Məhkəmə qərarları › İş №1(036)-29/2025

İmişli Rayon Məhkəməsi Qərar — İş №1(036)-29/2025

21.01.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İmişli rayonu İş № 1(036)-29/2025 21.01.2026 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Mahmud Orxan Əlövsət oğlunun sədrliyi, Balacayev Elməddin Xudan oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X3 Müdafiəsi üzrə İdarəsinin Rayon (Şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs7 Söyüdmalı oğlunun, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs6 etibarnamə üzrə nümayəndəsi X10, Müdafiəçi - İmişli Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxsin hüquqi varisi Təqsirləndirilən şəxs iştirakı ilə, xx xxxxxx 1981-ci ildə Goranboy rayonu, Xanqərəvənd kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 ünvanında yaşayan və barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında audio və video çəkiliş vasitəsi ilə baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs təqsirləndirilir ki, o, özgənin əmlakını əvəzsiz ələ keçirmək məqsədi ilə tanışı Zərərçəkmiş şəxs4 özünün Azərbaycan Respublikası Müdafiə Nazirliyində çalışan yüksək vəzifəli şəxslərlə əlaqələrinin olması barədə yalan məlumat verərək inandırıb, guya əlaqələrindən istifadə edərək Müdafiə Nazirliyinin Hərbi Hospitalında əlillik dərəcəsinin verilməsində köməklik edəcəyinə dair yalan vəd verərək aldadıb 2021-ci ilin iyul ayında Bakı şəhəri, Xətai rayonu ərazisində, metronun “Həzi Aslanov” stansiyasının yaxınlığında 3000 (üç min) manat nağd pulu alıb ələ keçirdərək, sonuncuya əlillik dərəcəsinin verilməsində köməklik edəcəyi barədə vermiş olduğu vədinə əməl etməyib, aldatma və etibardan sui-istifadə yolu ilə zərərçəkmiş Zərərçəkmiş şəxs4 3000 (üç min) manat maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını əvəzsiz ələ keçirmək məqsədi ilə tanışı Zərərçəkmiş şəxs3 özünün Azərbaycan Respublikası Müdafiə Nazirliyində çalışan yüksək vəzifəli şəxslərlə əlaqələrinin olması barədə yalan məlumat verərək inandırıb, guya əlaqələrindən istifadə edərək sonuncuya Müdafiə Nazirliyində xidməti iş yerini dəyişməkdə köməklik edəcəyinə dair yalan vəd verərək aldadıb, 2021-ci ilin avqust ayında Bakı şəhəri, Xətai rayonu ərazisində yerləşən “Ağ şəhər” kafesində Zərərçəkmiş şəxs3 tanışı Şahid3 Faiq oğlu vasitəsi ilə göndərdiyi 9000 (doqquz min) manat nağd pulu alıb ələ keçirdərək, xidməti iş yerini dəyişməyinə köməklik edəcəyi barədə vermiş olduğu vədinə əməl etməyib, aldatma və etibardan sui-istifadə yolu ilə zərərçəkmiş Zərərçəkmiş şəxs3a xeyli miqdarda, yəni 9000 (doqquz min) manat maddi ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını əvəzsiz ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs2 özünün Azərbaycan Respublikası Müdafiə Nazirliyində çalışan yüksək vəzifəli şəxslərlə əlaqələrinin olması barədə yalan məlumat verərək inandırıb, guya əlaqələrindən istifadə edərək sonuncuya qulluq etdiyi Müdafiə Nazirliyinin “N” saylı hərbi hissə daxilində yerinin dəyişdirilməsində köməklik edəcəyinə dair yalan vəd verərək aldadıb, 2021-ci ilin sentyabr ayının sonlarında Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən Tibb kollecinin yanındakı avtobus dayanacağında 7000 (yeddi min) manat nağd pulu alıb ələ keçirdərək, sonuncuya xidmət etdiyi hərbi hissənin daxilində yerini dəyişdirməyə köməklik edəcəyi barədə vermiş olduğu vədinə əməl etməyib, aldatma və etibardan sui-istifadə yolu ilə zərərçəkmiş Zərərçəkmiş şəxs2 xeyli miqdarda, yəni 7000 (yeddi min) manat maddi ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını əvəzsiz ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs5 özünün Azərbaycan Respublikası Müdafiə Nazirliyində çalışan yüksək vəzifəli şəxslərlə əlaqələrinin olması barədə yalan məlumat verərək inandırıb, guya əlaqələrindən istifadə edərək sonuncuya qulluq etdiyi Müdafiə Nazirliyinin “N” saylı hərbi hissədə xidmətə bərpa olunacağına köməklik edəcəyinə dair yalan vəd verərək aldadıb, Zərərçəkmiş şəxs5 20 oktyabr 2021-ci il tarixdə onun bank kart hesabına köçürdüyü 2000 (iki min) manat, 22 oktyabr 2021-ci il tarixdə metronun “Memar Əcəmi” stansiyasının yaxınlığında ona əlbəl verdiyi 3000 (üç min) manat nağd pulu alıb ələ keçirdərək, xidmətə bərpa olunacağına köməklik edəcəyi barədə vermiş olduğu vədinə əməl etməyib, aldatma və etibardan sui-istifadə yolu ilə zərərçəkmiş Zərərçəkmiş şəxs5 5000 (beş min) manat maddi ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını əvəzsiz ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs6 özünün Azərbaycan Respublikası Müdafiə Nazirliyində çalışan yüksək vəzifəli şəxslərlə əlaqələrinin olması barədə yalan məlumat verərək inandırıb, guya əlaqələrindən istifadə edərək sonuncuya qulluq etdiyi Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsindən digər bölgələrə köçürülməsində köməklik edəcəyinə dair yalan vəd verərək aldadıb, 2021-ci ilin dekabr ayının sonlarında Bakı şəhəri, Xətai rayonu ərazisində, metronun “Həzi Aslanov” stansiyasının yaxınlığında Zərərçəkmiş şəxs6 tanışları Zərərçəkmiş şəxs2 və Şahid3 vasitəsilə göndərdiyi 5000 (beş min) manat nağd pulu, 2022-ci ilin fevral ayının ortalarında, Bakı şəhəri, Nizami rayonu ərazisində, metronun “Neftçilər” stansiyası yaxınlığında, Qara Qarayev prospektində, metorunun “Qara Qarayev” stansiyası istiqamətində yolun kənarında Zərərçəkmiş şəxs6 yenə tanışı Zərərçəkmiş şəxs2 vasitəsilə göndərdiyi 4000 (dörd min) manat nağd pul alıb ələ vahid niyyətlə əhatə olunan qəsdlə alıb ələ keçirdərək, Zərərçəkmiş şəxs6 xidmət etdiyi “N” saylı hərbi hissədən digər bölgələrə keçirilməsinə köməklik edəcəyi barədə vermiş olduğu vədinə əməl etməyərək, aldatma və etibardan sui-istifadə yolu ilə zərərçəkmiş Zərərçəkmiş şəxs6 xeyli miqdarda, yəni 9000 (doqquz min) manat maddi ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını əvəzsiz ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs1 özünün Azərbaycan Respublikası Mənzil X17 çalışan yüksək vəzifəli şəxslərlə əlaqələrinin olması barədə yalan məlumat verərək inandırıb, guya əlaqələrindən istifadə edərək sonuncuya həmin agentlik tərəfindən Bakı şəhəri, Yasamal rayonu ərazisində inşa olunmuş yaşayış kompleksində sosial mənzilin verilməsində köməklik edəcəyinə dair yalan vəd verib aldadaraq məsuliyyətdən yayınmaq üçün törətdiyi əməli mülki istiqamətə yönəltmək məqsədilə 15 aprel 2023-cü il tarixdə ünvan 3 ünvanında yerləşən 1 saylı “ASAN” xidmət mərkəzindəki notariat kontorunda guya borc alması barədə müqavilə rəsmiləşdirməklə Zərərçəkmiş şəxs1 etibarından sui-istifadə edərək 11000 (on bi min) manat nağd pulu alıb ələ keçirdikdən sonra onun eyni məqsədlə tanışı Şahid2 məxsus "xxxx" Açıq Səhmdar Cəmiyyətinə aid 4169 7388 5876 0295 nömrəli bank kartına 29 aprel 2023-cü il tarixdə, saat 11:38-də Abşeron rayonu, Masazır qəsəbəsi ərazisində, Bakı- Sumqayıt yolunun üzərində yerləşən adsız marketə quraşdırılmış “PashaPay” terminalı vasitəsi ilə köçürtdürdüyü 1000 (min) manat, 5 may 2023-cü il tarixdə, saat 20:30-da Cəlilabad rayonu, Göyətəpə qəsəbəsi, R.Bayramov küçəsində yerləşən adsız marketə quraşdırılmış “PashaPay” ödəmə terminalı vasitəsi ilə köçürtdürdüyü 2000 (iki min) manat pulu, daha sonra Şahid2 bank kartına köçmüş 3000 (üç min) manat pulu Pərnisa Cəfərova tərəfindən 10 may 2023-cü il tarixdə, saat 00:40-da özünə məxsus 4169 73** **** 7011 nömrəli bank kartına köçürülməsinə nail olmaqla Zərərçəkmiş şəxs1 sosial mənzil verilməsinə köməklik edəcəyi barədə vermiş olduğu vədinə əməl etməyərək, aldatma və etibardan sui-istifadə yolu ilə vahid niyyətlə əhatə olunan qəsdlə, zərərçəkmiş Zərərçəkmiş şəxs1va xeyli miqdarda, yəni 14000 (on dörd min) manat maddi ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını əvəzsiz ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs7 Söyüdmalı oğluna özünü pensiyas məsələsilə bağlı işlərin həlli ilə məşğul olan şəxs qismində tanıdıb yalan məlumat verərək inandırıb, guya əlaqələrindən istifadə edərək sonuncuya kəsilmiş pensiyasını bərpa edəcəyi barədə yalandan vəd verərək, 19 iyul 2023-cü ildə, Bakı şəhəri, Nərimanov rayonu ərazisində yerləşən “ADA” Universitetinin yaxınlığında 7000 (yeddi min), həmin vaxtlarda İmişli şəhəri, H.Əliyev prospektində “Universam” adlı yerdə yerlşən adsız marketə quraşdırılmış “Milliön” ödəmə terminalı vasitəsilə ona məxsus "xxxx" Açıq Səhmdar Cəmiyyətinə aid karta köçürdüyü 3000 (üç min) manat pulunu vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirib, Zərərçəkmiş şəxs7 pensiyasını bərpa etməsinə köməklik edəcəyi barədə vermiş olduğu vədinə əməl etməyərək, aldatma və etibardan sui-istifadə yolu ilə vahid niyyətlə əhatə olunan qəsdlə, zərərçəkmiş Zərərçəkmiş şəxs7 xeyli miqdarda, yəni 10000 (on min) manat maddi ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü təqsirli bilərək ifadəsində bildirmişdir ki, 1999-2000-ci illərdə Hərbi Təlim-Tədris mərkəzində oxumuşdur. Həmin mərkəzi bitirdikdən sonra Müdafiə Nazirliyinin müxtəlif hərbi hissələrində xidmət etmişdir. N günlük Vətən müharibəsinin iştirakçısıdır. Müharibə müddətində ağır yararlanmış, nəticədə əmək qabiliyyətini itirmiş və ona İİİ qrup əlillik dərəcəsi təyin olunmuşdur. Hal-hazırda rəsmi olaraq işsizdir. İctimai əsaslarla Şəhid ailələri və Qazilərlə iş Birliyində fəaliyyət göstərir. 2021-ci ilin aprel ayında Şahid3 Faiq oğlu ilə tanış olmuşdur. Nəriman da N günlük Vətən müharibəsinin iştirakçısıdır. Nəriman müharibə müddətində ağır yararlandığı üçün əmək qabiliyyətini itirmişdir. Nəriman əlillik dərəcəsi üçün müvafiq sənədləri topladığı zaman Müdafiə Nazirliyinin Mənzil İstismar Xidmətinin inzibati binasının yerini bilmədiyi üçün onunla əlaqə saxlamışdır. O, Nəriman ilə Bakı Dövlət Universitetinin yaxınlığında görüşmüş və Nərimana köməklik etmişdir. Bundan sonra aralarında dostluq münasibəti yaranmışdır. Təxminən 2021-ci ilin aprel ayında Nərimanla metronun “Elmlər Akademiyası” stansiyasının yaxınlığında görüşmüşlər və söhbət əsnasında o, Nərimana İctimai əsaslarla Şəhid ailələri və Qazilərlə iş Birliyində fəaliyyət göstərdiyini, hərbi xidmətlə bağlı hər hansı çətinliyi yaranarsa ona müraciət etməsini bildirmişdir. Təxminən 2021-ci ilin iyul ayında Nəriman onunla əlaqə saxlayıb Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsində qulluq edən tanışı Zərərçəkmiş şəxs4 müharibə müddətində yararlandığını və Müdafiə Nazirliyinin Hərbi Hospitalında əlillik dərəcəsinin verilməsində süründüyünü bildirmiş və bu işdə ona köməklik etməsini xahiş etmişdir. O, Nərimanla razılaşaraq bu işlə maraqlanacağını bildirmişdir. Müdafiə Nazirliyində çalışan tanışları ilə maraqlanacağını deyib bu işdə köməklik göstərmək müqabilində 3000 manat məbləğində pul lazım olduğunu demişdir. Nəriman onunla razılaşmışdır. Təxminən bir həftə keçdikdən sonra Bakı şəhərində metronun “Həzi Aslanov” stansiyasının yaxınlığında o, Zərərçəkmiş şəxs4 və Şahid3 görüşmüşlər. Nəriman əlillik dərəcəsinin təyin olunması müqabilində tələb olunan 3000 manat pulu İsmayıldan alıb ona vermişdir. Həmin puldan o, Nərimana heç bir məbləğdə pul verməmişdir. Təxminən 2021-ci ilin avqust ayında Nəriman onunla telefon əlaqəsi saxlayıb Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsində qulluq edən tanışı Zərərçəkmiş şəxs3 qulluq etdiyi hərbi hissənin daxilində yerindən narazı olduğunu və dəyişmək istədiyini bildirmiş və bu işdə ona köməklik etməsini xahiş etmişdir. O, Nərimanla razılaşaraq bu işdə köməklik göstərməyə çalışacağını demişdir. Müdafiə Nazirliyində çalışan tanışları ilə maraqlanacağını deyib bu işdə köməklik göstərmək müqabilində 9.000 manat məbləğində pul lazım olduğunu demişdir. Nəriman Elvinlə danışıb ona cavab verəcəyini söyləmişdir. Sonra Nəriman ona zəng vurub Elvinin razılaşdığını bildirmişdir. Təxminən bir həftə keçdikdən sonra Bakı şəhəri, Xətai rayonunda yerləşən “Ağ şəhər” kafesində Nərimanla görüşmüşlər və Nəriman Zərərçəkmiş şəxs3 Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsində qulluq etdiyi yerin dəyişdirilməsi müqabilində aldığı 9000 manat məbləğdə pulu ona vermişdir. O, həmin puldan Nərimana 300 manat pul vermişdir. Təxminən 2021-ci ilin sentyabr ayında Nəriman onunla “Whatsapp” ani mesajlaşma proqramı vasitəsi ilə əlaqə saxlayıb Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsində qulluq edən tanışı X11 qulluq etdiyi hərbi hissədən digər bölgələrə köçürülməsində köməklik göstərməyini xahiş etmişdir. O, Nərimana bu işlə maraqlanacağını bildirmişdir. Müdafiə Nazirliyində çalışan tanışları ilə maraqlanacağını deyib bu işdə köməklik göstərmək müqabilində 12500 manat məbləğində pul lazım olduğunu demişdir. Nəriman M.Avacəlilov ilə danışdıqdan sonra onunla razılaşmış və növbəti gün metronun “Nəriman Nərimanov” stansiyası ilə üzbəüzdə yerləşən parkın yanında onunla görüşərək Musa Avacəlilovun işinə görə aldığı 12500 manat pulu ona vermişdir. O, Nərimanın ona verdiyi 12500 manat puldan 500 manat pul ayırıb Nərimana vermişdir. Təxminən 2021-ci ilin sentyabr ayında Nəriman onunla “Whatsapp” ani mesajlaşma proqramı vasitəsi ilə əlaqə saxlayıb, Ali Hərbi Məktəbdə kursant olan X6 ixtisas seçimində köməklik etməyini xahiş etmişdir. O, bu işlə maraqlanacağını bildirmişdir. Müdafiə Nazirliyində çalışan tanışları ilə maraqlanacağını deyib bu işdə köməklik göstərmək müqabilində 5000 manat məbləğində pul lazım olduğunu demişdir. Nəriman Sənanla əlaqə saxlayıb ona cavab verəcəyini bildirmişdir. Təxminən 10 gün keçdikdən sonra Nəriman Bakı şəhəri, Badamdar qəsəbəsində onunla görüşərək Sənan Süleymanlının təhsil aldığı Ali Hərbi Məktəbdə ixtisasının dəyişdirilməsi üçün tələb olunan 5000 manat məbləğində pulu ona vermişdir. O, Sənan Süleymanlının işinə görə aldığı 5000 manat puldan Nərimana 500 manat pul vermişdir. Təxminən 2021-ci ilin sentyabr ayında Nəriman onunla “Whatsapp” ani mesajlaşma proqramı vasitəsi ilə əlaqə saxlayıb, Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsində qulluq edən tanışı Zərərçəkmiş şəxs2 qulluq etdiyi hərbi hissənin daxilində yerindən narazı olduğunu və dəyişmək istədiyini bildirmiş və bu işdə köməklik etməyini xahiş etmişdir. O, Nərimanla razılaşaraq Müdafiə Nazirliyində çalışan tanışları ilə maraqlanacağını deyib bu işdə köməklik göstərmək müqabilində 7000 manat məbləğində pul lazım olduğunu demişdir. Nəriman onunla razılaşmışdır. Təxminən 5 gün keçdikdən sonra X30 Respublikasında olduğu üçün Zərərçəkmiş şəxs2 onunla görüşüb 7000 manat məbləğində pulu ona vermişdir. Nəriman Bakıya qayıtdıqdan sonra o, Zərərçəkmiş şəxs2 işinə görə aldığı 7000 manat puldan Nərimana 200 manat pul vermişdir. Təxminən 2021-ci ilin oktyabr ayında Nəriman onunla “Whatsapp” ani mesajlaşma proqramı vasitəsi ilə əlaqə saxlayıb, Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsində qulluq edən tanışı Zərərçəkmiş şəxs6 qulluq etdiyi hərbi hissədən digər bölgələrə köçürülməsində köməklik göstərməyini xahiş etmişdir. O, bu işlə maraqlanacağını bildirmişdir. Müdafiə Nazirliyində çalışan tanışları ilə maraqlanacağını deyib bu işdə köməklik göstərmək müqabilində 9000 manat məbləğində pul lazım olduğunu demişdir. Nəriman Zərərçəkmiş şəxs2la əlaqə saxladıqdan sonra onunla razılaşmışdır. Təxminən 5 gün keçdikdən sonra Seyidov X5 ilə Nizami rayonu ərazisində, metronun “Neftçilər” stansiyasının yaxınlığında, metronun “Qara Qarayev” stansiyası istiqamətində yolun kənarında olan “Məhəllə” kafesinin yaxınlığında görüşmüşlər. Mirsani 9000 manat məbləğində pulu ona vermişdir. Sonra o, Nərimanla görüşərək Zərərçəkmiş şəxs6 işinə görə aldığı 9000 manat puldan Nərimana 500 manat pul vermişdir. Yuxarıda qeyd etdiyi şəxslərin işləri yubandığına görə 25 aprel 2022-ci ildə Nəriman onunla əlaqə saxlayıb tanışlarından alıb ona verdikləri pulları tələb etməyə başlamışdır. O, hissə-hissə olaraq Nərimana və onun anası Şahid2 19500 manat pul qaytarmışdır. Bundan sonra isə yenə hissə-hissə olmaqla Şahid2 16500 manat pul qaytarmışdır. Hazırda onun Şahid2 9500 manat borcu qalmışdır. Əlavə suallara cavab olaraq bildirmişdir ki, Şahid3 Faiq oğlu və tanışlarından aldığı pullardan heç kimə pul verməmişdir. Müdafiə Nazirliyində xidmət edən Qədir Nəsirov adlı generalla heç bir tanışlığı yoxdur. Bundan başqa, o, Zərərçəkmiş şəxs7 2023-cü ilin yay aylarından tanıyır. Sənan ilə arasında qohumluq, düşmənçilik və ədavəti yoxdur. Sənanı qonşusu Şahid5 vasitəsi ilə tanımışdır. Biləcəri qəsəbəsində yerləşən restoranların birində Salman ilə nahar edərkən Sənanda onların yanına gəlmiş, həmin vaxt Salman Sənanı ona təqdim edib, qazi olduğunu, pensiya ala bilmədiyini deyib, ondan Sənana köməklik etməyini xahiş etmişdir. O da Sənana lazım olan yerlərə müraciət edə biləcəyini, əsl qazi olduğu təqdirdə pensiya ala biləcəyini demişdir. O Sənana hansı xəstəlikdən əziyyət çəkməsi ilə əlaqədar olaraq həmin xəstəliyi ilə bağlı ixtisaslı xəstəxanalara müraciət edib sənədlərini toplaya biləcəyini demişdir. Sənan ona gah bədənində qəlpə olduğunu, gah da psixoloji əziyyət çəkdiyini demişdir. Buna görə də, Sənan onuun verdiyi istiqamətdə bəzi xəstəxanalardan yoxlanışdan keçmiş, bəzilərindən isə keçməmişdir. Bu müddət ərzində Sənan Bakı şəhərində gəlir, onlar görüşür və bir yerdə yemək yeyirmişlər. Sənandan pensiya məsələsinə görə 2023-cü ilin noyabr ayında 3000 manat pul almışdır. O həmin pulu öz ehtiyacları üçün xərcləmişdir. Sənan həmin pulu "xxxx" Açıq Səhmdar Cəmiyyətinə aid bank kartına göndərmişdir. Sənan xəstəxanalardan tam keçmədiyi üçün pensiyası bərpa edilməmişdir. Onun Zərərçəkmiş şəxs7la söhbəti şirin alındığı üçün Sənanla iş qurmaq qərarına gəlmişdir. Belə ki, onlar heyvandarlıqla məşğul olacaqmışlar. Sənan Bakı şəhərinə heyvan göndərəcək, onlarda həmin heyvanları satacaqmışlar. 7000 manat pulu Bakı şəhərində obyekt icarə götürmək üçün almışdır. Sənan pensiya məsələsinə görə işinin alınmadığını gördükdən sonra onu təhdid edərək, onun pensiya məsələsini həll etmədiyini bəhanə edərək işilərin alınmasına problem yaratmışdır. Aldığı pulu obyetklərə xərcləmiş. Lakin Sənan iş görmədiyi üçün pul batmışdır. Zərərçəkmiş şəxs7 Söyüdmalı oğlu istintaqa təqdim etdiyi üzərində onun şəxsiyyət vəsiqəsini seriya və nömrəsi “AA 528N64”, “Mən Təqsirləndirilən şəxsŞahin oğlu Zərərçəkmiş şəxs7 Söyüdmalı oğlundan aldığım 10000 (on min) manat pulu Şahid5 iştirakı ilə almışam. Buna şahiddir Şahid4ü Behbud oğlu” qeyd edilən özünün yazdığını bildirmişdir. Təqsirləndirilən şəxs təqsiri özünün etirafedici ifadəsi ilə yanaşı və işdə toplanmış digər mötəbər sübutlarla tam təsdiq olunur. Məhkəmə iclasında Zərərçəkmiş şəxs7 Söyüdmalı oğlu ifadəsində bildirmişdir ki, o, Kürdəmir rayonu, Köhünlü kənd sakini, hal hazırda Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində yaşayan Şahid5 tanıyır və onunla düşmənçilik və ya ədavəti yoxdur. O, 1-ci Qarabağ döyüşlərində iştirak etmiş, eyni zamanda Salmanda həmin dövrdə döyüşlərdə iştirak etmişdir. O, Qarabağ döyüşlərində iştirak etdiyi üçün, 1993-cü il tarixdən 1995-ci il tarixədək pensiya müavinəti almışdır. Daha sonra isə yenidən 2012-ci il tarixdə pensiya müavinəti bərpa olaraq 2021-ci il tarixidək 560 manat pensiya almış, həmin tarixdə isə pensiyası kəsilmiş və ala bilməmişdir. Bu səbəblədə tanıdığı Salman adlı şəxslə 2023-cü ilin iyul ayında telefon əlaqəsi saxlayanda, sonuncu ona pensiya işi ilə əlaqədar tanıdığı Ramin adlı şəxsin olduğunu və hətta özünündə pensiya işini həmin şəxsə həvalə etdiyini demişdir. Daha sonra isə həmin ərəfədə Salman onu Bakı şəhərinə həmin Təqsirləndirilən şəxs adlı şəxslə tanış etməsi üçün çağırmışdır. Onlar Bakı şəhəri, Biləcəri qəsəbəsində yerləşən “Şəms” adlı restoranda görüşmüş və həmin vaxt Salman tanışı Ramini ona təqdim edərək, pensiya işi ilə bağlı məşğul olduğunu bildirmişdir. Söhbət əsnasında Ramin ona pensiya işinin həll edilməsi üçün 14000 manat pul istəmiş və onlar Salmanın iştirakı razılaşmışlar. Daha sonra isə o, Kürdəmir rayonuna qayıtmış və rayonda "xxxx" ASC-dən 7000 manat pulu kredit yolu ilə əldə edib, iyul ayının 19-da Bakı şəhərində qayadaraq Salmanın vasitəsi və iştirakı ilə “ADA” Universiteninin yaxınlığında Təqsirləndirilən şəxs adlı şəxslə görüşüb həmin məbləği Raminə vermişdir. Ramin ona 3000 manat pulunda qabaqcadan çatmalı olduğunu və ümumilikdə əvvəlcədən 10000 manat pulu verməli olduğunu demişdir. O da yenidən rayona qayıtmış və şəxsi təsərüffatından olan iribuynuzlu heyvanları İmişli rayonu ərazisində təşkil edilən “Mal-qara” bazarına satmaq niyyəti gətirib sataraq, əldə etdiyi 3000 manat pulu Ramin adlı şəxsin nömrəsini xatırlamadığı “Kapiatl-Bank” Açıq Səhmar Cəmiyyətinə aid bank kartına İmişli şəhəri, H.Əliyev prospektində yerləşən “Universam” adlan ticarət obyektinin yaxınlığında yerləşən kiçik mağzaya quraşdırılmış “Millön” ödəmə terminalı vasitəsi ilə göndərmişdir. 2023-cü ilin noyabr ayının sonlarında Raminin ona verdiyi ***-***-**-** mobil nömrəsinə zəng edib, verdiyi vədin gecikdiyini bildirirək, Ramindən şübhələndiyini, pulu geri istədiyini, vermədiyi təqdirdə isə şikayət edəcəyini demişdir. Ramin isə ona narahat olmamağını, işini düz-qoş etdiyini demişdir. 2023-cü ilin dekabr ayının əvvələrində istifadəsində olan mobil telefonuna tanımadığı Natiq adlı şəxs ***-***-**-** saylı mobil nömrədən zəng edərək, ona narahatçılığın olmadığını, Kürdəmir rayonuna gəlib onu Bakı şəhəri, Məştəğa qəsəbəsində yerləşən psixiatrik xəstəxanaya yerləşdirilməyi barədə göndəriş alacağını, 2023-cü ilin dekabr ayının sonuna qədər işini həll edəcəyini demişdir. Bundan sonra 5-6 dəfə Natiqə zəng edib Kürdəmir rayonuna gəlib-gəlməyəcəyini soruşduqda, Natiq hər dəfə ona bir bəhanə gətirmişdir. Natiqdə verdiyi vədə əməl etməmişdir. 2024-cü ilin yanvar ayının əvvələrində tanımadığı Ceyhun adlı şəxs ***-***-**-** saylı mobil nömrəsi ilə ona zəng edib onun pensiyasını bərpa edəcəyini, bütün məsulliyətin üzərində olduğunu demişdir. O isə Ceyhuna bundan əvvəl Natiq adlı şəxsin ona zəng edərək vədlər verdiyini, lakin verdiyi vədinə əməl etmədiyini demişdir. Ceyhun isə cavabında ona: “Mən Natiq deyiləm. Hər adamada zəng etmirəm. 2024-cü ilin yanvar ayının sonuna kimi işini həll edəcəyəm” demişdir. Yanvar ayının 20-ə qədər olan müddət ərzində dəfələrlə Ceyhun ilə danışmış, lakin Ceyhunda vədinə əməl etməmişdir. 26 yanvar 2024-cü il tarixdə səhər saatlarında tanımadığı Faiq adlı şəxs, hansı ki, sonradan adının tam olaraq Şahid4 olduğunu bildiyi şəxs ***-***-**-** saylı mobil nömrədən ona zəng edib Kürdəmir rayonuna tanışı Salman ilə birlikdə gəldiyini, onunla görüşüb, ona Kürdəmir rayon Mərkəzi Xəstəxanasından Bakı şəhəri, Məştəğa qəsəbəsində yerləşən psixiatrik xəstəxanaya göndəriş alacaqlarını demişdir. Onlar 26 yanvar 2024-cü il tarixdə, saat 11 radələrində Kürdəmir rayonunda “Dörd yol” adlanan ərazidə yerləşən adını xatırlamadığı kafedə görüşmüşlər. O, kafedə Faiqə bu işə qarışmamasını, Raminə 10000 manat pul verdiyini, Faiqdən əvvəl ona Natiq və Ceyhun adlı şəxsin söz verdiyini demişdir. Faiq isə ona kömək edəcəyini demişdir. Bundan sonra Kürdəmir rayon Mərkəzi Xəstəxanasına getmişlər. Xəstəxanada psixiatrik həkim Cəlil Cəlilova müraciət etmiş, Həmin həkim onlara onun psixiatrik xəstə kimi qeydiyyatda olmadığını deyib, göndəriş verməmişdir. Bundan sonra həmin xəstəxanada Elvin həkimə müraciət etmişlər. Hansı ki, Elvin “Veteranlara və şəhid ailələrinə” kömək etmək məqsədi ilə yaradılmış qurumun işçisi olmuşdur. Elvin onun adını “Zəfər alt” sistemində yoxlamış və adı orada “Vətən əlili” kimi çıxmışdır. Bundan sonra Elvin adlı şəxs bir-neçə yer ilə əlaqə saxlayıb ona göndəriş verilməli olduğunu öyrənmişdir. Elvinin sözlərindən sonra həmin xəstəxanada işləyən nervipataloq Vidadi həkimin yanında getmişlər və ona psixiatrik xəstəxanaya yerləşməyi barədə göndəriş vermişlər. Həmin göndərişi Faiq ondan alıb, onun digər sənədləri ilə birilikdə Bakı şəhərinə Raminə vermək üçün aparmışdır. Belə ki, o, Raminə pul verdikdən sonra ona aid bütün sənədləri Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerləşən “Şəms” restoranında Raminə vermişdir. O, Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə zəng edib şikayət etmişdir. Onun polisə şikayət etməsindən nə Raminin, nə də ki, digərlərinin məlumatı olmamışdır. Sonra Faiq ona zəng edib, onu Bakı şəhərinə dəvət etmişlər. Mən 22 fevral 2024-cü il tarixdə Bakı şəhərinə gedib, Nərimanov rayonu, Montin qəsəbəsində yerləşən Psixiatrik xəstəxanadan ona Məştəğa qəsəbəsində yerləşən Psixiatrik ekspertiza mərkəzinə göndəriş almışlar. Onun yanında Ramin və Faiq olmuşdur. Bundan sonra o, rayona qayıtmışdır. 28 fevral 2024-cü il tarixdə Faiq onu yenidən Bakı şəhərinə dəvət etmiş və onlar Biləcəri qəsəbəsində görüşmüşlər. Orada Salman, Ramin və Faiq ilə görüşmüş, Salmanın idarə etdiyi avtomobil ilə Məştağa qəsəbəsinə getmişlər. Məştağada yerləşən Psixiatrik ekspertiza mərkəzindən onu qeydiyyatdan keçirdərək ambulator müayinə təyin etmişlər. Bundan sonra Ramin onlardan ayrılmış, o, Faiq və Salman ilə birlikdə hərəkət etmişlər. Onun polisə şikayət etməyi barəsində Ramin, Faiq Salman məlumatlı olmuşlar. Faiq ona işinin həll edilməsi üçün şikayətini geri götürməyini istəmişdir. O, Faiqə Raminin ondan pul alması barədə kağıza bir yerdə oludqları şəxsləri göstərməsini, imzalanmasını və şəxsiyyət vəsiqəsinin seriya və nömrəsini qeyd etməsini və onun Raminə pul verməyi üçün götürdüyü kreditin aylıq ödənişin etməsini qeyd etdikdən sonra şikayətini geri götürəcəyini demişdir. Biləcəri qəsəbəsində adını xatırlamadığı kafedə olan zaman Faiq Raminə zəng edib, həmin kafeyə çağırmışdır. Təxminən 30 dəqiqə sonra Ramin həmin kafeyə gəlmiş və onun dediyi formada yazılı qeyd aparmış, kreditinidə ödəyəcəyini bildirmişdir. Həmin qeyd ondadır və onu istintaqa təqdim etmişdir. Ramin ona işini 1 ay ərzində həll edəcəklərini demişdir. Bundan başqa Faiq onun kreditlərini Raminə ödətdirəcəyini və Raminin onun işlərini həll edəcəyi barədə öhdəliyi öz üzərinə götürmüşdür. Rayonda qayıtdıqdan sonra Faiq ilə danışır, Faiqin sözü ilə Bakı şəhərinə gedib Psixiatrik ekspertiza mərkəzindən ona yazılmış dərman preparatlarını götürürmüş. Bu hal bir beçə dəfə baş vermişdir. Mart ayının ortalarında Faiq ilə birlikdə Psixatrik ekspertizə mərkəzinə gedib komissyadan keçmiş və onun barəsində hazırlanan rəyi mart ayının 26-sı tarixində götürə biləcəyini demişlər. Qeyd edilən tarixdə Bakı şəhərinə gedib rəyi götürə bilməmişdir. 2024-cü ilin aprel ayının sonlarında rəyi əldə etmişdir. Rəyi əldə etdikdən sonra Faiq ondan rəyi istəmişdir. O isə rəyi Faiqə verməmiş və rayona qayıtmışdır. Rayonda olan zaman Faiq ona zəng edib rəyini şəkillərini telefon vasitəsi ilə çəkərək “Whatsapp” proqramı vasitəsi ilə göndərməyini istəmişdir. O, Faiqin dediyini etməmişdir. Sonuncu dəfə 09 may 2024-cü il tarixdə Faiq ona zəng edərək rəyi göndərməyini istəmişdir. O rəyi göndərməyəcəyini və yenidən barələrində şikayət edəcəyini demişdir. Belə ki, Ramin tərəfindən ona qarşı dələduzluq edilərək 10000 (on min) manat pulu ələ keçirilmişdir. Əlavə olaraq bildirdi ki, onu aldadaraq alınmış 10000 (on min) manat pul ona ödənmişdir. Lakin, o, Təqsirləndirilən şəxs şikayətçidir. Çünki, onu aldatması nəticəsində ona 3000 manat da ziyan dəymişdir. Onun ödənməsi də tələb edir. Bundan sonra Təqsirləndirilən şəxsla razılaşmışdır ki, ona əlavə 3000 manat pul verəcəkdir. Məhkəmədən sonra Təqsirləndirilən şəxs ona bildirmişdir ki, ona 1500 manat pul verəcdir. Qalan 1500 manatı isə verməyəcəyini bildirmişdir. Onun bu sözlərinə görə ona bildirmişdir ki, aralarında həyatı boyu barışıq olmayacaq. Aradan bir müddət keçməsinə baxmayaraq oktyabr ayının sonlarında Kənan adlı şəxs ona zəng edərək bildirmişdir ki, 1500 manat pul sənin adına atıram və qalan 1500 manat pulu isə noyabr ayının sonlarına kimi ödəyəcəkdir. Kürdəmir rayon mərkəzi poçt vasitəsi ilə onun adına 1500 manat pul köçürülmüşdür. O da bunun qarşılığında məhkəməyə teleqram vuraraq bildirmişdir ki, Təqsirləndirilən şəxs şikayət və tələbi yoxdur. Bundan sonra Kənan adlı şəxs ona zəng edərək bildirmişdir ki, teleqram şəkilində yox yalnız notarial qaydada ərizə verilməlidir. Kənan bu sözlərin nəzərə alaraq gedib notarial qaydada təsdiq etdirərək ərizə almışdır. Daha sonra ona Kənan adlı şəxs zəng edərək bildirmişdir ki, ona 50 manat pul atsın ki, gedib notarial qaydada ərizə alsın. Həmin ərizə hazırdır və hazırda həmin ərizənin onun əlində olmasını bildirmişdir. Ərizəni ona görə vermir ki, mənəvi ziyana görə aralarında qalan 1500 manat pulu versin. Bundan sonra Kənan adlı şəxs verdiyi sözü tutmamışdır. Ondan şikayətçi olduğunu və bir də məhkəməyə gəlməyəcəyini bildirdi. Əlavə olaraq da bildirdi ki, oktyabr ayından bu günə kimi yəni üç ay müddət keçmişdir. Həmin müddətin də pulun ödənməlidir. Verilmiş suala cavab olaraq bildirmişdir ki, Ramin tərəfindən ona qarşı dələduzluq edilərək 10000 (on min) manat pulu ələ keçirilmiş, həmin qaytarılmışdır. Hazırda tələb etdiyi pul ona dəymiş mənəvi ziyana görədir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs1 ifadəsində bildirmişdir ki, o, 2023-cü ilin əvvələrində yaşadığı hərbi hissədə onunla birlikdə tibb bacısı işləyən Sevil adlı şəxslə söhbət edərkən Sevil, Bakı şəhərində “MİDA” adlanan təşkilatda sosial evlər olduğunu, Ramin, Pəri və Xətai adlı tanışları vastəsi ilə həmin evlərdən birini götürdüyünü ona bildirmişdir. Sevildən ona da ev götürmək üçün köməklik etməsini xahiş etmişdir. Bundan sonra Sevil ona Pəri adlı qadının ***-***-**-** mobil telefon nömrəsini vermişdir. O da Pəri ilə əlaqə saxladıqdan sonra 15 aprel 2023-cü il tarixdə Bakı şəhərinə gəlmiş, metronun “Xətai” stansiyasının çıxışında onu Pəri və Ramin adlı şəxslər qarşılayıb yaxınlığdakı “ASAN” xidmətə aparmışlar. Orada “MİDA”-da ev götürmək üçün Təqsirləndirilən şəxs onunla 11000 (on bir min) AZN alması barədə mülki müqavilə bağlamışdır. Bundan sonra həmin şəxslər ona Yasamal rayonu, Yeni Yasamal qəsəbəsində yerləşən “MİDA” adlanan qurumun inşa etdirdiyi evləri göstərərək, 2023-cü ilin may ayının sonuna kimi evlərin paylanacağını və ona da həmin binadan ev veriləcəyini bildirmişlər. Bundan sonra o, Cəlilabad rayonuna qayıtmışdır. Bir neçə gündən sonra Pəri və Ramin ona zəng edərək evin qeydiyyat sənədini, yəni kupçasını almaq üçün 3000 (üç min) AZN pul lazım olduğunu bildirmişlər. O da 29 aprel 2023-cü il tarixdə Masazır qəsəbəsinin girişində yerləşən marketin qarşısında quraşdırılmış “MilliÖn” ödəniş terminalı vasitəsilə Pərinin mənə göndərdiyi “**********760295” kart hesabına 1000 (min) AZN pul köçürmüşdür. Pəriyə qalan pulu bir neçə günə ödəyəcəyimi bildirmişdir. 05 may 2023-cü il tarixdə Cəlilabad rayonu, Göytəpə qəsəbəsində yerləşən marketin qarşısında quraşdırılmış “MilliÖn” ödəniş terminalı vasitəsilə Pərinin ona göndərdiyi “**********760295” kart hesabına 2000 (iki min) AZN pul göndərmişdir. Bundan sonra hər dəfə Ramin və Pəri ilə əlaqə saxladıqda onlar müxtəlif bəhanələr gətirərək işi uzatmağa, ondan qaçıb gizlənməyə başlamışlar. Bundan sonra o, aldadıldığını başa düşüb Təqsirləndirilən şəxs və Şahid2 onu aldadaraq 14000 (on dörd min) AZN pulunu ələ keçirmələri barədə hüquq mühafizə orqanlarına şikayət etmişdir. Şikayət etdikdən sonra Xətai rayon polsi idarəsinin 35-ci polis bölməsində araşdırma aparılan zaman ona 7000 manat pul qaytarılmışdır. Sonradan əlavə olaraq iki dəfə 500 manat, bir dəfə 250 manat, 3 dəfə isə 200 manat pulu onun bank kart hesabına köçürmüşlər. Onun Təqsirləndirilən şəxs və Parnisə Cəfərovaya verdiyi 14000 manat puldan ümumilikdə 8850 manat pul ona qaytarılsa da qalan 5150 manat pul geri qaytarılmamışdır. Sonradan Zərərçəkmiş şəxs1 oğlunun xx.xx.2025-ci il tarixli ərizəsi ilə bildirmişdir ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəyən ziyan tam olaraq ödənilmiş və ondan heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında proses iştirakçılarının razılığı ilə ibtidai istintaq dövründə zərərçəkmiş şəxs qismində ifadə vermiş Zərərçəkmiş şəxs6 elan edilmiş ifadəsindən görünür ki, o, Zərərçəkmiş şəxs2 ilə əvvəllər eyni hərbi hissədə qulluq etmiş və aralarında tanışlıq münasibətləri olmuşdur. 2021-ci ilin dekabr ayının ortalarında Mirsani ilə söhbət edərkən Mirsaniyə ailə vəziyyətilə əlaqadər olaraq iş yerini Bakı şəhərinə dəyişmək istədiyini demişdir. Həmin vaxt Mirsani yerdəyişmə məsələsi ilə bağlı ona köməklik edə biləcək bir tanışının olduğunu demiş, lakin həmin şəxsin adını deməmişdir. Mirsanidən həmin şəxslə danışmasını və Bakı şəhərində yerləşən hərbi hissələrdən birinə keçirilməyinə köməklik etməsini xahiş etmişdir. Mirsani tanışı ilə danışacağını, yerdəyişmə ilə bağlı həmin şəxsin deyəcəyi məbləği ona bildirəcəyini demişdir. Təxminən 7-8 gün sonra Mirsani ona zəng vurub tanışı ilə danışıb, onu Bakı şəhərində yerləşən hərbi hissələrdən birinə xidməti iş yerini dəyişməyinə görə 9000 manat pul lazım olduğunu demişdir. O, Mirsani ilə razılaşmış və 2021-ci ilin dekabr ayının 29-u və ya 30-u Mirsani ilə “Həzi Aslanov” metrostansiyası yaxınlığında yerləşən kafelərdən birində görüşərək ilkin olaraq 5000 manat pulu tanışına çatdırması üçün Mirsaniyə vermişdir. Həmin vaxt Mirsaninin yanında sonradan adının Nəriman olduğunu bildiyim şəxs də olmuşdur. O, Mirsaniyə 5000 manat verdikdən sonra qalan 4000 manatı 2022-ci ilin fevral ayında verəcəyi barədə razılıq əldə etmişdir. Bundan sonra 2022-ci ilin fevral ayının ortalarında dəqiq yadında qalmayan gündə Mirsani ilə Bakı şəhəri, Nizami rayonu, Neftçilər metrostansiyası yaxınlığında Qara Qarayev prospektində görüşmüş və qalan 4000 manat pulu tanışına çatdırması və onun yerdəyişmə məsələsini həll etməsi üçün Mirsaniyə vermişdir. 2022-ci ilin təxminən aprel və ya may ayında yerdəyişmə etməklə bağlı fikrini dəyişərək Mirsanidən pulunu geri istəmişdir. Mirsani həmin vaxt ona yerdəyişmə işini onunla ilk görüşdə yanında gələn Nəriman adlı şəxsin gördüyünü və ondan aldığı 9000 manat Nərimana verdiyini demişdir. O, Mirsanidən Nərimanın nömrəsini alıb Nərimana zəng vuraraq pulunu geri istəmişdir. Nəriman ona pulu geri qaytaracağını bildirmişdir. Lakin 1-2 gün sonra Nəriman ona zəng edərək pulu verdiyi Ramin adlı şəxsin pulu qaytarmadığını bildirmişdir. O da Nərimana Ramindən hüquq-mühafizə orqanlarına şikayət etməsini, o da şikayətçi kimi iştirak etməyə hazır olduğunu demişdir. 2022-ci ilin iyun ayında Nəriman iş yerini Bakı şəhərində yerləşən hərbi hissələrdən birinə iş yerini dəyişmək adı ilə aldıqları 9000 manat pulu Mirsani vasitəsilə atasına göndərmişdir. Belə ki, məhkəmə iclasında Zərərçəkmiş şəxs6 eitbarnamə üzrə nümayəndəsi X20 ifadəsində bildirmişdir ki, Zərərçəkmiş şəxs6 ilə Təqsirləndirilən şəxs barışmış, təqsirləndirilən şəxs tərəfindən dəyən ziyan ödənilmiş və ona qarşı şikayət və tələbi yoxdur. Məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş Şahid4 ifadəsində bildirmişdir ki, o, Zərərçəkmiş şəxs7 2024-cü ilin yanvar ayının sonlarından tanıyır, Sənanı qonşusu Salman vasitəsi ilə tanımışdır. Salman Kürdəmir rayonundan olmaqla, Sənanın qonşusu olmuşdur. 26 yanvar 2024-cü il tarixdə Salman ilə Kürdəmir rayonuna Şahlar adlı şəxsin ona 2022-ci ildən olan 17000 manat məbləğində borcunu almaq üçün gedirmişlər. Şahları qonşusu Salman yaxşı tanıdığı üçün Salman ilə birlikdə getmişdir. X40 adlı qonşusunun mobil nömrəsini ona verərək, zəng etməyini istəyib, özündə kontur olmadığını demişdir. Bundan sonra Sənana zəng etmişdir. Zəng etdikdən sonra Sənan ilə Kürdəmir rayonunda “Dörd yol” adlanan yerdə yerləşən kafedə görüşmüşlər. Kafedə görüşən zaman X27 ekspertiza mərkəzində stasionar müayinə olunmaq üçün Kürdəmir Polikilinakasından çıxarış vermədiklərini demiş, o isə Sənana kömək edə biləcəyini bildirmişdir. Sənan isə onuun adının psixiloji xəstələrin içərisində qeydiyyatda olmadığını demişdir. O, Sənana kömək edə biləcəyini demişdir. Nahar etdikdən sonra Polikolnikaya getmişlər. Polikilinikada tanımadığı həkimə yönəltmişlər. Həmin həkim Sənana çıxarış verə bilməyəcəyini demişdir. Sənan polikilinikada onun işinə “Şəhid ailələri və qazilərlə iş şöbəsində” işləyən Elvin adlı həkimin baxdığını demişdir. Bundan sonra Elvinin otağına getmişlər. Elvin həkim Sənananın veteran olduğunu öyrəndikdən sonra kömək edəcəyini bildirmişdir. Həmin vaxt Elvin həkim Sənanın adını sistemdə yoxlayıb, həqiqətən veteran olduğunu öyrəndikdən sonra çıxarış verəcəyini demişdir. Bundan sonra onlar Bakı şəhərinə qayıtmışlar. Şahların ona olan borcuna görə birlikdə Şahların ata evinədə getmişlər. Bakı şəhərinə getdikdən bir müddət sonra Sənan aldığı çıxarış ilə Bakı şəhərinə gəlib ona zəng edib Nərimanov rayonuna gedərək çıxarışı orada yerləşən Psixiatrik ekspertiza mərkəzinə verməyi xahiş etmişdir. O, Sənanın dediyini edərək, birlikdə Nərimanov rayonuna getmişlər. Bu hadisənin üzərindən 5-10 gün keçdikdən sonra birlikdə Sənanla birlikdə Məştağaya, Psixiartik ekspertiza mərkəzinə gedib Sənanı qeydiyyatdan keçrmiş, orada Sənana dərmanlar yazmışlar. Sənan dərmanları qəbul etdikdən 10-15 gün sonra yenə Məştağaya gedib komisyadan keçmişdir. Bundan başqa tarixini xatırlamadığı vaxtda Salman ilə birlikdə Faiqi trvamatologiya mərkəzinə gətirmişlər. Bundan sonra Sənanı görməmişdir. 28 fevral 2024-cü il tarixdə Ramin ona zəng edib, Sənanı çağıraraq görüşmək istədiyni bildirmişdir. Ramin əvvəlcədən Sənanla görüşdüyü üçün Sənanın Bakı şəhərində olduğunu deyib, Biləcəri qəsəbəsində kafelərin birində görüşməyi qərara almışlar. Sənan dediyi yerə gəlmişdir. Bir müddət sonra isə Ramində həmin kafeyə gəlmişdir. Sənan Raminə ondan şikayət edəcəyini deyib, pulunu istəmişdir. Ramin isə Sənana şikayət etməməsini və buna görə də, aldığı pul barəsində kağıza qeyd edib, həmin kağızı Sənana verəcəyini demişdir. O da Sənana Raminin onun kreditini ödəyəcəyini demişdir. Ramində onun sözünü təsdiqləmişdir. Bundan sonra Sənanda Raminlə razılaşmış və kağızı götürüb getmişdir. Bu hadisədən sonra Ramin ona 150 vermişdir ki, Sənanın kreditini ödəsin. O, 150 manat Sənanın bank kartına köçürmüşdür. Məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, o, təxminən 10 ildir Təqsirləndirilən şəxs tanıyır, aralarında tanışlıq münasibətləri vardır. Zərərçəkmiş şəxs1 isə tanımır, onunla heç vaxt görüşməmişdir. Şahid2 isə bir dəfə Nərimanov rayonu ərazisində olan “MADO” kafesində olarkən Raminin yanında görmüşdür. Söhbət zamanı Pərnisə “MİDA” tərəfindən inşa olunan sosial evlərlə maraqlandıqda mən kompüter proqramlarını yaxşı bildiyi üçün sosial evlərin kompüterdə qeydiyyatdan keçməsində köməklik edə biləcəyini bildirmişdir. Bundan bir müddət sonra Təqsirləndirilən şəxs onunla əlaqə saxlayıb Zərərçəkmiş şəxs1 “MİDA” tərəfindən inşa edilən evlərin əldə edilməsi üçün kompüterdə qeydiyyatdan keçirməyini xahiş edib Simanın sənədlərinin surətini ona göndərmiş, o da təmənnasız olaraq Simanın məlumatlarını sistemə daxil etmişdir. Təxminən 10 gün keçmiş “MİDA”-dan Simanın müraciətinə imtina gəlmişdir. O, bu barədə Təqsirləndirilən şəxs məlumat vermişdir. Bundan sonra Sima onunla əlaqə saxlayıb maraqlandıqda o, elmi dərəçəsi olmayan həkim və müəllimlərin, eləcə də onun adının siyahıdan çıxarıldığını söyləmişdir. Bundan bir müddət keçmiş onu Xətai rayon polis idarəsinin 35-ci polis bölməsinə dəvət etdikdə o, Simanın “MİDA” tərəfindən inşa edilmiş sosial evlərdən mənzil əldə etməkdə köməklik etmək üçün Ramin və ya Pərnisəyə hansısa məbləğdə pul verdiyini, sonradan mənzil verilmədiyinə baxmayaraq pulların geri qaytarılmadığını öyrənmişdir. Hadisə ilə bağlı izahat vermiş və Təqsirləndirilən şəxs xahişi ilə Zərərçəkmiş şəxs1 “MİDA” tərəfindən inşa edilən evlərin əldə edilməsi üçün kompüterdə qeydiyyat keçirdiyini, buna görə heç bir məbləğdə pul almadığını bildirmişdir. Məhkəmə iclasında proses iştirakçılarının razılığı ilə ibtidai istintaq dövründə zərərçəkmiş şəxs qismində ifadə vermiş Zərərçəkmiş şəxs4 elan edilmiş ifadəsindən görünür ki, 2015-2019-cu illərdə Ali Hərbi Məktəbdə təhsil almış, AHM bitirdikdən sonra Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinə təyinat almışdır. “N günlük Vətən müharibəsi”nin iştirakçısıdır. Hazırda Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsində baş leytenant kimi xidmətini davam etdirir. Mahiyyəti üzrə bildirmişdir ki, təxminən 2021-ci ilin iyul ayında tanışı, onunla birlikdə Ali Hərbi Məktəbdə təhsil almış Şahid3 Fariz oğlu ilə mobil telefon danışığı zamanı müharibə müddətində yararlandığını və Müdafiə Nazirliyinin Hərbi Hospitalında əlillik dərəcəsinin verilməsində süründürməçiliyə məruz qaldığını bildirmiş və Nərimanın artıq əlillik dərəcəsi aldığını bildiyindən bu işdə ona köməklik etməsini xahiş etmişdir. Nəriman bu işlə maraqlanacağını bildirmişdir. Təxminən bir-iki gün keçmiş Nəriman ona zəng vuraraq Təqsirləndirilən şəxs adlı tanışının olduğunu, Raminin Müdafiə Nazirliyində çalışan adını ona bildirmədiyi yüksək vəzifəli şəxslə yaxın münasibətdə olduğunu, bu işdə ona köməklik göstərmək müqabilində Raminin 3000 manat məbləğində pul tələb etdiyini bildirmişdir. Bu telefon danışığından təxminən bir həftə keçdikdən sonra o, Bakı şəhərinə məzuniyyətə gəlmişdir. Bakı şəhərində metronun “Həzi Aslanov” stansiyasının yaxınlığında o, Şahid3 və Təqsirləndirilən şəxs görüşmüşlər. Söhbət zamanı Ramin bir daha Müdafiə Nazirliyində çalışan yüksək vəzifəli şəxslə yaxın münasibətdə olduğunu, ona əlillik dərəcəsinin təyin olunması müqabilində köməklik göstərmək üçün 3000 manat məbləğində pul lazım olduğunu bildirmişdir. O, Raminin tələb etdiyi 3000 manat pulu cibindən çıxarıb şəxsən Təqsirləndirilən şəxs vermişdir. Bundan sonra bir neçə dəfə Raminlə əlaqə saxlayıb işlərin nə yerdə olması ilə maraqlanmışdır. Ramin müxtəlif bəhanələr gətirərək vədinə əməl etməmiş və ona verdiyi 3000 manat pulu da geri qaytarmamışdır. Təqsirləndirilən şəxsla ***-***-**-** və ***-***-**-** saylı mobil nömrələri ilə əlaqə yaratmışdır. Təqsirləndirilən şəxs danışıqlar zamanı Müdafiə Nazirliyində çalışan tanışının adını bildirməmişdir. Qeyd etmişdir ki, Təqsirləndirilən şəxs Şahid3 vasitəsilə tanıdığı üçün o, pulunu Nərimandan geri tələb etmişdir. Nəriman onun verdiyi 3000 manat pulu özü ödəmişdir. Lakin həmin puları Təqsirləndirilən şəxs geri ala bilmədiyi üçün Nəriman da hüquq mühafizə orqanlarına şikayət etmişdir. Məhkəmə iclasında proses iştirakçılarının razılığı ilə ibtidai istintaq dövründə zərərçəkmiş şəxs qismində ifadə vermiş Zərərçəkmiş şəxs3 elan edilmiş ifadəsindən görünür ki, 2015-2019-cu illərdə Heydər Əliyev adına Ali Hərbi Məktəbdə təhsil almışdır. AHM bitirdikdən sonra Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinə təyinat almışdır. Halhazırda həmin hərbi hissədə xidmət aparır. Şahid3 Heydər Əliyev adına Ali Hərbi Məktəbdə oxuduğu dövrdə tanımış, onunla normal münasibətləri olmuşdur, aralarında heç bir düşmənçilik və ədavət olmamışdır. Şahid3 ilə oxuduğu dövrdə yaxın dostluq münasibətləri olmuşdur. AHM bitirdikdən sonra əlaqələri kəsməmiş və mütəmadi olaraq mobil telefon vasitəsi ilə tez-tez əlaqə saxlamışlar. Təxminən 2021-ci ilin avqust ayının ortalarında Şahid3 ilə “Whatsapp” proqramı vasitəsi ilə danışıq zamanı xidmət apardığı hərbi hissədə vəzifəsindən narazı olduğunu, həmin hərbi hissə daxilində vəzifəsini dəyişmək istədiyini bildirmiş, həmçinin sonuncunun bu işdə ona kömək etməsini xahiş etmişdir. Nəriman ona qeyd olunan məsələlərlə məşğul olan bir nəfər tanışından maraqlanacağını bildirmişdir. Qeyd olunan danışıqdan təxminən 3 gün keçdikdən sonra Şahid3 onunla əlaqə saxlayaraq qulluq etdiyi hərbi hissə daxilində vəzifəsinin dəyişdirilməsində kömək göstərilməsi barədə Ramin adlı tanışı ilə danışdığını və sonuncu bu işdə köməklik göstərilməsi müqabilində 9000 manat məbləğində pul tələb etdiyini bildirmişdir. O, Nərimanla razılaşmışdır. 16 avqust 2021-ci il tarixdə Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsində Şahid3 ilə görüşmüş və qulluq etdiyi hərbi hissədə yerininin dəyişdirilməsində köməklik göstərməsi müqabilində Ramin adlı şəxsin tələb etdiyi 9000 manat məbləğində pulu Nərimana vermişdir. Təxminən 2022-ci ilin aprel ayınadək xidmət etdiyi yerin dəyişdirilmədiyini gördükdə Şahid3 ilə əlaqə saxlamış və pulu geri tələb etmişdir. Nəriman Ramin adlı şəxsdən verdiyi 9000 manat məbləğində pulu geri alacağına söz vermiş, lakin pulları geri qayıtmamışdır. Əlavə olaraq bildirmişdir ki, 2022-ci ilin iyun ayının ortalarında Şahid3 verdiyi 9000 manat məbləğində puldan 2000 manat, avqust ayında isə yerdə qalan 7000 manat pulu ona geri qaytarmışdır. Əlavə suallara cavab olaraq bildirmişdir ki, Ramin adlı şəxsi görməmiş və telefon vasitəsi ilə əlaqə saxlamamışdır. Məhkəmə iclasında proses iştirakçılarının razılığı ilə ibtidai istintaq dövründə zərərçəkmiş şəxs qismində ifadə vermiş Zərərçəkmiş şəxs2 elan edilmiş ifadəsindən görünür ki, o, 2015-2019-cu illərdə Heydər Əliyev adına Ali Hərbi Məktəbdə təhsil almışdır. AHM bitirdikdən sonra Müdafiə Nazirliyinin Kürdəmir rayonunda yerləşən N saylı hərbi hissəsinə təyinat almış və “N günlük Vətən müharibəsi”-nin iştirakçısıdır. 2021-ci ilin dekabr ayından hazır ki, dövrədək Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsində yerləşən N saylı hərbi hissədə baş aviasiya texniki vəzifəsində çalışır. Şahid3 Heydər Əliyev adına Ali Hərbi Məktəbdə oxuduğu dövrdə tanımış, onunla normal münasibətləri olmuş, aralarında heç bir düşmənçilik və ədavət olmamışdır. Təxminən 2021-ci ilin avqustsentyabr aylarında Şahid3 ilə telefon danışığı zamanı Ali Hərbi Məktəbdə kursant olan qohumu X6 aviasiya sahəsində təhsil alması üçün köməklik etməsini xahiş etmişdir. Nəriman bir neçə gün sonra ona zəng edərək tanışı Təqsirləndirilən şəxs adlı şəxsin Müdafiə Nazirliyində çalışan yüksək vəzifəli şəxslərlə əlaqələrinin olduğunu, onların vasitəsilə qeyd edilən məsələdə köməklik edə biləcəyini və bunun müqabilində 5000 manat pul tələb etdiyini bildirmişdir. O, qohumu X14 şəhərində yaşayan valideynləri ilə danışdıqdan sonra onlar razılaşmış və 5000 manat məbləğində pulu ona göndərmişlər. Təxminən 2021-ci ilin sentyabr ayının əvvəllərində metronun “Həzi Aslanov” stansiyasının yaxınlığında Nərimanla görüşmüş və 5000 manat məbləğində pulu Nərimana vermişdir. Nəriman isə həmin məbləği tanışı Təqsirləndirilən şəxs verəcəyini demişdir. Təxminən 1 ay sonra Nəriman Naxçıvan MR-da olarkən telefonla danışan zaman öz xidmət yerini də dəyişmək istədiyini demişdir. Nəriman Təqsirləndirilən şəxsla danışıb xəbər edəcəyini demişdir. Bir müddət sonra Nəriman onunla əlaqə saxlayaraq Təqsirləndirilən şəxs hazırda xidmət etdiyi hərbi hissə daxilində yerinin dəyişdirilməsi müqabilində 7000 manat məbləğində pul tələb etdiyini demişdir. O, razılaşmış və Nəriman ona Təqsirləndirilən şəxs telefon nömrəsini vermişdir. O da, Təqsirləndirilən şəxs zəng edərək sentyabr ayının axırlarında Yasamal rayonu ərazisində Tibb kollecinin yanındakı avtobus dayanacağında Raminlə görüşmüş və tələb etdiyi 7000 manat məbləğində pulu Raminə vermişdir. Təqsirləndirilən şəxs təxminən 1-2 ay ərzində məsələni həll ediləcəyini demişdir. Təxminən 2021-ci ilin oktyabr ayında o, yenidən Nərimanla danışaraq tanışı Zərərçəkmiş şəxs6 da xidmət yerini dəyişmək istədiyini bildirmişdir. Nəriman Təqsirləndirilən şəxsla danışdıqdan sonra sonuncunun 9000 manat pul tələb etdiyini demişdir. Bir neçə gün sonra Nərimanla birlikdə Təqsirləndirilən şəxsla metronun “Neftçilər” stansiyası yaxınlığında görüşmüş və o, 9000 manat məbləğində pulu Raminə vermişdir. Təxminən 2022-ci ilin mart ayında o, işin gecikdiyinə görə Nərimandan Təqsirləndirilən şəxsla danışmasını və verdikləri pullari geri qaytarmasını istəmişdir. Daha sonra isə özü Raminlə danışmışdır. Ramin yaxın vaxtlarda aldığı pul vəsaitlərini qaytaracağını bildirsə də, hər hansı məbləğdə pul qaytarmamışdır. Əlavə suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs onunla danışıqlar zamanı tanışı, Müdafiə Nazirliyində xidmət edən yüksək vəzifəli şəxsin kim olduğunu açıqlamamışdır. Qeyd etdiklərini təsdiq edəcək hər hansı sübutu olmasa da, Nəriman dediklərini təsdiq edə bilər. Təqsirləndirilən şəxs tez-tez mobil telefon nömrələrini dəyişdiyi üçün onunla hansı nömrə ilə əlaqə saxladığını unutmuşdur. O, Nəriman vasitəsilə Təqsirləndirilən şəxs qohumu Sənan Süleymanlının 5000 manat pulunu, ikinci dəfə şəxsən özü Təqsirləndirilən şəxs öz pulu olan 7000 manat pulu və üçüncü dəfə də yenə şəxsən özü dostu Zərərçəkmiş şəxs6 9000 manat pulunu vermişdir. Ümumilikdə Təqsirləndirilən şəxs onun etibarından sui-istifadə edərək 21000 manat pulunu aldadaraq alıb ələ keçirmişdir. Təqsirləndirilən şəxs ona heç bir məbləğdə pul qaytarmamışdır. O, Təqsirləndirilən şəxs Şahid3 vasitəsilə tanıdığı üçün pulunu Nərimandan geri tələb etmişdir. Nəriman onun verdiyi 7000 manat pulu, Sənan Süleymanlının 5000 manat pulunu və Zərərçəkmiş şəxs6 9000 manat pulunu özü ödəmişdir. Lakin həmin pulları Təqsirləndirilən şəxs geri ala bilmədiyi üçün hüquq mühafizə orqanlarına da Nəriman şikayət etmişdir. Məhkəmə iclasında proses iştirakçılarının razılığı ilə ibtidai istintaq dövründə zərərçəkmiş şəxs qismində ifadə vermiş Zərərçəkmiş şəxs5 elan edilmiş ifadəsindən görünür ki, o, 2017-ci ildən 2019-cu ilədək Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin 4cü taboru 14-cü bölük 3-cü tağımında tağım komandirinin müavini vəzifəsində xidmət etmişdir. 05 fevral 2019-cu ildə tibbi-müayinədən keçən zaman qanımda narkotik vasitə aşkar olunduğundan xidmətdən azad edilmişdir. Lakin o, heç vaxt narkotik vasitə qəbul etmədiyindən xidmətdən azad olunmağndan narazı olduğum üçün işə bərpa olunmaq üçün ona kömək edə biləcək şəxs axtarmağa başlamışdır. Həmin ərəfədə qardaşımın dostu Piriküşkül qəsəbəsində yerləşən hərbi hissədə hərbiçi kimi xidmət edən X25 bu işdə ona Təqsirləndirilən şəxs kömək edə biləcəyini söyləyib onu Təqsirləndirilən şəxs ilə tanış etmişdir. O, 2021-ci ilin oktyabr ayında Ramin ilǝ metronun “Memar Əcəmi” stansiyasının yaxınlığında görüşərək Ramiinlı söhbət etmişdir. Ramin ona xidmətə bərpa olunacağına köməklik edə biləcəyini söyləmiş və bu işə görə 5000 manat pul lazım olduğunu bildirmişdir. O, Raminlə razılaşmış və Raminin ona verdiyi bank kartının hesabına ilkin olaraq 20 oktyabr 2021-ci il tarixdə 2000 manat pul köçürtmüşdür. Bundan sonra 22 oktyabr 2021-ci il tarixdə dǝ Ramin ilə metronun “Memar Əcəmi” stansiyasının yaxınlığında görüşərək qalan 1000 manat pulu şəxsən Raminə vermişdir. Ramin həmin pulu aldıqdan sonra ondan 5000 manat pul alması barədə öz xətti ilə qəbz yazaraq ona təqdim etmişdir. Bir müddət sonra o, bir müddət sonra bərpa olunmadığını görüb mütəmadi olaraq Raminə zənglər etməyə başladım. Ramin hər dəfə müxtəlif bəhanələr gətirərək işinin alinmadığını bildirmişdir. Sonra isə onun məhkəmə qaydasında xidmətə bərpa olunmağına köməklik göstərəcəyini bildirmiş və ona özünü hərbiçi kimi təqdim edən Natiq adlı şəxs ilə tanış etmişdir. O, Natiq ilə işi barədə söhbət aparmış, Ramin və Natiqin məsləhəti ilə müvafiq sənədləri toplayıb Sumqayıt İnzibati-iqtisad Məhkəməsinə müraciət etmişdir. Məhkəmə tərəfindən iddiası təmin olunmadığından Sumqayıt Apellyasiya məhkəməsinə müraciət etmişdir. Lakin heç bir müsbət naticǝ əldə olunmamışdır. Bundan sonra Ramin və Natiq onu Ceyhun adlı şəxs ilə tanış edərək ona köməklik göstərəcəyini bildirmişlər. O, Natiqin iştirakı ilə Ali Məhkəmənin yaxınlığında Ceyhun ilə görüşmüşdür. Görüş zamanı Ceyhun özünü ona Ali Məhkəmənin əmakdaşı kimi təqdim edərək onun Ali Məhkəmənin qərarı ilə işə bərpa olunacağına dair köməklik göstərəcəyini bildirmişdir. Bir müddət keçməsinə baxmayaraq ona qeyd şəxşlərin heç biri köməklik göstərməmişdir. Sonra Ali Məhkəmədən Şahin Qəhrəmanov adlı şəxs zəng ona edərək məhkəməyə dəvət etmiş və məhkəməyə onun adından saxta sənədlər verildiyini bildirmişdir. Bundan sonra ona məlum olmuşdur ki, Ceyhun onun adından ona məlum olmayan saxta sənədləri Ali Məhkəməyə təqdim etmişdir. Onun aidiyyatı qurumlara şikayət etdiyini bildikdən sonra 27 avqust 2023-cü il tarixdə Ceyhun onun yaşadığım evə gələrək 4000 manat pulu valideynlərinə geri qaytarmış, qalan 1000 manatı isə geri qaytarmaq üçün 1 həftə vaxt istəmişdir. Təxminən 1 həftə sonra Ramin onun qardaşının adına rəsmiləşdirilmiş bank kartının hesabına 1000 manat pul göçürtmüşdür. Məhkəmə iclasında proses iştirakçılarının razılığı ilə ibtidai istintaq dövründə şahid qismində ifadə vermiş Şahid3 Fariz oğlunun elan edilmiş ifadəsindən görünür ki, 2015- 2019-cu illərdə Ali Hərbi Məktəbdə olmuşdur. AHM-i bitirdikdən sonra Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsinə təyinat almışdır. N günlük Vətən müharibəsinin iştirakçısıdır, müharibə müddətində ağır yararlanmış, nəticədə əmək qabiliyyətini itirmişdir. 31 may 2021-ci il tarixdə hərbi xidmətdən tərxis olunmuş və ona İ qrup əlillik dərəcəsi təyin olunmuşdur. Hal-hazırda rəsmi olaraq işsizdir. Əlillik dərəcəsi üçün müvafiq sənədləri toplayan zaman dostu Mehdi adlı şəxs vasitəsi ilə Təqsirləndirilən şəxsla tanış olmuşdur. Bakı şəhərini yaxşı tanımadığı üçün tanışı Mehdi ona Təqsirləndirilən şəxs telefon nömrəsini vermiş, X7isi kimi təqdim etmiş və nə problemi olsa Raminə müraciət etməsini tövsiyə etmişdir. Əlillik dərəcəsi üçün müvafiq sənədləri topladığı müddətdə Müdafiə Nazirliyinin Mənzil İstismar Xidmətinin inzibati binasının yerini bilmədiyi üçün Təqsirləndirilən şəxsla əlaqə saxlamış və sonuncu ilə Bakı Dövlət Universitetinin yaxınlığında görüşmüşdür. Ramin ona köməklik etmiş, nəticədə Təqsirləndirilən şəxsla aralarında dostluq münasibəti yaranmışdır. Təxminən 2021-ci ilin aprel ayında Təqsirləndirilən şəxsla metronun “Elmlər Akademiyası” stansiyasının yaxınlığında görüşmüş və sonuncu söhbət əsnasında Müdafiə Nazirliyində işləyən yüksək vəzifəli şəxslə tanış olduğunu və həmin şəxsə pul vermək müqabilində Müdafiə Nazirliyində xidmət aparan zabitlərinin qulluq etdikləri hərbi hissələrindən digər bölgələrə köçürmələrini təşkil edə bildiyini qeyd etmişdir. Təxminən 2021-ci ilin iyul ayında Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsində qulluq edən tanışı Zərərçəkmiş şəxs4 ilə mobil telefon danışığı zamanı sonuncu müharibə müddətində yararlandığını və Müdafiə Nazirliyinin Hərbi Hospitalında əlillik dərəcəsinin verilməsində süründüyünü bildirmiş və bu işdə ona köməklik etməsini xahiş etmişdir. O, İsmayılla razılaşaraq bu işlə maraqlanacağını bildirmişdir. Bundan sonra, istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsi ilə Təqsirləndirilən şəxs məxsus ***-***-**-** nömrəli mobil telefon ilə əlaqə saxlayaraq Zərərçəkmiş şəxs4 problemi barədə danışmış və Müdafiə Nazirliyində çalışan yüksək vəzifəli şəxs olan tanışından maraqlanmasını Ramin Şirindovdan xahiş etmişdir. Təqsirləndirilən şəxs onunla razılaşmışdır. Təxminən bir gün keçdikdən sonra Təqsirləndirilən şəxs onunla əlaqə saxlayıb Zərərçəkmiş şəxs4 işi barədə Müdafiə Nazirliyində çalışan yüksək rütbəli tanışı ilə danışdığını və bu işdə köməklik göstərmək müqabilində sonuncunun 3000 manat məbləğində pul tələb etdiyini bildirmişdir. Bu telefon danışığından təxminən bir həftə keçdikdən sonra Zərərçəkmiş şəxs4 Bakı şəhərinə məzuniyyətə gəlmişdir. Bakı şəhərində metronun “Həzi Aslanov” stansiyasının yaxınlığında o, Zərərçəkmiş şəxs4 və Təqsirləndirilən şəxs görüşmüşlər. Ramin əlillik dərəcəsinin təyin olunması müqabilində tələb etdiyi 3000 manat pulu Zərərçəkmiş şəxs4 şəxsən almışdır. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs4 aldığı 3000 manat məbləğdə puldan ona heç bir məbləğdə pul verməmişdir. Təxminən 2021-ci ilin avqust ayında Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsində qulluq edən tanışı Zərərçəkmiş şəxs3 ilə mobil telefon danışığı zamanı, sonuncu qulluq etdiyi hərbi hissənin daxilində yerindən narazı olduğunu və dəyişmək istədiyini bildirmiş və bu işdə ona köməklik etməsini xahiş etmişdir. O, Elvinlə razılaşaraq bu işdə köməklik göstərəcəyini vəd verməsə də, tanış axtaracağını bildirmişdir. Nəticədə o, Təqsirləndirilən şəxs məxsus ***-***-**-** nömrəli mobil telefon ilə əlaqə saxlayaraq, sonuncunun əvvəllər Müdafiə Nazirliyində çalışan yüksək vəzifəli şəxslə tanış olduğunu deməsini xatırlatmış və tanışı Zərərçəkmiş şəxs3 Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsində qulluq etdiyini, yerini dəyişməkdə ona kömək etməsini Ramindən xahiş etmişdir. Təqsirləndirilən şəxs bu işlə bağlı Müdafiə Nazirliyində çalışan yüksək rütbəli tanışından maraqlanacağına söz vermişdir. Bu danışıqdan təxminən 1-2 gün keçdikdən sonra, Təqsirləndirilən şəxs onunla əlaqə saxlayaraq Zərərçəkmiş şəxs3 işi barədə Müdafiə Nazirliyində çalışan yüksək rütbəli tanışı ilə danışdığını və bu işdə köməklik göstərmək müqabilində sonuncunun 9000 manat məbləğində pul tələb etdiyini bildirmişdir. Zərərçəkmiş şəxs3lə əlaqə saxlamış və Təqsirləndirilən şəxs dediklərini çatdırmışdır. Zərərçəkmiş şəxs3 onunla razılaşmışdır. Təxminən bir həftə keçdikdən sonra Bakı şəhəri, Qala kəndində Zərərçəkmiş şəxs3lə görüşərək onun qulluq etdiyi hərbi hissədə yerinin dəyişdirilməsi müqabilində Təqsirləndirilən şəxs tələb etdiyi 9000 manat məbləğində pulu almışdır. Həmin gün axşam Təqsirləndirilən şəxsla Bakı şəhəri, Xətai rayonunda yerləşən “Ağ şəhər” kafesində görüşərək sonuncunun Zərərçəkmiş şəxs3 Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsində qulluq etdiyi yerin dəyişdirilməsi müqabilində tələb etdiyi 9000 manat məbləğdə pulu Raminə vermişdir. Bir neçə gün keçmiş Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs3 işinə görə aldığı 9000 manat puldan ona 300 manat pul vermişdir. Təxminən 2021-ci ilin sentyabr ayında Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsində qulluq edən tanışı X21 ilə mobil telefonla danışarkən sonuncu qulluq etdiyi hərbi hissədən digər bölgələrə köçürülməsində köməklik göstərməsini xahiş etmişdir. O, bu işlə maraqlanacağını bildirmişdir. X28 “Whatsapp” ani mesajlaşma proqramı vasitəsi ilə əlaqə saxlamış və tanışı Musa Avacəlilovun istəyi barədə məlumat vermişdir. Təqsirləndirilən şəxs Müdafiə Nazirliyində çalışan yüksək rütbəli tanışı ilə Musa Avacəlilovun istəyi barədə danışacağına söz vermişdir. Həmin gün axşam Təqsirləndirilən şəxs onunla əlaqə saxlayaraq Müdafiə Nazirliyində çalışan yüksək rütbəli tanışı ilə danışdığını və Musa Avacəlilovun probleminin həlli müqabilində 12500 manat məbləğində pul tələb etdiyini bildirmişdir. Bundan sonra o, Musa Avacəlilovla əlaqə saxlamış və qulluq etdiyi hərbi hissədən digər bölgələrə köçürülməsində köməklik göstərmək müqabilində Təqsirləndirilən şəxs 12500 manat məbləğdə pul tələb etdiyi barədə məlumat vermişdir. Musa Avacəlilov onunla razılaşmış və növbəti gün yer dəyişməsi üçün Təqsirləndirilən şəxs tələb etdiyi 12500 manat məbləğində pulu tanımadığı şəxs vasitəsi ilə ona göndərmişdir. O isə, Təqsirləndirilən şəxsla metronun “Nəriman Nərimanov” stansiyası ilə üzbəüzdə yerləşən parkın yanında görüşərək Musa Avacəlilovun işinə görə göndərdiyi pulu Təqsirləndirilən şəxs vermişdir. Təxminən iki gün sonra Təqsirləndirilən şəxs Musa Avacəlilovun işinə görə aldığı 12500 manat puldan ona 500 manat pul vermişdir. Təxminən 2021-ci ilin sentyabr ayında, əvvəllər Ali Hərbi Məktəbdə onunla birgə təhsil alan Zərərçəkmiş şəxs2 ona zəng vuraraq Ali Hərbi Məktəbdə kursant olan qohumu X6 ixtisas seçimində köməklik etməsini xahiş etmişdir. O, bu işlə maraqlanacağını bildirmişdir. X31 əlaqə saxlayaraq Sənna Süleymanlının işində köməklik göstərməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs Sənan Süleymanlının işində köməklik göstərilməsi üçün Müdafiə Nazirliyində çalışan yüksək rütbəli şəxslə danışacağına söz vermişdir. Təxminən bir gün keçdikdən sonra Təqsirləndirilən şəxs “Whatsapp” proqramı vasitəsi ilə onunla əlaqə saxlayıb Sənan Süleymanlının problemi barədə Müdafiə Nazirliyində çalışan yüksək rütbəli şəxslə danışdığını, bu işin həlli müqabilində sonuncunun 5000 manat məbləğində pul tələb etdiyini bildirmişdir. O isə, öz növbəsində Zərərçəkmiş şəxs2la əlaqə saxlamış və Təqsirləndirilən şəxs dediklərini çatdırmışdır. Mirsani onunla razılaşmışdır. Təxminən 10 gün keçdikdən sonra tanışı Zərərçəkmiş şəxs2 metronun “Həzi Aslanov” stansiyasının yaxınlığında onunla görüşərək Təqsirləndirilən şəxs tələb etdiyi 5000 manat məbləğində pulu ona vermişdir. Həmin gün Təqsirləndirilən şəxsla əlaqə saxlamış və Bakı şəhəri, Badamdar qəsəbəsində görüşərək Sənan Süleymanlının təhsil aldığı Ali Hərbi Məktəbdə ixtisasının dəyişdirilməsi üçün tələb etdiyi 5000 manat məbləğində pulu Raminə vermişdir. Təxminən iki gün keçmiş Təqsirləndirilən şəxs Sənan Süleymanlının işinə görə aldığı 5000 manat puldan ona 500 manat pul vermişdir. Təxminən 2021-ci ilin sentyabr ayında Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsində qulluq edən tanışı Zərərçəkmiş şəxs2 ilə mobil telefon danışığı zamanı qulluq etdiyi hərbi hissənin daxilində yerindən narazı olduğunu və dəyişmək istədiyini bildirmiş və bu işdə köməklik etməsini xahiş etmişdir. O, razılaşaraq bu işdə köməklik göstərəcəyini vəd verməsə də, tanış axtaracağını bildirmişdir. X31 əlaqə saxlayaraq Zərərçəkmiş şəxs2 işində köməklik göstərməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 işində köməklik göstərilməsi üçün Müdafiə Nazirliyində çalışan yüksək rütbəli şəxslə danışacağına söz vermişdir. Təxminən 10 gün keçdikdən sonra Təqsirləndirilən şəxs “Whatsapp” proqramı vasitəsi ilə onunla əlaqə saxlayıb Zərərçəkmiş şəxs2 problemi barədə Müdafiə Nazirliyində çalışan yüksək rütbəli şəxslə danışdığını, bu işin həlli müqabilində sonuncunun 7000 manat məbləğində pul tələb etdiyini bildirmişdir. O isə, öz növbəsində Zərərçəkmiş şəxs2la əlaqə saxlamış və Təqsirləndirilən şəxs dediklərini danışmışdır. Mirsani onunla razılaşmışdır. Təxminən 5 gün keçdikdən sonra Zərərçəkmiş şəxs2 Rmin Şironovla görüşüb sonuncunun tələb etdiyi 7000 manat məbləğdə pulu vermişdir. O, Naxçıvan Muxtar Respublikasında olduğu üçün Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs2 özləri görüşmüşlər. O, Bakıya qayıtdıqdan sonra Təqsirləndirilən şəxs onunla görüşərək Zərərçəkmiş şəxs2 işinə görə aldığı 7000 manat puldan ona 200 manat pul vermişdir. Təxminən 2021-ci ilin oktyabr ayında Zərərçəkmiş şəxs2 onunla əlaqə saxlayıb Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsində qulluq edən tanışı Zərərçəkmiş şəxs6 qulluq etdiyi hərbi hissədən digər bölgələrə köçürülməsində köməklik göstərməsini xahiş etmişdir. O, bu işlə maraqlanacağını bildirmişdir. Ramin Şironovla əlaqə saxlayaraq Zərərçəkmiş şəxs6 işində köməklik göstərməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs6 işində köməklik göstərilməsi üçün Müdafiə Nazirliyində çalışan yüksək rütbəli şəxslə danışacağına söz vermişdir. Təxminən 5 gün keçdikdən sonra Təqsirləndirilən şəxs “Whatsapp” proqramı vasitəsi ilə onunla əlaqə saxlayıb Zərərçəkmiş şəxs6 problemi barədə Müdafiə Nazirliyində çalışan yüksək rütbəli şəxslə danışdığını, bu işin həlli müqabilində sonuncunun 9000 manat məbləğində pul tələb etdiyini bildirmişdir. O, öz növbəsində Zərərçəkmiş şəxs2la əlaqə saxlamış və Təqsirləndirilən şəxs dediklərini ona danışmışdır. Mirsani onunla razılaşmışdır. Təxminən 5 gün keçdikdən sonra Zərərçəkmiş şəxs2 onun iştirakı ilə Ramin Şironovla görüşüb sonuncunun tələb etdiyi 9000 manat məbləğində pulu vermişdir. Bir neçə gün sonra Təqsirləndirilən şəxs onunla görüşərək Zərərçəkmiş şəxs6 işinə görə aldığı 9000 manat puldan ona 500 manat pul vermişdir. Bundan sonra 25 aprel 2022-ci ildə yuxarıda qeyd etdiyi şəxslərin işlərinin yubandığını gördükdə narahat olmağa başlamış və Təqsirləndirilən şəxsla dəfələrlə əlaqə saxlayıb maraqlanmış, lakin müsbət nəticə əldə olunmadığı üçün tanışları verdikləri pulları ondan tələb etməyə başlamışlar. O, öz növbəsində Təqsirləndirilən şəxs ümumilikdə verilmiş 45500 manat məbləğində pulu geri tələb etmiş, lakin sonuncu həmin pulu Müdafiə Nazirliyində çalışan yüksək rütbəli tanışına verdiyini bildirmiş və 2022-ci ilin may ayına kimi işlərin həll olunacağını, əks təqdirdə aldığı pulları geri qaytaracağını vəd vermişdir. May ayına kimi Təqsirləndirilən şəxs yuxarıda qeyd etdiyi şəxslərin işlərini həll etmədiyi və pulları geri qaytarmadığı üçün anası Şahid2 Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə müraciət etmişdir. Məhkəmə iclasında proses iştirakçılarının razılığı ilə ibtidai istintaq dövründə şahid qismində ifadə vermiş Şahid2 elan edilmiş ifadəsindən görünür ki, qaynı Fazil Əhmədli övladı Şahid3 körpəlikdə atdığı üçün o, Nərimanı qeyri-rəsmi övladlığa götürmüş və halhazıradək birlikdə yaşayırlar. Şahid3 “N günlük Vətən Müharibəsi”nin qazisidir. Təxminən 2021-ci ilin payız aylarında Şahid3 özünü fikirli apardığı və mütəmadi olaraq telefonda kiminləsə mübahisə etdiyi üçün o, narahat olaraq sonuncunun problemləri ilə maraqlanmağa başlamışdır.Şahid3 söhbət əsnasında ona bildirmişdir ki, tanışları Ramin və Natiq adlı şəxslər ona müraciət edərək Müdafiə Nazirliyində işləyən yüksək vəzifəli şəxslə tanış olduqlarını və həmin şəxsə pul vermək müqabilində Müdafiə Nazirliyində xidmət aparan zabit və MAXE şəxslərin qulluq etdikləri hərbi hissələrdən digər bölgələrə köçürmələrində köməklik edə bildiklərini demişlər. Bundan sonra Nəriman anket məlumatları ona məlum olmayan tanışlarından qeyd edilən məqsədlə müxtəlif məbləğlərdə pul alaraq Ramin və Natiqə verdiyini və pul verən şəxslərin işi düzəlmədiyi üçün həmin şəxslərin verdikləri pulları hal-hazırda ondan geri tələb etdiklərini demişdir. Təxminən 2022-ci ilin iyul ayında o, Nərimandan Natiqin mobil telefon nömrəsini alaraq istifadəsində olan ***-***-**-** nömrə ilə Natiqin istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə zəng vurub Nərimandan yuxarıda qeyd edilən məqsədlə alınmış pulları geri qaytarmasını tələb etmişdir. Söhbət əsnasında Natiq Nərimandan qeyd edilən məqsədlə pullar aldığını etiraf edib aldığı pulları 1 həftə ərzində geri qaytaracağına söz vermişdir. Lakin bu söhbətdən xeyli müddət keçməsinə baxmayaraq Natiq verdiyi vədə əməl etməmiş, müxtəlif bəhanələr gətirərək aldığı pulları qaytarmaqdan yayınmışdır. Bu səbəbdən o, məcbur olub Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin qaynar xətti ilə əlaqə saxlayıb həmin şəxslərin qanunsuz hərəkətləri barədə məlumat vermişdir. Əlavə olaraq bildirmişdir ki, Şahid3 ona müraciət edən ümumilikdə 6 nəfər hərbçinin xidmət yerlərinin dəyişdirilməsi müqabilində müxtəlif məbləğlərdə pul alaraq həmin pulları Təqsirləndirilən şəxs və X18 verərək onların vasitəsi ilə işləri həll etmək istəmişdir. Lakin, Ramin və Natiq vədlərinə əməl etməyərək Nərimandan aldıqları pulları ələ keçirmişlər. Belə ki, Şahid3 2021-ci ilin iyul ayında Zərərçəkmiş şəxs4 əlillik dərəcəsinin təyin olunması üçün 3000 manat alaraq həmin pulu Nərimanın deməsinə görə Təqsirləndirilən şəxs vermişdir. Bundan başqa, 2021-ci ilin avqust ayında Nəriman digər tanışı Zərərçəkmiş şəxs3 xidmət yerini dəyişmək müqabilində 9000 manat pul alaraq həmin pulu da Təqsirləndirilən şəxs vermişdir. 2021-ci ilin sentyabr ayında Nəriman X2 xidmət yerinin dəyişdirilməsi üçün 12500 manat pul alaraq Təqsirləndirilən şəxs vermişdir. 2021-ci ilin sentyabr ayında Nəriman X1 eyni məqsədlə 5000 manat pul alaraq Təqsirləndirilən şəxs vermişdir. Daha sonra Nəriman Naxçıvanda olduğu vaxt, Zərərçəkmiş şəxs2 xidmət yerinin dəyişdirilməsi üçün sonuncu 7000 manat pulu özü birbaşa Təqsirləndirilən şəxs vermişdir. 2021-ci ilin oktyabr ayında Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs6 xidmət yerinin dəyişdirilməsi üçün Tofiqin tanışı Zərərçəkmiş şəxs2 9000 manat pul almışdır. Bildiyinə görə, Ramin qeyd etdiyi şəxslərdən aldığı pullardan Şahid3 müəyyən məbləğdə pul vermişdir. O, sonradan, təxminən 2022-ci ilin avqust ayının əvvəlində Natiq Kərimovla görüşərək alınmış pulları hara və kimə verdikləri barədə təkidlə soruşduqda, sonuncu pulu general Qədir Nəsirov və polkovnik Rasim Xasıyev adlı şəxslərə verdiklərini bildirmiş və onu həmin şəxslərlə görüşdürəcəyinə vəd vermiş, lakin vədinə əməl etməmişdir. Əlavə suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs və Natiq Kərimov təxminən 6000 manata yaxın pulu Şahid3 kartına göndərmişlər. Həmin puldan o, şəxsən 3000 manat pulu Zərərçəkmiş şəxs4 qaytarmışdır. Qaynar xəttə müraciət edərkən Nərimanın başqa bir işlə bağlı borcu olduğu pul məbləğini yanlışlıqla bu məbləğə əlavə etmiş, əslində isə Ramin və Natiqin aldıqları məbləğ cəmi 45500 manatdır. Hadisə ilə bağlı digər heç bir hüquq mühafizə orqanlarına müraciət etməmişdir. Natiq adlı şəxsi görməmiş, istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə mütəmadi olaraq əlaqə saxlamışdır. Ramin adlı şəxsi görməmiş, istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə mütəmadi olaraq əlaqə saxlamışdır. Bir müddət sonra Ramin hissə-hissə olmaqla Nərimana və ona 19500 manat pul qaytarmışdır. İstintaq müddətində isə yenə hissə-hissə olmaqla 16500 manat pul qaytarmışdır. Hazırda Raminin ona 9500 manat borcu qalmışdır. Məhkəmə iclasında proses iştirakçılarının razılığı ilə ibtidai istintaq dövründə şahid qismində ifadə vermiş Şahid5 elan edilmiş ifadəsindən görünür ki, o, Zərərçəkmiş şəxs7 həm yerlisi kimi tanıyır, Sənanla arasında heç bir qohumluq, ədavət və düşmənçilik münasibəti yoxdur. Həmçinin Təqsirləndirilən şəxs 2020-ci ildən tanıyır. Ramin ilə arasında qohumluq, ədavət və düşmənçilik münasibəti yoxdur. O, 1-ci Qarabaq müharibəsi veteranıdır. Raminidə veteranlar şurasından tanıyır. 2023-cü ilin iyul ayında Sənan ona zəng edərək pensiyasının kəsildiyini, pensiyasını bərpa etdirmək istədiyini demiş o da Sənana Ramin adlı tanışının kəsilmiş pensiyasını bərpa etdirə bildiyini demişdir. Bundan sonra Sənan Raminlə tanış etməyini ondan istəmişdir. O da Sənana bundan ötəri Bakı şəhərinə gəlməsini demişdir. Onun sözlərindən sonra həmin ərəfələrdə Sənan Bakı şəhərinə gəlmiş, onlar Bakı şəhəri, Biləcəri qəsəbəsində “Şəms” restoranında görüşmüş və Ramin ilə Sənanı tanış edib, Sənanın məsələsini Raminə demişdir. Bundan sonra Ramin ilə Sənan bu barədə danışığa başlamışlar. Sənan Raminə işini həll edəcəyi təqdirdə 14 000 manat pul verəcəyini demişdir. Onlar bu barədə razılaşmışlar. O, pul məsələsinə qarışmamışdır. Ramin Sənanın pensiyasını bərpa etmək üçün müəyyən sənədləri istəmişdir. Bundan sonra onlar arasındakı münasibətdən xəbəri olmamışdır. 2023-cü ilin iyul ayının ortalarında Sənan ona zəng edib, Raminə pul verməsi üçün Bakı şəhərinə gəldiyini demişdir. Onlar birlikdə Nərimanov rayonu ərazisində yerləşən “ADA” Universitetinin qabağındakı kafelərin birində görüşmüş, orada Sənan Raminə əlbəəl 7000 manat pul vermişdir. Sənan işi hazır olduqdan sonra yerdə qalan pulu verəcəyini demişdir. Daha sonra verilən 3000 manat puldan xəbəri olmamışdır. O, Sənanın xahişi ilə Ramini Sənanla tanış etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - Bakı şəhəri, Nizami rayon polis idarəsinin İstintaq şöbəsinin baş müstəntiqi, polis mayoru Cəmşid Sadıqovun 31 oktyabr 2022-ci il tarixli qərarına əsasən ********* nömrəli cinayət işi üzrə icraat Azərbaycan Respublikası CPM-nin 53.1.1-ci maddəsinə əsasən dayandırılmış, 29 noyabr 2022-ci il tarixli qərarı ilə iş üzrə dayandırılmış icraat təzələnmişdir. - Bakı şəhəri, Nizami rayon polis idarəsinin İstintaq şöbəsinin baş müstəntiqi, polis mayoru Cəmşid Sadıqovun 01 dekabr 2022-ci il tarixli qərarına əsasən ********* nömrəli cinayət işi üzrə icraat yenidən Azərbaycan Respublikası CPM-nin 53.1.1-ci maddəsinə əsasən dayandırılmış, 27 dekabr 2022-ci il tarixli qərarı ilə iş üzrə dayandırılmış icraat təzələnmişdir. - Bakı şəhəri, Nizami rayon polis idarəsinin İstintaq şöbəsinin baş müstəntiqi, polis mayoru Cəmşid Sadıqovun 5 yanvar 2023-cü il tarixli qərarına əsasən ********* nömrəli cinayət işi üzrə icraat yenidən Azərbaycan Respublikası CPM-nin 53.1.1-ci maddəsinə əsasən dayandırılmış, 04 may 2023-cü il tarixli qərarı ilə iş üzrə dayandırılmış icraat təzələnmişdir. - Bakı şəhəri, Nizami rayon polis idarəsinin İstintaq şöbəsinin baş müstəntiqi, polis mayoru Cəmşid Sadıqovun 04 may 2023-cü il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, lakin istintaq zamanı Təqsirləndirilən şəxs yerinin müəyyən edilərək istintaqa təqdim edilməsi üçün əməliyyat tapşırığı verilməsinə və barəsində məcburi qaydada istintaq orqanına gətirilməsi haqqında qərar qəbul edilməsinə baxmayaraq heç bir müsbət nəticə əldə olunmadığından ona həmin maddələrlə ittiham elan etmək mümkün olmamış, bu səbəbdən 4 may 2023-cü il tarixdə Təqsirləndirilən şəxs tutulması və barəsində axtarış elan edilməsi haqqında qərar qəbul edilməklə cinayət işi üzrə icraat Azərbaycan Respublikası CPM-nin 53.1.3-cü maddəsinə əsasən dayandırılmışdır. - ********* nömrəli cinayət işi üzrə Bakı şəhəri, Nizami rayon polis idarəsinin İstintaq şöbəsinin baş müstəntiqi, polis mayoru Cəmşid Sadıqovun 2 iyun 2023-cü il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulan yenidən ittiham elan edilmiş və həmin tarixdə barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. - Bakı şəhəri, Nizami rayon polis idarəsinin İstintaq şöbəsinin baş müstəntiqi, polis mayoru Cəmşid Sadıqov 05 iyun 2023-cü il tarixli qərarına əsasən ********* nömrəli cinayət işi üzrə icraat Azərbaycan Respublikası CPM-nin 53.1.4-cü maddəsinə əsasən dayandırılmış, 21 oktyabr 2023-cü il tarixli qərarı ilə iş üzrə dayandırılmış icraat təzələnmişdir. - ********* nömrəli cinayət işi üzrə Bakı şəhəri, Nizami rayon polis idarəsinin İstintaq şöbəsinin baş müstəntiqi, polis mayoru Cəmşid Sadıqovun 21 oktyabr 2023-cü il tarixli qərarına əsasən Azərbaycan Respublikası Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində X12 müraciəti əsasında toplanmış material cinayət işinə birləşdirilmişdir. - Bakı şəhəri, Nizami rayon polis idarəsinin İstintaq şöbəsinin baş müstəntiqi, polis mayoru Cəmşid Sadıqovun 21 oktyabr 2023-cü il tarixli qərarına əsasən ********* nömrəli cinayət işi üzrə icraat Azərbaycan Respublikası CPM-nin 53.1.4-cü maddəsinə əsasən dayandırılmış, 15 noyabr 2023-cü il tarixli qərarı iş üzrə dayandırılmış icraat təzələnmişdir. - Bakı şəhəri, Nizami rayon polis idarəsinin İstintaq şöbəsinin baş müstəntiqi, polis mayoru Cəmşid Sadıqovun ********* nömrəli cinayət işi üzrə 15 noyabr 2023-cü il tarixli “Sübutların qiymətləndirilməsi və cinayət işinin icraatına hissəvi xitam verilməsi haqqında” qərarına əsasən Təqsirləndirilən şəxs X21, X15 və Zərərçəkmiş şəxs6 pullarını ələ keçirməsi faktları üzrə cinayət işinin icraatına hissəvi xitam verilmiş, eyni tarixli qərarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri yenidən ittiham elan edilmiş və həmin tarixdə barəsində seçilmiş başqa yerə getməmək haqqında qətimkan tədbiri nəzərə alınmışdır. - Bakı şəhəri, Nizami rayon polis idarəsinin İstintaq şöbəsinin baş müstəntiqi, polis mayoru Cəmşid Sadıqovun 16 noyabr 2023-cü il tarixli qərarına əsasən ********* nömrəli cinayət işi Azərbaycan Respublikası CPM-nin 216-cı maddəsinə əsasən sonuncu cinayətin baş verdiyi ərazi üzrə ibtidai istintaqın davam etdirilməsi üçün Nizami rayon prokurorluğu vasitəsilə Bakı şəhər Yasamal rayon polis idarəsinə göndərilmişdir. - Bakı şəhəri, Yasamal rayon polis idarəsinin İstintaq şöbəsinin müstəntiqi, polis mayoru X16 01 dekabr 2023-cü il tarixli qərarına əsasən ********* nömrəli cinayət işi icraatına qəbul edilərək ibtidai istintaqı davam etdirilmişdir. - ********* nömrəli cinayət işi üzrə Yasamal rayon polis idarəsinin İstintaq şöbəsinin müstəntiqi, polis mayoru Fərid Soltanlının 08 dekabr 2023-cü il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddələrlə yenidən ittiham elan edilmiş, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri nəzərə alınmışdır. - Bakı şəhəri, Yasamal rayon polis idarəsinin İstintaq şöbəsinin müstəntiqi, polis mayoru Fərid Soltanlının 10 yanvar 2024-cü il tarixli qərarına əsasən ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4cü maddələri ilə elan edilmiş ittiham dəyişdirilərək və əlavələr edilərək həmin maddələrlə nəzərdə tutulan yenidən ittiham elan edilmiş və barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri qüvvəsində saxlanılmışdır. - Bakı şəhəri, Yasamal rayon polis idarəsinin İstintaq şöbəsinin müstəntiqi Fərid Soltanlının 10 yanvar 2024-cü il tarixli qərarına əsasən ********* nömrəli cinayət işi istintaqın davam etdirilməsi üçün ərazi aidiyyəti üzrə Bakı şəhəri, Yasamal rayon prokurorluğu vasitəsilə Nizami rayon polis şöbəsinin İstintaq şöbəsinə göndərilmişdir. - Bakı şəhəri, Nizami rayon polis idarəsinin İstintaq şöbəsinin baş müstəntiqi, polis mayoru Cəmşid Sadıqovun 23 yanvar 2024-cü il tarixli qərarına əsasən ********* nömrəli cinayət işi icraatında qəbul edilərək ibtidai istintaqı davam etdirilmişdir. - Bakı şəhəri, Nizami rayon polis idarəsinin İstintaq şöbəsinin baş müstəntiqi, polis mayoru Cəmşid Sadıqovun 24 yanvar 2024-cü il tarixli qərarına əsasən ********* nömrəli cinayət işi üzrə icraat Azərbaycan Respublikası CPM-nin 53.1.4-cü maddəsinə əsasən dayandırılmış, 27 may 2024-cü il tarixli qərarı ilə iş üzrə dayandırılmış icraat təzələnmişdir. - Bakı şəhəri, Nizami rayon polis idarəsinin İstintaq şöbəsinin baş müstəntiqi, polis mayoru Cəmşid Sadıqovun 27 may 2024-cü il tarixli qərarına əsasən ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4cü maddələri ilə yenidən ittiham elan edilmiş və barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri qüvvəsində saxlanılmışdır. - Bakı şəhəri, Nizami rayon polis idarəsinin İstintaq şöbəsinin baş müstəntiqi, polis mayoru Cəmşid Sadıqovun 27 may 2024-cü il tarixli qərarına əsasən ********* nömrəli cinayət işi Azərbaycan Respublikası CPM-nin 216-cı maddəsinə əsasən sonuncu cinayətin baş verdiyi ərazi üzrə ibtidai istintaqın davam etdirilməsi üçün Nizami rayon prokurorluğu vasitəsilə Bakı şəhər Nəsimi rayon polis idarəsinin İstintaq şöbəsinə göndərilmişdir. - Bakı şəhəri, Nəsimi rayon polis idarəsinin İstintaq şöbəsinin müstəntiqi, polis mayoru Rauf Xalıqzadənin 12 iyun 2024-cü il tarixli qərarına əsasən ********* nömrəli cinayət işi icraatına qəbul edilməkjlə ibtidai istintaqı davam etidirlmişdir. - Azərbaycan Respublikası Baş prokurorunun birinci müavini, İİ dərəcəli dövlət ədliyyə müşaviri Elçin Məmmədovun 15 iyun 2024-cü il tarixli qərarına əsasən ********* nömrəli cinayət işi üzrə ibtidai istintaq müddəti 02 (iki) ay, 7 ayadək, yəni 24 avqust 2024cü il tarixədək uzadılmışdır. - Bakı şəhəri, Nəsimi rayon polis idarəsinin İstintaq şöbəsinin müstəntiqi, polis mayoru Rauf Xalıqzadənin 22 iyun 2024-cü il tarixli qərarına əsasən ********* nömrəli cinayət işi üzrə icraat Azərbaycan Respublikası CPM-nin 53.1.3-cü maddəsinə əsasən dayandırılmış, 27 iyun 2024-cü il tarixdə iş üzrə dayandırılmış icraat təzələnmişdir. - ********* nömrəli cinayət işi üzrə Bakı şəhəri, Nəsimi rayon polis idarəsinin İstintaq şöbəsinin müstəntiqi, polis mayoru Rauf Xalıqzadənin 18 iyul 2024-cü il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə yenidən ittiham elan edilmiş və barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri qüvvəsində saxlanılmışdır. - Bakı şəhəri, Nəsimi rayon polis idarəsinin İstintaq şöbəsinin müstəntiqi, polis mayoru Rauf Xalıqzadənin 18 iyul 2024-cü il tarixli qərarına əsasən ********* nömrəli cinayət işi Azərbaycan Respublikası CPM-nin 216-cı maddəsinə əsasən sonuncu cinayətin baş verdiyi ərazi üzrə ibtidai istintaqın davam etdirilməsi üçün Nəsimi rayon prokurorluğu vasitəsilə Bakı şəhər Nizami rayon polis idarəsinin İstintaq şöbəsinə göndərilmişdir. - Bakı şəhəri, Nizami rayon polis idarəsinin İstintaq şöbəsinin baş müstəntiqi, polis mayoru Cəmşid Sadıqovun 02 avqust 2024-cü il tarixli qərarına əsasən ********* nömrəli cinayət işi icraatına qəbul edilməklə ibtidai istintaqı davam etdirilmişdir. - Bakı şəhəri, Nizami rayon polis idarəsinin İstintaq şöbəsinin baş müstəntiqi, polis mayoru Cəmşid Sadıqovun 05 avqust 2024-cü il tarixli qərarına əsasən ********* nömrəli cinayət işi üzrə icraat Azərbaycan Respublikası CPM-nin 53.1.3-cü maddəsinə əsasən dayandırılmış, 24 sentyabr 2024-cü il tarixli qərarı ilə iş üzrə dayandırılmış icraat təzələnmişdir. - Bakı şəhəri, Nizami rayon polis idarəsinin İstintaq şöbəsinin baş müstəntiqi, polis mayoru Cəmşid Sadıqovun 24 sentyabr 2024-cü il tarixli qərarına əsasən Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə ibtidai istintaqı aparılan ********* nömrəli cinayət işi Bakı şəhər Prokurorluğundan daxil olmuş ********* nömrəli cinayət işi ilə bir icraatda birləşdirilmiş və ********* nömrə altında cinayət işinin ibtidai istintaqı davam etdirilmişdir. - Bakı şəhəri, Nizami rayon polis idarəsinin İstintaq şöbəsinin baş müstəntiqi, polis mayoru Cəmşid Sadıqovun 25 sentyabr 2024-cü il tarixli qərarına əsasən ********* nömrəli cinayət işi üzrə icraat Azərbaycan Respublikası CPM-nin 53.1.3-cü maddəsinə əsasən dayandırılmış, 16 dekabr 2024-cü il tarixli qərarı ilə iş üzrə dayandırılmış icraat təzələnmişdir. - Bakı şəhəri, Nizami rayon polis idarəsinin İstintaq şöbəsinin baş müstəntiqi, polis mayoru Cəmşid Sadıqovun 16 dekabr 2024-cü il tarixli qərarına əsasən ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4cü maddələri ilə yenidən ittiham elan edilmiş və barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri qüvvəsində saxlanılmışdır. - Bakı şəhəri, Nizami rayon polis idarəsinin İstintaq şöbəsinin baş müstəntiqi, polis mayoru Cəmşid Sadıqovun 18 dekabr 2024-cü il tarixli qərarına əsasən ********* nömrəli cinayət işi ərazi aidiyyəti üzrə Cəlilabad rayon polis şöbəsinə göndərilmiş, 10 yanvar 2025ci il tarixdə istintaqın davam etdirilməsi Cəlilabad rayon polis şöbəsinin İstintaq bölməsinin baş müstəntiqi, polis kapitanı Elməddin Məmiyevə həvalə edildiyindən həmin tarixdə icraatına qəbul edilərək istintaqı aparılmışdır. 240N0092 nömrəli cinayət işi üzrə 25 oktyabr 2024-cü il tarixli qərarımla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, lakin Təqsirləndirilən şəxs istintaqdan yayındığı üçün 26 oktyabr 2024-cü il tarixdə ittiham elan edilməsi üçün Təqsirləndirilən şəxs tutulması və barəsində axtarış elan edilməsi haqqında qəra qəbul edilmiş, cinayət işi üzrə icraat Azərbaycan Respublikası CPM-nin 53.1.3-cü maddəsi ilə dayandırılmışdır. - 27 dekabr 2025-ci il tarixli qərarına əsasən ********* nömrəli cinayət işi üzrə icraat Azərbaycan Respublikası CPM-nin 53.1.4-cü maddəsinə əsasən dayandırılmış, 02 fevral 2025-ci il tarixli qərarla iş üzrə dayandırılmış icraat təzələnmişdir. - 06 fevral 2025-ci il tarixli qərara əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair istintaq edilən ********* nömrəli cinayət işi Təqsirləndirilən şəxs həmin Məcəllənin 178.2.4-cü maddəsi ilə istintaq edilən ********* nömrəli cinayət işi ilə bir icraatda birləşdirilməklə istintaq ********* nömrəsi ilə davam etdirilmişdir. - 07 fevral 2025-ci il tarixli qərara əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə elan edilmiş ittihama əlavə və dəyişiklər edilərək ona həmin maddələrlə yenidən ittiham elan edilmiş və barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri qüvvədə saxlanılmışdır. - 10 fevral 2025-ci il tarixli qərara əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə elan edilmiş ittihama dəyişiklər edilərək ona həmin maddələrlə yenidən ittiham elan edilmiş və barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri qüvvədə saxlanılmışdır. - Məhkəmə-psixiatrik ekspertizasının 27 iyun 2024-cü il tarixli, 1857 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs postkontuzion sindrom affektiv pozuntularla aşkar olunur. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə “postkontuzion sindrom affektiv pozuntularia” qeyd olunmuşdur. Təqsirləndirilən şəxs aşkar edilən “postkontuzion sindrom” onu törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarından məhrum etməmişdir. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs hazırkı psixi vəziyyətinə görə məcburi müalicǝyǝ ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs cinayət törədərkən öz hərəkətlərini ölçüb-biçmək, onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 21 və 22-ci maddələrinin təsiri altına düşmür. - Baxış keçirilməsi haqqında 18 may 2024-cü il tarixli protokoldan görünür ki, baxış iş üzrə Zərərçəkmiş şəxs7 Söyüdmalı oğlunun təqdim etdiyi 1 ədəd kağıza baxış keçirilmişdir. Kağızın yuxarı hissəsinə qırmızı rəngli qələmlə “AA528N64” yazıları yazılmış və altından xətt çəkilmişdir. Kağıza “Mən Şirinov X23 Sənan Söyüdmalı oğlundan 10000 (on min) manat pulu Şahid5 iştirakı ilə almışam. Buna şahiddir Şahid4. İmza (imza çəkilib) Təqsirləndirilən şəxs. “xx.xx.2024” tarixi qeyd edilməklə imza çəkilmişdir. - Zərərçəkmiş şəxs qismində tanınma haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs1 zərərçəkmiş şəxs qismində tanınmışdır. - Zərərçəkmiş şəxs qismində tanınma haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs3 zərərçəkmiş şəxs qismində tanınmışdır. - Zərərçəkmiş şəxs qismində tanınma haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs2 zərərçəkmiş şəxs qismində tanınmışdır. - Zərərçəkmiş şəxs qismində tanınma haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs5 zərərçəkmiş şəxs qismində tanınmışdır. - Zərərçəkmiş şəxs qismində tanınma haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, X9 zərərçəkmiş şəxs qismində tanınmışdır. - Zərərçəkmiş şəxs qismində tanınma haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs7 Söyüdmalı oğlu zərərçəkmiş şəxs qismində tanınmışdır. - Zərərçəkmiş şəxs qismində tanınma haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs6 zərərçəkmiş şəxs qismində tanınmışdır. - Ödəniş qəbzlərindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən zərərçəkmiş şəxslərə müəyyən məbləğlərdə ödəniş edilmişdir. - Azərbaycan Respublikası vətəndaşının AZ-İİİ seriyalı, 298299 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, 31 may 2019-cu il təvəllüdlü X26 Bakı şəhərində anadan olmuş, ata qrafasında Təqsirləndirilən şəxs, ana qrafasında X22 qeyd edilmişdir. - xx.xx.2022-ci il tarixli AZ-İİ 482090 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs ilə X22 arasında rəsmi nikah xx.xx.2022-ci il tarixdə İmişli Rayon Qeydiyyat Şöbəsində bağlanmış və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 62 № ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra qadına “Məmmədova” soyadı verilmişdir. - Azərbaycan Respublikası Medalının İ-6065 nömrəli vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs “Cəsur döyüşçü” medalı ilə təltif olunmuşdur. - Azərbaycan Respublikası Medalının İ-72060 nömrəli vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs “Vətən müharibəsi iştirakçısı” medalı ilə təltif olunmuşdur. - Azərbaycan Respublikası Medalının İ-1184 nömrəli vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs “Şuşanın azad olunmasına görə” medalı ilə təltif olunmuşdur. - Azərbaycan Respublikası Medalının İ-15978 nömrəli vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs “Füzulinin azad olunmasına görə” medalı ilə təltif olunmuşdur. - Azərbaycan Respublikası Medalının İ-10199 nömrəli vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs “Qubadlının azad olunmasına görə” medalı ilə təltif olunmuşdur. - Zərərçəkmiş şəxs5 xx.xx.2025-ci il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəyən ziyan tam olaraq ödənilmiş və ondan heç bir şikayət və tələbi yoxdur. - Zərərçəkmiş şəxs6 etibarnamə üzrə nümayəndəsi X10 xx.xx.2025-ci il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəyən ziyan tam olaraq ödənilmiş və ondan heç bir şikayət və tələbi yoxdur. - Zərərçəkmiş şəxs2 xx.xx.2025-ci il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəyən ziyan tam olaraq ödənilmiş və ondan heç bir şikayət və tələbi yoxdur. - Zərərçəkmiş şəxs1 oğlunun xx.xx.2025-ci il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəyən ziyan tam olaraq ödənilmiş və ondan heç bir şikayət və tələbi yoxdur. - Zərərçəkmiş şəxs4 xx.xx.2025-ci il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəyən ziyan tam olaraq ödənilmiş və ondan heç bir şikayət və tələbi yoxdur. - Zərərçəkmiş şəxs7 Söyüdmalı oğlu məhkəməyə teleqramla müraciət edərək icraatda olan cinayət məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddəsi ilə Təqsirləndirilən şəxs haqqında cinayət işinə xitam verilməsi və zərərçəkmiş şəxs olaraq ona dəyən maddi ziyan ödənilmişdir. Təqsirləndirilən şəxs ilə barışmış, ona qarşı heç bir şikayət və tələbi yoxdur. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-nə dair 22 oktyabr 2024-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmaqla Sumqayıt Hərbi Məhkəməsinin xx.xx.2004-cü il tarixli hökmü ilə CM 178.2.1, 178.2.2, 329.1, 332.1, 333.3 və 341.1-ci maddələri ilə 2 il sınaq müddəti 4 il 6 ay müddətə azadlıqdan məhrumetmə cəzasına, Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin xx.xx.2007-ci il tarixli hökmü ilə CM 178.2.2-ci maddəsi ilə 3 il sınaq müddəti ilə 4 il müddətinə azadlıqdan məhrumetmə cəzasına, Nəsimi Rayon Məhkəməsinin hökmü dəyişdirilmiş sınaq müddəti 4 ilə şərti azadlıqdan məhrumetmə cəzasına müddəti ilə 5 ilə artırılmışdır. xx.xx.2018-ci il tarixdə Bakı şəhər Nizami Rayon Məhkəməsinin qərarına əsasən CM-də dəyişikliklər edilməsi haqqında xx.xx.2017-ci il tarixli Qanunun 1.26 bəndinə əsasən Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin 11.04.07-ci il tarixli hökmü ilə təyin edilmiş cəzadan azad edilmiş və CM 67.1-ci maddəsinə dair müddəalar xaric edilmiş ACDİÜ AR Məhkəməsinin xx.xx.2008-ci il tarixdə müddət xaric edilmiş CM 178.3.1, 178.3.2, 310 və 66.3-cü maddəsinə əsasən qismən toplamaqla üzərində qəti cəza 10 il 6 ay müddət azadlıqdan məhrumetmə cəzası saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2009-cu il tarixli qərarına əsasən hökm dəyişdirilməmişdir. xx.xx.2018-ci il tarixdə Bakı şəhər Nizami Rayon Məhkəməsinin qərarına əsasən 01 ay 22 gün vaxtından əvvəl şərti azad edilmişdir. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Psixi Sağlamlıq Mərkəzi” PHŞ-in xx.xx.2021-ci il tarixli 1914 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs postkommosion sindromu F07.2 ağır ifadəli depressiya F32.2 diaqnozu qoyulmuşdur. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Respublika Psixiatriya Xəstəxanası” PHŞ-in xx.xx.2024-ci il tarixli 3121 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs üzvi (İİ Qarabağ müharibəsi zamanı qapalı kəllə beyin travması nəticəsinde) şəxsiyyət pozuntusu, depressiv epizodlar, epileptiform tutmalar, intihar fikirləri, koqnitiv funksiyaların enməsi ilə F 07.0 diaqnozu verilmişdir. - "xxxx" ASC-nin xx.xx.2025-ci il tarixli ödəniş qəbzindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən dövlət büdcəsinə 7800 manat məbləğində pul ödənilmişdir. - "xxxx" ASC-nin xx.xx.2025-ci il tarixli ödəniş qəbzindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən dövlət büdcəsinə 1500 manat məbləğində pul ödənilmişdir. Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Beləliklə, məhkəmə Cinayət Prosessual Məcəlləsinin (bundan sonra CPM-nin) 143146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi üzrə qiymətləndirərək belə qənaətə gəlir ki, qeyd olunan sübutlar təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamın həll edilməsi üçün kifayət edir və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxslərin, şahidin məhkəmə iclasında verdiyi ifadələri, əməliyyat tapşırığının cavabı və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək, tam sübuta yetirilmişdir. Məhkəmə bilavasitə məhkəmə istintaqında tədqiq edilən biri-digərini tamamlayan mötəbər və mümkün sübutlara əsaslanaraq, habelə Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində, Azərbaycan Respublikası CPM-in 21-ci maddəsində nəzərdə tutulan təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, onların kifayət etməsi nəticəsinə gəlir və hesab edir ki, təqsirləndirilən şəxs əməli CM-in 178.2.2 və 178.2.4-cü maddələri ilə düzgün tövsif olunmuşdur. Azərbaycan Respublikası CM-in 178.2.2-ci maddəsinə əsasən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə təkrar törədildikdə; CM-in 178.2.4-cü maddəsinə əsasən xeyli miqdarda ziyan vurmaqla törədildikdə - dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə baxışı iclasında Dövlət ittihamçısı Təqsirləndirilən şəxs barəsində amnistiya aktının tədbiq olunaraq onun cinayət məsuliyyətindən azad edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışı iclasında Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf etdiyini, əməlindən səmimi peşman olduğunu və zərərçəkmiş şəxslərə dəymiş maddi ziyanı tam ödədiyini bildirərək barəsində amnistiya aktının tədbiq olunaraq cinayət məsuliyyətindən azad edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışı iclasında Müdafiəçi2 məhkəməyə müraciət edərək Təqsirləndirilən şəxs barəsində cinayət təqibinə amnistiya aktına əsasən xitam verilməsinə razı olduğunu bildirmişdir. “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli qərarının 5.1-ci bəndinə əsasən icraatında olan bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə bu Qərarın 1.1–1.16-cı bəndlərində nəzərdə tutulan şəxslər, habelə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxslər barəsində cinayət təqibinə xitam verir və ya həmin şəxsləri təyin edilmiş cəzadan azad etməklə ittiham hökmü çıxarırlar (bu Qərarın 6-cı və 7-ci hissələrində qeyd edilən məhdudiyyətlər nəzərə alınmaqla) amnistiya tətbiq edirlər. Qərarın 1.2-ci bəndinə əsasən Azərbaycan Respublikasının suverenliyinin və ərazi bütövlüyünün qorunması uğrunda aparılan döyüş əməliyyatlarında, o cümlədən Vətən müharibəsində və 2023-cü il sentyabrın 19–20-də keçirilmiş antiterror əməliyyatında iştirakla əlaqədar, habelə digər xüsusi xidmətlərə görə Azərbaycan Respublikasının orden və medalları ilə təltif olunmuş şəxslər (qanunvericiliklə müəyyən edilmiş qaydada orden və medallardan məhrum edilmiş şəxslər istisna olmaqla) təyin edilmiş cəzanın müddətindən asılı olmayaraq, qadınlar müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasından azad edilirlər. Qərarın 10-cu maddəsinə görə bu Qərarın 4-cü və 5-ci hissələri amnistiya aktı qüvvəyə mindiyi günədək cinayət törətmiş şəxslər barəsində tətbiq edilir. Qərarın 19.5-ci maddəsinə əsasən məhkəmələr bu Qərarın 2.12-ci və 2.13-cü bəndlərində, 3-cü və 5-ci hissələrində nəzərdə tutulan şəxslər barəsində amnistiya tətbiq edir. Qərarın 24-cü bəndinə əsasən birinci instansiya məhkəmələrinin icraatında olan, bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə amnistiyanın tətbiqi məsələlərinə baxılarkən cinayət təqibinə xitam verilməsinə müdafiə tərəfinin razılığı olduqda Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.3-cü maddəsinə əsasən cinayət təqibinə xitam verilməsi haqqında qərar qəbul edilir, amnistiya tətbiq edilməklə cinayət təqibinə xitam verilməsinə müdafiə tərəfinin razılığı olmadıqda Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin N.2-ci maddəsinə əsasən şəxsə təyin edilmiş cəzadan onu azad etməklə ittiham hökmü çıxarılır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.12-ci maddəsinə görə amnistiya aktına əsasən şəxs cinayət məsuliyyətindən azad edilməli olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir. Həmin Məcəllənin 43.3-cü maddəsinin tələbinə görə məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.5, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Məhkəmə təqsirləndirilən şəxsin ifadəsini dinləyərək, iş materiallarını araşdıraraq, müdafiə tərəfinin Təqsirləndirilən şəxs barəsində cinayət təqibinə amnistiya aktına əsasən xitam verilməsinə razılığını, təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərə dəymiş maddi ziyanı tamamilə ödəməsini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli qərarının 5.1 və 1.2-ci bəndləri tətbiq edilərək cinayət məsuliyyətindən azad edilməsi və barəsində olan Azərbaycan Respublikası CMnin 178.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayəti əməli törətməsinə dair cinayət işi üzrə icraata xitam verilməsi məqsədə uyğundur. Təqsirləndirilən şəxs barəsində “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli qərarının tətbiqinə 6-cı və 7-ci hissələrində qeyd edilən məhdudiyyətlər müəyyən olunmamışdır. Məhkəmə, CPM-in 346.1.20-ci maddəsinin tələbinə əsasən qətimkan tədbiri məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs barəsində cinayət işi üzrə icraata xitam verilərək o, cinayət məsuliyyətindən azad edildiyindən onun barəsində seçilmiş “polisin nəzarəti alına vermə” qətimkan tədbiri ləğv edilməlidir. Azərbaycan Respublikası CPM-nin 132.1.6-cı maddəsinə əsasən iş üzrə maddi sübut zərərçəkmiş şəxslərə təqsirləndirilən şəxsin göndərmiş olduğu pulların qəbzləri cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxsə məxsus olan hər hansı müsadirə edilməli əmlak müəyyən olunmamışdır. İmişli Rayon Vəkil Bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçinin ayrılması barədə İmişli Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli (iş № 1(036)-29/2025) qərarını icra edərək, xx.xx.2025-ci il tarixli, 001696 saylı orderə əsasən vəkil Müdafiəçi2 onun vəkili təyin etmişdir. Müdafiəçi2 məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, barəsində təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün xx.xx.2025-ci il tarixədək 06 (altı) saat, xx.xx.2025-ci il tarixdən isə 12 (on iki) saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında”Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2025-ci il tarixli 141 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq üçün xx.xx.2025-ci il tarixədək hər iş saatı üçün 6 (altı) və xx.xx.2025-ci il tarixdən isə 11 (on bir) manat miqdarında müəyyən edilmişdir. xx.xx.2025-ci il tarixədək göstərilən hüquqi yardıma görə 36 (otuz altı) manat, xx.xx.2025-ci il tarixdən isə göstərilən hüquqi yardıma görə isə 132 (bir yüz otuz iki) manat olmaqla, cəmi 168 (bir yüz altmış səkkiz) manat dövlət büdcəsindən tutularaq İmişli Rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia və məhkəmə məsrəfi yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 43.3, 321, 321.2.1 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs barəsində “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli qərarının 5.1 və 1.2-ci bəndləri tətbiq edilərək Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət təqibinə xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti alına vermə” qətimkan tədbiri ləğv edilsin. İş üzrə maddi sübut zərərçəkmiş şəxslərə Təqsirləndirilən şəxs göndərmiş olduğu pulların qəbzləri cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs İmişli Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 göstərdiyi xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək 6 (altı) saat hüquqi yardıma görə 36 (otuz altı) manat və xx.xx.2025-ci il tarixdən xx.xx.2026-cı il tarixədək 12 (on iki) saat hüquqi yardıma görə 132 (bir yüz otuz iki) manat olmaqla ümumilikdə 168 (bir yüz altmış səkkiz) manat Azərbaycan Respublikası dövlət büdcəsindən tutularaq İmişli Rayon Vəkil Bürosunun hesabına köçürülsün. Qərardan elan olunduğu andan 20 gün müddətində İmişli Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərardan apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Orxan Mahmud

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar