Məhkəmə qərarları › İş №1(036)-23/2022

İmişli Rayon Məhkəməsi Hökm — İş №1(036)-23/2022

02.02.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM İmişli rayonu İş № 1(036)-23/2022 02.02.2022 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rayon Məhkəməsi Qənbərov Ülvi Oktay oğlunun sədrliyi, X9 oğlunun katibliyi, dövlət ittihamçısı Dövlət ittihamçısı oğlunun, zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs, müdafiəçi X3 iştirakı ilə, xx.xx.1957-ci il tarixdə İmişli rayonu Aranlı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, İmişli rayonu Aranlı kəndində yaşayan X6 oğlunun Azərbaycan Respublikası CM-nın 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair işə açıq məhkəmə iclasında бахараг MÜƏYYƏN ETDİ : X6 oğlu ondan ötrü məhkəməyə verilmişdir ki o, 27 dekabr 2021-ci il tarixdə saat 11-30 radələrində İmişli şəhəri, A.Şadlınski küçəsində yerləşən İmişli rayon məhkəməsinin inzibati binasının qarşısında, yəni giriş hissəsində , ictimai yerdə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər edib, öz şəxsiyyətini başqa şəxslərin şəxsiyyətinin fövqündə qoyaraq, ətrafda olan şəxslərə aşkar hörmətsizlik və laqeydlik nümayiş etdirməklə, habelə məhkəmə və polis işçilərinin iş vaxtının gedişatına mane olmaqla cəmiyyətdə bərqərar olan davranış qaydalarının pozulmasında ifadə olunan hərəkətlər edərək, heç bir əsaslı səbəb olmadan hay-küy salmış və Zərərçəkmiş şəxs nalayiq ifadələrlə təhqir edərək üzərinə hücum edib qəsdən bir dəfə kəllə ilə ağız nahiyəsinə vuraraq Mehman Əliyevə üst dodağın selikli qişasında qansızma fonunda yara ilə müşayiət olunan sağlamlığın qısa müddətə pozulmasına səbəb olan, sağlamlığına Yüngül zərər vurmaya aid bədən xəsarətləri yetirməklə xuliqanlıq etmişdir. İş üzrə təqsirləndirilən şəxs X6 oğlu она qarşı АR CM-nın 221.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstəmişdir ki, 27.12.2021-ci il tarixdə, saat 10-00 radələrində o, X7 oğlunun şərəf və ləyaqətini ləkləyən, onu nüfuzdan salan yalan mələumatlar yaymış Zərərçəkmiş şəxs AR CM-nın 147.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair işə baxılması ilə əlaqədar İmişli rayon məhkəməsində olmuş və iclasın başa çatmasından sonra məhkəmənin inzibati binasından çıxarkən Zərərçəkmiş şəxs ilə aralarında mübahisə baş vermişdir. Həmin vaxt Zərərçəkmiş şəxs bilərəkdən onun ailə üzvlərinin barəsində nalayiq ifadələr işlətmiş və o, əsəb xəstəsi olduğu üçün özündən çıxaraq kəlləsi ilə Mehmanın sifət nahiyyəsindən bir dəfə vurmuşdur. Bundan sonra hadisə yerinə polis əməkdaşları gəlmiş və onları rayon polis şöbəsinə aparmışlar. Zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs göstərmişdir ki, 27.12.2021-ci il tarixdə, saat 10-00 radələrində o, X7 oğlu tərəfindən AR CM-nın 147.1-ci maddəsi ilə ittiham edilməsinə dair işə baxılması ilə əlaqədar İmişli rayon məhkəməsində və iclasın başa çatmasından sonra məhkəmənin inzibati binasından çıxarkən X6 oğlu ilə aralarında mübahisə baş vermişdir. Həmin vaxt Bayraməli qəflətən kəlləsi ilə onun sifət nahiyəsinə vuraraq ona xəsarət yetirmişdir. Bundan sonra hadisə yerinə polis əməkdaşları gəlmiş və onları rayon polis şöbəsinə aparmışlar. İş üzrə şahid Şahid2 Nəsir oğlu ifadəsində göstərmişdir ki, o, AR DİN BMİ İmişli rayon Mühafizə şöbəsinin polis nəfəri vəzifəsində işləyir və 27.12.2021-ci il tarixdə İmişli şəhəri, A.Şadlınski küçəsində yerləşən İmişli rayon məhkəməsinin inzibati binasında xidmətdə olmuşdur. Həmin gün saat 11-30 radələrində məhkəmədən çıxdıqdan sonra məhkəmənin inzibati binasının qarşısında iki nəfərin biri-biri ilə mübahisə etdiyini və onlardan birinin ( X6 oğlunun) digərini ( Zərərçəkmiş şəxs) kəlləsi ilə vurduğunu müşahidə etmiş, yaxınlaşaraq onları biri-birindən ayırmış və onları hadisə yerinə gəlmiş polis əməkdaşlarına təhvil vermişdir. İşdə olan АR SN “MTE və PA Birliyi” PHŞ tərəfindən vерilmiş 28 dekabr 2021-ci il tarixli 872/21 nömrəli ekspert rəyində göstərilmişdir ki, 1967-ci il təvəllüdlü Zərərçəkmiş şəxs əli oğlunun məhkəmə-tibbi müayinəsi zamanı bədən səthində aşkar edilmiş xəsarətlər - üst dodağın selikli qişasında qansızma fonunda yara küt əşyanın təsirindən törənmişdir, müxtəlif şəraitlərdə, o cümlədən 27.12.2022-ci tarixdə təsviri hissədə göstərilən şəraitdə əmələ gələ bilərdi.Həmin xəsarətlər dərcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilir. (c.i.səh: 29-30) АR CPM-nin 124.1-ci maddəsinə əsasən məhkəmənin və ya digər cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər ( məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab edilir. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən şübhəli, təqsirləndirilən və zərər çəkmiş şəxsin və şahidlərin ifadələri, ekspertin rəyi, maddi sübutlar, istintaq və məhkəmə hərəkətlərinin protokolları və digər sənədlər cinayət prosesində sübut kimi qəbul edilir. Həmin Məcəllənin 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmuyuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, X6 oğlu AR CM-nın 221.1ci maddəsində nəzərdə tutulmuş cinayəti törətmişdir. Ona görə də, o, CM-nın Xüsusi hissəsinin müvafiq maddəsi ilə təqsirli bilinib CM-nın Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla cəzlanmalıdır. AR CM-nın 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza ədalətin bərpası, məhkumun islah edilməsi və məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. İşdə olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin sorğu məlumatına əsasən X6 oğlu əvvəllər məhkum edilməmişdir. ( c.i. səh :107) İş üzrə cəzanı ağırlaşdıran və yüngülləşdirən hallar müəyyən edilməmişdir. İşdə olan 075859 nömrəli Vəsiqənin surətinə əsasən X4 ikinci qrup əlildir. ( c.i. səh:18) «Məhkəmələr tərəfindən cinayət cəzalarının tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 nömrəli Qərarının 3-cü bəndinin 2ci abzastında göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə X1 törətdiyi cinayətin ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq onun AR CM-nın müvafiq maddəsinin sanksiyasında nəzərdə tutulmuş islah işləri cəzasına məhkum edilməsini məqsədəmüvafiq hesab edir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası CPM-nin 345-347, 349, 351-353, 383-385-ci maddələrini rəhbər tutaraq HÖKM ETDİ: X6 oğlu Azərbaycan Respublikası CM-nın 221.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib qazancından 15 (on beş ) faiz dövlət nəfinə tutulmaqla 1 ( bir) il müddətə islah işləri cəzasına мəhkum edilsin. Cəzakəkmə müddətinin əvvəli X6 oğlunun işlədiyi və onun qazancından tutulmaların aparıldığı gündən hesablansın. . Hökmün icrasına nəzarət İmişli rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Hökmdən 20 (iyirmi) gün müddətində İmişli Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasına apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. SƏDRLİK EDƏN: Ülvi Qənbərov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar