Azərbaycan Respublikası adından HÖKM İmişli rayonu İş № 1(036)-30/2022 09.03.2022 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Qurban Hamid oğlunun sədrliyi, Hacıyeva Nuranə Busat qızının katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərər çəkmiş şəxs: Zeynalova (Köçərli) Pərvanə Yadulla qızı, Təqsirləndirlən şəxs: Təqsirləndirilən şəxs və onun müdafiəçisi X2 iştirakları ilə xx xxxxxx 1991-ci il tarixdə Tərtər şəhərində аnаdаn оlmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, himayəsində bir azyaşlı uşağı olan, оrtа təhsilli, əvvəllər Tərtər rayon Məhkəməsinin 28 fevral 2019-cu il tarixli hökmü ilə Azərbaycan Rеspublikası CM-nin 306.1-ci maddəsi ilə təqsirli bilinərək 1 (bir) il 5 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, 19 noyabr 2020-ci il tarixdə cəzası icra edilib qurtardığından İmişli rayon İcra və Probasiya şöbəsinin qeydiyyatından çıxarılmış, fərdi əməklə məşğul оlаn, ünvan 1 ünvanında qеydiyyаtdа оlmaqla İmişli şəhəri, 28 may küçəsində yаşаyаn, bаrəsində bаşqа yеrə gеtməmək barədə iltizаm qətimkаn tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs, cavabdeh kimi ondan 03 oktyabr 2017-ci il tarixdən hesablanmaqla 31 iyul 2012-ci il təvəllüdlü X9 və 28 iyun 2014-cü il təvəllüdlü X4 yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün hər ay hər uşağa görə 110,00 manat olmaqla, cəmi 220,00 manat sabit pul məbləğində alimentin Zeynalova (Köçərli) Pərvanə Yadulla qızına ödənilməsinə dair İmişli Rayon Məhkəməsinin 03 oktyabr 2017-ci il tarixli, 2(036)- 4334/2017 saylı qətnaməsini üzrsüz səbəbdən müəyyən olunmuş müddətdə icra etmədiyinə və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə barəsində İmişli Rayon Məhkəməsinin 19 noyabr 2020-ci il tarixli, 3(036)-474/2020 saylı qərarı ilə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinərək 15 (on beş) gün müddətinə inzibati qaydada həbs edilməsinə, icra sənədindəki tələbi icra etməsi üçün ona yeni müddət təyin edilərək 02 mart 2021-ci il tarixdə məsuliyyəti elan olunmaqla rəsmi qaydada xəbərdarlıq edilməsinə, habelə əvvəllər analoji cinayət əməlinə görə məhkəmə məsuliyyətinə verilməsinə baxmayaraq öz hərəkətlərini davam etdirməklə şəxsi maraq niyyəti ilə cinayət təqibi başlanılması məsələsinə baxılması üçün təqdimat verilən 01 iyun 2021-ci il tarixədək 4995,00 manat məbləğində aliment borcunu ödəməyərək zərərçəkmiş şəxs Zeynalova (Köçərli) Pərvanə Yadulla qızına maddi ziyan vurmaqla yanaşı qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq icra etməməklə ədalət mühakiməsinin nüfuzuna xələl gətirmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilib ifadəsində göstərdi ki, Zeynalova (Köçərli) Pərvanə Yadulla qızı ilə 2011-ci il tarixdə faktiki nikaha daxil olaraq ailə həyatı qurmuş və birgə nikahlarından 31 iyul 2012ci il təvəllüdlü Zəhra adlı bir qız və 28 iyun 2014-cü il təvəllüdlü Məhəmməd adlı bir oğlan uşaqları anadan olmuşdur. Pərvanə ilə əvvəllər ailə münasibətləri yaxşı olsa da sonradan aralarında tez-tez mübahisələr yarandığı üçün birgə yaşamaqları mümkün olmadığından ayrılmaq qərarına gəlmişlər. Pərvanə iki az yaşlı uşaqlarını götürərək valideynlərinin yaşadığı ünvana gedərək onların himayəsində yaşamağa başlamışdır. Bir müddət sonra o, 2017-ci ilin sentyabr ayında Pərvanədən boşanmağa görə aidiyyəti üzrə İmişli Rayon Məhkəməsinə müraciət etmiş və sonuncu da aliment tələbi ilə bağlı həmin tarixdə iddia qaldıraraq həmin məhkəməyə müraciət etmiş və İmişli Rayon Məhkəməsinin 03 oktyabr 2017-ci il tarixli qətnaməsinə əsasən nikahları ləğv olunaraq ondan 03 oktyabr 2017-ci il tarixdən hesablanmaqla 31 iyul 2012-ci il təvəllüdlü Zəhra və 28 iyun 2014-cü il təvəllüdlü Məhəmmədin yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün hər ay hər uşağa görə 110,00 manat olmaqla, cəmi 220,00 manat sabit pul məbləğində alimentin tutularaq Pərvanəyə ödənilməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəsini aldıqdan sonra onun yaşadığı yer üzrə Tərtər Rayon İcra və Probasiya şöbəsinə göndərilmişdir. İcra məmuru tərəfindən icraata başlamaq haqqında qərar qəbul olunaraq ona aliment pulunu ödəməsi üçün müddət verilməsinə baxmayaraq aliment borcunu ödəməmişdir. Bu səbəbdən də icra məmuru tərəfindən onun barəsində inzibati protokol tərtib olunaraq aidiyyəti üzrə məhkəməyə göndərilmiş və o, Azərbaycan Respublikası İXM-nın 528.1-ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinərək Tərtər Rayon Məhkəməsinin 24 fevral 2018-ci il tarixli qərarı ilə 10 (on) gün müddətinə inzibati qaydada həbs olunmuşdur. 03 oktyabr 2017-ci il tarixdən 07 sentyabr 2018-ci il tarixədək yaranmış olan 2220,00 manat aliment borcuna görə Tərtər Rayon Məhkəməsinin 28 fevral 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 05 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuşdur. Sonradan işi ilə əlaqədar olaraq İmişli rayonuna köçdüyündən həmin aliment işi yaşadığı yer üzrə İmişli rayon İcra və Probasiya şöbəsinə göndərilmişdir. Cəza almasına baxmayaraq bir daha üzərinə düşən öhdəliyi yerinə yetirmədiyi üçün İmişli Rayon Məhkəməsinin 19 noyabr 2020-ci il qərarı ilə Azərbaycan Respublikası İXM-nın 528.1-ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinərək 15 (on beş) gün müddətinə inzibati qaydada həbs edilmişdir. Məhkəmə qətnaməsindən sonra o, 11 dekabr 2018-ci il tarixdən təqdimat verilən 01 iyun 2021-ci il tarixədək аlimеntə görə Pərvanəyə 2265,00 mаnаt məbləğində ödəniş еtmiş və 4995,00 mаnаt bоrcu qаlmışdır. 22 dekabr 2021-ci il tarixdə Pərvanəyə aliment borcundan 920,00 manat, 14 fevral 2022-ci il tarixdə 200,00 manat və 01 mart 2022-ci il tarixdə 200,00 manat, cəmi 1320,00 manat ödəniş etmişdir. Törətmiş olduğu cinayət əməlindən səmimi peşmandır. Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli özünün etirafı ilə yanaşı, iş üzrə dindirilmiş zərər çəkmiş şəxsin və şahidlərin ifadələri, iş materialları və işin digər obyektiv halları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmədə zərər çəkmiş şəxs qismində dindirilmiş Zeynalova (Köçərli) Pərvanə Yadulla qızı ifadəsində göstərdi ki, 2011-ci il tarixdə Təqsirləndirilən şəxs ilə faktiki nikaha daxil olaraq ailə həyatı qurmuş və birgə nikahlarından 31 iyul 2012-ci il təvəllüdlü Zəhra adlı bir qız və 28 iyun 2014-cü il təvəllüdlü Məhəmməd adlı iki övladları anadan olmuşdur. Əvvəllər ailə münasibətləri yaxşı olsa da, sonradan Anarın içki içməsi səbəbindən aralarında tez-tez münaqişələri yaranmış və bu səbəbdən ayrılmaq qərarına gəlmişdir. Həmin vaxtdan da o, övladları ilə birlikdə valideynlərinin himayəsində yaşamağa başlamışdır. Daha sonra övladlarını tək başına saxlaya bilmədiyindən Anara qarşı məhkəmədə aliment tələbinə dair iddia qaldırmış və İmişli Rayon Məhkəməsinin 03 oktyabr 2017-ci il tarixli qətnaməsinə əsasən Təqsirləndirilən şəxs 03 oktyabr 2017-ci il tarixdən hesablanmaqla 31 iyul 2012-ci il təvəllüdlü Zəhra və 28 iyun 2014-cü il təvəllüdlü Məhəmmədin yetkinlik yaşlarına çatana kimi saxlanmaları üçün hər ay hər uşağa görə 110,00 manat olmaqla, cəmi 220,00 manat sabit pul məbləğində alimentin tutularaq ona verilməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəsini aldıqdan sonra Təqsirləndirilən şəxs oğlunun yaşadığı yer üzrə İmişli Rayon İcra və Probasiya şöbəsinə göndərilmiş, icra məmuru tərəfindən icraata başlamaq haqqında qərar qəbul edilmiş, borcluya tələbin könüllü icrası haqqında bildiriş göndərilərək 10 gün müddət verilmiş, dəfələrlə xəbərdarlıq edilmiş, izahatları alınaraq məsuliyyəti izah edilmiş, Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinərək İmişli Rayon Məhkəməsinin qərarı ilə on gün, daha sonra on beş gün müddətinə inzibati qaydada həbs edilmişdir. Bundan sonra icra məmurları tərəfindən ona yeni müddətlər verilərək Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti barədə xəbərdarlıq edilsə də təqdimat verilən 01 iyun 2021-ci il tarixədək köhnə aylara dair 7415,00 manat aliment borcundan 2265,00 mаnаt məbləğində ödəniş еtmiş və 4995,00 mаnаt bоrcu qаlmışdır. Bundan sonra Anar ona ümumilikdə 1320,00 manat ödəniş etmiş, qalan məbləği isə ödəməmişdir. Ödənilməmiş aliment borcunun Təqsirləndirilən şəxs tam şəkildə alınaraq ona ödənilməsini, əks halda qanuna müvafiq qaydada tədbir görülməsini məhkəmədən xahiş etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş İmişli Rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru Şahid1 ifadəsində göstərdi ki, şöbəyə daxil olmuş İmişli Rayon Məhkəməsinin 03 oktyabr 2017-ci il tarixli icra sənədinə əsasən iki uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün həmin tarixdən hesablanmaqla Təqsirləndirilən şəxs X3 xeyrinə hər ay cəmi 220 manat sabit pul məbləğində aliment alınıb verilməsi qət edilmişdir. Tərtər rayon İcra və Probasiya şöbəsində 24 yanvar 2018-ci il tarixdə başlanmış icraat zamanı tələbin icrasını təmin etmək məqsədi ilə borcluya bildiriş göndərilmiş, lakin tələb yerinə yetirilməmişdir. Borclunun tələbin yönəldilə biləcəyi əmlakı və rəsmi gəlirləri aşkar edilməmişdir. Tərtər Rayon Məhkəməsinin 30 aprel 2018-ci il tarixli qərardadına əsasən Təqsirləndirilən şəxs ölkədən getmək hüququ müvəqqəti olaraq məhdudlaşdırılmışdır. İcra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə və qətnamədəki tələbi icra etmədiyinə görə Təqsirləndirilən şəxs 24 fevral 2018-ci il tarixdə Tərtər Rayon Məhkəməsi tərəfindən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 10 gün müddətinə inzibati həbslə tənbeh edilmiş, 28 fevral 2019-cu il tarixdə həmin məhkəmə tərəfindən Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə təqsirli bilinərək qəti olaraq 01 il 05 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. 19 noyabr 2020-ci il tarixdə İmişli Rayon Məhkəməsi tərəfindən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 15 gün müddətinə inzibati həbslə tənbeh edilmişdir. Ona tələbi icra etməsi üçün məsuliyyəti elan olunmaqla yeni müddət verilmişdir. Lakin o, öz hərəkətlərini davam etdirmiş və icra sənədi üzrə müəyyən olunmuş tələbi və borcları təmin etməmişdir. Aliment borcunu ödəməsi üçün Təqsirləndirilən şəxs 02 mart 2021-ci il tarixdə yenidən xəbərdarlıq göndərilmişdir. Təqsirləndirilən şəxs öhdəliyini lazımı qaydada yerinə yetirməmiş, aliment borcunu tam ödəməmiş və ödənilməsinə təşəbbüs göstərməmişdir. İcraat zamanı Təqsirləndirilən şəxs dəfələrlə xəbərdar edilməsinə, iki dəfə inzibati məsuliyyətə cəlb olunmasına, onunla profilaktik söhbətlər aparılmasına baxmayaraq qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrasını təmin etməmişdir. X1 şöbəyə 08 fevral 2021-ci il tarixdə ərizə ilə müraciət edərək Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb olunmasını üçün təqdimat verilməsini xahiş etmişdir. Məhkəmə qərarının icrası üzrə tələbin yerinə yetirilməsi və icrasının məcburiliyi dəfələrlə Təqsirləndirilən şəxs nəzərinə çatdırılmış, lakin o, öz hərəkət və hərəkətsizliyi ilə icra sənədi üzrə tələbi qanunla müəyyən edilmiş qaydada və müddətdə təmin etməmiş, iki dəfə inzibati məsuliyyətə cəlb edilməsindən nəticə çıxarmamış, Pərvanə Köçərlinin qanunla qorunan hüquqlarının pozulmasına səbəb olan şərait yaratmışdır. Təqsirləndirilən şəxs təqdimat verilən 01 iyun 2021-ci il tarixədək olan aliment borcu 4995,00 manat təşkil etmişdir. Həmin borcdan Anar 1320,00 manat ödəmiş, qalan məbləği isə ödəməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş İmişli rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru Şahid2 işin hallarına dair Şahid1 ifadəsinə uyğun ifadə verdi. İşdə olan Tərtər Rayon Məhkəməsinin 28 fevral 2019-cu il tarixli, 1(061)-25/2019 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs оğlu Azərbaycan Rеspublikası CM-nin 306.1-ci maddəsi ilə təqsirli bilinərək 1 (bir) il 5 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. İşdə olan İmişli rayon İcra və Probasiya şöbəsinin 09 mart 2022-ci il tarixli, 16 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs оğlu Tərtər Rayon Məhkəməsinin 28 fevral 2019-cu il tarixli, 1(061)-25/2019 saylı hökmü ilə ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını 19 noyabr 2020-ci il tarixdə icra edib qurtardığından şöbənin qeydiyyatından çıxarılmışdır. Beləliklə də şərh edilən sübutları məcmu üzrə qiymətləndirərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsində nəzərdə tutulan ictimai təhlükəli əməli törətməkdə təqsirliliyi təsdiq edildi və o, istinad edilən cinayət qanununun həmin maddəsinin sanksiyası həddində cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs əməlini etiraf edib səmimi peşmançılıq çəkməsini və himayəsində bir azyaşlı uşağının olmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar məhkəmə tərəfindən müəyyən edilmədi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasına məhkum edilməli və AR CM-nin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə xərcləri yoxdur. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353 və 356-cı maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə təqsirli bilinib 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəksin. Cəza çəkməsinin əvvəli həbsə alındığı gündən, yəni 09 mart 2022-ci il tarixdən hesablansın. Barəsində seçilmiş bаşqа yеrə gеtməmək barədə iltizаm qətimkаn tədbiri ləğv edilib məhkəmə iclas zalından dərhal həbsə alınsın. Hökmdən 20 gün müddətinə İmişli rayon məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən: Qurban Hacıyev
Məhkəmə qərarları › İş №1(036)-30/2022
İmişli Rayon Məhkəməsi Hökm — İş №1(036)-30/2022
09.03.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver