında bilavasitə araşdırılmış sübutlarla Təqsirləndirilən şəxs ona istinad edilən cinayət əməlini törətməsi tam təsdiq edilir. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmiş və o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarının 1-ci bəndinə əsasən məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni, cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.1-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin göstərilən normalarının müəyyən etdiyi ədalət prinsipi və cəzanın təyin edilməsinin ümumi əsasları cəza təyin edilərkən törədilmiş cinayətin xarakterinin və ictimai təhlükəlilik dərəcəsinin nəzərə alınmasını nəzərdə tutmuşdur. Həmçinin, o da qeyd olunmalıdır ki, cəzanı yüngülləşdirən halları müəyyən edən CM-nin 59.1-ci maddəsində nəzərə alınması məcburi olan cəzanı yüngülləşdirən hallar, 59.2-ci maddəsində isə cinayət qanununda göstərilməyən, lakin cinayət hadisəsi və onu törətmiş şəxslə bağlı olan və məhkəmənin qiymətləndirməsinə bağlı olan cəzanı yüngülləşdirən hallar təsbit edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs əməlini etiraf edib səmimi peşmançılıq çəkməsini və əvvəllər məhkum olunmamasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən məsuliyyəti ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməli, həm məhkumlar, həm də digər şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almalıdır. Cinayət cəzası dövlətin cinayət törədən şəxsə qarşı reaksiyası olmaqla, şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinin əsas hüquqi nəticəsidir. Məhkəmə cəza təyin edərkən Təqsirləndirilən şəxs törətdiyi cinayətin ictimaitəhlükəlilik dərəcəsini və xarakterini, cəzasını yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halların olmamasını, ailəsinin mövcud maddi və sosial vəziyyətini nəzərə alır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulan müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməli və Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 02 oktyabr 2023-cü il tarixdən 04 oktyabr 2023-cü il tarixədək həbsdə saxlanıldığı 2 (iki) gün müddət təyin edilmiş cəzadan çıxılmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilib, həbs qətimkan tədbiri seçilməli və o, dərhal məhkəmə iclas zalından həbsə alınmalıdır. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə edilməli və ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut kimi İmişli Rayon Polis Şöbəsinin saxlanc anbarında saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq qalan çəkisi – 0,745 qram narkotik vasitə olan heroin, 0,027 qram metafetamin, bir ədəd şipris içərisində narkotik vasitə heroinin izləri olan şüşə ampula və narkotik və psixotrop maddələrə aid olmayan təmiz çəkisi 3.536 qram olan maddə məhv edilməlidir. Cinayət işi üzrə məhkəmə-kimyəvi ekspertizasının keçirilməsi ilə əlaqədar 81,69 manat məbləğində ekspertiza xərci vardır. Azərbaycan Respublikası CPM-nin 195 və 196-cı maddələrinə əsasən Təqsirləndirilən şəxs məhkəmə-kimyəvi ekspertizasının keçirilməsi ilə əlaqədar 81,69 (səksən bir manat altmış doqquz qəpik) manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin AZ34CTRE******************** saylı hesabına (VÖEN **********) köçürülməlidir. Təqsirləndirilən şəxs müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardım ödəməkdən azad edilməli və vəkil Müdafiəçi2 tərəfindən göstərilmiş hüquqi yardıma görə 36 (otuz altı) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına İmişli rayon vəkil bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356, 358, 381, 384.1 və 385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 1 (bir) il 3 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 02 oktyabr 2023-cü il tarixdən 04 oktyabr 2023-cü il tarixədək həbsdə saxlanıldığı 2 (iki) gün müddət təyin edilmiş cəzadan çıxılsın və üzərində qəti olaraq 1 (bir) il 2 (iki) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilib, həbs qətimkan tədbiri seçilsin və o, dərhal məhkəmə iclas zalından həbs edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəza çəkməsinin əvvəli həbsə alındığı gündən, yəni 27 fevral 2024-cü il tarixdən hesablansın. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə edilsin. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi İmişli Rayon Polis Şöbəsinin saxlanc anbarında saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq qalan çəkisi – 0,745 qram narkotik vasitə olan heroin, 0,027 qram metafetamin, bir ədəd şpris içərisində narkotik vasitə heroinin izləri olan şüşə ampula, narkotik və psixotrop maddələrə aid olmayan təmiz çəkisi 3.536 qram olan maddə məhv edilsin. Təqsirləndirilən şəxs məhkəmə-kimyəvi ekspertizasının keçirilməsi ilə əlaqədar 81,69 (səksən bir manat altmış doqquz qəpik) manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin AZ34CTRE******************** saylı hesabına (VÖEN **********) köçürülsün. Təqsirləndirilən şəxs müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardım ödəməkdən azad edilsin. Vəkil Müdafiəçi2 tərəfindən göstərilmiş hüquqi yardıma görə 36 (otuz altı) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına İmişli rayon vəkil bürosunun hesabına köçürülsün. İş üzrə mülki iddia yoxdur. Hökmdən 20 gün müddətində İmişli Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Telman Quliyev .

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar