Məhkəmə qərarları › İş №1(036)-30/2024

İmişli Rayon Məhkəməsi Qərar — İş №1(036)-30/2024

25.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İmişli rayonu İş № 1(036)-30/2024 25.06.2024 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Pirverdiyev Zaur Rafiq oğlunun sədrliyi, Hacıyeva Nuranə Busat qızının katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – İmişli rayon vəkil bürosunun vəkili Müdafiəçi3, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs nümayəndəsi Şahid2, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1970-ci ildə İmişli rayonu, Ağcüyür kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmamış, İmişli rayonu Ağcüyür kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və Azərbaycan Respublikası CM-nin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş qəsdən sağlamlığa az ağır zərər vurmuşdur. Belə ki, Təqsirləndirilən şəxs 30 sentyabr 2023-cü il tarixdə, saat 11 radələrində İmişli Şəhər İcra Hakimiyyəti Başçısının İmişli rayonu Bəcirəvan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin inzibati binasının qarşısında İmişli rayonu Bəcirəvan kənd sakini Zərərçəkmiş şəxs məxsus iribuynuzlu heyvanların onun əkin sahəsinə daxil olaraq əkin sahəsini yararsız vəziyyətə gətirməsi səbəbindən mübahisə edən zaman əlində olan bel sapı ilə sonuncunu qəsdən vuraraq ona sol dirsək oynağının şişkinliyi və qançırı ilə müşayiət olunan dirsək sümüyünün dirsək çıxıntısının yerini dəyişməyən sınığı ilə nəticələnən sağlamlığa az ağır zərər vurmaya aid bədən xəsarəti yetirərək, Zərərçəkmiş şəxs sağlamlığına qəsdən az ağır zərər vurmuşdur. Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli özünün etirafı ilə yanaşı, iş üzrə dindirilmiş zərər çəkmiş şəxsin və şahidlərin ifadələri, məhkəmə-tibb ekspertizası rəyi, iş materialları və işin digər obyektiv halları ilə tam sübuta yetirilmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs məhkəmə iclasında ittiham edildiyi əməldə özünü təqsirli bilərək ifadəsində bildirmişdir ki, 30 sentyabr 2023-cü il tarixdə, saat 11 radələrində Şahid3 adlı həmkəndlisi ona zəng edib pambıq sahəsinə heyvanların girməsini və heyvanları yolun kənarına çıxardığını bildirmişdir. O da dərhal həmin sahəyə getmiş və 19 baş iribuynuzlu heyvanın pambıq sahəsinin kənarında olduğunu və sahədən çıxarılmasını görmüşdür. Həmin heyvanları Kamal adlı həmkəndlisi nəvəsi ilə birlikdə kəndin icra nümayəndəliyinin həyətinə gətirmişdir. Heyvanlardan dördü yolda qaçmış və 15 baş iribuynuzlu heyvanı icra nümayəndəliyinin həyətinə gətirmişdir. Həyətdə isə heyvanların çıxmasının qarşısını alan dəmir çəpər vardır. Heyvanları oraya gətirməkdə məqsədi icra nümayəndəliyinə bu barədə məlumat vermək, icra nümayəndəliyinin iştirakı ilə akt tərtib etdirmək və həmin heyvanların nəzarətsiz qalması nəticəsində onun əkin sahəsinə vurulmuş maddi ziyanın tələb edilməsi üçün məhkəməyə müraciət etmək olmuşdur. Bu barədə nümayəndənin müavini X6 məlumat vermiş, lakin sonuncu nümayəndəlikdə olmamışdır. O, heyvanları orada qoymuş və getmişdir. O, Arifi evindən götürüb nümayəndəliyə gətirəndə Elməddinin heyvanları oradan çıxarmaq istədiyini görmüşdür. O, isə sonuncuya mane olmuş və Şahid1 bu barədə akt tərtib etdikdən sonra heyvanları aparmasını demişdir. Elməddinin əlində uzun bir ağac olmuşdur. Elməddin ona şər atmasını, qudurmasını demişdir. O da heyvanlarının sahəsinə girməsini, əkini korlamasını bildirmişdir. O, Elməddinə atasını çağırmasını demiş, sonuncu isə heyvanların özünə məxsus olmasını demişdir. Elməddin heyvanları gətirməyə çalışanda o, yenidən geri qaytarmış, bu zaman Elməddinlə mübahisə etmişlər. Həmin vaxt o, istifadəsində olan nömrə ilə Azərbaycan Respublikası DİN-in 102 xidməti zəng mərkəzinə məlumat vermiş və heyvanların sahəsinə daxil olması, heyvan sahibinin onunla mübahisə etməsini bildirmişdir. Bundan sonra o, idarə etdiyi motosikletin yük yerindən beli götürüb belin sapı ilə Elməddinin sol qoluna, kürək və böyrək nahiyələrinə zərbələr endirmişdir. Sonra polis əməkdaşları ilə birlikdə Elməddinin atası Şahid2 də oraya gəlmiş və onu sözlə təhqir etmişdir. Buna polis əməkdaşları da şahid olmuşdur. Sonra polis əməkdaşları ilə birlikdə Elməddini də, onu da polis şöbəsinə gətirmişlər. Əvvəllər də dəfələrlə Baratın heyvanları onun sahəsinə daxil olmuş, o, isə bu sonuncunun özünə şifahi xəbərdarlıqlar etsə də heç bir dövlət orqanına məlumat verməmişdir. O, heyvanlar sahəyə daxil olanda orada şəklinin çəkilməsi yetərli olmasını sonradan bilmişdir. O, bunu əvvəlcə bilsəydi, heç heyvanları nümayəndəliyə gətirməyə ehtiyac olmadığını və bununla da aralarında da mübahisə olmayacağını demişdir. O, bu mübahisədən sonra həmin nümayəndəlikdən aldığı aktı da götürüb bu məsələ ilə bağlı İmişli rayon məhkəməsinə müraciət etmişdir. Həmin vaxtı barələrində İmişli RPŞ-nin Təhqiqat bölməsində bu mübahisə ilə bağlı araşdırma davam etmişdir. O, polisdə gedən araşdırma ilə yanaşı həm də 2000 manat maddi ziyan vurulması ilə bağlı məhkəməyə iddia ərizəsi vermişdir. 16 noyabr 2023-cü il tarixdə gecə saat 03 radələrində qardaşı ilə birlikdə kənd ərazisində olan sahədə suvarma işləri aparmaq üçün arxın qarşısını doldurduqları zaman qardaşının mobil telefonu düşüb itmişdir. Qardaşı da öz şəxsi işlərini telefon vasitəsilə həll etdiyi üçün həmin telefon əhəmiyyətli olmuşdur. Sabahı gün Şahid2 həmin telefonu arxın kənarından tapmışdır. Həmin telefonu Barat ona çatdırmışdır. O da xx.xx.2023-cü il tarixdə, məhkəmədə təyin edilən baxış zamanı öz iddiasını geri götürmüşdür. O, məhkəmədə Baratın heyvanlarının onun sahəsinə 2000 manat maddi ziyan vurmasını, amma qardaşının telefonu şəxsi işi üçün əhəmiyyət kəsb etdiyindən bu iki min manatdan da yuxarı dəyərə malik olmasını, buna görə də iddiasını geri götürmüşdür. Hadisə vaxtı onun motosikletinin yük yerində bel olmuşdur. Çünki, o, təsərrüfatla məşğul olur və əkin sahəsi əkib suvarır. Hər vaxtı da motosikletində bel və digər təsərrüfat əşyaları olur. Həmin günü də o, su suvarmağa gedəcəyindən motosikletində bel olmuşdur. O, qanunla nəzərdə tutulan məsuliyyət tədbirindən qorxduğu üçün əvvəl ifadəsində və izahatında bel olmadığını inkar etmiş, bel söhbətinin olmamasının onun xeyrinə olacağını hesab etmişdir. Orada bel olsa da o, həmin beli Elməddini vurmaq məqsədilə deyil, su suvarmaq üçün götürmüşdür. Hadisə vaxtı orada olan beli təqdim edə bilməmiş, çünki, mütəmadi olaraq çöl sahədə olması və hər gün aparıb-gətirməməsi üçün beli çöl sahədə su arxının yanında gizlətmiş, hadisədən bir neçə gün sonra sahəyə gedəndə beli yerində tapmamışdır. Məhkəmədə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs nümayəndəsi qismində dindirilmiş Şahid2 İmişli rayonu Ağcüyür kənd sakini Təqsirləndirilən şəxs şəxsən tanıdığını, sonuncu ilə heç bir ədavəti və ya düşmənçiliyi olmadığını, özünə məxsus iribuynuzlu heyvanlar olduğunu və həmin heyvanları İmişli rayonu Bəcirəvan kənd ərazisində ona düşən pay torpağında otardığını, Vasifin isə həmin pay torpağının yaxınlığında öz sahəsini suvarmaq məqsədilə qanunsuz olaraq su arxı çəkdirdiyini qeyd edərək ifadəsində bildirmişdir ki, 30 sentyabr 2023-cü il tarixdə saat 10 radələrində Vasifin ona məxsus heyvanları İmişli rayon Bəcirəvan kənd icra nümayəndəliyinin inzibati ərazisində olan çəpərlənmiş sahəyə salması haqqında məlumat verilmişdir. O, bundan sonra Vasifə zəng etmiş və heyvanları nə üçün gətirdiyini soruşanda, sonuncu telefonda yaxşı edirəm deyib onu təhqir etmişdir. O, həmin vaxt İmişli şəhərində olmuş və oğlu Zərərçəkmiş şəxs isə istirahət günü olduğu üçün kənddəki evlərində olmuşdur. O, oğluna zəng edib heyvanları oradan çıxarıb gətirməsini demişdir. Elməddin icra nümayəndəliyinin həyətinə çatıb, çəpərlənmiş sahənin qapısını açıb heyvanları oradan çıxarmaq istədikdə Vasif də orada olmuş və idarə etdiyi motosikletin yük yerindən bir ədəd bel sapını götürüb Elməddinin sol qolunu vurub sındırmış, kürək və böyrək nahiyələrinə zərbələr endirmişdir. Sonra Elməddin ona zəng vurub Vasif tərəfindən döyülməsini bildirmişdir. O, dərhal 102 xidmətinə məlumat verdikdən sonra yenidən polis şöbəsinə getmiş və orada da yazılı məlumat vermişdir. Sonra həmin hadisə yerinə getmiş, Vasif və Elməddinin orada olmasını görmüşdür. O, orada Vasifdən heyvanları nə üçün gətirdiyini soruşanda sonuncu onun heyvanlarının pambıq sahəsinə girdiyi üçün gətirdiyini demişdir. Lakin onun sahəsi ilə Vasifin pambıq sahəsi arasında təxmini 3 km məsafə vardır. Onun heyvanları Vasifin sahəsinə girməmiş, sadəcə sonuncunun çəkdirdiyi su arxından su içmişlər. Vasifin deməsinə görə guya heyvanlar həmin arxı doldurur. Vasif onunla şifahi mübahisə edən zaman onu polislərin yanında vurmaq istəmiş, sonra polis əməkdaşları həm Vasifi, həm də Elməddini polis şöbəsinə apararaq Elməddini ekspert müayinəsindən keçirmişlər. Elməddin icra nümayəndəliyinin həyətindən heyvanları aparmağa gedən zaman heç bir söz-söhbət olmadan Vasif əlindəki bel sapı ilə oğlunu döymüşdür. Vasif bu məsələ ilə bağlı polisdə araşdırılma aparılan zaman onun barəsində məhkəməyə də şikayət etmişdir. Lakin onun heyvanlarının Vasifin sahəsinə girməsi ilə bağlı heç bir sübutu olmamışdır. Nə aqronom rəyi, nə də ki, heyvanların sahədəki şəkli və ya video görüntü olmamışdır. Tam əsassız şikayət etmişdir. Onun çöl sahədə Vasifin qardaşının telefonunu tapmağı və çatdırmağını məhkəmədə demiş və guya onun bu hərəkətinə görə şikayət və tələbinin olmadığını bildirmişdir. Əslində isə bu Vasifin bir siyasəti olmuş və sonuncu heyvanların sahəsinə girmədiyini, bununla bağlı sübutu olmadığını yaxşı bilir, buna görə də telefonu bəhanə edib şikayətini geri götürmüşdür. Vasifin sübutu, yəni şəkil, video görüntü, yaxud aqronom rəyi olması halında gətirib təqdim etməsini bildirmişdir. Amma heç bir sübutu olmamışdır. Onun heyvanları su arxından su içməyinə görə Vasif heyvanları gətirmiş və bu dava da buna görə baş vermişdir. Lakin, su arxının qanunsuz olması səbəbi ilə, su arxının adını çəkmir və məsələni pambıq sahəsinə girmə kimi ortaya çıxarmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş İmişli rayon İcra Hakimiyyəti Başçısının İmişli rayon Bəcirəvan kənd icra nümayəndəsinin müavini Şahid1 İmişli rayon Bəcirəvan kənd sakini Zərərçəkmiş şəxs və Ağcüyür kənd sakini Təqsirləndirilən şəxs şəxsən tanıdığını və onlarla heç biri ilə ədavəti və ya düşmənçiliyi olmadığını qeyd edib ifadəsində bildirmişdir ki, 30 sentyabr 2023-cü il tarixdə, saat 10 radələrində İmişli rayonu Bəcirəvan kəndində yerləşən evində olmuş, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***- **-** saylı nömrə ilə ona zəng edib çağırmışdır. O, həyətə düşəndə Vasif, Elməddinin heyvanlarının pambıq sahəsinə girməsini və heyvanları gətirib icra nümayəndəliyinin həyətində olan çəpərlənmiş sahəyə salmasını bildirmişdir. Vasif ona bu barədə akt tərtib etməyi və həmin aktı da aparıb məhkəməyə verəcəyini demişdir. Sonuncunun deməsinə görə heyvanlar pambıq sahəsinə girmiş və ziyan vurmuşdur. O, Vasifin idarə etdiyi motosiklet nəqliyyat vasitəsi ilə birlikdə İcra nümayəndəliyinin həyətinə gəlmiş, oraya çatanda Elməddin də orada olmuşdur. O, heç bir söz demədən nümayəndəliyin binasına daxil olmuşdur. Təxmini 20 dəqiqədən sonra aktı tərtib edib həyətə düşəndə Vasif və Elməddinin bir-biri ilə şifahi mübahisə etdiyini görmüş, mübahisəyə qarışmamışdır. Sonra Elməddinin atası Şahid2 və polis əməkdaşları gəlmiş, bir qədər sonra isə polis əməkdaşları ilə birlikdə hamısı çıxıb getmişdir. Nümayəndəliyin həyətində Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs savayı heç kim olmamış, o isə akt tərtib etmək üçün nümayəndəliyin içərisində olmuşdur. O, Vasiflə birlikdə nümayəndəliyin həyətinə gələndə Elməddin orada olmuş, nümayəndəliyin binasına daxil olandan sonra orada akt tərtib etmişdir. Vasif və Elməddin arasında olan mübahisəni və kimin kimi vurmasını, xəsarət yetirməsini görməmişdir. Nümayəndəliyin içərisindən də səs eşitməmişdir. Amma o, aktı tərtib edib çölə çıxanda Elməddin və Vasifin şifahi mübahisə etdiyini görsə də, aralarında olan əlbəyaxa mübahisəni görməmiş və bundan sonra nümayəndəliyin binasından çıxmışdır. O, nümayəndəliyə gələndə yolda Vasifin idarə etdiyi motosikletdə bir ədəd bel sapı görmüşdür. Amma Elməddinin də əlində bir ədəd heyvan qovmaq üçün ağac olmuşdur. Mübahisədən sonra o, həyətə düşəndə Vasifin əlində heç nə olmamışdır. Amma bel sapını motosikletin yük yerində görmüşdür. Orada mübahisə olduğu üçün, həm də polis əməkdaşları Vasif və Elməddini polis şöbəsinə apardığı üçün o, aktı özündə saxlamış, bundan iki gün sonra, yəni 02 oktyabr 2023-cü il tarixdə Vasifin özünə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 İmişli rayon Bəcirəvan kənd sakini Zərərçəkmiş şəxs və Ağcüyür kənd sakini Təqsirləndirilən şəxs şəxsən tanıdığını, onların heç biri ilə ədavəti və ya düşmənçiliyi olmadığını, özünə məxsus İmişli rayonu Ağcüyür kəndi ərazisində kiçik fermer təsərrüfatı olduğunu və onun fermasının dörd bir tərəfində Təqsirləndirilən şəxs torpaq sahələrinin yerləşdiyini, o, həm öz heyvanlarını, həm də Təqsirləndirilən şəxs sahələrinin suvarılmasına və heyvanlardan qorunmasına nəzarət etdiyini və bunun əvəzi olaraq da biçindən sonra həmin sahələri heyvanlarına otardığını qeyd edərək ifadəsində bildirmişdir ki, 29 sentyabr 2023-cü il tarixdə, saat 09 radələrində Vasifin pambıq sahəsində heyvanlar olmasını görmüşdür. İmişli rayonu Bəcirəvan kənd sakinləri Cəsarət, Barat və digər bir neçə kənd sakinləri nobat yaratmış və heyvanları İmişli rayonu Ağcüyür kənd ərazisində yerləşən “çəpər” adlanan yerdə otarır. Şahid2 heyvanları nabatdan tez-tez ayrılıb digər sahələrə keçir. Son bir neçə il ərzində həmin heyvanlar onun da sahəsinə, habelə kəndə yerləşən ot tayasına kimi gəlib çıxmışdır. Lakin bu barədə Şahid2 şifahi xəbərdarlıqlar etsə də, heç bir nəticəsi olmamışdır. 29 sentyabr 2023-cü il tarixdə saat 09 radələrində o, heyvanları Vasifin sahəsinin giriş hissəsindən çıxarmış və bu barədə dərhal Cəsarətə zəng edib heyvanları aparmasını bildirmişdir. Həmin heyvanların Cəsarətin, Baratın və ya başqa şəxsin olmasını bilmir. O, heyvanları “çəpər” adlanan yerə tərəf qaytarmış və Cəsarət də gələcəyini demişdir. Lakin bundan sonra heç bir məlumatı olmamışdır. Heyvanlar sahəyə zərər vurmadığı üçün o, bu barədə Vasifə də bir söz deməmişdir. Sabahı gün, yəni 30 sentyabr 2023-cü il tarixdə, saat 10 radələrində o, yenə təxminən iyirmiyə qədər heyvanın Vasifin pambıq sahəsinə girməsini və sahəyə ziyan vurmasını görmüşdür. Heyvanlar sahəni otlamış və pambığı ayaq altında əzmişdir. O, bu barədə Vasifə məlumat vermişdir. Çünki, məlumat verməyəndə sonuncu da elə bilir ki, sahəsini onun heyvanları yarasız edib. O, buna görə telefonla Vasifə məlumat vermiş, həmçinin özü də heyvanları sahədən qovub çıxarmışdır. O, bu barədə həmçinin Cəsarətə də məlumat vermişdir ki, heyvanlar sahəyə yenidən girib və gəlib heyvanların kimi məxsus olmasını bilsin. O, həmin vaxt heyvanların sahibinin kim olmasını bilməmişdir. Bir qədər sonra Təqsirləndirilən şəxs və Cəsarətin oğlu gəlmiş, heyvanları sahənin kənarından çıxarıb aparmışlar. Vasif heyvanları icra nümayəndəliyinin həyətinə aparacağını və orada aktlaşdırdıqdan sonra məhkəməyə verəcəyini demişdir. Həmin heyvanlar Şahid2 heyvanları olmuşdur. Vasif Baratı buna görə məhkəməyə vermiş və sahəsinə vurulmuş ziyanı tələb etmişdir. Lakin sonradan Vasifin qardaşının telefonunu Barat sahədə tapdığı üçün Vasif məhkəmədəki şikayətindən imtina etmişdir. O, sahənin kənarında qalmış, Vasif və Cəsarətin oğlu heyvanları birlikdə icra nümayəndəliyinin həyətinə aparsalar da o, getməmişdir. 29 sentyabr 2023-cü il tarixdə Vasifin pambıq sahəsinə daxil olan heyvanların kimə məxsus olmasını bilməsə də həmin heyvanlar sahəyə ziyan vurmamış çıxarmışdır. Bu barədə Cəsarətə də məlumat vermişdir. Çünki, bir neçə nəfər nobat yaratmışdır. Heyvanlar həmin şəxslərdən birinə məxsus olacaqdır. Amma heyvanlar sahəyə zərər vurmadığı üçün Vasifə deməmişdir. İkinci dəfə isə, yəni 30 sentyabr 2023-cü il tarixdə saat 10 radələrində Vasifin pambıq sahəsinə daxil olan heyvanlar Şahid2 məxsus olmuşdur. Bu dəfə heyvanlar sahəyə daxil olub oranı yarasız hala salmışdır. Sonradan eşitdiyinə görə Barat da icra nümayəndəliyinin həyətinə oğlu Elməddini göndərmişdir. O, kənddə gedən söhbətlərdən eşitmiş və məlumat almışdır ki, icra nümayəndəliyinin həyətində Vasif və Elməddin arasında nə isə mübahisə olmuşdur. Amma konkret olaraq Vasifin Elməddini vurub-vurmamasını görməmişdir. Çünki orada olmamışdır. O, Baratın heyvanlarını Vasifin sahəsindən çıxarıb sonuncuya məlumat vermişdir. Vasif onun çağırışından sonra motosikletlə sahəyə gəlmiş, əlində ya motosikletində isə ağac parçası və ya qeyri bir əşya görməmişdir. Məhkəmə iclasında iş üzrə şahid İmişli RPŞ-nin CAB-ın sabiq əməliyyat müvəkkili Şahid4 elan olunmuş ifadəsindən görünür ki, 30 sentyabr 2023-cü il tarixdə o, İmişli RPŞdə əməliyyat-istintaq qrupunda xidmətdə olmuşdur. Növbətçi Hissədən bir nəfər İmişli rayonu Bəcirəvan kənd sakini oğlunun döyülməsi ilə bağlı müraciət etməsi ilə bağlı məlumat daxil olmuşdur. Sonra əməliyyat istintaq qrupunun digər üzvləri, yəni İmişli RPŞnin TB-nin təhqiqatçısı, polis kapitanı X2, İmişli RPŞ-nin İTB-nin sahə polis nəfəri, polis baş serjantı X7, İmişli RPŞ-nin NH-nin növbətçi sürücüsü, polis baş serjantı Şahid6 ilə birlikdə İmişli rayon Ağcüyür kəndinə getdiklərini, oraya çatanda polis şöbəsinə gəlmiş həmin şəxsin də onlardan əvvəl oraya çatmasını bildirmişdir. Hadisə yeri İmişli rayonu Ağcüyür kəndinin icra nümayəndəliyinin həyəti olmuşdur. Nümayəndəliyin əməkdaşı da orada olmuşdur. Bir nəfər gənc oğlanın və polis şöbəsinə gələn atasının, digər tərədən isə bir nəfər orta yaşlı şəxsin olmasını görmüşdür. Həmin şəxsin adının Təqsirləndirilən şəxs olmasını, gənc oğlanın adının Zərərçəkmiş şəxs olmasını, sonuncunun atasının isə Şahid2 olmasını hadisə yerində öyrəndiklərini, hadisə yerinə çatanda Barat və oğlu Elməddin ilə Vasif arasında şifahi mübahisə getdiyini, bir-birilərini təhqir etdiklərini görmüşdür. Həmin şəxsləri sakitləşdirdiklərini və Vasiflə söhbət edən zaman sonuncunun Elməddinin heyvanları özünə pambıq sahəsinə girməsini və oraya ziyan vurmasını bildirmişdir. Bundan başqa Təqsirləndirilən şəxs Elməddinin heyvanları özünün qazdırdığı su arxını da doldurmasını, buna görə də heyvanları əkin sahəsindən çıxardığını və icra nümayəndəliyinin həyətinə gətirdiyini demişdir. Təqsirləndirilən şəxs heyvanları icra nümayəndəliyinin iştirakı ilə sahibinə təhvil verəcəyini, amma bundan öncə akt tərtib etdirib Elməddin və atasını məhkəməyə verəcəyini bildirmişdir. Sonra Barat və oğlu Elməddin, Təqsirləndirilən şəxs yalan danışdığını və heyvanların əkin sahəsinə keçmədiyini demişdir. Elməddin heyvanların orada olan su arxından su içməsini, Vasif isə buna görə də heyvanları nümayəndəliyin həyətinə gətirməsini demişdir. Elməddin bu barədə atasından məlumat aldığını və bundan sonra heyvanları gəlib oradan götürmək istədiyini, lakin Vasifin motosikletdən götürdüyü bel sapı ilə qəsdən döydüyünü bildirmişdir. Məsələnin uzanmaması üçün hər iki şəxsi, həm Vasifi, həm də Elməddini şöbəyə gətirdiklərini və təhqiqatçı Səməd Məmmədov araşdırmanı davam etdirdiyini bildirmişdir. Oraya gedəndə Təqsirləndirilən şəxs əlində uzun bir bel sapı olmuşdur. Zərərçəkmiş şəxs isə qolu şişmişdir. Məhkəmə iclasında iş üzrə şahidlər İmişli RPŞ-nin İTB-nin polis sahə nəfəri X7 və İmişli RPŞ-nin Növbətçi hissəsinin sürücüsü Şahid6 elan olunmuş ifadələrindən görünür ki, onlar işin hallarına dair Şahid4 ifadəsinə oxşar ifadə vermişlər. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “cinayət işinin başlanılması və icraata qəbul edilməsi haqqında” 18 dekabr 2023-cü il tarixli qərardan görünür ki, 30 sentyabr 2023-cü il tarixdə, saat 10:39-da İmişli rayon, Bəcirəvan kənd sakini Şahid2 Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə müraciət edərək yaşadığı kəndin ərazisində Təqsirləndirilən şəxs ona məxsus otlaq sahəsində arxı kəsməsi, heyvanları motosikletlə qovmasını və oğlunu döyməsini bildirmişdir. Qeyd olunan müraciətlər üzrə toplanmış material üzrə İmişli RPŞ-nin İB-nin müstəntiqi, polis baş leytenantı İlqar Soltanlı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə cinayət işi başlanılmış və istintaq edilməsi üçün icraata qəbul edilmişdir. (i.v. 1); 30 sentyabr 2023-cü il tarixli ərizədən görünür ki, Zərərçəkmiş şəxs şikayət ərizəsi ilə İmişli RPŞ-nə müraciət edərək 30 sentyabr 2023-cü il tarixdə Təqsirləndirilən şəxs tərəfindən döyüldüyünü göstərmiş və sonuncunun barəsində tədbir görülməsini xahiş etmişdir. (i.v. 8); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə ünvanlanmış tələbnaməyə 03 yanvar 2024-cü il tarixli cavabdan görünür ki, Təqsirləndirilən şəxs məhkum olunmasına dair məlumat yoxdur. (i.v. 63); “qətimkan tədbirinin seçilməsi haqqında” 01 fevral 2024-cü il tarixli qərardan və eyni tarixli iltizamdan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir (i.v. 136-137). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi «Məhkəmə-Tibbi Ekspertiza və X5» Publik hüquqi şəxsin İmişli rayon şöbəsinin 737 saylı xx.xx.2023-cü il tarixli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilmiş xəsarətlər- sol dirsək oynağının şişkinliyi və qançırı ilə müşayiət olunan dirsək sümüyünün dirsək çıxıntısının yerini dəyişməyən sınığı, qarının sağ yan səthində, onurğayanı xətt boyunca bel nahiyəsində qançırlar bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, müxtəlif şəraitlərdə, o cümlədən xx.xx.2023-cü il tarixdə təsviri hissədə göstərilən şəraitdə əmələ gələ bilərdi. Qeyd olunan xəsarət -sol dirsək oynağının şişkinliyi və qançırı ilə müşayiət olunan dirsək sümüyünün dirsək çıxıntısının yerini dəyişməyən sınığı dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid edilir, digər xəsarətlə isə sağlamlığa zərər vurmayan xəsarətlər olduğu üçün dərəcəsi təyin edilmir. “cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi, ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilməsi, əməlində xuliqanlıq cinayətinin tərkib əlaməti olmadığı üçün həmin xüsusat üzrə barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221-ci maddəsi ilə cinayət işinin başlanmasının rədd edilməsi və əməlində Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsinin tərkib əlamətləri olmadığı üçün həmin xüsusat üzrə barəsində cinayət işinin başlanmasının rədd edilməsi qərara alınmışdır. Zərərçəkmiş şəxsin nümayəndəsi Şahid2 məhkəmə baxışında təqdim etdiyi ərizəsindən görünür ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ilə barışmış, ona dəymiş ziyan tam olaraq ödənmişdir və Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbinin olmamasını qeyd etməklə, sonuncunun barəsindəki cinayət işinin icraatına xitam verilməsinə etirazının olmadığını bildirmişdir; Təqsirləndirilən şəxs məhkəmə baxışında təqdim etdiyi ərizədən görünür ki, zərərçəkmiş şəxs olan Zərərçəkmiş şəxs ilə barışdığından və dəymiş ziyanı tam olaraq ödədiyindən, eləcə də zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayəti olmadığından barəsindəki iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsi onun təqsirini boynuna alması ilə yanaşı, zərərçəkmiş şəxsin nümayəndəsi Şahid2 və şahidlərin məhkəmə iclasında səsləndirdiyi, eləcə də siyahı üzrə digər şahidlərin məhkəmə iclasında elan olunmuş ifadələri və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsinə əsasən Zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və bu Məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş və ya ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmaqla əhəmiyyətli dərəcədə itirilməsi ilə nəticələnən qəsdən sağlamlığa az ağır zərər vurma — iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır; Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Belə olan təqdirdə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs dəymiş ziyanı tamamilə ödəyərək onunla barışması nəzərə alınmalı və Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsi tətbiq olunmaqla, o, cinayət məsuliyyətindən azad edilməli və onun barəsində olan cinayət işi üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 40.2 və 40.2.2-ci maddələrinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs zərərçəkmişlə barışdıqda onun cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası CM-nin 72, 73.1, 73-1.3 və 74-cü maddələrində nəzərdə tutulmuş hallar mövcud olduqda işin icraatına xitam verilə bilər; 43.3-cü maddəsinə əsasən Məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır; 175-ci maddəsinə müvafiq olaraq qətimkan tədbirinin tətbiqinə zərurət aradan qalxdıqda cinayət prosesini həyata keçirən orqan öz səlahiyyəti daxilində onu ləğv edir. Müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır. 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (AR Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə barışdığını, sonuncuya qarşı heç bir şikayət və tələbinin olmamasını təsdiq edən və iş üzrə icraata xitam verilməsinə dair zərərçəkmiş şəxsin nümayəndəsinin məhkəməyə təqdim etdiyi ərizəsini, prosessual qanununvericiliyin yuxarıda sadalanan müddəalarını nəzərə alıb hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsi tətbiq olunmaqla Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 40.2-ci maddəsinə əsasən xitam verilməli və Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri ləğv edilməli, vəkilin məhkəmədə iştirak etdiyi müddət cəmi 7 iş saatı müddətinə bərabər olduğundan, hər iş saatı üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli, 202 saylı qərarına əsasən göstərilmiş hüquqi xidmətlərə görə hər iş saatı üçün 6 (altı) manat miqdarında ödənilməsi nəzərə alınmaqla 42 (qırx iki) manat məbləğində pul Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 43.3, 175, 321, 321.2.1, 346, 347 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2ci maddəsi tətbiq edilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilsin və barəsində seçilmiş “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri qərar qanuni qüvvəyə mindikdən sonra ləğv edilsin. Təqsirləndirilən şəxs 7 saat göstərdiyi pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş müdafiəçi İmişli rayon Vəkil Bürosunun vəkili Müdafiəçi3 42 (qırx iki) manat məbləğində pul Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Qərardan elan edildiyi və ya alındığı gündən 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Zaur Pirverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar