Azərbaycan Respublikası adından HÖKM İmişli rayonu İş № 1(036)-25/2021 30.03.2021 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Qurban Hamid oğlu Hacıyevin sədrliyi Nuranə Busat qızı Hacıyevanın katibliyi Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərər çəkmiş şəxs: Zərərçəkmiş şəxs1 və onun qanuni nümayəndəsi Şahid1, Təqsirləndirlən şəxs: Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1988-ci il tarixdə İmişli rayonunun Qaralar kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, himayəsində iki azyaşlı uşağı olan, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, İmişli rayonunun Qaralar kəndində qeydiyyatda olmaqla İmişli şəhəri, Xiyabani küçəsi, ev 48-də yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: Təqsirləndirilən şəxs xx xxxx 2020-ci il tarixdə saat 18 radələrində Şahid9 məxsus İmişli rayonunun Cavadxanlı kəndindəki fərdi yaşayış evinin yerləşdiyi küçədə həmin kəndin sakinləri tərəfindən xx xxx 2020-ci il tarixdə döyülməsini bəhanə edərək, ictimai yerdə, heç bir əsaslı səbəb olmadan ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər edib, ətrafda olan insanlara aşkar hörmətsizlik və laqeyidlik nümayiş etdirərək, öz şəxsiyyətini başqa şəxslərin şəxsiyyətinin fövqündə qoymaqla, uca səslə Şahid9 və onun ailə üzvlərinin ünvanına nalayiq ifadələr işlədərək, sonuncuya məxsus evin darvazasını dəfələrlə döyüb qapını açmalarını tələb edərək həyətə girməyə cəhd etmiş, həmin vaxt yaxınlıqdan keçən Zərərçəkmiş şəxs1 əvvəllər onu döyən şəxslərdən biri olduğunu zənn edərək ona hücum edib özü ilə götürdüyü taxta parçasını silah qismində istifadə etməklə qəsdən zor tətbiq edərək sol ayağından və sol qolundan vurub sonuncuya dərəcəsi təyin edilməyən bədən xəsarətləri yetirmiş, sonra isə yenidən qanunsuz hərəkətlərini davam etdirib səs-küyə toplaşan şəxslərlə mübahisə etməklə Şahid9 evinin darvazasını döyərək qapının açılmasını tələb etməklə və əxlaqsız ifadələr işlətməklə ətrafda yaşayan insanların istirahətini pozaraq, onlarla yanaşı həmçinin səs-küyə toplaşmış insanlarda qorxu və həyəcan hissləri yaratmaqla qərəzli hərəkətlər, yəni xuliqanlıq etmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, İmişli şəhərində yerləşən “Elçin” şadlıq sarayında administrator işləyərkən həmin şadlıq sarayında qabyuyan işləyən İmişli rayonunun Cavadxanlı kəndində yaşayan Şahid10 ilə tanış olmuş və hər ikisinin istəyi ilə cinsi əlaqədə olmağa razılaşmışlar. O, Leyladən harada görüşəcəklərini soruşduqda sonuncu evlərinin iki mərtəbəli olduğunu, ərinin xəstəliyi ilə əlaqədar evin ikinci mərtəbəsindən aşağı düşə bilmədiyini və evin həyətində olan daxmada görüşə biləcəklərini demişdir. İlk dəfə təxminən 2020-ci ilin əvvəllərində işdə olduğu zaman Leyla özünün mobil nömrəsindən onun mobil telefonuna zəng edərək görüşmək üçün onu evə dəvət etmişdir. Həmin vaxt şadlıq sarayında toy olmadığı üçün idarə etdiyi atası Zakirə məxsus “VAZ- 2107” markalı, **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobillə saat 22 radələrində İmişli rayonunun Cavadxanlı kəndinə getmiş və Leylagilin evlərinə yaxınlaşarkən sonuncunun onu küçədə gözlədiyini görmüşdür. O, avtomobili küçədə saxlayıb Leyla ilə görüşüb birlikdə həyətə daxil olmuş və sonuncu onu evin həyətində olan bir otaqlı daxmaya dəvət etmişdir. Daxmanın içərisində stol və stullar olsa da, çarpayı olmamış və yerə köhnə xalça sərilmişdir. Daxmaya daxil olduqdan sonra hər ikisi paltarlarını soyunaraq yerə sərilmiş xalçanın üstünə uzanıb təbii yolla cinsi əlaqədə olmuş, sonra isə Leylagilin evindən çıxıb avtomobilinə minərək İmişli şəhərinə evlərinə qayıtmışdır. Bundan sonra təxminən 10 gündən bir Leyla onu cinsi əlaqədə olmaq üçün evlərinə dəvət edirmiş. O da Leylagilin həyətinə gedərək həmin daxmada onunla cinsi əlaqədə olub evlərinə qayıdırmış. Həmin dövrdə o, Leylagilin həyətindəki daxmada cinsi əlaqədə olub çıxandan sonra avtomobillə getdiyi zaman oradan təxminən 30-40 metr aralıda yerləşən körpünün üstündən keçərkən tanımadığı iki nəfər cavan oğlan onu saxlatdıraraq ona bir daha Leylagilə gəlməməyi bildirdikdə o, etiraz etməyərək onlarla razılaşmışdır. Bundan sonra o, Leylagilə getmək istəməsə də, sonuncu ona tez-tez zəng edərək onunla cinsi əlaqədə olmaq üçün evinə dəvət etmişdir. xx xxx 2020-ci il tarixdə saat 23 radələrində o, yenə də avtomobillə Leylagilə getmiş, lakin həvəsi olmadığı üçün onunla cinsi əlaqədə olmamış və təxminən 15 dəqiqə sonra bir stəkan çay içib evdən çıxıb avtomobilə minib gedən zaman oradan təxminən 30-40 metr aralıda yerləşən körpünün üstündən keçərkən tanımadığı 5-6 nəfər cavan oğlan onu saxlatdırmış və oğlanlardan biri ona “sənə deməmişdim ki, Leylanın evinə gəlmə!” bildirdikdə o, bir daha gəlməyəcəyini deyib onlardan üzr istəmək üçün avtomobildən yerə düşmüşdür. Avtomobildən yerə düşərkən oradakı oğlanların hamısı onun başından, sifətindən və bədəninin müxtəlif yerlərindən sillə və yumruqla vurmuşlar. Həmin vaxt tanımadığı bir nəfər kişi ora gələrək onu döyən oğlanlara onu buraxmalarını demiş və bundan sonra onlar ondan əl çəkmişlər. O, avtomobilə minərək evinə getmişdir. Leylanın evinə gedib-gəldiyinə görə döyüldüyü üçün özünün biabır olmamağına görə döyülməyi barədə polisə və ya başqa orqana şikayət etməmişdir. Həmçinin bədənində xəsarətləri olmadığı üçün həkimə də müraciət etməmişdir. xx xxxx 2020-ci il tarixdə saat 17 radələrində sərxoş vəziyyətdə olduğu zaman Leylanın evinə getdiyinə görə İmişli rayonunun Cavadxanlı kəndində döyülməyi yadına düşmüş və dostlarından götürüb döyüldüyü yerə gedərək onu döyən oğlanları tapıb onları döymək qərarına gəlmişdir. İmişli şəhərində yaşadığı küçədə getdiyi zaman onunla bir küçədə yaşayan Eminlə rastlaşmış və ona xx xxx 2020-ci il tarixdə İmişli rayonunun Cavadxanlı kəndində döyülməyi barədə danışıb onu döyən oğlanları tapıb döymək üçün onunla birlikdə getməsini xahiş etmişdir. Emin onunla razılaşmış və onun idarə etdiyi avtomobilə minmişdir. Həmin vaxt Emin ona iki nəfər dostlarını da götürəcəyini dedikdə o, razılaşmışdır. Emin öz mobil telefonu ilə kimlərəsə zəng etmiş və İmişli pambıq zavodunun yaxınlığında sonuncunun çağırdığı həmin iki nəfər oğlan onun avtomobilinə minmişlər. O, Emin və iki nəfər tanımadığı oğlanlarla birlikdə İmişli rayonunun Cavadxanlı kəndi istiqamətində getdiyi zaman İmişli Şəkər zavodunun yaxınlığından keçərkən qayını Rüfət Əliyevi yolda görmüşdür. O, avtomobili saxlayıb Rüfətlə görüşmüş və ona onunla getməsini demişdir. Rüfət onun hara getdiyini bilməsə də avtomobilə oturmuş və onlar birlikdə İmişli rayonunun Cavadxanlı kəndinə həmin döyüldüyü yerə, yəni körpünün üstünə getmişlər. Həmin yerə çatıb avtomobildən yerə düşmüşlər. Həmin vaxt o, avtomobilin yük yerində olan təxminən bir metr uzunluğunda üzəri qara rəngli yapışqanlı lentlə sarılmış taxtanı götürmüşdür. Onlar avtomobildən düşdükləri yerdən təxminən 2-3 metr aralıda tanımadığı iki nəfər şəxs bir VAZ-2106 markalı avtomobilin yanında dayanmışlar. O, həmin şəxslərə 15-20 gün əvvəl orada döyüldüyünü demiş və onu döyənlərin kimlər olduğunu soruşduqda həmin şəxslər onu döyənlərin kimlər olduğunu bilmədiklərini bildirmişlər. O, uca səslə qışqıraraq onu döyənləri həmin yerə çağırmışdır. Həmin vaxt körpünün yaxınlığından 14-15 yaşlı bir oğlanın keçdiyini görüb həmin oğlanı onu döyən oğlanlardan birinə oxşatdığı üçün ondan onu niyə döyməsini soruşmuşdur. Həmin oğlan adını sonradan bildiyi Zərərçəkmiş şəxs1 onu döymədiyini desə də o, sərxoş olduğu üçün əlində olan taxta ilə sonuncunun qolundan və qıçından bir neçə dəfə vurmuş və onu vurarkən əlindəki taxta sınmışdır. Ceyhunu taxta ilə vurandan sonra sonuncu oradan qaçıb getmişdir. Bundan sonra həmin yerə xeyli sayda tanımadığı adamlar toplaşmışdır. Həmin vaxt tanımadığı şəxslərdən biri onlardan oradan getmələrini tələb etmişdir. Bundan sonra o və onunla gedən həmin dörd nəfər avtomobilə minərək İmişli şəhərinə qayıtmışlar. İmişli şəhərinə gəldikdən sonra qayını Rüfəti Şəkər zavounun yaxınlığında, Emin və digər iki nəfər tanımadığı oğlanları isə İmişli pambıq zavodunun yaxınlığında düşürmüş, özü isə evlərinə qayıtmışdır. Törətmiş olduğu cinayət əməlindən səmimi peşmandır. Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli özünün etirafı ilə yanaşı, iş üzrə dindirilmiş zərər çəkmiş şəxsin, onun qanuni nümayəndəsinin və şahidlərin ifadələri, ekspertiza rəyləri, iş materialları və işin digər obyektiv halları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmədə zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 oğlu ifadəsində göstərdi ki, xx xxxx 2020-ci il tarixdə saat 18 radələrində o, yaşadığı İmişli rayonunun Cavadxanlı kəndində yerləşən evlərindən çıxıb həmin kənddə yaşayan babasıgilə gedən zaman Fərhadgilin evinin həyət qapısının yaxınlığında küçədə beş nəfər tanımadığı şəxslərin dayanıb uca səslə sonuncunun özünün və ailə üzvlərinin ünvanına söyüşlər söydüklərini görmüşdür. O, həmin şəxslərin dayandığı yerə çatmağına təxminən 5-6 metr qalmış həmin şəxslərdən biri adını sonradan bildiyi Təqsirləndirilən şəxs əlindəki taxta dəyənəklə ona tərəf gəlib uca səslə qışqıraraq ona “həmin axşam sən də məni burada döymüşdün?” - demişdir. O, Adəmə onu tanımadığını və döymədiyini dedikdə sonuncu gözləmədiyi halda əlində olan taxta dəyənəklə onun sol qolundan və sol qıçından vurmuşdur. O, qorxaraq oradan qaçıb evlərinə tərəf qayıtmışdır. Bundan sonra Adəm yanında olan dörd nəfər tanımadığı şəxslərlə birlikdə Fərhadgilin evinin həyət qapısını açmaq istəyən zaman həmkəndlisi Şahid3 onlara “Fərhadgilin həyətinə girməyin, orada ancaq qadınlardır, ayıbdır, belə hərəkətlər etməyin, çıxın gedin, bu kəndin kişisi, ağsaqqalı var” – deyə irad bildirmişdir. Bundan sonra həmin yerə çoxlu sayda həmkəndliləri yığılmışlar. O da həmin yerə qayıtmış və həmkəndliləri Adəmgili sakitləşdirib oradan yola salmaq istəsələr də, sonuncular oradan getmək istəməmişlər. Lakin, həmin yerə çoxlu sayda adamların yığışdığını görüb gəldikləri “VAZ-2107” markalı avtomobilə əyləşib oradan uzaqlaşmışlar. Hazırda Təqsirləndirilən şəxsla barışmış və ondan heç bir şikayət və tələbi yoxdur. Məhkəmədə şahid qismində dindirilmiş zərər çəkmiş şəxsin qanuni nümayəndəsi Şahid1 ifadəsində göstərdi ki, xx xxxx 2020-ci il tarixdə saat 18 radələrində həyat yoldaşı Fərhad, oğlu Fərid və qızı Fidanla birlikdə yaşadıqları İmişli rayonunun Cavadxanlı kəndindəki evlərində olduqları vaxt küçədən həyət qapılarının yaxınlığından söyüş səsləri eşidib qorxudan küçəyə çıxa bilməsə də, pəncərədən küçəyə baxıb nə baş verməsini öyrənmək istəmişdir. Pəncərədən küçəyə baxan zaman Təqsirləndirilən şəxs tanımadığı dörd nəfər oğlanlarla birlikdə onların evlərinin həyət qapısının yaxınlığında küçədə dayanaraq onun ailə üzvlərinin ünvanına söyüşlər söydüyünü və Adəmin əlində taxta dəyənək olduğunu görmüşdür. O, qorxudan küçəyə çıxmamış və uşaqlarını da küçəyə buraxmamışdır. Adəm və yanında gələn dörd nəfər oğlan qapını açıb içəri keçmək istəyərkən həmkəndlisi Şahid3 gəlib Adəmgilə “Fərhadgilin həyətinə girməyin, orada ancaq qadınlardır, belə hərəkətlər etməyin, bu insana yaraşan hərəkət deyil, çıxın gedin, bu kəndin kişisi, ağsaqqalı var, burada qırğın salmayın” deyib iradını bildirmişdir. Bu vaxt səs-küyə çoxlu sayda həmkəndliləri yığışmışdır. Həmin vaxt onlarla qonşuluqda yaşayan Zərərçəkmiş şəxs1 onun oğlu Fəridə zəng edərək “bunlar məni səninlə dəyişik salıb döydülər, çıx küçəyə” demişdir. Oğlu Fərid küçəyə çıxmış və təxminən 10 dəqiqə sonra geri qayıtmışdır. O, bundan sonra həyat yoldaşı Fərhada zəng edərək baş verənlər barədə demiş və həyat yoldaşı ona küçəyə çıxmamağı və uşaqları da küçəyə buraxmamağı tapşırmışdır. Adəmgil küçəyə gələndən təxminən 15 dəqiqə sonra çıxıb getmişlər. Sonradan Adəmgil küçədə olduqları zaman onlarla qonşuluqda yaşayan Zərərçəkmiş şəxs1 onun oğlu Fəridlə dəyişik salaraq küçədə tutub əllərində olan dəyənəklə döyüb xəsarət yetirdiyini eşitmişdir. O, həmçinin ifadəsində göstərdi ki, onlarla qonşuluqda yaşayan dayısı Elmanın arvadı Şahid10 İmişli şəhərində yerləşən “Elçin” şadlıq sarayında qabyuyan işləmişdir. Təqsirləndirilən şəxs da həmin şadlıq sarayında administrator işlədiyi vaxt Leyla ilə tanış olmuş, İmişli şəhərində yaşamasına baxmayaraq hərdən-bir ona məlum olmayan səbəbdən Leylanın yaşadığı evə gəlib-getmişdir. Leylanın yaşadığı ev kənddə yerləşdiyi üçün kənd yerində bu barədə bəzi xoşagəlməz söz-söhbət olmuşdur. Hətta dəfələrlə həmkəndliləri Adəmə Leylanın evinə gəlməməsini desələr də, sonuncu onların sözünə əhəmiyyət verməyib Leylanın evinə gəlib-gedirmiş. Leylanın əri Elman xəstə olduğundan Adəmin Leylanın evinə gəlməsi ona mənəvi cəhətdən çox pis təsir etmişdir. O da həyat yoldaşı Fərhada Adəmə bir daha Leylagilə gəlməməsini deməsini xahiş etmişdir. xx xxx 2020-ci il tarixdə saat 24 radələrində evdə olduğu vaxt küçədə səs-küy eşitmiş və səs-küyə həyat yoldaşı Fərhad küçəyə çıxmışdır. Təxminən 10 dəqiqə sonra Fərhad evə qayıdarkən o, nə baş verməsini soruşduqda həyat yoldaşı Adəmin Leylagilin həyətindən çıxarkən həmkəndliləri Şahid4, Şahid5, Şahid8, Laçın Xəlilov və Elşadın oğlu Toğrulun gördükləri üçün onunla mübahisə etdiklərini demişdir. Fərhad özü də Adəmə Leylanın evinə gəlməməsini demiş və Adəm də bir daha Leylanın evinə gəlməyəcəyinə söz verib çıxıb getmişdir. Məhkəmədə şahid qismində dindirilmiş X5 ifadəsində göstərdi ki, xx xxxx 2020-ci il tarixdə saat 16:30 radələrində İmişli şəhərində Şəkər zavodunun yaxınlığında yerləşən elektrik ustası kimi işlədiyi avtomobil təmiri sexində olduğu zaman bacısının həyat yoldaşı Təqsirləndirilən şəxs onu çağırmış və o, sexdən çıxarkən sonuncunun atasına məxsus VAZ-2107 markalı **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobillə sexin qarşısında dayandığını görmüşdür. Həmin vaxt avtomobilin qabaq sağ oturacağında bir nəfər, arxa oturacağında isə iki nəfər tanımadığı şəxslər də olmuşdur. Adəm ona “bir yer var mənimlə gedib dəyib qayıdarıq” dedikdə o, ondan hara getdiklərini soruşmadan avtomobilin arxa sol oturacağında əyləşmişdir. Adəm avtomobili idarə edərək İmişli rayonunun Cavadxanlı kəndi istiqamətində sürmüşdür. İmişli rayonunun Cavadxanlı kəndinə çatarkən Adəm avtomobili yolun kənarında saxlamışdır. Həmin vaxt yolun kənarında tanımadığı iki nəfər şəxs dayanmışdır. Onlar avtomobildən yerə düşmüş, o, avtomobilin yanında qalmış, Adəm, Emin və onlarla gələn tanımadığı iki nəfər şəxs isə avtomobildən aralanaraq yolun kənarında dayanan həmin iki nəfər şəxsə tərəf getmişlər. Həmin vaxt Adəmin əlində qara lentlə sarınmış, təxminən 1 metr uzunluğunda taxta parçası olmuşdur. Emin və onlarla gələn tanımadığı iki nəfər Adəmdən “səni vuran bunlardır?” deyə soruşduqda sonuncu sərxoş olduğu üçün həmin adamlara baxaraq Emingilə cavab verməmişdir. Bu vaxt körpünün yaxınlığından 14-15 yaşlı tanımadığı bir oğlanın keçdiyini görmüşdür. Adəm həmin oğlandan “məni niyə döyürdün” deyə soruşduqda adını sonradan bildiyi Zərərçəkmiş şəxs1 onu döymədiyini desə də, Adəm əlində olan taxta parçası ilə sonuncunun qolundan və qıçından bir neçə dəfə vurmuşdur. Adəm Ceyhunu vurarkən əlindəki taxta sınmışdır. Bundan sonra Ceyhun oradan qaçıb getmişdir. Sonra Adəm sahibini tanımadığı və həmin yerin yaxınlığında yerləşən evin həyət qapısına bayır tərəfdən yaxınlaşaraq darvazanı döyməyə başlamış və “məni döyənlər bu evdə olur” demişdir. Həmin vaxt ora yığışan tanımadığı kənd camaatından bir nəfər Adəmə “o ev Fərhadın evidir, orada heç kim yoxdur. Fərhad bir sakit adamdır” dedikdə Adəm uca səslə söyüşlər söyməyə başlamışdır. Həmin yerə xeyli sayda tanımadığı adamlar yığışmış və tanımadığı şəxslərdən biri onların oradan getmələrini tələb etmişdir. O, vəziyyətin pisləşdiyini görüb dava-dalaş olmasın deyə Adəmgili sakitləşdirməyə başlamışdır. Bundan sonra o, Adəmi və onlarla gələn üç nəfər şəxsi avtomobilə mindirmiş, özü avtomobilin sükanı arxasında oturub avtomobili idarə edərək İmişli şəhəri istiqamətində hərəkət etmişdir. İmişli şəhərində Şəkər zavodu yaxınlığında yerləşən işlədiyi sexə çatarkən avtomobildən yerə düşmüş, avtomobili orada saxlayıb Adəmgili taksi ilə yola salmaq istəmişdir. Çünki həmin vaxt Adəm sərxoşluqdan özünü idarə edə bilməmişdir. Lakin, Adəm ondan əl çəkməyib avtomobilin açarını ondan alaraq avtomobili özü idarə edərək yanında olan üç nəfərlə birlikdə oradan getmişdir. O, həmçinin ifadəsində göstərdi ki, xx xxxx 2020-ci il tarixdə saat 16:30 radələrində İmişli rayonunun Cavadxanlı kəndinə çatana kimi o, Adəmgilin həmin kəndə hansı məqsədlə getdiklərini bilməmişdir. O, həmin kənddən qayıdandan sonra onların həmin kəndə getməmişdən bir neçə gün əvvəl Adəm əvvəldən tanıdığı və həmin kənddə yaşayan bir qadınla görüşmək üçün gecə saatlarında həmin qadıngilə getdiyini, Adəmin həmin qadının evindən çıxıb gedən zaman kəndin içərisində bir neçə nəfər kənd sakini ilə aralarında mübahisə olduğunu öyrənmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, xx xxxx 2020-ci il tarixdə saat 18 radələrində həmkəndlisi Şahid9 evindən təxminən 50-60 metr aralıda söyüd ağacının altında oturduğu zaman İmişli-Saatlı avtomobil yolu ilə kəndə tərəf gələn “VAZ-2107” markalı, dövlət qeydiyyat nişanı yadında qalmadığı avtomobilin yoldan Fərhadın evinə tərəf dönərək ondan bir az aralıda dayandığını görmüşdür. Həmin avtomobildən tanımadığı beş nəfər cavan oğlan düşərək ona tərəf gəlmişlər. Onlardan bir nəfəri adını sonradan bildiyi Təqsirləndirilən şəxs ona yaxınlaşaraq Cavadxanlı kəndindən olan Əhməd və Elşənin evinin yerini soruşmuşdur. O, Adəmin hərəkətindən və danışığından açıq aydın sərxoş olmasını və əlində qara yapışqanlı lentlə sarınmış, təxminən bir metr uzunluğunda taxta dəyənək olmasını gördüyü üçün dava-dalaş düşəcəyindən ehtiyat etdiyinə görə ona Əhməd və Elşəni tanımadığını demişdir. Bundan sonra o, Adəmin həmkəndlisi Fərhadın evinin giriş qapısına tərəf getdiyini görüb ona sonuncunun evində yalnız qadınlar olduğunu, ona evə girməyə imkan verməyəcəyini deyib qolundan tutaraq kənara çəkmişdir. Həmin vaxt həmkəndlisi Ağasəfin azyaşlı oğlu Ceyhun onlara tərəf gələrkən Adəm onu görən kimi üstünə tərəf gedərək əlindəki taxta parçası ilə onun qıçından və qolundan vurmuş və Ceyhun yerə yıxılmışdır. Adəm yenə də əlindəki taxta parçası ilə Ceyhunu vurmaq istəyərkən sonuncu durub qaçmışdır. Ceyhun qaçıb getdikdən sonra Adəm yenə də Fərhadın evinin giriş qapısına tərəf gedib sonuncunun ünvanına söyüşlər söyərək evin həyət qapısını yumruqla döyməyə başlamışdır. O, yenə də Adəmə və yanında gələn oğlanlara oradan getmələrini demişdir. Həmin vaxt artıq Adəmgilin səs-küyünə və hərəkətlərinə görə ora çoxlu sayda yoldan keçən tanımadığı adamlar və kənd sakinləri yığışmışlar. Orada olan adamlar Adəmgili çətinliklə də olsa sakitləşdirmiş və bundan sonra onlar avtomobilə minərək oradan getmişlər. Məhkəmədə şahid qismində dindirilmiş X8 ifadəsində göstərdi ki, xx xxx 2020-ci il tarixdə saat 23 radələrində həmkəndliləri Şahid4, Şahid5, Şahid6 və Şahid8la birlikdə İmişli rayonunun Cavadxanlı kəndində həmkəndlisi Şahid10nın evindən təxminən 30-40 metr aralıda yerləşən körpünün üstündə dayanıb söhbət edərkən sonuncunun evinin həyət qapısından bayırda dayanmış VAZ-2107 markalı, **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobilə bir nəfər oğlanın minərək onlara tərəf gəldiyini görmüşdür. O, əvvəllər də həmin oğlanın adını sonradan bildiyi Təqsirləndirilən şəxs həmin avtomobillə gecələr Leylagilə gəlib-getməsini bir neçə dəfə görmüşdür. Ona görə də yanında olan həmkəndliləri ilə birlikdə Adəmi saxlatdırıb bir daha gecələr həmin evə gəlməməsini başa salmaq qərarına gəlmişlər. Avtomobil onlara çatan zaman avtomobili saxlatdırmışlar. Avtomobildə sürücüdən başqa heç kim olmamışdır. Adəm avtomobildən düşdükdən sonra ondan kim olmasını və Leylagilə gecələr niyə gəlməsinin səbəbini soruşmuşlar. Adəm İmişli şəhərində yaşamasını, Leyla ilə yaxın münasibətdə olmasını və onunla görüşmək üçün gecələr sonuncunun həyətinə gəldiyini demişdir. Adəmin hərəkətindən və danışığından sərxoş olması açıq-aydın hiss olunmuşdur. O və yanında olan digər həmkəndliləri Adəmə öz iradlarını bildirib ona bir daha həmin həyətə gəlməməsini tapşırmışlar. Həmin vaxt dayandıqları yerin yaxınlığında yaşayan Şahid9 da evinin həyətindən çıxaraq onların yanına gəlmiş və o da Adəmin Leylagilə gəlməsini eşitdikdən sonra ona iradını bildirmişdir. Bundan sonra Adəm avtomobilə minərək oradan çıxıb getmişdir. xx xxxx 2020-ci il tarixdə saat 18 radələrində o, kəndin içərisi ilə piyada getdiyi zaman Şahid9 evinin yaxınlığında çoxlu sayda insanların toplaşdığını və səs-küy gəldiyni eşidib nə baş verməsini öyrənmək üçün həmin yerə getmiş və Adəmin tanımadığı dörd nəfərlə birlikdə VAZ-2107 markalı **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobilə minərək oradan getdiklərini görmüşdür. Sonradan Adəmin dörd nəfər oğlanla birlikdə avtomobillə həmin yerə gəlib əvvəlcə Fərhadın evinə hücum etmək istədiklərini, səs-küyə yığışan adamların Adəmgili Fərhadın evinə girməyə qoymadıqlarını, həmçinin Adəmin həmin vaxt oradan keçən həmkəndlisi Zərərçəkmiş şəxs1 əlində olan taxta dəyənəklə vuraraq xəsarət yetirdiyini eşitmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4, Şahid5, Şahid6 və Şahid8 işin hallarına dair şahid X3 ifadəsinə uyğun ifadə verdilər. Məhkəmədə şahid qismində dindirilmiş Şahid9 ifadəsində göstərdi ki, xx xxxx 2020-ci il tarixdə saat 18 radələrində İmişli rayonunun Cavadxanlı kəndinin yaxınlığında olan əkin sahələrində olduğu zaman həyat yoldaşı Yenigül ona zəng edərək Adəmin dörd nəfər tanımadığı oğlanla gəlib qapılarının ağzında söyüş söyüb çölə çıxmalarını tələb etdiklərini demişdir. O, Yenigülə küçəyə çıxmamağı və uşaqları da küçəyə buraxmamağı tapşırıb piyada evinə tərəf getmişdir. O, evinə çatan zaman küçədə heç kim olmamışdır. Sonradan xx xxxx 2020-ci il tarixdə saat 18 radələrində Adəmin dörd nəfər tanımadığı oğlanla gəlib onların evinin həyət qapısının ağzında onları söyüb çölə çıxmalarını tələb etdiklərini, onu və oğlu Fəridi axtarmalarını, həyətə girmək istədiklərini, həmin vaxt əvvəlcə həmkəndlisi Əziz, sonra isə başqa həmkəndlilərinin onlara imkan vermədiklərini, Adəmin küçədən keçən həmkəndlisi Zərərçəkmiş şəxs1 taxta dəyənəklə döyərək xəsarət yetirdiyni öyrənmişdir. O, həmçinin ifadəsində göstərdi ki, onlarla qonşuluqda yaşayan və həyat yoldaşı Yenigülün dayısı Elmanın arvadı Şahid10 İmişli şəhərində yerləşən “Elçin” şadlıq sarayında qabyuyan işləyərkən həmin şadlıq sarayında administrator işləmiş Təqsirləndirilən şəxs ilə tanış olmuş, sonuncu İmişli şəhərində yaşamasına baxmayaraq hərdən-bir ona məlum olmayan səbəbdən Leylanın yaşadığı evə gəlirmiş. Leylanın yaşadığı ev kənddə yerləşdiyi üçün kənd yerində bu barədə bəzi xoşagəlməz sözsöhbətlər gəzirmiş. Hətta dəfələrlə həmkəndliləri Adəmə Leylanın evinə gəlməməsini desələr də, sonuncu həmkəndlilərinin sözünə əhəmiyyət verməyib sonuncunun evinə gəlirmiş. xx xxx 2020-ci il tarixdə saat 24 radələrində o, evində olduğu zaman küçədə səsküy eşidib küçəyə çıxmış və həmkəndliləri Şahid4, Şahid5, Şahid8, Laçın Xəlilov və Şahid6 Adəmlə mübahisə etdiklərini görmüşdür. O, söhbətdən Adəmin yenə də Leylagilə gəldiyini anlamışdır. Adəmin Leylagilə gəlməsini eşitdikdən sonra o da ona iradını bildirmişdir. Adəmlə söhbət bununla başa çatmış və sonuncu avtomobilə minərək oradan getmişdir. Ola bilsin ki, Adəm həmin söhbətdən narazı qaldığı üçün onun həyətinə gəlibmiş. Belə ki, Adəm xx xxx 2020-ci il tarixdə saat 24 radələrində həmkəndliləri ilə mübahisə edən zaman o, həyətindən çıxaraq həmin yerə gedərkən sonuncu onun yaşadığı evi görmüşdür. Məhkəmədə şahid qismində dindirilmiş Şahid10 ifadəsində göstərdi ki, İmişli şəhərində yerləşən “Elçin” şadlıq sarayında qabyuyan işləyərkən həmin şadlıq sarayında administrator işləyən Təqsirləndirilən şəxs ilə tanış olmuş və aralarında yaxın münasibət yaranmışdır. Bundan sonra Adəm hərdən-bir onların evinə qonaq kimi gəlib-gedirmiş. xx xxx 2020-ci il tarixdə saat 22 radələrində o, evdə olduğu zaman Adəm onların evinə gəlmiş və dükan açdığını, həmin dükanda satmaq üçün ona beçə və yumurta lazım olduğunu demişdir. O, Adəmə kənddə soraqlaşıb beçə və yumurta satan olsa ona xəbər verəcəyini demiş və sonuncu evin həyətində olan daxmada bir stəkan çay içib çıxıb getmişdir. Həmin vaxt Adəmin onun evinə gəlib-getməsi cəmi beş dəqiqə çəkmişdir. Sonradan Adəmin onun evindən çıxıb gedən zaman həmkəndliləri Şahid9, Şahid4, Vüsal Seyfullayev, Şahid8 və Laçın Xəlilov tərəfindən kəndin içərisində, onun evinin yaxınlığında olan körpünün üstündə qarşısını kəsərək, guya həmin vaxt Adəmin onların həyətində olarkən hamamda onunla görüşdüyünə görə döydüklərini eşitmişdir. Bunların hamısını Fərhad ona şər atmaq üçün etmişdir. Daha sonra xx xxxx 2020-ci il tarixdə Adəmin tanımadığı şəxslərlə gələrək Fərhadgilin qapısının yaxınlığında dava-dalaş etdiyini bilmişdir. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin MTE və PA X11 şəxsin İmişli rayon məhkəmə-tibbi ekspertizası şöbəsinin xx xxxx 2020-ci il tarixli, 366 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 bədəni üzərində aşkar edilmiş xəsarətlər - sol budun orta 1/3-nin bayır səthində, sol bazunun yuxarı 1/3-nin bayır səthində qançırlar küt əşyanın (əşyaların) təsirindən törənmişdir, müxtəlif şəraitlərdə, o cümlədən xx.xx.2020-ci il tarixdə göstərilən şəraitdə əmələ gələ bilər və sağlamlığa zərər vurmayan xəsarətlər olduğu üçün dərəcəsi təyin edilmir. İşdə olan məhkəmə-ballistik ekspertizasının xx xxxxxxx 2020-ci il tarixli, 3/1261 nömrəli rəyindən görünür ki, - tədqiqata təqdim edilmiş 1 (bir) ədəd predmet kustar üsulla hazırlanmış taxta parçasıdır, soyuq silah hesab edilmir, üzərində təyinatını dəyişdirən əlavə və dəyişiklik edilməmişdir, təyinatı üzrə istifadəyə yararlıdır. Beləliklə də, şərh edilən sübutları məcmu üzrə qiymətləndirərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsində nəzərdə tutulan ictimai təhlükəli əməli törətməkdə təqsirliliyi təsdiq edildi və o, istinad edilən cinayət qanununun həmin maddəsinin sanksiyası həddində cəzalandırılmalıdırlar. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. İşə əlavə edilmiş AZE 18183839 və AZE 10945543 nömrəli şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs ilə X1 birgə nikahlarından xx xxxxxx 2012-ci il təvəllüdlü X6 və xx xxxxxxx 2013-cü il təvəllüdlü X9 adlı iki nəfər uşaqları doğulmuşdur. İşə əlavə edilmiş İmişli rayon İcra Hakimiyyəti Başçısının şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xasiyyətləndirilir. Cinayət işindən görünür ki, Təqsirləndirilən şəxs qardaşı X7 xx xxxxxxxx 2020-ci il tarixdən Vətən Müharibəsində (2-ci Qarabağ) iştirak etmiş və xx xxxxxx 2020-ci il tarixdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlər zamanı Şuşa istiqamətində döyüş tapşırığını yerinə yetirərkən düşmən tərəfindən atılan artileriya atəşi nəticəsində “Posttravmatik stres pozuntusu. Sol tərəfli kəskin koxlear nevrit” xəsarəti almışdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ilk məhkumluğu, zərərçəkmiş şəxslə barışması, sonuncunun ondan heç bir şikayətinin və tələbinin olmaması, yaşayış yerindən müsbət xasiyyətləndirilməsi, himayəsində iki azyaşlı uşağının olması və qardaşı X2 Vətən Müharibəsində (2-ci Qarabağ) iştirak etməsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən hallar kimi nəzərə alınmalıdır. Məhkəmə həmçinin Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf etdiyini və həmin əmələ görə səmimi peşmançılıq hissləri keçirdiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinin ictimai təhlükəliliyini, özü və cəmiyyət üçün zərərli təsirlərini, bu əmələ görə məsuliyyətini başa düşmüş və artıq islah olunmağa başlamışdır. Həmin əsaslara görə məhkəmə Təqsirləndirilən şəxs səmimi peşman olmasını da cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs məhz hansı növ cəzanın təyin edilməsi məsələsinə baxarkən cinayət qanunvericiliyinin qeyd edilən maddələrinin tələblərini, təqsirləndirilən şəxsin törətmiş olduğu cinayət əməlində cəzanı yüngülləşdirən halların olmasını, cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq təqsirləndirilən şəxsə ittiham edildiyi maddədə nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini, ancaq təqsirləndirilən şəxsə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının real olaraq çəkilməsinin məqsədə müvafiq olmamasını və onun cəza çəkmədən də islah oluna biləcəyini mümkün sayaraq təqsirləndirilən şəxsə davranışda ictimaiyyətin daha fəal iştirakını təmin etmək, təqsirləndirilən şəxsdə cəmiyyət qarşısında məsuliyyət hissinin artmasına yardım göstərmək məqsədi ilə onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsini tətbiq etməklə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının şərti hesab olunmasını qanuni, əsaslı və ədalətli hesab edir. İş üzrə maddi sübut məhv edilməli, ekspertiza tədqiqatına sərf olunmuş ekspertiza xərci təqsirləndirilən şəxsdən dövlət nəfinə tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351- 353, 356, 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə təqsirli bilinib 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 70-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilən azadlıqdan məhrum etmə cəzası 2 (iki) il sınaq müddəti müəyyən edilməklə şərti hesab edilsin. Təqsirləndirilən şəxs üzərinə sınaq müddəti ərzində öz davranışı ilə islah olunmasını sübut etmək və onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Sınaq müddəti ərzində yeni cinayət törətməzsə hökm həmin hissədə icra edilməsin. Barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs qeydiyyatda olduğu İmişli rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. İş üzrə maddi sübut kimi İmişli rayon polis şöbəsinin saxlanc anbarında saxlanılan bir ədəd taxta parçası məhv edilsin. Ekspertiza tədqiqatına sərf edilmiş 64 (altmış dörd) manat ekspertiza xərci Təqsirləndirilən şəxs dövlət nəfinə tutulsun. İş üzrə mülki iddia yoxdur. Hökmdən 20 gün müddətinə İmişli rayon məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Sədrlik edən: Qurban Hacıyev
Məhkəmə qərarları › İş №1(036)-25/2021
İmişli Rayon Məhkəməsi Hökm — İş №1(036)-25/2021
30.03.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver