Məhkəmə qərarları › İş №1(036)-29/2024

İmişli Rayon Məhkəməsi Hökm — İş №1(036)-29/2024

29.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM İmişli rayonu İş № 1(036)-29/2024 29.03.2024 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rayon Məhkəməsinin hakimi Quliyev Telman Osman oğlunun sədrliyi, Şiralıyeva Günel Mirzə qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs və onun qanuni nümayəndəsi Quliyeva Mətanət Vəkil qızı, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi İmişli rayon vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxxxx 2001-ci il tarixdə İmişli rayonu, Mürsəlli kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, məhkumluğu olmayan, fərdi əməklə məşğul olan, İmişli rayonu, Mürsəlli kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 152.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə qapalı məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs 10 iyul 2022-ci il tarixdə saat 23 radələrində yaşadığı İmişli rayonu, Mürsəlli kəndində yerləşən fərdi yaşayış evinin ona məxsus yataq otağında qeyrirəsmi ər-arvad münasibətində olduğu, xx.xx.2007-ci il təvəllüdlü olmaqla, on dörd yaşına çatmış, lakin on altı yaşına çatmayan Zərərçəkmiş şəxs ilə sonuncunun razılığı əsasında ilk dəfə cinsi əlaqədə olaraq qızlıq pərdəsinin tamlığını pozmuş, bundan sonra həmin evdə on altı yaşı tamam olanadək, yəni 2023-cü ilin avqust ayının 17-dək müntəzəm olaraq Zərərçəkmiş şəxs ilə razılığı əsasında təkrarən cinsi əlaqədə olmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 152.1-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, Zərərçəkmiş şəxs həmkəndlisi kimi tanımışdır. Nurayın qardaşı Murad ilə dosdluq münasibəti olmuşdur. Nuray ilə 2022-ci ilin may ayında kənd ərazisində pambıq alağına gedən zaman tanış olmuşdur. Həmin vaxt bir-birilərini görüb sevmişlər. Bundan sonra Nuraya onunla ailə qurmağı təklif etmişdir. Nuray onunla razı olmuşdur. Utandığı üçün bu barədə ailə üzvülərinə bir söz deməmişdir. Buna görə də, Nuraya onunla qoşulub qaçmasını təklif etmişdir. Nurayda onunla razı olmuşdur. 6 iyul 2022-ci il tarixdə, səhər saat 10 radələrində Nurayı evlərinin qarşısında tanımadığı taksi ilə qaçırtmışdır. Taksiyə Nurayın qohumu olduğunu, Saatlı rayonuna aparacağını demişdir. Nuray avtomobilə mindikdən sonra taksi ilə Saatlı rayonu, Qaracalar kəndindəki məscidin yaxınlığında yaşayan qardaşının qaynanası Sarıtelgilə getmişlər. Axşama kimi orada qalmışlar. Həmin gün Nuray ilə cinsi əlaqədə olmamışdır. Nurayı qaçırandan sonra ailə üzvülərinin bu barədə məlumatı olmuşdur. Səhəri gün, yəni 7 iyul 2022-ci il tarixdə atası ona zəng vurub, nə etdiyini soruşduqda, o, atasına Nurayı evlənmək niyyəti ilə qaçırdığını demişdir. Atası ondan Nurayı evinə gətirməyini istəmişdir. Bundan sonra Nurayı evinə aparmışdır. Nurayın yaşı az olduğu üçün onlar toy etməmişlər. Əvvəllər Nurayın yaşını bilməmişdir. Nurayın 16 yaşını tamam etmədiyini qaçıran gün bilmişdir. İmişli rayonu, Mürsəlli kəndindəki evinə gəldikdən 3 gün sonra Nuray ilə cinsi əlaqədə olmuşdur. Bundan sonra yaşadığı evdə normal ailə münasibətində olmağa davam etmişlər. Evləndikdən 6-7 ay sonra Nurayın hamilə olmasını bilmişdir. Nurayın hamilə olmasını bildikdən sonra İmişli rayon mərkəzi xəstəxanasına müraciət etmişlər. 13 avqust 2023-cü il tarixdə İmişli rayon mərkəzi xəstəxanasında onların qız övladları dünyaya gəlmişdir. Törətmiş olduğu cinayət əməlindən səmimi peşmandır. Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli özünün etirafı ilə yanaşı, iş üzrə dindirilmiş zərərçəkmiş şəxsin və şahidin ifadələri, iş materialları və işin digər obyektiv halları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında zərərçəkmiş şəxs qismində qanuni nümayəndəsinin iştirakı ilə dindirilmiş Zərərçəkmiş şəxs ifadə verərək göstərdi ki, o, 2022-ci ilin may ayında anası Mətanət ilə birlikdə kənd ərazisində pambıq əkininə gedən zaman Rafiq ilə birbirilərini görmüş və tanış olmuşlar. Bir birilərindən xoşu gəldikləri üçün Rafiq ona evlilik təklif etmiş, o da Rafiqlə razılaşmışdır. Rafiqə ailə üzvlərini onun ailə üzvülərinin yanına elçi göndərməsini demişdir. Rafiq isə maddi sıxıntılara görə elçi göndərə bilməyəcəyini demişdir. Bundan sonra Rafiq ona qoşulub qaçmağı təklif etmişdir. O da Rafiqin təklfi ilə razı olmuşdur. 6 iyul 2022-ci il tarixdə, saat 10 radələrində əvvəlcədən aralarındada olan razılığa əsasən Rafiq onu evinin qarşısından tanımadığı taksiyə mindirib, Saatlı rayonu, Qaracalar kəndindəki qohumunun evinə aparmışdır. Həmin gün Rafiq ilə arasında hər hansı bir münasibət olmamışdır. Səhəri gün Rafiqə atası zəng edərək, onuda götürüb evə gəlməsini demişdir. Rafiq də atasının dedikləri ilə razılaşmışdır. Bundan sonra Rafiqgilin yaşadığı İmişli rayonu, Mürsəlli kəndindəki evinə getmişlər. Təxminən, 10 iyul 2023-cü il tarixdə Rafiq ilə təbbi yolla cinsi əlaqədə olmuşdur. Bundan sonra Rafiq ilə mütəmadi olaraq təbii yolla cinsi əlaqədə olmağa davam etmişlər. 2022-ci ilin dekabr ayında hamilə olmağını bilmişdir. Hamilə olmağını bildikdən sonra İmişli rayon mərkəzi xəstəxanasının doğum şöbəsinə müraciət etmişdir. Həmin vaxt mütəmadi olaraq həkimə gedib-gəlirmiş və 13 avqust 2023-cü il tarixdə İmişli rayon mərkəzi xəstəxanasında qız uşağı dünyaya gətirmişdir. Hazırda Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur və məhkəmədən ona həbslə əlaqədar olmayan cəza təyin edilməsini xahiş edirəm. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadə verərək göstərdi ki, Təqsirləndirilən şəxs onun kiçik oğludur. Zərərçəkmiş şəxs isə Rafiqin həyat yoldaşıdır. Rafiq ilə Nuray 2022-ci ilin may ayında kənd ərazisindəki pambıq alağı vaxtı bir-birilərini tanımış və istəmişlər. Rafiq 6 iyul 2022-ci il tarixdə Nurayı evlənmək niyyəti ilə qaçırmışdır. Nuray heç bir məcburiyyət qarşısında qalmadan, öz könülü ilə Rafiqə qoşulub qaçmışdır. Hadisədən xəbər tutan kimi Rafiqdən Nuray ilə bir yerdə evinə gəlməsini istəmişdir. Bundan sonra Rafiq Nuray ilə bir yerdə evlərinə gəlmiş, Nurayı gəlini kimi qəbul etmişdir. Əvvəllər Nurayın 16 yaşını tamam etmədiyini bilməmiş, 1-2 aydan sonra Nurayın doğum haqqında şəhadətnaməsinə və şəxsiyyət vəsiqəsinə baxan vaxt onun 2007-ci il təvəllüdlü olmasını bilmişdir. Həmin vaxt artıq gec olmuşdur. Rafiq ilə Nuray normal ailə kimi yaşayırlar və 13 avqust 2023-cü il tarixdə onların bir qız övladı dünyaya gəlmişdir. İş materiallarına əlavə edilmiş məhkəmə kompleks-psixiatrik və psixoloji ekspertizasının 18 dekabr 2023-cü il tarixli 3511 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs əqli və psxi inkişafı, intelektual imkanları normaya uyğundur, gerilik əlamətləri aşkar olunmur. O, iş üçün əhəmiyyət kəsb edən halları düzgün qavraya, təsvir edə və bu barədə düzgün məlumat verə bilər. Fərdi-psixi xüsusiyyətlərinə görə ekstravertə daha yaxındır. X3 hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Zərərçəkmiş şəxs 6 iyul 2023-cü il tarixi daxil olmaqla, hal-hazır ki, dövrə kimi o, psixi vəziyyətinə görə öz hərəkətlərinə cavab vermək, tam dərk etmək və hərəkətlərini idarə etmək iiqtidarındadır. Zərərçəkmiş şəxs sakit təbiətlilik, adaptivlik, konfiliktə və mübahisəyə meyilli olmamaqa və s. kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. Zərərçəkmiş şəxs emosional halından asılı olaraq qeyd edilən tarixdə öz hərəkətlərinə cavab vermək, tam dərk etmək və hərəkətlərini idarə etmək qabiliyyətinə malik olmuşdur. Məhkəmə-tibbi ekspertizasının 27 yanvar 2024-cü il tarixli, 61 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində heç bir xəsarətlər aşkar edilməmişdir. Zərərçəkmiş şəxs qızlıq pərdəsinin tamlığı pozulmuş və pozulma 2 (iki) həftədən artıqdır. Zərərçəkmiş şəxs arxa keçəcək dəliyinin girəcəyində və onun selikli qişasında, həmçinin düz bağırsağın selikli qişasında onun qeyri-təbii yolla cinsi əlaqədə olmanı göstərən hər hansı əlamət aşkar edilmədi. İmişli Rayon İcra Hakimiyyətindən daxil olmuş 6 sentyabr 2023-cü il tarixli 5-53-3/2- 1357/2023 saylı məktubdan görünür ki, 17 avqust 2007-ci il təvəllüdlü Zərərçəkmiş şəxs 13 avqust 2023-cü il tarixdə saat 06:00 radələrində “İmişli Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin doğum şöbəsində doğum etmişdir. AZ-İV 882125 nömrəli doğum haqqında şəhadətnamənin surəti ilə müəyyən olur ki, X4 13 avqust 2023-cü il tarixdə doğulmuş, ata qrafasında Təqsirləndirilən şəxs və ama qrafasında Zərərçəkmiş şəxs qeyd edilmişdir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin xx.xx.2023-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. Təqsirləndirilən şəxs barəsində İmişli rayonu Qaraqaşlı bələdiyyəsi tərəfindən xx.xx.2024-cü il tarixli müsbət xasiyyətnamə verilmişdir. İş materiallarında olan “Qətimkan tədbiri seçilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir.Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CM-nin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər. Beləliklə, məhkəmə işdəki sübutları müqayisəli şəkildə qiymətləndirərək hesab edir ki, hadisə ittihamda göstərilən qaydada və şəraitdə baş vermişdir. Məhkəmə iclasında bilavasitə araşdırılmış sübutlarla Təqsirləndirilən şəxs ona isnad edilən cinayət əməlini törətməsi tam təsdiq edilir. İbtidai istintaq orqanı tərəfindən X2 əməli Azərbaycan Respublikası CM-nin 152.1-ci maddəsi ilə düzgün tövsif edilmiş və o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarının 1-ci bəndinə əsasən məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidir. Məhkəmə qeyd edir ki, cinayət cəzası dövlətin cinayət törədən şəxsə qarşı reaksiyası olmaqla, şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinin əsas hüquqi nəticəsidir. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni, cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.1-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin göstərilən normalarının müəyyən etdiyi ədalət prinsipi və cəzanın təyin edilməsinin ümumi əsasları cəza təyin edilərkən törədilmiş cinayətin xarakterinin və ictimai təhlükəlilik dərəcəsinin nəzərə alınmasını nəzərdə tutmuşdur. Həmçinin, o da qeyd olunmalıdır ki, cəzanı yüngülləşdirən halları müəyyən edən CM-nin 59.1-ci maddəsində nəzərə alınması məcburi olan cəzanı yüngülləşdirən hallar, 59.2-ci maddəsində isə cinayət qanununda göstərilməyən, lakin cinayət hadisəsi və onu törətmiş şəxslə bağlı olan və məhkəmənin qiymətləndirməsinə bağlı olan cəzanı yüngülləşdirən hallar təsbit edilmişdir. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59.1.1, 59.1.12 və 59.1.13-cü maddələrinə əsasən Təqsirləndirilən şəxs ilk dəfə cinayət törətməsini, törətdiyi əməli etiraf edib səmimi peşmançılıq hissləri keçirdiyini, zərərçəkmiş şəxslə ər-arvad kimi yaşayıb, ümumi təsərrüfat aparmalarını, zərərçəkmiş şəxsin heç bir şikayəti olmamasını, onların faktiki ər-arvad münasibətindən 13 avqust 2023-cü il tarixdə X4 adlı uşaqlarının olmasını və hazırda həmin uşağın tərbiyəsi ilə birgə məşğul olmalarını və müsbət xarekteriza olunmasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən məsuliyyəti ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməli, həm məhkumlar, həm də digər şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almalıdır. Məhkəmə cəza təyin edərkən Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmamasını, ailəsinin mövcud maddi və sosial vəziyyətini nəzərə alır. Ona görə də məhkəmə qeyd olunanları nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 152.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini, ancaq ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının real olaraq çəkilməsinin məqsədə müvafiq olmamasını və cəza çəkmədən də islah oluna biləcəyini mümkün sayaraq, onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinin tətbiq edilib, təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının şərti hesab olunmaqla sınaq müddətinin tətbiq edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə xərcləri yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356, 358, 381, 384.1 və 385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 152.1-ci maddəsi ilə təqsirli bilinib 1 (bir) il 3 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilsin və təyin edilmiş azadlıqdan məhrum etmə cəzası həmin müddətə şərti hesab edilərək, üzərində 1 (bir) il sınaq müddəti müəyyən edilsin. Təqsirləndirilən şəxs üzərinə sınaq müddəti ərzində öz davranışı ilə islah olunmasını sübut etmək və onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən yaşayış yerini dəyişdirməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi vaxtdan hesablansın. Sınaq müddəti ərzində yeni cinayət törətməzsə hökm həmin hissədə icra edilməsin. Hökmün icrası Təqsirləndirilən şəxs qeydiyyatda olduğu yer üzrə İmişli rayon icra və probasiya şöbəsinə həvalə edilsin. Barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə xərcləri yoxdur. Hökmdən 20 gün müddətinə İmişli Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və protesti verilmədiyi halda, elan olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Telman Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar