Azərbaycan Respublikası adından HÖKM İmişli rayonu İş № 1(036)-31/2021 13.04.2021 İMİŞLİ RAYON MƏHKƏMƏSİ saat 17:00 Hakim: Nüsrətov Tərlan Vaqif oğlunun sədrliyi, Məhkəmə iclasının katibi: Əhmədova Günel Mirzə qızının katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs1 müdafiəçisi: İmişli rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs2 müdafiəçisi: İmişli rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxslər: Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 iştirakı ilə xx xxx 1992-ci ildə İmişli rayonu, Qaradonlu kəndində anadan olmuş, ailəli, Azərbaycan Respublikasının vətəndaşı, fərdi əməklə məşğul olan, orta təhsilli, İmişli rayonu, Qaradonlu kəndində qeydiyyatda olan və yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1... Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə; xx xxxx 1990-cı ildə İmişli rayonu, Qaradonlu kəndində anadan anadan olmuş, ailəli, Azərbaycan Respublikasının vətəndaşı, fərdi əməklə məşğul olan, orta təhsilli, İmişli rayonu, Qaradonlu kəndində qeydiyyatda olan və yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2... Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirləndirilmələrinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə qohumu Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək, xx xxxxxx 2020-ci il tarixdə, saat 23:00 radələrində Zərərçəkmiş şəxs1 məxsus İmişli rayonu, Qaradonlu kəndində yerləşən fərdi yaşayış evinin həyətindəki saxlanc yeri hesab olunan tövləyə giriş qapısından qanunsuz daxil olaraq, oradan 825 (səkkiz yüz iyirmi beş) AZN məbləği dəyərində 3 (üç) baş qoyunu gizli yolla talayıb, sonuncuya 825 (səkkiz yüz iyirmi beş) AZN məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə qohumu Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək, xx xxxxxx 2020-ci il tarixdə, saat 03:00 radələrində Zərərçəkmiş şəxs2 məxsus İmişli rayonu, Qaradonlu kəndində yerləşən fərdi yaşayış evinin həyətindəki saxlanc yeri hesab olunan tövləyə giriş qapısından qanunsuz daxil olaraq, oradan 3600 (üç min altı yüz) AZN məbləği dəyərində 2 (iki) baş iribuynuzlu heyvanı gizli yolla talayıb, sonuncuya 3600 (üç min altı yüz) AZN məbləğində ziyan vurmaqla təkrarən oğurluq etmişdir. Təqsirləndirilən şəxs2 özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə qohumu Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək, xx xxxxxx 2020-ci il tarixdə, saat 23:00 radələrində Zərərçəkmiş şəxs1 məxsus İmişli rayonu, Qaradonlu kəndində yerləşən fərdi yaşayış evinin həyətindəki saxlanc yeri hesab olunan tövləyə giriş qapısından qanunsuz daxil olaraq, oradan 825 (səkkiz yüz iyirmi beş) AZN məbləği dəyərində 3 (üç) baş qoyunu gizli yolla talayıb, sonuncuya 825 (səkkiz yüz iyirmi beş) AZN məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə qohumu Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək, xx xxxxxx 2020-ci il tarixdə, saat 03:00 radələrində Zərərçəkmiş şəxs2 məxsus İmişli rayonu, Qaradonlu kəndində yerləşən fərdi yaşayış evinin həyətindəki saxlanc yeri hesab olunan tövləyə giriş qapısından qanunsuz daxil olaraq, oradan 3600 (üç min altı yüz) AZN məbləği dəyərində 2 (iki) baş iribuynuzlu heyvanı gizli yolla talayıb, sonuncuya 3600 (üç min altı yüz) AZN məbləğində ziyan vurmaqla təkrarən oğurluq etmişdir. Məhkəmə istintaqı zamanı dindirilmiş Təqsirləndirilən şəxs1 özünü təqsirli bilərək, ifadəsində bildirmişdir ki, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 onun həmkəndlisidirlər. O, qohumu Təqsirləndirilən şəxs2 ilə birgə xx xxxxxx 2020-ci il tarixdə, saat 23:00 radələrində Zərərçəkmiş şəxs1 məxsus İmişli rayonu, Qaradonlu kəndində yerləşən fərdi yaşayış evinin həyətindəki saxlanc yeri hesab olunan tövləyə giriş qapısından qanunsuz daxil olaraq, oradan 825 (səkkiz yüz iyirmi beş) AZN məbləği dəyərində 3 (üç) baş qoyunu gizli yolla talayıb, sonuncuya 825 (səkkiz yüz iyirmi beş) AZN məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, qohumu Təqsirləndirilən şəxs2 ilə birgə xx xxxxxx 2020-ci il tarixdə, saat 03:00 radələrində Zərərçəkmiş şəxs2 məxsus İmişli rayonu, Qaradonlu kəndində yerləşən fərdi yaşayış evinin həyətindəki saxlanc yeri hesab olunan tövləyə giriş qapısından qanunsuz daxil olaraq, oradan 3600 (üç min altı yüz) AZN məbləği dəyərində 2 (iki) baş iribuynuzlu heyvanı gizli yolla talayıb, sonuncuya 3600 (üç min altı yüz) AZN məbləğində ziyan vurmaqla təkrarən oğurluq etmişdir. Onlar oğurladıqları həmin heyvanları müxtəlif tarixlərdə başqa şəxslərə satmışlar. Baş vermiş cinayət hadisəsi nəticəsində zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 dəymiş maddi zərərin tam şəkildə ödənildiyini və gələcəkdə bir daha belə hallara yol verməyəcəyini bildirmişdir. Eyni zamanda qeyd edir ki, heç vaxt belə bir hadisənin baş verməsini arzu etməz idi və pula ehtiyacı olduğu üçün, eləcə də, özünün düşüncəsizliyi ucbatından cinayət əməlini törətmişdir. Hesab edir ki, bu müddət ərzində bütün səhvlərini dərk etmiş və nəticə çıxarmışdır. Özü cavandır, ailəlidir və himayəsində yetkinlik yaşına çatmayan, azyaşlı uşaqları vardır və ümumiyyətlə, gələcəyə nikbin planları vardır. Azadlıqdan məhrum etmə bağlı olmayan cəza təyin edilərsə və azadlıqda qalarsa, öz zəhməti hesabına işləməklə ailəsinin maddi ehtiyaclarını qarşılacaqdır. Məhkəmə qarşısında söz verir ki, gələcəkdə bir daha cinayət əməli törətməyəcək, nizam-intizama və qanunlara əməl edəcəkdir. Bütün bunları nəzərə alaraq, barəsində məhkəmə tərəfindən azadlıqdan məhrum etmə ilə bağlı olmayan yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı dindirilmiş Təqsirləndirilən şəxs2 özünü təqsirli bilərək, ifadəsində bildirmişdir ki, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 onun həmkəndlisidirlər. O, qohumu Təqsirləndirilən şəxs1 ilə birgə xx xxxxxx 2020-ci il tarixdə, saat 23:00 radələrində Zərərçəkmiş şəxs1 məxsus İmişli rayonu, Qaradonlu kəndində yerləşən fərdi yaşayış evinin həyətindəki saxlanc yeri hesab olunan tövləyə giriş qapısından qanunsuz daxil olaraq, oradan 825 (səkkiz yüz iyirmi beş) AZN məbləği dəyərində 3 (üç) baş qoyunu gizli yolla talayıb, sonuncuya 825 (səkkiz yüz iyirmi beş) AZN məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, qohumu Təqsirləndirilən şəxs1 ilə birgə xx xxxxxx 2020-ci il tarixdə, saat 03:00 radələrində Zərərçəkmiş şəxs2 məxsus İmişli rayonu, Qaradonlu kəndində yerləşən fərdi yaşayış evinin həyətindəki saxlanc yeri hesab olunan tövləyə giriş qapısından qanunsuz daxil olaraq, oradan 3600 (üç min altı yüz) AZN məbləği dəyərində 2 (iki) baş iribuynuzlu heyvanı gizli yolla talayıb, sonuncuya 3600 (üç min altı yüz) AZN məbləğində ziyan vurmaqla təkrarən oğurluq etmişdir. Onlar oğurladıqları həmin heyvanları müxtəlif tarixlərdə başqa şəxslərə satmışlar. Baş vermiş cinayət hadisəsi nəticəsində zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 dəymiş maddi zərərin tam şəkildə ödənildiyini və gələcəkdə bir daha belə hallara yol verməyəcəyini bildirmişdir. Eyni zamanda qeyd edir ki, heç vaxt belə bir hadisənin baş verməsini arzu etməz idi və pula ehtiyacı olduğu üçün, eləcə də, özünün düşüncəsizliyi ucbatından cinayət əməlini törətmişdir. Hesab edir ki, bu müddət ərzində bütün səhvlərini dərk etmiş və nəticə çıxarmışdır. Özü cavandır, ailəlidir və himayəsində yetkinlik yaşına çatmayan, azyaşlı uşaqları vardır və ümumiyyətlə, gələcəyə nikbin planları vardır. Azadlıqdan məhrum etmə bağlı olmayan cəza təyin edilərsə və azadlıqda qalarsa, öz zəhməti hesabına işləməklə ailəsinin maddi ehtiyaclarını qarşılacaqdır. Məhkəmə qarşısında söz verir ki, gələcəkdə bir daha cinayət əməli törətməyəcək, nizam-intizama və qanunlara əməl edəcəkdir. Bütün bunları nəzərə alaraq, barəsində məhkəmə tərəfindən azadlıqdan məhrum etmə ilə bağlı olmayan yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində bildirmişdir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 onun həmkəndlisidirlər. O, ailəsi ilə birlikdə İmişli rayonu, Qaradonlu kəndində yaşayır və fərdi kənd təsərrüfatı ilə məşğul olur. Təsərrüfatında bir neçə baş xırdabuynuzlu və iribuynuzlu heyvanı vardır. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Eynull oğlu tərəfindən xx xxxxxx 2020-ci il tarixdə, saat 03:00 radələrində yaşadığı fərdi yaşayış evinin həyətindəki saxlanc yeri hesab olunan tövlədən 2 (iki) baş iribuynuzlu heyvanı oğurlanmışdır. O, baş vermiş oğurluq hadisəsi barədə İmişli Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək, məlumat vermişdir. Baş vermiş cinayət hadisəsi nəticəsində ona ümumilikdə 3600 (üç min altı yüz) AZN məbləğində maddi zərər dəymişdir. Hal-hazırda onun təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qarşı heç bir tələbi və şikayəti yoxdur. Belə ki, baş vermiş cinayət hadisəsi nəticəsində ona dəymiş maddi zərər təqsirləndirilən şəxslər tərəfindən tam şəkildə ödənilmişdir. Bütün bunları nəzərə alaraq, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məhkəmə tərəfindən yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində bildirmişdir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 onun həmkəndlisidirlər. O, ailəsi ilə birlikdə İmişli rayonu, Qaradonlu kəndində yaşayır və fərdi kənd təsərrüfatı ilə məşğul olur. Təsərrüfatında bir neçə baş xırdabuynuzlu və iribuynuzlu heyvanı vardır. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Eynull oğlu tərəfindən xx xxxxxx 2020-ci il tarixdə, saat 23:00 radələrində yaşadığı fərdi yaşayış evinin həyətindəki saxlanc yeri hesab olunan tövlədən 3 (üç) baş qoyunu oğurlanmışdır. O, baş vermiş oğurluq hadisəsi barədə İmişli Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək, məlumat vermişdir. Baş vermiş cinayət hadisəsi nəticəsində ona ümumilikdə 825 (səkkiz yüz iyirmi beş) AZN məbləğində maddi zərər dəymişdir. Halhazırda onun təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qarşı heç bir tələbi və şikayəti yoxdur. Belə ki, baş vermiş cinayət hadisəsi nəticəsində ona dəymiş maddi zərər təqsirləndirilən şəxslər tərəfindən tam şəkildə ödənilmişdir. Bütün bunları nəzərə alaraq, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məhkəmə tərəfindən yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 onun həmkəndlisidirlər. Zərərçəkmiş şəxs2 onun anasıdır. xx xxxxxx 2020-ci il tarixdə, təxminən saat 07:00 radələrində yaşadığı evdə olan vaxt bacısı X12 ona yaşadıqları fərdi yaşayış evinin həyətində yerləşən tövlədə 2 (iki) baş iribuynuzlu heyvanın olmadığını demişdir. Anası Zərərçəkmiş şəxs2 ilə birlikdə tövləyə getmiş və məlum olmuşdur ki, 2 (iki) baş iribuynuzlu heyvan oğurlanmışdır. Eyni zamanda bildirir ki, yaşadıqları fərdi yaşayış evinin həyətində 2 (iki) tövlə vardır. Axşam vaxtı anası Surayə arvad tövlənin qapısını bağlamağı yadından çıxarmışdır. Baş vermiş oğurluq hadisəsi barədə İmişli Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək, məlumat vermişlər. Baş vermiş cinayət hadisəsi nəticəsində onlara ümumilikdə 3600 (üç min altı yüz) AZN məbləğində maddi zərər dəymiş, lakin dəymiş maddi zərər təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən ödənilmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, o, Təqsirləndirilən şəxs1 tanıyır. xx xxxxxx 2020-ci il tarixdə Röyal onun mobil telefonuna zəng edərək, ona gecə saat 03:00 radələrində yaşadığı İmişli rayonu, Qaradonlu kəndində küçənin başında idarə etdiyi yük avtomobili ilə onu gözləməsini və Sabirabad rayonunda yerləşən mal bazarına satmaq üçün 2 (iki) baş dananı aparmaq istədiyini demişdir. Aralarındakı şifahi razılaşmaya əsasən, Röyal ona 65 (altmış beş) AZN məbləğində pul verməli idi. Eyni zamanda bildirir ki, Röyal ona bibisi oğlunun uşağı xəstə olduğu üçün heyvan satdığını demişdir. xx xxxxxx 2020-ci il tarixdə, təxminən saat 02:00- 03:00 radələrində İmişli rayonu, Qaradonlu kəndində yol qırağında Röyalı gözləmiş və ona zəng edib gəldiyini xəbər vermişdir. O, idarə etdiyi “FOTON” markalı, **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobili Röyalın dediyi kimi arxa-arxaya verib dayanmışdır. Həmin vaxt adını sonradan öyrəndiyi “Samir” adlı şəxs də Röyalın yanında olmuşdur. Röyal ona Samiri xalası oğlu kimi təqdim etmişdir. Röyal Samir ilə birlikdə 2 (iki) baş iribuynuzlu heyvanı onun idarə etdiyi yük avtomobilinə mindirmiş və onlar Sabirabad rayonunda yerləşən mal bazarına getmişlər. Röyal və Samir həmin 2 (iki) baş iribuynuzlu heyvanı mal bazarında satdıqdan sonra, onlar İmişli rayonuna qayıtmışlar. O, Samiri və Röyalı İmişli rayonu ərazisində “Azpetrol” X2 yanında düşürmüş və Samir ona 60 (altmış) AZN məbləğində pul vermişdir. Onu da qeyd edir ki, o, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən həmin 2 (iki) baş iribuynuzlu heyvanın oğurlandığını bilməmiş, eləcə də, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ona bu barədə heç bir söz deməmişlər. Sonradan o, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 həmin heyvanların oğurladığını bilmişdir. Cinayət işində olan xx xxxx 2020-ci il tarixli “şübhəli şəxsi tutma haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs2 xx xxxx 2020-ci il tarixdə, saat 20:30-da Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işində olan xx xxxx 2020-ci il tarixli “şübhəli şəxsi tutma haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs1 xx xxxx 2020-ci il tarixdə, saat 22:30-da Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işində olan xx xxxx 2020-ci il tarixli “qətimkan tədbirinin seçilməsi və müvəqqəti saxlama yerindən azad edilmə haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs2 xx xxxx 2020-ci il tarixdə, saat 15:45-də İmişli Rayon Polis X5 Yerindən azad edilmiş və barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Cinayət işində olan xx xxxx 2020-ci il tarixli “qətimkan tədbirinin seçilməsi və müvəqqəti saxlama yerindən azad edilmə haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs1 xx xxxx 2020-ci il tarixdə, saat 16:30-də İmişli Rayon Polis X5 Yerindən azad edilmiş və barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Cinayət işində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 9/795 saylı, xx xxx 2020-ci il ekspert rəyindən görünür ki, 1 (bir) baş 5 yaşlı, açıq qəhvəyi rəngli olan dişi dana 1039.50 AZN məbləği; 1 (bir) baş 3 yaşlı, qırmızı rəngli erkək dana 866.25 AZN məbləği təşkil edir. Məhkəmə-əmtəəşünaslıq ekspertizasının keçirilməsi üçün aparılmış tədqiqatın dəyəri 50 (əlli) AZN məbləği təşkil edir. Cinayət işində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 9/2522 saylı, xx xxxxxx 2020-ci il ekspert rəyindən görünür ki, 2020-ci ilin yanvar ayına olan orta bazar qiymətləri nəzərə alınaraq, 2 yaşı olan, ət çıxarı 25 kq olan 2 (iki) baş erkək qoç heyvanının 1 (bir) başının qiyməti 275 AZN məbləği hesablanmaqla 2 (iki) erkək qoç heyvanın qiyməti 550 AZN məbləği; 2 yaşı olan, ət çıxarı 25 kq olan dişi qoyunun 1 (bir) başının qiyməti 275 AZN məbləği və ümumilikdə 825 AZN məbləği təşkil edir. Məhkəmə-əmtəəşünaslıq ekspertizasının keçirilməsi üçün aparılmış tədqiqatın dəyəri 50 (əlli) AZN məbləği təşkil edir. Cinayət işində olan Zərərçəkmiş şəxs2 xx xxxxx 2021-ci il tarixli ərizəsindən görünür ki, baş vermiş cinayət hadisəsi nəticəsində təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən ona dəymiş maddi zərər tam şəkildə ödənilmiş, onun təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qarşı heç bir şikayəti və tələbi yoxdur, məhkəmə tərəfindən yüngül cəza verilməsini xahiş etmişdir. Cinayət işində olan Zərərçəkmiş şəxs1 xx xxxxx 2021-ci il tarixli ərizəsindən görünür ki, baş vermiş cinayət hadisəsi nəticəsində təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən ona dəymiş maddi zərər tam şəkildə ödənilmiş, onun təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qarşı heç bir şikayəti və tələbi yoxdur, məhkəmə tərəfindən yüngül cəza verilməsini xahiş etmişdir. Cinayət işində olan İmişli rayon İcra Hakimiyyəti Başçısının Qaradonlu kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 müsbət xarakterizə edilir. Cinayət işində olan İmişli rayon İcra Hakimiyyəti Başçısının Qaradonlu kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən 297 və 298 saylı, xx xxxxx 2020-ci il tarixli arayışlardan görünür ki, Təqsirləndirilən şəxs1 “X10” və “X13” adlarında 2 (iki) uşağı vardır. Cinayət işində olan İmişli rayon İcra Hakimiyyəti Başçısının Qaradonlu kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 müsbət xarakterizə edilir. Cinayət işində olan müvafiq qaydada təsdiq edilmiş AZ-İ 769636 №-li, xx xxxxxxxx 2012-ci il tarixli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs2 ilə X8 arasında xx xxxxxxxx 2012-ci il tarixdə rəsmi nikah bağlanmış, bu barədə akt qeydləri kitabında 16 № ilə qeyd edilmiş və nikah bağlandıqdan sonra arvada “Fətullayeva” soyadı verilmişdir. Cinayət işində olan müvafiq qaydada təsdiq edilmiş AZ-İİİ 761818 №-li, xx xxxx 2016-cı il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs2 ilə X1 rəsmi nikahından xx xxx 2016-cı ildə “X3” adında uşaqları anadan olmuşdur. Cinayət işində olan müvafiq qaydada təsdiq edilmiş Seriya AZE 18254652 №-li Azərbaycan Respublikası Vətəndaşının Şəxsiyyət Vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs2 ilə X1 rəsmi nikahdan xx xxxxx 2012-ci ildə “X6” adında uşaqları anadan olmuşdur. Məhkəmə cinayət təqibi üzrə toplanmış sübutları tam, obyektiv və hərtərəfli araşdırıb, mövcud sübutları düzgün təhlil edərək hesab edir ki, istintaq orqanı tərəfindən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətdiyi cinayət əməli düzgün olaraq, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrinə tövsif edilmişdir. Eyni zamanda, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Bununla yanaşı, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin həmin maddələrinə əsasən cinayət məsuliyyətindən və cəzadan azad etmə üçün əsaslar yoxdur. Bu səbəbdən də, məhkəmə tərəfindən Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəzalanmalı və ona cəza təyin etməklə, barəsində ittiham hökmü çıxarılmalıdır. Məhkəmə tərəfindən təqsirləndirilən şəxsə cəza təyin edilərkən, onun şəxsiyyəti, törətmiş olduğu cinayətin xarakteri və ictimai təhlükəliliyi, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Belə ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətdiyi cinayət əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən az ağır cinayətlər kateqoriyasına aiddir. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməli etiraf etmələrini, səmimi peşmanlığını, zərərçəkmiş şəxslərə dəymiş maddi zərərin ödəməsini, zərərçəkmiş şəxslərin onlara qarşı tələb və şikayətinin olmamasını, eləcə də, istintaq müddəti ərzində öz səhvlərini dərk edərək, nəticə çıxarmasını, davranışında islah olunması əlamətlərinin aşkarlığını, məhkəmə qarşısında gələcəkdə bir daha cinayət əməli törətməyəcəyi, qanunlara əməl edəcəyi barədə söz vermələrini və eləcə də, gələcəyə nikbin baxışlarını və planlarını, eləcə də, ailəli və himayəsində yetkinlik yaşına çatmayan, azyaşlı uşaqlarının olmasını Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza təyin edərkən cinayətin məqsədi və motivini, təqsirkarın cinayətin törədilməsində rolunu nəzərə alaraq, barəsində təqsirli bilindiyi cinayət qanununun normasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması ilə bağlı olan cəzanın təyin edilməsini, cəzaçəkmə müddətinin başlanğıcının məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmasını və təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmasını məqsədə müvafiq hesab edir. Bundan başqa, məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsinə əsasən cəzaçəkmə müddəti ərzində təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərinə hər gün saat 21:00-dan növbəti gün saat 08:00-a dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, İmişli rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 197.1.4-cü maddəsinə əsasən mütəxəssisə, ekspertə ödənilməli haqlar və tərcüməçiyə ödəniş haqqı kimi verilməli olan məbləğ məhkəmə məsrəflərinə daxildir. Həmin Məcəllənin 198.1-ci maddəsinə əsasən Bu Məcəllənin 197.1.1, 197.1.2, 197.1.4, 197.1.5-1, 197.1.6-197.1.9-cu maddələrində sadalanan məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər. Məhkəmə cinayət işində olan ekspertiza xərci ilə bağlı məsələyə hüquqi qiymət verərək hesab edir ki, cinayət işinin ibtidai istintaqı zamanı məhkəmə əmtəəşünaslıq ekspertizasının keçirilməsi üçün aparılmış tədqiqatın dəyəri olan 100 (yüz) AZN məbləğində eskpertiza xərci təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq, dövlət nəfinə ödənilməlidir. Məhkəmə nəzərə alır ki, “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” xx xxxx 2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1-ci maddəsi isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. İş üzrə məhkəmə maddi sübut, mülki iddia və müsadirə edilməli əmlak yoxdur. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinsin və 3 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən X4 xx xxxx 2020-ci il tarixdən xx xxxx 2020-ci il tarixədək “şübhəli şəxs” qismində tutulduğu 2 (iki) gün azadlığın məhdudlaşdırılması növündə cəza müddətinə bir günə iki gün hesabı ilə 4 (dörd) gününə bərabər hesablanmaqla, X7 qəti olaraq 2 (iki) il, 11 (on bir) ay, 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Cəzaçəkmə müddətinin başlanğıcı Təqsirləndirilən şəxs1 oğlunun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cəzaçəkmə müddəti ərzində Təqsirləndirilən şəxs1 üzərinə hər gün saat 21:00-dan növbəti gün saat 08:00-a dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, İmişli rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinsin və 3 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 xx xxxx 2020-ci il tarixdən xx xxxx 2020-ci il tarixədək “şübhəli şəxs” qismində tutulduğu 2 (iki) gün azadlığın məhdudlaşdırılması növündə cəza müddətinə bir günə iki gün hesabı ilə 4 (dörd) gününə bərabər hesablanmaqla, X7 qəti olaraq 2 (iki) il, 11 (on bir) ay, 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Cəzaçəkmə müddətinin başlanğıcı Təqsirləndirilən şəxs2 oğlunun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cəzaçəkmə müddəti ərzində Təqsirləndirilən şəxs2 üzərinə hər gün saat 21:00-dan növbəti gün saat 08:00-a dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, İmişli rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada məhkəməəmtəəşünaslıq ekspertizasının keçirilməsi üçün aparılmış tədqiqatın dəyəri olan 100 (yüzi) AZN məbləğində eskpertiza xərci tututlaraq, dövlət nəfinə ödənilsin. Cinayət işi üzrə ibtidai istintaq və məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 dəymiş maddi zərərin ödənilməsi nəzərə alınsın. Hökmün icrası İmişli Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Hökmdən, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində İmişli Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Tərlan Nüsrətov
Məhkəmə qərarları › İş №1(036)-31/2021
İmişli Rayon Məhkəməsi Hökm — İş №1(036)-31/2021
13.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver