Azərbaycan Respublikası adından QƏRAR İmişli rayonu İş № 1(036)-27/2025 06.05.2025 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Mahmud Orxan Əlövsət oğlunun sədrliyi, Balacayev Elməddin Xudan oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (Şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Müdafiəçi - İmişli Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1992-ci ildə İmişli rayonu, Cahar kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, İmişli rayonu "xxxx" MMC-də nəzarətçi işləyən, məhkum olunmamış, İmişli rayonu, Cahar kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə məhkəməyə verilmişdir ondan ötəri ki, o, 15 oktyabr 2024cü il tarixdə, saat 17:30 radələrində İmişli rayonu, Otuziki kəndi ərazisində yerləşən iri və xırda buynuzlu heyvanların satışı bazarında Zərərçəkmiş şəxs satmaq üçün gətirdiyi 26 baş xırda buynuzlu heyvanların hər birinə görə 1 (bir) manat və avtomaşını ilə bazarın ərazisinə daxil olmasına görə 3 (üç) manat olmaqla ümumilikdə 29 (iyirmi doqquz) manat məbləğində rüsumu bazarın giriş qapısında ödəməsindən sonra sonuncuya avtomaşını idarə edib bazardan getməsini nalayiq ifadələrlə deməsi və sonuncunun da ona qarşılıq verərək nalayiq ifadələr işlətməsi səbəbindən aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı avtomaşının sürücü üçün nəzərdə tutulmuş oturacaq hissəsində əyləşmiş Zərərçəkmiş şəxs qəsdən yumruqla bir dəfə sifət nahiyəsinə vuraraq ona sol almacıq nahiyəsində qançır kimi sağlamlığa zərər vurmayan olduğu üçün dərəcəsi təyin edilməyən və sol qaşın qövsü istiqamətində yara kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid bədən xəsarətləri yetirməklə, qəsdən Zərərçəkmiş şəxs sağlamlığına yüngül zərər vurmuşdur. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, İmişli rayonu, Cahar kəndində qeydiyyatda olmaqla yaşayır. Zərərçəkmiş şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 102 xidmətinə və İmişli rayon polis şöbəsinə vermiş olduğu ərizə və məlumatları ilə tanış olmuşdur. Zərərçəkmiş şəxs şikayət ərizələri əsasında başlanmış cinayət işi üzrə bildirir ki, 15 oktyabr 2024-cü il tarixdə saat 17:30 radələrində Zərərçəkmiş şəxs idarə etdiyi xatırlamadığı «Qazel» markalı avtomaşınla İmişli rayonu, Otuziki kəndi ərazisində yerləşən iri və xırda buyunuzlu heyvanların alışı və satışı bazarına satmaq üçün 26 (iyirmi altı) baş xırda buyunuzlu heyvan gətirmişdir. İlqar avtomaşını ilə bazara daxil olduğu üçün sonuncuya qəbz vermişdir. İlqar heyvanlarını bazarda satmış və və bazardan çıxarkən qəbzi İlqar geri qaytarmış və İlqara verdiyi qəbzin əsasında o, hər bir xırda buynuzlu heyvan üçün 1 (bir) manat və avtomaşını ilə bazara daxil olduğu üçün 3 (üç) manat, cəmi 29 (iyirmi doqquz) manat məbləğində rüsum ödəməli olmasını bildirmiş, İlqar ona 30 (otuz) manat pul vermiş və o, 1 (bir) manat pulu İlqara geri qaytarmış və 29 (iyirmi doqquz) manat pulun ödənilməsi barədə qəbzi Zərərçəkmiş şəxs təqdim etmiş, minnətdarlığını bildirmiş və sağol demişdir. Zərərçəkmiş şəxs pulu ondan aldıqdan sonra,ona «heç sağ olmayın» və bazarın sahibinin ünvanına, eləcə də onun ünvanına nalayiq ifadələr işlətmiş və söyüş söymüşdür. O da İlqarın ünvanına nalayiq ifadələr işlətmiş və söyüş söymüşdür. Həmin vaxt Zərərçəkmiş şəxs avtomaşınında oturuqlu olmuş, İlqar onu oturuqlu vəziyyətdə söyüb təhqir etmişdir. Həmin vaxt İlqar avtomaşınının pəncərəsindən ona bir yumruq zərbəsi atmış, İlqarın atdığı yumruq ona dəyməmiş, o da İlqarın sifət nahiyyəsindən bir dəfə yumruqla vurmuşdr. İlqarın sifətinə vurduğu yumruq zərbəsi onun sol sifət nahiyəsinə dəymiş və nəticədə İlqar xəsarət almışdır. Bundan sonra İlqar avtomaşınından yerə düşmüş və onu nalayiq sözlərlə söyüb təhqir etməkdə davam etmiş, həmin vaxt aralarında sözlü mübahisə olmuş və iş yoldaşları, Kamal, Rza, Amid və polis əməkdaşları yaxınlıqda olduqları üçün onları biri biri ilə dalaşmağa qoymamışlar və yaxınlıqda polis olduğu üçün İlqar polislərə şikayət etmişdir. Bundan sonra polis əməkdaşları İlqara rayon polis şöbəsinə getməyi və döyülməsi ilə bağlı şikayət etməsini dediklərindən sonra İlqar avtomaşınını işə salıb bazardan çıxmışdır. Həmin vaxt iş yoldaşları, Zərərçəkmiş şəxs döyməmiş, İlqarı arxadan tutmamış, İlqar onun iş yoldaşları tərəfindən döyməsi barəsində polisə yalandan məlumat vermişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, o, 15 oktyabr 2024-cü il tarixdə saat 17:30 radələrində Zərərçəkmiş şəxs idarə etdiyi xatırlamadığı «Qazel» markalı avtomaşınla İmişli rayonu, Otuziki kəndi ərazisində yerləşən iri və xırda buyunuzlu heyvanların alışı və satışı bazarına satmaq üçün 26 (iyirmi altı) baş xırda buyunuzlu heyvan gətirmişdir. İlqar avtomaşını ilə bazara daxil olduğu üçün sonuncuya qəbz vermişdir. İlqar heyvanlarını bazarda satmış və və bazardan çıxarkən qəbzi İlqar geri qaytarmış və İlqara verdiyi qəbzin əsasında o, hər bir xırda buynuzlu heyvan üçün 1 (bir) manat və avtomaşını ilə bazara daxil olduğu üçün 3 (üç) manat, cəmi 29 (iyirmi doqquz) manat məbləğində rüsum ödəməli olmasını bildirmiş, İlqar ona 30 (otuz) manat pul vermiş və o, 1 (bir) manat pulu İlqara geri qaytarmış və 29 (iyirmi doqquz) manat pulun ödənilməsi barədə qəbzi Zərərçəkmiş şəxs təqdim etmiş, minnətdarlığını bildirmiş və sağol demişdir. Zərərçəkmiş şəxs pulu ondan aldıqdan sonra,ona «heç sağ olmayın» və bazarın sahibinin ünvanına, eləcə də onun ünvanına nalayiq ifadələr işlətmiş və söyüş söymüşdür. Bundan sonra aralarında mübahisə yaranmışdır. Mübahisə zamanı əlində heç nə olmamışdır. Hal-hazırda zərərçəkmiş şəxslə barışmış, ona qarşı şikayət və tələb yoxdur. Ona görə də barəsində olan cinayət işi üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmədə zərərçəkmiş şəxs qismində dinidirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, o, xx.xx.2024-cü il tarixdə, saat 13 radələrində özünə məxsus “Qazel” markalı, **-BG-*** dövlət nömrə nişanlı avtomaşınla 26 (iyirmi altı) baş xırda byunuzlu qoyun heyvanlarını satmaq üçün İmişli rayonu Otuziki kənd ərazisində təşkil edilmiş iri və xırda buynuzlu heyvanların alışı və satışı bazarına satmaq üçün gətirmişdir. Həmin tarixdə saat 17:30 radələrində heyvanlarını satmış və avtomaşını ilə bazardan çıxdıqda 26 (iyirmi altı) manat ödəniş etməli olduğu halda bazarın giriş qapısında dayanan sonradan bazarın işçisi kimi tanıdığı Təqsirləndirilən şəxs ondan avtomaşını bazara saldığı üçün 3 (üç) manat da avtomaşına görə rüsum ödəməyi bildirmiş və o, 30 (otuz) manat pulu Mirverdiyə vermiş və Mirverdi ona 1 (bir) manat pul qaytarmışdır. Pulu qaytardıqdan sonra Mirverdi ona “sür….” sözlərini dedikdən sonra ona iradlarını bildirərək kimə söyüş söydüyünü soruşmuş, həmin vaxt Mirverdi ona “sənə get demirəm?” sözlərini demiş və avtomobildə olduğu zaman Mirverdi pəncərədən yumruqla bir dəfə sifət nahiyyəsindən vuraraq sol göz nahiyəsi tərəfdən xəsarət yetrmişdir. O, avtomaşından yerə düşmüş, həmin vaxt ətrafda olan üzdən tanımadığı bazarın 4-5 nəfər işçiləri onu arxa tərəfdən tutaraq döymüş və onu arxa tərəfdən yumruqla kürək nahiyyəsindən vurduqları vaxt həmkəndliləri X9 və X5 ona yaxınlaşmış və onu həmin şəxslərin əllərindən almışlar. Bundan sonra o, avtomaşınını idarə edib bazardan sürüb xəstəxanaya yollanmış, xəstəxanada tibbi müayinə olunan zaman arxasınca xəstəxanaya polis gəlmiş, polis ondan ərizə almış və polis şöbəsinə gəlib hadisənin baş vermə şəraitini danışmışdır. Zərərçəkmiş məhkəməyə ərizə təqdim edərək bildirmişdir ki, təqsirləndirilən şəxslə barışdığı üçün cinayət işi üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmədə şahid qismində dindirilən Şahid1 ifadəsində göstərdi ki, o, İmişli rayonu Əliqullar kənd sakini Zərərçəkmiş şəxs tanıyır. İlqar ilə arasında hər hansı bir düşmənçilyi və ya ədavəti yoxdur. Zərərçəkmiş şəxs İmişli rayon polis şöbəsinə yazmış olduğu ərizə ilə bağlı bildirir ki, xx.xx.2024-cü il tarixidə saat 13 radələrində X10 özünə məxsus “Qazel” markalı, **-BG-*** dövlət nömrə nişanlı avtomşınla 26 (iyirmi altı) baş xırda byunuzlu qoyun heyvanlarını satmaq üçün İmişli rayonu, Otuziki kənd ərazisində təşkil edilmiş iri və xırda buynuzlu heyvanların alışı və satışı bazarına gətirmişdir. Həmin tarixdə Zərərçəkmiş şəxs saat 17:30 radələrində heyvanlarını satmış və avtomaşını ilə bazardan çıxdıqda Təqsirləndirilən şəxs ona 26 (iyirmi altı) manat ödəniş etməli olduğunu və 3 (üç) manat da avtomaşın üçün ödəniş etməsini bildirmişdir. Əhmədov X7 Eyvazova 30 (otuz) manat ödəniş etmiş və 1 (bir) manat pulunu Mirverdi geri İlqara qaytarmışdır. Bazara giriş və çıxış sıxlıq təşkil etdiyindən Mirverdi İlqara avtomaşının sürüb getməsini əli ilə işarə vermiş, İlqar avtomaşını sürməmiş və bazarın çıxışında saxladığı üçün tıxac yaratmış və həmin vaxt onlardan kənarda olduğu üçün bazara daxil olan digər avtomaşınarın sürücülərindən əlində olan kasaa aparatı ilə rüsum toplamaqla məşqul olmuşdur. O, İlqar ilə Mirverdinin biri-biri ilə dalaşmasını görməmiş, həmin vaxt Mirverdinin İlqarı vurmasını və İlqarın da Mirverdini vurmasını görməmişdir. Lakin, sonradan eşitmişdir ki, İlqar Mirverdinin ünvanına nalayiq ifadələr işlətmiş və bunun üçün də Mirverdi İlqarın ağzının üstündən əli ilə vurmuşdur. Lakin onların arasında baş vermiş dava dalaşı görməmiş və həmin mübahisə onlar arasında təxminən 3-5 dəqiqə çəkmiş, belə ki, bazardan çıxan tanımadığı şəxslər onların biri-biri ilə dalaşmasına imkan verməmiş və özü də onların yanına çatandan sonra İlqara öz iradını bildirmişdir. Onların mübahisəsi isə bazarın çıxışında baş vermiş, həmçinin qeyd edir ki, Zərərçəkmiş şəxs bir rayon sakini və mal bazarına gəlib gedən şəxs kimi yaxından tanıyır, belə ki, o, hər dəfə bazara gələndə rüsum ödəməmək üçün yersiz mübahisələr yaradır. Onun mübahisə yaratmasını bildiyindən onu artıq mobil telefonu ilə çəkir ki, özünü və digər bazır işçilərini sığortalasın. 19 noyabr 2024-cü il tarixdə İlqar bazara gətirdiyi hevanlarnı və avtomobilinin rüsumunu ödəmiş və ona əlində olan kassa aparatından çeki çıxarıb vermiş, İlqar çeki almış, avtomaşının ön şüşəsi tərəfə qoymuş, ona çeki vermirsən deyib şər atmış və o, çəkiliş edib çeki çəkmiş və ona çeki vermişəm demişdir. Həmin anı telefonu ilə görüntüyə almış və həmin görüntünü də izahatına əlavə etmişdir. Həmçinin qeyd edir ki, Zərərçəkmiş şəxs digər qardaşı Elşən Əhmədov da rüsum ödəməkdən yayınır. Belə ki, Elşən Qazel avtomaşının yolda saxlayır və heyvanları bazarın çölündə satışını təşkil edir. Əgər ona heyvanları və maşını bazara salmasını bildirsələr Elşən onlarla mübahisə yaradıb barələrində polis əşikayət edəçək deyə ona artıq baş qoşmurlar. Məhkəmədə şahid qismində dindirilən Şahid2 ifadəsində göstərdi ki, o, İmişli rayonu, Əliqullar kənd sakini Zərərçəkmiş şəxs tanıyır, onunla arasında hər hansı bir düşmənçiliyi və ya ədavəti yoxdur. Zərərçəkmiş şəxs İmişli rayon polis şöbəsinə yazmış olduğu ərizə ilə bağlı bildirir ki, Zərərçəkmiş şəxs "xxxx" MMC-də» nəzarətci işləyən Mirverdi Əzizov tərəfindən döyülməsini və ya onların qarşılıqlı olaraq bir-biri ilə dalaşmasını görməmişdir. Lakin həmin günü bazarda giriş və çıxış qapısının qarşısında olsmuşdur. xx.xx.2024-cü il tarixidə saat 13 radələrində X10 özünə məxsus “Qazel” markalı, **-BG-*** dövlət nömrə nişanlı avtomaşınla 26 (iyirmi altı) baş xırda byunuzlu qoyun heyvanlarını satmaq üçün İmişli rayonu, Otuziki kənd ərazisində təşkil edilmiş iri və xırda buynuzlu heyvanların alışı və satışı bazarına satmaq üçün gətirmişdir. Həmin tarixdə Zərərçəkmiş şəxs saat 17:30 radələrində heyvanlarını satmış və avtomobili ilə bazardan çıxdıqda Təqsirləndirilən şəxs ona 26 (iyirmi altı) manat ödəniş etməli olduğunu və 3 (üç) manat da avtomobili üçün ödəniş etməsini bildirmişdir. Əhmədov X7 Eyvazova 30 manat ödəniş etmiş və 1 manat pulu geri İlqara qaytarmışdır. Bzara giriş və çıxış sıxlıq təşkil etdiyindən Mirverdi İlqara avtomobilini sürüb getməsini əli ilə işarə etmiş, İlqar avtomobilini sürməmiş və Mirverdinin ünvanına nalayiq ifadələr işlətmiş və Mirverdi İlqarı avtomobilin içərisində sol sifət nahiyəsinə söydüyü söyüşə görə bir yumruq vurmuşdur. O, bu olanlardan başqa heç nə eşitməmişdir. Həmçinin həmin vaxt orada olmuşdur. Daha sonra İlqar Əhəmədov avtomobilindən düşmüş, mübahisəni böyütmək istəsə də o, və yanında olan Amid İlqarın yanında olan adını bilmədiyi bir nəfər şəxs hadisəni qarşısını almış, İlqarı sakitləşdirib avtomaşınına əyləşdirmişlər. Bundan sonra İlqar avtomaşınına əyləşmiş, mal bazarından çıxıb getmiş, həmin mübahisə təxminən 2 dəqiqə, bəlkədə az vaxt çəkmişdir və ətrafdan hadisə yerinə gələn və toplaşan olmamışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanılması və icraata qəbul edilməsi haqqında 12 dekabr 2024-cü il tarixli qərardan görünür ki, fakta görə CM-nin 128-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmış və icraata qəbul olunmuşdur (i.v. 01); materialın istintaq aidiyyatı üzə verilməsi barədə xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs müraciəti əsasında toplanmış material istintaq aidiyyatı üzrə İmişli RPŞ-nin İstintaq Bölməsinə göndərilmişdir (i.v. 16-17); Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X4 X14 652 nömrəli canlı şəxsin ekspertizası barədə ekspert rəyindən görünür ki, 1978-ci il təvəvllüdlü Zərərçəkmiş şəxs - sol qaşın qövsü istiqamətində yara, sifətin sol almacıq nahiyəsində qançır bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, müxtəlif şəraitdə o, cümlədən xx.xx.2024-cü il tarixdə müayinə olunanın göstərdiyi şəraitdə əmələ gələ bilərdi. Qeyd olunmuş xəsarətlər-sol qaşın qövsü istiqamətində yara dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilir, sifətin sol almacıq nahiyəsində olan qançır isə sağlamlığa zərər vurmyan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir (i.v. 9-10); Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmamışdır (i.v. 33); Zərərçəkmiş şəxs qismində tanınma haqqında 12 dekabr 2024-cü il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Zərərçəkmiş şəxs qismində tanınmışdır (i.v. 34); Məcburi gətirmə haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində məcburi gətirilmə qərarı qəbul edilmişdir (i.v. 56); Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş və ona həmin maddə ilə ittiham elan edilmişdir (i.v. 65-66); İttiham elan edilmiş şəxs barəsində axtarış elan olunması haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmişdir (i.v. 68- 69); Qətimkan tədbirinin seçilməsi haqqında 13 yanvar 2025-ci il tarixli qərardan görünür ki, təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir (i.v. 94-95). İmişli RİHB-nin Qaradonlu kənd İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, İmişli rayonu, Çahar kənd sakini Təqsirləndirilən şəxs ailə tərkibləri həyat yoldaşı X6, oğlu X2 ibarətdir. (i.v. 100); "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli xasiyyətnamədən görünür ki, Azərbaycan Respublikasının vətəndaşı, "xxxx" MMC-də nəzarətçi işləyən, xx.xx.1992-ci ildə anadan olmuş, orta təhsilli, ailəli Təqsirləndirilən şəxs İmişli "xxxx" MMC-də nəzarətçi kimi əmək fəaliyyəti dövründə özünü intizamlı və məsuliyyətli işçi kimi təsdiq etməklə yanaşı həmdə yanaşı kollektiv və vətəndaşlarla münasibəti yüksəkdi. İşlədiyi müddətdə MMC-də eləcədə vətəndaşlarla heç bir mübahisəsi, münaqişəsi olmamışdır. Zəhmətkeşdir, cəmiyyətin işlərində çətin dövrlərdə də ona öz işilə töhfə verməyə çalışıb. İntizam cəzası yoxdur (i.v. 38); Sübutların qiymətləndirilməsi haqqında 28 yanvar 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 13 yanvar 2025-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə elan olunmuş ittiham və barəsində seçilmiş qətimkan tədbirinin qüvvədə olması nəzərə alınmış, məhkəmə tibb ekspertizasının 16.10.224-cü il tarixli 652 nömrəli ekspert rəyi iş üzrə maddi sübut növü kimi qiymətləndirilmiş, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsinin tərkib əlamətləri olmadığından həmin xüsusatla bağlı cinayət təqibi başlanması rədd edilmiş və qərarın surəti ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən imişli rayon prokuroruna göndərilmişdir (i.v. 115-119); Zərərçəkmiş şəxs tərəfindən verilmiş 06 may 2025-ci il tarixli məhkəməyə təqdim edilən ərizədən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmış və Təqsirləndirilən şəxs heç bir şikayət və tələbi yoxdur. Məhkəmə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsi onun təqsirini boynuna alması ilə yanaşı, Zərərçəkmiş şəxs və şahidlərin məhkəmə iclasında səsləndirdiyi, eləcə də siyahı üzrə digər şahidlərin məhkəmə iclasında elan olunmuş ifadələri və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsinə əsasən sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma - min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz altmış saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır; Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Belə olan təqdirdə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs dəymiş ziyanı tamamilə ödəyərək onunla barışması nəzərə alınmalı və Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsi tətbiq olunmaqla, o, cinayət məsuliyyətindən azad edilməli və onun barəsində olan cinayət işi üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 40.2 və 40.2.2-ci maddələrinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs zərərçəkmişlə barışdıqda onun cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası CM-nin 72, 73.1, 73-1.3 və 74-cü maddələrində nəzərdə tutulmuş hallar mövcud olduqda işin icraatına xitam verilə bilər; 43.3-cü maddəsinə əsasən Məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır; 175-ci maddəsinə müvafiq olaraq qətimkan tədbirinin tətbiqinə zərurət aradan qalxdıqda cinayət prosesini həyata keçirən orqan öz səlahiyyəti daxilində onu ləğv edir. Müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır. 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (AR Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə barışdığını, sonuncuya qarşı heç bir şikayət və tələbinin olmamasını təsdiq edən və iş üzrə icraata xitam verilməsinə dair zərərçəkmiş şəxsin məhkəməyə təqdim etdiyi ərizəsini, prosessual qanununvericiliyin yuxarıda sadalanan müddəalarını nəzərə alıb hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsi tətbiq olunmaqla Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 40.2-ci maddəsinə əsasən xitam verilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə Təqsirləndirilən şəxs İmişli Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 göstərdiyi 14 (on dörd) saat hüquqi yardıma görə 154 (bir yüz əlli dörd) manat Azərbaycan Respublikası dövlət büdcəsindən tutularaq İmişli Rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia, maddi sübut və məhkəmə məsrəfləri yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 43.3, 175, 321, 321.2.1, 346, 347 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2ci maddəsi tətbiq edilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilsin və barəsində seçilmiş “başqa yerə getməmək haqqında” qətimkan tədbiri qərar qanuni qüvvəyə mindikdən sonra ləğv edilsin. Təqsirləndirilən şəxs 14 (on dörd) saat göstərdiyi pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş müdafiəçi İmişli rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 154 (bir yüz əlli dörd) manat məbləğində pul Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində İmişli Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə ondan apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Orxan Mahmud
Məhkəmə qərarları › İş №1(036)-27/2025
İmişli Rayon Məhkəməsi Qərar — İş №1(036)-27/2025
06.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver