Azərbaycan Respublikası adından HÖKM İmişli rayonu İş № 1(036)-29/2022 15.02.2022 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Qurban Hamid oğlu Hacıyevin sədrliyi, Nuranə Busat qızı Hacıyevanın katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərər çəkmiş şəxs: Zərərçəkmiş şəxs Ərşad oğlu, Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs: Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə xx xxxx 1989-cu il tarixdə İmişli rayonunun Mirili kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, himayəsində altı azyaşlı uşağı olan, fərdi əməklə məşğul olan, əvvəllər Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin İB-nin 02.01.2020-ci il tarixli qərarına əsasən barəsində AR CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə AR CPM-nin 40.3-cü maddəsi ilə xitam verilmiş, məhkumluğu olmayan, İmişli rayonunun Mirili kəndində qeydiyyatda olmaqla İmişli rayonunun Şəmmədli kəndində yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməsinə dair sadələşdirilmiş icraat materialına açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: Təqsirləndirilən şəxs 11 yanvar 2022-ci il tarixdə saat 23 radələrində İmişli şəhəri, H.Əliyev prospektində “köhnə dairə” adlanan yerdə şəxsi münasibətləri zəminində aralarında yaranmış mübahisə zamanı tanışı Zərərçəkmiş şəxs Ərşad oğlunun baş və bədən nahiyələrinə qəsdən bir neçə dəfə təpiklə vuraraq ona sağlamlığın uzun müddətə pozulmasına səbəb olan, sağlamlığa az ağır zərər vurmaya aid bədən xəsarətləri yetirmişdir. Məhkəmədə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilib ifadəsində göstərdi ki, tanışı Zərərçəkmiş şəxs tüfeyli həyat tərzi yaşayan bir şəxsdir. Belə ki, Neman küçələrdə yatır, mütəmadi olaraq spirtli içkilərdən istifadə edir və qarşısına çıxanlardan pul dilənir. Neman dəfələrlə ondan pul istəmiş və o da ona yazığı gəldiyi üçün pul verirmiş. 11 yanvar 2022-ci il tarixdə saat 23 radələrində idarə etdiyi “VAZ-21064” markalı minik avtomobilinin yanacağı qurtardığı üçün İmişli şəhəri, H.Əliyev prospektində “köhnə dairə” adlanan yerdə sönüb dayanmışdır. O, avtomobilindən yerə düşüb avtomobilin yanında durduğu vaxt Sabit adlı şəxs ona yaxınlaşıb siqaret istəmişdir. Bu vaxt Neman ona yaxınlaşıb dilənçilik edərək ondan iki manat pul istəmişdir. O, Nemana pulunun olmadığını dedikdə aralarında mübahisə yaranmış və mübahisə zamanı sonuncunu yerə yıxıb təpiklə 3-4 dəfə bədən nahiyəsinə vurub ona xəsarət yetirmişdir. Bundan sonra çıxıb evinə getmişdir. Törətmiş olduğu cinayət əməlindən səmimi peşmandır. Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli özünün etirafı ilə yanaşı, iş üzrə dindirilmiş zərər çəkmiş şəxsin ifadəsi, ekspertiza rəyi, iş materialları və işin digər obyektiv halları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmədə zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs Ərşad oğlu ifadəsində göstərdi ki, 11 yanvar 2022-ci il tarixdə saat 23 radələrində İmişli şəhəri, H.Əliyev prospektində “köhnə dairə” deyilən ərazidə dayandığı vaxt mağazaya getmək üçün özündən təxminən 15 metr uzaqlıqda dayanmış Təqsirləndirilən şəxs ilə söhbət edən Sabiti çağıraraq birlikdə mağazaya getmək istədiyini ona demişdir. Sabit ona tərəf gələrkən Şamil onun sonuncu ilə söhbətlərini yarımçıq kəsdiyi üçün ona tərəf gəlib təpiklə sifət nahiyəsindən vurmuşdur. Həmin vaxt o, yerə yıxılmış və yerdə olarkən Şamil təkrarən təpiklə 5-6 dəfə onun baş nahiyəsinə vurub xəsarət yetirmişdir. Sonra o, İmişli RPŞ-yə gələrək Təqsirləndirilən şəxs hərəkətləri barədə şikayət ərizəsi vermişdir. Hazırda Təqsirləndirilən şəxs barəsində qanunamüvafiq tədbir görülməsini məhkəmədən xahiş edir. İşdə olan məhkəmə-tibbi ekspertizanın 01 fevral 2022-ci il tarixli, 32 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs Ərşad oğlunun bədəni üzərində aşkar edilmiş xəsarətlər – burnun yumşaq toxumalarının şişkinliyi və qançırı, burun tənəffüsünün pozulması ilə müşayiət olunan burun sümüyünün əsasında yerini dəyişən sınıq, sağ və sol göz yuvası ətrafında hematoma (şişkinlik, qançır, dərialtı qansızma), hər iki gözündə göz almasının kontuziyası, subkonyuktival qansızma, sol gözdə hifema, sol gözün altında bayır-bucaq nahiyəsində yara, alın nahiyəsində sağda, sağ gözün bayır-bucaq nahiyəsində, sol diz oynağının ön səthində, boyunun sağ və sol yan səthində sıyrıqlar bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, müxtəlif şəraitlərdə, o cümlədən 11 yanvar 2022-ci il tarixdə təsviri hissədə göstərilən şəraitdə əmələ gələ bilərdi. Qeyd olunmuş xəsarətlər dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan, sağlamlığa az ağır zərər vurmaya aid edilir. Beləliklə də şərh edilən sübutları məcmu üzrə qiymətləndirərək məhkəmə hesab edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsində nəzərdə tutulan ictimai təhlükəli əməli törətməkdə təqsirliliyi təsdiq edildi və o, istinad edilən cinayət qanununun həmin maddəsinin sanksiyası həddində cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs əməlini etiraf edib səmimi peşmançılıq çəkməsini, himayəsində altı azyaşlı uşağının olmasını, zərər çəkmiş şəxslə barışmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alıb ona təqsirli bilindiyi maddənin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzasını təyin etməyi qanuni olmaqla əsaslı və ədalətli hesab edir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində hər gün saat 23:00-dan səhər saat 07:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, İmişli rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmasını məqsədə müvafiq hesab edir. Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar məhkəmə tərəfindən müəyyən olunmadı. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351- 353, 356, 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə təqsirli bilinib 1 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təyin edilmiş cəza müddəti ərzində Təqsirləndirilən şəxs üzərinə hər gün saat 23:00dan növbəti gün saat 07:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, İmişli rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəza çəkməsinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası İmişli rayon İcra və Probasiya şöbəsinə tapşırılsın. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Hökmdən 20 gün müddətinə İmişli rayon məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Sədrlik edən: Qurban Hacıyev
Məhkəmə qərarları › İş №1(036)-29/2022
İmişli Rayon Məhkəməsi Hökm — İş №1(036)-29/2022
15.02.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver