Azərbaycan Respublikası adından HÖKM İmişli rayonu İş № 1(036)-28/2025 10.04.2025 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Mahmud Orxan Əlövsət oğlunun sədrliyi, Məhkəmə iclas katibi Şiralıyeva Günel Mirzə qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarəsinin Rayon (Şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs2 nümayəndəsi X4, Müdafiəçi – İmişli rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1988-ci il tarixdə İmişli rayonu, Xəlfəli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, subay, orta təhsilli, işləməyən, əvvələr məhkum olunmamış, İmişli rayonu, Xəlfəli kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs ondan ötrü təqsirləndirilir ki, o, 03 dekabr 2024-cü il tarixdə saat 02 radələrində İmişli rayonu, Xəlfəli kəndində yerləşən Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 məxsus yaşayış sahəsi hesab edilən fərdi yaşayış evinin yataq otağının plastik materialdan olan pəncərəsinin arasına dəmir materialdan olan bərk küt əşya saldıqdan sonra əli ilə pəncərəni geriyə basıb açmaqla qanunsuz olaraq evin yataq otağına daxil olmuş, daha sonra həmin otaqdakı saxlanc yeri hesab edilən əşya şkafının birinci rəfindəki stəkanın içərisindən Zərərçəkmiş şəxs1 məxsus sarı-qırmızımtıl rəngli metaldan olmaqla, üzərində qiymətli daşlara aid olmayan ağ şəffaf və yaşıl rəngli qaşları olan 583 əyarlı, 1,41 qram çəkidə, 127 manat dəyərində bir cüt qızıl sırğanı, sarı-qırmızımtıl və gümüşü rəngli metaldan olmaqla, üzərində qiymətli daşlara aid olmayan gül formalı ağ şəffaf rəngli qaşları olan 583 əyarlı, 5,97 qram çəkidə, 537 manat dəyərində bir cüt qızıl sırğanı, sarıqırmızımtıl və gümüşü rəngli metaldan olmaqla, üzərində qiymətli daşlara aid olmayan ağ şəffaf rəngli qaşları olan 583 əyarlı, 3,82 qram çəkidə, 344 manat dəyərində bir ədəd qızıl qadın üzüyünü, sarı rəngli metaldan olmaqla, üzərində qiymətli daşlara aid olmayan ağ şəffaf rəngli qaşları olan 585 əyarlı, 2,35 qram çəkidə, 211 manat dəyərində bir ədəd qızıl qadın üzüyünü, sarı-gümüşü rəngli metaldan olmaqla, 585 əyarlı, 1,58 qram çəkidə, 142 manat dəyərində bir ədəd qızıl qolbağı, sarı-qırmızımtıl rəngli metaldan olmaqla, 583 əyarlı, 7,25 qram çəkidə, 652 manat dəyərində bir ədəd qızıl boyunbağını, sarı-qırmızımtıl rəngli metaldan olmaqla, 583 əyarlı, 8,99 qram çəkidə, 566 manat dəyərində altı parçaya ayrılmış qızıl boyunbağı hissələrini, sadə metaldan olmaqla, Həcc ziyarətindən gətirilmiş 10 manat dəyərində bir ədəd üzüyü və Zərərçəkmiş şəxs2 məxsus sarı-qırmızımtıl və gümüşü rəngli metaldan olmaqla, üzərində qiymətli daşlara aid olmayan ağ şəffaf rəngli qaşları olan 583 əyarlı, 2,77 qram çəkidə, 249 manat dəyərində bir ədəd qızıl kişi üzüyünü gizli yolla talayaraq, zərər çəkmiş Zərərçəkmiş şəxs1 2589,0 manat və Zərərçəkmiş şəxs2 249,0 manat olmaqla, ümumilikdə 2838,0 (iki min səkkiz yüz otuz səkkiz) manat məbləğində maddi ziyan vurub oğurluq etmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, İmişli rayonu, Xəlfəli kəndində atası Xudan Balacayev, anası Məlahət Balacayeva ilə birlikdə yaşayır. Rəsmi olaraq hər hansı bir yerdə işləmir. Dolanışacağını təmin edə bilmədiyi üçün oğurluq etmək qərarına gəlmişdir. Həmkəndlisi Zərərçəkmiş şəxs2 Rusiya Federasiyasında işlədiyi üçün ailəsinə pul göndərməsi barədə gəzən söz söhbəti eşitmiş və sonuncunun evindən oğurluq etmək qərarına gəlmiş, çünki həyat yoldaşı Zərərçəkmiş şəxs1 uşaqları ilə həyətdə olan yer evində yaşayır. O, 03 dekabr 2024-cü il tarixdə gecə saat 02 radələrində ətrafda bir kimsənin olmadığına əmin olduqdan sonra oğurluğa girdiyi evin həyətyanı daş hasarından həyətə atlanıb düşmüş, oradan evin arxa hissəsinə keçmiş, evin arxaya baxan plastik materiallı pəncərənin arasına dəmir əşya salaraq əli ilə geriyə basıb açmış və pəncərədən evə keçib evin otağında alışqanın fənəri ilə axtarış aparmışdır. O, paltar şkafının içərisini gəzmiş və şkafın rəfində stəkanın içərisində qızıl zinət əşyalarını görüb götürmüşdür. Evə keçdiyi pəncərədən çölə çıxmış və həyətə keçdiyi daş hasardan da çölə atlanıb keçmişdir. O, kəndə polislərin gəldiyini görmüş və tutulacağından qorxduğu üçün oğurladığı qızıl zinət əşyalarını 05 dekabr 2024-cü il tarixdə saat təxminən 11 radələrində aparıb daş hasardan Hikimətin həyətinə tullamaq istəmiş, onu Zərərçəkmiş şəxs2 evinə gedən yolun üstündə polislər görmüş və cibində sellofanda saxladığı qızılları çıxarıb yerə tullamışdır. Həmin vaxtı polis avtomobili onun yanında saxlamış və polislər yerə düşmüşlər. Polislər ondan yerə tulladığının nə olmasını soruşmuş, o, isə heç nə tullamadığını demişdir. Bundan sonra polis əməkdaşları adlarını bildiyi İlahəddin və Ümid yerdən tulladığı sellofanda olan qızılları tapmış və ona həmin qızılların kimin olmasını və haradan əldə etdiyini soruşmuşlar. Bundan sonra o, polis əməkdaşlarına oğurladığı qızılları qaytarmaq üçün Hikmətin həyətinə tullayıb qayıdacağını demişdir. Bundan sonra polis əməkdaşları onu özləri ilə polis şöbəsinə gətirmişlər və oğurladığı qızılları istintaqa təqdim etmişdir. O, internet vasitəsi ilə kazinoda qumar oynamış, uduzmuş, bu səbəbdən oğurluq etmək qərarına gəlmiş, o, Zərərçəkmiş şəxs2 evindən qızıl zinət əşyalarını oğurlamış, daha sonra törətdiyi oğurluq əməlindən peşman olmuş və oğurladığı qızılları sahibinin həyətinə tullamağa gedərkən yolda polis əməkdaşları tərəfindən saxlanılmış və oğurladığı qızıllar aşkar olunmuşdu. Məhkəmə iclasında Təqsirləndirilən şəxs verilmiş suallara cavab olaraq bildirmişdir ki, həmkəndlisi Yasinin evində kart oynayarkən bilmişdir. Evləri qardaşı Yasinin evinə yaxındır. Evə pəncərədən daxil olmuşdur. Qızıllarını yerini dəqiq bilməmiş və axtarıb tapmışdır. Səhəri gün əməlindən peşman olduğu üçün qızılları qaytarmaq qərarına gəlmişdir. Həmin vaxt qızılları aparmış və yol kənarına atarkən polis əməkdaşları tutmuşdur. İmkanı olmadığı üçün həmin qızılları oğurlamışdır. Qızılların dəyərinin nə qədər olmasını bilməmişdir. Etdiyi əməlindən peşmandır. Məhkəmə iclasında Zərərçəkmiş şəxs1 ifadəsində bildirmişdir ki, o, İmişli rayonu, Xəlfəli kəndində yerləşən fərdi yaşayış evində qızı xx.xx.2011-ci il təvəllüdlü X5 və oğlu xx.xx.2009-cu il təvəllüdlü X7 ilə birlikdə yaşayır. Həyat yoldaşı Zərərçəkmiş şəxs2 Rusiya Federasiyasında işləyir və sonuncu dəfə dörd ay əvvəl yaşadığı Xəlfəli kəndinə gəlmişdir. Bir ay sonra da çıxıb getmişdir. Evin istifadə edilməyən otağında bir ədəd əşya şkafı və yorğan-döşəkdən ibarət yük olmuş, həmin otaq istifadə edilməmişdir. Həmin əşya şkafının içərisində, bir ədəd stəkanın içərisində qızıl-zinət əşyaları olmuşdur. 04 dekabr 2024-cü il tarixdə, saat 13:30 radələrində oğlunun paltarlarını ütüləmək üçün həmin otağa keçmişdir. Otağa keçən zaman pəncərənin açıq olduğunu görmüş, pəncərəni isə həmişə bağlı vəziyyətdə olmuşdur. O, ütünü götürmüş və oğluna bu barədə məlumat vermişdir. Oğlu tələsdiyi üçün onu yola salmağı və qızı gələndən sonra axtarmağı demişdir. Sonra mağazaya çörək almaq üçün getmişdir. Bundan yarım saat sonra qızı məktəbdən gəlmiş və sonuncuya bu barədə demiş və otağa keçib-keçmədiyini soruşmuşdur. Qızı da otağa keçmədiyini bildirmişdi. Sonra birlikdə bütün otağı axtarsalar da əşya şkafında olan qızılların yerində olmadığını görmüşdür. Bundan sonra qaynı arvadı, X8 məlumat vermiş və birlikdə axtarmağı demişdir. İlhamə ilə birlikdə bütün evi axtarsalar da qızılları tapa bilməmişlər. Bundan sonra bu barədə qaynı X6 məlumat vermişdir. Yasin isə bu barədə 102 xidmətinə zəng edib evindən qızıl əşyalarının oğurlanması haqqında məlumat vermişdir. Daha sonra dəqiqliyi ilə məlum olmuşdur ki, ona məxsus yaşadığı evdən oğurlanmış qızıl zinət əşyaları aşağıdakı kimi olmuş, yəni, iki ədəd sırğa onlardan biri uşaq üçün, digəri qadın üçün, bir ədəd boyunbağı, 1 ədəd qolbaq, iki ədəd qadın və bir ədəd kişi üzüyü, bir ədəd də Həcc ziyarətindən gətirilmiş sadə sarımtıl rəngli üzük olmuş və oğurlanmışdır. Məhkəmə iclasında Zərərçəkmiş şəxs1 verilmiş suallara cavab olaraq bildirmişdir ki, həmin vaxt evdə olmamışdır. Əşyaların qaytarıldığını və polis şöbəsində saxlanıldığını bildirdi. xx.xx.2024-cü il tarixdə övladının köynəyini ütüləmək məqsədi ilə bağlı olan otağa tərəf getmiş və görmüşdür ki, otağın pəncərəsi açıqdır. Oğlundan soruşmuşdur ki, pəncərəni sən açmamısan? Oğlu da bildirmişdir ki, xeyr o, açmamışdır. Bundan sonra pəncərini örtmüşdür. Sonra isə uşağı məktəbdən götürməyə getmiş və məktəbdən qayıdandan sonra qızı ilə birlikdə otağa baxmış və məlum olmuşdur ki, qızıllar oğurlanıb. Hazırda təqsirləndirilən şəxslə barışmamışdır və cəzalandırılmasını xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs2 ifadəsində bildirmişdir ki, o, İmişli rayonu, Xəlfəli kəndində yerləşən fərdi yaşayış evində qızı xx.xx.2011-ci il təvəllüdlü X5, oğlu xx.xx.2009-cu il təvəllüdlü X7 ilə birlikdə yaşayır. Yaşadığı evdən oğurluq hadisəsi baş verən günü o, Rusiya Federasiyasında olmuşdur. Ailəsini dolandırmaq üçün orada tikintidə işləyir. Evindən qızılların oğurlanması barədə həyat yoldaşı Zərərçəkmiş şəxs1 ona bildirmişdir. Bundan sonra Rusiya Federasiyasından çıxıb yaşadığı İmişli rayonu, Xəlfəli kəndinə gəlmiş və məlum olmuşdur ki, yaşadığı evdən oğurluq edən həmkəndlisi Təqsirləndirilən şəxsdur. Təqsirləndirilən şəxs polis əməkdaşları onun evinə gətirmişlər və görmüşdür ki, Eldəniz evə keçmək üçün həyətyanı daş hasardan keçmiş, daha sonra pəncərəni açıb içəri keçmiş və evin yataq otağında əşya şkafında saxladığı qızılları stəkanın içərisindən oğurlayıb, evə keçdiyi yerlərdən də çıxmasını göstərmişdir. Oğurlanmış qızıl zinət əşyalarından kişi üzüyü ona məxsusdur, digər qızıllar isə həyat yoldaşı Zərərçəkmiş şəxs1 məxsusdur. Cinayət işi üzrə onu da zərərçəkmiş şəxs qismində tanımağı və ona bu oğurluq nəticəsində 500 manat məbləğində ziyan dəymiş, ümumilikdə isə 3710 manat məbləğində maddi ziyan vurulmuşdur. Mənəvi dəyəri olan bir ədəd üzük də ona geri qaytarılmamışdır. Hazırda təqsirləndirilən şəxslə barışmamışdır və cəzalandırılmasını xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs2 nümayəndəsi X9 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs əvvəl bildirmişdir ki, cinayəti o yox, başqa şəxs törədib və o da üzərinə götürmüşdür. Sonrakı ifadəsində bildirmişdir ki, o, qumar oynamış və uduzduğu üçün ona pul lazım və buna görə oğurluq etmək qərarına gəlmişdir. Təqsirləndirilən şəxs barəsində ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iş üzrə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, İmişli rayonu, Cəfərli kəndində qeydiyyatda olmaqla yaşayır. Hazırda rəsmi olaraq heç bir yerdə işləmir. Bildirir ki, İmişli rayonu, Xəlfəli kənd sakini Təqsirləndirilən şəxs tanıyır. Onunla hazırda hər hansı bir münasibəti, düşmənçiliyi və ya ədavəti yoxdur. İmişli rayonu, Xəlfəli kənd sakini Zərərçəkmiş şəxs2 tanımır, onunla görüşməyi yadına gəlmir, hər hansı bir düşmənçiliyi və ya ədavəti yoxdur. O, İmişli rayonu, Xəlfəli kəndində heç bir evdən oğurluq etməmiş, oğurluq cinayəti yoxdur və heç kəslə oğurluq etməmişdir. Təqsirləndirilən şəxs isə Zərərçəkmiş şəxs2 evindən qızıl zinət əşyaları oğurlamasını o, polis şöbəsinə dəvət olunduqdan sonra bilmişdir. Təqsirləndirilən şəxs ona İmişli rayonu, Xəlfəli, Hacalmuradlı, Kürmahmudlu, kəndlərində internet kabellərin çəkilməsində kömək etmişdir. Belə ki, o, 2023-cü ilin iyun, avqust, sentyabr və oktyabr aylarında İmişli rayonu, Xəlfəli kəndində «Azeronlaine» şirkətinin internet kabelilərini fərdi yaşayış evlərinə çəkmişdir. İnternet kabellərini də oktyabr ayında həmin kəndlərə çəkib qurtarmışdır. «Azeoronleni» internet şirkətinin həmin kənddə və digər kəndlərdə internet kabellərini çəkib qurtardığı üçün bağladığı müqaviləyə 2024-cü ilin yanvar ayında xitam vermişdir. O, şirkətlə arasında olan müqaviləyə əsasən şirkət ona hər bir evə çəkilən internet xətti üçün 10 (on) manat əmək haqqı vermiş və o da 10 (on) manat aldığı əmək haqqısından hər bir evə çəkilən internet xətti üçün Eldənizin ona kömək etməsi ilə bağlı ona 4 (dörd) manat pul vermişdir. Eldənizin işi quraşdırılan dirəklərədək internet kabellərini dartıb gətirmək olmuşdur. O, isə evlərə daxil olur və interneti yaşayış evinə ev sahibinin razılığı əsaısnda çəkir. Eldənizin internet kabelinin internetə quraşdırmasında isə xüsusi biliyi olmamşdır. Təqsirləndirilən şəxs ilə əlaqəsi 2023-cü ilin oktyabr ayında onun yaşadığı və qonşu kəndlərdə internet kabbelləşməsi sona çatdığından əlaqəsi onunla kəsilmişdir. Lakin təsadüf vaxtlarda Eldənizlə İmişli rayonu mal-qara satışı və alışı bazarında görüşmüş, sonuncu dəfə isə Eldənizi 3-4 ay bundan qabaq təxminən 2024-cü ilin sentyabr-oktyabr ayında İmişli rayonu, Otuziki kəndi ərazisində yerləşən mal-bazarında görüş və hal əhval olmuşdur. İbtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında tədqiq olunaraq elan edilmiş ifadəsində şahid qismində dindirilmiş Şahid2 bildirmişdir ki, o, İmişli RPŞ-nin İTB-nin sahə polis nəfəri vəzifəsində xidmət edir. İmişli rayonu, Xəlfəli kənd sakini Zərərçəkmiş şəxs1 yaşadığı evdən oğurluq cinayət hadisəsinin törədilməsi ilə bağlı 04 dekabr 2024-cü il tarixdə rayon polis şöəbsinə Daxili İşlər Nazirliyinin 102 xidmətindən oğurluq hadisəsi barədə məlumat daxil olmuşdur. Həmin məlumatla bağlı Zərərçəkmiş şəxs1 ərizəsi alınmış, polis əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilmiş və cinayət işi başlanmışdır. 05 dekabr 2024-cü il tarixdə o, cinayət axtarış bölməsinin əməliyyat müvəkkili İldahəddin Abbaslı ilə birlikdə Zərərçəkmiş şəxs1 yaşadığı İmişli rayonu, Xəlfəli kəndinə yollanmışlar. Xəlfəli kəndində Zərərçəkmiş şəxs1 yaşadığı ev istiqamətində avtomobillə hərəkətdə olarkən saat təxminən 11 radələrində bir nəfər şəxsin Zərərçəkmiş şəxs1 yaşadığı evin qarşısından keçən yolda hərəkət etməsini görmüşdür. Həmin şəxsin Təqsirləndirilən şəxs olmasını görüb tanımışdır. Daha sonra kənddə apardığı söhbətlərdən ona məlum olmuşdur ki, Eldəniz pulla oyunlar oynayır və uduzmuşdur. Eldənizin yanından avtomobillə keçərkən Eldəniz onu və Şahid3 görmüşdür. Onun hərəkətlərinə yan güzgüdən fikir vermiş və Eldəniz cibindən nəsə çıxarıb yerə tulladığını görmüşdür. O, Şahid3 saxlatmış və avtomobili geri verməsini istəmişdir. İlahəddin avtomobili geriyə Eldəninzin yanına verib saxlamış və ona cibindən çıxarıb tulladığının nə olmasını soruşmuşdur. Eldənz isə ona cibindən heçnə çıxarmadığını demişdir. O, bir qədər arxaya baxmış və sellofanda qızılları görüb götürmüş və ondan yerə tulladığı qızılları haradan alamasını soruşmuş, Eldəniz isə bildirmişdir ki, həmin qızılları 03 dekabr 2024-cü il tarixdə Hikmətin evindən oğurlamışdır. Hikimətin kim olmasını soruşmuş, Eldəniz Hikmətin yaxınlıqda yerləşən evdə yaşadığını, hazırda Rusiya Federasiyasında olmasını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs qızıllar ilə birlikdə rayon polis şöbəsinə gətirib ifadəsinin alınması üçün istintaqa təqdim edərkən yerdən götürdüyü qızılları Eldənizə vermiş və Eldəniz özü həmin qızılları istintaqa təqdim etmişdir. İbtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında tədqiq olunaraq elan edilmiş ifadəsində şahid qismində dindirilmiş Şahid3 Şahid2 ifadəsinə uyğun ifadə vermişdir. cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 05 dekabr 2024-cü il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə ********* saylı cinayət işi başlanmış və icraata qəbul olunmuşdur (i.v. 1); götürmə və baxış aparılması haqqında 05 dekabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs təqdim etdiyi iki ədəd sırğalar, iki ədəd boyunbağılar, bir ədəd qolbağı və üç ədəd onlardan biri kişi digərləri isə qadın üzüyüdür və iş üçün əhəmiyyət kəsb etdiyindən götürülmüş və baxış keçirilmişdir (i.v. 29-30); götürmə aparılması və baxış keçirilməsi haqqında 05 dekabr 2024-cü il tarixli qərardan görünür ki, 05 dekabr 2024-cü il tarixdə saat 15-15-də xidməti iş otağında başlandı. Təqsirləndirilən şəxs bir ədəd sellofanın içində olan ilk görünüşdən qızıla bənzər sarı rəngli metalları təqdim etdiyindən həmin metallar A-4 kağızı üzərinə qoyulmuş və foto şəkilləri çəkilmişdir. Bundan sonra sarı metaldan olan qadın boyunbağısı elektron tərəzidə çəkilmiş, çəkisi 7,65 qram, qadın boyunbağısı 7,26 qram, qadın sırğası 5,97 qram, uşaq sırğası 1,43 qram, qolbağı 1,57 qram, kişi üzüyü 2,78 qram, qadın üzüyü 2,36 qram, qadın üzüyü 3,82 qram olması müəyyən edilmişdir. Götürmə və baxış keçirmə İstintaq hərəkəti başa çatdıqdan sonra sarı metallar qablaşdırılmış və İmişli RPŞ-nin «Zərflər üçün» möhürü ilə möhürlənmişdir (i.v. 32); zərərçəkmiş şəxs qismində tanınma haqqında 06 dekabr 2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs1 zərərçəkmiş şəxs qismində tanınmışdır (i.v. 47); təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 07 dekabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir (i.v. 63-64); qətimkan tədbirinin seçilməsi haqqında 07 dekabr 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında” qətimkan tədbiri seçilmişdir (i.v. 79-80); zərərçəkmiş şəxs qismində tanınma haqqında 06 dekabr 2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs2 zərərçəkmiş şəxs qismində tanınmışdır (i.v. 103); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistika və İnformasiya İdarəsi tərəfindən verilmiş 18 dekabr 2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunması barədə əməliyyat kartotekasında məlumat mövcud deyil (i.v. 111); İmişli rayon İcra Hakimiyyətinin başçısının İmişli rayon Kürdmahmudlu, Xəlfəli və Hacalmuradlı kəndləri inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs ailə tərkibi atası X13 və anası X1 ibarətdir (1-ci cild, i.v. 123); İmişli rayon İcra Hakimiyyətinin başçısının İmişli rayon Kürdmahmudlu, Xəlfəli və Hacalmuradlı kəndləri inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, İmişli şəhəri, Xiyabani küçəsində yaşayır, orta təhsilli, subay, azərbaycanlı, Təqsirləndirilən şəxs yaşadığı məhəllədə ailə üzvləri ilə mehriban dolanmış, özündən böyüklərin və həmyaşıdlarının daima hörmətini qazanmış və nümayəndəliyə heç bir ərizə və şikayət daxil olmamışdır (1-ci cild, i.v. 124); Zərərçəkmiş şəxslərin xx.xx.2025-ci il tarixdə İmişli Rayon Şöbəsində qeydiyyata alınmış ərizəsindən görünür ki, onlar nişan üzüyü və digər qızıl-zinət əşyalarının polis şöbəsində saxlanılmasını xahiş etmişlər. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 6/5494-9/10393 nömrəli 25 dekabr 2024-cü il tarixli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş məmulatların metalı 583/585 əyarlı qızıldan hazırlanmışdır, ümumi çəkisi 34,14 qramdır (8,99 qramı qırıntı hesab olunur). Məmulatlar üzərində olan qaşlar qiymətli qaşlara aid deyil. Ekspertiza tədqiqatına təqdim olunmuş məmulatların orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 2828,00 manat müəyyən edilir. Təqdim olunmayan üzüyün göstəriciləri məlum olmadığından qiymətləndirilmə aparılmamışdır (i.v. 147-149); sübutların qiymətləndirilməsi haqqında 05 fevral 2025-ci il tarixli qərardan görünür ki, təqsirləndirilən Təqsirləndirilən şəxs - 04 fevral 2025-cü il tarixli qərarla Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə elan olunmuş ittiham dəyişdirilmədən qüvvədə saxlanılmış, oğurluq cinayət əməli nəticəsində “Həcc” ziyarətndən gətirilmiş 10 manat dəyərində üzük əldə olunmadığından həmin üzüyün məbləği zərərçəkmiş Zərərçəkmiş şəxs1 göstərdiyi 10 manat məbləğində müəyyən edilmiş, ekspertiza rəyi əsas götürülsün və ittihamın məzmununda əks etdirilməsi nəzərə alınmış, Şahid1 və Təqsirləndirilən şəxs barələrində Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə cinayət təqibi başlanması rədd edilmiş, təqsirləndirilən Təqsirləndirilən şəxs 03 dekabr 2024-cü il tarixdə saat 02 radələrində İmişli rayonu, Xəlfəli kəndində yaşayan Zərərçəkmiş şəxs2 yaşadığı evdən oğurladığı qızıl zinət əşyararı könüllü olaraq istintaqa təqdim etdiyindən iş üzrə maddi subut qismində tanınsın və saxlanılması üçün depozitə qoyulması üçün imişli RPŞ-nin maliyyə hissəsinə təhvil verilmiş, əməlində cinayət tərkibi olmadığından X3 barəsində cinayət təqibi başlanması rədd edilmiş, cinayət işində olan, təqsirləndirilən şəxsin, zərər çəkmiş şəxslərin, şahidlərin dindirmələri, digər istintaq hərəkəti protokolları və sair sənədlər sübut növü kimi qiymətləndirilmişdir (i.v. 165-173); Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, işdə olan protokolları və digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna qiymət verib, belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə tövsif olunmalıdır. Belə ki, məhkəmə araşdırması zamanı Təqsirləndirilən şəxs təqsiri onun törətdiyi əməli etiraf etməsi, şahid qismində dindirilmiş Şahid2 və Şahid3 verdiyi ifadələrlə, işdə olan protokolları və digər sənədlərlə tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni, cinayətin xarakterinə və ictimai təhlukəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlukəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf etməsini, cinayət nəticəsində əldə 2828 manat məbləğində qızıl-zinət əşyalarının İmişli Rayon Polis Şöbəsinə təhvil verməsini (10 manat dəyərində olan Həcc ziyarətindən gətirilmiş üzük istisna) cəzanı yüngülləşdirən hal kimi qiymətləndirir. İş üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətini, törətdiyi əməlin xarakterini və iş üzrə yüngülləşdirən halları nəzərə alıb, hesab edir ki, onu cəmiyyətdən tam təcrid etmədən, yaşayış yeri üzrə onun azadlığın məhdudlaşdırmaqla islah etmək mümkündür. Bu səbəbdən onun barəsində CM-nin 177.2.3-cü maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə Azərbaycan Respublilası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsində nəzərədə tutulmuş vəzifələri yerinə yetirmək üçün məhdudiyyətlər qoyulmalıdır. Azərbaycan Respublilası CM-nin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən CM-nin 41.2ci maddələrində göstərilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Hazırki halda, məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs təyin edilməsi nəzərdə tutulan cəza cəzanın həmin məqsədlərini təmin edir. Maddi sübut olan – 01 ədəd DVD disk iş materiallarında saxlanılsın, iş üzrə maddi sübut kimi tanınaraq zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 evindən oğurlanmış İmişli Rayon Polis Şöbəsində saxlanan sarı-qırmızımtıl rəngli metaldan olmaqla, üzərində qiymətli daşlara aid olmayan ağ şəffaf və yaşıl rəngli qaşları olan 583 əyarlı, 1,41 qram çəkidə, bir cüt qızıl sırğa, sarı-qırmızımtıl və gümüşü rəngli metaldan olmaqla, üzərində qiymətli daşlara aid olmayan gül formalı ağ şəffaf rəngli qaşları olan 583 əyarlı, 5,97 qram çəkidə, bir cüt qızıl sırğa, sarı-qırmızımtıl və gümüşü rəngli metaldan olmaqla, üzərində qiymətli daşlara aid olmayan ağ şəffaf rəngli qaşları olan 583 əyarlı, 3,82 qram çəkidə, bir ədəd qızıl qadın üzüyü, sarı rəngli metaldan olmaqla, üzərində qiymətli daşlara aid olmayan ağ şəffaf rəngli qaşları olan 585 əyarlı, 2,35 qram çəkidə, bir ədəd qızıl qadın üzüyü, sarı- gümüşü rəngli metaldan olmaqla, 585 əyarlı, 1,58 qram çəkidə, bir ədəd qızıl qolbağı, sarı-qırmızımtıl rəngli metaldan olmaqla, 583 əyarlı, 7,25 qram çəkidə, bir ədəd qızıl boyunbağı, sarı-qırmızımtıl rəngli metaldan olmaqla, 583 əyarlı, 8,99 qram çəkidə, altı parçaya ayrılmış qızıl boyunbağı hissələri və sarı-qırmızımtıl və gümüşü rəngli metaldan olmaqla, üzərində qiymətli daşlara aid olmayan ağ şəffaf rəngli qaşları olan 583 əyarlı, 2,77 qram çəkidə, bir ədəd qızıl kişi üzüyü sahiblərinə qaytarılmalıdır. İmişli Rayon Vəkil Bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçinin ayrılması barədə İmişli rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli (iş № 1(036)-28/2025) qərarını icra edərək, xx.xx.2025-ci il tarixli 001680 saylı orderə əsasən vəkil Müdafiəçi onun vəkili təyin etmişdir. Müdafiəçi məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, barəsində təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 14 (on dörd) saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında”Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 84 (səksən dörd) manat dövlət büdcəsindən tutularaq İmişli Rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası CPM-nin 179.1-ci maddəsinə görə cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Həmin Məcəllənin 181-ci maddəsinə görə əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxslər cinayət mühakimə icraatı zamanı mülki iddia verməyə haqlıdır. Həmin Məcəllənin 183.2-ci maddəsinə görə cinayət mühakimə icraatı zamanı mülki iddia təqsirləndirilən şəxsə və ya onun əməlinə görə üzərinə əmlak məsuliyyəti qoyula bilən şəxsə verilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 197-198, 341-349, 351-353, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə İmişli rayon İcra və Probasiya şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddət ərzində İmişli şəhərinin hüdudlarını tərk etməmək, gecə saat 23:00-dan səhər saat 07:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Maddi sübut olan – 01 ədəd DVD disk iş materiallarında saxlanılsın, iş üzrə maddi sübut kimi tanınaraq zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 evindən oğurlanmış İmişli Rayon Polis Şöbəsində saxlanan sarı-qırmızımtıl rəngli metaldan olmaqla, üzərində qiymətli daşlara aid olmayan ağ şəffaf və yaşıl rəngli qaşları olan 583 əyarlı, 1,41 qram çəkidə, bir cüt qızıl sırğa, sarı-qırmızımtıl və gümüşü rəngli metaldan olmaqla, üzərində qiymətli daşlara aid olmayan gül formalı ağ şəffaf rəngli qaşları olan 583 əyarlı, 5,97 qram çəkidə, bir cüt qızıl sırğa, sarı-qırmızımtıl və gümüşü rəngli metaldan olmaqla, üzərində qiymətli daşlara aid olmayan ağ şəffaf rəngli qaşları olan 583 əyarlı, 3,82 qram çəkidə, bir ədəd qızıl qadın üzüyü, sarı rəngli metaldan olmaqla, üzərində qiymətli daşlara aid olmayan ağ şəffaf rəngli qaşları olan 585 əyarlı, 2,35 qram çəkidə, bir ədəd qızıl qadın üzüyü, sarı- gümüşü rəngli metaldan olmaqla, 585 əyarlı, 1,58 qram çəkidə, bir ədəd qızıl qolbağı, sarı-qırmızımtıl rəngli metaldan olmaqla, 583 əyarlı, 7,25 qram çəkidə, bir ədəd qızıl boyunbağı, sarı-qırmızımtıl rəngli metaldan olmaqla, 583 əyarlı, 8,99 qram çəkidə, altı parçaya ayrılmış qızıl boyunbağı hissələri Zərərçəkmiş şəxs1 və sarı-qırmızımtıl və gümüşü rəngli metaldan olmaqla, üzərində qiymətli daşlara aid olmayan ağ şəffaf rəngli qaşları olan 583 əyarlı, 2,77 qram çəkidə, bir ədəd qızıl kişi üzüyü Zərərçəkmiş şəxs2 qaytarılsın. Ekspertiza tədqiqatının dəyəri olan 150 (bir yüz əlli) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Təqsirləndirilən şəxs İmişli Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi 14 (on dörd) saat hüquqi yardıma görə 84 (səksən dörd) manat Azərbaycan Respublikası dövlət büdcəsindən tutularaq İmişli Rayon Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan, həbsdə saxlanılan məhkum şəxsə isə rəsmi verildiyi andan 20 gün müddətində İmişli Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Orxan Mahmud
Məhkəmə qərarları › İş №1(036)-28/2025
İmişli Rayon Məhkəməsi Hökm — İş №1(036)-28/2025
10.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver