Azərbaycan Respublikası adından HÖKM İmişli rayonu İş № 1(036)-24/2023 25.01.2023 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Qurban Hamid oğlunun sədrliyi, Hacıyeva Nuranə Busat qızının katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxslər: Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs5 və Zərərçəkmiş şəxs6, Təqsirləndirlən şəxslər: Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və onların müdafiəçiləri Müdafiəçi1, Müdafiəçi2 və X3 iştirakları ilə 23 avqust 1983-cü il tarixdə Şamaxı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, himayəsində iki azyaşlı və bir yetkinlik yaşına çatmayan uşaqları olan, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3cü maddələri ilə, 10 avqust 1991-ci il tarixdə Şamaxı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işsiz, məhkumluğu olmayan, ünvan 2 ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3cü maddələri ilə, 15 avqust 1998-ci il tarixdə Ağsu rayonunun Padarqışlaq kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işsiz, əvvəllər Şamaxı rayon məhkəməsinin 06 aprel 2022ci il tarixli hökmü ilə AR CM-nin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4-cü maddələri ilə təqsirli bilinib 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, AR CM-nin 69.3-cü maddəsinə əsasən üzərində qəti olaraq 1 (bir) il 7 (yeddi) ay 27 (iyirmi yeddi) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, Ağsu rayonunun Padarqışlaq kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşamış, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 14 saylı Cəzaçəkmə müəssisəsində cəza çəkən Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 özgənin əmlakını gizli olaraq talama məqsədi ilə, qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək, 14 noyabr 2021-ci il tarixdə saat 02 radələrində Təqsirləndirilən şəxs1 idarə etdiyi “Qazel” markalı, **-BF-*** dövlət qeydiyyat nişanlı yük avtomobili ilə birlikdə Kürdəmir rayonunun Sor-Sor kəndinə gəldikdən sonra rolların bölgüsünə əsasən, sonuncu avtomobili saxlayıb pusquda dayanaraq gözətçilik etmiş, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 isə həmin kəndin ərazisində yerləşən, Zərərçəkmiş şəxs4 məxsus fərdi yaşayış evinin həyətyanı sahəsindəki saxlanc yeri hesab olunan tövləyə qanunsuz daxil olaraq hər birinin dəyəri 200 (iki yüz) manat olan yeddi baş qoyunu, hər birinin dəyəri 192 (yüz doxsan iki) manat olan dörd baş quzunu və hər birinin dəyəri 8 (səkkiz) manat olan səkkiz ədəd toyuğu oradan çıxardıb avtomobilin yanına gətirib avtomobilin yük yerinə yükləyib oradan uzaqlaşmış, bununla da onlar, qabaqcadan əlbir olan bir qrup şəxs halında saxlanc yerinə qanunsuz daxil olaraq özgənin əmlakını gizli yolla talayıb zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs4 2232 (iki min iki yüz otuz iki) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişlər. Bundan başqa onlar, özgənin əmlakını gizli olaraq talama məqsədi ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək 22 noyabr 2021-ci il tarixdə gecə saat 01 radələrində Təqsirləndirilən şəxs1 idarə etdiyi “Qazel” markalı, **-BF-*** dövlət qeydiyyat nişanlı yük avtomobili ilə birlikdə Kürdəmir rayonunun Pirili kəndinə gəldikdən sonra rolların bölgüsünə əsasən, sonuncu avtomobili saxlayıb pusquda dayanaraq gözətçilik etmiş, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 isə həmin kəndin ərazisində yerləşən, Zərərçəkmiş şəxs6 məxsus fərdi yaşayış evinin həyətyanı sahəsindəki saxlanc yeri hesab olunan tövləyə qanunsuz daxil olaraq hər birinin dəyəri 200 (iki yüz) manat olmaqla 2400 (iki min dörd yüz) manat dəyərində on iki baş qoyunu oradan çıxarmış, bununla da onlar, qabaqcadan əlbir olan bir qrup şəxs halında saxlanc yerinə qanunsuz daxil olaraq özgənin əmlakını gizli yolla talayıb, təkrarən, oğurluq etmişlər. Həmçinin onlar, özgənin əmlakını gizli olaraq talama məqsədi ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək, 22 noyabr 2021-ci il tarixdə gecə saat 02 radələrində Təqsirləndirilən şəxs1 idarə etdiyi “Qazel” markalı, **-BF-*** dövlət qeydiyyat nişanlı yük avtomobili ilə birlikdə Kürdəmir rayonunun Pirili kəndinə gəldikdən sonra rolların bölgüsünə əsasən, sonuncu avtomobili saxlayıb pusquda dayanaraq gözətçilik etmiş, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 isə həmin kəndin ərazisində yerləşən, Zərərçəkmiş şəxs5 məxsus fərdi yaşayış evinin həyətyanı sahəsindəki saxlanc yeri hesab olunan tövləyə qanunsuz daxil olaraq hər birinin dəyəri 150 (yüz əlli) manat olan dörd baş quzunu, hər birinin dəyəri 240 (iki yüz qırx) manat olan dörd baş ana qoyunu və hər birinin dəyəri 260 (iki yüz altmış) manat olan doqquz baş boğaz qoyunu oradan çıxardıb avtomobilin yanına gətirib avtomobilin yük yerinə yükləyib oradan uzaqlaşmış, bununla da onlar, qabaqcadan əlbir olan bir qrup şəxs halında saxlanc yerinə qanunsuz daxil olaraq özgənin əmlakını gizli yolla talayıb zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs5 3900 (üç min doqquz yüz) manat məbləğində maddi ziyan vurmaqla, təkrarən, oğurluq etmişlər. Eləcə də onlar, özgənin əmlakını gizli olaraq talama məqsədi ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək,18 dekabr 2021-ci il tarixdə gecə saat 02 radələrində Təqsirləndirilən şəxs1 idarə etdiyi “Qazel” markalı, **-BF-*** dövlət qeydiyyat nişanlı yük avtomobili ilə birlikdə Kürdəmir rayonunun Pirili kəndinə gəldikdən sonra rolların bölgüsünə əsasən, sonuncu avtomobili saxlayıb pusquda dayanaraq gözətçilik etmiş, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 isə həmin kəndin ərazisində yerləşən, Zərərçəkmiş şəxs3 məxsus fərdi yaşayış evinin həyətyanı sahəsindəki saxlanc yeri hesab olunan tövləyə qanunsuz daxil olaraq hər birinin dəyəri 320 (üç yüz iyirmi) manat olan altı baş qoyunu və 210 (iki yüz on) manat dəyərində bir baş quzunu oradan çıxardıb avtomobilin yanına gətirib avtomobilin yük yerinə yükləyib oradan uzaqlaşmış, bununla da onlar, qabaqcadan əlbir olan bir qrup şəxs halında saxlanc yerinə qanunsuz daxil olaraq özgənin əmlakını gizli yolla talayıb zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs3 2130 (iki min yüz otuz) manat məbləğində maddi ziyan vurmaqla, təkrarən, oğurluq etmişlər. Bundan başqa onlar, özgənin əmlakını gizli olaraq talama məqsədi ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək, 30 dekabr 2021-ci il tarixdə gecə saat 01 radələrində Təqsirləndirilən şəxs1 idarə etdiyi “Qazel” markalı, **-BF-*** dövlət qeydiyyat nişanlı yük avtomobili ilə Abşeron rayonunun Qobu qəsəbəsi, Təzəkənd kəndi ərazisində yerləşən yanacaq doldurma məntəqəsinin yaxınlığına gəldikdən sonra rolların bölgüsünə əsasən, sonuncu avtomobili saxlayıb pusquda dayanaraq gözətçilik etmiş, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 isə həmin kəndin ərazisində yerləşən, Zərərçəkmiş şəxs1 məxsus fərdi yaşayış evinin həyətyanı sahəsindəki saxlanc yeri hesab olunan tövləyə qanunsuz daxil olaraq hər birinin dəyəri 170 (yüz yetmiş) manat olan on bir baş qoyunu və hər birinin dəyəri 150 (yüz əlli) manat olan yeddi baş quzunu, hər birinin dəyəri 80 (səksən) manat olan dörd baş erkək keçini və 300 (üç yüz) manat dəyərində bir baş dişi qoyunu oradan çıxardıb avtomobilin yanına gətirib avtomobilin yük yerinə yükləyib oradan uzaqlaşmış, bununla da onlar, qabaqcadan əlbir olan bir qrup şəxs halında saxlanc yerinə qanunsuz daxil olaraq özgənin əmlakını gizli yolla talayıb zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 3540 (üç min beş yüz qırx) manat məbləğində maddi ziyan vurmaqla, təkrarən, oğurluq etmişlər. Nəhayət onlar, özgənin əmlakını gizli olaraq talama məqsədi ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək, 5 yanvar 2022-ci il tarixdə gecə saat 02 radələrində Təqsirləndirilən şəxs1 idarə etdiyi “Qazel” markalı, **-BF-*** dövlət qeydiyyat nişanlı yük avtomobili ilə birlikdə İmişli rayonunun Allahmədətli qəsəbəsinə gəldikdən sonra rolların bölgüsünə əsasən, sonuncu avtomobili saxlayıb pusquda dayanaraq gözətçilik etmiş, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 isə həmin qəsəbənin ərazisində yerləşən, Zərərçəkmiş şəxs2 məxsus fərdi yaşayış evinin həyətyanı sahəsindəki saxlanc yeri hesab olunan tövləyə qanunsuz daxil olaraq hər birinin dəyəri 275 (iki yüz yetmiş beş) manat olan altı baş qoyunu, hər birinin dəyəri 150 (yüz əlli) manat olan beş baş quzunu və 420 (dörd yüz iyirmi) manat dəyərində bir baş qoçu oradan çıxardıb avtomobilin yanına gətirib avtomobilin yük yerinə yükləyib oradan uzaqlaşmış, bununla da onlar, qabaqcadan əlbir olan bir qrup şəxs halında saxlanc yerinə qanunsuz daxil olaraq özgənin əmlakını gizli yolla talayıb zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 2820 (iki min səkkiz yüz iyirmi) manat məbləğində maddi ziyan vurmaqla, təkrarən, oğurluq etmişlər. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə elan edilmiş ittihamda özünü təqsirli bilib ifadəsində göstərdi ki, 13 noyabr 2021-ci il tarixdə axşam saat 23 radələrində dostları və həmkəndliləri Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3lə birlikdə ona məxsus “Qazel” markalı, **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobillə oğurluq etmək üçün Kürdəmir rayonunun Sor-sor kəndinə gəlmişlər. 14 noyabr 2021-ci il tarixdə gecə saat 01 radələrində avtomobili yolun kənarında saxlamış, Babəklə Vüsal heyvan oğurlamaq üçün avtomobildən düşüb getmiş, o isə onları orada gözləmişdir. Təxminən bir saat sonra Babək və Vüsalın qarşılarında 11 baş qoyunla ona doğru gəldiklərini görmüşdür. O, avtomobildən düşüb birlikdə qoyunları avtomobilin yük yerinə yükləmişlər. Həmin vaxt Babəklə Vüsal özləri ilə 8 ədəd başı kəsilmiş toyuq da gətirmişlər. Sonra onlar heyvanları satmaq üçün Göyçay rayonuna tərəf gedən zaman toyuqları avtomobildən çölə atmışlar. Onlar 14 noyabr 2021-ci il tarixdə 11 baş qoyun heyvanlarını 1150 manata bazarda satıb, Şamaxı rayonuna qayıdıb pulu bərabər bölüb evlərinə getmişlər. Bundan başqa, 21 noyabr 2021-ci il tarixdə axşam saat 22 radələrində Vüsal və Babəklə birlikdə ona məxsus “Qazel” markalı, **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobillə oğurluq etmək üçün Kürdəmir rayonunun Pirili kəndinə getmişlər. 22 noyabr 2021-ci il tarixdə gecə saat 00:30 radələrində avtomobili yolun kənarında saxlamış Vüsalla Babək heyvan oğurlamaq üçün avtomobildən düşüb getmiş, o isə onları orada gözləmişdir. Təxminən 30-40 dəqiqə X13 qarşılarında 12 baş qoyunla ona doğru gəldiklərini görmüşdür. Bu zaman yolla hərəkət edən traktorun səsini eşidib Vüsalla Babək traktor sürücüsü tərəfindən görülmələrindən qorxub qoyunları buraxaraq avtomobilə əyləşmiş və onlar oradan uzaqlaşmışlar. Həmçinin, 22 noyabr 2021-ci il tarixdə saat 01 radələrində o, Vüsal və Babəklə birlikdə yenidən oğurluq etmək üçün Kürdəmir rayonunun Pirili kəndinə gəlmişlər. Vüsalla Babək heyvan oğurlamaq üçün avtomobildən düşüb getmiş, o isə onları orada gözləmişdir. Təxminən bir saat X13 qarşılarında 17 baş qoyunla ona tərəf gəlmişlər. O, avtomobildən düşüb birlikdə qoyunları avtomobilin yük yerinə yükləyib oradan uzaqlaşıb birlikdə Şamaxı rayonuna qayıtmışlar. Qoyun heyvanları həmin gün onun avtomobilində qalmışdır. 23 noyabr 2021-ci il tarixdə o, Vüsal və Babəklə birlikdə İmişli rayonuna gəlib avtomobili bazarın çöl tərəfində saxlayıb elə orada da 12 baş qoyun və 5 baş quzunu 1600 manata satmışlar. Sonra onlar Şamaxı rayonuna qayıdıb pulu bərabər bölüb ayrılmışlar. Eləcə də, 17 dekabr 2021-ci il tarixdə saat 11 radələrində Şamaxı rayonunda Vüsal və Babəklə çayxanada çay içərkən Kürdəmir rayonuna gedib oğurluq etmək qərarına gəlmişlər. Həmin gün axşam saat 22 radələrində ona məxsus “Qazel” markalı, **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobillə oğurluq etmək üçün Kürdəmir rayonunun Pirili kəndinə getmişlər. 18 dekabr 2021-ci il tarixdə gecə saat 01 radələrində avtomobili yolun kənarında saxlamış, aralarında olan rol bölgüsünə əsasən Vüsalla Babək oğurluğu etməkdə icraçı, o isə ətrafa nəzarət edən olmuşdur. Vüsalla Babək heyvan oğurlamaq üçün avtomobildən düşüb getmiş, o isə onları orada gözləmişdir. Təxminən bir saat X13 qarşılarında 6 baş qoyun və 1 baş quzu heyvanı ilə gəlmişlər. O, avtomobildən düşüb birlikdə qoyunları avtomobilin yük yerinə yükləmişlər. Sonra oradan çıxıb heyvanları satmaq üçün Göyçay rayonuna getmişlər. Elə həmin gün 6 baş qoyun və 1 baş quzunu 700 manata bazarda satıb, Şamaxı rayonuna qayıdıb pulu bərabər bölüb evlərinə getmişlər. Bundan başqa, 2021-ci ilin dekabr ayının ortalarında onlar Şamaxı rayonunda yeməkxanada yemək yeyərkən söhbət zamanı oğurluq edib pul qazanmaq qərarına gəlmişlər. Bu məqsədlə onlar 29 dekabr 2021-ci il tarixdə saat 12 radələrində Şamaxı rayonunda bazarın yanında görüşmüş və aralarında olan razılaşmaya əsasən Vüsalla Babək Bakı şəhərinə getməli, o isə həmin gün saat 23 radələrində idarə etdiyi «QAZEL» markalı, ** BF *** qeydiyyat nişanlı avtomobillə Abşeron rayonunun Təzəkənd kəndində olan yanacaq doldurma məntəqəsinin yaxınlığında onları gözləməli imiş. X13 «Ford» markalı yol maşını ilə Bakı şəhərinə getmişlər. Razılaşdıqları kimi həmin gün saat 23 radələrində o, idarə etdiyi «QAZEL» markalı avtomobillə Abşeron rayonunun Qobu qəsəbəsi Təzəkənd kəndi yaxınlığında olan yanacaq doldurma məntəqəsinin yaxınlığına gəlmiş və idarə etdiyi avtomobili yolun kənarında saxlayıb avtomobildə yatmışdır. Təxminən 1-2 saat sonra Vüsal gəlib onu yuxudan oyatmışdır. Onlar birlikdə yaxınlıqda olan təpənin arxasına keçmiş və orada Babəkin qarşısında təxminən 23 baş xırda buynuzlu heyvanla dayandığını görmüşdür. Onlar həmin xırda buynuzlu heyvanları avtomobilin yük yerinə yükləyib, birlikdə onun idarə etdiyi avtomobillə Bərdə rayonunda yerləşən mal bazarına getmişlər. Bərdə bazarında üç baş keçini 150 manata, üç baş qoyunu isə 300 manata satmışlar. Qalan heyvanları isə sata bilməmişlər. Bu səbəbdən onlar qalan heyvanları tanışı Alim adlı şəxsin Ağsu rayonunda yerləşən fermasına gətirmiş və həmin heyvanları orada ona 2000 manata satmışlar. Əldə etdikləri 2450 manatdan 200 manatını avtomobilin yanacağına və yeməyə çıxmış, 2250 manat pulu isə hər birinə 750 manat olmaqla aralarında bölmüşlər. Bundan sonra onlar Şamaxı rayonuna qayıtmışlar. Nəhayət, 04 yanvar 2022-ci il tarixdə saat 14 radələrində Vüsal və Babəklə Şamaxı şəhərində yerləşən çayxanada çay içərkən yenidən oğurluq etmək qərarına gəlmişlər. Həmin gün axşam saat 23 radələrində onlar Şamaxı şəhərində görüşüb onun idarə etdiyi “Qazel” markalı, **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobillə oğurluq etmək üçün yola çıxmışlar. 05 yanvar 2022-ci il tarixdə gecə saat 02 radələrində İmişli rayonunun Allahmədətli kəndinə çatmış və avtomobili yolun kənarında saxlamışlar. O, avtomobilin yanında gözləmiş, Vüsalla Babək isə piyada həmin kənddə oğurluq etmək üçün yer axtarmışlar. Təxminən yarım saat X13in 12 baş xırdabuynuzlu qoyun heyvanı ilə gəldiklərini görmüşdür. Onlar qoyunları avtomobilin yük yerinə yükləyib oradan birbaşa qoyunları satmaq üçün Salyan rayonunda yerləşən mal bazarına getmişlər. Saat 06 radələrində Salyan rayonunda yerləşən mal bazarına çatıb qoyunları tanımadıqları şəxslərə ümumilikdə 1200 manata satmışlar. Bundan sonra onlar bazardan çıxıb evə getmişlər. Əldə etdikləri pulun 200 manatını yol xərclərinə çıxdıqdan sonra yerdə qalan 1000 manatını öz aralarında bölmüşlər. Törətmiş olduğu cinayət əməlindən səmimi peşmandır. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə elan edilmiş ittihamda özünü təqsirli bilib ifadəsində göstərdi ki, 14 noyabr 2021-ci il tarixdə gecə saat 01 radələrində dostları və həmkəndliləri Babək və Raminlə birlikdə istifadələrində olan telefonları söndürərək sonuncunun idarə etdiyi “Qazel” markalı, **-BF- *** dövlət qeydiyyat nişanlı avtomobillə oğurluq etmək üçün Kürdəmir rayonunun Sor-sor kəndinə getmişlər. Həmin gün gecə saat 03 radələrində onlar kəndə çatmış və Ramin avtomobili kənddə yolun kənarında saxlamışdır. Aralarında olan rol bölgüsünə əsasən o və Babək oğurluğu etməkdə icraçı, Ramin isə ətrafa nəzarət edən olmuşdur. O, Babəklə heyvan oğurlamaq üçün avtomobildən düşüb getmiş, Ramin isə onları orada gözləmişdir. O, Babəklə birlikdə kənddə yerləşən evlərin birinin həyətində yerləşən tövlədən 11 baş qoyun heyvanını və 8 ədəd toyuğu oğurlamışlar. Sonra heyvanları qarşılarına salıb avtomobili saxladıqları yerə gətirmişlər. Toyuqlar səs etməsin deyə başlarını kəsib torbaya yığmışlar. Ramin avtomobildən düşüb onlarla birlikdə qoyunları avtomobilin yük yerinə yükləmişlər. Sonra heyvanları satmaq üçün Göyçay rayonuna gedən zaman toyuqları avtomobildən çölə atmışlar. 14 noyabr 2022-ci il tarixdə 11 baş qoyun heyvanlarını 1150 manata bazarda satıb Şamaxı rayonuna qayıdıb pulu aralarında bərabər bölüb evlərinə getmişlər. Bundan başqa 21 noyabr 2021-ci il tarixdə Babək və Raminlə birlikdə istifadələrində olan telefonları söndürərək sonuncunun idarə etdiyi “Qazel” markalı, **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobillə oğurluq etmək üçün Kürdəmir rayonunun Pirili kəndinə getmişlər. 22 noyabr 2022-ci il tarixdə gecə saat 01 radələrində onlar kəndə çatmış və Ramin avtomobili yolun kənarında saxlamışdır. Aralarında olan rol bölgüsünə əsasən o və Babək oğurluğu etməkdə icraçı, Ramin isə ətrafa nəzarət edən olmuşdur. O, Babəklə heyvan oğurlamaq üçün avtomobildən düşüb getmiş, Ramin isə onları orada gözləmişdir. Kənddə yerləşən evlərin birinin həyətindəki tövlədən 12 baş qoyun heyvanı oğurlayıb yola çıxarmışlar. Onlar heyvanları qarşılarına salıb avtomobili saxladıqları yerə doğru gedən zaman yolla hərəkət edən traktorun səsini eşitmişlər. Onlar görüləcəklərindən qorxub qoyunları yolun kənarında buraxıb qaçaraq avtomobilə əyləşib oradan uzaqlaşmışlar. Həmçinin, 22 noyabr 2022-ci il tarixdə gecə saat 02 radələrində o, Babək və Raminlə birlikdə yenidən oğurluq etmək üçün sonuncunun idarə etdiyi “Qazel” markalı, **- BF-*** dövlət qeydiyyat nişanlı avtomobillə Kürdəmir rayonunun Pirili kəndinə gəlmişlər. O, Babəklə heyvan oğurlamaq üçün avtomobildən düşüb getmiş, Ramin isə onları orada gözləmişdir. O, Babəklə birlikdə kənddə yerləşən evlərin birinin tövləsindən 17 baş qoyun heyvanları oğurlayıb avtomobilin yanına gətirib birlikdə qoyunları avtomobilin yük yerinə yükləyib oradan uzaqlaşıb Şamaxı rayonuna qayıtmışlar. Qoyun heyvanları həmin gün Raminin avtomobilində qalmışdır. 22 noyabr 2022-ci il tarixdə onlar heyvanları satmaq üçün birlikdə İmişli rayonunda yerləşən mal bazarına gəlmiş, avtomobili bazarın çöl tərəfində saxlayıb elə orada da 12 baş qoyun və 5 baş quzunu 1600 manata satmışlar. Sonra onlar Şamaxı rayonuna qayıdıb pulu aralarında bərabər bölüb ayrılmışlar. Eləcə də, 17 dekabr 2021-ci il tarixdə saat 11 radələrində Şamaxı rayonunda Babək və Raminlə birlikdə çayxanada çay içərkən Kürdəmir rayonuna gedib oğurluq etmək qərarına gəlmişlər. Həmin gün axşam saat 23 radələrində onlar Raminə məxsus “Qazel” markalı, **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobillə oğurluq etmək üçün Kürdəmir rayonunun Pirili kəndinə yola düşmüşlər. Oğurluğa getməmişdən əvvəl istifadələrində olan mobil telefonları söndürmüşlər. 18 dekabr 2022-ci il tarixdə gecə saat 02 radələrində kəndə çatıb Ramin avtomobili yolun kənarında saxlamışdır. Aralarında olan rol bölgüsünə əsasən o, Babəklə oğurluğu etməkdə icraçı, Ramin isə ətrafa nəzarət edən olmuşdur. O, Babəklə heyvan oğurlamaq üçün avtomobildən düşüb getmiş, Ramin isə onları orada gözləmişdir. Kənddə yerləşən evlərin birinin tövləsindən 6 baş qoyun və 1 baş quzu heyvanını oğurlayıb qarşılarına salıb avtomobili saxladıqları yerə gətirmişlər. Ramin avtomobildən düşüb onlarla birlikdə qoyunları avtomobilin yük yerinə yükləmişlər. Sonra onlar oradan çıxıb heyvanları satmaq üçün Göyçay rayonuna getmişlər. 18 dekabr 2022ci il tarixdə 6 baş qoyun və 1 baş quzu heyvanlarını 700 manata bazarda satıb Şamaxı rayonuna qayıdıb pulu aralarında bərabər bölüb evlərinə getmişlər. Bundan başqa, 30 dekabr 2021-ci il tarixdə gecə saat 01 radələrində Babək və Raminlə birlikdə aralarında olan razılığa əsasən oğurluq etmək üçün Abşeron rayonunun Qobu qəsəbəsinin Təzəkənd kəndinə getmişlər. O, Babəklə heyvan oğurlamaq üçün avtomobildən düşüb getmiş, Ramin isə onları orada gözləmişdir. Kənddə yerləşən evlərin birinin tövləsindən 23 baş xırdabuynuzlu heyvanı oğurlayıb qarşılarına salıb avtomobili saxladıqları yerə gətirmişlər. Onlar həmin xırda buynuzlu heyvanları avtomobilin yük yerinə yükləyib, birlikdə Raminin idarə etdiyi avtomobillə Bərdə rayonunda yerləşən mal bazarına getmişlər. Bərdə bazarında üç baş keçini 150 manata, üç baş qoyunu isə 300 manata satmışlar. Qalan heyvanları isə sata bilməmişlər. Bu səbəbdən onlar qalan heyvanları Raminin tanışı Alim adlı şəxsin Ağsu rayonunda yerləşən fermasına gətirmiş və həmin heyvanları orada ona 2000 manata satmışlar. Əldə etdikləri 2450 manatdan 200 manatını avtomobilin yanacağına və yeməyə çıxmış, 2250 manat pulu isə hər birinə 750 manat olmaqla aralarında bölmüşlər. Bundan sonra onlar Şamaxı rayonuna qayıtmışlar. Nəhayət, 04 yanvar 2022-ci il tarixdə saat 14 radələrində o, Ramin və Babəklə Şamaxı şəhərində yerləşən çayxanada çay içərkən yenidən oğurluq etmək qərarına gəlmişlər. Həmin gün axşam saat 23 radələrində onlar Şamaxı şəhərində görüşüb Raminin idarə etdiyi “Qazel” markalı, **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobillə oğurluq etmək üçün yola çıxmışlar. 05 yanvar 2022-ci il tarixdə gecə saat 02 radələrində İmişli rayonunun Allahmədətli kəndinə çatmış və Ramin avtomobili yolun kənarında saxlamışdır. Ramin avtomobilin yanında gözləmiş, o isə Babəklə piyada həmin kənddə oğurluq etmək üçün yer axtarmışlar. Təxminən piyada 500 metr getdikdən sonra yolun qırağında yerləşən tövlədən oğurluq etmək qərarına gəlmiş və hasardan tullanıb içəri keçmişlər. Onlar tövlənin küçəyə olan qapısını açıb oradan 12 baş xırda buynuzlu qoyun heyvanı oğurlamışlar. Sonra həmin heyvanları qarşılarına salıb avtomobilin yanına gətirmişlər. Onlar qoyunları avtomobilin yük yerinə yükləyib oradan birbaşa qoyunları satmaq üçün Salyan rayonunda yerləşən mal bazarına getmişlər. Saat 06 radələrində Salyan rayonunda yerləşən mal bazarına çatıb qoyunları tanımadıqları şəxslərə ümumilikdə 1200 manata satmışlar. Bundan sonra onlar bazardan çıxıb evə getmişlər. Əldə etdikləri pulun 200 manatını yol xərclərinə çıxdıqdan sonra yerdə qalan 1000 manatını öz aralarında bölmüşlər. Törətmiş olduğu cinayət əməlindən səmimi peşmandır. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə elan edilmiş ittihamda özünü təqsirli bilib ifadəsində göstərdi ki, 14 noyabr 2021-ci il tarixdə gecə saat 01 radələrində dostları və həmkəndliləri Vüsal və Raminlə birlikdə istifadələrində olan telefonları söndürərək sonuncuya məxsus “Qazel” markalı, **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobillə oğurluq etmək üçün Kürdəmir rayonunun Sor-sor kəndinə getmişlər. Həmin gün gecə saat 03 radələrində kəndə çatmış və Ramin avtomobili yolun kənarında saxlamışdır. Aralarında olan rol bölgüsünə əsasən o və Vüsal oğurluğu etməkdə icraçı, Ramin isə ətrafa nəzarət edən olmuşdur. O, Vüsalla heyvan oğurlamaq üçün avtomobildən düşüb getmiş, Ramin isə onları orada gözləmişdir. O, Vüsalla birlikdə kənddə yerləşən evlərin birinin həyətində yerləşən tövlədən 11 baş qoyun heyvanını və 8 ədəd toyuğu oğurlamışlar. Sonra heyvanları qarşılarına salıb avtomobili saxladıqları yerə gətirmişlər. Toyuqlar səs etməsin deyə başlarını kəsib torbaya yığmışlar. Ramin avtomobildən düşüb onlarla birlikdə qoyunları avtomobilin yük yerinə yükləmişlər. Sonra heyvanları satmaq üçün Göyçay rayonuna gedən zaman toyuqları avtomobildən çölə atmışlar. 14 noyabr 2022-ci il tarixdə 11 baş qoyun heyvanlarını 1150 manata bazarda satıb Şamaxı rayonuna qayıdıb pulu aralarında bərabər bölüb evlərinə getmişlər. Bundan başqa 21 noyabr 2021-ci il tarixdə Vüsal və Raminlə birlikdə istifadələrində olan telefonları söndürərək sonuncunun idarə etdiyi “Qazel” markalı, **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobillə oğurluq etmək üçün Kürdəmir rayonunun Pirili kəndinə getmişlər. 22 noyabr 2022-ci il tarixdə gecə saat 01 radələrində onlar kəndə çatmış və Ramin avtomobili yolun kənarında saxlamışdır. Aralarında olan rol bölgüsünə əsasən o və Vüsal oğurluğu etməkdə icraçı, Ramin isə ətrafa nəzarət edən olmuşdur. O, Vüsalla heyvan oğurlamaq üçün avtomobildən düşüb getmiş, Ramin isə onları orada gözləmişdir. Kənddə yerləşən evlərin birinin həyətindəki tövlədən 12 baş qoyun heyvanı oğurlayıb yola çıxarmışlar. Onlar heyvanları qarşılarına salıb avtomobili saxladıqları yerə doğru gedən zaman yolla hərəkət edən traktorun səsini eşitmişlər. Onlar görüləcəklərindən qorxub qoyunları yolun kənarında buraxıb qaçaraq avtomobilə əyləşib oradan uzaqlaşmışlar. Həmçinin, 22 noyabr 2022-ci il tarixdə gecə saat 02 radələrində o, Vüsal və Raminlə birlikdə yenidən oğurluq etmək üçün sonuncunun idarə etdiyi “Qazel” markalı, **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobillə Kürdəmir rayonunun Pirili kəndinə gəlmişlər. O, Vüsalla heyvan oğurlamaq üçün avtomobildən düşüb getmiş, Ramin isə onları orada gözləmişdir. O, Vüsalla birlikdə kənddə yerləşən evlərin birinin tövləsindən 17 baş qoyun heyvanları oğurlayıb avtomobilin yanına gətirib birlikdə qoyunları avtomobilin yük yerinə yükləyib oradan uzaqlaşıb Şamaxı rayonuna qayıtmışlar. Qoyun heyvanları həmin gün Raminin avtomobilində qalmışdır. 22 noyabr 2022-ci il tarixdə onlar heyvanları satmaq üçün birlikdə İmişli rayonunda yerləşən mal bazarına gəlmiş, avtomobili bazarın çöl tərəfində saxlayıb elə orada da 12 baş qoyun və 5 baş quzunu 1600 manata satmışlar. Sonra onlar Şamaxı rayonuna qayıdıb pulu aralarında bərabər bölüb ayrılmışlar. Eləcə də, 17 dekabr 2021-ci il tarixdə saat 11 radələrində Şamaxı rayonunda Vüsal və Raminlə birlikdə çayxanada çay içərkən Kürdəmir rayonuna gedib oğurluq etmək qərarına gəlmişlər. Həmin gün axşam saat 23 radələrində onlar Raminə məxsus “Qazel” markalı, **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobillə oğurluq etmək üçün Kürdəmir rayonunun Pirili kəndinə yola düşmüşlər. Oğurluğa getməmişdən əvvəl istifadələrində olan mobil telefonları söndürmüşlər. 18 dekabr 2022-ci il tarixdə gecə saat 02 radələrində kəndə çatıb Ramin avtomobili yolun kənarında saxlamışdır. Aralarında olan rol bölgüsünə əsasən o, Vüsalla oğurluğu etməkdə icraçı, Ramin isə ətrafa nəzarət edən olmuşdur. O, Vüsalla heyvan oğurlamaq üçün avtomobildən düşüb getmiş, Ramin isə onları orada gözləmişdir. Kənddə yerləşən evlərin birinin tövləsindən 6 baş qoyun və 1 baş quzu heyvanını oğurlayıb qarşılarına salıb avtomobili saxladıqları yerə gətirmişlər. Ramin avtomobildən düşüb onlarla birlikdə qoyunları avtomobilin yük yerinə yükləmişlər. Sonra onlar oradan çıxıb heyvanları satmaq üçün Göyçay rayonuna getmişlər. 18 dekabr 2022ci il tarixdə 6 baş qoyun və 1 baş quzu heyvanlarını 700 manata bazarda satıb Şamaxı rayonuna qayıdıb pulu aralarında bərabər bölüb evlərinə getmişlər. Bundan başqa, 30 dekabr 2021-ci il tarixdə gecə saat 01 radələrində Vüsal və Raminlə birlikdə aralarında olan razılığa əsasən oğurluq etmək üçün Abşeron rayonunun Qobu qəsəbəsinin Təzəkənd kəndinə getmişlər. O, Vüsalla heyvan oğurlamaq üçün avtomobildən düşüb getmiş, Ramin isə onları orada gözləmişdir. Kənddə yerləşən evlərin birinin tövləsindən 23 baş xırdabuynuzlu heyvanı oğurlayıb qarşılarına salıb avtomobili saxladıqları yerə gətirmişlər. Onlar həmin xırda buynuzlu heyvanları avtomobilin yük yerinə yükləyib, birlikdə Raminin idarə etdiyi avtomobillə Bərdə rayonunda yerləşən mal bazarına getmişlər. Bərdə bazarında üç baş keçini 150 manata, üç baş qoyunu isə 300 manata satmışlar. Qalan heyvanları isə sata bilməmişlər. Bu səbəbdən onlar qalan heyvanları Raminin tanışı Alim adlı şəxsin Ağsu rayonunda yerləşən fermasına gətirmiş və həmin heyvanları orada ona 2000 manata satmışlar. Əldə etdikləri 2450 manatdan 200 manatını avtomobilin yanacağına və yeməyə çıxmış, 2250 manat pulu isə hər birinə 750 manat olmaqla aralarında bölmüşlər. Bundan sonra onlar Şamaxı rayonuna qayıtmışlar. Nəhayət, 04 yanvar 2022-ci il tarixdə saat 14 radələrində o, Vüsal və Babəklə Şamaxı şəhərində yerləşən çayxanada çay içərkən yenidən oğurluq etmək qərarına gəlmişlər. Həmin gün axşam saat 23 radələrində onlar Şamaxı şəhərində görüşüb Raminin idarə etdiyi “Qazel” markalı, **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobillə oğurluq etmək üçün yola çıxmışlar. 05 yanvar 2022-ci il tarixdə gecə saat 02 radələrində İmişli rayonunun Allahmədətli kəndinə çatmış və Ramin avtomobili yolun kənarında saxlamışdır. Ramin avtomobilin yanında gözləmiş, o isə Vüsalla piyada həmin kənddə oğurluq etmək üçün yer axtarmışlar. Təxminən piyada 500 metr getdikdən sonra yolun qırağında yerləşən tövlədən oğurluq etmək qərarına gəlmiş və hasardan tullanıb içəri keçmişlər. Onlar tövlənin küçəyə olan qapısını açıb oradan 12 baş xırda buynuzlu qoyun heyvanı oğurlamışlar. Sonra həmin heyvanları qarşılarına salıb avtomobilin yanına gətirmişlər. Onlar qoyunları avtomobilin yük yerinə yükləyib oradan birbaşa qoyunları satmaq üçün Salyan rayonunda yerləşən mal bazarına getmişlər. Saat 06 radələrində Salyan rayonunda yerləşən mal bazarına çatıb qoyunları tanımadıqları şəxslərə ümumilikdə 1200 manata satmışlar. Bundan sonra onlar bazardan çıxıb evə getmişlər. Əldə etdikləri pulun 200 manatını yol xərclərinə çıxdıqdan sonra yerdə qalan 1000 manatını öz aralarında bölmüşlər. Törətmiş olduğu cinayət əməlindən səmimi peşmandır. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 törətmiş olduqları cinayət əməlləri özlərinin etirafı ilə yanaşı iş üzrə dindirilmiş zərər çəkmiş şəxslərin və şahidlərin ifadələri, ekspert və mütəxəssis rəyləri, iş materialları və işin digər obyektiv halları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmədə zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, 05 yanvar 2022-ci il tarixdə İmişli rayonunun Allahmədətli kəndində yerləşən fərdi yaşayış evində səhər saat 08 radələrində həmişə olduğu kimi xırda buynuzlu qoyun heyvanlarının balalarını yemləmək üçün həyətində olan tövləyə getmiş, tövlənin qapısının açıq vəziyyətdə olduğunu görüb tövləyə girmiş və həmin vaxt tövlədən 8 baş qoyunun və 5 baş quzunun naməlum şəxslər tərəfindən oğurlandığını müəyyən etmişdir. Oğurluq edən şəxslər evin həyətinə hasardan tullanmaqla daxil olmuşlar. Daha sonra tövlənin həyətə olan qapısından içəri girib oradan tövlənin küçəyə olan qapısını açıb 13 baş qoyunu çıxarıb aparmışlar. O, dərhal oğurluq barədə polis şöbəsinə məlumat vermişdir. Oğurluq nəticəsində ona təxminən 2800 manat maddi ziyan dəymişdir. Hazırda təqsirləndirilən şəxslər tərəfindən ona vurulmuş maddi ziyan tam şəkildə ödənilmişdir. Ona görə də onun təqsirləndirilən şəxslərə qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmədə zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərdi ki, yaşadığı Kürdəmir rayonunun Pirili kəndində həyətyanı sahəsində tövlədə 10 baş ana qoyun və 4 baş quzu saxlayırmış. Tövlənin küçəyə açılan taxta qapısı olmuş və ana qoyunları hər gün kəndin naxırına qoşub axşamlar isə tövlədə saxlayırmış. 16 dekabr 2021-ci il tarixdə saat 21 radələrində həmişə olduğu kimi qoyunları tövləyə salıb qapının cəftəsini bağlamış, səhəri gün isə, yəni 17 dekabr 2021-ci il tarixdə saat 07 radələrində tövləyə gəlib heyvanlara ot verərkən qoyunlardan 6 baş ana qoyun və 1 baş dişi quzunun tövlədən oğurlandığını görmüşdür. Naməlum şəxslər tövlənin küçədən olan qapısını açıb içəri daxil olmuşlar. O, dərhal Azərbaycan Respublikası DİN-in 102 xidmətinə zəng edib oğurluq barədə məlumat vermişdir. Oğurluq nəticəsində ona təxminən 2130 manat maddi ziyan dəymişdir. Hazırda təqsirləndirilən şəxslər tərəfindən ona vurulmuş maddi ziyan tam şəkildə ödənilmişdir. Ona görə də onun təqsirləndirilən şəxslərə qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmədə zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 ifadəsində göstərdi ki, yaşadığı Kürdəmir rayonunun Sor-Sor kəndində evin həyətində iri və xırda buynuzlu heyvanlar saxlayırmış. İri buynuzlu inək heyvanlarını kəndin heyvanları ilə birlikdə örüşə, 11 baş qoyunları isə yaşadığı evin həyətində olan çəpərə otlamaq üçün buraxırmış. Axşamlar inəkləri və qoyunları ayrı-ayrı tövlədə saxlayırmış. Qoyunların yanına həm də toyuqları salırmış. 13 noyabr 2021-ci il tarixdə axşam saat 19 radələrində qoyunları və toyuqları töləyə salıb taxta qapısını dəmir cəftə ilə bağlayıb evə getmişdir. Səhər saat 06 radələrində yuxudan oyanıb yəyat yoldaşı Narıngülü bazarlıq etmək üçün Kürdəmir şəhərinə yola salmış, özü isə iri buynuzlu heyvanları tövlədən çıxarıb örüşə aparmışdır. Saat 08:30 radələrində örüş sahəsindən evə gəlmiş və evə gəldikdən sonra gəlini Şəhri toyuqların kəsilmiş başlarını gətirib ona göstərib toyuqların başını nəyə görə üzdüyünü soruşmuşdur. O, Şəhridən toyuqların başını haradan götürdüyünü soruşduqda gəlini tövlədən götürdüyünü demişdir. O, Şəhridən qoyunların tövlədə olub-olmadığını soruşduqda gəlini qoyunların da tövlədə olmadığını bildirmişdir. O, tövləyə baxıb qoyunların tövlədə olmadığını görüb qoyunların və toyuqların başını kəsib gecə saatlarında kimlərsə tərəfindən aparıldığını başa düşmüşdür. Ona məxsus yaşadığı evin həyətində yerləşən tövlədən 11 baş xırda buynuzlu qoyunlar və 8 ədəd toyuq oğurlanmışdır. O, dərhal oğurluq barədə polis şöbəsinə məlumat vermişdir. Oğurluq nəticəsində ona 2232 manat maddi ziyan dəymişdir. Hazırda təqsirləndirilən şəxslər tərəfindən ona vurulmuş maddi ziyan tam şəkildə ödənilmişdir. Ona görə də onun təqsirləndirilən şəxslərə qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmədə zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs5 ifadəsində göstərdi ki, yaşadığı Kürdəmir rayonunun Pirili kəndində evinin həyətində yerləşən tövlədə 63 baş qoyun və 21 baş quzu saxlayırmış. Tövlə daşdan hasarlanmış, qarşısı isə setka ilə bağlanmışdır. Tövlədə üç otaq olmuş və otaqların qapıları taxtadan, özləri isə dəmir keçəcəklə bağlanırmış. Tövlənin arxaya açılan taxta qapısı olmuş və həmin qapı küçəyə açılırmış. Heyvanlarını hər gün saat 08.00-da otarmağa aparmış və saat 18 radələrində geri gətirib tövləyə salıb otaqların qapısını dəmir keçəcəklə bağlayırmış. 21 noyabr 2021-ci il tarixdə saat 18 radələrində qoyunları və quzuları tövləyə salıb, qapıları bağlayıb evə getmiş və saat 23:30-dək bir neçə dəfə özü və atası həyətə düşüb heyvanlara baxmışlar. Səhəri gün, yəni 22 noyabr 2021-ci il tarixdə səhər saat 07 radələrində atası gəlib ona heyvanlardan 18 baş əskik olduğunu və kimlərsə tərəfindən oğurlandığını demişdir. O, atası ilə birlikdə kənd ərazisini gəzib qoyunları tapa bilməmişlər. Bundan sonra atası Azərbaycan Respublikası DİN-in "102" xidmətinə oğurluq barədə məlumat vermişdir. Oğurluq nəticəsində ona 3900 manat maddi ziyan dəymişdir. Hazırda təqsirləndirilən şəxslər tərəfindən ona vurulmuş maddi ziyan tam şəkildə ödənilmişdir. Ona görə də onun təqsirləndirilən şəxslərə qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmədə zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs6 ifadəsində göstərdi ki, yaşadığı Kürdəmir rayonunun Pirili kəndində şəxsi təsərrüfatında 33 baş xırda buynuzlu heyvan olmuşdur. Heyvanları hər gün pay torpağında otarıb axşam saatlarında həyətyanı sahəsində olan tövləyə salırmış. 21 noyabr 2021-ci il tarixdə axşam saat 18 radələrində həmişə olduğu kimi heyvanları tövləyə salıb tövlənin qapısının cəftəsini bağlamışdır. 22 noyabr 2021-ci il tarixdə gecə saat 01:15 radələrində həmkəndlisi Sadiq Kərimov ona küçədə qoyun olmağı barədə xəbər göndərmişdir. O, dərhal evlərindən yola çıxıb evlərindən təxminən 100 metr aralıda kəndin əsas yolunda qoyunlara baxarkən qoyunların ona məxsus olduğunu müəyyən etmişdir. Belə ki, naməlum şəxslər tövlənin iri mallar girən qapısından içəri daxil olaraq qoyunlar olan tövlənin qapısını açıb içəridən 12 baş subay heyvanları seçib tövlədən çıxarmışlar. Qoyunların ümumi dəyəri 2400 manat olmuşdur. Hazırda onun təqsirləndirilən şəxslərə qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmədə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 elan olunmuş ifadəsindən görünür ki, yaşadığı Abşeron rayonunun Qobu kəndində şəxsi təsərrüfatında 23 baş xırda buynuzlu heyvanları olmuşdur. 29 dekabr 2021-ci il tarixdə saat 22 radələrində o, heyvanları həyətində olan tövləyə salmış, tövlənin dəmir qapısını içəridən bağlamış və digər qapıdan öz həyətinə keçmişdir. 30 dekabr 2021-ci il tarixdə səhər saat 05 radələrində heyvanları tövlədən çıxarmaq üçün tövləyə gəlmiş və tövlənin küçəyə olan pəncərəsinin çərçivəsini yerindən çıxarıb, çərçivədə olan şüşəni isə yerindən çıxarılaraq kənara qoyulduğunu görmüşdür. Həmin yerdən tövləyə daxil olaraq oradan hər biri təxminən 150 manat olan 23 baş qoyun oğurlanmışdır. O, bu barədə Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə zəng edib məlumat vermişdir. Oğurluq nəticəsində ona ümumilikdə 3450 manat dəyərində maddi ziyan dəymişdir. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 ona vurulmuş maddi ziyanın təqsirləndirilən şəxslər tərəfindən tam ödənilməsi və həmin şəxslərdən heç bir şikayətinin və tələbinin olmaması barədə ibtidai istintaq zamanı ərizə vermişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, 22 noyabr 2021-ci il tarixdə gecə saat 01 radələrində həmkəndlisi Xəyal ona məxsus mobil nömrəyə zəng edərək kəndin yol kənarında qoyunların olduğunu bildirib ondan həmkəndlisi Şaməddinin nömrəsini istəmişdir. O, Xəyala Şaməddini özü yığıb ona deyəcəyini bildirib telefonu söndürmüşdür. O, Şaməddinə bu barədə məlumat vermiş və sonuncunun qoyunlarının oğurlandığından məlumatı olmamışdır. Şaməddin qoyunları geri qaytarıb evə gətirdikdən sonra ona zəng edib qoyunların özünə məxsus olduğunu demişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, 22 noyabr 2021-ci il tarixdə gecə saat 02 radələrində idarə etdiyi traktor ilə Kürdəmir rayonunun Pirili kəndində olan evinə gedərkən yolda təxminən 11 baş qoyunla rastlaşmış həmin qoyunların kimə məxsus olmasını öyrənmək üçün həmkəndlisi Şahid3 zəng edib yolda sahibsiz qoyunların olduğunu demişdir. Zamin həmin qoyunların kimə məxsus olduğunu öyrənmək üçün Şaməddinin nömrəsini ondan istəmiş və sonuncu özü zəng edəcəyini deyib telefonu söndürmüşdür. Təxminən 5-10 dəqiqədən sonra Şaməddinin böyük oğlu Naməddin qaçaraq onun yanına gəlmiş və qoyunların onlara məxsus olduğunu görüb həyətlərinə aparmışdır. İşdə olan Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi Kürdəmir X12 Mərkəzinin 19 noyabr 2021-ci il tarixli, 228 nömrəli məktubundan görünür ki, 1 (bir) baş ana qoyunun hazırki orta bazar satış qiyməti rayon daxilində 180-220 AZN arasında dəyişdiyini nəzərə alıb 7 baş qoyunun ortalama qiyməti 200 AZN x7 = 1400 AZN təşkil edir, 4 (dörd) baş diri çəkisi 30 kq olan quzunun 16 kq təmiz ət çıxımını nəzərə alıb (4 x 16=64 kq) qiymət- 64 x 12 AZN = 768 AZN, 8 (səkkiz) baş toyuğun orta bazar qiyməti 8 AZN x 8= 64 AZN olmuşdur. Ümumilikdə cəmi qiymət 2232 AZN təşkil edir. İşdə olan Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi Kürdəmir X12 Mərkəzinin 29 noyabr 2021-ci il tarixli, MİHO/1.2.38-2-2022-23 nömrəli məktubundan görünür ki, 1 (bir) baş 19-20 kq çəkisi olan xırdabuynuzlu heyvanın xx.xx.2022-ci il tarixində aqrar bazar qiyməti 190-210 AZN civarında olmuşdur. Orta aqrar bazar qiyməti 200 AZN olması məqsədəuyğun hesab edilir. İşdə olan "xxxx" MMC-nin 10 may 2022-ci il tarixli mütəxəssis rəyindən görünür ki, 2021-ci ilin noyabr ayına olan 01 baş xırda buynuzlu boğaz ana qoyun heyvanın orta bazar satış qiyməti 240 (iki yüz qırx) manat, 01 baş balalı dişi qoyun heyvanının orta bazar satış qiyməti 260 (iki yüz altmış) manat, 01 baş xırda buynuzlu 8 kq çəkidə quzu heyvanının orta bazar satış qiyməti 150 (yüz əlli) manat olmuşdur. İşdə olan "xxxx" MMC-nin 10 may 2022-ci il tarixli mütəxəssis rəyindən görünür ki, 2021-ci ilin dekabr ayına olan 01 baş xırda buynuzlu boğaz ana qoyun heyvanın orta bazar satış qiyməti 320 (üç yüz iyirmi) manat, 01 baş xırda buynuzlu 15 kq çəkidə quzu heyvanının orta bazar satış qiyməti 210 (iki yüz on) manat olmuşdur. İşdə olan "xxxx" MMC-nin 05 may 2022-ci il tarixli mütəxəssis rəyindən görünür ki, 2021-ci ilin dekabr ayına olan 01 baş xırda buynuzlu qoyun heyvanın orta bazar satış qiyməti 170 (yüz yetmiş) manat, 01 baş xırda buynuzlu quzu heyvanının orta bazar satış qiyməti 150 (yüz əlli) manat, 01 baş xırda buynuzlu erkək keçi heyvanının orta bazar satış qiyməti 80 (səksən) manat, 01 baş xırda buynuzlu dişi toğlunun orta bazar satış qiyməti 300 (üç yüz) manat olmuşdur. İşdə olan məhkəmə-əmtəəşünaslıq ekspertizanın 25 avqust 2022-ci il tarixli, 9/6074 nömrəli rəyindən görünür ki, 2022-ci ilin yanvar ayına olan orta bazar qiyməti nəzəri hesablama yolu ilə təxminən aşağıdakı kimi müəyyən olunur: 1.Diri çəkisi 50-60 kiloqram olmaqla təmiz ətinin çəkisi 25 kiloqram olan 6 baş qoyunun bir başının qiyməti 275 manat, ümumilikdə 1650 manat; 2.Diri çəkisi 70 kiloqram olmaqla təmiz ətinin çəkisi 35 kiloqram olan bir baş qoçun qiyməti 420 manat; 3.Diri çəkiləri 20-25 kiloqram olmaqla təmiz ətinin çəkisi 10-12 kiloqram olan 5 baş erkək quzunun bir başının qiyməti 150 manat, ümumilikdə 750 manat olmuşdur. Ekspertiza təyini haqqında qərarda göstərilən xırda buynuzlu heyvanların 2022-ci ilin yanvar ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri hesablama yolu ilə təxminən 2820 manat müəyyən olunur. Cinayət işi materiallarından görünür ki, təqsirləndirilən şəxs X2 rayon Polis İdarəsində aparılan istintaq zamanı 19 yanvar 2022-ci il tarixli qərarla şübhəli şəxs qismində tutulmuş, 21 yanvar 2022-ci il tarixli qərarla Abşeron RPİ-nin müvəqqəti saxlama yerindən azad edilmişdir. Bundan başqa cinayət işi materiallarından görünür ki, təqsirləndirilən şəxs X1 rayon Polis Şöbəsində aparılan istintaq zamanı 27 mart 2022-ci il tarixli qərarla şübhəli şəxs qismində tutulmuş, 29 mart 2022-ci il tarixli qərarla barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmişdir. İşdə olan İmişli rayon Məhkəməsinin 19 yanvar 2023-cü il tarixli məhkəmə hazırlıq iclasının qərarından görünür ki, təqsirləndirilən şəxs X7 barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilərək məhkəmə iclas zalında dərhal həbsə alınmışdır. Cinayət işi materiallarından görünür ki, Təqsirləndirilən şəxs2 Abşeron rayon Polis İdarəsində aparılan istintaq zamanı 19 yanvar 2022-ci il tarixli qərarla şübhəli şəxs qismində tutulmuş, 21 yanvar 2022-ci il tarixli qərarla Abşeron RPİ-nin müvəqqəti saxlama yerindən azad edilmişdir. Bundan başqa cinayət işi materiallarından görünür ki, Təqsirləndirilən şəxs2 Kürdəmir rayon Polis Şöbəsində aparılan istintaq zamanı 27 mart 2022-ci il tarixli qərarla şübhəli şəxs qismində tutulmuş, 29 mart 2022-ci il tarixli qərarla barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmişdir. İşdə olan İmişli rayon Məhkəməsinin 19 yanvar 2023-cü il tarixli məhkəmə hazırlıq iclasının qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilərək məhkəmə iclas zalında dərhal həbsə alınmışdır. İşdə olan Abşeron Rayon Məhkəməsinin 21 yanvar 2022-ci il tarixli, 4(012)-42/2022 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs3 barəsində 02 (iki) ay 26 (iyirmi altı) gün müddətə, yəni 14 aprel 2022-ci il tarixədək həbs qətimkan tədbiri seçilmişdir. İşdə olan Şamaxı Rayon Məhkəməsinin 06 aprel 2022-ci il tarixli, 1(074)-32/2022 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinib 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, AR CM-nin 69.3-cü maddəsinə əsasən üzərində qəti olaraq 1 (bir) il 7 (yeddi) ay 27 (iyirmi yeddi) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Beləliklə də şərh edilən sübutları məcmu üzrə qiymətləndirərək məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 oğlunun Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulan ictimai təhlükəli əməli törətməkdə təqsirliliyi təsdiq edildi və onlar istinad edilən cinayət qanununun həmin maddələrinin sanksiyası həddində cəzalandırılmalıdırlar. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə təqsirləndirilən şəxs X4 ilk məhkumluğunu, əməlini etiraf edib səmimi peşmançılıq çəkməsini, zərər çəkmiş şəxslərlə barışmasını, sonuncuların ondan heç bir şikayət və tələblərinin olmamasını, vurulmuş maddi ziyanın tam ödənilməsini, himayəsində iki azyaşlı və bir yetkinlik yaşına çatmayan uşaqlarının olmasını, yaşayış yerindən müsbət xarakterizə olunmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alıb ona azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsini məqsədəmüvafiq hesab edir. Təyin edilmiş cəza müddəti ərzində Təqsirləndirilən şəxs1 üzərinə hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Şamaxı şəhərinin inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Təqsirləndirilən şəxs X4 cəzasını ağırlaşdıran hallar məhkəmə tərəfindən müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs2 əməlini etiraf edib səmimi peşmançılıq çəkməsini, zərər çəkmiş şəxslərlə barışmasını, sonuncuların ondan heç bir şikayət və tələblərinin olmamasını, vurulmuş maddi ziyanın tam ödənilməsini, yaşayış yerindən müsbət xarakterizə olunmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alıb ona azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsini məqsədəmüvafiq hesab edir. Təyin edilmiş cəza müddəti ərzində Təqsirləndirilən şəxs2 üzərinə hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Şamaxı şəhərinin inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hallar məhkəmə tərəfindən müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs3 əməlini etiraf edib səmimi peşmançılıq çəkməsini, zərər çəkmiş şəxslərlə barışmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs3 cəzasını ağırlaşdıran hallar məhkəmə tərəfindən müəyyən edilmədi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs3 ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasına məhkum edilməli və AR CM-nin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs3 AR CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə barəsində Şamaxı Rayon Məhkəməsində hökm çıxarılmazdan əvvəl hazırkı ittiham üzrə cinayət əməlini törətməsi müəyyən olunur ki, bu hal da cinayətlərin məcmusunu yaradır. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Təqsirləndirilən şəxs3 hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 14 saylı Cəzaçəkmə müəssisəsində cəza çəkməsi nəzərə alınmalıdır. İş üzrə ekspertiza tədqiqatına sərf edilmiş 50 (əlli) manat ekspertiza xərci Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 müştərək qaydada dövlət nəfinə tutulmalıdır. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353 və 356-cı maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3cü maddələri ilə təqsirli bilinib 2 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 19 yanvar 2022-ci il tarixdən 21 yanvar 2022-ci il tarixədək və 27 mart 2022-ci il tarixdən 29 mart 2022-ci il tarixədək həbsdə saxlandığı 4 (dörd) gün müddət bir günə iki gün hesabı ilə hesablanmaqla 8 (səkkiz) gün təyin edilmiş cəzadan çıxılsın və üzərində qəti olaraq 1 (bir) il 11 (on bir) ay 22 (iyirmi iki) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təyin edilmiş cəza müddəti ərzində Təqsirləndirilən şəxs1 üzərinə hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Şamaxı şəhərinin inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəza çəkməsinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin və məhkəmə iclas zalından dərhal həbsdən azad edilsin. Hökmün icrası Şamaxı rayon İcra və Probasiya şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3cü maddələri ilə təqsirli bilinib 2 (iki) il 4 (dörd) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 19 yanvar 2022-ci il tarixdən 21 yanvar 2022-ci il tarixədək və 27 mart 2022-ci il tarixdən 29 mart 2022-ci il tarixədək həbsdə saxlandığı 4 (dörd) gün müddət bir günə iki gün hesabı ilə hesablanmaqla 8 (səkkiz) gün təyin edilmiş cəzadan çıxılsın və üzərində qəti olaraq 2 (iki) il 3 (üç) ay 22 (iyirmi iki) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təyin edilmiş cəza müddəti ərzində Təqsirləndirilən şəxs2 üzərinə hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Şamaxı şəhərinin inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəza çəkməsinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin və məhkəmə iclas zalından dərhal həbsdən azad edilsin. Hökmün icrası Şamaxı rayon İcra və Probasiya şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3cü maddələri ilə təqsirli bilinib 2 (iki) il 9 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Şamaxı rayon məhkəməsinin 06 aprel 2022-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs3 AR CM-nin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4-cü maddələri ilə təyin edilmiş və çəkilməmiş qalmış 10 (on) ay 7 (yeddi) gün müddətə azadlıqdan məhrum etmə cəzası AR CM-nin 66.5-ci maddəsinə əsasən hazırkı təyin olunmuş cəza ilə qismən birləşdirilsin və üzərində 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. AR CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs3 19 yanvar 2022-ci il tarixdən 06 aprel 2022-ci il tarixədək həbsdə saxlandığı 2 (iki) ay 18 (on səkkiz) gün müddət təyin edilmiş cəzadan çıxılsın və üzərində qəti olaraq 3 (üç) il 3 (üç) ay 12 (on iki) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəksin. Cəza çəkməsinin əvvəli 25 yanvar 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs3 hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 14 saylı Cəzaçəkmə müəssisəsində cəza çəkməsi nəzərə alınsın. İş üzrə ekspertiza tədqiqatına sərf edilmiş 50 (əlli) manat ekspertiza xərci Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 müştərək qaydada dövlət nəfinə tutulsun. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Hökmdən 20 gün müddətinə İmişli rayon məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən: Qurban Hacıyev
Məhkəmə qərarları › İş №1(036)-24/2023
İmişli Rayon Məhkəməsi Hökm — İş №1(036)-24/2023
25.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver