Məhkəmə qərarları › İş №1(036)-25/2022

İmişli Rayon Məhkəməsi Hökm — İş №1(036)-25/2022

16.02.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM İmişli rayonu İş № 1(036)-25/2022 16.02.2022 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Qurban Hamid oğlu Hacıyevin sədrliyi, Nuranə Busat qızı Hacıyevanın katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərər çəkmiş şəxsin hüquqi varisi: X4, Zərər çəkmiş şəxs: Zərərçəkmiş şəxs, Təqsirləndirlən şəxs: Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1959-cu il tarixdə İmişli rayonunun Hacalmuradlı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, ali təhsilli, təqaüdçü, əvvəllər məhkum olunmamış, İmişli rayonunun Qulubəyli kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan, barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs 05 oktyabr 2021-ci il tarixdə saat 12 radələrində idarə etdiyi “Kia Sorento” markalı, **-OM-*** dövlət qeydiyyat nişanlı avtomobillə İmişli rayonunun Rəsullu kəndindən İmişli şəhəri, H.Əliyev prospekti ilə şəhərin mərkəzi istiqamətində hərəkətdə olarkən, əks istiqamətli nəqliyyat axınlarının 1.3 üfüqi nişanlanma xətti ilə ayrılmasını nəzərə almalı, həmin nişanlanma xəttini kəsərək qarşı hərəkət zolağına çıxmaqla hərəkət üçün təhlükə şəraiti yaratmamalı və avtomobili öz hərəkət zolağı ilə idarə etməli olduğu halda, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 69-cu maddəsinin 7ci hissəsinin 1-ci bəndinin tələbləri ilə nəzərdə tutulan yol hərəkəti qaydalarını pozaraq, əks istiqamətli hərəkət zolağında “İJ” markalı motosikletin hərəkət etdiyini müşahidə etməklə, öz əməlinin ictimai təhlükəli nəticələr verə biləcəyi imkanını qabaqcadan görmüş, lakin kifayət qədər əsas olmadan onların qarşısını alacağını güman edib cinayətkarcasına özünəgüvənərək, İmişli şəhəri, A.Şadlinski küçəsində yerləşən Dövlət Sosial Müdafiə Fondunun İmişli rayon şöbəsi istiqamətində sola dönmə əməliyyatı aparmaq üçün idarə etdiyi avtomobillə əks istiqamətli nəqliyyat axınlarını ayıran 1.3 üfüqi nişanlanma xəttini kəsərək qarşı hərəkət zolağında əks istiqamətdə öz zolağı ilə hərəkət edən X1 idarə etdiyi “İJ” markalı, dövlət qeydiyyat nişanı olmayan motosikletin qarşısına çıxaraq motosikletlə toqquşmaqla yol-nəqliyyat hadisəsi törətmiş, nəticədə motosikletin sürücüsünə ehtiyatsızlıqdan ölümünə, yol-nəqliyyat hadisəsi zamanı “İJ” markalı, dövlət qeydiyyat nişanı olmayan motosikleti ehtiyatsızlıqdan zədələməklə sahibi X2 222 (iki yüz iyirmi iki) manat və “Kia Sorento” markalı, **-OM-*** dövlət qeydiyyat nişanlı avtomobili ehtiyatsızlıqdan zədələməklə sahibi Zərərçəkmiş şəxs 1550 (min beş yüz əlli) manat məbləğində maddi ziyan vurmuşdur. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, 05 oktyabr 2021-ci il tarixdə saat 12 radələrində etibarnamə əsasında idarə etdiyi oğlu Zərərçəkmiş şəxs məxsus “Kia Sorento” markalı, **- OM-*** dövlət qeydiyyat nişanlı avtomobillə İmişli rayonunun Rəsullu kəndindən İmişli şəhərinin mərkəzi istiqamətində hərəkət edərək şəhərin A.Şadlınski küçəsində yerləşən Dövlət Sosial Müdafiə Fondunun İmişli rayon şöbəsinə döndüyü anda qarşı tərəfdən gələn tanımadığı şəxsin idarə etdiyi dövlət qeydiyyat nişanı olmayan “İJ” markalı motosiklet onun DSMF-nin İmişli rayon şöbəsinə döndüyünü görmüş və o, idarə etdiyi avtomobillə həmin binanın həyətindəki qapısından içəri girmək istəyərkən motosiklet avtomobilin sağ ön qapısına dəymişdir. Motosiklet onun avtomobilinə dəyən zaman sürücü zərbənin təsirindən təxminən 2-3 metr kənara düşmüşdür. O, dərhal avtomobili saxlayıb həmin yerə yığışan insanların köməyi ilə adını sonradan bildiyi Mirbala Zeynalovu avtomobilinə qoyub İmişli Mərkəzi Rayon Xəstəxanasına aparmışdır. O, Dövlət Sosial Müdafiə Fondunun İmişli rayon şöbəsinə tərəf avtomobillə dönmə əməliyyatı apararkən həmin yolda olan qoşa xəttin bir tərəfi pozulduğundan xətti qırıq-qırıq xətt kimi zənn edib oradan dönmüşdür. O, idarə etdiyi avtomobillə dönmə əməliyyatı apararkən motosiklet ondan təxminən 50 metr məsafədə olmuşdur. Hadisə vaxtı o və sərnişin kimi yanında olan qardaşı oğlu Anar Hümbətov heç bir xəsarət almamışlar. Törətmiş olduğu cinayət əməlindən səmimi peşmandır. Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli özünün etirafı ilə yanaşı, iş üzrə dindirilmiş zərər çəkmiş şəxsin, zərər çəkmiş şəxsin hüquqi varisinin və şahidin ifadəsi, ekspertiza rəyləri, iş materialları və işin digər obyektiv halları ilə tam sübuta yetirilmişdir. Beləki, məhkəmədə zərər çəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X4 ifadəsində göstərdi ki, 05 oktyabr 2021-ci il tarixdə saat 11 radələrində əri Mirbala Zeynalov evdən çıxaraq borclarını ödəmək üçün İmişli şəhəri, A.Şadlıniski küçəsində yerləşən Su İdarəsinə getmişdir. Həmin gün saat 12 radələrində qonşuları ona ərinin idarə etdiyi motosikletin avtomobillə toqquşduğunu və ərinin İmişli MRX-ya aparıldığını demişlər. O, dərhal xəstəxanaya getmiş və əri Mirbalanın vəziyyətinin ağır olduğundan xəstəxananın reanimasiya şöbəsinə yerləşdirildiyini görmüşdür. Elə həmin gün əri Mirbala Zeynalov Bakı şəhər 1 saylı Klinik xəstəxanasına aparılmış və 08 oktyabr 2021-ci il tarixdə saat 16 radələrində almış olduğu xəsarətlərdən xəstəxanada vəfat etmişdir. Təqsirləndirilən şəxs tərəfindən dəfn və yas mərasimləri üçün çəkilən xərclər və vurmuş olduğu mənəvi zərərin əvəzi ona ödənilmişdir. Hazırda Təqsirləndirilən şəxs ilə barışmış və sonuncuya qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmədə zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, ona məxsus “Kia Sorento” markalı, **-OM-*** dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə əsasında atası Təqsirləndirilən şəxs idarə edirmiş. 05 oktyabr 2021ci il tarixdə işi ilə əlaqədar Gürcüstan Respublikasında olduğu vaxt qardaşı Vüqar ona zəng vuraraq atasının motosikletlə toqquşaraq yol-nəqliyyat hadisəsi törətdiyini və hadisə nəticəsində motosikletin sürücüsü Mirbala Zeynalovun ağır xəsarət aldığını demişdir. O, dərhal geri qayıtmış və 06 oktyabr 2021-ci il tarixdə Bakı şəhər 1 saylı Klinik xəstəxanada qəza zamanı xəsarət almış Mirbala Zeynalovun yaxınları ilə bir yerdə olmuşdur. Hadisə nəticəsində onun adına qeydiyyatda olan “Kia Sorento” markalı **-OM-*** dövlət qeydiyyat nişanlı avtomobilə maddi ziyan dəymişdir. Avtomobilə vurulmuş ziyana görə atası Salehdən heç bir şikayəti və tələbi yoxdur. Məhkəmədə şahid qismində dindirilmiş X5 ifadəsində göstərdi ki, 05 oktyabr 2021-ci il tarixdə saat 12 radələrində əmisi Təqsirləndirilən şəxs idarə etdiyi “Kia Sorento” markalı, **-OM-*** dövlət qeydiyyat nişanlı avtomobillə İmşli rayonunun Rəsullu kəndindən şəhərin mərkəzi istiqamətində hərəkətdə olarkən əmisi İmişli şəhəri, A.Şadlınski küçəsində yerləşən Dövlət Sosial Müdafiə Fondunun İmişli rayon şöbəsinə dönmə əməliyyatı etdiyi anda qarşı tərəfdən gələn tanımadıqları şəxsin idarə etdiyi dövlət qeydiyyat nişanı olmayan, “İJ” markalı motosiklet onların DSMF-nin İmişli rayon şöbəsinə döndüklərini görüb həmin binanın həyətindəki qapısından içəri daxil olmaq istəyərkən motosiklet əmisinin idarə etdiyi avtomobilin sağ ön qapısına dəymişdir. Motosiklet avtomobilin ön qapısına dəydiyi zaman motosikletin sürücüsü zərbənin təsirindən təxminən 2-3 metr kənara düşmüşdür. Onlar dərhal avtomobildən yerə düşüb toplaşan insanların köməkliyi ilə motosikletin sürücüsü Mirbala Zeynalovu əmisinin idarə etdiyi avtomobilə mindirib İmişli Mərkəzi Rayon Xəsətxanasına aparmışlar. İş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş məhkəmə-tibbi ekspertizanın 08 oktyabr 2021-ci tarixli 20 nömrəli rəyindən görünür ki, X1 meyiti səthində müəyyən edilmiş xəsarətlər – sol gicgah-təpə sümyünün yerini dəyişmiş xətti sınığı, sınıq proyeksiyasında yumşaq toxumada, baş beyinin sərt və yumşaq qişasında, qişaaltında qansızma, baş beyin toxumasına qansızma, sol gicgah nahiyəsində dərialtı hematoma, sağda Vİİ qabırğanın yerini dəyişməyən sınığı, təpə nahiyəsində sıyrıq küt əşyanın (əşyaların) təsirindən törənmişdir, dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurma əlamətlərinə aid edilir. Xəsarətlər qərarın təsviri hissəsində göstərilən vaxtda və şəraitdə, yəni 05 oktyabr 2021-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı əmələ gələ bilərdi. X1 ölümü 08 oktyabr 2021-ci il tarixdə baş vermiş və onun ölümünə səbəb başın küt travması nəticəsində sol gicgah-təpə sümüyünün sınığı və başbeyin toxumasına qansızma olmuşdur. İşdə olan 05 oktyabr 2021-ci ili tarixli, 35 nömrəli sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, “Kia Sorento” markalı, **-OM-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hadisə vaxtı ayıq olmuşdur. İşdə olan məhkəmə-kimyəvi ekspertizanın 12 noyabr 2021-ci il tarixli 3625/K nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs İfəndiyar oğlundan götürülmüş qan nümunəsində etil spirti aşkar edilmədi. İşdə olan məhkəmə yol-nəqliyyat hadisələri ekspertizanın 05 yanvar 2022-ci il tarixli, 8/3209 nömrəli rəyindən görünür ki, “Kia Sorento” markalı, **-OM-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 69-cu maddəsinin 7-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. İşdə olan "xxxx" MMC-nin 08 oktyabr 2021-ci il tarixli, 142 nömrəli zərər aktından görünür ki, Təqsirləndirilən şəxs etibarnamə əsasında idarə etdiyi, oğlu Zərərçəkmiş şəxs məxsus “Kia Sorento” markalı, **-OM-*** dövlət qeydiyyat nişanlı avtomobilə 1550 (bir min beş yüz əlli) manat maddi ziyan dəymişdir. İşdə olan "xxxx" MMC-nin 08 oktyabr 2021-ci il tarixli, 143 nömrəli zərər aktından görünür ki, X1 idarə etdiyi “İJ” markalı dövlət qeydiyyat nişanı olmayan motosikletə 222 (iki yüz iyirmi iki) manat maddi ziyan dəymişdir. İşdə olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X9 İdarəsinin İmişli regional Qeydiyyat-İmtahan və Texniki-Baxış şöbəsinin 18 oktyabr 2021-ci il tarixli, 016- 308-179-1221 nömrəli məktubundan görünür ki, İmişli rayonunun Qulubəyli kənd sakini Təqsirləndirilən şəxs “BC” kateqoriyalı, AF 501121 nömrəli sürücülük vəsiqəsi verilmiş və onun adı sürücülük hüququndan məhrum olunanların siyahısında yoxdur. Beləliklə də, şərh edilən sübutları məcmu üzrə qiymətləndirərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsində nəzərdə tutulan ictimai təhlükəli əməli törətməkdə təqsirliliyi təsdiq edildi və o, istinad edilən cinayət qanununun həmin maddəsinin sanksiyası həddində cəzalandırılmalıdır. Cəza məsələsi müzakirə edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirləndirilən şəxsi səciyyələndirən məlumatlar, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Təqsirləndirilən şəxs ilk məhkumluğu, zərər çəkmiş şəxsin hüququ varisi ilə barışması, ona maddi yardım göstərməsi, sonuncunun ondan heç bir şikayətinin və tələbinin olmaması, həmçinin zərər çəkmiş şəxs oğlu Zərərçəkmiş şəxs da ondan heç bir şikayətinin və tələbinin olmaması və yaşayış yerindən müsbət xasiyyətləndirilməsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən hallar kimi nəzərə alınmalıdır. Məhkəmə həmçinin Təqsirləndirilən şəxs törətdiyi əməli könüllü olaraq etiraf etdiyini və həmin əmələ görə səmimi peşmançılıq hissləri keçirdiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinin ictimai təhlükəliliyini, özü və cəmiyyət üçün zərərli təsirlərini, bu əmələ görə məsuliyyətini başa düşmüş və artıq islah olunmağa başlamışdır. Həmin əsaslara görə məhkəmə Təqsirləndirilən şəxs səmimi peşman olmasını da cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə Təqsirləndirilən şəxs məhz hansı növ cəzanın təyin edilməsi məsələsinə baxarkən cinayət qanunvericiliyinin qeyd edilən maddələrinin tələblərini, təqsirləndirilən şəxsin törətmiş olduğu cinayət əməlində cəzanı yüngülləşdirən halların olmasını, cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq təqsirləndirilən şəxsə ittiham edildiyi maddədə nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini, ancaq təqsirləndirilən şəxsə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının real olaraq çəkilməsinin məqsədə müvafiq olmamasını və onun cəza çəkmədən də islah oluna biləcəyini mümkün sayaraq təqsirləndirilən şəxsə davranışda ictimaiyyətin daha fəal iştirakını təmin etmək, təqsirləndirilən şəxsdə cəmiyyət qarşısında məsuliyyət hissinin artmasına yardım göstərmək məqsədi ilə onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsini tətbiq etməklə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının şərti hesab olunmasını qanuni, əsaslı və ədalətli hesab edir. Ekspertiza tədqiqatına sərf edilmiş 100 (bir yüz) manat ekspertiza xərci Təqsirləndirilən şəxs dövlət nəfinə tutulmalıdır. İş üzrə maddi sübut kimi tanınmış “Kia Sorento” markalı, **-OM-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalıdır. İş üzrə maddi sübut kimi İmişli rayon Polis şöbəsinin duracağında saxlanılan “İJ” markalı, dövlət qeydiyyat nişanı olmayan motosiklet zərər çəkmiş şəxsin hüquqi varisi X3 qaytarılmalıdır. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə təqsirli bilinib 1 (bir) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 3 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 70-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilən azadlıqdan məhrum etmə cəzası 2 (iki) il sınaq müddəti müəyyən edilməklə şərti hesab edilsin. Təqsirləndirilən şəxs üzərinə sınaq müddəti ərzində öz davranışı ilə islah olunmasını sübut etmək və onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Sınaq müddəti ərzində yeni cinayət törətməzsə hökm həmin hissədə icra edilməsin. Barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs qeydiyyatda olduğu İmişli rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Ekspertiza tədqiqatına sərf edilmiş 100 (bir yüz) manat ekspertiza xərci Təqsirləndirilən şəxs dövlət nəfinə tutulsun. İş üzrə maddi sübut kimi tanınmış “Kia Sorento” markalı, **-OM-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. İş üzrə maddi sübut kimi İmişli rayon polis şöbəsinin duracağında saxlanılan “İJ” markalı, dövlət qeydiyyat nişanı olmayan motosiklet zərər çəkmiş şəxsin hüquqi varisi X3 qaytarılsın. İş üzrə mülki iddia yoxdur. Hökmdən 20 gün müddətinə İmişli rayon məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Sədrlik edən: Qurban Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar