Azərbaycan Respublikası adından HÖKM İmişli rayonu İş № 1(036)-28/2022 22.02.2022 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Qurban Hamid oğlunun sədrliyi, Hacıyeva Nuranə Busat qızının katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərər çəkmiş şəxs: Zərərçəkmiş şəxs, Təqsirləndirlən şəxs: Təqsirləndirilən şəxs və onun müdafiəçisi X1 iştirakları ilə 18 avqust 1976-cı il tarixdə İmişli rayonunun Qaradonlu kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, İmişli rayonunun Qaradonlu kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs, cаvаbdеh kimi оndаn 14 iyun 2019-cu il tarixdən bаşlаyаrаq 19 yanvar 2008-ci il təvəllüdlü X3 və 04 noyabr 2014-cü il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi sabit pul məbləğində müəyyən оlunmаqlа hər bir uşağa görə hər аy 150,00 manat olmaqla, cəmi 300,00 manat məbləğində alimenti Zərərçəkmiş şəxs ödənilməsinə dаir İmişli Rayon Məhkəməsinin 14 iyun 2019-cu il tarixli, 2(036)-717/2019 saylı qanuni qüvvəyə minmiş qətnaməsinin icrаsı ilə bаğlı icrа məmurunun qаnuni tələbini üzrsüz səbəbdən yеrinə yеtirmədiyi üçün İmişli Rayon Məhkəməsinin 08 iyul 2020-ci il tarixli, 3(036)-277/2020 saylı qərarı ilə Azərbaycan Respublikası İXM-nın 528.1-ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinərək 10 (on) gün müddətində inzibаti qаydаdа həbs tənbеh növü təyin оlunmаsınа və оnа icrа sənədlərindəki tələbi icrа еtməsi üçün 22 sentyabr 2020-ci il tаriхdə məsuliyyəti еlаn оlunmаqlа rəsmi qаydаdа хəbərdаrlıq еdilməsinə baxmayaraq cinаyət təqibi bаşlаnılmаsı məsələsinə bахılmаsı üçün təqdimаt vеrilən 01 iyun 2021-ci il tаriхədək şəхsi mаrаq niyyəti ilə Zərərçəkmiş şəxsnа məhkəmə qətnаməsi üzrə ümumilikdə 7200,00 mаnаt məbləğində аlimеnt bоrcunu ödəməməklə qеyd еdilən məbləğdə zərərçəkmiş şəхsə mаddi ziyаn vurаrаq məhkəmənin qаnuni qüvvəyə minmiş məlum qətnаməsini qərəzli оlаrаq icrа еtməməklə ədаlət mühаkiməsinin nüfuzunа хələl gətirmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilib ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs ilə 14 avqust 2005-ci il tarixdə ailə həyatı qurmuş və birgə nikahlarından 19 yanvar 2008-ci il təvəllüdlü Asiman və 04 noyabr 2014-cü il təvəllüdlü Aydan adlı iki qız övladları dünyaya gəlmişdir. Zərərçəkmiş şəxs ilə evli olduğu müddətdə münasibətləri yaxşı olsa da, sonradan münasibətləri kəskin şəkildə pisləşdiyinə görə ayrılmaq qərarına gəmişlər. Zərərçəkmiş şəxs ondan boşanmağa və iki azyaşlı uşaqların saxlanılmasından ötrü iddia ərizəsi ilə aidiyyəti üzrə İmişli Rayon Məhkəməsinə müraciət etmiş və məhkəmə tərəfindən onların nikahları pozulmuş və 14 iyun 2019-cu il tarixdən hesablanmaqla 19 yanvar 2008-ci il tarixdə anadan olmuş X6 və 04 noyabr 2014-cü il tarixdə anadan olmuş X5 yetkinlik yaşlarına çatana kimi saxlanılması üçün hər ay sabit pul məbləğində müəyyən olunmaqla hər uşaq üçün 150,00 manat olmaqla, cəmi 300,00 manat aliment pulunun ondan tutularaq Zərərçəkmiş şəxs ödənilməsi barədə qətnamə çıxarılmışdır. Qanuni qüvvəyə minmiş qətnamə icra olunması üçün 09 iyul 2019-cu il tarixdə aidiyyəti üzrə İmişli Rayon İcra və Probasiya şöbəsinə göndərilmiş, icra sənədini icra etməsi üçün ona rəsmi qaydada icraata başlamaq haqqında qərar və bildiriş verilməsinə baxmayaraq o, üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. İcra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə onun barəsində 08 iyul 2020-ci il tarixdə inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün İmişli Rayon Məhkəməsinə göndərilmiş və məhkəmənin 08 iyul 2020-ci il tarixli qərarı ilə o, inzibati xətanı törətməkdə təqsirli bilinərək Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati qaydada 10 (on) gün müddətinə həbs edilmişdir. İnzibati qaydada həbs olunduqdan sonra məhkəmə qətnaməsini icra etməsi üçün ona məsuliyyəti elan olunmaqla yeni müddət verilmişdir. Bütün bunlara baxmayaraq icra sənədi üzrə müəyyən olunmuş tələbi və alimentə görə yaranmış borcu təmin etməmiş və icra sənədi üzrə 14 iyun 2019-cu il tarixdən təqdimat verilən 01 iyun 2021-ci il tarixədək Zərərçəkmiş şəxs ödəməli olduğum 7200.00 manat aliment pulundan heç bir ödəniş etməmişdir. Törətmiş olduğu cinayət əməlindən səmimi peşmandır. Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli özünün etirafı ilə yanaşı, iş üzrə dindirilmiş zərər çəkmiş şəxsin və şahidlərin ifadələri, iş materialları və işin digər obyektiv halları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmədə zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs ilə 14 avqust 2005-ci il tarixdə ailə həyatı qurmuş və birgə nikahlarından 19 yanvar 2008-ci il təvəllüdlü Asiman və 04 noyabr 2014cü il təvəllüdlü Aydan adlı iki qız övladları anadan olmuşdur. Nikahda olduqları müddətdə Təqsirləndirilən şəxslə yola getmədiklərindən ayrılmaq qərarına gəlmiş və həmin vaxtdan da o, övladları ilə birlikdə ayrı yaşamağa başlamışdır. Təqsirləndirilən şəxslə evli olduğu müddətdə və ayrılandan sonra da, sonuncu övladlarının saxlanılması ilə əlaqədar ona maddi köməklik göstərməmişdir. O isə övladlarını tək başına saxlaya bilmədiyindən Təqsirləndirilən şəxs qarşı aliment tələbinə dair iddia qaldırmış və İmişli Rayon Məhkəməsinin 14 iyun 2019-cu il tarixli qətnaməsinə əsasən Təqsirləndirilən şəxs həmin tarixdən hesablanmaqla 19 yanvar 2008-ci il təvəllüdlü X6 və 04 noyabr 2014-cü il təvəllüdlü X5 yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün hər ay hər uşağa görə 150,00 manat olmaqla, cəmi 300,00 manat sabit pul məbləğində alimentin tutularaq ona verilməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəsini aldıqdan sonra Təqsirləndirilən şəxs yaşadığı yer üzrə İmişli Rayon İcra və Probasiya şöbəsinə göndərilmişdir. İcra məmuru tərəfindən icraata başlamaq haqqında qərar qəbul edilmiş, Təqsirləndirilən şəxs tələbin könüllü icrası haqqında bildiriş göndərilərək 10 gün müddət verilmiş, dəfələrlə xəbərdarlıq edilmiş, izahatları alınaraq məsuliyyəti izah edilmişdir. Təqsirləndirilən şəxs icra məmurunun qanuni tələbini yerinə yetirmədiyi üçün İmişli Rayon Məhkəməsinin 08 iyul 2020-ci il tarixli, 3(036)-277/2020 saylı qərarı ilə Azərbaycan Respublikası İXM-nin 528.1ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinərək 10 (on) gün müddətinə inzibati qaydada həbs edilmişdir. Bundan sonra icra məmurları tərəfindən ona yeni müddətlər verilərək Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti barədə xəbərdarlıq edilsə də təqdimat verilən 01 iyun 2021-ci il tarixədək köhnə aylara dair yığılıb qalmış 7200,00 manat aliment borcunu ödəməmişdir. Qeyd edilən ödənməmiş aliment borcunun Təqsirləndirilən şəxs tam alınaraq ona ödənilməsini, əks halda qanuna müvafiq qaydada tədbir görülməsini məhkəmədən xahiş edir. Məhkəmədə şahid qismində dindirilmiş İmişli Rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru Şahid1 ifadəsində göstərdi ki, şöbəyə daxil olmuş İmişli Rayon Məhkəməsinin 2(036)-717/2019 saylı, 14 iyun 2019-cu il tarixli icra sənədinə əsasən həmin tarixdən hesablanmaqla iki uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs xeyrinə hər ay cəmi 300 manat sabit pul məbləğində aliment alınıb verilməlidir. İmişli rayon İcra və Probasiya şöbəsində 09 iyul 2019-cu il tarixdə başlanılmış icraat zamanı tələbin icrasını təmin etmək məqsədi ilə borcluya bildiriş göndərilmiş, lakin tələb yerinə yetirilməmişdir. Borclunun tələbin yönəldilə biləcəyi əmlakı və rəsmi gəlirləri aşkar edilməmişdir. İcra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə və qətnamədəki tələbi icra etmədiyinə görə Təqsirləndirilən şəxs 08 iyul 2020-ci il tarixdə İmişli Rayon Məhkəməsi tərəfindən Azərbaycan Respublikası İXMnin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 10 gün müddətinə inzibati qaydada həbs edilmişdir. Tənbehdən sonra ona tələbi icra etməsi üçün məsuliyyəti elan olunmaqla yeni müddətlər verilmişdir. Lakin o, öz hərəkətlərini davam etdirmiş və icra sənədi üzrə müəyyən olunmuş tələbi və borcları təmin etməmişdir. Aliment borcunu ödəməsi üçün Təqsirləndirilən şəxs 22 sentyabr 2020-ci il tarixdə yenidən xəbərdarlıq göndərilmişdir. İmişli Rayon Məhkəməsinin 23 noyabr 2020-ci il tarixli qərardadına əsasən Təqsirləndirilən şəxs ölkədən getmək hüququ müvəqqəti olaraq məhdudlaşdırılmışdır. Təqsirləndirilən şəxs öhdəliyini lazımı qaydada yerinə yetirməmiş, aliment borcunu tam ödəməmiş və ödənilməsinə təşəbbüs göstərməmişdir. İcra sənədi üzrə 14 iyun 2019-cu il tarixdən 31 may 2021-ci il tarixədək tələbkara ödəməli olduğu 7200,00 manat aliment pulundan heç bir ödəniş etməmişdir. İcraat zamanı Təqsirləndirilən şəxs dəfələrlə xəbərdar edilməsinə, inzibati məsuliyyətə cəlb olunmasına, onunla profilaktik söhbətlər aparılmasına baxmayaraq qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrasını təmin etməmişdir. Tələbkar Zərərçəkmiş şəxs şöbəyə 16 may 2021-ci il tarixdə ərizə ilə müraciət edərək Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb olunmasını üçün təqdimat verilməsini xahiş etmişdir. Məhkəmə qərarının icrası üzrə tələbin yerinə yetirilməsi və icrasının məcburiliyi dəfələrlə Təqsirləndirilən şəxs nəzərinə çatdırılmışdır. Lakin o, öz hərəkət və hərəkətsizliyi ilə icra sənədi üzrə tələbi qanunla müəyyən edilmiş qaydada və müddətdə təmin etməmiş, inzibati məsuliyyətə cəlb edilməsindən nəticə çıxarmamış, Zərərçəkmiş şəxs qanunla qorunan hüquqlarının pozulmasına səbəb olan şərait yaratmışdır. Məhkəmədə şahid qismində dindirilmiş İmişli rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru Şahid2 işin hallarına dair Şahid1 ifadəsinə uyğun ifadə verdi. Cinayət işi materiallarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İXM-nın 528.1-ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinərək İmişli Rayon Məhkəməsinin 08 iyul 2020-ci il tarixli 3(036)-277/2020 saylı Qərarına əsasən on gün müddətinə inzibati qaydada həbs edilmiş, icra sənədindəki tələbi icra etməsi üçün ona məsuliyyəti elan olunmaqla 24 sentyabr 2019-cu il və sonuncu dəfə 04 may 2021-ci il tarixdə olmaqla ona rəsmi qaydada xəbərdarlıqlar edilmişdir. İşdən görünür ki, Əliyev X7 Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 14 iyun 2019-cu il tarixli 2(036)-717/2019 saylı qətnaməsi üzrə təqdimat verilən günə, yəni 01 iyun 2021-ci il tarixədək yaranan 7200.00 manat aliment borcundan tələbkar Zərərçəkmiş şəxsn ödəniş etməmişdir. Cinаyət işinin mаtеriаllаrınа əlаvə еdilən məhkəmə qətnаməsinin icrаsı ilə bаğlı Təqsirləndirilən şəxs оğlunun аdınа ünvаnlаnmış bоrcun könüllü ödənilməsinə dаir bildirişdən, İmişli Rayоn Məhkəməsinin inzibаti хətа hаqqındа 08 iyul 2020-ci il tarixli, 3(036)-277/2020 saylı qərarından və digər sənədlərdən görünür ki, о, həqiqətən də İmişli Rayon Məhkəməsinin 14 iyun 2019-cu il tarixli, 2(036)-717/2019 saylı qanuni qüvvəyə minmiş qətnaməsini qərəzli оlаrаq icrа еtməmişdir. İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Dövlət Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində X2 16 saylı Ərazi Məşğulluq Mərkəzi filialının 08 fevral 2021-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs 22 aprel 2020-ci il tarixdə 16 saylı Ərazi Məşğulluq Mərkəzi filialı tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Məşğulluq” altsistemində (iş və qazancı olmayan) şəxs kimi qeydə alınmış, işləmək məqsədilə Filialla heç bir əlaqə saxlamadığından işlə təmin edilməsi mümkün olmamışdır. İşə əlavə edilmiş İmişli RPŞ-nin 16 dekabr 2021-ci il tarixli protokolundan görünür ki, Təqsirləndirilən şəxs barəsində polis şöbəsində 440425 nömrəli axtarış işi açılmış və sonuncu 16 dekabr 2021-ci il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində İmişli rayonunun Qaradonlu kəndində saxlanılaraq Bakı şəhəri Yasamal RPİ-nin MSY-nə təhvil verilmişdir. İşə əlavə edilmiş 17 dekabr 2021-ci il tarixli qətimkan tədbiri seçilməsi haqqında qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmişdir. İşə əlavə edilmiş İmişli Rayon Məhkəməsinin 17 fevral 2022-ci il tarixli Qərarından görünür ki, Təqsirləndirilən şəxs üzrlü səbəblər olmadan məhkəmə hazırlıq iclaslarına gəlməyərək qaçıb gizləndiyindən barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilmişdir. Beləliklə də şərh edilən sübutları məcmu üzrə qiymətləndirərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsində nəzərdə tutulan ictimai təhlükəli əməli törətməkdə təqsirliliyi təsdiq edildi və o, istinad edilən cinayət qanununun həmin maddəsinin sanksiyası həddində cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs ilk məhkumluğunu, əməlini etiraf edib səmimi peşmançılıq çəkməsini cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar məhkəmə tərəfindən müəyyən edilmədi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasına məhkum edilməli və AR CM-nin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə xərcləri yoxdur. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353 və 356-cı maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə təqsirli bilinib 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 16 dekabr 2022-ci il tarixdən 17 dekabr 2022-ci il tarixədək həbsdə saxlandığı 1 (bir) gün müddət təyin edilmiş cəzadan çıxılsın və üzərində qəti olaraq 11 (on bir) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəksin. Cəza çəkməsinin əvvəli həbsə alındığı gündən, yəni 17 fevral 2022-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə xərcləri yoxdur. Hökmdən 20 gün müddətinə İmişli rayon məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən: Qurban Hacıyev
Məhkəmə qərarları › İş №1(036)-28/2022
İmişli Rayon Məhkəməsi Hökm — İş №1(036)-28/2022
22.02.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver