Azərbaycan Respublikası adından HÖKM İmişli rayonu İş № 1(036)-23/2024 26.01.2024 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rayon Məhkəməsinin hakimi Quliyev Telman Osman oğlunun sədrliyi, Şiralıyeva Günel Mirzə qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (Şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və müdafiəçisi İmişli rayon vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxxxx 1960-cı ildə İmişli rayonu, Şahverdili kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, məhkumluğu olmayan, fərdi əməklə məşğul olan, İmişli rayonu Şahverdili kəndində qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına İmişli Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs 17 dekabr 2023-ci il tarixdə saat 10 radələrində yaşadığı İmişli rayonu, Şahverdili kəndi ərazisində şəxsi münasibətlər zəmnində aralarında yaranmış mübahisə zamanı həmkəndlisi Zərərçəkmiş şəxs burun nahiyəsinə qəsdən bir dəfə ağac parçası ilə vuraraq, ona burunun yumşaq toxumalarının şişkinliyi və qançır, burun sümüklərinin faraqmetləri yerinidəyişməyən açıq sınığı, təpə nahiyyəsinin yumşaq toxumalarının şişkinli və sol gözaltı nahiyyənin qançır ilə müşayiət olunan sağlamlığın qısa müddətə pozulmasına səbəb olan, sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər yetirmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, xx.xx.2023-cü il tarixdə saat 10 radələrində yaşadığı İmişli rayonu, Şahverdili kəndin içində şəxsi təsərüffatından olan bir baş iribuynuzlu heyvanı çöl sahədə doğduğu üçün, həmin heyvanı yaşadığı evə gətimək üçün getmişdir. Həmin vaxt kəndin giriş hissəsində yaşadığı evinin istiqamətində hərəkət edərkən, qarşısında həmkəndlisi Zərərçəkmiş şəxs ona doğru idarə etdiyi traktoru və içərisində sonradan gördüyü sərnişin qismində olan, qardaşı Yusif və oğlanları Pənah və Mahmudun olduğunu görmüşdür. Hərəkətdə olan traktor onun heyvanla birgə keçməsinə maneə yaratdığından əvvəlcə həmkəndlisi Səbuhiyə onun keçməsinə şərait yaratması üçün, idarə etdiyi traktoru saxlamağı istəmiş, sonra isə yenidən keçidin dar olduğunu görüb təkrar traktoru sürməyi istəmişdir. Lakin sonuncu idarə etdiyi traktordan baş və bədən hissəsini çölə çıxarıb ona kobud sürətdə cavab verdiyi və üstünə qışqırdığı üçün, özünü saxlaya bilməmiş və əlindəki ağac parçası ilə Səbuhinin sifət nahiyyəsinə, yəni burunun üst hissəsinə qəsdən vuraraq ona fiziki ağrı yetirmişdir. Hazırda etmiş olduğu cinayət əməlindən peşiman olmuş və zərərçəkmiş şəxsdən üzrxahlıq edərək bağışlanmasını xahiş etmiş, lakin sonuncu onu bağışlamamışdır. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadə verərək göstərdi ki, xx.xx.2023-cü il tarixdə saat 10 radələrində idarə etdiyi “MTZ-80” markalı **-BA-*** dövlət nömrə qeydiyyat nişanlı traktorla həmkəndlisi Şahid1 sərnişin qismində onunla birgə kənd içində hərəkətdə olduğu vaxt, yaşadığı kəndin çıxışında həmkəndlisi Təqsirləndirilən şəxs özünə məxsus iribuynuzlu heyvanları piyada olaraq idarə etdiyi traktorun qarşısından keçirmək niyyəti ilə ona tərəf yaxınlaşdığını görmüşdür. O, həmin vaxt idarə etdiyi traktoru bir qədər kənara sürüb saxlayan zaman, sonuncu ona qarşı kobud ifadə işlədərək onu təhqir etmiş və traktoru sürməsin istəmişdir. O, həmin an traktorda olduğu üçün, onun sözlərinə əhəmiyyət verməmiş, lakin həmkəndlisi Ələkbər əlində olan ağac parçası ilə (çomaq) traktora yaxınlaşaraq onun baş nahiyyəsinə qəsdən bir dəfə vurmuşdur. Sonra isə ikinci dəfə zərbə yetirərkən həmin ağac onun burun nahiyyəsinə dəyərək ona ciddi xəsarət yetirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadə verərək göstərdi ki, o. xx.xx.2023-cü il tarixdə saat 10 radələrində sərnişin qismində həmkəndlisi Zərərçəkmiş şəxs idarə etdiyi “MTZ-80” markalı **-BA-*** dövlət nömrə qeydiyyat nişanlı traktorla yaşadığı kəndin içində hərəkətdə olduqları vaxt, oğlanları Şahid2 və Şahid3 sözügedən traktorun lapet hissəsində olmuşlar. Hərəkətdə olduqları traktorla kəndin çıxış hissəsinə yaxınlaşanda görmüşlər ki, qardaşı Təqsirləndirilən şəxs yeni doğmuş heyvanı buzovla birgə qarşılarında onlara doğru piyada hərəkət edərək gətirir. Səbuhi idarə etdiyi traktoru yolun qismən kənara sürərək saxlamış, qardaşı Ələkbər isə onların yanına yaxınlaşanda Səbuhiyə idarə etdiyi traktoru hərəkətə gətirməsini istəmişdir. Səbuhi isə qardaşı Ələkbərə nə demək istədiyin soruşanda, qardaşı Ələkbər əsəbləşərək traktora yaxınlaşıb Səbuhiyə idarə etdiyi traktoru saxlamasını tələb etmişdir. Sonra isə əlindəki ağac parçasını olduqları kabinkaya salaraq Səbuhiyə qarşı zərbə yetirmiş və həmin zərbə nəticəsində ağac Səbuhinin burun nahiyyəsinə dəyərək sonuncuya xəsarət yetirmişdir. Məhkəmə iclasında Şahid3 ifadə verərək yuxarıda təsvir olunan cinayət əməlini bir daha təsdiq etmişdir. İş materiallarına əlavə edilmiş məhkəmə-tibbi ekspertizasının 17 dekabr 2023-ci il tarixli, 920/23 nömrəli rəyi ilə müəyyən olur ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilmiş xəsarətlər – burunun yumşaq toxumalarının şişkinliyi və qançır, burun sümüklərinin faraqmetləri yerini dəyişməyən açıq sınığı, təpə nahiyyəsinin yumşaq toxumalarının şişkinliyi və sol gözaltı nahiyyənin qançır aşkar olunmuşdur. Qeyd olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, müayinə olunanın göstərdiyi müddətdə və şəraitdə əmələ gələ bilərdi və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin xx.xx.2023-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. İmişli RİHB-nin Göbəktala kənd inzibati ərazi dairəsi üzrə nümayəndiliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur və barəsində heç bir şikayət daxil olmamışdır. Cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CM-nin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər. İşə baxılarkən hadisənin baş vermə şəraiti ilə müdafiə tərəfinin göstərdiyi xüsusatlar tam, obyektiv və hərtərəfli araşdırılmışdır. Aparılmış araşdırma ilə bir daha hadisənin təhqiqat orqanının müəyyən etdiyi qaydada baş verməsi təsdiq edilmişdir. Toplanmış sübutlar da qanuni yolla əldə edilmişdir, onların mötəbərliyi heç bir şübhə doğurmur. Beləliklə, məhkəmə işdəki sübutları müqayisəli şəkildə qiymətləndirərək hesab edir ki, hadisə məhkəməyədək sadələşdirilmiş icraat materialında göstərilən qaydada və şəraitdə baş vermişdir. Məhkəmə iclasında bilavasitə araşdırılmış sübutlarla Təqsirləndirilən şəxs ona istinad edilən cinayət əməlini törətməsi tam təsdiq edilir. Təhqiqat orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə düzgün tövsif edilmiş və o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarının 1-ci bəndinə əsasən məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidir. Məhkəmə qeyd edir ki, cinayət cəzası dövlətin cinayət törədən şəxsə qarşı reaksiyası olmaqla, şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinin əsas hüquqi nəticəsidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsi Maddə 2.1. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir. Maddə 8.1. Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni, cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Maddə 41.1. Cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Maddə 41.2. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Maddə 58.1. Cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Maddə 58.3. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin göstərilən normalarının müəyyən etdiyi ədalət prinsipi və cəzanın təyin edilməsinin ümumi əsasları cəza təyin edilərkən törədilmiş cinayətin xarakterinin və ictimai təhlükəlilik dərəcəsinin nəzərə alınmasını nəzərdə tutmuşdur. Həmçinin, o da qeyd olunmalıdır ki, cəzanı yüngülləşdirən halları müəyyən edən CM-nin 59.1-ci maddəsində nəzərə alınması məcburi olan cəzanı yüngülləşdirən hallar, 59.2-ci maddəsində isə cinayət qanununda göstərilməyən, lakin cinayət hadisəsi və onu törətmiş şəxslə bağlı olan və məhkəmənin qiymətləndirməsinə bağlı olan cəzanı yüngülləşdirən hallar təsbit edilmişdir. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59.1.1, 59.1.12, 59.1.13 və 59.2-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs 63 yaşında olub, törətdiyi əməli etiraf edib səmimi peşmançılıq hissləri keçirdiyini, böyrək və prostat vəzi xəstəliyinə mübtəla olub, vaxtaşırı müalicələr almasını və yaşayış yerindən müsbət xarakterizə edilməsini onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən məsuliyyəti ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməli, həm məhkumlar, həm də digər şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almalıdır. Məhkəmə cəza təyin edərkən Təqsirləndirilən şəxs törətdiyi cinayətin ictimaitəhlükəlilik dərəcəsini və xarakterini, cəzasını yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halların olmamasını, ailəsinin mövcud maddi və sosial vəziyyətini nəzərə alır. Ona görə də, məhkəmə qeyd olunanları nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 128-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə cəzasının tətbiq edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə xərcləri yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356, 358, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirli bilinib, 1500 (bir min beş yüz) manat miqdarında cərimə cəzasına məhkum edilsin. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə xərcləri yoxdur. Hökmdən 20 gün müddətində İmişli Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Telman Quliyev
Məhkəmə qərarları › İş №1(036)-23/2024
İmişli Rayon Məhkəməsi Hökm — İş №1(036)-23/2024
26.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver