Azərbaycan Respublikası adından HÖKM İmişli rayonu İş № 1(036)-23/2025 11.03.2025 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Pirverdiyev Zaur Rafiq oğlunun sədrliyi, Hacıyeva Nuranə Busat qızının katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (Şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi İmişli rayon vəkil bürosunun vəkili Müdafiəçi2, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi İmişli rayon vəkil bürosunun vəkili Müdafiəçi1 iştirakları ilə, xx xxxx 1991-ci ildə İmişli rayonu, Ağcüyür kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, İmişli rayonu, Ağcüyür kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə, xx xxxx 1993-cü ildə İmişli rayonu, Ağcüyür kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, İmişli rayonu, Ağcüyür kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə təqsirləndirimələrinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 7 iyul 2021-ci il tarixdə, saat 01 radələrində İmişli rayonu, Bəcirəvan kəndində, “İmam Hüseyn” adına məscidin qarşısında həmkəndliləri Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs1 haqqında danışması barədə kənd arasında yayılmış söz-söhbətə aydınlıq gətirmək məqsədi ilə söhbət etdikdən sonra, bir qrup şəxs halında heç bir əsaslı səbəb olmadan, ictimai və şəxsi mənafelərə əhəmiyyətli zərər vuran, cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarında ifadə olunan ictimai yerdə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxs üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlərə yol verərək, Zərərçəkmiş şəxs bədənin müxtəlif nahiyələrinə yumruq və təpik zərbələr ilə vurmaqla sonuncuya sol dirsək oynağının qapalı küt travması, yumşaq toxumanın hematoması dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vuran, sol tapə-alın, sağ gicgah nahiyyələrində, sol çiyin qurşağı proyeksiyasında qançırlar, alın nahiyyəsində, boynun ön, yan səthlərində, sağ çiyin qurşağı proyeksiyasında, sol bazunun yuxarı 1/3-də bayır səthdə, sağ və sol dirsək oynağlarının arxa səthlərində, sol diz oynağının ön səthində, sol ayağın birinci barmağının üst səthində əsas falanqa proyeksiyasında sıyrıqlardan ibarət sağlamlığa zərər vurmayan xəsarətlər yetirmələri nəticəsində Zərərçəkmiş şəxs huşsuz və yerdə hərəkətsiz uzanmış vəziyyətə salaraq, səs-küyə ətrafda toplanmış şəxslərdə qorxu və həyəcan hissləri yaratmaqla, bir qrup şəxs halında xuliqanlıq etmişlər. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxslərin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, habelə ekspertiza rəyi və iş materiallarında olan digər sübutlar ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib ifadəsində bildirmişdir ki, kənd ərazisində danışılanlardan eşitdiyinə görə Yusif onun arxasınca xoşagəlməyən sözlər danışmışdır. 6 iyul 2021-ci il tarixdə, saat 23 radələrində İmişli rayonu, Bəcirəvan kəndinin ərazisində Yusifi görüb yaxınlaşaraq söhbət etmək istədiyini demişdir. Yusif hazırda işi olduğunu və bir azdan ona zəng edəcəyini bildirmişdir. 7 iyul 2021-ci il tarixdə, saat 01 radələrində Yusif ona zənə zəng edərək İmişli rayonu, Bəcirəvan kəndi ərazisində yerləşən “İmam Hüseyn” adına məscidin yaxınlığına gəlməsini demiş, o da deyilən yerə getmişdir. Həmin vaxt Yusif tək olmuşdur. O, Yusifin idarə etdiyi “Niva” markalı avtomobilə əyləşmiş, bir az söhbət etdikdən sonra avtomobildən düşmüşlər. Bu zaman qardaşı Pərviz məscidin yanında olmuşdur. Avtomobildən düşdükdən sonra Yusif anidən onun ünvanına nalayiq ifadə işlətmişdir. O, Yusifə tərəf getdiyi vaxt qardaşı Pərviz onları ayırmış, bu zaman Yusif yenidən nalayiq ifadə işlətdikdə Pərviz yumruqla Yusifin sifət nahiyəsindən vurmuşdur. Səs-küy yarandığından kənarda olan qonşular ayırmaq üçün onların yanına gəlmiş, bundan sonra hərə öz evinə getmişdir. Hazırda Zərərçəkmiş şəxs ilə barışmışdır və sonuncunun ondan heç bir şikayəti və tələbi yoxdur. Törətdiyi cinayət əməlindən peşmandır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib ifadəsində bildirmişdir ki, 6 iyul 2021-ci il tarixdə, təxminən saat 23:40 radələrində yaşadığı evin yaxınlığında yerləşən məscidin qarşısına çıxmışdır. Həmin vaxt həmkəndlisi Yusif idarə etdiyi avtomobillə məscidin yanına gəlmişdir. Həmin vaxt qardaşı Sahət də orada olmuşdur. Sahət Yusifin avtomobilinə minmişdir. Onlar məscidin yanından çıxıb getmiş, təxminən 10 dəqiqə sonra geri qayıdıb hər ikisi avtomobildən düşmüşlər. Yusif avtomobildən düşdükdən sonra qardaşı Sahətlə mübahisə etməyə başlamış, o da onlara yaxınlaşaraq Yusifi Sahətdən uzaqlaşdırmaq istəyəndə Yusif Sahətin ünvanına söyüş söydüyünə görə o, Yusifi yumruqla vurub əlbəyaxa dava edib Yusifi döymüşdür. Həmin vaxt orada olan qardaşı Sahət və həmkəndlisi Kənan onları aralaşdırmışdır. Daha sonra orada yaranmış səs-küyə kənd sakinləri də gəlmişlər. Kənd sakinləri gəldikdən sonra onlar oradan çıxıb getmişlər. Həmin vaxt qardaşı Sahət Yusifi vurmayıb. O, Yusifi yumruqla vurub yerə yıxaraq döymüşdür. Hazırda Zərərçəkmiş şəxs ilə barışmışdır və sonuncunun ondan heç bir şikayəti və tələbi yoxdur. Törətdiyi cinayət əməlindən peşmandır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, 6 iyul 2021-ci il tarixdə, saat 23 radələrində idarə etdiyi "Niva" markalı, **-PH-*** dövlət qeydiyyat nişanlı avtomobillǝ nişanlısı Sahibǝgilin evinə gedib nişanlısını və anası Aliməni həkimə aparmışdır. O, İmişli rayonunun Bəcirəvan kəndinin giriş hissəsində şəxsi işi ilə bağlı avtomobili saxlayıb düşdükdən sonra Sahət və Təqsirləndirilən şəxs2 ona yaxınlaşıb söhbət etmək istədiklərini bildirmiş, o isə xəstəxanaya gedəcəyini deyib avtomobilinə əyləşərək xəstəxanaya getmişdir. Xəstəxanada olan işlərini qurtardıqdan sonra yenidən yaşadığı Bəcirəvan kəndinə qayıdıb nişanlısı Sahibəni ilə anası Aliməni evlərinə aparmışdır. Bu zaman o, Sahət və Pərvizi nişanlısının evinin yaxınlığında gözlədiyini görmüşdür. Onlar ona yaxınlaşmış və bu zaman Sahət onun nişanlısı Sahibəni əvvəllər sevdiyini və arxası ilə iş gördüyünü irad kimi bildirərək, onu Sahibənin ətrafında görəcəyi təqdirdə öldürəcəyi ilə hədələmişdir. O da Sahətə Sahibənin artıq onun nişanlısı olduğunu bildirmişdir. Bundan sonra Sahət Sahibǝgilin evi istiqamətində getmək istəmiş, o isə Sahətə mane olub, Sahibəgilə getməsinin qarşısını alan zaman Sahət onun ünvanına nalayiq ifadə işlədərək sağ dizi ilə onun döş qəfəsindən vurmuşdur. Həmin vaxt Pərviz onun boyun nahiyəsindən tutaraq yerə yıxmışdır. O, yerdə olduğu zaman Pərviz onun boyun nahiyəsindən tutmağa davam etmiş, Sahət isə təpiklə onun bədəninin müxtəlif nahiyələrinə vurmağa başlamışdır. Həmin vaxt səs-küy yarandığından səs-küyə qonşular Kənan, Qulu, qaynı Sarif və Xəyyam gələrək onu Sahət və Pərvizin əlindən almışlar. Qonşuların onları ayırmasına baxmayaraq Sahət və Pərviz ikinci dəfə onun üzərinə, onun ünvanına nalayiq ifadələr işlədərək hücum etmişlər. Qonşuları onları ayırmasına baxmayaraq Pərviz qonşulardan yayınıb onun üzərinə hücum edərək yerə yıxıb vurmağa başlamış, qonşular yenə də onları ayıraraq, Sahət ilə Pərvizi oradan uzaqlaşdırmışlar. Hazırda təqsirləndirilən şəxslərlə barışmışdır və onlara qarşı heç bir şikayəti və tələbi yoxdur. İş üzrə Şahid1 məhkəmə iclasına gəlməmiş, lakin məhkəməyə teleqram ünvanlayaraq göstərmişdir ki, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. Məhkəmə iclasında Şahid1 elan olunmuş ifadəsindən görünür ki, o, ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, 7 iyul 2021-ci il tarixdə, saat 01 radələrində yaşadığı İmişli rayonu, Bəcirəvan kəndində yerləşən evində olan zaman səs-küy gəldiyini eşidib küçəyə çıxmışdır. Onun yaşadığı evdən “İmam Hüseyn” adına məscidə qədər təxminən 100 metr məsafə vardır. O məscidə tərəf gedərkən Sahət və Pərviz qardaşlarının Yusiflə mübahisə etdiyini görmüş və onlara yaxınlaşan zaman atası Nəzər ona zəng edib dərhal oradan uzaqlaşıb evə gəlməyi tapşırdığından, o evinə qayıtmışdır. Səhəri gün kənddə olan söhbətlərdən Sahət və Pərviz qardaşlarının Yusifi döyməsini eşitmişdir. Məhkəmə iclasında Şahid3 elan olunmuş ifadəsindən görünür ki, o, ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, 7 iyul 2021-ci il tarixdə, saat 01 radələrində İmişli rayonu, Bəcirəvan kəndində, “İmam Hüseyn” adına məscidin yaxınlığında yerləşən evində olarkən küçədən dava-dalaş səsi gəldiyini eşidib, dərhal küçəyə çıxmış və küçədə həmkəndlisi Təqsirləndirilən şəxs2 yerdə uzanmış vəziyyətdə Zərərçəkmiş şəxs boynundan tutub sıxdığını, Təqsirləndirilən şəxs1 isə onu təpik və yumruqla bədəninin müxtəlif nahiyələrinə vurduğunu görmüşdür. O, dərhal onları ayırmaq üçün getmiş və yaranmış səs-küyə həmçinin Yusifin atası Şirəli, sonra qonşusu Kənan və Sarif də gəlmişlər. Onları ayırdıqdan sonra Sahət və Pərviz oradan uzaqlaşıb getmiş, Yusif isə huşsuz vəziyyətdə olmuşdur. O, Yusifi yaşadığı evin həyətinə gətirib su vermiş və bir müddətdən sonra Yusif özünə gəlib evinə getmişdir. İş üzrə Şahid2 məhkəmə iclasına gəlməmiş, lakin məhkəməyə teleqram ünvanlayaraq göstərmişdir ki, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. Məhkəmə iclasında Şahid2 elan olunmuş ifadəsindən görünür ki, o, ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, 7 iyul 2021-ci il tarixdə, saat 01 radələrində o, yaşadığı İmişli rayonu, Bəcirəvan kəndində yerləşən evində televizora baxmışdır. Yaşadığı ev Bəcirəvan kəndinin mərkəzində yerləşən “İmam Hüseyn” adına məscidin yaxınlığında yerləşir. Bu zaman küçədən səs-küy eşitmiş və kimlərinsə dava-dalaş etdiyini başa düşüb dərhal küçəyə çıxmışdır. Darvazadan küçəyə çıxanda həmkəndlisi Təqsirləndirilən şəxs2 yerdə uzanmış vəziyyətdə Zərərçəkmiş şəxs boynundan tutub sıxdığını, Təqsirləndirilən şəxs1 isə Yusifi təpik və yumruqla bədəninin müxtəlif nahiyələrinə vurduğunu görmüşdür. Orada qonşusu Qulu onları ayırmağa çalışmışdır. O da dərhal onları ayırmaq üçün getmiş, yaranmış səs-küyə Yusifin atası Şirəli, sonra qonşusu Kənan gəlmişlər. Onları ayırdıqdan sonra Sahət və Pərviz oradan uzaqlaşıb getmiş, Yusif isə huşsuz vəziyyətdə olmuşdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Məhkəmə-tibbi ekspertizasının 7 iyul 2021-ci il tarixli, 189 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində sol dirsək oynağının qapalı küt travması, yumşaq toxumanın hematoması ilə müşayiət olunan, sol təpə-alın, sağ gicgah nahiyyələrində, sol çiyin qurşağı proyeksiyasında qançırlar, alın nahiyyesində, boynun ön, yan səthlərində, sağ çiyin qurşağı proyeksiyasında, sol bazunun yuxarı 1/3-də bayır səthdə, sağ ve sol dirsək oynağlarının arxa səthlərində, sol diz oynağının ön səthində, sol ayağın birinci barmağının üst səthində əsas falanqa proyeksiyasında sıyrıqlardan ibarət, küt əşyanın (əşyaların) təsirindən əmələ gəlmiş və əmələ gəlmə müddətləri 7 iyul 2021-ci il tarixə uyğun gələn xəsarətlər vardır. Ayrı-ayrılıqda sol dirsək oynağının qapalı küt travması, yumşaq toxumanın hematoması dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir, digər xəsarətlər: sol təpə-alın, sağgicgah nahiyyələrində, sol çiyin qurşağı proyeksiyasında qançırlar, alın nahiyyəsində, boynun ön, yan səthlərində, sağ çiyin qurşağı proyeksiyasında, sol bazunun yuxarı 1/3-də bayır səthdə, sağ və sol dirsək oynağlarının arxa səthlərində, sol diz oynağının ön sathinda, sol ayağın birinci barmağının üst səthində əsas falanqa proyeksiyasında sıyrıqlar isə sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir (cild 1, vərəq 17-19); Cinayət işinin başlanması haqqında xx.xx.2021-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs sağlamlığına qəsdən yüngül zərər vurulması faktına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə cinayət işi başlanmışdır (cild 1, vərəq 1-2); Zərərçəkmiş şəxs qismində tanınma haqqında xx.xx.2021-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs iş üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır (cild 1, vərəq 33); Cinayət əməlinin tövsif olunması haqqında xx.xx.2021-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə istintaq olunan ********* nömrəli cinayət işi həmin Məcəllənin 221.2.1-ci maddəsinə tövsif edilmişdir (cild 1, vərəq 91-92); Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında xx.xx.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə ittiham elan olunmuşdur (cild 1, vərəq 107-108); Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs2 barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir (cild 1, vərəq 151-152); Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə ittiham elan olunmuşdur (cild 1, vərəq 185-186); Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs1 barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir (cild 1, vərəq 202-204); Təqsirləndirilən şəxsə yenidən ittiham elan etmək haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə yenidən ittiham elan edilmişdir (cild 1, vərəq 208-209); Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onların özünün etirafedici ifadəsi, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onların cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsirləndirilən şəxslərə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 №-li qərarının 4-cü bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12 və 59.2-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs1 əməlini etiraf edib səmimi peşmançılıq çəkməsini, zərərçəkmiş şəxslə barışıq əldə etməsini və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran (CM-nin 61-ci maddəsində göstərilən) hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs1 cəza təyin edərkən onun şəxsiyyətini, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları (müəyyən edilməmişdir), habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq ona təqsirli bilindiyi maddələrin sanksiyası çərçivəsində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsini qanuni və ədalətli hesab edir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12 və 59.2-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs2 əməlini etiraf edib səmimi peşmançılıq çəkməsini, zərərçəkmiş şəxslə barışıq əldə etməsini, “Vətən müharibəsi” iştirakçısı olmasını və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran (CM-nin 61-ci maddəsində göstərilən) hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs2 cəza təyin edərkən onun şəxsiyyətini, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları (müəyyən edilməmişdir), habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq ona təqsirli bilindiyi maddələrin sanksiyası çərçivəsində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsini qanuni və ədalətli hesab edir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə təqsirli bilinməli, törətdikləri cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onların şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunmuş cəzanın onların islah olunmasına və ailələrinin həyat şəraitinə təsiri (CM-58.3) nəzərə alınmaqla təqsirli bilindikləri maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, təyin olunmuş cəza müddəti ərzində üzərilərinə CM-nin 52-1.2-ci maddəsində nəzərdə tutulmuş vəzifələr qoyulmalı və barələrində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə maddi sübut, mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ:
1. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə təqsirli bilinib 2 (iki) il 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təyin edilmiş cəza müddəti ərzində Təqsirləndirilən şəxs1 üzərinə hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, İmişli rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəza çəkməsinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın.
2. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə təqsirli bilinib 2 (iki) il 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təyin edilmiş cəza müddəti ərzində Təqsirləndirilən şəxs2 üzərinə hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, İmişli rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəza çəkməsinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmün icrası İmişli rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs1 15 saat göstərdiyi pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş müdafiəçi İmişli rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 90 (doxsan) manat məbləğində pul Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Təqsirləndirilən şəxs2 15 saat göstərdiyi pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş müdafiəçi İmişli rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1 90 (doxsan) manat məbləğində pul Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu gündən 20 gün müddətində Azərbaycan Respublikası CPMnin 385-ci maddəsində müəyyən edilmiş qaydada Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.
Hakim: Zaur Pirverdiyev