Azərbaycan Respublikası adından HÖKM İmişli rayonu İş № 1(036)-26/2025 30.04.2025 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Pirverdiyev Zaur Rafiq oğlunun sədrliyi, Hacıyeva Nuranə Busat qızının katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (Şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxs – Zərərçəkmiş şəxs1, müdafiəçi – İmişli rayon vəkil bürosunun vəkili Müdafiəçi, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1997-ci ildə İmişli rayonu, Otuziki kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, "xxxx" MMC-nin İmişli rayon şöbəsində elektromexanik vəzifəsində işləyən, əvvəllər məhkum olunmamış, İmişli rayonu, Otuziki kəndində qeydiyyatda olmaqla, İmişli şəhəri, A.Şadlınski küçəsi bina 1, blok 2, mənzil 4 ünvanında yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs tanışı Zərərçəkmiş şəxs1 əmlakını ələ keçirmək niyyəti ilə Zərərçəkmiş şəxs1 tanışı Şahid2 Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətin Cənub Şirvan regional filialının İmişli şöbəsinə mühasibatçı vəzifəsinə işə düzəldəcəyi barədə vəd verərək, bu məqsədlə Zərərçəkmiş şəxs1 5 oktyabr 2022-ci il tarixdə, saat 18:00 radələrində İmişli şəhəri ərazisində 4000 (dörd min) manat pulunu vahid niyyətlə əhatə olunan qəsdlə alıb ələ keçirdərək, sonuncuya tanışını işə düzəltmək barədə vermiş olduğu vədinə əməl etməyərək, aldatma və etibardan sui-istifadə yolu ilə 4000 (dörd min) manat maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən tanışı Zərərçəkmiş şəxs1 əmlakını ələ keçirmək niyyəti ilə Zərərçəkmiş şəxs1 yeznəsi X2 Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətin Cənub Şirvan regional filialının İmişli şöbəsinə aylıq ***-**** manat maaşı olan vəzifəyə işə düzəldəcəyi barədə vəd verərək, bu məqsədlə Zərərçəkmiş şəxs1 10 fevral 2023-cü il tarixdə, saat 12:00 radələrində İmişli şəhəri, Zəfər prospektində yerləşən “Elçin” restoranında 10000 (on min) manat pulunu vahid niyyətlə əhatə olunan qəsdlə alıb ələ keçirərək, sonuncuya yeznəsini işə düzəltmək barədə vermiş olduğu vədinə əməl etməyərək, aldatma və etibardan sui-istifadə yolu ilə xeyli miqdarda, yəni 10000 (on min) manat maddi ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən tanışı Zərərçəkmiş şəxs1 əmlakını ələ keçirmək niyyəti ilə Zərərçəkmiş şəxs1 qohumu Şahid3 Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətin Cənub Şirvan regional filialının İmişli şöbəsinə mexanik vəzifəsinə işə düzəldəcəyi barədə vəd verərək, bu məqsədlə Zərərçəkmiş şəxs1 20 fevral 2023-cü il tarixdə, saat 14:00 radələrində onun yaşadığı İmişli şəhəri, A.Şadlınski küçəsi bina 1, blok 2, mənzil 4 ünvanında 1700 manat, 28 fevral 2023cü il tarixdə, saat 11:00 radələrində "xxxx" MMC-nin İmişli şəhəri, H.Aslanov küçəsində yerləşən inzibati binasının qarşısında 2000 (iki min) manat pulunu vahid niyyətlə əhatə olunan qəsdlə alıb ələ keçirdərək, sonuncuya qohumunu işə düzəltmək barədə vermiş olduğu vədinə əməl etməyərək, aldatma və etibardan sui-istifadə yolu ilə 3700 (üç min yeddi yüz) manat maddi ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən tanışı Zərərçəkmiş şəxs2 əmlakını ələ keçirmək niyyəti ilə Zərərçəkmiş şəxs2 özünü və atası Şahid7 “Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi”ndə işə düzəldəcəyi barədə vəd verərək, bu məqsədlə Zərərçəkmiş şəxs2 2023cü ilin iyun ayında İmişli şəhəri, Q.İsmayılzadə küçəsində yerləşən “Kolxoz Bazarı”nda 500 (beş yüz) manat, həmin tarixdə, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin İmişli şəhəri, H.Əliyev prospektində yerləşən filialının qarşısında 1000 (min) manat pulunu vahid niyyətlə əhatə olunan qəsdlə alıb ələ keçirdərək, sonuncuya özünü və atasını işə düzəltmək barədə vermiş olduğu vədinə əməl etməyərək, aldatma və etibardan sui-istifadə yolu ilə 1500 (min beş yüz) manat maddi ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməlləri özünün etirafedici ifadələri, məhkəmə iclasında dindirilmiş zərər çəkmiş şəxslərin və şahidlərin ifadələri, habelə iş materiallarında olan digər sübutlar ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib ittihamın birinci epizodu üzrə ifadəsində bildirmişdir ki, 5 oktyabr 2022-ci il tarixdə Zərərçəkmiş şəxs1 tanışı Şahid2 Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətin Cənub Şirvan regional filialının İmişli şöbəsinə mühasibatçı vəzifəsinə işə düzəldəcəyi barədə vəd verərək, bu məqsədlə Zərərçəkmiş şəxs1 İmişli şəhəri ərazisində 4000 pul almış, lakin Şahid2 işə düzəldə bilməmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ittihamın ikinci epizodu üzrə ifadəsində bildirmişdir ki, 10 fevral 2023-cü il tarixdə tanışı Zərərçəkmiş şəxs1 yeznəsi X2 Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətin Cənub Şirvan regional filialının İmişli şöbəsinə aylıq ***-**** manat maaşı olan vəzifəyə işə düzəldəcəyi barədə vəd verərək, bu məqsədlə Zərərçəkmiş şəxs1 İmişli şəhəri, Zəfər prospektində yerləşən “Elçin” restoranında 10000 (on min) manat pul almış, lakin İntiqam İsmayılovu işə düzəldə bilməmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ittihamın üçüncü epizodu üzrə ifadəsində bildirmişdir ki, 20 fevral 2023-cü il tarixdə tanışı Zərərçəkmiş şəxs1 qohumu Şahid3 Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətin Cənub Şirvan regional filialının İmişli şöbəsinə mexanik vəzifəsinə işə düzəldəcəyi barədə vəd verərək, bu məqsədlə Zərərçəkmiş şəxs1 yaşadığı İmişli şəhəri, A.Şadlınski küçəsi bina 1, blok 2, mənzil 4 ünvanında 1700 manat, 28 fevral 2023cü il tarixdə isə "xxxx" MMC-nin İmişli şəhəri, H.Aslanov küçəsində yerləşən inzibati binasının qarşısında 2000 (iki min) manat pul almış, lakin Şahid3 işə düzəldə bilməmişdir. Hazırda o, Elnur ilə barışmış, sonuncuya vurmuş olduğu maddi ziyanı tam şəkildə ödəmiş və Elnurun ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ittihamın dördüncü epizodu üzrə ifadəsində bildirmişdir ki, 2022-ci ilin mart ayının ortalarında Şahid1 vasitəsi ilə Zərərçəkmiş şəxs2 və sonuncunun atası Şahid7 “Dayanıqlı və Operativ Sosial Təminat Agnetliyi”ndə işə düzəldəcəyi barədə vəd verərək, bu məqsədlə Zərərçəkmiş şəxs2 2023-cü ilin iyun ayında İmişli şəhəri, Q.İsmayılzadə küçəsində yerləşən “Kolxoz Bazarı”nda 500 (beş yüz) manat, həmin tarixdə "xxxx" Açıq Səhmdar Cəmiyyətinin İmişli şəhəri, H.Əliyev prospektində yerləşən filialının qarşısında isə 1000 (min) manat pul almış, pulu aldıqdan sonra Göyçay rayonuna gedib Şahid4 vermişdir. Şahid4 onu aldatdığı üçün Zərərçəkmiş şəxs2 və sonuncunun atası Şahid7 işə düzəldə bilməmişdir. Hazırda o, Çingiz ilə barışmış, sonuncuya vurmuş olduğu maddi ziyanı tam şəkildə ödəmiş və Çingizin ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs rayon sakini kimi 2022-ci ilin oktyabr ayından tanıyır. Amil ilə arasında heç bir əadvət, düşmənçilik və qohulmuq münasibəti yoxdur. Amili qeyri-rəsmi olaraq yaşadığı Şahid2 vasitəsi ilə tanımışdır. Həmin vaxt Ağca ona Amili bir nəfər tanışının vasitəsi ilə tanıdığını və Amilin onu 4000 manat pul müqabilində "xxxx" MMC-də işə düzəldəcəyini bildirmişdir. O da Ağcanın işə düzəlməsi üçün Ağcaya 4000 manat pul vermiş, Ağca da 5 oktyabr 2022-ci ildə, saat 18 radələrində “ASAN” xidmət mərkəzinin qarşısında 4000 manat pulu tanışının avtomobilində Amilə vermişdir. Ağca pulu verdikdən sonra Amilin Ağcanı "xxxx" MMC-nin Şirvan şəhərində yerləşən region üzrə baş ofisinə aparacağını demişdir. 15 oktyabr 2022-cil tarixdə o, Ağca və Amillə birlikdə Amilin dediyi kimi Şirvan şəhərinə "xxxx" MMC-nin baş ofisinin inzibati binasına getmişlər. Amil orada Ağcadan ali təhsil haqqında diplomunun surətini, şəxsiyyət vəsiqəsinin surətini alıb aparmışdır. Bundan sonra Amil onları inzibati binada guya idarənin kadrlar şöbəsi üzrə müdiri İlham adlı şəxsin otağının qarşısında gözlədib, özü isə otağa daxil olub, işi özünün danışacağını demişdir. O, Amildən onlarında içəri girməklərini istəmişdir. Amil isə buna etiraz edərək, özü otağa daxil olmuşdur. Təxminən 20-25 dəqiqə sonra Amil otağdan çıxmış və onlara işin düzələcyini, Ağcanı isə sonra kadrın özünü qəbul edəcəyini demişdir. Bundan sonra rayona qayıtmışlar. 23 oktyabr 2022-ci il tarixdə Amilə zəng edib, görüşmək istədiyini demişdir. Onlar “Elçin” restoranında görüşmüş, görüş zamanı Amil ona Ağcanın işinin düzəldiyini, əmrinin verildiyini, noyabr ayının sonunadək Ağcanın maaş kartının veriləcəyini demişdir. Bundan başqa Amil ona "xxxx" MMC-nin İmişli rayon şöbəsində işləyən bir qadının pensiya yaşı çatdığını, dekabr ayında pensiyaya çıxacağını deyib, Ağcanında həmin işə düzələcəyini demişdir. Noyabr ayının sonunda Amil Ağcaya zəng edib, maaş kartının gəlməsini demişdir. Ağca kartın harada olduğunu və necə götürə biləcəklərini soruşmuş, X7 rayonu, Q.İsmayılzadə küçəsində yerləşən “Kolxoz” bazarında olduğunu deyib, oraya gəlməsini istəmiş, onlar birlikdə Amilin dediyi yerə gedərək Amildən "xxxx" Açıq Səhmdar Cəmiyyətinnə aid bank kartını almışlar. Ağca Amilə heç bir idarənin maaş kartını vermədiyini, Amilin bankdan kartı necə götürdüyünü soruşmuş, Amil isə kartın idarə əməkdaşlarının özlərindən götürdüyünü, kodu isə kart sahibinin özünün təyin edəcəyini deyərək dolaşıq cavab vermişdir. Kartı götürdükdən sonra bankomatların birində karta kod təyin etmişlər. Amilin hərəkətlərindən nəyinsə düz olmadığını fikirləşmişlər. 25 dekabr 2022-ci il tarixdə karta 80 manat pul daxil olmuşdur. Ağca Amilə zəng edib karta 350 manat maaş köçməli olduğu halda 80 manat pul daxil olduğunu demiş, Amil isə Ağcaya yarı maaş köçdüyünü, növbəti aylarda isə maaşın bütöv köçəcəyini demişdir. Bundan sonra Ağca işə düzəlməmiş, onlar da Amili Ağcanın işə düzəlməsi barədə sıxmağa başlamışlar. 25 yanvar 2023-cü il tarixdə Ağcanın kartına 280 manat pul daxil olmuşdur. Ağca Amilə zəng edib, yenə də pulun az köçdüyünü demişdir. Amil isə Ağcaya mart ayının 20-də işə çıxacağını deyib, həmin tarixdən 350 manat maaşı bütöv alacağını demişdir. Onlar da razı olmuşlar. Fevral ayında maaş köçməmiş, mart ayında isə iş düzəlməmişdir. Ağcanın maaş kartı gəlib həmin karta maaş köçdükdən sonra, o, Amilə daha da inanmışdır. Bundan sonra Amil ona zəng edib, Şahin adlı müəllimin zəng vurub, adam olduğu təqdirdə "xxxx" MMC-də işə düzəldəcəyini demişdir. O, Amil ilə rayon ərazisində görüşən zaman Amil ona "xxxx" MMC-nin İmişli filialında iş yeri olduğunu deyib, mobil telefonunda "xxxx" MMC İmişli filialının binasında vakant işçi yerlərini göstərmişdir. O da Amilə uşaq olduğunu, Amilin bu işi görə bilməyəcəyini deyib, işi kimlə gördüyünü soruşmuş, Amil isə ona Şahin adlı müəllimin iş düzətdiyini demişdir. O, yenə də Amilə inanmışdır. Amil ona qohumunu aylıq ***-**** manatlıq maaşı olan işə düzəldəcəyini demiş, lakin hansı vəzifəyə işə düzəldəcəyini deməmiş, o da bu barədə Amildən soruşmamışdır. Bundan sonra işsiz olan yeznəsi X3 bu barədə demişdir. Yeznəsi İntiqam isə ona pullarının olmadığını, pulu onun verməsini, işə düzəlib maaş alandan sonra kredit götürüb onun pulunu qaytaracağını demişdir. O da yeznəsi ilə razılaşmışdır. Yeznəsi ilə razılaşdıqdan sonra zəng edib, bu barədə danışmış, Amil ondan 10000 manat pul istəmiş, o da maaşın yaxşı olmasını fikirləşərək Amilə heç bir etiraz etmədən razılaşaraq bir yerdə görüşməyi təklif etmişdir. 10 fevral 2023-cü il tarixdə, saat 12 radələrində Amil ilə “Elçin” restoranında görüşmüşdür. Amil ona işin hazır olduğunu bildirərək pul istəmiş, o da Amilə 10000 manat pul vermişdir. Sonradan isə Rəşad Hüseynov adlı qohumunu işə düzəltmək istədiyini Amilə demişdir. Amil isə ona problemin olmadığını, ondan 2 gün gözləməsini istəmişdir. O da Amil ilə razılaşmışdır. 2 gündən sonra Amil ona zəng edərək, "xxxx" MMC-nin İmişli rayon şöbəsində mexanik yerinin boş olduğunu demişdir. Amil ilə yaşadığı evin qarşısında görüşmüşdür. Amil ondan Rəşada görə 4000 manat pul istəmişdir. O da Amilə Rəşadın imkanın olmadığını deyib, qiyməti aşağı salmasını istəmişdir. Amil qiyməti 3700 manata salmış və yeznəsi İntiqamın işini təxirə salmasını, birinci Rəşadı işlə təmin etdirməsini istəmişdir. 20 fevral 2023-cü il tarixdə, saat 14 radələrində Amilə 1700 manat pulu yaşadığı evin qarşısında vermişdir. Pulu verdikdən sonra işə Rəşadı "xxxx" MMC-nin Şirvan şəhərində yerləşən ragional baş idarəsinə aparmasını istəmişdir. Fevral ayının 20-dən sonra X6 Şirvan şəhərinə aparmışdır. Rəşadı Şirvan şəhərinə aparıb-gətirdikdən 1 həftə sonra, təxminən 28 fevral 2023-cü il tarixdə, saat 11 radələrində "xxxx" MMC-nin İmişli filialın inzibati binasının qarşısında yerdə qalan 2000 manat pulu Amilə vermişdir. Rəşadın da pulunu özü vermişdir. Belə ki, Rəşad da işə düzəldikdən sonra kredit götürüb onun pulunu qaytaracaqdı. X6 Şirvan şəhərinə aparıb gətirdikdən sonra Rəşada maaş kartı vermiş, sonra Amil Rəşadı yanına salaraq “Stajor” kimi öyrətmək adı ilə bir ay müddətində işlətmişdir. Rəşadın kartına heç bir maaş pulu köçməmişdir. Bundan sonra Ağcanın, Rəşadın və yeznəsi İntiqamın işə düzəlmədiyini, Amil tərəfindən ona qarşı dələduzluq edilərək ona 17700 manat məbləğində maddi ziyan vurulmasını bilmişdir. Hazırda ona vurulmuş maddi ziyan tam şəkildə ödənilmiş, Təqsirləndirilən şəxs ilə barışmış və sonuncuya qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində bildirmişdir ki, 2023-cü ilin iyun ayının ortalarında atası evə gəldikdən sonra ona Amilin “DOST” agentliyində iş olduğunu, onu və özünü işə düzəldə biləcəyini, buna görə də, Amilin onları işə düzəltmək üçün 1500 manat pul istədiyini demiş, o da atası ilə razı olmuşdur. Həmin gün özü üçün topladığı 500 manat pulu atasına onları işlə təmin etdirməsindən ötrü Amilə verməsi üçün vermişdir. Səhəri gün, atası həmin 500 manat pulu Amilə vermişdir. 2023-cü ilin iyun ayının sonlarında topladığı 1000 manat pulu atasına verərək Amilə verməsini demişdir. Atası pulu aldığı günün səhəri Amilə vermişdir. Amil pulu aldıqdan sonra atasına qısa vaxt içərisində onları “DOST” agentliyində işlə təmin etdirəcəyini, sonra onlara maaş kartı veriləcəyini, işə çıxıb-çıxmayacaqlaırndan asılı olmayaraq 300-350 manat civarında maaş alacağlarını demişdir. Pulu verdikdən bir müddət sonra Amil onlara məxsus "xxxx" ASC-yə aid bank kartlarını atasına verib həmin bank kartlarının maaş kartı olduğunu bildirmişdir. Bundan başqa Amil hər ayın sonu kartlara 300-350 manat civarında maaş köçəcəyini demişdir. Lakin Amilin dediyi kimi olmamışdır. O, və atası dəfələrlə Amilə zəng edib karta maaş köçmədiyini, işlə təmin olunmadıqlarını demişlər. Amil isə hər dəfəsində onlara müxtəlif bəhanələr gətirərək işlə təmin olunacaqlarını, qısa vaxt içərisində maaş alacaqlarını demişdir. O, sonradan başa düşmüşdür ki, Amil ona qarşı dələduzluq edərək 1500 manat pulunu ələ keçirmişdir. Hazırda ona vurulmuş maddi ziyan tam şəkildə ödənilmiş, Təqsirləndirilən şəxs ilə barışmış və sonuncuya qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs onun tanışına "xxxx" MMC-nin İmişli rayon filialında boş yer olduğunu və işçi axtarıldığını demiş, həmin tanışı da bu barədə ona demişdir. Sonra işə düzəlmək üçün 4 oktyabr 2022-ci il tarixdə Amilə zəng etmişdir. Zəng etdikdən sonra Amildən "xxxx" MMC-də iş olub-olmadığını soruşmuş, Amildə ona mühasibatlıqda yaşlı bir xanımın yaşı ilə bağlı təqaüdə çıxacağını həmin yerə işçi axtarıldığını deyərək ondan təhsilini soruşmuşdur. O da Amilə ali təhsilli olduğunu demişdir. Amil ondan diplomumun, digər sənədlərinin surətlərini və həmin yerə işə düzəlməyi üçün 4000 manat pul istəmişdir. Amil ondan səhəri gün onunla görüşməsini, qeyd etdiyi sənədləri və pulu gətirməsini istəmiş, o da Amillə razılaşmışdır. Səhəri gün, yəni 5 oktyabr 2022-ci il tarixdə, saat 18 radələrində, Amili mərkəzi bazarın qarşısından tanışının idarə etdiyi avtomobilə götürmüşdür. Amil ön sərnişin oturacağında oturmuş, o isə arxa sağ tərəfdə oturmuşdur. Avtomobildə Amil onunla iş barəsində söhbət etməyə başlamışdır. Amil ondan sənədləri və pulu gətiribgətirmədiyini soruşmuş, o da pulu və sənədləri gətirdiyini demişdir. Amil onunla söhbət edən zaman, o, mobil telefonu vasitəsilə Amili videogörüntüyə çəkmişdir. Amilə faylda sənədlərini və içərisində pulu vermişdir. Pul verdikdən sonra Amil ona bu barədə heç kimə bir söz deməməyini, soruşan olduğu təqdirdə imtahan verib işə düzəldiyini deməsini istəmişdir. Bundan başqa Amil ona işi ilə bağlı idarənin baş ofisinə gedəcəklərini, 1 ay ərzində işini həll edəcəyini, işə çıxacağı və təxminən 500-550 manat maaş alacağını demişdir. Noyabr ayının əvvəllərində Amil onu Şirvan şəhərinə "xxxx" MMC-nin regional filialının inzibati binasına, guya kadrlar idarəsinə aparmışdır. Binaya çatdıqda Amil ona avtomobildə gözləməsini deyib, kadrla özünün görüşəcəyini demişdir. O isə kadrla görüşmək üçün təkid etmiş, Amil isə israrla avtomobildə gözləməyi demişdir. O, məcbur olub avtomobildə gözləmişdir. Təxminən 30-40 dəqiqə sonra Amil gəlmiş və işini həll etdiyini, kadrının yanına girməyə ehtiyac olmadığını bildirmişdir. Noyabr ayının sonlarında Amil mərkəzi bazarda, atası Salmanın yanında ona "xxxx"a aid bank kartı vermiş və maaş kartı olduğunu demişdir. Kartın üzərinə onun adı və soyadı yazılmışdı. Buna görə də, kartın maaş kartı olduğuna inanmışdır. Amil kartı verərkən onun bir həftə ərzində işə çıxacağını demişdir. 4 dekabr 2022-ci il tarixdə karta 150 manat pul köçmüşdür. O, Amilə zəng edib, karta nə üçün 500 manat yox, 150 manat pul köçməsinin səbəbini soruşmuşdur. Amil isə maaşın hər ayın 5-də köçdüyünü, onun əmrinin gec verildiyini, əmrinin verildiyi gündən iş saatının hesablandığını, buna görə də maaşın 500 manat yox 150 manat köçməsini bildirmişdir. O da Amilə inanmışdır. Amilə tez-tez zəng edib nə vaxt işə çıxacağını soruşur, Amil ona hər dəfəsində gah 1 həftə ərzində, gah da qısa vaxt ərzində işə çıxacağını demişdir. Dekabr ayında kartına 262 manat pul köçmüşdür. O, Amilə zəng edib, yenə nə kartına pulun az köçdüyünü demiş, Amildə ona işinə tam olaraq təsdiqlənmədiyini, buna görə də, maaşın az köçdüyünü, səbrli olmağını deyərək dolaşıq cavab vermişdir. 262 manat köçdükdən bir neçə gün sonra Amil ona sellofan bir torbada, içərisində 2 kiloqram çəkidə olmaqla qənd, şəkər tozu və duru yağ gətirərək idarədən yeni ilə qabağı pay verildiyini demişdir. O, Amildən nə vaxt işə çıxacağını soruşmuşdur. Amil ona 6 yanvar 2023-cü il tarixdə işə çıxacağını demişdir. Həmin tarixdə Amilə zəng edib işə çıxıb-çıxmayacağını soruşmuşdur. Amildə ona hələ təsdiqlənmədiyini, səbrli olmağını deyərək, müxtəlif bəhanələr gətirmişdir. Bundan sonra Amilə inanmamış və Amildən pulu geri tələb etmişdir. Amil isə qısa vaxt ərzində işini həll edəcəyini deyib, vaxt qazanmışdır. Pulu geri istədikdən sonra kartı bloklanmış və maaş köçməmişdir. Amil isə onu işə düzəltməmişdir. Məhkəmə iclasında Şahid3 elan olunmuş ifadəsindən görünür ki, o, ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, 2022-ci ildə Bakı Biznes Universitetinin İqtisadiyyat və İdarə etmə fakultəsinə daxil olmuş, qiyabi və ödənişli təhsil alırmış. Buna görə də, təhsil haqqını ödəmək və ailə üzvlərini dolandırmaq üçün iş axtarırmış. İş axtarması barədə qohumlarına, həmçinin Elnura da demişdir. 2023-cü ilin fevral ayının sonlarında Elnurla İmişli rayonu ərazisində görüşən zaman Elnur ona Amil adlı tanışının iş tapdığını, işə düzəlmək üçün ona 4000 manat pul lazım olduğunu demişdir. O da Elnura 4000 manat pulunun olmadığını, özünün həmin pulu verməsini istəyib, işə düzəldikdən sonra həmin pulu qaytaracağını demişdir. Elnurda onunla razılaşmışdır. Elnurdan hara işə düzələcəyini soruşmamışdır. 2023-cü ilin mart ayında Elnur ona "xxxx"a aid kart verərək maaş kartı olduğunu, 1 aylıq dərsi bitdikdən sonra işə çıxacağını və həmin kart vasitəsilə maaş alacağını demişdir. O yenə də Elnurdan hara işə düzəldiyini soruşmamışdır. Elnur ona kartı verdikdən 1 həftə sonra mobil telefonundakı “Birbank” mobil tətbiqinə daxil olan zaman həmin kartın bloklanmasını görmüş, bundan sonra terminalların birindən kartını yoxlamış və həqiqətən də bloklanmasını görmüşdür. Sonra yenə də "xxxx" Açıq Səhmdar Cəmiyyətin İmişli şəhərində yerləşən filialına yaxınlaşmış, bank əməkdaşı ona kartının işə götürən tərəfindən bloklandığını, işə götürən idarənin mühasibatlığa yaxınlaşmasını məsləhət görmüşdür. O da Elnura zəng edib, kartın bloklandığını demişdir. Elnur onu işə düzəldən adam ilə tanış edəcəyini bildirmişdir. May ayının sonlarında dərsi bitdikdən sonra rayona qayıtmış, Elnura zəng edib rayonda olduğunu demişdir. Elnur onun mobil nömrəsini işə düzəldən adama, yəni Təqsirləndirilən şəxs verəcəyini, Amilin özünün ona zəng edəcəyini demişdir. Təxminən 1 saat sonra Amil ona zəng edərək səhəri gün işi ilə bağlı "xxxx" MMC-nin Şirvan şəhərində yerləşən regional filialının ofisinə gedəcəklərini, şəxsiyyət vəsiqəsini, diplomumun surətini və xərclik üçün pul götürməsini istəmişdir. O, “Azərbaycan Kooperasiya Kollecini” bitirmiş və bununla bağlı diplomunun surətini, şəxsiyyət vəsiqəsini götürmüşdür. Səhəri gün, Amilin sifarişlə tutduğu taksi ilə Şirvan şəhərinə getmişlər. Şirvan şəhərində "xxxx" MMC-nin binasına daxil olub maliyyə şöbəsində bir nəfər şəxsin otağına qarşısına getmişlər. Orada onu bir nəfər qəbul edib, ixtisası üzrə sorğu-sual etmişdir. Onunla sorğu sual etdikdən sonra onu yola salıb, işə düzəlib-düzəlməməyi barəsində bir söz deməmişdir. Onu qəbul edən şəxsin kim olduğunu bilməmiş, ona təhsili ilə bağlı suallar vermiş, Amilin ona işə düzəldəcəyi barədə bir söz deməmişdir. Qəbul çıxdıqdan sonra Amilə onu qəbul edən şəxsin onun işə düzəlməyi barəsində bir söz demədiyini demişdir. Amil də narahatçılığın olmadığını, onun tapşırıldığını demişdir. Binada olan vaxt Amil bir otağa girmiş və uzun müddət həmin otaqda olmuşdur. Amil otaqdan çıxdıqdan sonra onunla idarəyə bir dəfə də gələcəklərini və işinin həll olunacağını demişdir. Bu hadisənin üzərindən 2-3 gün keçdikdən sonra yenə Şirvan şəhərinə "xxxx" MMC-nin regional ofisinə getmişlər. İdarənin qarşısından Amil onu gözləməsini deyib binaya daxil olmuşdur. Təxminən 40-50 dəqiqə sonra Amil binadan çıxıb 1 həftə ərzində əmirinin veriləcəyini, nəzarətçi və ya mühasibatçı vəzifəsinə düzələcəyini demişdir. Amil ona nəzarətçi vəzifəsinə düzələcəyini dedikdə Amildən nə üçün birbaşa mühasib vəzifəsinə işə düzəlməyəcəyini soruşmuşdur. Amil isə ona mühasib işinin çətin alınacağını, buna görə də, nəzarətçi vəzifəsinə işə düzələcəyini demişdir. Həmin vaxt onun işə ehtiyacı olduğu üçün Amilə etiraz etməmiş və nəzarətçi kimi işləmək barəsində razılıq vermişdir. İki gün sonra Amil ona işə çıxacağını, səhər saat 09 radələrində "xxxx" MMC-nin İmişli rayon şöbəsinin inzibati binasının qarşısında olmasını demişdir. Səhəri gün saat 09 radələrində "xxxx" MMC-nin İmişli rayon şöbəsinin inzibati binasının qarşısında gəlmiş, Amil saat 10 radələrində gəlib, ona gözləməyini deyib, binaya daxil olmuşdur. Amil binadan çıxdıqdan sonra mərkəzi bazarda boş-boş gəzmiş, sonra taksilərin birinə minib Otuziki kəndinə getmişlər. Otuziki kəndində evlərə intetnet çəkilməsi üçün abonentləri qeydiyyata almışlar. Amilin əlində bir ədəd boş dəftər olmuş, internet çəkdirmək istəyənlər barədə həmin dəftərə qeydlər etmişdir. Amil ondan həmin dəftərin birini də özü üçün almağını istəmişdir. Səhəri gün dəftər alıb, başqa-başqa kəndlərə gedib, internet çəkdirmək istəyən adamlar barəsində qeydlər aparmışlar. 2-3 gün ərzində Amil ilə birlikdə işə çıxmışdır. Hər dəfə Amil ilə birlikdə gedərkən xərc çəkmişdir. Axşam evə gəldikdən sonra Amil ona zəng edib harada olduğunu soruşmuş, o da Amilə evdə olduğunu demişdir. Amil onun evinə gəlib, əmək müqaviləsini təqdim edib, imzalamasını istəmişdir. Amil onun əmək haqqının 500 manat olacağını demişdir. Əmək müqaviləsinə baxdıqda əmək haqqının 345 manat olduğunu və işə götürənin adının yerinə “Aztelekom MMC” yerinə “Təqsirləndirilən şəxs” sözləri yazıldığını görmüşdür. Amildən maaşda olan fərq barəsində soruşduqda Amil ona 345 manat pulun aklad olduğunu, hər ayın sonunda 500 manat maaş alacağını demişdir. Amil ilə 2-3 gün ərzində bir yerdə işləyən zaman dələduz olduğunu, düz yolda olmadığını hiss etmişdir. Sənədləri ona təqdim edərkən, sənədlərdə gördüyü çatışmazlıqlar onun şübhəsini daha da artırmışdır. Bu barədə Elnura demiş, Elnur isə Amil ilə danışacağını demişdir. Elnur Amil ilə danışdıqdan sonra ona işə çıxmağını, maaşının 500 manat olacağını demişdir. O, bu barədə Elnura bir söz deməmiş, işə də çıxmamışdır. Onun "xxxx" MMC-də hər hansı bir vəzifədə işə düzəlməyi ilə bağlı bir əmr olmamışdır. Bir müddət sonra Amilin dələduzluq yolu ilə Elnurun pulunu ələ keçirməsini, həmçinin həmin pulun içərisində onun işə düzəlməyi üçün verilən 3700 manat pulda olmuşdur. Məhkəmə iclasında Şahid4 elan olunmuş ifadəsindən görünür ki, o, ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, Amil ilə kimlərisə işə düzəldəcəyi barədə heç bir söhbəti olmamışdır. Amil ona kimlərinsə işlə təmin olunması üçün ona hər hansı bir sənəd və ya pul verməmişdir. Amilin onun barəsində dedikləri yalandır. Onun Təqsirləndirilən şəxs ilə ümumiyyətlə yaxın münasibəti olmamışdır. Təqsirləndirilən şəxs ilə arasında tələbə və müəllim münasibəti olmuşdur. Təqsirləndirilən şəxs müxtəlif yollarla istifadə edərək onun adından vətəndaşları aldatmışdır. Təqsirləndirilən şəxs onun sosial şəbəkələrdə və xəbər saytlarında işi ilə bağlı paylaşılan şəkilləri əldə edərək özünə aid mobil nömrəsində “Whatsapp” ani mesajlaşma proqramına yükləyərək guya onunla qısa məzmunda mesajlaşmışdır. Lakin onun bu barədə heç bir məlumatı olmamışdır. Məhkəmə iclasında Şahid5 elan olunmuş ifadəsindən görünür ki, o, ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs tanımır. Atası Şahid4 X5 və Texnologiya Kollecində müxtəlif vəzifələrdə, sonuncu dəfə isə direktor müavini vəzifəsində işləmişdir. 10 mart 2023-cü ildə bibisi Nəzrin Əliyevanın həyat yoldaşı Qafur Əhmədov vəfat etmiş, həmin vaxtlarda Təqsirləndirilən şəxs “Whatsapp” mobil tətbiqi vasitəsi ilə atası Şahid4 tez-tez zəng edərək narahat etmişdir. Atası ona İmişli rayonundan tələbəsi olan bir nəfər şəxsin onu narahat etdiyini və ondan pul istədiyini demişdir. O da atasının narahat olduğunu görüb telefonu atasından alıb Amilin nömrəsini qara siyahıya atmışdır. Məhkəmə iclasında Şahid6 elan olunmuş ifadəsindən görünür ki, o, ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun doğma oğludur. X8 Əzimova qarşı dələduzluq etməsindən məlumatı vardır. Amma pulun məbləğindən məlumatı yoxdur. Müəyyən səbəblərə görə 2023-cü ilin aprel ayında Amili evdən çıxartmış və həmin vaxtdan onun Amil ilə heç bir əlaqəsi yoxdur, Amilin nə işlə məşğul olması barədə məlumatı yoxdur. Amil onun yanında kiməsə nəsə vermişdir. Amma verdiyi əşya barəsində məlumatı olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid7 ifadəsində bildirmişdir ki, 2023cü ilin iyun ayında bazarda olan vaxt Amil ona “DOST” agentliyində iş olduğunu demişdir. O da Amildən nə işi olduğunu soruşduqda, Amil ona kəndlərə internet xətti çəkildiyini, buna görə də, işçi axtarıldığını demişdir. O da özünü və oğlunu işə düzəldib-düzəldə bilməyəcəyini Amildən soruşmuş, Amil isə problem olmadığını bildirmişdir. Buna görə də, Amil ondan oğlunu və özünü işə düzəltmək adı ilə 1500 manat pul istəmişdir. O da evə gedib oğluna deyəcəyini, razı olduğu təqdirdə pulu verəcəyini bildirmişdir. Amil onunla razılaşmışdır. O, evə getdikdən sonra oğlu Çingizə Amilin ona dediklərini demiş, Çingizdə onunla razılaşmış, ona 500 manat pul vermişdir. O da Amilə zəng edib görüşmək istədiyini demişdir. Amil ilə 2023-cü ilin iyun ayının sonunda “Kolxoz Bazarında” görüşüb 500 manat pulu vermişdir. Amil isə pulun yerdə qalan hissəsini istəmiş, o da Amilə 2-3 gün içərisində pulu verəcəyini demişdir. 2-3 gündən sonra Çingiz yerdə qalan 1000 manat pulu düzəltmişdir. O, Çingizdən 1000 manat pulu götürüb Amil ilə "xxxx" ASC-nin İmişli şəhəri, H.Əliyev prospektində yerləşən filialının qarşısında görüşüb həmin 1000 manat pulu Amilə vermişdir. Pulu verdikdən sonra Amil ona adlarının işsizlərin siyahısına yazılacağını, sonra maaş kartı alacaqlarını və daha sonra işə çıxıb-çıxmayacaqlarından asılı olmayaq 300- 350 manat civarında maaş alacaqlarını demişdir. Bundan başqa Amil ona arada-bir işə çıxacağını da demişdir. Amil ondan sadəcə olaraq oğlunun və onun özünün şəxsiyyət vəsiqələrinin surətlərini almışdır. Amilin dediyi vaxtda onların kartlarına maaş köçməmişdir. Daha sonra Amilə zəng edib, işlərinin nə yerdə olduğunu, maaş köçmədiyini demişdir. Amil isə ona qısa vaxt ərzində işlərinin düzələcəyini demişdir. Amil 2023-cü ilin iyul ayının ortalarında ona və oğluna "xxxx" ASC-yə məxsus bank kartı təqdim etmişdir. Həmin bank kartlarına heç bir vaxt maaş köçməmiş, nə də ki, onlar işə çıxmamışlar. Baş vermiş hadisə nəticəsində oğlu Çingizə 1500 manat maddi ziyan dəymişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs Şahid7 və oğlunu “DOST” agentliyində işə düzəltmək adı ilə 1500 manat pul aldığını, lakin vədinə əməl etməyərək pulu dələduzluq yolu ilə ələ keçirdiyini eşitmişdir. Şahid7 Təqsirləndirilən şəxs 2023-cü ilin iyun ayında İmişli şəhəri, Q.İsmayılzadə küçəsində yerləşən “Kolxoz Bazar”ında 500 manat pulu onun yanında vermişdir. Şahid7 Təqsirləndirilən şəxs 1000 manat pul verməsini görməmişdir. Cinayət işi materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş; Diskə baxış keçirilməsi haqqında 6 yanvar 2024-cü il tarixli protokoldan görünür ki, 32 GB yaddaş tutumu olan “DVD” diskdə “Whatsapp Video 2024-01-07 at 11.11.33 AM” adlı fayl vardır. Həmin fayla daxil olduqda 31 saniyə görüntü vardır. Görüntüdə Təqsirləndirilən şəxs “Təsdiq elətdirəndə qardaşnan Şiravana gedəcəyikdə. Aztelekoma. Bizim Rabitə Nazirliyi baş ofisi orada yerləşir. Siz özünüz ora gedə bilərsizdə təsdiqnən bağlı. Bir kəlmə heç kimin yanında deməyin. Salamatçılıq olsun. Düzələndən sonra heç kim bilməsin. İmtahan verib gəlmişəm. Heç bir problemi yoxdu. Yəni narahat olmuyun. Aparacam bunu. Vəsiqənizin üzün çıxardacam. Narahat olmuyun. Problem yoxdu. Narahat olmuyun” – sözlərini işlətməsi görünür (cild 1, səhifə 69-70); Baxış keçirilməsi haqqında 29 sentyabr 2024-cü il tarixli protokoldan görünür ki, iş üzrə Zərərçəkmiş şəxs2 təqdim etdiyi 2 ədəd plastik bank kartına baxış keçirilmişdir. Təqdim edilmiş bank kartlarının üzərində "xxxx", “debit” sözləri yazılmışdır. Bank kartının üzərində “5103 0714 0260 1427, 5103 0714 2244 2570, 167, **********171 və 167 **********17” nömrələri vardır. Kartların üzərində “Valid THRU 02/26” yazıları qeyd edilmişdir. Kartın birinin üzərində “JİNGİZ AHADZADE”, digərinin üzərində isə “VUGAR AHADOV” sözləri yazılmışdır (cild 1, səhifə 08-09); Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən daxil olmuş 11 iyun 2024-cü il tarixli, 3-27-108/2-3715/2024 saylı məktubdan görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cənub Şirvan regional filialının Kadrlar şöbəsində İlham adlı əməkdaş çalışmır (cild 1, səhifə 146); Azərbaycan Respublikası Ədliyyə Nazirliyi İmişli Regional “ASAN XİDMƏT” Mərkəzinin Notariat Ofisindən daxil olmuş 20 noyabr 202-4cü il tarixli, 666 nömrəli məktubdan görünür ki, “Elektron notariat” İnformasiya Sisteminə edilmiş müvafiq sorğu və alınmış cavaba əsasən, Şahid4 oğlu tərəfindən Təqsirləndirilən şəxs notarial qaydada təsdiq edilmiş etibarnamə verilməmişdir (cild 1, səhifə 247); Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətin Cənub Şirvan regiona filialının İmişli şöbəsindən daxil olmuş 8 yanvar 2025-ci il tarixli 02 nömrəli məktubdan görünür ki, xx xxxx 1997-ci ildə İmişli rayonu, Otuziki kəndində anadan olmuş, orta-ixtisas təhsilli Təqsirləndirilən şəxs 6 aprel 2023-cü il tarixdə Cənub Şirvan regional filialının İmişli şöbəsində kommutasiya və transmissiya sektorunda növbə texniki vəzifəsində işə qəbul edilmişdir. Təqsirləndirilən şəxs işlədiyi ilk vaxtlarda əmək funksiyasını və rəhbərlik tərəfindən verilən tapşırıqları vaxtlı-vaxtında yerinə yetirmiş, müəssisə daxili intizam qaydalarına əməl etmişdir. 2024-cü ilin yanvar aylarından ayrı-ayrı rayon sakinlərindən müxtəlif bəhanələrlə borc aldığı haqda müəssisə rəhbərliyinə daxil olsa da, bununla bağlı Təqsirləndirilən şəxs izahat tələb etdikdə, Təqsirləndirilən şəxs bu tələblərin əsassız olduğu barədə məlumat vermişdir. Həmin vətəndaşlar təkrar olaraq müraciət edərkən onlara hüquq mühafizə orqanlarına məlumat vermələri tövsiyə olunmuşdur (cild 2, səhifə 27); Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 10 noyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona həmin maddə ilə ittiham elan edilmişdir (cild 1, səhifə 36-37); Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında 10 noyabr 2024-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs barəsində həmin tarixdə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir (cild 1, səhifə 53-54); Cinayət işlərinin bir icraatda birləşdirilməsi və cinayət əməlinin tövsif edilməsi haqqında 11 noyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə istintaq edilən ********* nömrəli cinayət işi ilə barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə istintaq edilən ********* nömrəli cinayət işləri bir icraatda birləşdirilmiş və əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsindən həmin Məcəllənin 178.2.2 və 178.2.4-cü maddələrinə tövsif edilmişdir (cild 1, səhifə 58-59); Təqsirləndirilən şəxsə yenidən ittiham elan etmək haqqında 23 yanvar 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə yenidən ittiham elan edilmişdir (cild 2, səhifə 59-60); Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlləri, onun özünün etirafedici ifadələri ilə yanaşı zərərçəkmiş şəxslərin və şahidlərin məhkəmə iclasında verdiyi ifadələri, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu və digər iş materialları ilə tam sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 №-li qərarının 4-cü bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12, 59.1.13 və 59.2-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs əməlini etiraf edib səmimi peşmançılıq çəkməsini, zərərçəkmiş şəxslər ilə barışıq əldə etməklə onlara vurmuş olduğu maddi ziyanı könüllü olaraq tam şəkildə ödəməsini və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran (CM-nin 61-ci maddəsində göstərilən) hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun şəxsiyyətini, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları (müəyyən edilməmişdir), habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq ona təqsirli bilindiyi maddələrin sanksiyası çərçivəsində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsini qanuni və ədalətli hesab edir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinib müəyyən müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməli, təyin olunmuş cəza müddəti ərzində üzərinə CM-nin 52-1.2-ci maddəsində nəzərdə tutulmuş vəzifələr qoyulmalı və barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Maddi sübutlar və məhkəmə məsrəfləri ilə bağlı məsələni tədqiq edərək məhkəmə hesab edir ki, iş üzrə aparılmış ekspertizası tədqiqatının dəyəri olaraq 100 (bir yüz) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməli, Təqsirləndirilən şəxs 10 saat göstərdiyi pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş müdafiəçi İmişli rayon vəkil bürosunun vəkili Müdafiəçi 110 (bir yüz on) manat məbləğində pul Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. İş üzrə maddi sübut, mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 197-198, 341-349, 351-353, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 3 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təyin edilmiş cəza müddəti ərzində Təqsirləndirilən şəxs üzərinə hər gün saat 22:00dan növbəti gün saat 07:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, İmişli rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəza çəkməsinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizası tədqiqatının dəyəri olaraq 100 (bir yüz) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Təqsirləndirilən şəxs 10 saat göstərdiyi pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş müdafiəçi İmişli rayon vəkil bürosunun vəkili Müdafiəçi 110 (bir yüz on) manat məbləğində pul Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu andan 20 gün müddətində İmişli Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Zaur Pirverdiyev
Məhkəmə qərarları › İş №1(036)-26/2025
İmişli Rayon Məhkəməsi Hökm — İş №1(036)-26/2025
30.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver