Azərbaycan Respublikası adından HÖKM İmişli rayonu İş № 1(036)-22/2025 10.02.2025 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Ağakişiyeva Lətafət Almazxan qızının sədrliyi, Tağıyev Rasət Şaiq oğlunun katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxs – Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs, müdafiəçi - Müdafiəçi iştirakları ilə, xx.xx.2008-ci ildə İmişli şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, natamam orta təhsilli, işsiz, əvvəllər məhkum olunmamış, İmişli şəhəri, Heydər Əliyev prospekti, Dalan 2-də qeydiyyatda olmaqla həmin ünvanda yaşayan və barəsində “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndiriməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli yolla talama məqsədilə xx.xx.2024-cü il tarixdə saat təxminən 22 radələrində Zərərçəkmiş şəxs yaşadığı İmişli şəhəri, Qaradonlu küçəsi 38 saylı ünvanda yerləşən fərdi yaşayış evinin həyətinə hasarın üzərinə çıxıb tullandıqdan sonra evin pəncərəsini əlləri ilə açıb oradan evə qanunsuz daxil olaraq yataq otağındakı güzgülü əşya kamodunun birinci siyirməsindəki qutunun içərisindən hər biri 180 (yüz səksən) manat dəyərində olmaqla 585 əyarlı qadın üçün nəzərdə tutulmuş iki ədəd qızıl üzüyü, 360 (üç yüz altmış) manat dəyərində olmaqla 4 qram ölçüdə 585 əyarlı qadın üçün nəzərdə tutulmuş bir ədəd qızıl üzüyü, 360 (üç yüz altmış) manat dəyərində olmaqla 4 qram ölçüdə 585 əyarlı qadın üçün nəzərdə tutulmuş bir cüt qızıl sırğanı və 720 (yeddi yüz iyirmi) manat dəyərində olmaqla 8 qram ölçüdə 585 əyarlı qadın üçün nəzərdə tutulmuş bir ədəd qızıl boyunbağını əvəzsiz olaraq gizli yolla talamaqla Zərərçəkmiş şəxs cəmi 1800 (min səkkiz yüz) manat məbləğində maddi ziyan vurub oğurluq etmişdir. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, ekspertiza rəyi və iş materiallarında olan digər sübutlar ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında Təqsirləndirilən şəxs qanuni nümayəndəsi Qanuni nümayəndə iştirakı ilə dindirilərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib ifadəsində göstərmişdir ki, o, xx.xx.2024-cü il tarixdə təxminən saat 22 radələrində piyada İmişli şəhərinin mərkəzində “Soliton” adlı mağazanın yanından keçən zaman tanımadığı bir taksi sürücüsünə əl edib saxlatmışdır. Daha sonra həmin taksi sürücüsü ilə İmişli şəhəri, Qaradonlu küçəsinə gəlmişdir. Orada avtomobildən düşmüş və piyada küçədə hərəkət etmişdir. O, bir evin yanından keçən zaman evin işıqlarının yanmadığını görüb həmin evdə heç kimin olmadığı nəticəsinə gəlmişdir. Diqqətlə ətrafda heç kimin olmadığını müşahidə etdikdən sonra mişar daşlarından hörülmüş hasardan tullanaraq həyətə daxil olmuşdur. Hasarın uzunluğu balaca olduğundan o, asanlıqla hasardan tullana bilmişdir. Daha sonra tullandığı yerin yanında olan pəncərəni əli ilə itələyərək açmış və evə daxil olmuşdur. Evin içərisinin işıqları sönülü olsada evin həyətində olan işıqlar yandığından o, evin içərisində sərbəst şəkildə gəzib ətrafı müşahidə edə bilmişdir. O, yataq otağına daxil olmuş və güzgülü kamodun siyirməsini açıb baxan zaman bir ədəd qırmızı qab görmüşdür. Həmin qabı götürüb açıb içərisinə baxan zaman içərisində qızıl-zinət əşyalarının olduğunu görüb içərisində olan qızılları götürüb cibinə qoymuş və dərhal gəldiyi yol ilə oradan uzaqlaşmışdır. Həmin vaxt evin içərisində başqa heç bir yerə baxmamış və evin içərisində heç bir yeri dağıtmamışdır. O, daha sonra piyada şəkildə asfalt yola çıxmışdır. Tanımadığı bir taksi sürücüsünün idarə etdiyi avtomobil ilə şəhərin mərkəzinə gəlmişdir. Daha sonra o, İmişli şəhəri, Həzi Aslanov küçəsində yerləşən “Bizim Kafe” adlı kafeyə tərəf getmişdir. Kafenin yanında əvvəldən tanıdığı İmişli şəhər sakini Şahid1 dayandığını görüb ona tərəf yaxınlaşmışdır. Elxanla görüşüb onunla hal-əhval tutmuşdur. Daha sonra Elxana onda ailəsinə məxsus qızıl-zinət əşyalarının olduğunu və maddi sıxıntıları olduğundan satmaq istədiyini deyib qızılları cibindən çıxarıb Elxana göstərmişdir. Elxan həmin vaxt ondan qızılları oğurluq yolu ilə əldə edib-etmədiyini soruşan zaman ona bir daha qızılların ailəsinə məxsus olduğunu deyib Elxanı inandırmışdır. Elxan da ondan qızılları götürüb “Bizim Kafe”ni işlədən Samir adlı şəxsə sata biləciyini demişdir. Səhəri gün, yəni xx.xx.2024-cü il tarixdə saat təxminən 18 radələrində o, Elxanın yaşadığı evin yaxınlığında Elxanla görüşmüşdür. Elxan ona qızılları Samirə verdiyini və Samirin də qızılları satmaq üçün qeyri-rəsmi olaraq yaşadığı Xəyalə adlı qadına verdiyini demişdir. Qeyd etmiş ki, Elxan ona Xəyalənin qızılları Bakı şəhərində ümumilikdə 1750 (min yeddi yüz əlli) manata satdığını, həmin puldan 1300 (min üç yüz) manatını Samirə verdiyini və Samirin həmin pulu ona verən zaman 100 (yüz) manatını qaytarıb Samirə verdiyini demişdir. Elxan 1200 (min iki yüz) manatın hamısını ona verən zaman o, həmin puldan ona da pul vermək istəmişdir. Ancaq Elxan həmin puldan hər hansı məbləğdə pul götürməmişdir. O, həmin pulu Elxandan alandan sonra piyada yaşdığı evə gəlmişdir. xx.xx.2024-cü il tarixdə qardaşı X2 hərbi xidmətə getməsi ilə bağlı yaşadıqları evin həyətində yığıncaq keçirmişlər. O, Samirdən aldığı 1200 manat pulun 1100 manatını həmin yığıncaqda xərcləmiş, qalan 100 manat pulu isə qardaşı İbrahimin cibinə qoymuşdur. Törətdiyi cinayət əməlindən peşmandır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə günorta saat təxminən 14 radələrində əri X3 idarə etdiyi avtomobil ilə onu və azyaşlı iki övladını atası Cümşüdün yaşadığı İmişli rayonu, Göbəktala kəndinə aparmışdır. Əri Seyran onları atasına məxsus evə aparıb qoyduqdan sonra işlədiyi İmişli rayon polis şöbəsinə qayıtmışdır. Həmin günün sabahısı yəni xx.xx.2024-cü il tarixdə saat təxminən 15 radələrində əri Seyran onu və uşaqlarını atası Cümşüdə məxsus evdən götürüb qayınatası Umudəliyə məxsus İmişli rayonu, Qaradonlu kəndində yerləşən evə aparmışdır. Onlar oradan çıxıb yaşadıqları evə təxminən saat 17:30 radələrində gəlib çatmışlar. O, yaşadığı evə girib güzgülü kamodun siyirməsinə baxan zaman qızılları qoyduğu ürək formasında qırmızı rəngli qabın yerində olduğunu görüb açıb içərisinə baxmışdır. Həmin vaxt qabın içərisinə qoyduğu qızılların yerində olmadığını görmüşdür. Dərhal bu barədə əri Seyrana demişdir. Seyran da evə daxil olub qızılların yerində olmadığını görmüşdür. Bundan sonra bu barədə əri Seyran İmişli rayon polis şöbəsinə məlumat vermişdir. İmişli rayon polis şöbəsinin əməkdaşları gəlib oğurluq hadisəsinin olduğu yerə baxış keçirmişlər. Yaşadığı İmişli şəhəri, Qaradonlu küçəsi, ev 38 saylı ünvanda yerləşən fərdi yaşayış evindən təxminən xx.xx.2024-cü il tarixdə günorta radələrindən xx.xx.2024-cü il tarixədək yəni saat 17 radələrinədək oğurluq hadisəsi baş vermişdir. Yaşadığı fərdi yaşayış evindən ona məxsus hər biri 190 (bir yüz doxsan) manat məbləğində 2 qram ölçüdə olmaqla 585 əyarlı qadın üçün nəzərdə tutulmuş iki ədəd qızıl üzük, 360 (üç yüz altmış) manat məbləğində 4 qram ölçüdə 585 əyarlı qadın üçün nəzərdə tutulmuş bir ədəd qızıl üzük, 360 (üç yüz altmış) manat məbləğində 4 qram ölçüdə 585 əyarlı qadın üçün nəzərdə tutulmuş bir cüt qızıl sırğa və 720 (yeddi yüz iyirmi) manat məbləğində 8 qram ölçüdə 585 əyarlı qadın üçün nəzərdə tutulmuş bir ədəd qızıl boyunbağı oğurlanmışdır. Yuxarıda göstərilən qızılların hamısı 2016-cı ildə alınmışdır. Ümumilikdə baş vermiş oğurluq hadisəsi nəticəsində ona 1800 (min səkkiz yüz) manat məbləğində maddi ziyan dəymişdir. Hazırda ona vurmuş maddi ziyan ödənilmişdir. Ona görə də təqsirləndirilən şəxsdən heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə təxminən saat 23 radələrində o, İmişli şəhəri, Həzi Aslanov küçəsində yerləşən “Bizim Kafe” adlı kafenin qarşısında olan zaman əvvədən tanıdığı İmişli şəhər sakini Təqsirləndirilən şəxs onu görüb yanına gəlmişdir. Onunla görüşüb haləhval tutmuşdur. Onlar orada bir neçə dəqiqə söhbət etdikdən sonra İzzət cibindən qızılları çıxarıb satmaq istədiyini bildirmişdir. O, həmin vaxt İzzətdən qızılları haradan əldə etdiyini soruşan zaman ona qızılların anasına məxsus olduğunu və maddi sıxıntıları olduğundan satmaq istədiklərini demişdir. O da İzzətin sözlərinə inanmış və İzzətdə olan qızılları satmaq üçün almışdır. İzzətə həmin qızılları satması üçün “Bizim Kafe” adlı kafeni işlədən Samir adlı şəxsə verə biləcəyini demişdir. Bundan sonra İzzət qızılları ona verib oradan çıxıb getmişdir. O, İzzətin ona verdiyi qızılları Samirin sata biləcəyini fikirləşmiş və buna görə də “Bizim Kafe” adlı kafeyə qalxmışdır. Orada Samirin kafedə olub-olmadığını soruşan zaman İmişli şəhər sakini Xəyalə adlı şəxs ona Samirin hazırda “Elçin” adlı şadlıq sarayında olduğunu demişdir. Qeyd etmiş ki, o, Samirin kafeni işlətməklə barəbər “Elçin” adlı şadlıq sarayında da işlədiyini bilmişdir. O, həmin vaxt kafedən çıxıb birbaşa “Elçin” şadlıq sarayının yanına gəlmişdir. Samirin şadlıq sarayının yanında olduğunu görüb ona tərəf yaxınlaşmışdır. Onunla görüşüb onda satmaq üçün qızıllar olduğunu və həmin qızılları satmaq istədiyini demişdir. Bundan sonra cibindən qızılları çıxarıb Samirə göstərmişdir. Samir ondan həmin qızılları haradan əldə etdiyini soruşan zaman qızılların dostuna məxsus olduğunu və maddi sıxıntısı olduğundan satmaq istədiyini demişdir. Samirdə ondan qızılları alıb qeyri-rəsmi olaraq yaşadığı Xəyaləyə verəcəyini və onun sata biləcəyini demişdir. Bundan sonra o, oradan piyada şəkildə yaşadığı evə getmişdir. Həmin günün sabahısı yəni xx.xx.2024-cü il tarixdə saat təxminən 18 radələrində o, Samirlə “Bizim Kafe”-nin yanında görüşmüşdür. Ona Xəyalənin qızılları Bakı şəhərində ümumilikdə 1750 (min yeddi yüz əlli) manata satdığını demiş və 1300 (min üç yüz) manat pul vermişdir. Oda həmin vaxt 1300 (min üç yüz) manat puldan 100 (yüz) manatını qaytarıb Samirə vermişdir. Aradan təxminən bir saat keçdikdən sonra o, İzzətlə yaşadıqları evin yaxınlığında görüşmüş və Samirin ona verdiyi 1200 (min iki yüz) manat pulu İzzətə vermişdir. O, İzzətgilin çox kasıb ailə olduğunu bildiyi üçün həmin pulun hamısını İzzətə vermişdir. O, həmin puldan özünə hər hansı məbləğdə pul götürməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə saat təxminən 23:00 radələrində İmişli şəhəri, Həzi Aslanov küçəsində yerləşən “Elçin” adlı şadlıq sarayında toy məclisində olarkən Maçı kimi tanıdığı adını sonradan bildiyi Şahid1 onun yanına gələrək onda çoxlu sayda qızıl-zinət əşyalarının olduğunu deyib həmin qızılları satmaq istədiyini bildirmişdir. O, Elxandan satmaq istədiyi qızılları haradan əldə etdiyini soruşan zaman ona başqasının qızılları olduğunu və satmaq üçün verdiyini demişdir. Ona qızıl-zinət əşyalarından anlayışı olmadığını bildirərək qeyrirəsmi olaraq yaşadığı Şahid4 deyib sonra xəbər edəcəyini demişdir. Elxan həmin vaxt qızıl-zinət əşyalarını ona verib getmişdir. Həmin gün təxminən saat 24 radələrində toydan çıxıb işlətdiyi kafeyə gəlmişdir. Xəyalə də həmin vaxt kafedə olmuşdur. Həmin qızıl-zinət əşyalarını Xəyaləyə göstərib satmaq üçün ona verdiklərini demişdir. Xəyalə ona qızıl-zinət əşyalarını kimin verdiyini soruşduqda o, Elxanın verdiyini bildirmişdir. Daha sonra Xəyalə qızıl-zinət əşyalarının çəkisi və qiyməti ilə bağlı maraqlanıb öyrəndikdən sonra xəbər edəcəyini bildirmişdir. O, qızıl-zinət əşyalarını Xəyaləyə vermişdir. Sabahısı gün yəni xx.xx.2024-cü il tarixdə Xəyalə qızılları Bakı şəhərinə aparıb satmışdır. Xəyalə elə həmin gün Bakı şəhərindən qayıdıb həmin qızıl-zinət əşyalarını 1750 (min yeddi yüz əlli) manat pula satdığını bildirmiş və 1300 (min üç yüz) manat pulu Elxana vermək üçün ona vermişdir. O, həmin gün yəni xx.xx.2024-cü il tarixdə təxminən saat 18 radələrində Elxanla işlətdiyi kafenin yanında görüşüb Xəyalənin qızılları 1750 (min yeddi yüz əlli) manat pula satdığını bildirib 1300 (min üç yüz) manat pulu Elxana vermiş, Elxan da 1300 (min üç yüz) manat puldan 100 (yüz) manat pulu ona vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, o, İmişli şəhəri, H.Aslanov küçəsində yerləşən “Bizim Kafe” adlı kafeni Şahid2la birlikdə işlədir. xx.xx.2024-cü il tarixdə saat təxminən 24:00 radələrində Samir İmişli şəhəri, Həzi Aslanov küçəsində yerləşən “Elçin” şadlıq sarayında işdən çıxdıqdan sonra kafeyə gəlmişdir. Samir ona qızıl-zinət əşyalarını göstərərək sata bilib-bilməyəcəyini soruşmuşdur. O, Samirdən həmin qızıl-zinət əşyalarını haradan əldə etdiyini soruşmuşdur. Samirdə ona Maçı kimi tanıdığı sonrada adını bildiyi Şahid1 ona satmaq üçün verdiyini bildirmişdir. O, Samirdən qızıl-zinət əşyalarını satmaq üçün götürmüşdür. Səhəri gün yəni xx.xx.2024-cü il tarixdə saat 09:00 radələrində İmişli-Bakı arası taksi işləyən tanımadığı bir nəfər taksi sürücüsünün idarə etdiyi avtomobil ilə Bakı şəhərinə getmişdir. Həmin qızıl-zinət əşyalarından iki ədədini qadın üçün nəzərdə tutulmuş qızıl üzüyü Bakı şəhərində metronun Xalqlar Dostluğu stansiyasının yaxınlığında yerləşən “Laçın” Univermağının içərisində qızıl mağazasında adını bilmədiyi şəxsə 350 (üç yüz əlli) manata satmışdır. Qızıl-zinət əşyalarının qalan hissəsini yəni 1 ədəd qızıl üzüyü, 1 ədəd qızıl boyunbağını və 1 cüt qızıl sırğanı yenə də “Laçın” univermağının içərisində qızıl mağazasında adını bilmədiyi şəxsə 1400 (bir min dörd yüz) manata satmışdır. Həmin günü saat təxminən 16 radələrində tanımadığı taksi sürücüsünün idarə etdiyi avtomobili ilə İmişli şəhərinə qayıtmışdır. 1750 (min yeddi yüz əlli) manat puldan 1300 (min üç yüz) manat pulu Samirə vermiş ki, Şahid1 versin. Samir də 1300 (min üç yüz) manat pulu Elxana vermişdir. Qalan 450 (dörd yüz əlli) manat pulu isə öz ehtiyaclarına xərcləmişdir. Məhkəmə iclasında Şahid3 elan olunmuş ifadəsindən görünür ki, o, Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev küçəsində yerləşən “Gold Center”-də qızıl mağazasında satıcı işləyir. Həmin qızıl mağazasında qızıl-zinət əşyalarının alışı və satışı ilə məşğul olurlar. xx.xx.2024-cü il tarixdə təxminən saat 13 radələrində o, həmişə olduğu kimi qızıl mağazasında olmuşdur. Bu vaxt tanımadığı bir nəfər qadın mağazaya daxil olmuş və onda qızıl olduğunu bildirib satmaq istədiyini demişdir. Bundan sonra cibindən qadın üçün nəzərdə tutulmuş iki ədəd qızıl üzüyü çıxarıb ona göstərmişdir. O, həmin qızılları haradan əldə etdiyini soruşan zaman ona həmin qızılların özünə məxsus olduğunu və maddi sıxıntılarına görə satmaq istədiyini bildirmişdir. O, həmin qadından şəxsiyyət vəsiqəsini tələb edən zaman ona şəxsiyyət vəsiqəsini təqdim etmişdir. Həmin vaxt ona qızıl satmaq istəyən qadının İmişli şəhəri, Həzi Aslanov küçəsində qeydiyyatda olmaqla yaşayan Şahid4 olduğunu görmüşdür. Bundan sonra o, həmin qızılları elektron tərəzidə çəkmiş və hər birinin çəkisinin ayrı-ayrılıqda 2 qram olmasını müəyyən etmişdir. Xəyalənin ona satmaq istədiyi qızılların hər ikisi 585 əyarlı ölçüdə olmuşdur. Xəyaləyə ümumilikdə 4 qram olmaqla iki ədəd qızıl üzüyə 350 (üç yüz əlli) manat pul verə biləciyini demişdir. Xəyalə də həmin vaxt onunla razılaşmışdır. Bundan sonra Xəyalədən şəxsiyyət vəsiqəsini almış və kserosürətini çıxarıb özündə saxlamışdır. O, Şahid4 xx.xx.2024-cü il tarixdə təxminən saat 13 radələrində işlədiyi Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev küçəsində yerləşən “Gold Center”-dəki qızıl mağazasında iki ədəd qızıl üzük almışdır. O, həmin qızılları Xəyalədən alan zaman Xəyalənin həmin qızılları oğurluq yolu ilə əldə etdiyini bilməmişdir. Bu barədə heç bir məlumatı olmamışdır. Onlar vətəndaşlardan aldıqları qızılları aldıqdan sonra əritmək üçün loma verdiklərini bildirmişdir. O, Şahid4 xx.xx.2024-cü il tarixdə saat təxminən 13 radələrində iki ədəd qızıl üzüyü aldıqdan sonra qızılları həmin gün təxminən saat 15 radələrində əritmək üçün loma vermiş və həmin qızıllar əridilmişdir. Məhkəmə iclasında Şahid5 elan olunmuş ifadəsindən görünür ki, o, Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev küçəsində yerləşən “Gold Center”-də qızıl mağazasında satıcı işləyir. Onlar həmin qızıl mağazasında qızıl-zinət əşyalarının alışı və satışı ilə məşğul olurlar. xx.xx.2024-cü il tarixdə təxminən saat 13 radələrində o, həmişə olduğu kimi qızıl mağazasında olmuşdur. Bu vaxt tanımadığı bir nəfər qadın mağazaya daxil olmuş və onda qızıl olduğunu bildirib satmaq istədiyini demişdir. Bundan sonra cibindən qadın üçün nəzərdə tutulmuş bir ədəd qızıl üzük, bir ədəd qızıl boyunbağı və bir cüt qızıl sırğanı çıxarıb ona göstərmişdir. O, həmin qızılları haradan əldə etdiyini soruşan zaman ona həmin qızılların özünə məxsus olduğunu və maddi sıxıntılarına görə satmaq istədiyini bildirmişdir. O, həmin qadından şəxsiyyət vəsiqəsini tələb edən zaman ona şəxsiyyət vəsiqəsini təqdim etmişdir. Həmin vaxt ona qızıl satmaq istəyən qadının İmişli şəhəri, Həzi Aslanov küçəsində qeydiyyatda olmaqla yaşayan Şahid4 olduğunu görmüşdür. Bundan sonra o, həmin qızılları elektron tərəzidə çəkmişdir. Beləliklə bir ədəd qızıl üzüyün çəkisinin 4 qram, bir cüt qızıl sırğanın çəkisinin 4 qram və bir ədəd qızıl boyunbağının çəkisinin 8 qram olmasını müəyyən etmişdir. Xəyalənin ona satmaq istədiyi qızılların hər birisi 585 əyarlı ölçüdə olmuşdur. Xəyaləyə ümumilikdə 16 qram qızıl üçün 1400 (min dörd yüz) manat pul verə biləciyini demişdir. Xəyalə də həmin vaxt onunla razılaşmışdır. Bundan sonra Xəyalədən şəxsiyyət vəsiqəsini almış və kserosürətini çıxarıb özündə saxlamışdır. O, Şahid4 xx.xx.2024-cü il tarixdə təxminən saat 13 radələrində işlədiyi Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev küçəsində yerləşən “Gold Center”-dəki qızıl mağazasında bir ədəd qızıl üzük, bir cüt qızıl sırğa və bir ədəd qızıl boyunbağı almışdır. O, həmin qızılları Xəyalədən alan zaman Xəyalənin həmin qızılları oğurluq yolu ilə əldə etdiyini bilməmişdir. Bu barədə heç bir məlumatı olmamışdır. Onlar vətəndaşlardan aldıqları qızılları aldıqdan sonra əritmək üçün loma verdiklərini bildirmişdir. O, Şahid4 xx.xx.2024-cü il tarixdə saat təxminən 13 radələrində bir ədəd qızıl üzük, bir cüt qızıl sırğa və bir ədəd qızıl boyunbağını aldıqdan sonra qızılları həmin gün təxminən saat 15 radələrində əritmək üçün loma vermiş və həmin qızıllar əridilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Hadisə yerinə baxış keçirilməsi haqqında 26 oktyabr 2024-cü il tarixli protokoldan görünür ki, hadisə İmişli şəhəri, Qaradonlu küçəsi 38 saylı ünvanda yerləşən Zərərçəkmiş şəxs yaşadığı fərdi yaşayış evində baş vermişdir. Baxış keçirilərkən göy rəngli darvazadan həyətə daxil olduqda təxminən 5 metr məsafə aralıda mişar daşlarından inşa edilmiş kürsülü bir mərtəbəli yaşayış evi və evin qarşısında çardaq olması müşahidə edilir. Evin göy rəngli giriş qapısından evə daxil olduqda 3 yataq otağı, 1 zal, bir mətbəxin yerləşdiyi müəyyən edilmişdir. Evin bütün otaqlarında heç bir dağıntı, söküntü və qırıntı izinə rast gəlinməmişdir. Zərərçəkmiş şəxs özünə məxsus yataq otağında yerləşən güzgülü kamodun birinci siyirməsindəki ürək şəkilində olan qırmızı rəngli qabı göstərib içərisindən qızıl-zinət əşyalarının oğurlandığını bildirmişdir (iş vərəq 4-6); Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 30 oktyabr 2024-cü il tarixli qərardan görünür ki, faktla bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə cinayət işi başlanmışdır (iş vərəq 1); Zərərçəkmiş şəxs qismində tanınma haqqında 30 oktyabr 2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır (iş vərəq 33); Cinayət törətməkdə şübhəli bilinən şəxsin tutulması haqqında 30 oktyabr 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 19:00-da şübhəli şəxs qismində tutulmuşdur (iş vərəq 61-62); Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 01 noyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə ittiham elan olunmuşdur (iş vərəq 73-74); Qətimkan tədbirinin seçilməsi haqqında 01 noyabr 2024-cü tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Saatlı RPŞ-nin MSY-dən azad edilərək barəsində “valideynin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir (iş vərəq 85-86); "xxxx" MMC-nin 01 noyabr 2024-cü il tarixli mütəxəssis rəyindən görünür ki, 26 oktyabr 2024-cü il tarixdə hər biri 2 qram ölçüdə olmaqla 585 əyarlı qadın üçün nəzərdə tutulmuş iki ədəd qızıl üzüyün orta bazar satış qiyməti 1 qramı 90 (doxsan) manat olmaqla 360 (üç yüz altmış) manat, 4 qram ölçüdə 585 əyarlı qadın üçün nəzərdə tutulmuş bir ədəd qızıl üzüyün orta bazar satış qiyməti 1 qramı 90 (doxsan) manat olmaqla 360 (üç yüz altmış) manat, 4 qram ölçüdə 585 əyarlı qadın üçün nəzərdə tutulmuş bir cüt qızıl sırğanın orta bazar satış qiyməti 1 qramı (doxsan) manat olmaqla 360 (üç yüz altmış) manat və 8 qram ölçüdə 585 əyarlı qadın üçün nəzərdə tutulmuş bir ədəd qızıl boyunbağının 1 qramı 90 (doxsan) manat olmaqla 720 (yedi yüz iyirmi) manat olmuşdur. (iş vərəq 71); Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun özünün etirafedici ifadəsi, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək tam sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət işi materiallarında olan İmişli RİHB-nın şəhər İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs (iş vərəq 122); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya idarəsindən daxil olmuş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir (iş vərəq 130). Məhkəmə Təqsirləndirilən şəxs cinayət törədərkən yetkinlik yaşında olmamasını, ilk dəfə cinayət törətməsini, əməlini etiraf edib səmimi peşmançılıq çəkməsini, cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsini və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.2, 59.1.13 və 59.2-ci maddələrinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsi ilə müəyyən edilmiş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 №-li qərarının 4-cü bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun şəxsiyyətini, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları (müəyyən edilməmişdir), habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq ona təqsirli bilindiyi maddənin sanksiyası çərçivəsində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsini qanuni və ədalətli hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, təyin olunmuş cəza müddəti ərzində üzərinə CM-nin 52-1.2-ci maddəsində nəzərdə tutulmuş vəzifələr qoyulmalı və barəsində seçilmiş valideynin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə məsrəfləri ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 15 saat göstərdiyi pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş müdafiəçi İmişli Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi 90 (doxsan) manat məbləğində pul Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir (CPM-193). İş üzrə maddi sübut, mülki iddia və ya xüsusi müsadirə olunmalı əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 1 (bir) il 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 30 oktyabr 2024-cü il tarixdən 01 noyabr 2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 2 (iki) gün müddətin bir günü azadlığın məhudlaşdırılmasının iki gününə bərabər tutulmaqla təyin edilmiş cəzadan 4 (dörd) gün çıxılsın və üzərində qəti olaraq 1 (bir) il 5 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təyin edilmiş cəza müddəti ərzində Təqsirləndirilən şəxs üzərinə hər gün gecə saat 23:00-dan növbəti gün səhər saat 07:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, İmişli rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə İmişli rayon İcra və probasiya şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs 15 saat göstərdiyi pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş müdafiəçi İmişli rayon Vəkil Bürosunun vəkili Müdafiəçi 90 (doxsan) manat məbləğində pul Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu gündən 20 gün müddətində Azərbaycan Respublikası CPMnin 385-ci maddəsində müəyyən edilmiş qaydada Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Lətafət Ağakişiyeva
Məhkəmə qərarları › İş №1(036)-22/2025
İmişli Rayon Məhkəməsi Hökm — İş №1(036)-22/2025
10.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver