Azərbaycan Respublikası adından HÖKM İmişli rayonu İş № 1(036)-30/2021 27.01.2021 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Qurban Hamid oğlu Hacıyevin sədrliyi, Nuranə Busat qızı Hacıyevanın katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərər çəkmiş şəxs: Zərərçəkmiş şəxs, Təqsirləndirlən şəxslər: Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 və onların müdafiəçiləri Müdafiəçi2 və Müdafiəçi1 iştirakları ilə, xx xxxxx 1984-cü il tarixdə Fizuli rayonunun Mollaməhərrəmli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmamış, Fizuli rayonunun Mollaməhərrəmli kəndində qeydiyyatda olan, İmişli şəhəri, E.Qurbanov küçəsində yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə, xx xxxxxx 1993-cü il tarixdə İmişli şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, himayəsində 2 azyaşlı uşağı olan, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmamış, İmişli şəhəri, H.Əliyev prospekti ev 217 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2, özgənin əmlakını gizli olaraq talama niyyətilə, qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək xx xxxxxx 2020-ci il tarixdə saat 13 radələrində Zərərçəkmiş şəxs məxsus İmişli rayonunun Xoşçobanlı kəndində yerləşən fərdi yaşayış evinin həyətindəki saxlanc yeri hesab olunan tövləyə giriş qapısından qanunsuz daxil olaraq, oradan 350 (üç yüz əlli) manat dəyərində bir baş qoyunu gizli yolla talayıb Zərərçəkmiş şəxs 350 manat məbləğində ziyan vurmaqla oğurluq etmişlər. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə elan olunmuş ittihamda özünü təqsirli bilib ifadəsində göstərdi ki, xx xxxxxx 2020-ci il tarixdə saat 12 radələrində evdə olduğu zaman tanışı Təqsirləndirilən şəxs2 onun yaşadığı evə gələrək özünə məxsus avtomobillə rayon ərazisində gəzməyi təklif etmişdir. O, Səbuhi ilə razılaşıb evdən çıxmış və birlikdə rayon ərazisində təxminən 15-20 dəqiqə gəzdikdən sonra Xoşçobanlı kəndi istiqamətində getmişlər. Avtomobildə olan zaman Səbuhi ona Xoşçobanlı kəndinə getməyi, orada xırda buynuzlu heyvan olduğunu və həmin heyvanı götürüb satmağı təklif etmişdir. Səbuhidən heyvanın kimə məxsus olduğunu soruşduqda sonuncu heyvanın oğurluq olduğunu demişdir. O, Səbuhi ilə razılaşıb Xoşçobanlı kəndinə çatdıqdan sonra avtomobil yolunun kənarında ağacın altında bir baş qoyun heyvanını görmüşdür. Səbuhi həmin heyvanı göstərib aparacaqları heyvan olduğunu demişdir. Səbuhi avtomobili saxlamış, hər ikisi avtomobildən yerə düşmüş və birlikdə heyvanı ağacın yanından götürüb avtomobilin yük yerinə qoyub avtomobilə əyləşib oradan uzaqlaşmışlar. Həmin vaxt ətrafda heç kim olmamışdır. İmişli rayonunun daş körpü dairəsi adlanan yerə gəldikdən sonra Səbuhi onu həmin yerdə düşürüb orada gözləməli olduğunu bildirib heyvanı satdıqdan sonra yanına qayıdacağını demişdir. O, daş körpü dairəsi adlanan yerdə avtomobildən düşdükdən təxminən 15-20 dəqiqə sonra Səbuhi onun yanına qayıtmış və heyvanı 90 manata satdığını bildirmişdir. Həmin puldan hər ikisi siqaret, kolbasa, çörək, su aldıqdan sonra Səbuhi ona 33 manat pul vermişdir. O. həmin pulu Səbuhidən aldıqdan sonra yaşadığı evə getmişdir. Törətmiş olduğu cinayət əməlindən səmimi peşmandır. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə elan olunmuş ittihamda özünü təqsirli bilib ifadəsində göstərdi ki, xx xxxxxx 2020-ci il tarixdə saat təxminən 11:30 radələrində idarə etdiyi özünə məxsus “VAZ-2107” markalı, **-NT-*** dövlət qeydiyyat nişanlı avtomobillə Xoşçobanlı kəndi istiqamətində getmiş və kənddə avtomobil yolunun kənarında qoyun heyvanı otladığını görüb həmin heyvanı oğurlamaq qərarına gəlmişdir. Həmin gün saat 12 radələrində avtomobillə gəzməyi və heyvanı oğurlamaq istədiyini demək üçün tanışı Təqsirləndirilən şəxs1 yaşadığı evə getmişdir. O, Qadirə onunla çıxıb özünə məxsus avtomobillə rayonda gəzməyi təklif etdikdə sonuncu razılaşmışdır. Qadir evdən çıxmış və birlikdə rayon ərazisində təxminən 15-20 dəqiqə gəzdikdən sonra Xoşçobanlı kəndi istiqamətində getmişlər. O, Qadirə Xoşçobanlı kəndinə getməyi, orada xırda buynuzlu heyvan olduğunu və həmin heyvanı aparıb satmağı təklif etmişdir. Qadir həmin heyvanın kimə məxsus olduğunu soruşduqda o, heyvanı oğurlamaq istədiyini demişdir. Qadir onunla razılaşmış və Xoşçobanlı kəndinə çatdıqdan sonra o, sonuncuya həmin heyvanı göstərmişdir. Hər ikisi avtomobildən yerə düşmüş, birlikdə heyvanı oradan götürüb avtomobilin yük yerinə qoyub oradan uzaqlaşmışlar. Həmin vaxt ətrafda heç kim olmamışdır. İmişli rayonunun daş körpü dairəsi adlanan yerə gəldikdən sonra Qadiri avtomobildən düşürüb heyvanı satmaq üçün getmişdir. İmişli şəhərinin mərkəzində yerləşən bazarda tanımadığı şəxslə razılaşaraq həmin heyvanın özünə məxsus olduğunu deyib 90 manata satmışdır. Bundan sonra Qadirin yanına qayıtmış və birlikdə mağazadan siqaret, su, kolbasa və digər ərzaq almışlar. Sonra Qadirə 33 manat pul vermiş və ondan ayrılaraq evinə getmişdir. Törətmiş olduğu cinayət əməlindən səmimi peşmandır. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətmiş olduqları cinayət əməli özlərinin etirafi ilə yanaşı, iş üzrə dindirilmiş zərərçəkmiş şəxsin ifadəsi, ekspertiza rəyi, iş materialları və işin digər obyektiv halları ilə tam subuta yetirilmişdir. Belə ki, məhkəmədə zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, xx xxxxxx 2020-ci il tarixdə saat 13 radələrində şəxsi təsərrüfatında olan iri və xırda buynuzlu heyvanları həyətyanı sahədə olan tövlədə və tövlənin qapısı açıq vəziyyətdə saxlamışdır. Həmin gün saat 15 radələrində heyvanlara tövlədə ot qoymaq üçün getmiş və xırda buynuzlu heyvanlardan birinin tövlədə olmadığını aşkar etmişdir. Həyətyanı sahədə və kənd ərazisində həmin heyvanı axtarsa da tapa bilməmiş və heyvanın tövlədən oğurlandığını müəyyən etmişdir. O, Azərbaycan Respublikası DİNnin 102 zəng xidmətinə məlumat vermiş və sonra İmişli rayon polis şöbəsinə ərizə ilə müraciət etmişdir. Sonradan heyvanının Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən oğurlandığını bilmişdir. Hazırda ona dəymiş maddi ziyan təqsirləndirilən şəxslər tərəfindən tam ödənilmişdir. Odur ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 heç bir şikayəti və tələbi yoxdur. İşə əlavə edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx xxxxxx 2020-ci il tarixli, 9/2933 nömrəli rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarda göstərilən xırdabuynuzlu heyvanın 2020-ci ilin yanvar ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 350,00 manat müəyyən edilir. Beləliklə də şərh edilən sübutları məcmu üzrə qiymətləndirərək məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulan ictimai təhlükəli əməli törətməkdə təqsirlilikləri təsdiq edildi və onlar istinad edilən cinayət qanununun həmin maddələrinin sanksiyası həddində cəzalandırılmalıdırlar. Cəza məsələsi müzakirə edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirləndirilən şəxsləri səciyyələndirən məlumatlar, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs1 ilk məhkumluğunu, əməlini etiraf edib səmimi peşmançılıq çəkməsini, zərər çəkmiş şəxslə barışmasını, sonuncunun ondan heç bir şikayətinin və tələbinin olmamasını, vurulmuş maddi ziyanın tam ödənilməsini və yaşayış yerindən müsbət xasiyyətləndirilməsini cəzanı yüngülləşdirən hallar kimi nəzərə alıb ona təqsirli bilindiyi maddənin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzasını təyin etməyi qanuni olmaqla əsaslı və ədalətli hesab edir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 üzərinə cəzaçəkmə müddəti ərzində hər gün saat 21:00-dan növbəti gün saat 08:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, İmişli rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmasını məqsədə müvafiq hesab edir. Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hallar məhkəmə tərəfindən müəyyən olunmadı. Məhkəmə Təqsirləndirilən şəxs2 ilk məhkumluğunu, əməlini etiraf edib səmimi peşmançılıq çəkməsini, zərərçəkmiş şəxslə barışmasını, sonuncunun ondan heç bir şikayətinin və tələbinin olmamasını, vurulmuş maddi ziyanın tam ödənilməsini, himayəsində iki azyaşlı uşağının olmasını və yaşayış yerindən müsbət xasiyyətləndirilməsini cəzanı yüngülləşdirən hallar kimi nəzərə alıb ona təqsirli bilindiyi maddənin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzasını təyin etməyi qanuni olmaqla əsaslı və ədalətli hesab edir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 üzərinə cəzaçəkmə müddəti ərzində hər gün saat 21:00-dan növbəti gün saat 08:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, İmişli rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmasını məqsədə müvafiq hesab edir. Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hallar məhkəmə tərəfindən müəyyən olunmadı. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351- 354, 356, 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM E T D İ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 1 (bir) il 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təyin edilmiş cəza müddəti ərzində Təqsirləndirilən şəxs1 üzərinə hər gün saat 21:00-dan növbəti gün saat 08:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, İmişli rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəza çəkməsinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm icraya yönəldilənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 1 (bir) il 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təyin edilmiş cəza müddəti ərzində Təqsirləndirilən şəxs2 üzərinə hər gün saat 21:00-dan növbəti gün saat 08:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, İmişli rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəza çəkməsinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm icraya yönəldilənədək dəyişdirilmədən saxlanılsın. Ekspertiza tədqiqatına sərf edilmiş 50 (əlli) manat ekspertiza xərci Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada dövlət nəfinə tutulsun. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Hökmdən 20 gün müddətinə İmişli rayon məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən: Qurban Hacıyev
Məhkəmə qərarları › İş №1(036)-30/2021
İmişli Rayon Məhkəməsi Hökm — İş №1(036)-30/2021
27.01.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver