Azərbaycan Respublikası adından HÖKM İmişli rayonu İş № 1(036)-3/2021 18.02.2021 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İş № 1(036)-003/2021 AZƏRBAYCAN RESPUBLİKASİ ADİNDAN HÖKM xx xxxxxx 2021-ci il/saat 14:05 İmişli şəhəri İmişli Rayon Məhkəməsi Hakim: Nüsrətov Tərlan Vaqif oğlunun sədrliyi, Məhkəmə iclasının katibi: Əhmədova Günel Mirzə qızının katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxslər: Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 oğlunun iştirakı ilə, xx xxxx 1994-cü ildə İmişli rayonu, Bəhrəmtəpə qəsəbəsində anadan olmuş, ailəli, Azərbaycan Respublikasının vətəndaşı, fərdi əməklə məşğul olan, orta təhsilli, məhkum olunmamış, İmişli rayonu, Bəhrəmtəpə qəsəbəsində qeydiyyatda olan və yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1... Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə; xx xxxxxxxx 1993-cü ildə İmişli rayonu, Bəhrəmtəpə qəsəbəsində anadan anadan olmuş, subay, Azərbaycan Respublikasının vətəndaşı, fərdi əməklə məşğul olan, təhsilsiz, məhkum olunmamış, İmişli rayonu, Bəhrəmtəpə qəsəbəsində qeydiyyatda olan və yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2... Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə; xx xxxxx 1978-ci ildə Cəbrayıl rayonu, Şükürbəyli kəndində anadan olmuş, ailəli, Azərbaycan Respublikasının vətəndaşı, fərdi əməklə məşğul olan, orta təhsilli, məhkum olunmamış, Cəbrayıl rayonu, Şükürbəyli qeydiyyatda olan və Biləsuvar rayonu, ünvan 1 ünvanda yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilməklə, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanan Təqsirləndirilən şəxs3... Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirləndirilmələrinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tanışları Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 qabaqcadan əlbir olub qrup təşkil edərək Təqsirləndirilən şəxs2la birlikdə xx.xx.2019-cu il tarixdə saat 19-20 radələrində İmişli rayonu Bəhrəmtəpə qəsəbəsində yerləşən boş çöl sahədən İmişli rayonu Gövhərli kənd sakini Zərərçəkmiş şəxs2 məxsus 1287 manat dəyərində bir baş inək heyvanını Araz çayının kənarına sürüyərək orada olan yulğun koluna bağlamış, daha sonra qabaqcadan aralarında olan razılaşmaya əsasən Təqsirləndirilən şəxs3 həmin bir baş inəyin saxlanıldığı yerə çağırılmış, Təqsirləndirilən şəxs3 da idarə etdiyi dövlət qeydiyyat nişanı istintaqa məlum olmayan Qaz-2410 markalı avtomobillə həmin yerə gələrək həmin bir baş inəyi avtomobilə yükləyib aparmaqla özgənin 1287 manat dəyərində əmlakını gizli olaraq talamaqla oğurluq etmişdir. Bundan başqa o, özgə əmlakını gizli olaraq talama məqsədi ilə tanışları Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olub qrup təşkil edərək tanışı Təqsirləndirilən şəxs2la birlikdə xx.xx.2019-cu il tarixdə saat 02-03 radələrində İmişli rayonu Bəhrəmtəpə qəsəbəsində yaşayan Zərərçəkmiş şəxs1 məftil torla hasarlanmaqla saxlanc yeri hesab olunan həyətyanı sahəsinə qapını açmaq yolu ilə qanunsuz daxil olub ümumi dəyəri 2200 manat 01 baş düyə və 01 baş cöngə heyvanını həmin qapıdan küçəyə çıxararaq piyada yaxınlıqdan keçən Araz çayının kənarına sürmüş, daha sonra qabaqcadan aralarında olan razılaşmaya əsasən Təqsirləndirilən şəxs3 idarə etdiyi dövlət qeydiyyat nişanı istintaqa məlum olmayan Qaz-2410 markalı avtomobillə həmin yerə gələrək həmin 01 baş düyə və 01 baş cöngə heyvanını avtomobilin yük yerinə yükləyib aparmaqla özgənin cəmi 2200 manat dəyərində əmlakını gizli olaraq talamaqla təkrar oğurluq etmişdir. Bundan başqa o, özgə əmlakını gizli olaraq talama məqsədi ilə tanışları Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olub qrup təşkil edərək tanışı Təqsirləndirilən şəxs2la birlikdə xx.xx.2020-ci il tarixdə saat 23:00 radələrində İmişli rayonu Bəhrəmtəpə qəsəbəsində yaşayan Zərərçəkmiş şəxs3 Nuşirəvan oğlunun həyətyanı sahəsinə daş hasardan tullanmaq yolu ilə qanunsuz daxil olmuş, daha sonra orada olan saxlanc yeri hesab olunan tövləyə qapını açmaq yolu ilə qanunsuz daxil olub ümumi dəyəri 5240 manat olan 22 baş qoyun heyvanını tövlənin digər qapısından küçəyə çıxararaq piyada İmişli rayonu Sarıxanlı kəndinə sürmüş, daha sonra qabaqcadan aralarında olan razılaşmaya əsasən Təqsirləndirilən şəxs3 idarə etdiyi Mercedes Benz markalı **-ET-*** dövlət qeydiyyat nişanlı avtomobillə həmin yerə gələrək əvvəlcə 10 baş qoyunu, daha sonra isə 12 baş qoyunu avtomobilin yük yerinə və salonuna yükləyib aparmaqla özgənin cəmi 5240 manat dəyərində, yəni xeyli miqdarda əmlakını gizli olaraq talamaqla təkrar oğurluq etmişdir. Təqsirləndirilən şəxs2 özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tanışları Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olub qrup təşkil etdikdən sonra Təqsirləndirilən şəxs1 ilə birlikdə xx.xx.2019-cu il tarixdə saat 19-20 radələrində İmişli rayonu Bəhrəmtəpə qəsəbəsində yerləşən boş çöl sahədən İmişli rayonu Gövhərli kənd sakini Zərərçəkmiş şəxs2 məxsus 1287 manat dəyərində bir baş inək heyvanını Araz çayının kənarına sürərək orada olan yulğun koluna bağlamış, daha sonra qabaqcadan aralarında olan razılaşmaya əsasən o həmin bir baş inəyin saxlanıldığı yerə çağırıldıqda idarə etdiyi dövlət qeydiyyat nişanı istintaqa məlum olmayan Qaz-2410 markalı avtomobillə həmin yerə gələrək həmin bir baş inəyi avtomobilə yükləyib aparmaqla özgənin 1287 manat dəyərində əmlakını gizli olaraq talamaqla oğurluq etmişdir. Bundan başqa o, özgə əmlakını gizli olaraq talama məqsədi ilə tanışları Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olub qrup təşkil etdikdən sonra Təqsirləndirilən şəxs1 ilə birlikdə xx.xx.2019-cu il tarixdə saat 02-03 radələrində İmişli rayonu Bəhrəmtəpə qəsəbəsində yaşayan Zərərçəkmiş şəxs1 məftil torla hasarlanmaqla saxlanc yeri hesab olunan həyətyanı sahəsinə qapını açmaq yolu ilə qanunsuz daxil olub ümumi dəyəri 2200 manat 01 baş düyə və 01 baş cöngə heyvanını həmin qapıdan küçəyə çıxararaq piyada yaxınlıqdan keçən Araz çayının kənarına sürmüş, daha sonra qabaqcadan aralarında olan razılaşmaya əsasən o, idarə etdiyi dövlət qeydiyyat nişanı istintaqa məlum olmayan Qaz-2410 markalı avtomobillə həmin yerə gələrək həmin 01 baş düyə və 01 baş cöngə heyvanını avtomobilin yük yerinə yükləyib aparmaqla özgənin cəmi 2200 manat dəyərində əmlakını gizli olaraq talamaqla təkrar oğurluq etmişdir. Bundan başqa o, özgə əmlakını gizli olaraq talama məqsədi ilə tanışları Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olub qrup təşkil etdikdən sonra Təqsirləndirilən şəxs1 ilə birlikdə xx.xx.2020-ci il tarixdə saat 23:00 radələrində İmişli rayonu Bəhrəmtəpə qəsəbəsində yaşayan Zərərçəkmiş şəxs3 Nuşirəvan oğlunun həyətyanı sahəsinə daş hasardan tullanmaq yolu ilə qanunsuz daxil olmuş, daha sonra orada olan saxlanc yeri hesab olunan tövləyə qapını açmaq yolu ilə qanunsuz daxil olub ümumi dəyəri 5240 manat olan 22 baş qoyun heyvanını tövlənin digər qapısından küçəyə çıxararaq piyada İmişli rayonu Sarıxanlı kəndinə sürmüş, daha sonra qabaqcadan aralarında olan razılaşmaya əsasən o, idarə etdiyi Mercedes Benz markalı **-ET-*** dövlət qeydiyyat nişanlı avtomobillə həmin yerə gələrək əvvəlcə 10 baş qoyunu, daha sonra isə 12 baş qoyunu avtomobilin yük yerinə və salonuna yükləyib aparmaqla özgənin cəmi 5240 manat dəyərində, yəni xeyli miqdarda əmlakını gizli olaraq talamaqla təkrar oğurluq etmişdir. Təqsirləndirilən şəxs3 özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tanışları Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 qabaqcadan əlbir olub qrup təşkil edərək onlar ilə birlikdə xx.xx.2019-cu il tarixdə saat 19-20 radələrində İmişli rayonu Bəhrəmtəpə qəsəbəsində yerləşən boş çöl sahədən İmişli rayonu Gövhərli kənd sakini Zərərçəkmiş şəxs2 məxsus 1287 manat dəyərində bir baş inək heyvanını Araz çayının kənarına sürərək orada olan yulğun koluna bağlamış, daha sonra qabaqcadan aralarında olan razılaşmaya əsasən Təqsirləndirilən şəxs3 həmin bir baş inəyin saxlanıldığı yerə çağırılmış, Təqsirləndirilən şəxs3 da idarə etdiyi dövlət qeydiyyat nişanı istintaqa məlum olmayan Qaz-2410 markalı avtomobillə həmin yerə gələrək həmin bir baş inəyi avtomobilə yükləyib aparmaqla özgənin 1287 manat dəyərində əmlakını gizli olaraq talamaqla oğurluq etmişdir. Bundan başqa o, özgə əmlakını gizli olaraq talama məqsədi ilə tanışları Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olub qrup təşkil edərək onlar ilə birlikdə xx.xx.2019-cu il tarixdə saat 02-03 radələrində İmişli rayonu Bəhrəmtəpə qəsəbəsində yaşayan Zərərçəkmiş şəxs1 məftil torla hasarlanmaqla saxlanc yeri hesab olunan həyətyanı sahəsinə qapını açmaq yolu ilə qanunsuz daxil olub ümumi dəyəri 2200 manat 01 baş düyə və 01 baş cöngə heyvanını həmin qapıdan küçəyə çıxararaq piyada yaxınlıqdan keçən Araz çayının kənarına sürmüş, daha sonra qabaqcadan aralarında olan razılaşmaya əsasən Təqsirləndirilən şəxs3 idarə etdiyi dövlət qeydiyyat nişanı istintaqa məlum olmayan Qaz-2410 markalı avtomobillə həmin yerə gələrək həmin 01 baş düyə və 01 baş cöngə heyvanını avtomobilin yük yerinə yükləyib aparmaqla özgənin cəmi 2200 manat dəyərində əmlakını gizli olaraq talamaqla təkrar oğurluq etmişdir. Bundan başqa o, özgə əmlakını gizli olaraq talama məqsədi ilə tanışları Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olub qrup təşkil edərək onlar ilə birlikdə birlikdə xx.xx.2020-ci il tarixdə saat 23:00 radələrində İmişli rayonu Bəhrəmtəpə qəsəbəsində yaşayan Zərərçəkmiş şəxs3 Nuşirəvan oğlunun həyətyanı sahəsinə daş hasardan tullanmaq yolu ilə qanunsuz daxil olmuş, daha sonra orada olan saxlanc yeri hesab olunan tövləyə qapını açmaq yolu ilə qanunsuz daxil olub ümumi dəyəri 5240 manat olan 22 baş qoyun heyvanını tövlənin digər qapısından küçəyə çıxararaq piyada İmişli rayonu Sarıxanlı kəndinə sürmüş, daha sonra qabaqcadan aralarında olan razılaşmaya əsasən Təqsirləndirilən şəxs3 idarə etdiyi Mercedes Benz markalı **-ET-*** dövlət qeydiyyat nişanlı avtomobillə həmin yerə gələrək əvvəlcə 10 baş qoyunu, daha sonra isə 12 baş qoyunu avtomobilin yük yerinə və salonuna yükləyib aparmaqla özgənin cəmi 5240 manat dəyərində, yəni xeyli miqdarda əmlakını gizli olaraq talamaqla təkrar oğurluq etmişdir. Məhkəmə istintaqı zamanı dindirilmiş Təqsirləndirilən şəxs1 özünü təqsirli bilərək, ifadəsində bildirmişdir ki, 2019-cu ilin oktyabr ayının əvvəllərində təxminən saat 19:00- 20:00 radələrində tanışı Təqsirləndirilən şəxs2la birlikdə sonuncunun idarə etdiyi motosikleti ilə Araz çayının Bəhrəmtəpə qəsəbəsi ərazisindən keçən hissəsində “Beton zavod”un yaxınlığında tilovla balıq tutmağa gedirmişlər. Həmin vaxt Araz çayına çatmamış yolun üstündə bir baş qara-sarımtıl, qırmızımtıl rəngli iribuynuzlu heyvan görmüşlər. Həmin iribuynuzlu heyvan dişi olmuş, çəkisi təxminən 100-120 kq olmuşdur. Həmin iribyunuzlu heyvan çöl sahədə olmuş və orada başqa mal-heyvan olmamışdır. Onlar heyvanı gördükdə Fəxri motosikleti saxlamış və ona həmin heyvanı orada olan ağaclardan birinə bağlayıb, axşam isə gəlib aparacağını bildirmişdir. O da Fəxrinin təklifi ilə razılaşmışdır. Fəxri motosikleti saxladıqdan sonra həmin bir baş inəyi ağaca bağlamaq üçün motosikletdə saxladığı kapron ip götürmüşlər. Həmin yer boş çöl sahə olmuş, ətrafda yaşayış evləri olmamışdır. Onlar heyvanı tutmağa çalışsalar da, heyvan onlardan qaçırmış. Heyvan Araz çayının kənarına tərəf qaçdıqdan sonra onlar heyvanı tutmuşlar və orada yulğun koluna bağlamışlar. Həmin gün balıq tutmaq üçün Araz çayına getməmişlər, heyvanı yulğun koluna bağlayandan sonra Fəxrinin idarə etdiyi motoskletlə Bəhrəmtəpə qəsəbəsinə qayıtmışlar. Həmin gün saat təxminən 23:00 radələrində istifadə etdiyi ***-***- **-** saylı mobil nömrə ilə Biləsuvar rayon ərazisində məcburi köçkünlər üçün inşa edilmiş 6 saylı qəsəbədə yaşayan Zaur adlı şəxsin istifadə etdiyi ***-***-**-** saylı mobil nömrəsinə zəng edib Araz çayının kənarında bir baş iribuynuzlu heyvanı orada olan yurğun kollarından birinə bağladığını, onun idarə etdiyi avtomobili ilə həmin heyvanı aparıb satmaqları üçün ora gəlməsini bildirmişdir. Zaur təxminən bir saat sonra onun yanına gəlmişdir. O, həmin vaxt İmişli rayonu Bəhrəmtəpə qəsəbəsində olmuşdur. O, Fəxri ilə birlikdə Zaurun idarə etdiyi “QAZ-24” markalı, dövlət qeydiyyat nişanını xatırlamadığı avtomobilinə əyləşmiş və birlikdə heyvanı bağladıqları yerə getmişlər. Təxminən 20 dəqiqə sonra heyvanı bağladıqları yerə çataraq heyvanı zaurun avtomobilə mindirmişlər. Onlar bir yerdə Bəhrəmtəpə qəsəbəsində yerləşən Beton zavodun yanına gəlmişlər. Fəxrəddinlə o, avtomobildən düşmüşlər, Zaur isə avtomobili ilə həmin heyvanı aparmışdır. Bundan başqa, xx xxxxxx 2019-cu il tarixdə həmkəndlisi və tanışı Təqsirləndirilən şəxs2la görüşmüş və söhbət edib razılığa gəlmişlər ki, həmkəndliləri Zərərçəkmiş şəxs1 yaşadığı evin həyətində olan mal-qaranı oğurlayıb sata bilərmiş. Həmin gün o, tanışı Təqsirləndirilən şəxs3 zəng edib, xx xxxxxx 2019-cu il tarixdə, saat 02:00-03:00 radələrində Araz çayının qırağında gözləməsini demişdir. Zaurun arxası pikap olan volga maşını olduğuna görə və oğurladıqları malları da onun maşınına yükləyib aparmaq üçün Zaura zənge etmişdir. xx xxxxxx 2019-cu il tarixdə, saat təxminən 23:00 radələrində o, Təqsirləndirilən şəxs2 ilə birlikdə Bəhrəmtəpə qəsəbəsində yaşayan, həmkəndliləri Zərərçəkmiş şəxs1 yaşadığı evin həyətyani sahəsində yerləşən tövlənin yaxınlığında olan köhnə taxta qapını açıb çöllük olan yerdən həyətə daxil olmuşlar. O, giriş hissədə dayanmış, Fəxri də tövləyə tərəf getmişdir. Həmin vaxt 01 baş cöngə tövlənin qabağında dirəyə bağlanmış, Fəxri həmin cöngəni dirəkdən açıb gətirib ona vermiş, o da cöngənin boğazındakı kəndirdən tutub dayandığı yerdən qapıdan çöllük sahəyə buraxıb orda olan ağaca aparıb bağlamış və gəlib həmin yerdə Fəxrini gözləmişdir. Bundan sonra Fəxri tövləyə girib o biri 01 baş düyəni boğazında olan kəndirlə gətirmiş və onlar oradan çıxmışlar, o, ağaca bağladığı cöngə ilə birlikdə 02 baş iribuynuzlu heyvanı piyada Araz çayı qırağına qədər aparmışlar. Həmin vaxt Zaur özünə məxsus ağ rəngli, arxa hissəsi pikap olan “QAZ-24” markalı maşınla dayanıb onları gözləmişdir. Onlar həmin 02 baş iribuynuzlu heyvanı Zaurun maşınına yükləmişlər. Zaur həmin heyvanları qaynının yaşadığı Biləsuvar rayonunda evinə aparmışdır. Ertəsi gün Zaur ona istifadə etdiyi ***-***- **-** mobil nömrəsi ilə zəng edib, dünənki heyvanlardan birinin qaçdığını, yerini bilmədiyini, o birini isə satdığını, balıq evinə görüşməyini demişdir. Mən də bu barədə Fəxriyə zəng edib demiş və onlar birlikdə Bəhrəmtəpə qəsəbəsində yerləşən “Balıq evi” kafesinə getmişlər. Saat təxminən 13:00 radələrində Zaur ona 100 manat, Fəxriyə isə 300 manat pul vermişdir. Onlar həmin pulu alıb, o biri heyvanı soruşduqda, Zaur demişdir ki, gecə aparan vaxt heyvanlardan biri yolda düşüb itmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 tanıyırmış. Fəxri onun həmkəndlisi, Zaur isə Cəbrayıl qəsəbə sakini olmaqla tanışıdır, onu təxminən 3 aydır tanımışdır. Aralarında hər hansı bir ədavət və ya düşmənçilik yoxdur. xx xxxxxx 2020-ci il tarixdə təxminən saat 17:00-18:00 radələri olardı evdə olarkən Fəxri hazırda xatırlamadığı, lakin azersel mobil aperatoruna məxsus olmaqla əvvəli “050”, son rəqəmləri isə “07” olan mobil nömrəsi ilə onun istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsinə zəng edərək oğurlamaq üçün qoyun yeri bildiyini deyib onunla birlikdə getməyini istəmişdir. O da təkliflə razılaşmış və həmin gün təxminən saat 18:00-19:00 radələrində Bəhrəmtəpə ərazisində yerləşən taksilərin dayandığı yerdə görüşmüşlər. Bundan sonra onlar Bəhrəmtəpə qəsəbəsində yerləşən su kanalının kənarına getmişlər. Oradan da yaşayış evləri istiqamətdə gedib ətrafda bir qədər gəzişərək havanın qaralmağını gözləmişlər. Gün batıb hava qaraldıqdan sonra təxminən saat 23:00 radələrində orada tanımadığı bir həyətə daxil olmuşlar. Həyətə daş hasardan tullanmaqla daxil olmuşlar. Hər ikisi həyətə tullandıqdan sonra orada olan tövləyə yaxınlaşıb içərisinə daxil olmuşlar. Onu da qeyd edim ki, tövlənin həyətə baxan qapısı açıq olmuşdur. Onlar tövləyə daxil olduqdan sonra tövlənin küçəyə baxan qapısını açmışlar. Bundan sonra tövlədən 19 baş qoyun, 3 baş quzunu küçəyə çıxardıb Sarıxanlı kəndi istiqamtədə aparmışlar. Piyada Sarıxanlı kəndinə tərəf gedəndə o, tanışı Zaura zəng edərək heyvanları çıxartdıqlarını deyərək gəlməsini bildirmişdir. Onlar hələ həmin qoyunları oğurlamazdan əvvəl təxminən saat 18-19 radələrində istifadə etdiyi ***-***-**-** saylı mobil nömərəsi ilə Zaurun ***-***-**-** saylı mobil nömrəsinə zəng edib heyvan oğurlamağa getdiyini, heyvan olsa, ona zəng edib çağıracağını demiş, Zaur da onun təklifi ilə razılaşmışdır. O, təxminən saat 23 radələrində Zaura zəng etdikdən təxminən 30-40 dəqiqə sonra Zaur idarə etdiyi ağ rəngli “MERCEDES-BENZ” markalı, dövlət qeydiyyat nömrə nişanını xatırlamadığı avtomobili ilə Sarıxanlı kəndində gözlədikləri yerə gəlmişdir. Bundan sonra o, Fəxri və Zaur həmin qoyunları maşına yükləmişlər. Maşına əvvəlcə 10 baş qoyun yükləmişlər. Maşına daha çox yerləşmədiyinə görə Zaur maşını hərəkətə gəirib yüklənmiş həmin 10 baş qoyunu aparmış, onlar isə qalan 12 başın yanında gözləmişdir. Təxminən 1 saat sonra Zaur idarə etdiyi həmin maşınla yenidən onların yanına gəlmişdir. Bundan sonra onlar qalan 12 baş heyvanı, yəni 9 baş qoyun və 3 baş quzunu maşına yükləmiş və Fəxri ilə birlikdə maşının qabaq sərnişin oturacağında əyləşmişlər. Bundan sonra Zaur maşını hərəkətə gətirib oradan uzaqlaşmışdır. xx xxxxxx 2020-ci il tarixə keçən gecə təxminən saat 02:00 radələrində Zaurun idarə etdiyi maşınla Bəhrəmtəpə qəsəbəsində yerləşən taksilərin dayandığı yerdə o, Fəxri ilə maşından düşmüş, Zaur isə maşınla çıxıb getmişdir. Zaurun deməsinə görə o, henyvanları yaşadığı Cəbrayıl qəsəbəsində yerləşən evin həyətinə aparacaqmış. Zaur heyvanları apardıqdan sonra həmin heyvanları tanışının fermasına aparacağını və satana qədər orada saxlayacağını bildirmişdir. Aralarındakı razılaşmaya əsasən Zaur həmin heyvanları satdıqdan sonra əldə olunan pulları aralarında bölünəcəkmiş. Ertəsi gün Zaur ona İmişli şəhəri mərkəzində “Stəkan-Nəlbəki”nin yaxınlığında 150 manat pul verərək Fəxriyə də 150 manat verdiyini deyib həmin qoyunların 4 başını qəssaba satdığını bildirmişdir. Bundan təxminən bir neçə gün sonra Fəxri gətirib “POST QAİ” deyilən yerdə ona 500 manat pul vermişdir. Həmin vaxt Zaur da orada olmuşdur. Sonradan bilmişdir ki, Zaur 300 manatdan sonra bizə 1200 manat pul vermiş, lakin Fəxri mənə 500 manat pul verərək özünə 700 manat pul götürmüşdür. Sonradan eşitmişdir ki, oğurladıqları 22 baş qoyun Bəhrəmtəpə qəsəbə sakini Röyala məxsusdur. Baş vermiş cinayət hadisəsi nəticəsində zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs3 Nuşirəvan oğluna, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 dəymiş maddi zərərin tam şəkildə ödənildiyini və gələcəkdə bir daha belə hallara yol verməyəcəyini bildirmişdir. Eyni zamanda qeyd edir ki, heç vaxt belə bir hadisənin baş verməsini arzu etməz idi və pula ehtiyacı olduğu üçün, eləcə də, özünün düşüncəsizliyi ucbatından cinayət əməlini törətmişdir. Hesab edir ki, bu müddət ərzində bütün səhvlərini dərk etmiş və nəticə çıxarmışdır. Özü cavandır, ailəlidir və himayəsində yetkinlik yaşına çatmayan, azyaşlı uşaqları vardır və ümumiyyətlə, gələcəyə nikbin planları vardır. Azadlıqdan məhrum etmə bağlı olmayan cəza təyin edilərsə və azadlıqda qalarsa, öz zəhməti hesabına işləməklə ailəsinin maddi ehtiyaclarını qarşılacaqdır. Məhkəmə qarşısında söz verir ki, gələcəkdə bir daha cinayət əməli törətməyəcək, nizam-intizama və qanunlara əməl edəcəkdir. Bütün bunları nəzərə alaraq, barəsində məhkəmə tərəfindən azadlıqdan məhrum etmə ilə bağlı olmayan yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı dindirilmiş Təqsirləndirilən şəxs2 özünü təqsirli bilərək, ifadəsində bildirmişdir ki, 2019-cu ilin oktyabr ayının əvvəllərində təxminən saat 19:00- 20:00 radələrində tanışı Təqsirləndirilən şəxs1la birlikdə onun idarə etdiyi motosikletlə Araz çayının “Beton zavod” deyilən yerin yaxınlığında tilovla balıq tutmağa getmişlər. Həmin vaxt Araz çayına çatmamış yolun üstündə bir baş qara-sarımtıl rəngli inək heyvan görmüşlər. Həmin inəyin çəkisi təxminən 100 kq olarmış. Həmin inək heyvan çöl sahədə tək olmuş və orada başqa mal-heyvan olmamışdır. Onlar heyvanı gördükdən sonra İlkin ona demişdir ki, motosikleti saxlasın və onlar inəyi tutaraq, Zaur adlı tanışına edəcək həmin gəlib götürəcəkmiş. O da İlkinin təklifi ilə razılaşmış və idarə etdiyi motosikleti kənarda saxlamışdır. Daha sonra onlar motosikletdən düşüb həmin inəyi tutmağa çalışmışlar. Onlar heyvanı tutmağa çalışsalar da da, heyvan onlardan qaçmışdır. Heyvan Araz çayının kənarına tərəf qaçdıqdan sonra onlar heyvanı tutmuş və İlkində olan kapron iplə orada olan yulğun koluna bağlamışlar. Bundan sonra İlkin orada Zaura zəng etmişdir. Onlar Zaurun qarşısına çıxmaq üçün idarə etdiyi motoskiletlə zavdun körpüsü deyilən yerə getmişlər. Təxminən 1 saat sonra Zaur idarə etdiyi “QAZ-24” markalı, dövlət qeydiyyat nişanını xatırlamadığı avtomobili ilə ora gəlmişdir. İlkinlə o, Zarun idarə etdiyi maşının qabaq sərnişin oturacağında əyləşmişlər. İnəyi bağladığı yerə çatdıqdan sonra onlar həmin inəyi Zaurun maşınının arxa yük yerinə yükləmişlər. İnəyi maşına yüklədikdən sonra Zaurun maşını ilə körpüyə kimi getmişdir. Orada maşından düşərək onlardan ayrılmışdır. İlkin isə Zaurla birlikdə getmişdir. O da idarə etdiyi motosikletlə oradan yaşadığı evə getmişdir. Bundan təxminən 5-6 gün sonra Zaur Bəhrəmtəpə qəsəbəsində onlarla görüşərkən ona 200 manat pul vermişdir. Həmin vaxt İlkin yanında olsa da, Zaur həmin vaxt ona pul verməmişdir. Bundan başqa, xx xxxxxx 2019-cu il tarixdə həmkəndlisi və tanışı Təqsirləndirilən şəxs1 ilə görüşmüş və həmkəndliləri Zərərçəkmiş şəxs1 həyətində iribuynuzlu mal-qaranı oğurlamaları barədə razılaşmışlar. Həmin gün Təqsirləndirilən şəxs1 ortaq tanışları olan Təqsirləndirilən şəxs3 zəng edib xx xxxxxx 2019-cu il tarixdə, gecə saat 02:00-03:00 radələrində Araz çayının qırağında gözləməsini demişdir. Zaurun arxası pikap olan volga maşını olduğu üçün ona zəng edib bildirmişdir. xx xxxxxx 2019-cu il tarixdə, saat təxminən 23:00 radələrində İlkin ilə birlikdə Bəhrəmtəpə qəsəbəsində yaşayan, həmkəndliləri Zərərçəkmiş şəxs1 yaşadığı evin həyətyani sahəsində yerləşən tövlənin yaxınlığında olan köhnə taxta qapını açıb çöllük olan yerdən həyətə daxil olmuşlar. İlkin həyətdən çöllük sahəyə açılan qapıda girişdə dayanmış, o da tövləyə tərəf getmişdir. Həmin vaxt bir baş cöngə tövlənin qabağında dirəyə bağlanmışdır. O, cöngəni dirəkdən açıb gətirib saxlaması üçün İlkinə vermişdir. Bundan sonra o, tövləyə girib digər bir baş düyəni boğazında olan kəndirlə gətirmişdir. Heyvanlarla birlikdə piyada Araz çayı qırağına qədər getmişlər. Həmin vaxt ora gələn Zaurun ağ rəngli, arxa hissəsi pikap olan “QAZ-24” markalı maşınına yükəyib sonuncunun Biləsuvarda yaşayan qaynatasıgilə getmişlər. Malları həyətdə düşürdükdə maşının bir qapısının açıq olduğunu və heyvanlardan bir başının olmadığını görmüşlər. Sonradan bilmişlər ki, yolda gələn vaxt bir baş mal yolda düşüb itmişdir. Ertəsi gün Zaur İlkinkə ona ümumilikdə 400 manat pul vermiş, həmin puldan da İlkin ona 150 manat pul vermişdir. Bundan başqa, xx xxxxxx 2020-ci il tarixdə təxminən saat 21:00-22:00 radələrində yaşadığı Bəhrəmtəpə qəsəbəsində İlkinlə birlikdə olarkən İlkin ona qəsəbədən qoyun oğurlamağı təklif etmişdir. O, İlkindən qoyunları necə aparacaqlarını soruşmuş, İlkin də Zaur adlı tanışına zəng edib sonuncunun maşını ilə aparacaqlarını demişdir. Bundan sonra təxminən 23:00 radələrində tanımadıqları bir həyətə daxil olmuşlar. Həyətə daş hasardan tullanmaqla daxil olmuşlar. Hər ikisi həyətə tullandıqdan sonra orada olan tövləyə yaxınlaşıb içərisinə daxil olmuşlar. Tövlənin həyətə baxan qapısı olmuşdur. Onlar tövləyə daxil olduqdan sonra tövlənin küçəyə baxan qapısını açmışlar. Bundan sonra tövlədən 19 baş qoyun, 3 baş quzunu küçəyə çıxardıb Sarıxanlı kəndi istiqamtədə aparmışlar. Piyada Sarıxanlı kəndinə tərəf gedəndə İlkin həmin Zaura zəng edərək heyvanları çıxartdıqlarını deyərək gəlməsini bildirmişdir. Onlar çatana yaxın bir neçə dəqiqə sonra Zaur idarə etdiyi ağ rəngli “MERCEDES-BENZ” markalı, dövlət qeydiyyat nömrə nişanını xatırlamadığı avtomobili ilə Sarıxanlı kəndində gözlədikləri yerə gəlmişdir. Bundan sonra o, İlkin və Zaur həmin qoyunları maşına yükləmişlər. Maşına əvvəlcə 10 baş qoyun yükləmişlər. Maşına daha çox yerləşmədiyinə görə Zaur maşını hərəkətə gətirib yüklənmiş həmin 10 baş qoyunu aparmışdır, onlar isə qalan 12 başın yanında gözləmişlər. Təxminən 1 saat sonra Zaur idarə etdiyi həmin maşınla yenidən onların yanına gəlmişdir. Bundan sonra onlar qalan 12 baş heyvanı, yəni 9 baş qoyun və 3 baş quzunu maşına yükləmiş və İlkinlə ilə birlikdə maşının qabaq sərnişin oturacağında əyləşmişlər. Bundan sonra Zaur maşını hərəkətə gətirib oradan uzaqlaşmışlar. xx xxxxxx 2020-ci il tarixə keçən gecə təxminən saat 02:00 radələrində Zaurun idarə etdiyi maşınla Bəhrəmtəpə qəsəbəsində yerləşən taksilərin dayandığı yerdə İlkinlə maşından düşmüşdür, Zaur isə maşınla çıxıb getmişdir. Zaurun deməsinə görə o, henyvanları yaşadığı Cəbrayıl qəsəbəsində yerləşən evin həyətinə aparacaqmış. Zaur heyvanları apardıqdan sonra həmin heyvanları tanışının fermasına aparacağını və satana qədər orada saxlayacağını bildirmişdir. Aralarındakı razılaşmaya əsasən Zaur həmin heyvanları satdıqdan sonra əldə olunan pulları aralarında bölünəcəkmiş. Ertəsi gün Zaur ona İmişli rayon mərkəzində «Post qai» adlanan yerdə 150 manat pul verərək İlkinə də 150 manat verdiyini deyib həmin qoyunların bəzilərini satdığını bildirmişdir. Bundan təxminən bir neçə gün sonra Zaur ona 1200 manat pul verərək yarısını İlkinə verməyini demişdir. O da orada İlkinə 600 manat pul vermişdir. Baş vermiş cinayət hadisəsi nəticəsində zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs3 Nuşirəvan oğluna, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 dəymiş maddi zərərin tam şəkildə ödənildiyini və gələcəkdə bir daha belə hallara yol verməyəcəyini bildirmişdir. Eyni zamanda qeyd edir ki, heç vaxt belə bir hadisənin baş verməsini arzu etməz idi və pula ehtiyacı olduğu üçün, eləcə də, özünün düşüncəsizliyi ucbatından cinayət əməlini törətmişdir. Hesab edir ki, bu müddət ərzində bütün səhvlərini dərk etmiş və nəticə çıxarmışdır. Özü cavandır, subaydır, gələcəkdə ailə qurmaq fikri vardır və ümumiyyətlə, gələcəyə nikbin planları vardır. Azadlıqdan məhrum etmə bağlı olmayan cəza təyin edilərsə və azadlıqda qalarsa, öz zəhməti hesabına işləməklə ailəsinin maddi ehtiyaclarını qarşılacaqdır. Məhkəmə qarşısında söz verir ki, gələcəkdə bir daha cinayət əməli törətməyəcək, nizam-intizama və qanunlara əməl edəcəkdir. Bütün bunları nəzərə alaraq, barəsində məhkəmə tərəfindən azadlıqdan məhrum etmə ilə bağlı olmayan yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı dindirilmiş təqsirləndirilən şəxs Yadigarov X3 özünü təqsirli bilərək, ifadəsində bildirmişdir ki, 2019-cu ilin oktyabr ayının əvvəllərində təxminən saat 23:00-24:00 radələri olardı tanışı Təqsirləndirilən şəxs1 onun istifadəsində olan ***- ***-**-** saylı mobil nömrəsinə zəng edərək ona “POST QAİ” deyilən yerə gəlib orada olan malı götürmək lazım olduğunu demişdir. O da idarə etdiyi “QAZ-24” markalı, **-XX-*** dövlət qeydiyyat nişanlı maşını ilə İlkinin dediyi yerə getmişdir. Həmin vaxt Fəxri ilə İlkin onu orada gözləmişdir. Onlar onun idarə etdiyi maşına minmişdirlər. Maşına mindikdən sonra beton zavod deyilən yerə tərəf getmişlər. O, maşını saxladıqdan sonra İlkinlə Fəxri maşından düşüb bir qədər getmişlər. Onlar nə məsələ olduğnu soruşduqda oğurluq inək olduğunu, onu gətirəcəyini demişlər. Hava qaranlıq olduğu üçün onların dəqiq hansı istiqamətdə getdiyini görə bilməmişdir. Onlar orada gözləməyini dedikləri üçün o, onlarla birlikdə getməmişdir. Təxminən 15-20 dəqiqə sonra İlkinlə Fəxri özləri ilə birlikdə inək gətirdiklərini görmüşdür. Bundan sonra o, maşının arxa qapısını açmış, İlkinlə Fəxri isə inəyi maşının yük yerinə salmışlar. Bundan sonra birlikdə yaşadığı Cəbrayıl qəsəbəsinə gedib paltarını dəyişmişdir. Çünki inəyi satmaq üçün oradan birbaşa Biləsuvar rayonuna getməliymişlər. Lakin Biləsuvar yolunda maşını xarab olduğu Biləsuvar rayonunda mal bazarına gedə bilməmişlər. Oğurladıqları inəyi isə saxlamaq üçün Biləsuvar rayonu İsmətli kəndində yaşayan qaynı Bayramın yaşadığı evin həyətindəki tövləyə aparmışlar. İnəyi orada qoyduqdan öz maşınımı təmir edib yaşadıqları evə qayıtmışlar. Bundan təxminən 2 gün sonra qaynı Bayramın evinə gedib orada saxladığı inəyi götürüb Biləsuvar rayonunda tanımadığım bir nəfərə 500 manata satmışdır. Əldə etdiyi pulun 300 manatını İlkinlə Fəxriyə vermişdir. Belə ki, o, inəyi satdığı gündən iki gün sonra İmişli şəhəri mərkəzində “Stəkan-Nəlbəki”nin yaxınlığında 100 manatlıq əskinaslardan ibarət 300 manat pulu İlkinə vermişdir. İlkin də ona verdiyi pulu yanında olan Fəxri ilə bölsə də, həmin vaxt Fəxriyə nə qədər verdiyini bilməmişdir. Bundan başqa, xx xxxxxx 2019-cu il tarixdə gecə radələrində tanışı Təqsirləndirilən şəxs1 ona zəng edib gecə saat 02:00-03:00 radələrində Fəxri ilə birlikdə iki baş iribuynuzlu heyvan oğurlayacaqlarını və onun da onları maşını ilə Arazın qırağında gözləməyini demişdir. O da xx xxxxxx 2019-cu il tarixdə gecə saat 02:00-03:00 radələrində idarə etdiyi Qaz 2410 markalı, dövlət qeydiyyat nişanını xatırlamadığı arxa hissəsi pikap olan maşınla İlkinin dediyi yerə getmişdir. O, İlkinin yanına çatdıqdan sonra orada tanışı Təqsirləndirilən şəxs2 da orada olduğunu və yanlarında 02 baş iribuynuzu heyvan, yəni 01 baş cöngə və 01 baş düyə olduğunu görmüşdür. Bundan sonra İlkin ona heyvanların oğurluq olduğunu onları satmaq lazım olduğunu demişdir. O da İlkinin dediyi ilə razılaşmış və daha sonra həmin heyvanları idarə etdiyi Qaz 2410 markalı maşının arxa yük yerinə mindirib Fəxri və İlkinlə birlikdə qaynı Bayramın yaşadığı Biləsuvar rayonu İsmətli kəndinə getmişlər. Gecə saatlarında kəndə çatmışlar. O, qaynına satdığı maşına görə bu heyvanları aldığını, müvəqqəti həyətdə qalmasını demişdir. Elə bunu deyib, maşından heyvanları düşürmək istəyəndə yük yerinin qapısının bir tərəfi açıq olduğunu və həmin 02 baş iribuynuzlu heyvanın 1 başının olmadığını, yolda heyvanlardan birinin düşüb itdiyini aşkar etmişdir. Qaynı da onunla razılaşmış, heyvanı həyətdə bağlamışlar. Təxminən 2-3 gün sonra o, həmin heyvanı Biləsuvarda heyvan bazarında 500 manata satmışdır. İmişli rayonunun girişində İlkin və Fəxri ilə görüşmüş, onlara cəmi 400 manat pul vermişdir. Bundan başqa, xx xxxxxx 2020-ci il tarixdə saat 18:00 radələrində evdə olan zaman, Bəhrəmtəpə qəsəbə sakini olan tanışı İlkin hazırda xatırlamadığı mobil nömrəsi ilə onun ***-***-**-** saylı mobil nömrəsinə zəng edərək, ona bir qədər sonra zəng edəcəyini deyərək, telefonun açıq olmasını tapşırmışdır. Həmin gün saat 23 radələrində evdə olarkən İlkin yenə də ona zəng edərək qoyun oğurladığını və onu İmişli rayonu Sarıxanlı kəndinin girişində olan YDM-nin yanında gözlədiyini demişdir. İlkini təxminən 4-5 aydır tanımış, aralarında normal münasibət olmuşdur. O, özünə məxsus olan ağ rəngli Mercedes Benz markalı **-ET-*** dövlət qeydiyyat nişanlı avtomobilinə əyləşib yaşadığı 6 saylı qəsəbədən Sarıxanlı kəndinə getmişdir. Sarıxanlı kəndinin girişdə olan YDM-ə təxminən 100-150 metr qalmış avtomobilini saxlayıb İlkini gözləmişdir. Təxminən saat 01 radələri olarmış. Həmin vaxtı İlkinlə birlikdə Bəhrəmtəpə qəsəbəsi sakini Fəxri adlı şəxs də olmuşdur idi. Onların yanında 18 baş qoyun olmuşdur. Onlar həmin 18 baş qoyunu iki dəfəyə avtomobilinə yerləşdirib özünə məxsus olan qəsəbədəki evə aparmışdır. İkinci dəfə qoyunları avtomobilinə yükləyəndə İlkin və Fəxri də avtomobilinə oturmuşlar. O, İlkin və Fəxrini Bəhrəmtəpə qəsəbəsinin girişində düşürüb qoyunları öz həyətinə aparmışdır. Aralarında olan razılaşmaya əsasən o, həmin qoyunları satdıqdan sonra əldə etdiyi pulları aralarında 3 yerə böləcəkmişlər. O, həmin heyvanları oradan yaşadığı evin həyətindəki tövləyə apardıqdan sonra onun 4 başını aparıb Biləsuvar rayonunda tanımadığı şəxsə 600 manata satmışdır. Əldə etdiyi pulu isə özü xərcləmiş və İlkinlə Fəxriyə həmin puldan verməmişdir. Qalan 18 baş qoyunu isə xx xxxxxx 2020-ci il tarixdə Cəbrayıl 11 saylı qəsəbədə yaşayan tanışı Anara məxsus olan Cəbrayıl qəsəbəsində yerləşən fermaya aparmışdır. 18 baş qoyunlar 1 gün Anarın fermasında qalmışdır. Daha sonra o, xx.xx.2020-ci il tarixdə həmin qoyunları satmaq üçün Cəbrayıl 5 saylı qəsəbə sakini tanışı Bahadura zəng edərək 17 baş qoyunu olduğunu, həmin qoyunları maşınının əvəzində ona verildiyini və hazırda da satmaq istədiyini bildirmişdir. Bahadur da heyvanlara gəlib baxacağını demişdir, Bahadur xəstə olduğuna görə həmin gün gəlib heyvanlara baxa bilməmişdir. Ertəsi gün, yəni xx xxxxxx 2020-ci il tarixdə o, idarə etdiyi rəngli “MERCEDES-BENZ” markalı, **-ET-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Bahaduru yaşadığı evdən götürüb Anarın fermasına aparmışdır. Bahadur qoyunlara baxdıqdan sonra onları ondan 2000 manata alacağını bildirmiş, o da 17 baş qoyunu Bahadura satmışdır. Bahadura satdığı 17 baş qoyunun 14 başı qoyun, 3 başı isə quzu idi. Bahadur həmin 17 baş qoyun-quzunu Anarın fermasından götürüb aparmışdır. Oğurlanmış 18 baş qoyundan 1 başı isə Anarın fermasında qalmışdır. Belə ki, Anar həmin 1 baş qoyunun əvəzində ona 1 baş toğlu vermişdir. Bahadurdan aldığı 2000 manat pulun 500 manatını özünə götürdükdən sonra 1500 manatını Fəxriyə verərək İlkinlə aralarında bölməsini bildirmişdir. Baş vermiş cinayət hadisəsi nəticəsində zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs3 Nuşirəvan oğluna, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 dəymiş maddi zərərin tam şəkildə ödənildiyini və gələcəkdə bir daha belə hallara yol verməyəcəyini bildirmişdir. Eyni zamanda qeyd edir ki, heç vaxt belə bir hadisənin baş verməsini arzu etməz idi və pula ehtiyacı olduğu üçün, eləcə də, özünün düşüncəsizliyi ucbatından cinayət əməlini törətmişdir. Hesab edir ki, bu müddət ərzində bütün səhvlərini dərk etmiş və nəticə çıxarmışdır. Özü cavandır, ailəlidir və himayəsində yetkinlik yaşına çatmayan uşağı vardır və ümumiyyətlə, gələcəyə nikbin planları vardır. Azadlıqdan məhrum etmə bağlı olmayan cəza təyin edilərsə və azadlıqda qalarsa, öz zəhməti hesabına işləməklə ailəsinin maddi ehtiyaclarını qarşılacaqdır. Məhkəmə qarşısında söz verir ki, gələcəkdə bir daha cinayət əməli törətməyəcək, nizam-intizama və qanunlara əməl edəcəkdir. Bütün bunları nəzərə alaraq, barəsində məhkəmə tərəfindən azadlıqdan məhrum etmə ilə bağlı olmayan yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı dindirilmiş Zərərçəkmiş şəxs3 Nuşirəvan oğlu ifadəsində bildirmişdir ki, o, ailəsi ilə birlikdə İmişli rayonu, Bəhrəmtəpə qəsəbəsində yaşayır və fərdi kənd təsərrüfatı ilə məşğul olur. Şəxsi təsərüfatında 22 baş xırdabuynuzlu ev heyvan olmuşdur. O, daimi olaraq hadisə baş verməmişdən əvvəl həmin heyvanların 19 başını otlamaq üçün kəndin otlaq sahəsinə buraxırmış, 3 başını isə təzə doğulduğu üçün həyətdə saxlayırmış. xx xxxxxx 2020-ci il tarixdə axşam saat 18:00 radələrində o, həmin 22 baş xırdabuynuzlu heyvanı yaşadığı evin həyətyanı sahəsində tövləyə salmış, həm tövlənin qapısını, həm də tövlənin qarşısında dəmir setka ilə hasarlanmış yerin qapısını bağlamışdır. Həmin gün saat 21 radələrinədək arabir çıxıb tövləyə nəzarət edirmiş. xx xxxxxx 2020-ci il tarixdə səhər saat təxminən 07:00 radələrində o, həmin heyvanları otlağa buraxmaq üçün həyətə çıxdıqda tövlənin qapısının açıq vəziyyətdə olduğunu görmüşdür. O, cəld gedib tövləyə baxdıqda həmin 22 baş xırdabuynuzlu heyvanın orada olmadığını aşkar etmişdir. Həmin vaxt o, heyvanların özü qapını açıb çöl sahəyə getdiyini düşünmüş, buna görə də ətrafda heyvanları axtarmağa getmiş, lakin tapa bilməmişdir. Sonradan müəyyən etmişdir ki, ona məxsus olan 22 baş xırdabuynuzlu heyvanın naməlum şəxs və ya şəxslər tərəfindən oğurlanmışdır. Hadisə xx xxxxxx 2020-ci il tarixdə saat 21:00 radələrindən xx xxxxxx 2020-ci il saat 07:00 radələrinədək olan müddətdə baş vermişdir. Belə ki, naməlum şəxs və ya şəxslər ona məxsus olan 22 baş xırdabuynuzlu heyvanı yaşadığım evin həyətyani sahəsində yerləşən tövlədən oğurlamaqla mənə maddi və mənəvi ziyan vurmuşdur. Həmin 22 baş xırdabuynuzlu heyvandan 19 baş qoyun təxminən 1 yaş yarım-2 yaşı olardı, diri çəkiləri təxminən 40 kiloqrama yaxın olardı, 2 başı erkək, 17 başı dişi olmaqla boğaz olmuşdur. Həmin 22 baş xırdabuynuzlu heyvandan 3 başı isə təzə doğulmuş 2 aylıq olmuş, diri çəkiləri təxminən 7-8 kq olarmış, onlardan 2 başı erkək 1 başı isə dişi olmuşdur. Rəngləri isə ağ, alabaş olmuşdur. Həmin heyvanlar yerli cins olmaqla Beyləqan sortu olmuşdur. Baş vermiş cinayət hadisəsi nəticəsində ona təxminən 5240 AZN məbləğində maddi zərər dəymişdir. Hal-hazırda onun təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 qarşı heç bir tələbi və şikayəti yoxdur. Belə ki, baş vermiş cinayət hadisəsi nəticəsində ona dəymiş maddi zərər təqsirləndirilən şəxslər tərəfindən tam şəkildə ödənilmişdir. Bütün bunları nəzərə alaraq, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 məhkəmə tərəfindən yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində bildirmişdir ki, o, ailəsi ilə birlikdə İmişli rayonu, Bəhrəmtəpə qəsəbəsində yaşayır və fərdi kənd təsərrüfatı ilə məşğul olur. Yaşadığı evin həyətyanı sahəsində 04 baş iribuynuzlu heyvanı olmuşdur. 01 baş iribuynuzlu düyəni və 01 baş iribuynuzlu cöngəni həmişə həyətdə tövlənin qarşısında çardağın altından azbes boruya bağlamış, həmin heyvanların balalarını isə, yəni 01 baş təzə doğmuş düyəni və 01 baş düyəni tövlədə saxlayırmış. O, xx xxxxxx 2019cu il tarixdə, gecə saat 03:00 radələrində həyat yoldaşı Sürəyyə ona tövlədən səs gəldiyini, heyvanların səsini eşitdiyini demişdir. O da yerindən qalxıb çölə çıxmış, tövləyə tərəf getdikdən sonra müəyyən eləmiş ki, tövlənin qabağında çardağın altında bağladığı 01 baş cöngə və tövlədə olan 01 baş isə təzə doğmuş düyə yoxdur. Bundan sonra heyvanlar oğurlandığını bilmişdir. Gecə olduğu üçün heç kimə bu barədə heç nə deməmişdir. Hadisə xx xxxxxx 2019-cu il tarixdə, gecə saatlarında baş vermişdir. Baş vermiş cinayət hadisəsi nəticəsində ona təxminən 3000-3500 AZN məbləğində maddi zərər dəymişdir. Hal-hazırda onun təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 qarşı heç bir tələbi və şikayəti yoxdur. Belə ki, baş vermiş cinayət hadisəsi nəticəsində ona dəymiş maddi zərər təqsirləndirilən şəxslər tərəfindən tam şəkildə ödənilmişdir. Bütün bunları nəzərə alaraq, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 məhkəmə tərəfindən yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində bildirmişdir ki, o, ailəsi ilə birlikdə İmişli rayonu, Gövhərli kəndində yaşayır və fərdi kənd təsərrüfatı ilə məşğul olur. Həyətyanı təsərrüfatında 2 baş inək, 1 baş buzov və 3 baş qoyunu olmuşdur. Həmin heyvanları yaşadığı evin yaxınlığında yerləşən çöl sahədə otarırmış. Heyvanları otarmaq üçün hər gün saat 08 radələrində oğlu Mirmənsur çöl sahəyə aparmış, özü isə evə qayıtmışdır. Heyvanlar isə özləri təxminən saat 16:00 radələrində tövləyə qayıdırmışlar. xx xxxxxxx 2019-cu il tarixdə saat 09:00 radələrində 14 yaşlı oğlu Mirmənsur 2 baş inəyi otarmaq üçün çöl sahəyə aparmışdır. Həmin inəkləri sahəyə otarmağa apararkən boyunlarına ip bağlanır, həmin ipi də yerə vurulmuş mıxa bağlayırmışlar ki, qaçıb oradan getməsin. Lakin həmin gün inək sakit dayanmayaraq oradan qaçmışdır. Oğlu Mirmənsur gəlib ona inəyin qaçdığını dedikdə o, inəyi ağtarmağa başlamışdır. İnəyi tapmaq üçün müxtəlif rayonlarda təşkil olunan mal-qara bazarlarına da getmişdir. O, inəyi tapa bilmədiyini görüb bu barədə polisə ərizə ilə müraciət etmişdir. Baş vermiş cinayət hadisəsi nəticəsində ona 1200 AZN məbləğində maddi zərər dəymişdir. Hal-hazırda onun təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 qarşı heç bir tələbi və şikayəti yoxdur. Belə ki, baş vermiş cinayət hadisəsi nəticəsində ona dəymiş maddi zərər təqsirləndirilən şəxslər tərəfindən tam şəkildə ödənilmişdir. Bütün bunları nəzərə alaraq, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 məhkəmə tərəfindən yüngül cəza verilməsini xahiş etmişdir. Cinayət işində olan xx xxxxxx 2020-ci il tarixli “şübhəli şəxsi tutma haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs1 xx xxxxxx 2020-ci il tarixdə, saat 11:30-da Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işində olan xx xxxxxx 2020-ci il tarixli “qətimkan tədbirinin seçilməsi və X4 azad edilmə haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs1 xx xxxxxx 2020-ci il tarixdə, saat 11:10-da İmişli Rayon Polis Şöbəsinin X4 azad edilmiş və barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Cinayət işində olan İmişli Rayon Məhkəməsinin 4(036)-008/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində 03 (üç) ay müddətində “həbs” qətimkan tədbiri seçilmiş və “həbs” etmənin əvvəli xx xxxxxx 2020-ci il tarixdən hesablanmışdır. Cinayət işində olan İmişli Rayon Məhkəməsinin 4(036)-009/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs3 barəsində 02 (iki) ay müddətində “həbs” qətimkan tədbiri seçilmiş və “həbs” etmənin əvvəli xx xxxxxx 2020-ci il tarixdən hesablanmışdır. Cinayət işində olan İmişli Rayon Məhkəməsinin 4(036)-030/2020 saylı, xx xxxxx 2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 “həbs”də saxlama müddəti xx xxxx 2020-ci il tarixədək uzadılmışdır. Cinayət işində olan İmişli Rayon Məhkəməsinin 4(036)-031/2020 saylı, xx xxxxx 2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs3 “həbs”də saxlama müddəti xx xxxx 2020-ci il tarixədək uzadılmışdır. Cinayət işində olan İmişli Rayon Məhkəməsinin 4(036)-041/2020 saylı, xx xxx 2020ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs3 barəsində seçilmiş “həbs” qətimkan tədbiri “ev dustaqlığı” qismində qətimkan tədbiri ilə əvəz edilmişdir. Cinayət işində olan xx xxxx 2020-ci il tarixli “qətimkan tədbirinin seçilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs3 barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Cinayət işində olan xx xxxx 2020-ci il tarixli “qətimkan tədbirinin seçilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Cinayət işində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 9/135 saylı, xx xxxx 2020-ci il ekspert rəyindən görünür ki, xx xxxxxx 2020-ci il tarixə 2 (iki) baş təxminən 1 yaş yarım-2 yaşlı erkək qoyun 502 AZN məbləği; 17 (on yeddi) baş 1 yaş yarım-2 yaşlı dişi qoyun 3553 AZN məbləği; xx xxxxxx 2020-ci il tarixə 1 (bir) baş 2 yaş, qaramtıl rəngli düyə- 702 AZN məbləği; 1 (bir) baş 1 yaş, bozumtul rəngli cöngə-660 AZN məbləği təşkil edir. Məhkəmə-əmtəəşünaslıq ekspertizasının keçirilməsi üçün aparılmış tədqiqatın dəyəri 50 (əlli) AZN məbləği təşkil edir. Cinayət işində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 9/1235 saylı, xx xxx 2020-ci il ekspert rəyindən görünür ki, 1 (bir) baş təxminən 6-7 yaşlı, diri çəkisi 260 kilqoram inək-1287 AZN məbləği təşkil edir. Məhkəməəmtəəşünaslıq ekspertizasının keçirilməsi üçün aparılmış tədqiqatın dəyəri 50 (əlli) AZN məbləği təşkil edir. Cinayət işində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 9/1236 saylı, xx xxx 2020-ci il ekspert rəyindən görünür ki, xx xxxxxx 2020-ci il tarixə 2 (iki) baş təxminən 1 yaş yarım-2 yaşlı erkək qoyun 502 AZN məbləği; 17 (on yeddi) baş 1 yaş yarım-2 yaşlı dişi qoyun 3553 AZN məbləği; 2 (iki) baş təzə doğulmuş 2 aylıq, ağ, alabaş rəngli xırdabuynuzlu erkək heyvan 101.82 AZN məbləği; 1 (bir) baş təzə doğulmuş 2 aylıq, ağ, alabaş rəngli xırdabuyunuzlu dişi heyvan 50.91 AZN məbləği; xx xxxxxx 2020-ci il tarixə 1 (bir) baş 2 yaş, qaramtıl rəngli düyə- 702 AZN məbləği; 1 (bir) baş 1 yaş, bozumtul rəngli cöngə-660 AZN məbləği təşkil edir. Məhkəmə-əmtəəşünaslıq ekspertizasının keçirilməsi üçün aparılmış tədqiqatın dəyəri 50 (əlli) AZN məbləği təşkil edir. Cinayət işində olan İmişli Rayon Məhkəməsinin 1(036)-053/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli “cinayət işi üzrə icraatın dayandırılması haqqında” qərardan görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 oğlinun barəsində “axtarış” elan edilməklə, barələrində “həbs” qətimkan tədbirinin seçilmişdir. Cinayət işində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidməti 3 saylı İstintaq Təcridxanasının xx/xx-4993 saylı, xx xxxxxx 2020-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs3 xx xxxxxx 2020-ci il tarixdə İmişli Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən tutularaq, xx xxxxxx 2020-ci il tarixdə saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidməti 3 saylı İstintaq Təcridxanasına təhvil verilmişdir. Cinayət işində olan İmişli Rayon Polis Şöbəsinin 16814959 saylı, xx xxxxxx 2020-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs1 xx xxxxxx 2020-ci il tarixdə özü könüllü olaraq, İmişli Rayon Polis Şöbəsinə gəlmiş və özünü könüllü olaraq, istintaqa təqdim etmişdir. Cinayət işində olan İmişli Rayon Məhkəməsinin 1(036)-053/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli “cinayət işi üzrə icraatın təzələnməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilmiş və o, dərhal İmişli Rayon Polis Şöbəsinin X4 azad edilmiş və barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Cinayət işində olan Zərərçəkmiş şəxs3 Nuşirəvan oğlunun xx xxxxxx 2021-ci il tarixli ərizəsindən görünür ki, baş vermiş cinayət hadisəsi nəticəsində təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 tərəfindən ona dəymiş maddi zərər tam şəkildə ödənilmiş, onun təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 qarşı heç bir şikayəti və tələbi yoxdur, məhkəmə tərəfindən yüngül cəza verilməsini xahiş etmişdir. Cinayət işində olan Zərərçəkmiş şəxs1 xx xxxxxx 2021-ci il tarixli ərizəsindən görünür ki, baş vermiş cinayət hadisəsi nəticəsində təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 tərəfindən ona dəymiş maddi zərər tam şəkildə ödənilmiş, onun təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 qarşı heç bir şikayəti və tələbi yoxdur, məhkəmə tərəfindən yüngül cəza verilməsini xahiş etmişdir. Cinayət işində olan Zərərçəkmiş şəxs2 xx xxxxxx 2021-ci il tarixli ərizəsindən görünür ki, baş vermiş cinayət hadisəsi nəticəsində təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 tərəfindən ona dəymiş maddi zərər tam şəkildə ödənilmiş, onun təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 qarşı heç bir şikayəti və tələbi yoxdur, məhkəmə tərəfindən yüngül cəza verilməsini xahiş etmişdir. Cinayət işində olan İmişli rayon İcra Hakimiyyəti Başçısının Bəhrəmtəpə Qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx xxx 2020-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 müsbət xarakterizə edilir. Cinayət işində olan İmişli rayon İcra Hakimiyyəti Başçısının Bəhrəmtəpə Qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 23 saylı, xx xxx 2020-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs2 İmişli rayonu, Bəhrəmtəpə qəsəbəsində qeydiyyatdadır və valideynləri ilə birlikdə İmişli rayonu, Bəhrəmtəpə qəsəbəsində yaşayır. Cinayət işində olan İmişli rayon İcra Hakimiyyəti Başçısının Bəhrəmtəpə Qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx xxx 2020-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 müsbət xarakterizə edilir. Cinayət işində olan müvafiq qaydada təsdiq edilmiş AZ-İİ 370669 №-li, xx xxxxxx 2020-ci il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs1 ilə X2 birgə nikahından xx xxxxxx 2018-cı ildə “X8” adında uşaqları anadan olmuşdur. Cinayət işində olan müvafiq qaydada təsdiq edilmiş AZ-İİ 370670 №-li, xx xxxxxx 2020-ci il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs1 ilə X2 birgə nikahından xx xxxxxx 2019-cu ildə “X5” adında uşaqları anadan olmuşdur. Cinayət işindən görünür ki, Təqsirləndirilən şəxs1 xx xxxxxxxx 2020-ci il tarixdən Vətən Müharibəsində (2-ci Qarabağ) iştirak etmiş və xx xxxxxx 2021-ci il tarixdə ordudan təxris olunmuşdur. Hüseynov X6, Qubadlı, Zəngilan və Şuşa şəhərinin Daşaltı kəndi istiqamətində gedən döyüşlərdə iştirak edərək, sağ ayağından və qabırğasından qəlpə yaraları almış və İİ qrup müharibə əlilidir. Azərbaycan Respublikasının Prezidentinin xx xxxxxx 2020-ci il tarixli Sərəncamı ilə Təqsirləndirilən şəxs1 “Cəbrayılın azad olunmasına görə” medalı və xx xxxxxx 2020-ci il tarixli Sərəncamı ilə “Qubadlının azad olunmasına görə” medalı təltif edilmişdir. Cinayət işində olan Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi Biləsuvar rayon Mənzil-Kommunal İstismarı Sahəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs3 müsbət xarakterizə edilir. Cinayət işində olan müvafiq qaydada təsdiq edilmiş AZ-İİİ 126197 №-li, xx xxxxxxxx 2013-cü il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs3 ilə X1 birgə nikahından xx xxxxxx 2005-ci ildə “X9” adında uşaqları anadan olmuşdur. Cinayət işində olan müvafiq qaydada təsdiq edilmiş AZ-İİİ 126196 №-li, xx xxxxxxxx 2013-cü il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs3 ilə X1 birgə nikahından xx xxxxxx 2007-ci ildə “X10” adında uşaqları anadan olmuşdur. Cinayət işində olan müvafiq qaydada təsdiq edilmiş AZ-İV 364102 №-li, xx xxxxxx 2019-cu il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs3 ilə X1 birgə nikahından xx xxxxxxx 2019-cu ildə “X11” adında uşaqları anadan olmuşdur. Məhkəmə cinayət təqibi üzrə toplanmış sübutları tam, obyektiv və hərtərəfli araşdırıb, mövcud sübutları düzgün təhlil edərək hesab edir ki, istintaq orqanı tərəfindən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 törətdiyi cinayət əməli düzgün olaraq, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrinə tövsif edilmişdir. Eyni zamanda, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Bununla yanaşı, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin həmin maddələrinə əsasən cinayət məsuliyyətindən və cəzadan azad etmə üçün əsaslar yoxdur. Bu səbəbdən də, məhkəmə tərəfindən Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 cəzalanmalı və ona cəza təyin etməklə, barəsində ittiham hökmü çıxarılmalıdır. Məhkəmə tərəfindən təqsirləndirilən şəxsə cəza təyin edilərkən, onun şəxsiyyəti, törətmiş olduğu cinayətin xarakteri və ictimai təhlükəliliyi, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Belə ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 törətdiyi cinayət əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən az ağır cinayətlər kateqoriyasına aiddir. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 əməli etiraf etmələrini, səmimi peşmanlığını, zərərçəkmiş şəxslərə dəymiş maddi zərərin ödəməsini, zərərçəkmiş şəxslərin ona qarşı tələb və şikayətinin olmamasını, eləcə də, istintaq müddəti ərzində öz səhvlərini dərk edərək, nəticə çıxarmasını, davranışında islah olunması əlamətlərinin aşkarlığını, məhkəmə qarşısında gələcəkdə bir daha cinayət əməli törətməyəcəyi, qanunlara əməl edəcəyi barədə söz vermələrini və eləcə də, gələcəyə nikbin baxışlarını və planlarını, eləcə də, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 ailəli və himayəsində yetkinlik yaşına çatmayan, azyaşlı uşaqlarının olmasını, xüsusilə, Təqsirləndirilən şəxs1 Vətən Müharibəsində (2-ci Qarabağ) iştirak etməsini, Azərbaycan Respublikasının Prezidentinin müvafiq Sərəncamları ilə “Cəbrayılın azad olunmasına görə” və “Qubadlının azad olunmasına görə” medallar təltif edilməsini Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 cəza təyin edərkən cinayətin məqsədi və motivini, təqsirkarın cinayətin törədilməsində rolunu nəzərə alaraq, barəsində təqsirli bilindiyi cinayət qanununun normasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması ilə bağlı olan cəzanın təyin edilməsini, cəzaçəkmə müddətinin başlanğıcının məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmasını və təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmasını, eləcə də, Təqsirləndirilən şəxs3 barəsində seçilmiş “həbs” qətimkan tədbirinin ləğv edilməsini və dərhal məhkəmə iclası zalından azad edilməsini məqsədə müvafiq hesab edir. Bundan başqa, məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsinə əsasən cəzaçəkmə müddəti ərzində Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 üzərinə hər gün saat 21:00-dan növbəti gün saat 08:00-a dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, İmişli və (və ya) Biləsuvar rayonlarının inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 197.1.4-cü maddəsinə əsasən mütəxəssisə, ekspertə ödənilməli haqlar və tərcüməçiyə ödəniş haqqı kimi verilməli olan məbləğ məhkəmə məsrəflərinə daxildir. Həmin Məcəllənin 198.1-ci maddəsinə əsasən Bu Məcəllənin 197.1.1, 197.1.2, 197.1.4, 197.1.5-1, 197.1.6-197.1.9-cu maddələrində sadalanan məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər. Məhkəmə cinayət işində olan ekspertiza xərci ilə bağlı məsələyə hüquqi qiymət verərək hesab edir ki, cinayət işinin ibtidai istintaqı zamanı məhkəmə əmtəəşünaslıq ekspertizasının keçirilməsi üçün aparılmış tədqiqatın dəyəri olan 150 (yüz əlli) AZN məbləğində eskpertiza xərci təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 müştərək qaydada tutularaq, dövlət nəfinə ödənilməlidir. Məhkəmə nəzərə alır ki, “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” xx xxxx 2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1-ci maddəsi isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. İş üzrə məhkəmə mülki iddia və müsadirə edilməli əmlak yoxdur. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinsin və 1 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 xx xxxxxx 2020-ci il tarixdən xx xxxxxx 2020-ci il tarixədək “şübhəli şəxs” qismində tutulduğu 2 (iki) gün və xx xxxxxx 2020-ci il tarixdə “həbs”də saxlanıldığı 1 (bir) gün, ümumilikdə 3 (üç) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəza müddətinə bir günə iki gün hesabı ilə 6 (altı) gününə bərabər hesablanmaqla, Təqsirləndirilən şəxs1 qəti olaraq 11 (on bir) ay, 24 (iyirmi dörd) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Cəzaçəkmə müddətinin başlanğıcı Təqsirləndirilən şəxs1 oğlunun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cəzaçəkmə müddəti ərzində Təqsirləndirilən şəxs1 üzərinə hər gün saat 21:00-dan növbəti gün saat 08:00-a dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, İmişli rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs1, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinsin və 3 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 xx xxxxxx 2020-ci il tarixdən xx xxxx 2020-ci il tarixədək “həbs”də saxlanıldığı 5 (beş) ay müddət azadlığın məhdudlaşdırılması növündə cəza müddətinə bir günə iki gün hesabı ilə 10 (on) aya bərabər hesablanmaqla, Təqsirləndirilən şəxs2 qəti olaraq 2 (iki) il, 2 (iki) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Cəzaçəkmə müddətinin başlanğıcı Təqsirləndirilən şəxs2 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cəzaçəkmə müddəti ərzində Təqsirləndirilən şəxs2 üzərinə hər gün saat 21:00-dan növbəti gün saat 08:00-a dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, İmişli rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs2, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinsin və 3 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs3 xx xxxxxx 2020-ci il tarixdən xx xxxx 2020-ci il tarixədək “həbs”də və “ev dustaqlığı”nda saxlanıldığı 4 (dörd) ay, 25 (iyirmi beş) gün və xx xxxxxx 2020-ci il tarixdən xx xxxxxx 2021-ci il tarixədək “həbs”də saxlanıldığı 2 (iki) ay, 25 (iyirmi beş) gün, ümumilikdə 7 (yeddi) ay, 20 (iyirmi) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəza müddətinə bir günə iki gün hesabı ilə 1 (bir) il, 3 (üç) ay, 10 (on) gününə bərabər hesablanmaqla, Təqsirləndirilən şəxs3 qəti olaraq 1 (bir) il, 8 (səkkiz) ay, 20 (iyirmi) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Cəzaçəkmə müddətinin başlanğıcı Təqsirləndirilən şəxs3 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cəzaçəkmə müddəti ərzində Təqsirləndirilən şəxs3 oğlunun üzərinə hər gün saat 21:00-dan növbəti gün saat 08:00-a dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, İmişli və Biləsuvar rayonlarının inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilsin və o, dərhal məhkəmə iclas zalından azad edilsin. Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 müştərək qaydada məhkəmə-əmtəəşünaslıq ekspertizasının keçirilməsi üçün aparılmış tədqiqatın dəyəri olan 150 (yüz əlli) AZN məbləğində eskpertiza xərci tututlaraq, dövlət nəfinə ödənilsin. Cinayət işi üzrə ibtidai istintaqı və məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 tərəfindən zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs3 Nuşirəvan oğluna, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 dəymiş maddi zərərin ödənilməsi nəzərə alınsın. Hökmün “Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 aid hissədə” icrası İmişli Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Hökmün “Təqsirləndirilən şəxs3 aid hissədə” icrası Cəbrayıl Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Hökmdən, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində İmişli Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Tərlan Nüsrətov Düzdür: Hakim: Tərlan Nüsrətov
Məhkəmə qərarları › İş №1(036)-3/2021
İmişli Rayon Məhkəməsi Hökm — İş №1(036)-3/2021
18.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver