Məhkəmə qərarları › İş №1(036)-28/2023

İmişli Rayon Məhkəməsi Hökm — İş №1(036)-28/2023

06.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM İmişli rayonu İş № 1(036)-28/2023 06.06.2023 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rayon Məhkəməsinin hakimi Quliyev Telman Osman oğlunun sədrliyi, Şiralıyeva Günel Mirzə qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi İmişli rayon vəkil bürosunun vəkili X9 iştirakı ilə, xx xxxxxx 1996-cı ildə İmişli şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, ailəli, əvvəllər məhkum olunmamış, İmişli şəhəri, İ.Əliyev küçəsi ev 11 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə İmişli Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs, istintaqa məlum olmayan vaxtda və mənbədən, qanunsuz olaraq satış məqsədi ilə 12,35 qram narkotik vasitə olan marixuananı əldə edib, üzərində saxlamaqla daşımış, 24 noyabr 2022-ci il tarixdə saat 18 radələrində İmişli Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində İmişli şəhəri İ.Əliyev küçəsində saxlanılaraq İmişli Rayon Polis Şöbəsinin inzibati binasına gətirilmiş, orada xidməti otaqların birində üzərində aparılan şəxsi axtarış zamanı əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən 14 ədəd kağız kəsiyi bükümlərində, ayrıayrılıqda təmiz çəkiləri- 0,56 qram, 0,55 qram, 0,74 qram, 0,56 qram, 0,59 qram, 0,39 qram, 0,59 qram, 0,72 qram, 0,71 qram, 0,62 qram, 0,54 qram, 0,69 qram, 0,54 qram, 4,55 qram olmaqla ümumi təmiz çəkisi 12,35 qram olan narkotik tərkibli çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, 2022-ci ilin iyul ayından narkotik vasitə olan marixuana istifadə edir. O, marixuananı tanımadığı şəxslərdən alıb istifadə etmişdir. 14 noyabr 2022-ci il tarixdə işsiz olduğu üçün Bakı şəhərinə iş axtarmağa getmiş, bir neçə gün Bakı şəhərində müxtəlif ünvanlarda qaldıqdan sonra 21 noyabr 2022-ci il tarixdə axşam saatlarında İmişli rayonunda qonşusu və tanışı olan “Qara” ləqəbli Emin adlı şəxs telefonla onun istifadəsində olan ***-***-**-** saylı nömrəyə zəng edərək narkotik vasitə olan marixuana olduğunu demişdir. O, da həmin vasitəni istifadə etdiyi üçün Eminin təklifi ilə razılaşmışdır. O, Eminə üstündə pulu olmadığını, marixuananı ona verməsini, o, da pulu olanda qaytaracağını bildirmişdir. Emin də onun təklifi ilə razılaşmışdır. Onlar arasında olan razılığa əsasən Emin marixuananı Bakı şəhəri, 20 Yanvar adlanan yerdə, taksi sürücüləri dayanan hissədə, körpünün altında gizlətməli, o, da səhər tezdən gedib götürməli olduğunu bildirmişdir. O, 22 noyabr 2022-ci il tarixdə Bakı şəhəri, 20 Yanvar adlanan yerdə, taksi sürücüləri dayanan hissədə, körpünün altına gəlmiş və Eminin ona nişan verdiyi yerdən həmin marixuananı götürmüşdür. Marixuanalar ayrı-ayrı bükümlərdə, üzərinə “Winston” sözü yazılmış siqaret qutusunun içərisində olmuşdur. O, həmin siqaret qutusunu götürüb cibinə qoymuş, bir neçə dəqiqə sonra isə İmişli rayonundan qohumları zəng edib atası Fəxrəddin Mürsəlovun xalası oğlanları X3 və X2 idarə etdikləri “VAZ 21015” markalı, dövlət qeydiyyat nişanını xatırlamadığı avtomobillə İmişli rayonu Məmmədli kəndi ərazisində qəzaya uğrayaraq hər ikisi vəfat etdiyini bildirmişlər. O, dərhal İmişli rayonuna qayıtmağa qərar vermiş, 22 noyabr 2022-ci il tarixdə saat 17 radələrində tanımadığı taksi ilə yaşadığı İmişli şəhəri İ.Əliyev küçəsi ev 11 ünvanına gəlmişdir. Bir neçə gün narkotik vasitə olan marixuana kütlələrini üzərində saxlamış, onlardan heç birini istifadə etməmişdir. Yas mərasimi düşdüyü üçün başı oraya qarışmışdır. 24 noyabr 2022-ci il tarixdə saat 18 radələrində yaşadığı İmişli rayonu İ.Əliyev küçəsində ev üçün işıq və qaz pulu ödənişlərini ödəməyə gedən zaman polis əməkdaşları tərəfindən saxlanılmış və ona üzərində narkotik vasitə saxlaması ilə bağlı məlumat daxil olduğunu, buna görə də İmişli Rayon Polis Şöbəsinə gəlməli olduğunu bildirmişlər. O, da polis əməkdaşları ilə razılaşıb polis şöbəsinə gəlmişdir. Polis əməkdaşları tərəfindən saxlanıldıqdan sonra dövlət hesabına təyin edilmiş müdafiəçinin, polis əməkdaşlarının iştirakı ilə videoçəkiliş əsasında onun üzərində şəxsi axtarış keçirilmişdir. Əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən ağ rəngli kağız kəsiklərinə bükülmüş vəziyyətdə, on dörd ədəd kağız bükümü çıxararaq stolun üzərinə qoymuşdur. Narkotik vasitəni əldə etmə məqsədi ilə bağlı isə həm, özünün şəxsi istifadəsi, həm də ara vaxtlarda isə satmaq niyyətinin olmasını bildirmişdir. O, təxmini dörd ay müddətində, yəni 2022-ci ilin iyul ayından narkotik vasitə istifadə etdiyini, birinci dəfə isə satmaq üçün əldə etdiyini bildirmişdir. Qarşısındakı bükümləri həm özünün şəxsi istifadəsi üçün, həm də siqaret pulu əldə etmək üçün satmaq niyyəti ilə əldə etdiyini bildirmişdir. O, bir büküm marixuananı 7-10 manat arası qiymətə satacaqdır. O, Emindən həmin marixuana kütlələrini alarkən ona pul verməmiş, razılığa əsasən pulu olanda Eminə 40-60 manat arası pul verəcəkdir. Az miqdarda istifadəçi olduğu halda on dörd ədəd bükümdə narkotik vasitə olan marixuananı əldə etməyə razı olması ilə bağlı onsuz da narkotik vasitə olan marixuana istifadə etdiyini, əlinə düşmüşkən həm istifadə etməyə, həm də bir neçə bükümünü satıb pul əldə etmək niyyətinin olmasını bildirmişdir. Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** SİM mobil telefon nömrəsinə xx.xx.2022-ci il tarixdə saat 01:46:15-də ***-***-**-** saylı nömrədən “Qaqa yaxin uwaq var 1 kola isteyir senin iwiwin alinmaya biler” məzmununda mesaj göndərilməsi və ***-***-**-** saylı nömrənin İmişli rayon Yalavac kənd sakini X6 məxsus olması barədə sual olunmuş, Təqsirləndirilən şəxs isə həmin ***-***-**-** saylı telefon nömrəsini 2022-ci ilin sentyabr ayında aldığını, lakin həmin nömrəni bir həftə keçməmiş naməlum şəraitdə, yəni yerini və vaxtını bilmədən itirdiyini bildirmişdir. Lakin itirdikdən sonra təxminən bir ay müddətində o, həmin nömrəni kiminsə tapıb-tapmamasından əmin olmaq üçün zəng etmişdir. O, ***-***-**-** saylı nömrəsinə zəng edəndə həmin nömrəyə zəng çatmış, amma cavab verilməmişdir. Nömrəni itirdikdən sonra kiminsə tapdığından və istifadə etdiyindən əmin olmuşdur. Həmin şəxsin də yəqin ki, tanımadığı nömrələri açmadığı üçün o, zəng edən zaman da cavab vermədiyini hesab etmişdir. O, yeni nömrə aldığı üçün daha həmin nömrəni axtarmamış və heç gedib həmin itirdiyi nömrəni bağlatdırmamışdır. Amma səhf etmişdir. Həmin itirdiyi ***-***-**-** nömrəsini zamanında gedib bağlatdırmağın düzgün olacağını bildirmişdir. Çünki, ona ünvanlanmış və qeyd edilən məzmunda olan mesaj mətnini birinci dəfədir ki, eşitdiyini bildirmişdir. Həmin mesaj ona ünvanlanmamışdır. X7 da tanımadığını və heç bir münasibətinin olmadığını bildirmişdir. Həmin Zeqam adlı şəxs qeyd edilən mesaj mətnini onun nömrəsini istifadə edən şəxsə ünvanlamışdır. O, “kola” dedikdə narkotik vasitə olan “kakos” yaxud “heroin” nəzərdə tutulduğunu başa düşdüyünü bildirmişdir. Lakin o, heç vaxtı həmin narkotik vasitələrdən istifadə etməmiş və ya satmamışdır. O, yalnız təbii narkotik vasitə olan marixuana istifadə etmişdir. xx.xx.2022-ci i tarixdə saat 09:34:30-da ***-***-**-** saylı nömrədən ***-***-**-** saylı nömrəyə “Qardawim burdayam ptı lazim olsa de “ , xx.xx.2022-ci il tarixdə saat 09:52:24-də ***-***-**-** saylı nömrədən ***-***-**-** saylı nömrəyə “ Qaqa burdayam tez gel “ məzmununda mesajın göndərilməsi və ***-***-**-** saylı nömrənin İmişli şəhər M.Əzizbəyov küçəsi ev 81 mənzil 5 ünvanında yaşayan X10 məxsus olması ilə bağlı qeyd etmişdir ki, X11 İmişli şəhər sakini kimi tanımış və sonuncu ilə ciddi münasibəti olmamışdır. Sadəcə üzdən tanımışdır. Yoldaşlığı olmamışdır. ***-***-**- ** saylı nömrəni o, cəmi bir həftə istifadə etmişdir. Həmin nömrəni itirdikdən sonra tapan şəxs istifadə etmiş və ola bilsin ki, Orxan Əhmədovun həmin şəxslə əlaqəsi olmuşdur deyə belə bir mesajın gəldiyini bildirmişdir. Adına qeyd olunmuş ***-***-**-** SİM mobil telefon nömrəsinə xx.xx.2022-ci il tarixdə saat 02:07:05-də ***-***-**-** saylı nömrədən ***-***-**-** saylı nömrəyə “Xesse gelsün eyer o weyidə gotür nəwəni deyirəm” , xx.xx.2022-ci il tarixdə saat 02:57:18-də ***-***-**-** saylı nömrədən ***-***-**-** saylı nömrəyə “ Ebil zeng eledim ki gelesen byaz daw var cekey blmirdim hec neyunse olb olmamagn gorsen sen bldrmrsen nese olanda deyrem nede acmrsan tay yemedun getdun neyney “ məzmununda mesajların göndərilməsi ilə bağlı qeyd etmişdir ki, o, həmin mesajı və mesajın gəldiyi telefon nömrəsini xatırlamır. Birgə təbii narkotik vasitə olan marixuana istifadə etdiyi şəxslərdən birinin olmasını yəqin etmişdir. İfadəsində 2022-ci ilin iyul ayından bəri təbii narkotik vasitə olan marixuana istifadə etdiyini bildirməsinə rəğmən xx.xx.2022-ci il tarixdə, yəni iyun ayında isə ondan narkotik vasitə gözləntisi məzmununda mesaj ünvanlanması, eyni zamanda təbii narkotik vasitə olan marixuana istifadə etdiyini bildirsə də, “byaz daw var cekey” məzmununda mesajın ünvanlanmasının onun digər narkotik vasitələrdən də istifadə etməsinə dəlalət etməsi ilə bağlı suala həmin mesajı və mesajın daxil olduğu nömrəni də, nömrənin sahibini də xatırlamasa da ancaq marixuana istifadə etməsini bildirməklə cavablandırmışdır. Kiminsə ona digər narkotik vasitələrdən də istifadə etməyi təklif etməsinə baxmayaraq onun bu təklifi qəbul etmədiyini bildirmişdir. xx.xx.2022-ci il tarixdə saat 19:38:16-da ***-***-**-** saylı nömrədən ***-***-**-** saylı nömrəyə ünvanlanmış “Abli qaqaw o uwax seni qozdeyir senede zenk catmir svyaza cix.qelirem rayona qorum nedi senin fkrin” məzmununlu mesajla bağlı həmin mesajı xatırlamadığını, kimdənsə borca pul almasını, lakin qaytarmamasını, yaxud nə isə başqa bir məsələ ilə bağlı ona bu cür mesaj ünvanlandığını bildirmişdir. Amma o, hazırda nə həmin mesajı, nə də mesajın gəldiyi nömrəni və nömrənin sahibini tanımadığını bildirmişdir. xx.xx.2022-ci il tarixdə saat 23:07:03-də ***-***-**-** saylı nömrədən ***-***-**- ** saylı nömrəyə “Qaqa men getdim seni yaxsi aqibet gozlemir elnurun gunune qalmisan qonaga gore qalammadi emin yaxai olmiyassan calis bir yol tap gor neyniyirsen pis olacx onnan gorus gecikme belkede emini tanimirsan “, “Qaqa calis gec olmamis emini yig konlun al onu coxdan taniyiram bele seyleri kecmir zeng elesen konlun alssan”, “Yeri gelse seni tanimiram isdemerem prablem olsun qaqa o adam kececeyi yoxdu bayaxdan onu yasalayiram danismasan vuracax seni rayonda hamini taniyir harda olsan tapacax seni sivyaz ele qorxma”, “usdu meni amma yenede cekinmedim qorxma ehtiyqcin var iydise prablemin plubsada de niye telefonu sondurursen ona cirniyir , “Men zeng edecem sene acarsan danisarix qaqa adam yiyen doyuluk insanix basimiza prablem geler eminin sebri yoxdu qaqa hec neden menide vurdu bayax oldurm” məzmununda mesajların göndərilməsi və ***-***-**-** saylı nömrənin İmişli rayon Sarxanlı kənd sakini X12 məxsus olması ilə bağlı qeyd etmişdir ki, o, X13 tanımır və heç bir münasibəti olmamışdır. Lakin Emin adlı şəxsi tanıyır. O, ifadəsində üzərindən aşkar edilən marixuana kütlələrini aldığı “Qara” ləqəbli Emin adlı şəxs olduğunu bidirmişdir. O, Emindən 30 manat pul almışdır ki, bu pulun da qarşılığında narkotik vasitə olan marixuana vermək öhdəliyini götürmüşdür. Lakin o, vədinə əməl etməmiş və Eminə həmin 30 manat pulun qarşılığında narkotik vasitə marixuana verməmişdir. Buna görə də Emin bir neçə dəfə ona zəng etsə də o, zənglərə cavab verməmişdir. Lakin o, Emindən pul aldığı halda həmin bu Elgün Məmmədovun ona nə üçün mesaj yazmasını başa düşməmişdir. Lakin Eminin həmin 30 manat pulu Elgündən borca aldığını öyrənmişdir. Yəni Elgünün bu işdən məlumatı olmamışdır. O, sadəcə olaraq Eminə borca pul vermişdir. Emin də pulu nə üçün aldığını Elgünə deməmişdir. Amma o, Emindən aldığı pulu geri qaytarmadığı üçün o, da Elgünə olan borcunu qaytarmamışdır. Emindən asılı olan Elgün də pulu ona tez qaytarsın deyə ona belə bir məzmunda mesaj yazmışdır. Amma o, sonradan Eminin onda olan 30 manat pulunu geri qaytarmışdır. Emin ona verdiyi 30 manatı məhz həmin Elgündən alması səbəbindən ona mesaj yazdığını hesab etmişdir. O, sonradan Eminə olan borcunu geri qaytarmışdır. xx.xx.2022-ci il tarixdə saat 14:35:10-da ***-***-**-** saylı nömrədən ***-***- **-** saylı nömrəyə “62 manatı ödə ay körpə mənnın oynama” məzmununda göndərilmiş mesajla və ***-***-**-** saylı nömrənin İmişli rayon Qızılkənd kənd sakini X4 məxsus olması ilə bağlı X5 tanıyır. O, boş vaxtlarında kənd məclislərinə ofisiant qismində işləməyə getdiyini, həmin Qarakişi Qarayevin də ona bu cür işlər tapmaqda köməklik etdiyini bildirmişdir. Buna görə də Qarakişi Qarayevlə münasibəti yaranmışdır. Ona təcili pul lazım olduğu üçün Qarakişi Qarayevdən 60 manat borca pul almışdır. Sonuncu pulu internet vasitəsilə kredit götürüb verdiyindən əlavə olaraq iki manat da üstünə faiz gəlmişdir. Həmin 62 manat pul məsələsi də bununla bağlı olmuşdur. Lakin o, sonradan borcunu ödəmişdir. Törətmiş olduğu cinayət əməlindən səmimi peşmandır. Məhkəmə iclasında şahid qismində dindirilmiş İmişli RPŞ-nin CAB-nın narkotiklərlə mübarizə qrupunun əməliyyat müvəkkili vəzifəsində işləyən Şahid1 ifadə verərək göstərdi ki, 24 noyabr 2022-ci il tarixdə xidməti fəaliyyətdə olarkən icraatına İmişli şəhər sakini Əbil adlı şəxsin üzərində narkotik vasitə olan marixuana gəzdirərək həmin günü, saat 14 radələrində İmişli şəhər İ.Əliyev küçəsində olacağı barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumat İmişli RPŞ-nin rəhbərliyinə məruzə olunduqdan sonra dərhal əməliyyat qrupu yaradılmış və həmin əməliyyat qrupunun üzvləri olan İmişli RPŞ-nin PPXB-nün komandiri, polis kapitanı Kənan Abdullayev, İmişli RPŞ-nin PPXB-nün komandir müavini, polis mayoru Şahid2 və İmişli RPŞ-nin PPXB-nün polis nəfəri, polis serjantı Şahid3lə birlikdə İmişli şəhər İ.Əliyev küçəsinə getmişlər. Təqsirləndirilən şəxs ola biləcəyi yeri müşahidə götürdükdən sonra onun piyada olaraq həmin küçədə hərəkətdə olduğunu görmüşlər. Əvvəlcədən aralarında olan razılaşmaya görə şərti işarələrlə Təqsirləndirilən şəxs yaxınlaşıb xidməti vəsiqələrini göstərməklə polis əməkdaşları olduqlarını bildirmiş və Təqsirləndirilən şəxs üzərində narkotik vasitə gəzdirməsi ilə bağlı onlarda əməliyyat məlumatı olduğunu, bu səbəbdən də birlikdə İmişli rayon polis şöbəsinə gəlməli olduğunu izah etmişlər. Təqsirləndirilən şəxs isə onlara heç bir müqavimət göstərmədən razılaşıb birlikdə polis şöbəsinə gəlmişdir. Daha sonra İmişli RPŞ-nin inzibati otaqlarının birində dövlət hesabına təyin edilmiş müdafiəçinin iştirakı və videoçəkilişlə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə keçirilmişdir. Şəxsi axtarış zamanı orada iştirak edən şəxslər özlərini təqdim etdikdən sonra Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilmişdir. Təqsirləndirilən şəxs şəxsi axtarış zamanı üzərində narkotik vasitə və ya qanunla saxlanması, daşınması qadağan edilmiş və ya dövriyyəsi məhdudlaşdırılmış hər hansı əşya yaxud predmetin olması halında çıxarıb təqdim etməsi təklif edilmişdir. Təqdim etməyəcəyi təqdirdə isə üzərində şəxsi axtarış aparılacağı bildirilmişdir. Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən ayrı-ayrılıqda 14 ədəd kağız kəsiklərinə bükülmüş vəziyyətdə narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlələri təqdim edərək qarşısındakı stolun üzərinə qoymuşdur. Təqsirləndirilən şəxs şifahi sorğu zamanı özünün narkotik vasitə olan marixuana adlandırdığı kütlələri Bakı şəhərində tanışı Qara adlı tanışından aldığını bildirmişdir. Əbil Qara adlı şəxsin həmin kütlələri Bakı şəhərində 20 Yanvar adlanan yerdə “körpünün altında” siqaret qutusunda gizlətdiyini və özünün də bu kütlələri həmin yerdən gedib götürdüyünü bildirmişdir. Təqsirləndirilən şəxs həmin kütlələri həm şəxsi istifadəsi üçün, həm də satmaq məqsədilə əldə etdiyini bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış davam etdirilsə də onun üzərindən qanunla qadağan edilmiş hər hansı əşya və ya predmet aşkar edilməmişdir. Sonra Təqsirləndirilən şəxs təqdim etdiyi kütlələr ekspertiza tədqiqatına təqdim edilməsi üçün xüsusi zərfə qoyulmuşdur. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə olan marixuanan bükümlərini satış məqsədilə əldə etməsi və ya ümumiyyətlə Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz satışı ilə məşğul olması barədə isə Şahid1 bildirmişdir ki, Təqsirləndirilən şəxs İmişli rayonu ərazisində narkotik vasitələrin satışı ilə məşğul olması barədə icraatına daxil olan məlumatlara nümunə kimi İmişli RPŞ-nin rəhbərliyinə məruzə etdiyi 24 noyabr 2022-ci il tarixli raportda qeyd edilən məlumatı göstərə bilər. Həmin məlumatda Təqsirləndirilən şəxs üzərində narkotik vasitə olan marixuana gəzdirməsi ilə yanaşı, həm də həmin marixuananı satmaq məqsədilə gəzdirməsi də qeyd edilmişdir. Eyni zamanda qeyri-aşkar, dəqiq və qərəzsiz mənbələrdən icraatına daxil olan məlumatlarda Təqsirləndirilən şəxs İmişli rayonu ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsində iştirakı, yəni həm narkotik vasitə istifadə etməsi, həm də narkotik vasitə satışı ilə məşğul olması bildirilmişdir. Həmin məlumatların realizəsi istiqamətində görülmüş əməliyyataxtarış tədbirlərinin nəticəsidir ki, Təqsirləndirilən şəxs saxlanılaraq İmişli RPŞ-yə gətirilmiş və onun üzərindən 14 ədəd bükümdə narkotik vasitə olan marixuana kütlələri aşkar edilmişdir. Həmçinin Təqsirləndirilən şəxs özünün də şifahi sorğu-sual zamanı həmin kütlələri həm şəxsi istifadəsi, həm də satmaq məqsədilə əldə etdiyini qeyd etməsini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 və Şahid3 işin hallarına dair Şahid1 ifadəsinə uyğun ifadə verdilər. Şəxsi axtarış və götürmə aparılması barədə 24 noyabr 2022-ci il tarixli protokoldan görünür ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən ayrı-ayrılıqda 14 ədəd kağız kəsiklərinə bükülmüş vəziyyətdə narkotik vasitə olan marixuanaya bənzər kütlə aşkar olunaraq götürülmüşdür. Şəxsi axtarış və götürmə haqqında protokola əlavə edilmiş bir ədəd CD diskə baxış keçirilməsi haqqında 20 dekabr 2022-ci il tarixli protokoldan görünür ki, protokola əlavə edilmiş 01 ədəd CD disk ağ rənglidir. Həmin bir ədəd CD diski xidməti otaqda olan HP markalı komputerin CD oxucusuna daxil edərək CD diskdə olan fayla baxış keçirilmişdir. CD diskin ümumi həcmi 2.98 GB olmaqla, həmin diskin 56,90 MB-si doldurulmuşdur. CD diksdə 01 ədəd “MP4” video formatında olan 02:56 dəqiqə uzunluqda videofayl olmuşdur. Həmin videoda İmişli RPŞ-nin TB-nin təhqiqatçısı polis kapitanı X8 ilkin olaraq özünü təqdim etməklə keçirilən tədbirin mahiyyətini izah etmişdir. Daha sonra tədbirdə iştirak edən şəxslər növbə ilə özlərini təqdim etmişlər. İlkin olaraq İmişli RPŞ-nin CAB-ın narkotiklərlə mübarizə qrupunun əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1, İmişli rayon Vəkillər bürosunun vəkili, Müdafiəçi, Təqsirləndirilən şəxs, İmişli RPŞ-nin PPXB-nün polis nəfəri, polis serjantı Şahid3, İmişli RPŞ-nin PPXB-nün komandiri, polis kapitanı X14 və İmişli RPŞ-nin PPXB-nün komandir müavini, polis mayoru Şahid2 özlərini təqdim etmişdir. Daha sonra X16 tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CPMin 90-cı maddəsində nəzərdə tutulmuş hüquq və vəzifələri izah edildikdən sonra üzərində qanunla qadağan edilmiş əşya və ya predmet, o cümlədən narkotik vasitə olduğu təqdirdə könüllü təqdim etməsi, əks halda üzərində şəxsi axtarış aparılacağı bildirilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs yaxına gələrək əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən ağ rəngli kağız kəsiklərinə bükülmüş vəziyyətdə, on dörd ədəd kağız bükümü çıxararaq qarşısındakı stolun üzərinə qoymuşdur. X16 görünən bükümlərin nə olması barədə soruşduqda Təqsirləndirilən şəxs narkotik vasitə olmasını bildirmişdir. Həmin narkotik vasitəni kimdən və haradan alması ilə bağlı suala isə cavab verərək Qara adlı şəxsdən aldığını bildirmişdir. O, bükümlərdəki narkotik vasitələri Qara adlı şəxsin Bakı şəhərində, 20 Yanvar adlı yerdə, körpünün altında siqaret qutusunun içərisində gizlətdiyini, özünün də gedib oradan götürdüyünü bildirmişdir. Narkotik vasitənin əldə edilməsi məqsədilə bağlı isə özünün şəxsi istifadəsi və ara vaxtlarda isə satmaq niyyətinin olmasını bildirmişdir. Təqsirləndirilən şəxs təxmini dörd ay müddətində narkotik vasitə istifadə etdiyini, birinci dəfə isə satmaq üçün əldə etdiyini bildirmişdir. O, qarşısındakı bükümləri həm özünün istifadəsi üçün əldə etdiyini, həm də siqaret pulu əldə etmək üçün satmaq niyyətinin olmasını bildirmişdir. X16 stolun üzərində olan kağız bükümlərin zərfə qoyularaq ekspertiza tədqiqatına göndəriləcəyini bildirmişdir. Sonra isə stolun üzərində olan on ədəd kağız bükümləri bir-bir sayaraq ağ rəngli kağız zərfə yerləşdirmişdir. X16 tərəfindən şəxsi axtarışın İmişli RPŞ-nin inzibati binasında, xidməti otaqların birində keçirilməsini bildirilməklə protokol tərtib ediləcəyini və iştirakçılar tərəfindən imzalanacağını qeyd etmişdir. "xxxx" MMC-dən daxil olmuş bir ədəd CD diskə baxış keçirilməsi haqqında 02 yanvar 2023-cü il tarixli protokoldan görünür ki, baxış keçirilən CD disk ağ rənglidir və üzərində “Bingo” sözü və 25647- xx.xx.2022 rəqəmləri yazılmışdır. CD diskdə bir ədəd fayl olmuş, fayıl açıldıqda müəyyən olunmuşdur ki, CD diskdə ***-***-**-**, ***-***-**-**, ***-***-**-**, ***-***-**-**, ***-***-**-**, ***-***-**-**, ***-***-**-**, ***-***-**-**, ***-***-**-**, ***-***-**-**, ***- ***-**-**, ***-***-**-**, ***-***-**-** və ***-***-**-** saylı mobil nömrələrə daxil olan və çıxan SMS mətnləri yazılmış, mobil telefon nömrələrinin yəni, abunəçilərin adı, soyadı, ata adı və yaşadığı ünvanı göstərilmiş, 01 yanvar 2020-ci il tarixdən 24 noyabr 2022-ci il tarixədək olan müddət ərzində mobil telefonla aparılan danışıq zamanı onların anten dairəsi məlumatları qeyd olunmuşdur. CD diskin abunəçilər faylı bölməsi açıldıqda müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs adına ***-***-**-**, ***-***-**-**, ***-***-**-**, ***-***-**-**, ***-***-**-**, ***-***-**-**, ***- ***-**-**, ***-***-**-**, ***-***-**-**, ***-***-**-**, ***-***-**-**, ***-***-**-**, ***-***-**-** və ***- ***-**-** saylı mobil Sim telefon nömrələri qeydə alınmışdır. Telofon nömrələrindən ***-***-**-**, ***-***-**-**, ***-***-**-**, 050- ***-***-**-** saylı nömrələr Təqsirləndirilən şəxs məxsus AZE ******* nömrəli şəxsiyyət vəsiqəsi ilə, ***-***-**- **, ***-***-**-**, ***-***-**-**, ***-***-**-**, ***-***-**-**, ***-***-**-**, ***-***-**-**, ***-***-**-** saylı nömrələr isə AZE 15186906 nömrəli şəxsiyyət vəsiqəsi ilə qeydiyyata alınmışdır. CD diskdə olan Təqsirləndirilən şəxs məxsus ***-***-**-** SİM mobil telefon nömrəsinə daxil olan və çıxan SMS mətnlərinə baxılmış və müəyyən olunmuşdur ki, xx.xx.2022-ci il tarixdə saat 01:46:15-də ***-***-**-** saylı nömrədən ***-***-**-** saylı nömrəyə “Qaqa yaxin uwaq var 1 kola isteyir senin iwiwin alinmaya biler” məzmununda mesaj göndərilmişdir. ***-***-**-** saylı nömrə İmişli rayon Yalavac kənd sakini X6 məxsusdur. xx.xx.2022-ci i tarixdə saat 09:34:30-da ***-***-**-** saylı nömrədən ***-***-**-** saylı nömrəyə “Qardawim burdayam ptı lazim olsa de “ , xx.xx.2022-ci il tarixdə saat 09:52:24də ***-***-**-** saylı nömrədən ***-***-**-** saylı nömrəyə “ Qaqa burdayam tez gel “ məzmununda mesaj göndərilmişdir. ***-***-**-** saylı nömrə İmişli şəhər M.Əzizbəyov küçəsi ev 81 mənzil 5 ünvanında yaşayan X10 məxsusdur. CD diskdə olan Təqsirləndirilən şəxs adına qeyd olunmuş ***-***-**-** SİM mobil telefon nömrəsinə daxil olan və çıxan SMS mətnlərinə baxılmış və müəyyən olunmuşdur ki, xx.xx.2022-ci il tarixdə saat 02:07:05-də ***-***-**-** saylı nömrədən ***-***-**-** saylı nömrəyə “Xesse gelsün eyer o weyidə gotür nəwəni deyirəm”, xx.xx.2022-ci il tarixdə saat 02:07:05-də ***-***-**-** saylı nömrədən ***-***-**-** saylı nömrəyə “Xesse gelsün eyer o weyidə gotür nəwəni deyirəm” , xx.xx.2022-ci il tarixdə saat 02:57:18-də ***-***-**-** saylı nömrədən ***-***-**-** saylı nömrəyə “ Ebil zeng eledim ki gelesen byaz daw var cekey blmirdim hec neyunse olb olmamagn gorsen sen bldrmrsen nese olanda deyrem nede acmrsan tay yemedun getdun neyney “ məzmununda mesajlar göndərilmişdir. xx.xx.2022ci il tarixdə saat 19:38:16-da ***-***-**-** saylı nömrədən ***-***-**-** saylı nömrəyə “Abli qaqaw o uwax seni qozdeyir senede zenk catmir svyaza cix.qelirem rayona qorum nedi senin fkrin” məzmununda mesaj göndərilmişdir. xx.xx.2022-ci il tarixdə saat 23:07:03-də ***-***-**-** saylı nömrədən ***-***-**-** saylı nömrəyə “Qaqa men getdim seni yaxsi aqibet gozlemir elnurun gunune qalmisan qonaga gore qalammadi emin yaxai olmiyassan calis bir yol tap gor neyniyirsen pis olacx onnan gorus gecikme belkede emini tanımırsan”,“Qaqa calis gec olmamis emini yig konlun al onu coxdan taniyiram bele seyleri kecmir zeng elesen konlun alssan”, “Yeri gelse seni tanimiram isdemerem prablem olsun qaqa o adam kececeyi yoxdu bayaxdan onu yasalayiram danismasan vuracax seni rayonda hamini taniyir harda olsan tapacax seni sivyaz ele qorxma” , “usdu meni amma yenede cekinmedim qorxma ehtiyqcin var iydise prablemin plubsada de niye telefonu sondurursen ona cirniyir ,“Men zeng edecem sene acarsan danisarix qaqa adam yiyen doyuluk insanix basimiza prablem geler eminin sebri yoxdu qaqa hec neden menide vurdu bayax oldurm” məzmununda mesajlar göndərilmişdir. ***-***-**-** saylı nömrə İmişli rayonu, Sarxanlı kənd sakini X12 məxsusdur. xx.xx.2022-ci il tarixdə saat 14:35:10-da ***-***-**-** saylı nömrədən ***-***-**-** saylı nömrəyə “62 manatı ödə ay körpə mənnın oynama” məzmununda mesaj göndərilmişdir. ***-***-**-** saylı nömrə İmişli rayon Qızılkənd kənd sakini X4 məxsusdur. İşdə olan məhkəmə-bioloji ekspertizanın 25 noyabr 2022-ci il tarixli 18/1260 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində: “Təqsirləndirilən şəxs əynindəki...” sözləri yazılmış və imzalar olan kağız paketdəki 14 ədəd kağız kəsiyi bükümündə ayrıayrılıqda təmiz çəkiləri-0,56 qram, 0,55 qram, 0,74 qram, 0,56 qram, 0,59 qram, 0,39 qram, 0,59 qram, 0,72 qram, 0,71 qram, 0,62 qram, 0,54 qram, 0,69 qram, 0,54 qram, 4,55 qram, ümumi çəkisi-12,35 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış eyn tərkibli narkotik vasitə qurudulmuş marixuanadır. İşdə olan məhkəmə-narkoloji ekspertizanın 05 yanvar 2023-cü il tarixli 13 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannabinoidlərdən periodik istifadə etmə halları olub. Lakin, hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin xx.xx.2022-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. İş materiallarında olan İmişli Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə müəyyən olur ki Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsdə saxlanma müddətinin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmışdır. Cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CM-nin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər. Beləliklə, məhkəmə işdəki sübutları müqayisəli şəkildə qiymətləndirərək hesab edir ki, hadisə ittihamda göstərilən qaydada və şəraitdə baş vermişdir. Məhkəmə iclasında bilavasitə araşdırılmış sübutlarla Təqsirləndirilən şəxs ona istinad edilən cinayət əməlini törətməsi tam təsdiq edilir. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə düzgün tövsif edilmiş və o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarının 1-ci bəndinə əsasən məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni, cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.1-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin göstərilən normalarının müəyyən etdiyi ədalət prinsipi və cəzanın təyin edilməsinin ümumi əsasları cəza təyin edilərkən törədilmiş cinayətin xarakterinin və ictimai təhlükəlilik dərəcəsinin nəzərə alınmasını nəzərdə tutmuşdur. Həmçinin, o da qeyd olunmalıdır ki, cəzanı yüngülləşdirən halları müəyyən edən CM-nin 59.1-ci maddəsində nəzərə alınması məcburi olan cəzanı yüngülləşdirən hallar, 59.2-ci maddəsində isə cinayət qanununda göstərilməyən, lakin cinayət hadisəsi və onu törətmiş şəxslə bağlı olan və məhkəmənin qiymətləndirməsinə bağlı olan cəzanı yüngülləşdirən hallar təsbit edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə məhkum olmasını, əməlini etiraf edib səmimi peşmançılıq çəkməsini və yaşayış yerindən müsbət xarakteriza olunmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən məsuliyyəti ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməli, həm məhkumlar, həm də digər şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almalıdır. Cinayət cəzası dövlətin cinayət törədən şəxsə qarşı reaksiyası olmaqla, şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinin əsas hüquqi nəticəsidir. Məhkəmə cəza təyin edərkən Təqsirləndirilən şəxs törətdiyi cinayətin ictimaitəhlükəlilik dərəcəsini və xarakterini, cəzasını yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halların olmamasını, ailəsinin mövcud maddi və sosial vəziyyətini nəzərə alır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulan müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməli və Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli həbsə alındığı gündən, yəni cəza çəkməsinin əvvəli 24 noyabr 2022-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalı və ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut kimi İmişli Rayon Polis Şöbəsinin saxlanc anbarında saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq qalan çəkisi -12,07 qram narkotik vasitə olan qurudulmuş marixuana məhv edilməlidir. Azərbaycan Respublikası CPM-nin 195 və 196-cı maddələrinə əsasən Təqsirləndirilən şəxs məhkəmə-kimyəvi ekspertizasının keçirilməsi ilə əlaqədar 49,74 (qırx doqquz manat yetmiş dörd) manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin AZ34CTRE******************** saylı hesabına (VÖEN **********) köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356, 358, 381, 384.1 və 385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilinib 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəza çəkməsinin əvvəli 24 noyabr 2022-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi İmişli Rayon Polis Şöbəsinin saxlanc anbarında saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq qalan çəkisi – 12,07 qram narkotik vasitə olan qurudulmuş marixuana məhv edilsin. Təqsirləndirilən şəxs məhkəmə-kimyəvi ekspertizasının keçirilməsi ilə əlaqədar 49,74 (qırx doqquz manat yetmiş dörd) manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin AZ34CTRE******************** saylı hesabına (VÖEN **********) köçürülsün. İş üzrə mülki iddia yoxdur. Hökmdən 20 gün müddətində İmişli Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Telman Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar