Məhkəmə qərarları › İş №1(036)-24/2025

İmişli Rayon Məhkəməsi Hökm — İş №1(036)-24/2025

18.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM İmişli rayonu İş № 1(036)-24/2025 18.02.2025 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Mahmud Orxan Əlövsət oğlunun sədrliyi, Balacayev Elməddin Xudan oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (Şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi – İmişli Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə, xx xxxxxx 1970-ci ildə Saatlı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, orta təhsilli, "X18" MMC-də sosial işçi vəzifəsində işləyən, evli, məhkum olunmamış, ünvan 1 ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs ittiham elan olunmuşdur ondan ötrü ki, o, istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda, yəni 65,0 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana əldə edib daşıyaraq üzərində saxlamış, 02 noyabr 2024-cü il tarixdə saat 17:20 radələrində İmişli rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində İmişli- Saatlı avtomobil yolunun İmişli rayonu Bəcirəvan kəndindən keçən hissəsində saxlanılaraq üzəri yoxlanılan zaman əynindəki qara rəngli şalvarın arxa bel nahiyəsində saxladığı bir ədəd şəffaf rəngli sellofan bükümdə 65,0 qram təmiz çəkidə narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində bildirmişdir ki, o, təxminən iki ildir ki, narkotik vasitə olan marixuana istifadəçisidir. Tutulmamışdan təxminən 20 gün əvvəl o, Saatlı rayonu, Molday kəndi ərazisində olan çöl sahədəki su arxına balıq tutmaq üçün gedərkən, oradakı yabanı böyürtkən kollarının dibində iki ədəd kiçik ölçüdə narkotik tərkibli bitki olan çətənə kolu aşkar etmiş və həmin kolları kötüyündən çıxarıb özü ilə götürmüşdür. Sonra həmin iki ədəd kolu yaşadığı ünvan 2 ünvanında yerləşən evinə gətirmiş, onları gün tutan yerə qoyaraq qurutmuşdur. Bundan sonra qurumuş çətənə kollarını sellofan torbaya qoymuş və siqaretin içərisindəki tütünü yerə boşaldıb yerinə çətənə bitkisinin yarpaqlarını dolduraraq siqaret kimi çəkmiş və 5-6 dəfə özü üçün istifadə etmişdir. 02 noyabr 2024-cü il tarixdə, saat 15-16 radələrində o, prostat vəzisindəki problemlə əlaqədar müalicə almaq üçün yaşadığı ünvandan çıxıb İmişli Mərkəzi Rayon Xəstəxanasında işləyən Təyyar adlı həkimin yanına gəlmək məqsədilə Saatlı şəhəri ərazisində olan qiyabi tanıdığı şəxslərdən birinin idarə etdiyi ağ rəngli “VAZ-21074” markalı, sonu 223 rəqəmi ilə bitən dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü ilə İmişli rayonu istiqamətində hərəkət etmişdir. İmişli-Saatlı avtomobil yolunun İmişli rayonu, Bəcirəvan kəndindən keçən hissəsində hərəkətdə olan zaman polis əməkdaşları onun içərisində olduğu avtomobili saxlamış və xidməti vəsiqələrini göstərməklə özlərini təqdim etmişlər. Polis əməkdaşları ona izah etmişlər ki, üzərində narkotik vasitə gəzdirməklə bağlı əməliyyat məlumatı daxil olmuş və həmin məlumatın doğru olub-olmamasını bilməkdən ötəri onun üzərinin yoxlanılması zəruridir. O, etiraz etməmiş və polis əməkdaşları ona üzərində narkotik vasitə və ya qanunsuz olan hər hansı əşya yaxud predmet olmasını soruşduqda, o, üzərində təbii narkotik vasitə olan marixuana olduğunu deyərək, həmin narkotik vasitəni arxasında, bel nahiyyəsində saxladığı sellofan bükümlə çıxarıb polis əməkdaşlarına təqdim etmişdir. Bundan sonra polis əməkdaşları onun üstünü yoxlamış, lakin digər heç bir qanunsuz əşya aşkar etməmişlər. İçərisində narkotik vasitə marixuana olan ona məxsus sellofan büküm polis əməkdaşları tərəfindən götürülərək elektron tərəzidə çəkilmiş və tərəzinin ekranında həmin kütlənin 69 qram olması görünmüşdür. Sonra həmin sellofan büküm polis əməkdaşları tərəfindən içərisi boş olan qaba qoyularaq ağzı möhürlənmiş və aşkar olunmuş kütlənin ekspertizaya göndəriləcəyi izah edilmişdir. Sonra möhürlənmiş və içərisində marixuana kütləsi olan zərf orada olan polis əməkdaşları və onun tərəfindən imzalanmışdır. Daha sonra o, polis əməkdaşlarının təklifi ilə maşınla İmişli rayon polis şöbəsinə gəlmişdir. Orada təhqiqatçı daxil olmuş məlumat əsasında keçirilmiş tədbir zamanı onun üzərindən narkotik vasitə marixauanaya bənzər kütlə aşkar olunduğunu bildirərək, onu Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsində şübhəli şəxs qismində tutmuşdur. Polis şöbəsində o, təhqiqatçı tərəfindən vəkillə təmin edilmiş, Azərbaycan Respublikası CPM-nin 90-cı maddəsində şübhəli şəxsin nəzərdə tutulan hüquq və vəzifələri ona izah edilmiş və video çəkilişlə üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı isə onun üzərindən heç bir qanunsuz əşya aşkar edilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 ifadəsində göstərmişdir ki, o, İmişli RPŞ-nin Cinayət Axtarış Bölməsinin əməliyyat müvəkkili vəzifəsində işləyir. Saatlı şəhər sakini Təqsirləndirilən şəxs tanımır, onunla heç bir münasibəti, ədavəti və ya düşmənçiliyi olmamışdır. 02 noyabr 2024-cü il tarixdə icraatına qeyri-aşkar, qərəzsiz və etibarlı mənbədən daxil olan məlumatda Saatlı şəhər sakini Təqsirləndirilən şəxs İmişli rayonu, Bəcirəvan kəndi ərazisində üzərində narkotik vasitə gəzdirməsi ilə bağlı məlumat daxil olmuşdur. Həmin məlumat dəqiqləşdirilərək İmişli RPŞ-nin rəhbərliyinə məruzə edilmişdir. Yoxlama zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs xx xxxxxx 1970-ci ildə Saatlı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, DOST MMC-də işləyir, ünvan 3 ünvanda yaşayır. Bundan sonra RPŞ-də təxirə salınmaz əməliyyat-axtarış tədbirinin keçirilməsi haqqında qərar qəbul edilmiş və əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupunun tərkibinə o, İmişli RPŞ-nin CAB-ın rəisi, polis mayoru Şahid3, İmişli RPŞ-nin NMQ-nun baş əməliyyat müvəkkili, polis mayoru Şahid2 daxil edilmişdir. 02 noyabr 2024-cü il tarixdə, saat 17 radələrində o, daxil olmuş əməliyyat məlumatının realizəsi ilə əlaqədar əməliyyat qrupunun üzvləri ilə birlikdə İmişli-Saatlı avtomobil yolunun Bəcirəvan kəndindən keçən hissəsinə Təqsirləndirilən şəxs «VAZ 2107» markalı, **-KC-*** dövlət qeydiyyat nişanlı avtomobildə olduğunu görüb ona yaxınlaşmışlar. Təqsirləndirilən şəxs üzərində qanunsuz olaraq narkotik vasitə gəzdirməsi ilə bağlı məlumat daxil olmasını, həmin məlumatın realizə edilməsi üçün üzərinin yoxlanılacağı bildirilərək, üzərində narkotik vasitə olub-olmaması soruşulmuş və Təqsirləndirilən şəxs üzərində narkotik vasitə olduğunu deyərək, əynindəki qara rəngli şalvarın bel nahiyəsindən bir ədəd sellofan torba təqdim etmişdir. Həmin sellofan torbanın içərisində marixuanaya bənzər kütlə olmuşdur. Kütlənin adını Təqsirləndirilən şəxs özü bildirərək “nəşə” marixuana olmasını demişdir. Daha sonra üzərində yoxlama hərəkətləri aparan zaman Təqsirləndirilən şəxs əynindəki qara rəngli gödəkçənin sağ yan cibindən bir ədəd bank kartı və həmin gödəkçənin sol yan cibindən “Samsung” markalı mobil telefonu çıxarıb təqdim etmiş, bank kartı və mobil telefon sonuncuya geri qaytarılmışdır. Təqsirləndirilən şəxs üzərində aşkar edilən sellofan torba elektron tərəzidə çəkilmiş, ümumi çəkisinin 69,0 qram olduğu müəyyən olunmuşdur. Aşkar edilmiş kütlə zərfdə qablaşdırılaraq iştirakçılar tərəfindən imzalandıqdan sonra onlar birlikdə İmişli rayon polis şöbəsinə gəlmiş və tədbir barədə protokol tərtib olunmuşdur. Daha sonra müvafiq araşdırmanın aparılması İmişli RPŞ-nin təhqiqat bölməsinin təhqiqatçısı X7 tapşırılmış və sonuncu tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulması haqqında qərar qəbul edilmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş İmişli Rayon Polis X2 Qurupunun baş əməliyyat müvəkkili Şahid2 ifadəsində şahid qismində dindirilmiş İmişli Rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin əməliyyat müvəkkili X6 ilə oxşar məzmunda ifadə verərək, həmin xüsusatları bir daha təsdiq etmişdir. İbtidai istintaqı zamanı şahid qismində dindirilmiş və məhkəmə zalında elan edilmiş ifadəsində İmişli Rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin rəisi Şahid3 İmişli Rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin əməliyyat müvəkkili X6 oğlu ilə oxşar məzmunda ifadə verərək, həmin xüsusatları bir daha təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 03 noyabr 2024-cü il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və icraata qəbul edilməklə istintaqı aparılmışdır (i.v. 1); şübhəli şəxsin tutulması haqqında 02 noyabr 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 18:00 radələrində Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (i.v. 22); şəxsi axtarış və götürmə aparılması haqqında 02 noyabr 2024-cü il tarixli protokolun surətindən görünür ki, Təqsirləndirilən şəxs təklif olundu ki, üzərində qanunla qadağan olunmuş hər hansısa bir əşya, predmet, eyni zamanda narkotik vasitə onları könüllü olaraq təqdim etsin. Vətəndaş Təqsirləndirilən şəxs üzərində qanunla qadağan edilmiş hər hansısa əşya və ya predmet olmadığını bildirərək, əyninə geyindiyi qara rəngli gödəkçəsinin sol yan cibindən 1 (bir) ədəd qara rəngli “Samsung” markalı mobil telefon, həmin gödəkçəsinin sağ yan cibindən 1 ədəd qara rəngli plastik, üzərinə “birbank” yazılmış hesab kartı və eyni yerdən 2 ədəd “milano” markalı siqaret qutusunu təqdim edərək stolun üzərinə qoydu. Daha sonra vətəndaş Təqsirləndirilən şəxs üzərində heç bir əyşa-predmet olmadığını bildirdi və Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparmağa başladı. Şəxsi axtarış zamanı vətəndaş Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçəsinin sağ yan cibindən 1 (bir) ədəd bənövşəyi rəngdə olan alışqan aşkar olunaraq sotolun üzərinə qoyuldu. Bundan sonra şəxsi axtarış davam etdirilsə də, Təqsirləndirilən şəxs üzərindən qanunla qadağan olunmuş əşya və predmet aşkar edilmədi. Şəxsi axtarış videogörüntüylə lentə alındı. Hazır olan kimi diskə köçürülərək protokola əlavə ediləcəkdir. Protokol iştirakçılara ucadan oxundu, düzgün tərtib olunmuşdur, əlavə və qeydlər daxil olmadı, doğruluğu imzalarla təsdiq olunur (i.v. 31-32); Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 18/894 nömrəli 03 noyabr 2024-cü il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş “.... Təqsirləndirilən şəxs üzərindən...” sözləri yazılmış və imzalar olan kağız paketdəki bir ədəd polietilen torbada təmiz çəkisi 65,0 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır (i.v. 42-43); təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında 04 noyabr 2024-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. (i.v. 58-59); təqsirləndirilən şəxsin MSY-dən azad edilməsi və barəsində qətimkan tədbiri seçmək haqqında 04 noyabr 2024-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs Sabirabad RPŞ-nin MSY-dən azad edilərək barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. (i.v. 72-73); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunması barədə əməliyyat kartotekasında məlumat mövcud deyil (i.v. 103); Saatlı Rayon İcra Hakimiyyətinin Başçısının Saatlı şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ilə bağlı nümayəndəliyə heç bir şikayət daxil olmamışdır. (i.v. 123); Saatlı Rayon İcra Hakimiyyətinin Başçısının Saatlı şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs ailə tərkibləri həyat yoldaşı X3, qızı X8 və oğlu X4 ibarətdir (i.v. 124); Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi publik hüquqi şəxsin 26 noyabr 2024-cü tarixli, 7487 nömrəli ambulator məcburi-narkoloji tibbi yoxlama rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannabinoidlərdən istifadə etmə halları olub, lakin hal hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur, narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktiki qeydiyyata alınması məsləhət görülür (i.v. 136-137); Sübutların qiymətləndirilməsi haqqında 08 noyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham dəyişdirilmədən saxlanılmış, Təqsirləndirilən şəxs barəsində Azərbaycan espublikası CM-nin 234.2-ci maddəsi ilə cinayət təqibinin başlanması rədd edilmiş, Təqsirləndirilən şəxs və şahid X13 barəsində Azərbaycan Respublikası CM-nin 234.4.1-ci maddəsi ilə cinayət təqibinin başlanması rədd edilmiş, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsi ilə cinayət təqibinin başlanması rədd edilmiş, eləcə də aşkar edilən narkotik vasitə qurudulmuş marixuananın əldə olunma mənbəyi ilə bağlı ayrıca icraata material ayrılmış, təqsirləndirilən şəxsin etirafedici ifadəsi, şahid ifadələri, şəxsi axtarış və götürmə aparılması haqqında 02 noyabr 2024-cü il tarixli, baxış keçirilməsi haqqında 07 dekabr 2024-cü il tarixli, 10 dekabr 2024-cü il tarixli protokollar, məhkəmə-bioloji ekspertizasının 03 noyabr 2024-cü il tarixli 18/894 nömrəli, təkbaşına məhkəmə-narkoloji ekspertizasının xx.xx.2024-cü il tarixli 7487 nömrəli rəyləri, şəxsi axtarış və götürmə protokoluna əlavə edilmiş CD disk, "xxxx" MMC- dən daxil olmuş CD disk sübut növü kimi qiymətləndirilməli, Təqsirləndirilən şəxs aşkar edilmiş 69.0 qram təmiz çəkidə narkotik vasitə qurudulmuş marixuana kütləsinin ekspertiza tədqiqatından sonrakı 65.0 qram təmiz çəkidə olan narkotik vasitə qurudulmuş marixuana kütləsi maddi sübut kimi tanınması və İmişli RPŞ-nin “Maddi sübutların saxlanması otağına” təhvil verilməsi nəzərə alınmışdır (i.v. 144-152); Məhkəmə iclasında baxış keçirilmiş vətəndaşın saxlanılması və üstünün yoxlanılması haqqında protokola əlavə edilmiş diskdə olan video görüntüdən görünür ki, İmişli Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən xx.xx.2024-cü il tarixdə saat 17:20 dəqiqələrində Təqsirləndirilən şəxs tərəfimizdən saxlanılmışdır. Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunmuş narkotik vasitələr, psixotrop maddə və onun prekursorlarının olub-olmaması soruşulmuşdur, olduğu halda təqdim olunması təklif olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın arxa belində saxladığı sellofan torbada olan narkotik vasitə marixuanaya oxşar kütləni çıxardıb təqdim etmişdir. Həmin sellofan torbanın içərisinə baxış keçirilmişdir və marixuanaya oxşar kütlə aşkar edilmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi sellofan büküm elektron tərəzi ilə çəkilmişdir və 69 qram çəkidə olduğu müəyyən edilmişdir. Bundan sonra qablaşdırılmışdır, zərfə qoyularaq üzəri DİN-nin 179 nömrəli möhürü ilə möhürlənərək götürülmüşdür. Bundan sonra Təqsirləndirilən şəxs RPŞ-nə dəvət edilmişdir və heç bir etiraz etmədən RPŞ-nə gəlmişdir. Eyni zamanda Təqsirləndirilən şəxs saxlanılan zaman avtomobilin sürücüsü taksi fəaliyyəti ilə məşğul olan xx.xx.1971-ci il təvəllüdlü Saatlı şəhər sakini X11 üzərində qanunla qadağan olunmuş narkotik vasitələr, psixotrop maddə və onun prekursorlarının olub-olmaması soruşulmuşdur, olduğu halda təqdim olunması təklif olunmuşdur. Bundan sonra Əfqan Həşimov üzərində narkotik vasitə və prsixotrop maddə olmadığını bildirmişdir. Əfqan Həşimovun üzərinə baxış keçirilən zaman üzərində heç bir qanunsuz əşya və narkotik vasitə aşkar olunmamışdır. Saxlanılan şəxsin üzərində aşkar edilən əşyalar və onların qaytarılması Təqsirləndirilən şəxs üzərindən qiymətli əşya və ya pul aşkar olunmamışdır. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında » Qanunla təsdiq edilmiş «Narkotik vasitələr» adlı İ siyahının 109 və 109.1-ci qrafasına əsasən təmiz çəkisi 65 qram olan narkotik vasitə qurudulmuş marixuana xeyli miqdarda hesab olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamında qeyd edilmişdir ki, ibtidai istintaq və məhkəmə icraatı zamanı böyük ictimai təhlükə törətməyən və az ağır, o cümlədən iqtisadi fəaliyyət sahəsində cinayətlərə görə həbs qətimkan tədbirinin geniş tətbiq edilməsi, habelə həmin cinayətlərə görə azadlıqdan məhrum etmənin dinamikasının artması məhkumların sayının çoxalmasına və penitensiar müəssisələrin yüklənməsinə səbəb olur. Həmin Sərəncamın 8-ci bəndində qeyd edilmişdir ki, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə, cəza siyasətinin humanistləşdirilməsi istiqamətində Azərbaycan Respublikası Prezidentinin adıçəkilən Sərəncamının nəzərə alınmalı olduğu qənaətinə gəlir və bunu məhkəməhüquq islahatları çərçivəsində Dövlətin mövqeyi kimi qəbul edir. Məhkəmə Təqsirləndirilən şəxs cinayət törətmiş şəxsin himayəsində azyaşlı uşağın olması CM-nin 59.1.4-cü maddəsinə, həm məhkəməyədək icraat dövründə, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini etiraf etməsini, əməlindən peşman olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini isə CM-nin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar və ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, ibtidai istintaq zamanı 02 noyabr 2024-cü il tarixdən 04 noyabr 2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu müddət ona təyin edilmiş cəzaya hesablanmalı (CM-69.3), öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, ərazi narkoloji dispanserdə profilaktik qeydiyyata alınmalı, iş üzrə maddi sübut kimi tanınan və İmişli rayon polis şöbəsinin maddi sübutların saxlanılması otağına təhvil verilmiş ilkin təmiz çəkisi 65 qram olan, tədqiqatdan sonra qalıq qalmış 64,95 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 49.74 (qırx doqquz manat yetmiş dörd qəpik) manat ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - Saatlı şəhəri, M.Müşfiq küçəsi, ev 5 ünvanında çəkməli, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 23:00-dan saat 07:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Saatlı şəhəri ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqana məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, əlavə olaraq kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi tapşırılmalı, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə Saatlı Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 2 (iki) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 02 noyabr 2024-cü il tarixdən 04 noyabr 2024-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla 04 (dörd) gün azadlığın məhdudlaşdırılması cəzası ona təyin edilmiş 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində 02 (iki) il 5 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs yaşadığı Saatlı şəhəri, M.Müşfiq küçəsi, ev 5 ünvanını axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, İmişli şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Saatlı Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəzasını çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə profilaktik qeydiyyata alınsın. İş üzrə maddi sübut – İmişli Rayon Polis Şöbəsinin maddi sübutların saxlanılması otağına təhvil verilmiş Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş ilkin təmiz çəkisi 65 qram olan, tədqiqatdan sonra qalıq qalmış 64,95 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Ekspertiza tədqiqatının dəyəri olan 49.74 (qırx doqquz manat yetmiş dörd qəpik) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Təqsirləndirilən şəxs İmişli Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi 6 (atı) saat hüquqi yardıma görə 36 (otuz altı) manat Azərbaycan Respublikası dövlət büdcəsindən tutularaq İmişli Rayon Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində İmişli Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Orxan Mahmud

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar