Azərbaycan Respublikası adından HÖKM İmişli rayonu İş № 1(036)-26/2022 15.02.2022 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Qurban Hamid oğlu Hacıyevin sədrliyi, Nuranə Busat qızı Hacıyevanın katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərər çəkmiş şəxsin hüquqi varisi: Zərərçəkmiş şəxs, Təqsirləndirlən şəxs: Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə, xx xxx 1973-cü il tarixdə İmişli rayonunun Qızılkənd kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, himayəsində bir yetkinlik yaşına çatmayan uşağı olan, orta təhsilli, İmişli rayonunun Qızılkənd kənd tam orta məktəbində hərbi müəllimi vəzifəsində işləyən, əvvəllər məhkum olunmamış, İmişli rayonunun Qızılkənd kəndində qeydiyyatda olmaqla İmişli rayonunun Aranlı kəndində yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs 14 oktyabr 2021-ci il tarixdə saat 12 radələrində idarə etdiyi “Mercedes-Benz C200” markalı, **-SU-*** dövlət qeydiyyat nişanlı avtomobillə İmişli şəhəri, N.Savalanov küçəsi ilə İmişli rayonunun Otuziki kəndi istiqamətində 40-50 km/saat sürətlə hərəkətdə olarkən, diqqətini daim dəyişən yol şəraitindən və avtomobilin idarə olunmasından ayırmamalı, avtomobilin yolun icazə verilən istiqamətində təhlükəsiz hərəkətini təmin etməli və icazə verilən istiqamətin əksinə avtomobili idarə edərək hərəkət üçün təhlükə şəraiti yaratmamalı olduğu halda, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndində nəzərdə tutulan yol hərəkəti qaydalarını pozub, öz əməlinin ictimai təhlükəli nəticələr verə biləcəyi imkanını lazımi diqqət və ehtiyatlılıq göstərərək qabaqcadan görməli olduğu və görə biləcəyi halda, cinayətkarcasına etinasızlıq etməklə əks yolda avtomobilin hərəkətini davam etdirərək yolu sağdan sola keçmək istəyən piyada X4 avtomobilin sağ yan güzgüsü ilə vurub ona sağlamlığa ağır zərərvurmaya aid bədən xəsarətləri yetirməklə sonuncunun almış olduğu xəsarətlər nəticəsində baş vermiş travmatik şokdan ehtiyatsızlıqdan ölümünə səbəb olmuşdur. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, birinci Qarabağ müharibəsi veteranı olmaqla ikinci Qarabağ müharibəsi iştirakçısıdır. 14 oktyabr 2021-ci il tarixdə saat 12 radələrində özünə məxsus “Mercedes-Benz C200” markalı, **-SU-*** dövlət qeydiyyat nişanlı avtomobillə İmişli şəhərindən İmişli rayonunun Aranlı kəndinə gedərkən şəhərin N.Savanalov küçəsində Otuziki kəndi istiqamətində hərəkətdə olan zaman yolda təmir işləri getdiyi üçün 1 saylı orta məktəbin qarşısında əks yola girmişdir. N.Savalanov küçəsi ilə Otuziki kəndi istiqamətində 40-50 km/saat sürətlə hərəkət etdiyi üçün qarşıdan gələn avtomobillərə diqqət edirmiş. Bu zaman yolun hərəkət istiqamətlərini bir-birindən ayıran ortada yerləşən səkidən anidən bir nəfər piyadanın avtomobilin sağ yan güzgüsünə çırpıldığını görmüşdür. O, dərhal avtomobili saxlayıb avtomobildən yerə düşüb piyadaya yaxınlaşarkən adını sonradan bildiyi Vahid Abbasovun burnundan qan açıldığını görmüşdür. Hadisə yerinə çoxlu insanlar toplaşmış və o, xəsarət almış Vahid Abbasovu xəstəxanaya çatdırmaq üçün idarə etdiyi avtomobilə əyləşib avtomobilin ön tərəfini İmişli Mərkəzi Rayon Xəstəxanasına tərəf yönləndirmişdir. Lakin, az sonra təcili tibbi yardım avtomobili gəlib Vahid Abbasovu xəstəxanaya aparmış və sonuncu həmin gün Şirvan şəhər mərkəzi xəstəxanasında aldığı xəsarətlərdən ölmüşdür. Törətmiş olduğu cinayət əməlindən səmimi peşmandır. Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli özünün etirafı ilə yanaşı, iş üzrə dindirilmiş zərər çəkmiş şəxsin hüquqi varisinin və şahidlərin ifadələri, ekspertiza rəyləri, iş materialları və işin digər obyektiv halları ilə tam sübuta yetirilmişdir. Beləki, məhkəmədə zərər çəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, 14 oktyabr 2021-ci il tarixdə işi ilə əlaqədar İmişli rayonunun Çahar kəndində olmuş və kənddə olarkən polis əməkdaşı İzzət adlı şəxs mobil telefonla zəng vurub ona atası Vahid Abbasovun avtomobillə vurulduğunu və İmişli Mərkəzi Rayon Xəstəxanasına gəlməsini bildirmişdir. O, dərhal idarə etdiyi “VAZ-2107” markalı, **-NK-*** dövlət qeydiyyat nişanlı avtomobillə İmişli Mərkəzi Rayon Xəstəxanasına gəlmiş və atasının vəziyyəti ağır olduğundan ilkin tibbi yardım göstərildikdən sonra Şirvan şəhər mərkəzi xəstəxasına aparmışlar. Şirvan şəhər mərkəzi xəstəxasında atası Vahid Abbasov aldığı xəsarətlərdən dünyasını dəyişmişdir. Sonradan atasını İmişli rayonunun Qızılkənd kənd sakini Təqsirləndirilən şəxs idarə etdiyi “Mercedes-Benz C200” markalı, **-SU-*** dövlət qeydiyyat nişanlı avtomobillə İmişli şəhəri, N.Savalanov küçəsində vurulduğunu bilmişdir. Təqsirləndirilən şəxs tərəfindən dəfn və yas mərasimləri üçün çəkilən xərclər və vurmuş olduğu mənəvi zərərin əvəzi ona ödənilmişdir. Hazırda Təqsirləndirilən şəxs ilə barışmış və sonuncuya qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, 14 oktyabr 2021-ci il tarixdə saat 12 radələrində İmişli rayon mərkəzi bazarında ev üçün alış-veriş edib kürəkəni Təqsirləndirilən şəxs məxsus “Mercedes-Benz C200” markalı avtomobillə İmişli rayonunun Aranlı kəndinə qayıdırmışlar. Həmin vaxt o, avtomobildə arxa sol oturacaqda, qohumu Elmira isə onun sağında oturmuşdur. İmişli şəhərindən Aranlı kəndi istiqamətində hərəkətdə olarkən yolun ortasında dayanan bir nəfər piyada qəfildən yola çıxmış, avtomobilin sağ güzgüsü ona dəydikdə yerə yıxılmış və burnundan qan açılmışdır. Mehdi dərhal avtomobildən düşüb piyadaya yaxınlaşmış və yaralını öz avtomobili ilə xəstəxanaya çatdırmaq üçün avtomobilinə əyləşib avtomobilin ön tərəfini xəstəxanaya tərəf döndərib saxlamışdır. Lakin təcili tibbi yardım avtomobili gəldiyi üçün Mehdinin həmin yaralını öz avtomobili ilə xəstəxanaya aparmasına ehtiyac qalmamışdır. Daha sonra həmin şəxsi təcili tibbi yardıma yerləşdirib xəstəxanaya aparmışlar. Sonradan ona yol-nəqliyyat hadisəsində xəsarət almış şəxsin Vahid Abbasov olduğu və onun həmin gün Şirvan şəhər xəstəxanasında öldüyü məlum olmuşdur. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 işin hallarına dair Şahid1 ifadəsinə uyğun ifadə verdi. İş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş məhkəmə-tibbi eskpertizasının 14 oktyabr 2021-ci tarixli, 41 nömrəli rəyindən görünür ki, X3 bədən səthində aşkar olunan xəsarətlər – baş beynin diffuz travması, başın təpə nahiyəsində əzilmiş-cırılmış yara, sol göz qapağında qançır, alının sol yarısında, qarının aşağı şöbəsinin sağ yan hissəsində, sol diz qapağında, sol aşıq baldır oynağında sıyrıqlar, sol tərəfli qabırğaların sınığı, sol aşıq-baldır sümüyünün qapalı sınığı – küt əşyanın zərbəvi təsirindən törənmiş, qərarın təsviri hissəsində göstərilən 14 oktyabr 2021-ci il tarixdə hərəkətdə olan Mercedes-Benz markalı avtomaşının piyadanı (onu) vurması nəticəsində əmələ gələ bilərdi və dərəcəsinə görə bu xəsarətlər canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid edilir. - X1 ölümünə səbəb yuxarıda qeyd olunan xəsarətlər nəticəsində baş vermiş travmatik şok olmuşdur. Meyitdə baş verən ilkin meyit əlamətlərinin inkişaf dərəcəsinə əsasən ölüm meyit müyainə olunandan 2-4 saat əvvəl baş vermişdir. - X2 ölümündən əvvəl spirtli içki və narkotik vasitələr qəbul etməmişdir. İşdə olan məhkəmə yol-nəqliyyat hadisələri ekspertizanın 22 dekabr 2021-ci il tarixli, 8/3208 nömrəli rəyindən görünür ki, “Mercedes Benz C200” markalı, **-SU-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və həmin maddənin tələblərinə riayət etməklə onun hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. İşdə olan 14 oktyabr 2021-ci il tarixli, 46 nömrəli sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, müayinə olunarkən Təqsirləndirilən şəxs alkoqol sərxoşluğu müəyyən edilməmişdir. İşdə olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X8 İdarəsinin İmişli regional Qeydiyyat-İmtahan və Texniki-Baxış şöbəsinin 10 yanvar 2022-ci il tarixli, 016-11k-32 nömrəli məktubundan görünür ki, İmişli rayonunun Aranlı kənd sakini Təqsirləndirilən şəxs 03 iyul 2013-cü il tarixdə “BC” kateqoriyalı AB 543356 nömrəli sürücülük vəsiqəsi verilmiş və onun adı sürücülük hüququndan məhrum olunanların siyahısında yoxdur. Beləliklə də, şərh edilən sübutları məcmu üzrə qiymətləndirərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsində nəzərdə tutulan ictimai təhlükəli əməli törətməkdə təqsirliliyi təsdiq edildi və o, istinad edilən cinayət qanununun həmin maddəsinin sanksiyası həddində cəzalandırılmalıdır. Cəza məsələsi müzakirə edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirləndirilən şəxsi səciyyələndirən məlumatlar, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Təqsirləndirilən şəxs ilk məhkumluğu, zərər çəkmiş şəxsin hüququ varisi ilə barışması, ona maddi yardım göstərməsi, sonuncunun ondan heç bir şikayətinin və tələbinin olmaması, himayəsində bir yetkinlik yaşına çatmayan uşağının olması, ailəsinə yeganə qazanc gətirən şəxs olması, faydalı əməklə məşğul olmasını, birinci Qarabağ müharibəsi veteranı və ikinci Qarabağ müharibəsi iştirakçısı olmasını və yaşayış yerindən müsbət xasiyyətləndirilməsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən hallar kimi nəzərə alınmalıdır. Məhkəmə həmçinin Təqsirləndirilən şəxs törətdiyi əməli könüllü olaraq etiraf etdiyini və həmin əmələ görə səmimi peşmançılıq hissləri keçirdiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinin ictimai təhlükəliliyini, özü və cəmiyyət üçün zərərli təsirlərini, bu əmələ görə məsuliyyətini başa düşmüş və artıq islah olunmağa başlamışdır. Həmin əsaslara görə məhkəmə Təqsirləndirilən şəxs səmimi peşman olmasını da cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə Təqsirləndirilən şəxs məhz hansı növ cəzanın təyin edilməsi məsələsinə baxarkən cinayət qanunvericiliyinin qeyd edilən maddələrinin tələblərini, təqsirləndirilən şəxsin törətmiş olduğu cinayət əməlində cəzanı yüngülləşdirən halların olmasını, cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq təqsirləndirilən şəxsə ittiham edildiyi maddədə nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini, ancaq təqsirləndirilən şəxsə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının real olaraq çəkilməsinin məqsədə müvafiq olmamasını və onun cəza çəkmədən də islah oluna biləcəyini mümkün sayaraq təqsirləndirilən şəxsə davranışda ictimaiyyətin daha fəal iştirakını təmin etmək, təqsirləndirilən şəxsdə cəmiyyət qarşısında məsuliyyət hissinin artmasına yardım göstərmək məqsədi ilə onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsini tətbiq etməklə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının şərti hesab olunmasını qanuni, əsaslı və ədalətli hesab edir. Ekspertiza tədqiqatına sərf edilmiş 100 (bir yüz) manat ekspertiza xərci Təqsirləndirilən şəxs dövlət nəfinə tutulmalıdır. İş üzrə maddi sübut kimi tanınmış “Mercedes Benz C200 minik” markalı, **-SU-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi Təqsirləndirilən şəxs qaytarılması nəzərə alınmalıdır. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə təqsirli bilinib 1 (bir) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 3 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 70-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilən azadlıqdan məhrum etmə cəzası 2 (iki) il sınaq müddəti müəyyən edilməklə şərti hesab edilsin. Təqsirləndirilən şəxs üzərinə sınaq müddəti ərzində öz davranışı ilə islah olunmasını sübut etmək və onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Sınaq müddəti ərzində yeni cinayət törətməzsə hökm həmin hissədə icra edilməsin. Barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs qeydiyyatda olduğu İmişli rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Ekspertiza tədqiqatına sərf edilmiş 100 (bir yüz) manat ekspertiza xərci Təqsirləndirilən şəxs dövlət nəfinə tutulsun. İş üzrə maddi sübut kimi tanınmış “Mercedes Benz C200 minik” markalı, **-SU-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi Təqsirləndirilən şəxs qaytarılması nəzərə alınsın. İş üzrə mülki iddia yoxdur. Hökmdən 20 gün müddətinə İmişli rayon məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Sədrlik edən: Qurban Hacıyev
Məhkəmə qərarları › İş №1(036)-26/2022
İmişli Rayon Məhkəməsi Hökm — İş №1(036)-26/2022
15.02.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver