Azərbaycan Respublikası adından HÖKM İmişli rayonu İş № 1(036)-30/2025 22.05.2025 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Pirverdiyev Zaur Rafiq oğlunun sədrliyi, Hacıyeva Nuranə Busat qızının katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarəsinin Rayon (Şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı2, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs, Müdafiəçi – İmişli rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1995-ci il tarixdə İmişli rayonu, Otuziki kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, İmişli rayonu, Otuziki kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndiriməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilir ona görə ki, o, istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda, yəni 6.0 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana əldə edib daşıyaraq üzərində saxlamış, 06 yanvar 2025-ci il tarixdə saat 13:25 radələrində İmişli rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində İmişli şəhəri Zəfər prospektində yolun kənarında saxlanılaraq üzəri yoxlanılan zaman əynindəki qara rəngli qısa qol gödəkçənin sağ yan cibindən bir ədəd kibrit qutusunda 6.0 qram təmiz çəkidə narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin etirafedici ifadəsi ilə yanaşı şahidlərin ifadələri, ekspertiza rəyi və iş materiallarında olan digər sübutlar ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib ifadəsində göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə saat 13:00 radələrində İmişli rayon Araz çayı kənarına balıq tutmaq üçün getmişdir. Həmin çayın kənarları yulğun ağacları ilə əhatə olunmuşdur. O, yulğun ağacının dibində oturub balıq tutan zaman bir ədəd kibrit qutusu görmüş, həmin kibrit qutusunu açdıqda içərisində narkotik vasitə olan marixuana olduğunu görmüş, həmin narkotik vasitədən istifadə etmək üçün kibrit qutusunu dərhal cibinə qoymuş və yaşadığı evə gətirmişdir. xx.xx.2025-ci il tarixdə yaşadığı evdən çıxaraq tanımadığı taksi sürücüsünün avtomobilinə əyləşib İmişli şəhəri Zəfər prospektində avtomobildən düşmüşdür. Həmin vaxt üzərində olan kibrit qutusundakı narkotik vasitədən istifadə etmək istəmişdir. Bu zaman polis əməkdaşları ona yaxınlaşaraq üzərində narkotik vasitə gəzdirməklə bağlı əməliyyat məlumatının daxil olduğunu və üzərində narkotik vasitə və ya qanunsuz hər hansı əşya yaxud predmet olmasını soruşduqda o, üzərində bir ədəd kibrit qutusunda narkotik vasitə marixuana olduğunu bildirərək, çıxarıb təqdim etmişdir. Bundan sonra təqdim etdiyi narkotik vasitə olan marixuana polis əməkdaşları tərəfindən götürülmüş və elektron tərəzidə çəkilərək boş zərfə qoyulub möhürlənmişdir. Daha sonra zərfin üzəri orada olan polis əməkdaşları və onun tərəfindən imzalanmışdır. Törətdiyi cinayət əməlindən səmimi peşmandır. Məhkəmə iclasında şahid qismində dindirilmiş İmişli RPŞ-nin Cinayət Axtarış Bölməsinin əməliyyat müvəkkili Şahid1 ifadəsində bildirilmişdir ki, 06 yanvar 2025-ci il tarixdə icraatına qeyri-aşkar, qərəzsiz və etibarlı mənbədən daxil olan məlumatda İmişli rayon Otuziki kəndində yaşayan Təqsirləndirilən şəxs İmişli şəhər Zəfər prospektində “bənd üstü” deyilən ərazidə üzərində narkotik vasitə gəzdirməsi ilə bağlı məlumat daxil olmuş, həmin məlumat dəqiqləşdirilmiş və İmişli RPŞ-nin rəhbərliyinə məruzə edilmişdir. Yoxlama zamanı həmin şəxsin Təqsirləndirilən şəxs olduğu müəyyən edilmişdir. Bundan sonra onun tərəfindən təxirə salınmaz əməliyyat-axtarış tədbirinin keçirilməsi haqqında qərar qəbul edilmiş və əməliyyat qrupu yaradılmışdır. Daxil olmuş əməliyyat məlumatına uyğun olaraq 06 yanvar 2025-ci il tarixdə, saat 13:25 radələrində əməliyyat qrupunun üzvləri ilə birlikdə “Mersedes Benz” **-NG-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə İmişli rayon Zəfər prospektində “bənd üstü” deyilən əraziyə getmiş və avtomobil ilə hərəkətdə olan zaman Təqsirləndirilən şəxs asfalt yolun kənarında görmüş və avtomobili saxlayaraq ona yaxınlaşmışlar. Təqsirləndirilən şəxs üzərində qanunsuz olaraq narkotik vasitə gəzdirməsi ilə bağlı məlumat daxil olmasını, həmin məlumatın realizə edilməsi üçün üzərinin yoxlanılacağı bildirilmiş, ondan üzərində narkotik vasitə olub-olmaması soruşulanda o, üzərində narkotik vasitə olduğunu bildirmişdir. Yoxlama zamanı sonuncu əynindəki qara rəngli jiletin sağ yan cibindən bir ədəd kibrit qutusunu, həmin jiletin sol yan cibindən bir qutu “sobranie” markalı siqaret və bir ədəd qızılı rəngdə alışqan təqdim etmişdir. Kibrit qutusunun içərisində marixuanaya bənzər kütlə olmuşdur. Sonra Təqsirləndirilən şəxs üstü yoxlanılmış, üzərində aşkar olunmuş kibrit qutusunda marixuanaya bənzər kütləni hardan əldə etdiyi soruluşanda Təqsirləndirilən şəxs həmin kütləni Araz çayı kənarında tapdığını və istifadəçisi olduğu üçün üzərində gəzdirdiyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində aşkar edilən kibrit qutusu elektron tərəzidə çəkilmiş, ümumi çəkisi 9.0 qram olduğu müəyyən olunmuşdur. Aşkar edilmiş kütlə zərfdə qablaşdırılmış və iştirakçılar tərəfindən imzalanmışdır. Daha sonra birlikdə İmişli rayon polis şöbəsinə gəlmişlər və bu barədə dərhal tərəfindən protokol tərtib edilərək iştirakçılara elan edilmiş, imzalarla doğruluğu təsdiq edilmişdir. X1 tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulması haqqında qərar qəbul edilmiş, Təqsirləndirilən şəxs dövlət hesabına müdafiəçi təyin edilərək hüquq və vəzifələri izah edilmişdir. Video görüntü əsasında Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmiş, o, əynindəki qara rəngli jiletin sağ yan cibindən bir qutu “sobranie” markalı siqaret və bir ədəd qızılı rəngdə alışqan təqdim edərək stolun üstünə qoymuşdur. Təhqiqatçı Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparmış və heç bir şey aşkar etməmişdir. Təhqiqatçı Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş zərfin içərisində olan bir ədəd kibrit qutusunu M. Məlikova göstərib həmin zərfi cırmış və içərisindəki kibrit qutusunu açaraq Təqsirləndirilən şəxs göstərmiş və həmin kütlənin nə olduğunu soruşanda Təqsirləndirilən şəxs kütlənin “nəşə” kimi tanıdığı qurudulmuş marixuana olduğunu bildirmişdir. Bundan sonra kibrit qutu elektron tərəzi vasitəsi ilə təhqiqatçı tərəfindən çəkildikdən sonra yenidən bir ədəd zərfə qoyub möhürlənmiş və iştirakçılar tərəfindən zərfin üstü imzalanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş İmişli RPŞ-nin CAB-ın əməliyyat müvəkkili, polis leytenantı Şahid2 Şahid1 ifadəsində göstərilən xüsusatları təsdiq edərək onunla eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında şahid İmişli RPŞ-nin CAB-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid3 elan edilmiş ifadəsindən görünür ki, o ibtidai istintaq zamanı Şahid1 ifadəsində göstərilən xüsusatları təsdiq edərək onunla eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Vətəndaşın saxlanılması və üstünün yoxlanılması barədə 06 yanvar 2025-ci il tarixli protokoldan görünür ki, 06 yanvar 2025-ci il tarixdə İmişli şəhər Zəfər prospektində yolun kənarında xx.xx.1995-ci il təvəllüdlü Təqsirləndirilən şəxs saxlanılmışdır. Təqsirləndirilən şəxs üzərindəki qolu qısa qara gödəkçənin sağ yan cibindən üzərində “AVON” yazılan kibrit qutusunda olan narkotik vasitə marixuanaya oxşar kütləni çıxarıb təqdim etmişdir. Həmin üzərində “AVON” yazılan kibrit qutusunun içərisinə baxış keçirilmiş və marixuanaya oxşar kütlə aşkar edilmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd kibrit qutusu elektron tərəzi ilə çəkilmiş, 9 qram çəkidə olduğu müəyyən edilmiş və sonra qablaşdırılaraq üzəri DİN-nin 179 nömrəli möhürü ilə möhürlənmişdir (cild 1, vərəq 11-13); Məhkəmə-bioloji ekspertizasının 07 yanvar 2025-ci il tarixli, 18/06 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş “... Təqsirləndirilən şəxs üzərindən...” sözləri yazılmış və imzalar olan kağız paketin içərisindəki tamlığı pozulmuş kağız paketdə bir ədəd kibrit qutusunda təmiz çəkisi 6,0 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır (cild 1, vərəq 43-44); Məhkəmə-narkoloji ekspertizasının 12 fevral 2025-ci il tarixli 772 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji tibb müəsissəsində profilaktik qeydiyyata alınması məsləhət görülür (cild 1, vərəq 147); Cinayət işinin başlanması haqqında xx.xx.2025-ci tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitə saxlaması faktına görə barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə cinayət işi başlanmışdır (cild 1, vərəq 1); Cinayət törətməkdə şübhəli bilinən şəxsin tutulması haqqında xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 14:15-də şübhəli şəxs qismində tutulmuşdur (cild 1, vərəq 30); Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə ittiham elan olunmuşdur (cild 1, vərəq 55); Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir (cild 1, vərəq 70-71); Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun özünün etirafedici ifadəsi, şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlar ilə tam təsdiq olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlini etiraf edib səmimi peşmanlıq çəkməsini cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsi ilə müəyyən edilmiş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 №-li qərarının 4-cü bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun şəxsiyyətini, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları (müəyyən edilməmişdir), habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq ona təqsirli bilindiyi maddənin sanksiyası çərçivəsində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsini qanuni və ədalətli hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, təyin olunmuş cəza müddəti ərzində üzərinə CM-nin 52-1.2-ci maddəsində nəzərdə tutulmuş vəzifələr qoyulmalı, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı və ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Maddi sübutlar və məhkəmə məsrəfləri ilə bağlı məsələni tədqiq edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi İmişli rayon Polis Şöbəsinin maddi sübutların saxlanması otağında saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 5,98 qram olan narkotik vasitə qurudulmuş marixuana məhv edilməli, iş üzrə maddi sübut kimi tanınmış 02 ədəd “CD” disk və 01 ədəd "xxxx" MMC-dən daxil olmuş “CD” disk cinayət işi materiallarında saxlanılmalı, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 49,74 (qırx doqquz manat yetmiş dörd qəpik) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməli və Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixədək 10 saat və xx.xx.2025-ci il tarixindən sonrakı dövr üzrə 3 saat göstərdiyi pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş müdafiəçi İmişli rayon Vəkil Bürosunun vəkili Müdafiəçi 93 (doxsan üç) manat məbləğində pul Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. İş üzrə mülki iddia və ya xüsusi müsadirə olunmalı əmlak yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 3 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək həbsdə saxlandığı 2 (iki) gün müddət bir günə iki gün hesabı ilə hesablanmaqla 4 (dörd) gün təyin edilmiş cəzadan çıxılsın və üzərində qəti olaraq 2 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təyin edilmiş cəza müddəti ərzində Təqsirləndirilən şəxs üzərinə hər gün saat 22:00dan növbəti gün saat 07:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, İmişli rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzaçəkmə müddətinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi İmişli rayon Polis Şöbəsinin maddi sübutların saxlanması otağında saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 5,98 qram olan narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış 02 ədəd “CD” disk və 01 ədəd "xxxx" MMC-dən daxil olmuş “CD” disk cinayət işi materiallarında saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 49,74 (qırx doqquz manat yetmiş dörd qəpik) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Hökmün icrası İmişli rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixədək 10 saat və xx.xx.2025-ci il tarixindən sonrakı dövr üzrə 3 saat göstərdiyi pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş müdafiəçi İmişli rayon Vəkil Bürosunun vəkili Müdafiəçi 93 (doxsan üç) manat məbləğində pul Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu gündən 20 gün müddətində Azərbaycan Respublikası CPMnin 385-ci maddəsində müəyyən edilmiş qaydada Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Zaur Pirverdiyev
Məhkəmə qərarları › İş №1(036)-30/2025
İmişli Rayon Məhkəməsi Hökm — İş №1(036)-30/2025
22.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver