Məhkəmə qərarları › İş №1(036)-29/2023

İmişli Rayon Məhkəməsi Hökm — İş №1(036)-29/2023

28.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM İmişli rayonu İş № 1(036)-29/2023 28.04.2023 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rayon Məhkəməsinin hakimi Quliyev Telman Osman oğlunun sədrliyi, Şiralıyeva Günel Mirzə qızının katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2, Təqsirləndirilən şəxs və onun müdafiəçisi İmişli vəkil bürosunun vəkili X2 iştirakı ilə, xx xxxx 2001-ci il tarixdə İmişli rayonu, Cəfərli kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işsiz, məhkumluğu olmayan, İmişli rayonu, Cəfərli kəndində qeydiyatda olmaqla, həmin ünvanda yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 və 180.2.3cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə İmişli Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs saxlanc yerinə qanunsuz girməklə özgənin əmlakını açıq talayaraq soyğunçuluq etmiş, habelə, saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli talayaraq təkrar oğurluq etmişdir. Belə ki, o, 1 sentyabr 2022-ci il tarixdə saat 14 radələrində qohumu Zərərçəkmiş şəxs1 İmişli rayonu, Cəfərli kəndində yerləşən fərdi yaşayış evinin həyətindəki saxlanc yeri hesab olunan yardımçı tikililərə ev sakini Şahid1 gözü qarşısında qanunsuz olaraq girməklə oradan 10 manat dəyərində 5 litrlik aliminium materiallı bir ədəd çaydanı, 35 manat dəyərində 40 litrlik maye qaz balonunu, 2 manat 50 qəpik dəyərində, diametri 20 santimetr olan aliminimum materiallı bir ədəd ləyəni, 5 manat dəyərində, diametri 40 santimetr olan aliminimum materiallı bir ədəd ləyəni, 7 manat 50 qəpik dəyərində, diametri 70 santimetr olan aliminimum materiallı bir ədəd ləyəni və 12 manat dəyərində, diametri 80 santimetr olan aliminimum materiallı bir ədəd ləyəni götürüb aparmaqla özgənin əmlakını açıq yolla talayaraq, zərərçəkmiş şəxsə 72 manat məbləğində maddi ziyan vurmaqla soyğunçuluq etmişdir. Bundan başqa o, özgənin əmlakını gizli olaraq talamaq məqsədilə 30 oktyabr 2022ci il tarixdə saat 14 radələrində nəzarətçi kimi işlədiyi Zərərçəkmiş şəxs2 məxsus İmişli şəhəri, Q.İsmayılzadə küçəsi 356 ünvanında yerləşən ərzaq mağazasının satış hissəsində olan masanın altındakı kassa kimi istifadə edilən və saxlanc yeri hesab olunan qutuya qanunsuz daxil olaraq, oradan müxtəlif əskinazlardan ibarət 5000 manat məbləğində pulu götürüb aparmaqla özgənin əmlakını gizli yolla talayaraq, zərərçəkmiş şəxsə maddi ziyan vurmaqla təkrar oğurluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 və 180.2.3-cü maddələri ilə elan edilmiş ittihamlar üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, 01 sentyabr 2022-ci il tarixdə saat təxminən 14 radələrində İmişli rayonu Cəfərli kəndində yaşayan qohumu Zərərçəkmiş şəxs1 həyətindəki tövlənin və yardımçı tikilinin içərisindən aliminimum materiallı əşyalardan olan bir neçə ləyəni götürüb satmaq qərarına gəlmişdir. Bu məqsədlə tor çəpərdən keçib əmisi oğlu İsmayılın həyətinə keçmiş və orada tövlədən 2 ədəd ləyəni, yardımçı tikilinin içərisindən bir ədəd maye qaz balonunu və aliminimum materiallı çaydanı və bir ədəd orta ölçülü ləyəni, yardımçı tikilinin yanında heyvanların saxlanıldığı yerdən 1 ədəd balaca aliminimum materiallı ləyəni götürmüş və həmin əşyaları çıxarıb apararkən İsmayılın həyat yoldaşı Şahid1 onu görmüş və həmin əşyaları hara aparmağını soruşmuşdur. O, həmin əşyalara ehtiyacı olduğuna görə aparacağını demişdir. Daha sonra Roza ona həmin əşyaları qaytarıb yerinə qoymasını bildirsə də o, Rozanın sözlərinə əhəmiyyət verməyərək həmin əşyaları həyətdən çölə çıxartmış, həmin vaxtı Roza evin pilləkənləri üzərində dayanıb ona baxmışdır. O, yenidən oradan çəpərin yanında digər əşyaları toplayarkən əmisi oğlu İsmayılın gəldiyini görüb, həmin əşyaları orada atıb qaçmışdır. Bundan başqa o, İmişli rayonu, Cəfərli kəndində qeydiyyatda olmaqla anası Dilbər Hüseynova ilə birlikdə yaşayır. 29 oktyabr 2022-ci il tarixdə anası Dilbərlə İmişli şəhəri, Q.İsmayılzadə küçəsində yerləşən Zərərçəkmiş şəxs2 məxsus ərzaq satışı mağazasına gəlib, ona dolana bilmədiklərini və onu işə götürməsi ilə bağlı müraciət etmişlər. Zərərçəkmiş şəxs2 da onu mağazasında nəzarətçi işinə götürəcəyini və aylıq 350 manat pul verə biləcəyini bildirdiyi üçün razılaşmışdır. O, 30 oktyabr 2022-ci il tarixdə Vüqarın mağazasına gəlib işə başlamışdır. Onun işi mağazaya gələn müştərilərə nəzarət etmək, onların istədiyi ərzaqları verib mağazadan aldığı ərzaqların çölə çıxarılmasını və satılan ərzağın pulunun alıcılar tərəfindən kassaya ödənilməsinin təmin etməkdən ibarət olmuşdur. Ona mağazanın kassası həvalə edilməmişdir. Ondan başqa mağazada İlkağa adlı bir nəfər də işləmişdir. Həmin gün saat 14 radələrində mağazanın sahibi Zərərçəkmiş şəxs2 mağazanı oğlu Mirəyyuba tapşırıb getdiyini görmüşdür. Bir qədər sonra Mirəyyub mağazanın anbarına tərəf keçmiş, İlkağa isə çölə çıxmışdır. Mağazada heç kimin olmadığını görüb, kassanın yerləşdiyi yerə keçərək orada masanın altında alış-verişdən əldə olunan pulun atıldığı yeşiyin üzərində olan karton qutunu götürən zaman, yeşiyin içərisində bir topa pul görmüşdür. Həmin vaxt pulun içərisindən bir bağlama pulu götürüb, şalvarının sol cibinə qoyaraq mağazanı tərk etmişdir. O, kassadan pulu oğurladığı vaxtı onu görən olmamışdır. Tanımadığı avtomobillə Saatlı rayonuna gələrək mağazadan özü üçün pal-paltar almış, daha sonra isə Bakı şəhərinə getmişdir. O, mağazanın kassasından oğurlayaraq götürdüyü və yolda saydığı 3800 manat məbləğində pulu Bakı şəhərində müxtəlif əyləncə mərkəzlərində, restoranda və sair yerlərdə xərcləmişdir. Hazırda etmiş olduğu cinayət əməlindən peşiman olduğunu göstərdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs1 ifadə verərək göstərdi ki, o, İmişli rayonu, Cəfərli kəndində ailə üzvüləri ilə birlikdə yaşayır. xx.xx.2022-ci il tarixdə saat təxminən 12 radələrində yaşadığı evə gəlib, heyvanlarına su vermək üçün bağ sahəsinə keçəndə görmüşdür ki, bağ sahəsindən 2 ədəd- onlardan biri 40 litrlik, digəri isə 25 litrlik olan alminimum su qabları, eləcədə bir ədəd aliminimum materiallı heyvanların su içməsi üçün nəzərdə tutulan ləyən oğurlanıb və bu barədə polisə ərizə ilə müraciət etmişdir. Sonradan əşyaların Təqsirləndirilən şəxs tərfindən oğurlandığını bilmişdir. Müraciətindən sonra polis əməkdaşları ilə birlikdə metal qəbulu məntəqəsinə getmiş və oradan oğurlanmış əşyalarını götürüb polis şöbəsinə gəlmişdir. Ərizə və izahatı alınldıqdan sonra şöbənin inzibati binasından çıxarkən həyat yoldaşı Roza ona zəng edib, Qəninin evin həyətindəki tövlədən oğurluq etdiyini görüb ona irad tutduğunu, lakin Qəni onun iradlarına əməl etməyərək öz hərəkətlərini davam etdirdiyini bildirdmişdir. Bundan sonra o, yenidən polisə bu barədə məlumat verib yaşadığı evə qaytmışdır. O, evə gəldikdə görmüşdür ki, Qəni əşyaları oğurlayıb yola çıxarmış, lakin apara bilməyib hadisə yerindən qaçmışdır. Həmin vaxt polis əməkdaşları onun yaşadığı evin həyətinə gəlmiş və həyat yoldaşı Rozadan hadisənin necə baş verməsini soruşmuşlar. Roza da Qəninin aliminimum materiallı əşyaları həyətdə olan yardımçı tikilinin icərisindən çıxarıb apardığını görüb ona iradını bildirərək həmin əşyaları aprarmamasını və bu barədə polisə məlumat verəcəyini bildirməsinə baxmayaraq, Qəni buna əhəmiyyət verməmişdir. Həmin vaxt məlum olmuşdur ki, Təqsirləndirilən şəxs yaşadığı evin həyətindəki yardımçı tikililərin içərisindən 4 ədəd aliminium materiallı ləyən, bir ədəd 5 litirlik aliminium materiallı çaydan, 1 ədəd 40 litir tutumlu qaz balonunu oğrulayraq asfalt yolun kənarına yığmış, lakin apara bilməmişdir. Hazırda ona vurulmuş maddi ziyan ödənilmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs2 ifadə verərək göstərdi ki, o, İmişli şəhəri Q.İsmayılzadə küçəsi 356 saylı ünvanda özünə məxsus ərzaq mağazasını işlədir. Mağazada 1 nəfər İlkağa adlı şəxs nəzarətci-satıcı işləyir. Əlavə bir nəfər də nəzarətcisatıcıya ehtiyacı olduğu üçün 29 oktyabr 2022-ci il taixdə iş üçün müraciət edən İmişli rayonu Cəfərli kənd sakini Dilarə adlı qadın ona övladı Təqsirləndirilən şəxs nəzarətci kimi işə götürməyini xahiş etmişdir. Həmin vaxt o, Qəninin hər gün saat 07-30 dan 18-30 dək işdə olması və aylıq 350 manat məvacib verəcəyi ilə razılaşmışdır. Qəni həmin gün işə başlamışdır. 30 oktyabr 2022-ci il tarixdə saat 14 radələrində o, başqa işi ilə əlaqədar olaraq mağazadan çıxmışdır. Həmin vaxtı mağazaya və kassaya nəzarət etməyi oğlu Şahid3 tapşırmışdır. O, mağazada olmadığı vaxt İlkağa mobil telefonla ona zəng vurub, yeni işə qəbul edilən Qəni adlı işçinin mağazadan çıxıb getdiyini və geri qayıtmadığını demişdir. O, qayıtdıqdan sonra Qənini mağazada görməmiş və onun mobil telefolnu olmadığı üçün əlaqə saxlaya bilməyib, anasının mobil telefonuna zəng vurub Qəninin evdə olub-olmadığını soruşmuşdur. Qəninin anası Dilarə oğlunun evə gəlmədiyini demişdir. Daha sonra o, «Veysəloğlu» şirkətindən almış olduğu ərzaq mallarına görə verməli olduğu 14850 manat məbləğində pulun yerində olub olmadığını yoxlamaq üçün kassa tərəfdə olan piştaxtanın altında yeşik qutunun üstündəki kardon qutunu götürüb içərisinə qoyduğu pulu saydıqda görmüşdür ki, bağlamada olan 5000 manat məbləğində pul vəsaiti yoxdur. O, bu barədə mağazada nəzarətci işləyən İlkağaya və oğlu Mirəyyuba kassada pulun əskik olmasını və kim tərəfindən götürüldüyünü soruşmuşdur. Mirəyyub ona mağazanın anbarına keçdiyini, İlkağanın zibil atmağa getdiyini, Qəninin isə mağazanın kassanın olduğu yerə keçib-keçməməsini görmədiklərini demişlər. O, mağazanın içərisində olan videogörüntü müşahidə kamerasına baxmış və görmüşdür ki, 30 oktyabr 2022-ci il tarixdə saat 14-15 radələrində Qəni mağazada bir kimsənin olmadığından istifadə edib, mağazanın kassasına yaxınlaşıb orada masanın altında olan yeşik qutusunun üzərindəki kardonu götürüb, həmin yeşik qutunun içərisindəki bağlamada olan pullardan 5000 manatı götürür, qalan pulu isə yeşiyə ataraq, götürdüyü 5000 manat pulu əynindəki şalvarının sol yan cibinə qoyub mağazadan çölə çıxır. O, bu görüntünü mobil telefonu ilə qeydə alaraq CD diskə köçürüb polis şöbəsinə təqdim etmişdir. Hazırda ona vurulmuş maddi ziyan ödənilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadə verərək göstərdi ki, İmişli şəhəri Q.İsmayılzadə küçəsi 356 saylı ünvanda atası Zərərçəkmiş şəxs2 məxsus ərzaq mağazası vardır. Mağazada kimlərin işlədyini bilmir. Şahid2 və Təqsirləndirilən şəxs 30 oktyabr 2022-ci il taixdə mağazaya gələrəkən görmüşdür. Belə ki, həmin gün saat təxminən 12 radələrində atası ona mağazaya gəlməsini və mağazaya nəzarət etməsini tapşırmışdır. O da həmin vaxt mağazaya gəlmiş və atası ona tapşırmışdır ki, mağazada olsun və Qəni ilə İlkağanı da ona göstərib bildirmişdir ki, onlar mağazanın nəzarətciləridir. Atası mağazını ona tapşırıb işi ilə bağlı getdiyi üçün mağazaya və kassaya nəzarət etməyini tapşırmışdır. Mağazaya müştəri gəlmədyi üçün İlkağa mağazanın çölündə olmuş, mağazada isə onunla Qəni olmuşdur. O, mağazanın anbarında səliqə səhman yaratmaq üçün anbara tərəf keçmiş və bir qədər orada səliqə səhman yaradıb yenidən mağazaya keçmiş, lakin Qənini mağazada görməmişdir. Daha sonra o, İlkağadan Qəninin hara getməsini soruşmuş və ona Qənini görmədiyini demişdir. Qəni xeyli vaxt keçməsinə baxmayaraq gəlib çıxmamışdır. Bundan sonra İlkağa atası Vüqara telefonla zəng edərək Qəninin mağazadan bir kəsə söz demədən çıxıb getdiyini bildirmişdir. Daha sonra mağazaya gələn atası Qəninin anasına zəng vurub oğlunun evdə olub-olmadığını soruşmuşdur. Qəninin anası Dilarə oğlu Qəninin evə gəlmədiyini demişdir. Bundan sonra atası Vüqar kameraya baxmış və görmüşlər ki, Qəni mağazanın kassa tərəfdə olan piştaxtanın altında yeşik qutunun üstündəki kardon qutunun içərisinə qoylan bağlama puldan bir bağlamasını götürür, digər bağlamada olan pulu isə qutuya atır və mağazanı tərk edib gedir. Həmin vaxtı atası kassada olan pulu saymış və bildirmişdir ki, puldan 5000 manatı Qəni götürüb aparmışdır. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid1 və Şahid2 ifadələri ilə Təqsirləndirilən şəxs yuxarıda təsvir olunan cinayət əməlləri bir daha öz təsdiqini tapır. xx.xx.2022-ci il tarixli “Hadisə yerinə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, hadisə yeri İmişli şəhəri Q.İsmayılzadə küçəsi 356 saylı ünvanda yerləşən Təqsirləndirilən şəxs məxsus olan ərzaq mağazasıdır. xx.xx.2022- ci il tarixli “Hadisə yerinə baxış keçirilməsi haqqında” protokollar, xx.xx.2022-ci il tarixli “İfadələrin yerində yoxlanması haqqında” protokol və ona əlavə edilmiş fotoşəkillərlə qeyd olunan cinayət əməlləri bir daha təsdiq olunur. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin xx.xx.2022-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İmişli RİHB-nin Cəfərli kənd inzibati ərazi dairəsi üzrə nümayəndiliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur və barəsində heç bir şikayət daxil olmamışdır. İmişli Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və həbsdə saxlama müddətinin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında ifadə verərək göstərdi ki, 0, 30 oktyabr 2022-ci il tarixdə saat 14 radələrində nəzarətçi kimi işlədiyi Zərərçəkmiş şəxs2 məxsus İmişli şəhəri, Q.İsmayılzadə küçəsi 356 ünvanında yerləşən ərzaq mağazasından 3800 manat məbləğində pul oğurlamışdır. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə iclasında verdyi ifadəsinin həmin hissəsinə tənqidi yanaşır və iş üzrə dindirilmiş zərərçəkmiş şəxs və şahidlərin ifadələri, iş materialları və işin digər faktiki halları ilə təkzib olunaraq, onun 30 oktyabr 2022-ci il tarixdə saat 14 radələrində nəzarətçi kimi işlədiyi Zərərçəkmiş şəxs2 məxsus İmişli şəhəri, Q.İsmayılzadə küçəsi 356 ünvanında yerləşən ərzaq mağazasından 5000 manat məbləğində pul vəsaitini oğurlaması faktı tam sübuta yetirilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin həmin ifadəsi özünü müdafiə və törətmiş olduğu cinayət əməllərinə görə təyin olunacaq cəzanı yüngülləşdirmək məqsədi daşıyir. Beləliklə, məhkəmə işdəki sübutları müqayisəli surətdə qiymətləndirərək hesab edir ki, cinayət əməlləri ittihamda göstərilən qaydada və şəraitdə baş vermişdir. Məhkəmə iclasında bilavasitə araşdırılmış sübutlarla Təqsirləndirilən şəxs ona istinad edilən cinayət əməlini törətməsi tam təsdiq edilir. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 və 180.2.3-cü maddələri ilə düzgün tövsif edilmiş və o, həmin maddələrlə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə qeyd edir ki, cinayət cəzası dövlətin cinayət törədən şəxsə qarşı reaksiyası olmaqla, şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinin əsas hüquqi nəticəsidir. Azərbaycan Respublikasınin Cinayət Məcəlləsi Maddə 2.1. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir. Maddə 8.1. Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni, cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Maddə 41.1. Cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Maddə 41.2. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Maddə 58.1. Cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Maddə 58.3. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin göstərilən normalarının müəyyən etdiyi ədalət prinsipi və cəzanın təyin edilməsinin ümumi əsasları cəza təyin edilərkən törədilmiş cinayətin xarakterinin və ictimai təhlükəlilik dərəcəsinin nəzərə alınmasını nəzərdə tutmuşdur. Həmçinin, o da qeyd olunmalıdır ki, cəzanı yüngülləşdirən halları müəyyən edən CM-nin 59.1-ci maddəsində nəzərə alınması məcburi olan cəzanı yüngülləşdirən hallar, 59.2-ci maddəsində isə cinayət qanununda göstərilməyən, lakin cinayət hadisəsi və onu törətmiş şəxslə bağlı olan və məhkəmənin qiymətləndirməsinə bağlı olan cəzanı yüngülləşdirən hallar təsbit edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs ilk məhkumluğunu, cinayət əməllərini etiraf edib səmimi peşmançılıq çəkməsini və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən məsuliyyəti ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməli, həm məhkumlar, həm də digər şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Həmin Qərarda həmçinin nəzərə çatdırılmışdır ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CM-nin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarının 1-ci bəndinə əsasən məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidir. Məhkəmə işin faktiki hallarına qiymət verərək Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddələrin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzasını təyin etməyi qanuni olmaqla əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs üzərində müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmalı, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 11 sentyabr 2022-ci il tarixdən 13 sentyabr 2022-ci il tarixədək həbsdə saxlanıldığı 2 (iki) gün müddət təyin edilmiş cəzadan çıxılmalıdır. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəza çəkməsinin əvvəli həbsə alındığı gündən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut kimi tanınmış 04 ədəd ləyən, 01 ədəd çaydan və 01 ədəd maye qaz balonunun Zərərçəkmiş şəxs1 qaytarılması nəzərə alınmalıdır. İş üzrə mülki iddia və məhkəmə xərcləri yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356, 358, 381, 384.1 və 385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 və 180.2.3cü maddələri ilə təqsirli bilinib, CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına və CM-nin 180.2.3-cü maddəsi ilə 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs üzərində 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 11 sentyabr 2022-ci il tarixdən 13 sentyabr 2022-ci il tarixədək həbsdə saxlanıldığı 2 (iki) gün müddət təyin edilmiş cəzadan çıxılsın və üzərində qəti olaraq 3 (üç) il 5 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkməsinin əvvəli həbsə alındığı gündən, yəni 28 noyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış 04 ədəd ləyən, 01 ədəd çaydan və 01 ədəd maye qaz balonunun Zərərçəkmiş şəxs1 qaytarılması nəzərə alınsın. İş üzrə mülki iddia və məhkəmə xərcləri yoxdur. Hökmdən 20 gün müddətində İmişli Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Telman Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar