Azərbaycan Respublikası adından HÖKM İmişli rayonu İş № 1(036)-27/2021 25.02.2021 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Qurban Hamid oğlu Hacıyevin sədrliyi Nuranə Büsat qızı Hacıyevanın katibliyi Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1983-cü il tarixdə İmişli şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər X2 İşlər Üzrə Azərbaycan Respublikası Məhkəməsinin xx xxx 2007-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 120.1-ci maddəsi ilə təqsirli bilinib 11 il müddətinə azadlıqdan məhrum etmə cəzasına, İmişli Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 1 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, məhkumluqları ödənilməmiş, İmişli şəhəri, Pənah Həsənov küçəsi ev 84 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs, istintaqa məlum olmayan mənbədən, satış məqsədi ilə qanunsuz olaraq 0,786 qram çəkidə narkotik vasitə olan heroin əldə edib üzərində daşıyaraq saxlamış və xx xxxxxx 2020-ci il tarixdə saat 15 radələrində İmişli rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri zamanı İmişli şəhəri, N.Savalanov küçəsində saxlanılaraq İmişli rayon polis şöbəsinə gətirilmiş və orada üzərində şəxsi axtarış aparılarkən əynindəki qara rəngli şalvarın sol yan cibindən iki ədəd polietilen kəsiyi bükümündə satış məqsədi ilə qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşıdığı ayrı-ayrılıqda təmiz çəkisi - 0,373 qram və 0,413 qram çəkidə olmaqla, ümumilikdə 0,786 qram çəkidə narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə deyil, AR CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilib ifadəsində göstərdi ki, bir neçə il olardı ki, narkotik vasitə qəbul edirmiş. xx xxxxxx 2020-ci il tarixdə saat 14-15 radələrində bərbərə getmək üçün yaşadığı evdən çıxıb İmişli şəhəri, P.Həsənov küçəsi ilə N.Savalanov küçəsinin kəsişməsində əvvəllər İmişli şəhər sakini kimi tanıdığı narkotik vasitələrin qəbulu və satışı ilə məşğul olan Rəcəb Şəmmədovla görüşmüşdür. Onlar görüşən vaxt Rəcəb özündə narkotik vasitə olan 1,0 qram herion olduğunu və ondan həmin narkotiki almaq istəyib-istəmədiyimi soruşmuşdur. O da həmin heroini almaq istədiyini deyib Rəcəbdən heroinin qiymətini soruşduqda sonuncu heroini ona 40 manata satacağını bildirmişdir. Həmin ərəfələrdə o, cəzaçəkmə müəssisəsindən təzə çıxdığından dövlət ona 1000 manat pul vermiş və ona görə də üzərində pul olmuşdur. O, Rəcəblə razılaşıb ona 40 manat pul verib iki büküm heroin almışdır. Heroini Rəcəbdən alıb şalvarının sol yan cibinə qoyub N.Savalanov küçəsi ilə İmişli şəhərinin mərkəzinə tərəf piyada gedən zaman polis əməkdaşları mülki geyimdə ona yaxınlaşaraq özlərini təqdim edib ona İmişli rayon polis şöbəsinə getməyi təklif etmişlər. O, etiraz etməyərək polis əməkdaşları ilə birlikdə İmişli rayon polis şöbəsinə gəlmiş və polis şöbəsində üzərində keçirilən şəxsi axtarış zamanı əynində olan qara rəngli şalvarının sol yan cibində olan iki ədəd sellofana bükülmüş narkotik vasitə olan heroini onlara təqdim etmişdir. O, həmin bükümdə olan kütlənin narkotik vasitə heroin olduğunu və özünün şəxsi istifadəsi üçün saxladığını demişdir. O, həmçinin ifadəsində göstərdi ki, Şahid6 qonşusu kimi tanımış və sonuncuya heç vaxt narkotik vasitə satmamışdır. Həmçinin Şahid6 vasitəsi ilə sonuncunun xalası oğlu Şahid7 da narkotik vasitə olan qurudulmuş marixuana satmamışdır. Şahid6la ümumiyyətlə telefon vasitəsi ilə danışmamış, onun istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsindən Alimin istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə olan zəngləri də o etməmişdir. Çox adama özünun telefonunu istifadə üçün verdiyinə görə ola bilsin kimsə Alimlə danışmışdır. Şahid6 onun barəsində yalan ifadə vermişdir. Şahid7 da onun barəsində yalan ifadə vermişdir. Məhkəmə Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olmadığını deməsini inandırıcı hesab etmir, özünü müdafiə məqsədi daşıyan və törətmiş olduğu cinayət əməlindən yaxa qurtarmağa yönəlmiş ifadə hesab edir. Onun törətmiş olduğu cinayət əməli iş üzrə dindirilmiş şahidlərin ifadələri, ekspertiza rəyləri, iş materialları və işin digər obyektiv halları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş Sabirabad RPŞ-də əməliyyat müvəkkili vəzifəsində işləyən Şahid1 ifadəsində göstərdi ki, xx xxxxxx 2020-ci il tarixdə İmişli RPŞ-də əməliyyat müvəkkili vəzifəsində işləyərkən İmişli şəhər sakini Təqsirləndirilən şəxs satış məqsədilə üzərində narkotik vasitə olan heroin gəzdirməsi barədə məlumat qəbul etmiş və dərhal bu barədə raportla polis şöbəsinin rəhbərliyinə məruzə etmişdir. Rəhbərliyin müvafiq göstərişi əsasında Təqsirləndirilən şəxs ətrafında əməliyyat-axtarış tədbirlərinin keçirilməsi üçün qərar qəbul olunmuş və qərarın icrası üçün onun və digər polis əməkdaşları Şahid2, X1 və Şahid3 ibarət əməliyyat qrupu yaradılmışdır. Bundan sonra xx xxxxxx 2020-ci il tarixdə saat 15:00 radələrində o, Şahid2 və Şahid3lə birlikdə avtomobillə İmişli şəhəri, Nəcməddin Savalanov küçəsinə gedib həmin küçəni müşahidəyə götürmüşlər. Saat 15:30 radələrində Təqsirləndirilən şəxs Nəcməddin Savalanov küçəsi ilə piyada keçən zaman ona yaxınlaşaraq özlərini təqdim edib onu polis şöbəsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs da etiraz etməyərək onlarla birlikdə polis şöbəsinə gəlmişdir. Polis şöbəsində dəvət olunmuş iki hal şahidinin, vəkilin və polis əməkdaşlarının iştirakları ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış və axtarış zamanı sonuncunun əynində olan qara rəngli şalvarın sol yan cibindən ağ rəngli sellofan torbasının bükümündə iki ədəd büküm aşkar edilmişdir. Baxış zamanı bükümlərdə spesifik iyə malik, narkotik vasitə olan heroinə oxşar kütlənin olması müəyyən olunmuşdur. Təqsirləndirilən şəxs həmin kütlənin nə olduğunu soruşduqda sonuncu üzərindən aşkar olunub götürülmüş kütlənin nakotik vasitə heroin olduğunu və həmin heroini özü istifadə etmək üçün üstündə gəzdirdiyini bildirmişdir. Sonra həmin narkotik vasitə olan heroin Təqsirləndirilən şəxs, müdafiəçi, hal şahidləri və polis əməkdaşlarının iştirakı ilə bir ədəd torbaya qablaşdırılaraq möhürlənmiş, bu barədə protokol tərtib olunmuş, protokol ucadan oxunmuş və iştirakçılar həmin protokolu imzalamışlar. Məhkəmədə şahid qismində dindirlmiş İmişli RPŞ-nin CAB-ın əməliyyat müvəkkili Şahid2 və İmişli RPŞ-nin PPXB-nin polis nəfəri Şahid3 işin hallarına dair Şahid1 ifadəsinə uyğun ifadə verdilər. Məhkəmədə şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərdi ki, xx xxxxxx 2020-ci il tarixdə saat 16 radələrində İmişli rayon polis şöbəsinin qarışısından piyada keçərkən İmişli rayon polis şöbəsinin əməkdaşları ona yaxınlaşaraq hal şahidi qismində iştirak etməyi xahiş etdikdə o, razılaşmışdır. Polis şöbəsində onun, digər hal şahidinin, vəkilin və polis əməkdaşlarının iştirakı ilə adını sonradan bildiyi Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış və axtarış zamanı sonuncunun əynində olan qara rəngli şalvarın sol yan cibindən ağ rəngli sellofan bükümündə iki ədəd büküm aşkar olunmuşdur. Bükümlər açıldıqda içərisində narkotik vasitə olan heroinə oxşar kütlə aşkar olunaraq götürülmüşdür. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunan kütlənin narkotik maddə olan heroin olduğunu bildirmişdir. Sonra həmin narkotik vasitə olan heroin bir torbaya qoyularaq qablaşdırılmış, o və digər iştirakçılar tərəfindən imzalanaraq möhürlənmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun qonşusudur. O, yaşadığı küçəyə 1997-ci ildə köçmüş və həmin tarixdən də Tamerlanı tanıyırmış. Tamerlan ilk dəfə qəsdən adam öldürməyə görə 11 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və cəza çəkib qurtarıb azadlığa çıxandan sonra tam ayrı adam olmuşdur. O, Tamerlanın narkotik vasitələrin istifadəsi və həmçinin satışı ilə də məşğul olduğunu bilirmiş. Belə ki, Tamerlanla uzun müddət qonşu olduğu üçün sonuncu ona etibar edib narkotik vasitələrin satışı ilə məşğul olması barədə demişdir. Tamerlan tanımadığı şəxslərə narkotik vasitələr satmırmış. Əvvəllər onu tanıyan tanışlarından bir-ikisi ona 5-10 manat pul vermiş, o da gedib onlar üçün Tamerlandan narkotik vasitə olan marixuana almışdır. Sonra dost-tanışları və idmanla məşğul olan qardaşı onun bu vasitəçilik əməlindən xəbər tutub, onunla səmimi söhbət edərək, etdiyi hərəkətin düzgün olmadığını ona izah etdiklərindən o, bu əməllərindən əl çəkmişdir. 2020-ci ilin may ayının sonlarında xalası oğlu Şahid7 öz istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə onun istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə zəng edərək, özü üçün Tamerlandan narkotik vasitə olan marixuana almağını xahiş etmişdir. O isə Samirə artıq belə işlərlə məşğul olmadığını, yalnız onun Tamerlanla əlaqə yaratmaqda köməklik edə biləcəyini demişdir. Belə ki, o, Samirə Tamerlana zəng edib onun evlərinə tərəf gedəcəyini, narkotik vasitə olan marixuana alacağını və ona etibar etməyi deyə biləcəyini bildirdikdə, xalası oğlu Samir onun təklifi ilə razılaşmışdır. Bundan sonra o, Tamerlanın istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsinə zəng edərək narkotik vasitə olan marixuana olub-olmadığını soruşduqda sonuncu özündə yaxşı satılıq nəşə olduğunu demişdir. O, Tamerlana xalası oğlu Samirin ondan nəşə almaq istədiyini və ona etibar edə biləcəyini deyib sonuncuya nəşə satmağını xahiş etmiş və Tamerlan da razılaşmışdır. Bundan sonra o, Samirlə telefon əlaqəsi saxlayıb Tamerlangilə tərəf getməyini demişdir. Samir Tamerlangilin evlərinə tərəf gedəndən sonra ona zəng edib xəbər vermiş və o da sonuncuya zəng edib Samirin onların küçə darvazalarının qarşısında gözlədiyini demişdir. Bir neçə dəqiqə sonra isə Samir ona zəng edib Tamerlandan nəşə aldığını ona xəbər vermişdir. Bundan sonra isə o Tamerlanla ümumiyyətlə nəşə barədə heç vaxt danışmamışdır. Həmin hadisədən bir müddət sonra isə, yəni 2020-ci ilin avqust ayında Tamerlanın narkotik vasitələrin istifadəsinə görə həbs olunduğunu eşitmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərdi ki, özü narkotik vasitə olan qurudulmuş marixuana qəbul edirmiş. 2020-ci ilin may ayında xalası oğlu Şahid6 qonşusu İmişli şəhər sakini “Tomuş” ləqəbli Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olduğunu öyrənmişdir. 2020-ci ilin may ayının sonlarında o, istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə xalası oğlu Alimin istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə zəng edib onun üçün Tamerlandan qurudulmuş marixuana almağını xahiş etmişdir. Alim isə ona belə işlə məşğul olmadığını, yalnız Tamerlandan onun üçün narkotik vasitə satmasını xahiş edə biləcəyini dedikdə o, razılaşmışdır. Bir neçə dəqiqə sonra Alim ona zəng edib Tamerlanla danışıb razılaşdığını bildirib ona sonuncunun evlərinə tərəf getməsini demişdir. O, Tamerlangilin evlərinə tərəf getmiş və sonra Alimə zəng edib dediyi yerə çatdığını bildirmişdir. Bir neçə dəqiqə sonra Tamerlan evlərindən çölə çıxıb onunla görüşüb 10 manat pul müqabilində gizlin şəkildə ona bir büküm narkotik vasitə olan qurudulmuş marixuana vermiş və o da Alimə zəng edib bu barədə məlumat vermişdir. İşdə olan məhkəmə-kimyəvi ekspertizasının xx xxxxxx 2020-ci il tarixli, 18/857 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində: “...Təqsirləndirilən şəxs üzərində...” sözləri yazılmış kağız paketi açıldıqda 02 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi – 0,373 qram və 0,413 qram, ümumi təmiz çəkisi – 0,786 qram olan maddə kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə olan heroindir. Tədqiqata təqdim olunmuş narkotik vasitə olan heroinin ümumi təmiz çəkisi – 0,786 qram, tədqiqata sərf edildi – 0,1 qram (hər ob.- 0,05 qram), qalıq – 0,686 qramdır. İşdə olan məhkəmə-narkoloji ekspertizasının xx xxxxxx 2020-ci il tarixli, 3130 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və çətənə bitkisi preparatlarından sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İşə əlavə edilmiş xx xxxxxx 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsi ilə Şahid6 istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsi arasında xx.xx.2020 – xx.xx.2020-ci il tarixləri və xx.xx.2020-ci il tarixində zəng olunaraq gün ərzində çoxsaylı danışıqlar aparılmışdır. Beləliklə də şərh edilən sübutları məcmu üzrə qiymətləndirərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsində nəzərdə tutulan ictimai təhlükəli əməli törətməkdə təqsirliliyi təsdiq edildi və o, istinad edilən cinayət qanununun həmin maddəsinin sanksiyası həddində cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər X2 İşlər Üzrə Azərbaycan Respublikası Məhkəməsinin xx xxx 2007-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 120.1-ci maddəsi ilə təqsirli bilinib 11 il müddətinə azadlıqdan məhrum etmə cəzasına, İmişli Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 1 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və qanunvericiliklə məhkumluqları ödənilmədən yenidən qəsdən az ağır cinayət törətmiş və bununla da cinayətlərin təhlükəli residivini yaratmışdır. Azərbaycan Respublikası CM-nin 18.2.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər iki dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs, yenidən qəsdən cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunduqda cinayətlərin təhlükəli residivini yaradır. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkəmə Təqsirləndirilən şəxs məhkumluqları qanunla müəyyən edilmiş qaydada ödənilmədən yenidən qəsdən az ağır cinayət törətməsini AR CM-nin 61.1.1-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulan müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməli və AR CM-nin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs əməlində AR CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar müəyyən edilmədi. İş üzrə maddi sübut məhv edilməli, ekspertiza tədqiqatına sərf olunmuş ekspertiza xərci təqsirləndirilən şəxsdən dövlət nəfinə tutulmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353 və 356-cı maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilinib 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Cəza çəkməsinin əvvəli xx xxxxxx 2020-ci il tarixdən hesablansın. Azərbaycan Respublikası CM-nin 93.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə edilsin. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi İmişli rayon polis şöbəsinin saxlanc anbarında saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq qalan çəkisi – 0,686 qram olan narkotik vasitə olan heroin məhv edilsin. Ekspertiza tədqiqatına sərf edilmiş 31,95 (otuz bir manat doxsan beş qəpik) manat ekspertiza xərci Təqsirləndirilən şəxs dövlət nəfinə tutulsun. İş üzrə maddi sübut kimi cinayət işinin materiallarına əlavə edilmiş, “Azərcell Telecom MMC”dən daxil olmuş 01 ədəd CD disk iş materiallarında saxlanılsın. Hökmdən 20 gün müddətinə İmişli rayon məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən: Qurban Hacıyev
Məhkəmə qərarları › İş №1(036)-27/2021
İmişli Rayon Məhkəməsi Hökm — İş №1(036)-27/2021
25.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver