Məhkəmə qərarları › İş №1(036)-26/2021

İmişli Rayon Məhkəməsi Hökm — İş №1(036)-26/2021

02.03.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM İmişli rayonu İş № 1(036)-26/2021 02.03.2021 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İş № 1(036)-026/2021 AZƏRBAYCAN RESPUBLİKASİ ADİNDAN HÖKM xx xxxx 2021-ci il/saat 11:40 İmişli şəhəri İmişli Rayon Məhkəməsi Hakim: Nüsrətov Tərlan Vaqif oğlunun sədrliyi, Məhkəmə iclasının katibi: Əhmədova Günel Mirzə qızının katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs müdafiəçisi: İmişli rayon Vəkil Bürosunun vəkili X3, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakı ilə, xx xxxxxx 1979-cu ildə İmişli şəhərində anadan olmuş, ailəli, Azərbaycan Respublikasının vətəndaşı, işsiz, orta təhsilli, əvvəllər məhkum olunmuş, İmişli şəhəri, T.İsmayılov küçəsi, ev 10 A, mənzil 15 ünvanda qeydiyyatda olan və İmişli şəhəri, ünvan 1 ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs... Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədədən satış məqsədi ilə qanunsuz olaraq 0.381 qram çəkidə narkotik vasitə olan heroin və satış məqsədi ilə qanunsuz olaraq 0.73 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana əldə edib, daşımaqla üzərində saxlamışdır. xx xxxx 2020-ci il tarixdə, saat 16:00 radələrində İmişli Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs İmişli şəhəri, Füzuli küçəsində şübhəli şəxs qismində saxlanılaraq, İmişli Rayon Polis Şöbəsinin inzibati binasına gətirilmiş və orada üzərində şəxsi axtarış aparıla zaman əynindəki şalvarın sağ cibindən 1 (bir) ədəd polietilen kəsiyi bükümündə satış məqsədi ilə qanunsuz olaraq əldə edib, üzərində saxlamaqla daşıdığı 0.381 qram çəkidə narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Əməliyyat-axtarış tədbirlərinin davamı olaraq, həmin gün saat 17:00 radələrində Təqsirləndirilən şəxs yaşadığı İmişli şəhəri, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evində aparılan baxış zamanı evin yataq otağındakı dolabda olan pencəyin sağ yan cibindən 1 (bir) ədəd kağız kəsiyi bükümündə satış məqsədi ilə qanunsuz olaraq əldə edib, saxladığı 0.73 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı dindirilmiş Təqsirləndirilən şəxs özünü təqsirli bilməyərək, ifadəsində bildirmişdir ki, o, əvvəllər narkotik vasitə olan heroin və qurudulmuş marixunana qəbul etmişdir. X1 xx xxxxxx 2019-cu ildə vəfat etmişdir. Qardaşı Fuad vəfat etdikdən sonra o, qardaşının pəncəyinin cibindən 1 (bir) büküm narkotik vasitə olan heroin və 1 (bir) büküm qurudulmuş marixuana tapmışdır. O, həmin narkotik vasitə olan heroini və qurudulmuş marixunanı şəxsi istifadə etməsi üçün özündə saxlamış, hətta bir hissəsini bir neçə dəfə istifadə etmişdir. Qalan hissəsini isə sarı rəngli sellofana büküb, özünün istifadə etməsi üçün cibində saxlamışdır. xx xxxx 2020-ci il tarixdə, təxminən saat 16:00 radələrində yaşadığı evdən çıxaraq İmişli şəhəri, Füzuli küçəsi ilə şəhərin mərkəzinə gedən zaman bir neçə nəfər polis əməkdaşı ona yaxınlaşıb, İmişli Rayon Polis Şöbəsinə getməyi təklif etmişlər. O da, polis əməkdaşlarının təkilfini qəbul edərək, onlar ilə birlikdə İmişli Rayon Polis Şöbəsinə getmişdir. Polis Şöbəsində xidməti otaqların birində müdafiəçinin və 2 (iki) nəfər hal şahidinin iştirakı ilə üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı əynində olan cins şalvarın sağ yan cibindən 1 (bir) ədəd sarı rəngli sellofan torbaya bükülmüş narkotik vasitə olan heroin aşkar edilmişdir. Üzərindən digər qanunsuz narkotik vasitə, əşya və predmet aşkar edilməmişdir. Təqdim etdiyi sellofan torbada olan heroin elektron tərəzidə çəkilən zaman çəkisinin 0.385 qram olması müəyyən edilmişdir. Polis əməkdaşları ondan həmin narkotik vasitə olan heroinin kimdən əldə etdiyini soruşduqda o, mərhum qardaşı Fuaddan qaldığını bildirmişdir. Eyni zamanda, polis əməkdaşları ondan yaşadığı evdə narkotik vasitənin olub-olmamasını soruşduqda o, yaşadığı evdə 1 (bir) büküm qurudulmuş marixuana olduğunu bildirmişdir. Daha sonra polis əməkdaşları ona yaşadığı mənzildə baxış keçirilməsini bildirmişlər. O, yaşadığı mənzildə polis əməkdaşları tərəfindən baxış keçirilməsinə etiraz etməmişdir. Baxış zamanı o, polis əməkdaşları narkotik vasitə olan qurudulmuş marixuananı yaşadığı mənzilin yataq otağında yerləşən şifonerdə ona məxsus pəncəyin sağ yan cibindən aşkar edilərək, götürülmüşdür. Üzərindən və yaşadığı mənzildən aşkar edilərək, götürülmüş həmin narkotik vasitə olan heroin və qurudulmuş marixuana onun, hal şahidlərinin və müdafiəçinin iştirakı ilə qablaşdırılaraq zərfin içərisinə qoyulmuş, möhürlənmişdir. Eyni zamanda bildiri ki, özünü Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsinə görə təqsirli bilmir. Belə ki, o, üzərindən və yaşadığı mənzildən aşkar edilərək, götürülmüş həmin narkotik vasitə olan heroini və qurudulmuş marixuananı satmaq və ya kiməsə bağışlamaq niyyəti olmamış, sadəcə olaraq özünün istifadə etməsi üçün özündə saxlamışır. Bundan başqa, o, heç kimə narkotik vasitə satmamış və ya bağışlamamışdır. Lakin narkotik vasitə qəbul etdiyi üçün özünü Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsinə görə təqsirli bilir və səmimi peşmanlıq hissi keçirir. Bütün bunları nəzərə alaraq, barəsində məhkəmə tərəfindən yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, o, İmişli Rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsi axtarış üzrə əməliyyat müvəkkili vəzifəsində işləyir və polis leytenantıdır. xx xxxx 2020-ci il tarixdə İmişli şəhəri, T.İsmayılov küçəsi, ev 10, mənzil 15 ünvanda qeydiyyatda olan, faktiki olaraq İmişli şəhəri, Füzuli küçəsində yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq satış məqsədi ilə narkotik vasitə olan heroin əldə etməsi, həmin heroini üzərində və yaşadığı evdə saxlaması barədə əməliyyat məlumatı daxil olmuşdur. Əməliyyat məlumatının yoxlanılması üçün bu barədə raportla İmişli Rayon Polis Şöbəsinin rəhbərliyinə məruzə etmişdir. Rəhbərliyin müvafiq göstərişi əsasında Təqsirləndirilən şəxs ətrafında əməliyyat-axtarış tədbirlərinin keçirilməsi üçün qərar qəbul edilmişdir. İmişli Rayon Polis Şöbəsinin Təhqiqat Bölməsinin təhqiqatçısı, polis mayoru Şahid2, İmişli Rayon Polis Şöbəsinin Post Patrul Xidməti Bölməsinin polis nəfərləri polis serjantları Şahid4 və Şahid3 ibarət tərkibdə əməliyyat qrupu yaradılmış və İmişli şəhəri, Füzuli küçəsində əməliyyat tədbirini həyata keçirmək üçün müşahidəyə başlamışlar. Həmin gün, təxminən saat təxminən 16:00 radələrində Təqsirləndirilən şəxs İmişli şəhəri, Füzuli küçəsi ilə hərəkət etdiyini görmüşdür. Onlar Təqsirləndirilən şəxs yaxınlaşıb, özlərini İmişli Rayon Polis Şöbəsinin polis əməkdaşları kimi təqdim edərək, İmişli Rayon Polis Şöbəsinə getməyi təklif etmişlər. Təqsirləndirilən şəxs polis əməkdaşlarının təkilfini qəbul edərək, onlar ilə birlikdə İmişli Rayon Polis Şöbəsinə getmişdir. Təhqiqatçı tərəfindən müdafiəçinin və dəvət edilmiş hal şahidlərinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan əynində olan şalvarının sağ yan cibindən 1 (bir) ədəd sarı rəngli selofan bükümdə narkotik vasitə olan heroinə oxşar kütlə aşkar edilərək, götürülmüşdür. Həmin narkotik vasitə sayılan heroinin çəkisi 0.385 qram olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək, götürülmüş həmin narkotik vasitə olan heroin Təqsirləndirilən şəxs, hal şahidlərinin və müdafiəçinin iştirakı ilə qablaşdırılaraq zərfin içərisinə qoyulmuş, möhürlənmişdir. Bu barədə təhqiqatçı tərəfindən müvafiq protokol tərtib edilmiş, protokol ucadan oxunmuş, heç bir etiraz daxil olmamış əlavə və düzəlişlik edilmədən bütün iştirakçılar tərəfindən imzalanmışdır. Bundan başqa, şəxsi axtarış aparılan zaman Təqsirləndirilən şəxs yaşadığı evdə narkotik vasitə olan heroin olub-olmaması soruşulmuş və o, yaşadığı evin yataq otağında şifonerdə özünə məxsus pəncəyin cibində 1 (bir) büküm narkotik vasitə olan qurudulmuş marixuana olduğunu bildirmişdir. Bununla da, Təqsirləndirilən şəxs ərizəsinə və razılığına əsasən yaşadığı evə baxış keçirilmişdir. Əməliyyat qrupunun üzvləri hal şahidlərinin, Təqsirləndirilən şəxs və müdafiəçisinin iştirakı ilə onun yaşadığı evə baxış keçirmişlər. Təqsirləndirilən şəxs yaşadığı evin yataq otağında şifonerdəki pəncəyinin sağ cibindən 1 (bir) ədəd kağız bükümdə yaşıl rəngli, spesifik iyli narkotik vasitə olan qurudulmuş marixuanaya oxşar kütlə aşkar edilərək, götürülmüşdür. Həmin narkotik vasitə sayılan qurudulmuş marixuananın çəkisinin 0.75 qram olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar edilərək, götürülmüş həmin narkotik vasitə olan qurudulmuş marixuana Təqsirləndirilən şəxs, hal şahidlərinin və müdafiəçinin iştirakı ilə qablaşdırılaraq zərfin içərisinə qoyulmuş, möhürlənmişdir. Bu barədə təhqiqatçı tərəfindən müvafiq protokol tərtib edilmiş, protokol ucadan oxunmuş, heç bir etiraz daxil olmamış əlavə və düzəlişlik edilmədən bütün iştirakçılar tərəfindən imzalanmışdır. Eyni zamanda bildiriri ki, Təqsirləndirilən şəxs İmişli şəhərində narkotik vasitələrin satışı ilə məşğul olması barədə kifayət qədər məlumatları olmuşdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 və X11 Şahid1 ifadəsi ilə eyni məzmunlu ifadə vermişlər. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid5 ifadəsində bildirmişdir ki, o, İmişli şəhəri, Heydər Əliyev prospekti, ev 21 ünvanda yaşayır və dəmir tullantıları “toplamaq və satmaq” ilə məşğul olur. “***-*******” nömrəsi qayınatası X4 adına olsa da, 2020-ci lin aprel ayında həmin nömrəni istifadə edir. O, 2020-ci ilin əvvəllərində narkotik vasitə olan heroindən bir neçə dəfə istifadə etmişdir. İmişli şəhəri, Füzuli küçəsində “RTS” adlanan ərazidə yaşayan “Ramil” adlı şəxsin İmişli şəhərində narkotik vasitə olan heroinin satışı ilə məşğul olmasını eşitmişdir. O, Təqsirləndirilən şəxs “***-*******” mobil telefon nömrəsindən istifadə etməsini öyrənmiş, 2020-ci ilin aprel ayında bir neçə dəfə onunla telefon vasitəsilə danışaraq, ondan narkotik vasitə olan heroin istəmişdir. Ramil onu yaşadığı evin yanına dəvət edib, hər dəfə ona 5-6 AZN məbləğinə 1 (bir) “çet”, yəni, 0.1 qram çəkidə narkotik vasitə olan heroin satmışdır. Eyni zamanda bildirir ki, o, xx xxxxx 2020 tarixdə, saat 23:27:18 radələrində özünün istifadəsində olan “***-*******” mobil telefon nömrəsindən Təqsirləndirilən şəxs istifadəsində olan “***-*******” mobil telefon nömrəsinə “Qaqa menem cahqngirdi bakidan indi qonagim gelib birdene yari birde suse lazimdi birdene cavab verde tez” məzmunlu ismarıcı yazmış və Ramildən özünün istifadə etməsi üçün narkotik vasitə olan heroin istəmişdir. Lakin ismarıcı yazan zaman Təqsirləndirilən şəxs ona cavab vermədiyi üçün həmin vaxt heroin ala bilməmişdir. Cinayət işində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza X6 Bölməsinin 18/742-743 saylı, xx xxxx 2020-ci il ekspert rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində: “Təqsirləndirilən şəxs üzərindən və yaşadığı otağındakı...” sözləri yazılmış kağız paketdə 1. 1 (bir) ədəd bükümdə təmis çəkisi-0.381 qram olan qəhvəyimtil rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir; 2. 1 (bir) ədəd bükümdə təmiz çəkisi-0.73 qram yaşımtıl rəngli, xırdalanmış qurudulmuş bitki mənşəli kütlə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Heroinin təmiz çəkisi-0.381 qram, tədqiqata istifadə olundu-0.05 qram, qalıq-0.331 qramdır. Marixuananın təmiz çəkisi-0.73 qram, tədqiqata istifadə olundu-0.02 qram, qalıq-0.71 qramdır. Məhkəmə bioloji ekspertizasının keçirilməsi üçün aparılmış tədqiqatın dəyəri 63.90 (altmış üç, doxsan) AZN məbləği təşkil edir. Cinayət işində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X17 Şəxsi Ambulator X2 2589 saylı, xx xxxxxxxx 2020-ci il rəyindən görünür ki, Təqsirləndirilən şəxs nevroloji statusu: kəllə-beyin inervasiya normal daxilindədir. Bəbəklər eynidir. Fotoreaksiya normaldır. Akkomodasiya və konvergensiya normaldır. Nistaqm yoxdur. Burun-dodaq büküşləri simmetrikdir. Udma və yumşaq damaq refleksi normaldır. Dili orta xətt üzrədir. Kerer nöqtələr ağrısızdır. Vətər və sümüküstü refleksləri normaldır. Parez və plegiya yoxdur. Patoloji reflekslər aşkarlanmır. Qarın refleksi normaldır. Romberq vəziyyətində dayanıqlıdır. Qolları uzadılmış vəziyyətdə əl barmaqlarının nisbətən titrəməsi müşahidə olunur. Psixi vəziyyəti: Huşu aydın, bələdliliyi bütün növlərdə saxlanılıb. Suallara düzgün cavab verir. Produktiv psixopatoloji simptomatika aşkar olunmur. Emosional iradi sferası dəyişkəndir. Əhval-ruhiyyəsi aşağıdır. Öz vəziyyətinə tənqidi münasibəti vardır. Təqsirləndirilən şəxs çətənə bitkisi preparatlarından sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşka olunur. Lakin hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işində olan xx xxxx 2020-ci il tarixli “şübhəli şəxsi tutma haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs xx xxxx 2020-ci il tarixdə, saat 16:30-da Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işində olan xx xxxx 2020-cu il tarixli “qətimkan tədbirinin seçilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs xx xxxx 2020-ci il tarixdə, saat 16:00-da İmişli Rayon Polis Şöbəsinin X8 azad edilmiş və barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Cinayət işində olan xx xxxxxx 2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin xx xxxx 2004-cü il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinərək, 8 (səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Bundan başqa, Pənahov X9 Rayon Məhkəməsinin xx xxxxxxx 2011-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinərək, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən 5 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Bundan başqa, Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin xx xxxx 2015-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs cəzasının çəkilməmiş 4 (dörd) ay, 11 (on bir) gün cəza müddətindən şərti olaraq, vaxtından əvvəl azad edilmişdir. Təqsirləndirilən şəxs cəza müddəti xx xxxxxx 2015-ci il tarixdə başa çatmışdır. Cinayət işində olan “Telefon danışıqları ilə bağlı diskə baxış keçirilməsi haqqında” xx xxxxxxxx 2020-ci il tarixli protokoldan görünür ki, xx xxxxx 2020 tarixdə saat 23:02:33-də “***-*******” mobil telefon nömrəsindən Təqsirləndirilən şəxs istifadəsində olan “**********” mobil telefon nömrəsinə “Salam qaqa ramil menem natiq. 10 manat buto duzeldmiwem meni yig natiq” məzmunlu və xx xxxxx 2020 tarixdə, saat 23:27:18-də “***-*******” mobil telefon nömrəsindən Təqsirləndirilən şəxs istifadəsində olan “***-*******” mobil telefon nömrəsinə “Qaqa menem cahqngirdi bakidan indi qonagim gelib birdene yari birde suse lazimdi birdene cavab verde tez” məzmunlu ismarıcların göndərilməsi müəyyən edilməmişdir. Baxış zamanı əldə edilmiş zənglərin siyasında iş üçün əhəmiyyət kəsb edən hallar nəzərə çarpmışdır. Cinayət işində olan İmişli Rayon Polis Şöbəsinin rəis müavini, polis polkovnikleytenantı Akif Nəsirov tərəfindən İmişli Rayon Polis Şöbəsinin İstintaq Bölməsinin baş müstəntiqi, polis polkovnik-leytenantı Nazim Hümbətova ünvanlanmış 168-11282 saylı, xx xxxxxxxx 2020-ci il tarixli əməliyyat tapşırığına əsasən cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı ünvanda aparılan müşahidələr zamanı onun evinə narkotik vasitələrdən istifadə edən şəxslərin gəlib-getməsi, onun əlaqədə olduğu şəxslərin bir qisminin narkotika aludəçiləri olması, İmişli şəhər sakinlərindən alınmış məlumatlarda isə onun narkotik vasitə olan heroin satışı ilə məşğul olması göstərilmişdir. Cinayət işində olan İmişli rayon İcra Hakimiyyəti Başçısının İmişli şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 3457 saylı, xx xxxxxxx 2020-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs İmişli şəhəri, ünvan 1 ünvanda yaşayır. Cinayət işində olan İmişli rayon İcra Hakimiyyəti Başçısının İmişli şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx xxxxxxx 2020-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə edilir. Məhkəmə cinayət təqibi üzrə toplanmış sübutları tam, obyektiv və hərtərəfli araşdırıb, mövcud sübutları düzgün təhlil edərək hesab edir ki, Təqsirləndirilən şəxs oğlunun törətdiyi cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsinə tövsif edilmişdir. Eyni zamanda, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs oğlu Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Bununla yanaşı, Təqsirləndirilən şəxs oğlunun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən və cəzadan azad etmə üçün əsaslar yoxdur. Bu səbəbdən də, məhkəmə tərəfindən Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs oğlu cəzalanmalı və ona cəza təyin etməklə, barəsində ittiham hökmü çıxarılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı özünün təqsirli bilməməsinə dair verdiyi ifadəsinə hüquqi qiymət verərək, hesab edir ki, təqsirləndirilən şəxsin ifadəsi inandırıcı deyildir. Belə ki, Təqsirləndirilən şəxs ifadəsi məhkəmə iclasında şahid qismində dindirilmiş şəxslərin biri-birinə, habelə işin faktiki hallarına uyğun ifadələri ilə, eləcə də, cinayət işində olan mötəbər sübutlar ilə təkzib olunduğu üçün onun ifadəsinə tənqidi yanaşılmalı və ifadəsi özünü müdafiə edilməsi kimi qiymətləndirilməlidir. Məhkəmə tərəfindən təqsirləndirilən şəxsə cəza təyin edilərkən, onun şəxsiyyəti, törətmiş olduğu cinayətin xarakteri və ictimai təhlükəliliyi, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Belə ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən az ağır cinayətlər kateqoriyasına aiddir. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs müsbət xarakterizə edilməsini Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cinayətlərin residivini Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal kimi nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83.4-cü maddəsinə əsasən məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh edilməsinə dair" xx xxx 2009-cu il tarixli Qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3, 83.4-cü maddələrinin mənasına görə şəxs cinayətlərin və ya hökmlərin məcmusu üzrə məhkum olunduqda, məhkumuluğun ödənilmə müddətinin axımı cinayətlərin və ya hökmlərin məcmusu üzrə təyin edilmiş qəti cəzanın çəkilib qurtarması və ya cəzadan azad edilməsi anından başlayaraq, cinayətlərin hər təsnifatı üçün müstəqil şəkildə hesablanmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 65.2 maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən cinayətin məqsədi və motivini, təqsirkarın cinayətin törədilməsində rolunu nəzərə alaraq, barəsində təqsirli bilindiyi cinayət qanununun normasında nəzərdə tutulan azadlıqdan məhrum etmə ilə bağlı olan cəzanın təyin edilməsini, cəzaçəkmə müddətinin başlanğıcının məhkumun “məhkəmə iclas zalından həbs” edildiyi vaxtdan hesablanmasını, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbirinin ləğv edilməsini və dərhal məhkəmə iclası zalından “həbs” edilməsini məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 197.1.4-cü maddəsinə əsasən mütəxəssisə, ekspertə ödənilməli haqlar və tərcüməçiyə ödəniş haqqı kimi verilməli olan məbləğ məhkəmə məsrəflərinə daxildir. Həmin Məcəllənin 198.1-ci maddəsinə əsasən Bu Məcəllənin 197.1.1, 197.1.2, 197.1.4, 197.1.5-1, 197.1.6-197.1.9-cu maddələrində sadalanan məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər. Məhkəmə cinayət işində olan ekspertiza xərci ilə bağlı məsələyə hüquqi qiymət verərək hesab edir ki, cinayət işinin ibtidai istintaqı zamanı məhkəmə bioloji ekspertizasının keçirilməsi üçün aparılmış tədqiqatın dəyəri olan 63.90 (altmış üç, doxsan) AZN məbləğində eskpertiza xərci Təqsirləndirilən şəxs oğlundan tututlaraq, dövlət nəfinə ödənilməlidir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 132.1.6-cı maddəsinə əsasən maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir. Həmin Məcəllənin 136.1-ci maddəsinə əsasən sənəd cinayət prosesini həyata keçirən orqan tərəfindən cinayət təqibi üzrə icraatın materiallarına əlavə edilir və işin bütün saxlanma müddəti ərzində işdə saxlanılır. Məhkəmə cinayət işində olan maddi sübut (“CD” disk) ilə bağlı məsələyə hüquqi qiymət verərək hesab edir ki, cinayət işində olan “xxxx” MMC-dən əldə edilmiş məlumatlara dair 1 (bir) ədəd “CD” disk cinayət təqibi üzrə icraatın materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Məhkəmə cinayət işində olan digər maddi sübutlarla bağlı məsələyə hüquqi qiymət verərək hesab edir ki, cinayət işinin ibtidai istintaqı zamanı Təqsirləndirilən şəxs oğlunun üzərindən aşkar edilərək götürülmüş, İmişli Rayon Polis Şöbəsinin maddi sübutların saxlanması otağına təhvil verilmiş və ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0.331 qram narkotik vasitə olan heroin və 0.71 narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Məhkəmə nəzərə alır ki, “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” xx xxxx 2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1-ci maddəsi isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. İş üzrə mülki iddia və müsadirə edilməli əmlak yoxdur. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinsin və 3 (üç) il, 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx xxxx 2020-ci il tarixdən xx xxxx 2020-ci il tarixədək “şübhəli şəxs” qismində tutulduğu 2 (iki) gün müddət azadlıqdan məhrum etmə cəza müddətinə bir günə bir gün hesabı ilə 2 (iki) günə bərabər hesablanmaqla, Təqsirləndirilən şəxs qəti olaraq 3 (üç) il, 5 (beş) ay, 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı xx xxxx 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilsin və o, dərhal məhkəmə iclas zalından həbs edilsin. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs məhkəmə bioloji ekspertizasının keçirilməsi üçün aparılmış tədqiqatın dəyəri olan 63.90 (altmış üç, doxsan) AZN məbləğində eskpertiza xərci tututlaraq, dövlət nəfinə ödənilsin. Cinayət işində olan “xxxx” MMC-dən əldə edilmiş məlumatlara dair 1 (bir) ədəd “CD” disk cinayət təqibi üzrə icraatın materiallarının saxlanma müddəti ərzində işdə saxlanılsın. Cinayət işi üzrə maddi sübutun qalığı olan İmişli Rayon Polis Şöbəsinin maddi sübutların saxlanması otağına təhvil verilmiş və ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0.331 qram narkotik vasitə olan heroin və 0.71 qram narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Hökmdən, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində İmişli Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Tərlan Nüsrətov Düzdür: Hakim: Tərlan Nüsrətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar